Məhkəmə qərarları › İş №1(049)-38/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-38/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-38/2024 03.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə, 03 iyul 1974-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədi ilə 06 iyun 2023-cü il tarixdə saat 11 radələrində qonşusu Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən evin həyətinə hasardan keçib, həyətdə yerləşən bir mərtəbəli kürsülü evin yataq otağına açılan örtülmüş pəncərəsini əlləri ilə itələyib açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, evin yataq otağının pəncərə qarşısında olan 1 ədəd 200 manat qiyməmtində 10 litirlik kömür samovarı, yataq otağında paltar dolabında olan 15 manat pulu, başqa saxlanc yeri hesab edilən evin zirzəmisində olan 20 manat qiymətində mis tavanı gizli olaraq talamaqla zərərçəkmiş şəxs Tuğra Fərzullayevaya ümumilikdə 235 ( iki yüz otuz beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq qərarın gəlib bu məqsədi ilə 23 iyun 2023-cü il tarixdə saat 05 radələrindən onunla bir həyətdə ayrı evdə yaşayan əmisi arvadı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən bir mərtəbəli evin qarşına gəlmiş, evin qonaq otağına açılan və açıq vəziyytədə olan pəncərəsindən evin içərisinə keçməklə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, evin qonaq otağında masanın üzərində qoyulmuş çəkisi 3 qram, 585 əyyarlı, qiyməti 280 manat olan bir ədəd qızıl üzüyü, çəkisi 2 qram olan, 585 əyyarlı qiyməti 100 manat olan bir ədəd qızıl boyunbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 380 ( üç yüz səksən) manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, 2023-cü ilin iyul ayının əvvəllərində, Lənkəran şəhərində, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 1 ədəd bükümdə, təmiz çəkisi 0,496 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 06 iyul 2023-cü il tarixdə saat 16:50-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri B.Mirsalayev küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan şalvarın sağ yan cibində “Prima” markalı siqaret qutusunda şəffaf sellofan kəsiyinə bükülmüş 1 ədəd sellofan bükümün içərisində həmin narkotoik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla CM-nin 234.1-ci maddəsi ilə özünü tam təqsirli, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə isə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroin qızdırıb tüstüsünü çəkməklə qəbul edir. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bimədiyi şəxsdən 5 manata 1 ədəd bükümdə şəxsi istifadəsi üçün heroin almışdır. Həmin heroinin qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 16 radələrinə Lənkəran şəhəri B.Mirsalayev küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Onlar özlərinin təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Lənkəran polis şöbəsinə gətirilmişdir. Üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt əynində olan şalvarı sağ yan cibində saxladığı 1 ədəd prima markalı siqaret qutusunu təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. Təhqiqatçısı siqaret qutusunun içərisinə baxış keçirildikdə qutunun içərsində şəffaf selofana bükülmüş 1 ədəd sellofan büküm aşkar edilmişdir. Üzərindən aşkar olunmuş kütlənin heroin olduğunu və özünə məxsus olduğunu, heroinin tutulmazda bir neçə saat öncə Lənkəran şəhər Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 5 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin heroin bükümü zərfə qoyularaq qablaşdırılmışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Əlavə olaraq bildirmişdir ki, ona qarşı irəli sürülmüş oğurluq cinayətlərini o törətməmişdir. Polis əməkdaşları tərəfindən ona qaraşı fiziki zor tətbiq edildiyi üçün istintaqda etirafedici ifadə verərək oğurluq cinayətlərini də törətdiyini bildirmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. ünvan 3-də ailəm ilə birlikdə yaşayır. Əvvəllər 2019-cü ildə CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələr ilə 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə həbsdən azad edilmişdir. Uzun illərdir ki, narktotik vasitə heroin qızdırıb tüstüsünü çəkməklə qəbul edir. Həbsdən azad edildikdən bir müddət sonra narkotik vasitə qəbul etməsə də lakin sonradan yenidən narkotik vasitə qəbul etməyə başlamışdır. Tuğra Fərzullayevanın və Zərərçəkmiş şəxs2 evlərində baş verən həmin oğurluq cinayətlərini o etmişdir. Belə ki, Tuğra Fərzullayeva onunla qonşuluqda yaşayır. Onun hər gün səhər saatlarında mərkəzi bazara balıq satmağa getdiyini və günorta saatlarında evinə qayıtdığını bilir. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində evdə heç kəsin olmadığından əmin olduqdan sonra oğurluq etmək qərarına gəlmişdir. Buna görə evin arxa tərəfində hasarından evin həyətinə daxil olmuş. Sonra evin yataq otağına açılan pəncərinin əli ilə itələdikdən sonra pəncərənin açıldığını görmüşdür. Pəncərədən evin yataq otağına daxil olmuşdur. Evin yataq otağını axtarmış oradan paltar dolabından 15 manat pul tapmışdır. Sonra daxil olduğu pəncərinin qarşısında qoyulmuş bir ədəd samovarı götürüb həyətə düşmüşdür. Bundan sonra evin zirzəmsini axtaranda orada bir ədəd mis tava görüb götürmüşdür. Sonra həyətə daxil olduğu kimi oradan çıxmışdır. Samovarla tavanı, evin yaxınlığında Kürə deyilən yerdə Yevlax sakini kimi tanıdığı adını bilmədiyi səyyarı metal qəbulu ilə məşqul olan şəxs ümumlikdə 30 manata metal qiymətinə satmış. Pulu isə maddi ehtiyyaclarına xərcləmişdir. Sonra Zərərçəkmiş şəxs1 həmin oğurluğu onun etdiyini bilib ondan samoavrı tələb etmişdir. O həmin şəxslə təsədüfən rastlaşıb samovarı ondan alıb Tuğraya qaytarmışdır ki, ondan şikayət etməsin. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 05 radələrində yuxusu gəlmədiyi üçün həyətə düşmüşdür. Birdən onunla bir həyətdə yaşayan əmisi arvadı Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək qərarın gəlmişdir. Çünki həmin vaxt hamısı yatmışdır. O sakitcə evin qonaq otağının həyətə açılan açıq pəncərəsindən sakitcə otağa daxil olmuşdur. Otaqda stolun üzərindən bir ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağını götürüb pəncərədən sakitcə çıxmışdır. Həmin gün gündüz saatarında qızıl əşyalarını mərkəzi bazarda tanımadığı şəxsə 100 manata satmışdır. Pulu isə maddi ehtiyyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bimədiyi şəxsdən 5 manata 1 ədəd bükümdə şəxsi istifadəsi üçün heroin almışdır. Həmin heroinin qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 16 radələrinə Lənkəran şəhəri B.Mirsalayev küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Onlar özlərinin təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Lənkəran polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edilmişdir. Vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt əynində olan şalvarı sağ yan cibində saxladığı 1 ədəd prima markalı siqaret qutusunu təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. Təhqiqatçısı siqaret qutusunun içərisinə baxış keçirildikdə qutunun içərsində şəffaf selofana bükülmüş 1 ədəd sellofan büküm aşkar edilmişdir. Üzərində aşkar olunmuş həmin bükümdə olan heroin elektron tərəzidə çəkildikdə bükümün çəkisi 0,53 qram olmuşdur. Onunla bu barədə sorğu sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olunmuş kütlənin heroin olduğunu və özünə məxsus olduğunu, heroinin tutulmazda bir neçə saat öncə Lənkəran şəhər Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 5 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin heroin bükümü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişlər. Bildirir ki, etdiyi əməldən çox peşman olmuşdur. Üzərində aşkar olunmuş heroini tutulduğu gün Kiçik bazar adlanan ərazinin yaxınlığında üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 5 manata almışdır. Bildirir ki, istifadəsində heç bir mobil nömrə yoxdur, həmin şəxsin istifadə etdiyi mobil nömrəsinidə bilmir. Onun harada yaşaması barədə heç bir məlumatı yoxdur. Üzərində aşkar olunmuş həmin heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi heroindən heç kəsə satmamış. Heç kəsədə istiafdə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır.Həmin oğurluqları tək etmiş, bu işdə ona köməklik edən olmamışdır. Oğurluq edərkəndə onu ətrafda görən şəxs olmamışdır. O bundan savayı heç yerdən oğurluq etməmişdir. Oğlurladığı əşyaları satarkən həmin şəxslərə əşyların özünə məxsus olduğunu və pula ehtiyyacı olduğu üçün satdığını demişdir. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməlindən, yəni CM-nin 234.1-ci maddəsi üzrə peşimançılıq çəkdiyini, bir daha belə əmələ yol verməyəcəyini bildirib ona aşağı həddə cəza təyin edilməsini, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı oğurluq cinayətlərini törəmədiyi bildirib həmin hissədə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 Təyyub qızı ifadəsində göstərmişdir ki, ünvan 2 da gəlini Minarə ilə birlikdə özünə məxsus fədi yaşayış evində yaşayır. Yaşadığı ev iki mərtəbəli olmaqla evin yuxarı mərtəbəsində yaşayış olsa da, aşağı mərtəbədə olan otaqları ambar kimi istifadə edir. Həyəti dörd tərəfdən daş hasarla əhatələnmişdir. Evin yuxarı mərtəbəsində yataq otağında gəlini Minarə ilə birlikdə qalır. O hər gün səhər saat 08 radələrində bazara balıq aparıb satır və günorta saat 15 radələrində evinə qayıdır. Gəlini Minarə isə səhər saat 09 radələrində evdən çıxıb işə gedir və axşam saat 19 radələrində işdən evə qayıdır. 06 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində həmişə olduğu kimi evdən çıxıb bazara balıq satmaq üçün getmişdir. Sonra gəlini Minarədə evdən çıxıb işinə getmişdir. Evdən çıxarkən küçə darvazasını qıfılla bağlamışdır. Həmin gün günorta işdən evə qayıtmış və evdə öz işləri ilə məşqul olmuşdur. Axşam saat 19 radələrində gəlini Minarə evə qayıtmış və evdə olarkən Minarə yataq otağın evin arxa tərəfinə olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin pəncərənin qarşısında olan ona məxsus qədimi samovarımın yoxa çıxdığını görüb ona bu barədə bilmişdir ki, gəlini ilə birlikdə evdə olmadıqları zaman evin yataq otağının pəncərəsindən evə naməlum şəxs daxil olaraq samovarı oğurlamışdır. O buna görə gəlini Minarə ilə evinə nəzər saldıqda yataq otağında şifanerin içndə qoymuş olduğu ona məxsus 15 manat pulu, bundan başqa evin aşağı mərtəbəsində olan otaqda mis tavanında yoxa çıxdığını görüb başa düşmüşlər ki, naməlum oğrlurar samovardan əlavə, mis tavanı və 15 manat pulu oğurlamışlar. Bir neçə gün oğrunun kim olmasını öyrənməyə çalışmış və tapa bilmədiyi üçün 09 iyun 2023-cü il tarixdə 102-xidmətinə zəng edib məlumat vermişdir, sonra isə bu barədə ərizə ilə Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. Şikayət etdikdən sonra ona məlum olmuşdur ki, evindən oğurluğu evdən qonşuluqda yaşayan narkomanlıqla məşqul olan və əvvəllər oğurluq üstündə məhkum olunan qonşusu Təqsirləndirilən şəxsdur və Sərhadın evinə gedib ona bu barədə deyəndə ona boyun alıb demişdir ki, evdən oğurluğa o girib və oğurladığı samovarı və mis tavanı kürə metal tullantıları yığılan yerə satımışdır. Ondan samovarı tələb etdikdə ona istəyirsən təzəsini alım desədə, onunla razı olmamışdır. Ona öz qədimi samovarı istədiyini demişdir. O da gedib haradansa samovarı tapıb gətirib ona təhvil vermişdir. O həmin samovarı tanımışdır. Samovar ona məxsusdur. Oğurlanmış samovarım qədim samovar olmaqla, 10 litirlikdir. Hazırki, bazar qiyməti 200 manatdır, oğurlanmış mis tavanın qiyməti 20 manat təşkil edir. 15 manat pulu ilə birlikdə ona 235 manat zərər dəymişdir. Dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 06 iyul 2023-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkilləri Nəvai Kərimov və Şahid2 da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra həmin gün saat 16 radələrinəd ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri B.Mirsalayev küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis bölməsində gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs təhqiqatşı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra CAB-nin əməliyyat müvəkkili Nəvai Kərimov tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sağ yan cibindən çıxartdığı 1 ədəd Prima markalı siqaret qutusunun içərisindən çıxardığı büküm təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfində həmin bükümə baxış keçirildikdə, bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə bükümün çəkisi 0,53 qram olmuşdur. Təqsirləndirilən şəxs ilə bu barədə sorğu sual edildikdə, o üzərində aşkar olumuş maddənin heroin olduğunu və həmin heroinin tutulduğu gün səhər saatlarında Lənkəran şəhəri Kiçik bazar ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 5 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir irad, təklif deyilməmiş, protokolun məzmunu doğru bilinib imzalarla təsdiq edilmişdir. Şəxsi-axtarış zamanı aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Sonradan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun bir həyətdə yaşayan Zərərçəkmiş şəxs2 və qonşusu Zərərçəkmiş şəxs1 evlərindən oğurlu qetmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə, sonuncunun barəsində məcburi gətirmə haqqında qərar qəbul edilmiş, qərarın icrası Lənkəran ŞRPŞ-nə həvalə olunmuşdur. Lakin Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli məktubu ilə, Zərərçəkmiş şəxs2 ünvan 6 ünvanında yaşamadığından və onun yaşayış yeri məlum olmadığından onun məcburi qaydada məhkəməyə gətirilməsinin mümkün olmadığını bildirilmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı veridiyi ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Lənkəran şəhəri B.Mirsalayev küçəsi dalan 3, ev 4-də yaşayır. Təqsirləndirilən şəxs İsa oğlu qaynı oğludur. Sərhad onunla bir həyətdə ayrı evdə yaşayır. Onunla aralarında heç bir düşmənçilikləri və ədavəti yoxdur. Sərhad narkomandır. Əvvəllər oğurluğa görədə məhkum olumuşdur. Yaşadığı ev bir mərtəbəli evdir. Gecə yatarkən hava isti olduğu üçün evin pəncərlərini açırlar. xx.xx.2023-cü il tarixdə gündüz saatalarında eyvanda aynabənddə olan aynanaın qabağına qoyduğu ona məxsus 1 ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzüyünün olmadığını görmüşdür. O başqa adamdan şübhələnməmişdir. Onunla bir həyətdə yaşayan qaynının oğlu Sərhad oğrudur. O Sərhadı hadisədən sonra axtarsada tapa bilməmişdir. Hadisədən 3 gün sonra onunla rastlamışdır. Ondan qızlları gətirib ona verməsini dedikdə, Sərhad ona qızılları gecə saat 05 radələrində pəncərədən içəri girib götürdüyünü etriaf edərək, mərkəzi bazarda tanımadığı şəxsə 100 manata satdığını demişdir. O Sərhada ona vaxt verirdiyini, qızıllarını kimə satıbsa alıb ona qaytarmasını demiş, əks təqdirdə ondan şikayət edəcəyini bildirmişdir. Sərhaddan xəbər çıxmadığı üçü DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sərhadın ona məxsus oğurladığı nazik qızıl boyunbağını dəqiq çəkisini bilmir. Çəkisi təxminən 2 qram olar, 585 əyarlı idi. Onu bir neçə il öncə 100 manat almışdır. Oğurlanmış qızıl üzüyü isə sadə üzüy idi. Üstündən xırda qiymətli olmayan qaşları vardır. Həmin üzüyü bir neçə ay bundam öncə 280 manata almışdır. Onun çəkisi 3 qram olmaqla, 585 əyarlı idi. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 385 manat ziyan dəymişdir. Gecələr hər iki otaqda sərinkeş işlədiyi üçün heç bir səs eşitəmiş və Sərhadı da görən olmamışdır. Sərhaddan başqa şübhələndiyi şəxs yoxdur. O özü ona evindən oğurluq etməsini etiraf etdiyi üçün onun adını ərizəsində qeyd etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı veridiyi ifadəsindən görünür ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 06 iyul 2023-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkilləri Nəvai Kərimov və Şahid2 da cəlb edilmişdir. Əməliyyat Qrupuna isə Faiq Baxşıyev rəhmərlik etmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra həmin gün saat 16 radələrinəd ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri B.Mirsalayev küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis bölməsində gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Emil Baxışov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra CAB-nin əməliyyat müvəkkili Nəvai Kərimov tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sağ yan cibindən çıxartdığı 1 ədəd Prima markalı siqaret qutusunun içərisindən çıxardığı büküm təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfində həmin bükümə baxış keçirildikdə, bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə bükümün çəkisi 0,53 qram olmuşdur. Təqsirləndirilən şəxs ilə bu barədə sorğu sual edildikdə, o üzərində aşkar olumuş maddənin heroin olduğunu və həmin heroinin tutulduğu gün səhər saatlarında Lənkəran şəhəri Kiçik bazar ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 5 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir irad, təklif deyilməmiş, protokolun məzmunu doğru bilinib imzalarla təsdiq edilmişdir. Şəxsi-axtarış zamanı aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Sonradan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun bir həyətdə yaşayan Zərərçəkmiş şəxs2 və qonşusu Zərərçəkmiş şəxs1 evlərindən oğurlu qetmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə olan narkotik vasitə heroin aşkar edilərək götürlmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin özünə məxsus olduğunu etiraf emişdir. Məhkəmə məhkəmə-kimyəvi ekspertizasının 07 iyul 2023-cü il tarixli 19/705 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümlərdə təmiz çəkisi -0,496 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatının dəyəri 66 manat təşkil edir. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2023-cü il tarixli, 712 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd Samovarın qiyməti 180 manat, mis tava isə 15 manat, Zərərçəkmiş şəxs2 evindən oğrulanmış qızıl boyunbağını çəkisi 2 qram olmaqla 100 manat, 3 qram çəkidə, 585 əyyarlı qızıl üzüyünü qiyməti 240 manat qiymətində qiymətləndirilmişdir. Baxış keçirilməsi haqqında 09 iyun 2023-cü il və 06 iyul 2023-cü il tarixli protokollardan və fotocədvəllərdən görünürki, oğurluq hadisələri ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 fərdi yaşayış evindən və ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 Teyyub qızının fərdi yaşayış evində baş vermişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd, bükümdə qalıq çəkisi 0,446 qram çəkidə narkotik vasitə heroin maddi sübut qismində tanınaraq saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına saxlanca verilmiş, 01 ədəd DVD maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmiş, maddi sübut kimi tanınmış bir ədəd samovar isə saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 08 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmışdır. DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, Lənkəran rayon məhkəməsi tərəfindən təqdim edilən hökm surətindən görünür ki, Hacılı X3 rayon məhkəməsinin 16 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1772.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.2 və 665.-ci maddələri ilə qəti olaraq 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli 17 saylı cəza çəkmə müəssisəsinin qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. CM-nin 18 və 83-cü maddəsinin tələblərinə əsasın Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və götürülmüşdür. Lənkəran şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Hacılı X3 şəhəri, Mirsalayev küçəsi ev 3/4 ünvanında tək yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə tibbi ekspertizasının 10 iyul 2023-ci il tarixli 665 saylı rəyinə görə Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ifadələri, habelə mütəxxəssis rəyi, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək, heab edir ki, həmin ifadələr aşağıda qeyd olunanlara əsasən özünümüdafiə xarakterli olmaqla, iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs ifadəsində ona qarşı fiziki zor tətbiq edilməsini və buna görə də ibtidai istintaq zamanı oğurluq cinayətlərini törətdiyini bildirsə də, lakin o istər şübhəli şəxs, istərsə də təqsirləndirilən şəxs qismində ifadə verərkən də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı oğurluq cinayətlərini törətdiyini bildirmiş, cinayət işinin materialları tanış olduğu zamanda da döyülməsi, ona hədə qorxu gəlinməsi ilə bağlı hər hansı fikir bildirməmişdir. Halbuki o təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə cinayət işinin materialları ilə tanış olarkən müdafiəçiyə malik olmuş və ifadələrini sonuncunun iştirakı ilə bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadələri cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi daşıyır. Zərərçəkmiş şəxslər, şahid ifadələri və iş materialları ilə təkzib olunur. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlarla onun CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxsyə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsi və əməlindən səmimi peşman olması, (CM-nin 234.1-ci maddəsinə münasibətdə), dəymiş ziyanı qismən ödəməsini (Zərərçəkmiş şəxs1 münasibətdə) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxsnin CM-nin CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsyə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza keçiriləndən sonra qalıq qalmış 0,446 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı, 01 ədəd samovar Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2(iki) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə isə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut - ekspertiza keçiriləndən sonra qalıq qalmış qalıq qalmış 0,446 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın, 1 ədəd samovarın isə Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş ürzə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar