Məhkəmə qərarları › İş №1(049)-38/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-38/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-38/2025 15.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Lənkəran rayon məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 01 (bir) il 02 (iki) ay 06 (altı) gün çəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbirinin seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətmişdir. Belə ki, o, 2024-cü ilin may ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Lənkəran şəhəri, Məhəmməd Fizuli küçəsində yerləşən avtomobillərin təmiri sexində usta işləməsi ilə əlaqədar müştəri qismində özünə müraciət etmiş tanışı Zərərçəkmiş şəxs ilə münasibət yaratdıqdan sonra onunla və oğlu Şahid3 ilə görüşərək və mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışının vasitəsi ilə ona köməklik etmək istədiyini bildirib və özünə inandırmaq üçün 2-3 gün sonra digər mobil nömrə ilə onunla əlaqə saxlayıb səs tonunu dəyişməklə guya həmin Nazirliyin “İlqar” adlı əməkdaşı kimi özünü təqdim edərək, ona 20000 (iyirmi min) manat məbləğində pul verəcəyi halda, guya aztəminatlı ailə kimi “özünə məşğulluq” proqramı çərçivəsində qiyməti 75000 manat təşkil edən avtomobil təkərləri və maşmqaldıran avadanlıqlar, Bakı şəhərindən ev və yeni avtomobillə təmin edilməsində köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə əlbə-əl, eləcə də özünün və guya “İlqar” adlı tanışının işlədiyi bank hesabları olaraq Zərərçəkmiş şəxs oğlu Şahid3 verdiyi, əslində özünün faktiki istifadəsində olan plastik kartların hesablarına 2024-cü ilin may ayının ortalarından 20 iyun 2024-cü il tarixədək olan dövr ərzində vahid niyyətlə bütün hallarda Zərərçəkmiş şəxs məxsus olmaqla, oğlu Şahid3 vasitəsi ilə ona göndərdiyi pul vəsaitləri olaraq, 2024-cü ilin may ayının ortalarında saat 14 radələrində işlədiyi Lənkəran şəhəri, Məhəmməd Fizuli küçəsində yerləşən avtomobil təmiri sexində Şahid3 3800 manat qəbul etməklə, habelə sonuncu tərəfindən Lənkəran şəhəri ərazisində olarkən "xxxx" ASC-dən öz adma verilmiş 4098 5844 7192 2607 hesab nömrəli plastik kartın hesabına mobil tətbiq proqramından 23 may 2024-cü il tarixdə saat 14:58-də 150 manat, saat 16:16-da 150 manat, Lənkəran rayonu, Vilvan kəndində yerləşən “Limon markef’də quraşdırılmış 210 nömrəli “eManat-Leo APP” elektron ödəmə sistemindən 24 may 2024-cü il tarixdə saat 19:40-da 100 manat, 25 may 2024-cü il tarixdə saat 12:32-də 250 manat, Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən “UFA markef’də quraşdırılmış 5075 nömrəli “eManat-Leo APP” elektron ödəmə sistemindən 25 may 2024-cü il tarixdə saat 16:46-da 300 manat, onun əsl niyyətindən xəbərsiz olan qardaşı Şahid2 adma "xxxx" ASC-dən verilmiş 523915******0539 hesab nömrəli plastik kartın hesabına Lənkəran rayonu, Vilvan kəndində yerləşən “Al markef’də quraşdırılmış 15031 nömrəli “MilliÖn” elektron ödəmə sistemindən 26 may 2024-cü il tarixdə saat 09:55-də 300 manat, özünün istifadəsində olan 4098 5844 7192 2607 hesab nömrəli plastik kartın hesabına mobil tətbiq proqramından 26 may 2024-cü il tarixdə saat 14:53-də 550 manat, Lənkəran şəhəri, M.Yusubov küçəsində yerləşən “Refem markef’də quraşdırılmış 5101 nömrəli “eManat-Leo APP” elektron ödəmə sistemindən 27 may 2024-cü il tarixdə saat 20:02-də 300 manat, mobil tətbiq proqramından 28 may 2024-cü il tarixdə saat 19:05-də 400 manat, Lənkəran rayonu, Vilvan kəndində yerləşən “Limon markef’də quraşdırılmış 210 nömrəli “eManat-Leo АРР” elektron ödəmə sistemindən 29 may 2024-cü il tarixdə saat 17:21-də 600 manat,mobil tətbiq proqramından 29 may 2024-cü il tarixdə saat 21:55-də 218 manat, 31 may 2024-cü il tarixdə saat 15:19-da 950 manat, 01 iyun 2024-cü il tarixdə saat 17:34-də 1050 manat, 02 iyun 2024-cü il tarixdə saat 08:08-də 600 manat köçürülməsinə nail olmaqla, 03 iyun 2024-cü il tarixdə saat 13 radələrində işlədiyi Lənkəran şəhəri, Məhəmməd Fizuli küçəsində yerləşən avtomobil təmiri sexində Şahid3 4800 manat qəbul etməklə, özünün istifadəsində olan 4098 5844 7192 2607 hesab nömrəli plastik kartın hesabına Lənkəran rayonu, Vilvan kəndində yerləşən “Limon markef’də quraşdırılmış 210 nömrəli “eManat- Leo APP” elektron ödəmə sistemindən 04 iyun 2024-cü il tarixdə saat 21:52-də 815 manat,Şahid3 tərəfindən Lənkəran şəhərində olduğu müddətdə yenidən mobil tətbiq proqramından 06 iyun 2024-cü il tarixdə saat 21:17-də 1250 manat, guya “İlqar” adlı tanışına məxsus plastik kart olaraq verdiyi, əslində isə öz adma olmaqla istifadə etdiyi "xxxx" ASC-yə aid 5411 2498 1262 9447 hesab nömrəli plastik kartın hesabına 12 iyun 2024-cü il tarixdə saat 12:41-də 740 manat, saat 19:53-də 80 manat, 13 iyun 2024-cü il tarixdə saat 15:39-da 300 manat, 14 iyun 2024-cü il tarixdə saat 15:51-də 300 manat, 17 iyun 2024-cü il tarixdə saat 13:16-da 1500 manat, 19 iyun 2024-cü il tarixdə saat 12:44-də 300 manat və 20 iyun 2024-cü il tarixdə saat 15:35-də 200 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 20.003 (iyirmi min üç) manat məbləğində pul vəsaitini 25 dəfəyə vahid niyyətlə ələ keçirib etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmış şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, maşın təmiri ustası işləmişdir. Onun istifadəsində ***-***-**-** və 051-851-50- 01 mobil telefon nömrələri olmuşdur. Bundan başqa, onun 4098 5844 7192 2607 nömrəli və 5411 2498 1262 9447 nömrəli "xxxx"a məxsus plastk kartları olmuşdur. Lənkəran rayonu Vilvan kənd sakini Zərərçəkmiş şəxs və onun oğlu Şaddıqı 2022-ci ilin yay aylarından etibarən tanıyır. Onlarla qohumluğu, ədavəti və ziddiyyəti olmamışdır. O, 2017-ci ilin təxminən mart ayında etibarən Lənkəran şəhəri Fizuli küçəsində olan "Əli market"in yaxınlığında yerləşən avtomobil təmiri sexini icarəyə götürüb işlətməyə başlamışdır. İşlənmiş maşın ehtiyyat hissələrini Masallı və Bakı şəhərlərindən sifariş etdirib Lənkəran şəhərinə gələn taksi maşınları ilə gətizdirmişdir. Hərdən bir isa özü Bakı şəhərinə gedib maşın bazarından köhnə maşınların ehtiyat hissələrini alıb Lənkərana gətirmiş və təmir etdiyi maşınların üstünə qoymuşdur. 2019-cu ilin yanvar ayının ortalarında işlənmiş maşın ehtiyat hissələri alıb Lənkərana gətirmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində maşın bazarından işləmiş maşın hissələri almış və həmin maşın hissələrini 20 yanvar metrosunun yaxınlığında dayanmış adını hazırda xatırlamadığı bir taksi sürücüsü ilə Lənkərana göndərmişdir. Özü isə Bakı şəhərində qalmış və bir az gəzmək üçün Dənizkənarı parka getmişdir. Dənizkənarı parkda təxminən 15-20 dəqiqə gəzdikdən sonra "Dəniz MOLL"un yanında olan çayxanada oturub çay içməyə başlamışdır. Həmin vaxtı maşın bazarında ehtiyyat hissələri satan hazırda adlarını xatırlamadığı 2 nəfər tanışı, bir nəfər tanımadığı şəxslə birlikdə ona yaxınlaşmışlar. Söhbət əsnasında tanımadığı həmin şəxs ondan haradan olduğunu və nə işlə məşğul olduğunu soruşmuşdur. O da Lənkəran şəhərində yaşadığını və avtomobil təmiri ustası işlədiyini həmin şəxsə bildirmişdir. Həmin şəxsdən adını və nə işlə məşğul olduğunu soruşmuşdur. Həmin şəxs ona adını xatırlamır. Həmin şəxs ona, Dövlət Sosial Müdafiə Fondunda tanışlarının vastəsi ilə adamlara Məşğulluq proqramı vasitəsi ilə müxtəlif işlər görüb pul qazandığını bildirmişdir. Həmçinin, həmin şəxs ona, əgər istəyirsə ona da Məşğulluq proqramı vasitəsi ilə avtomobil təmiri avadanlıqları təşkil edə biləcəyini və o da həmin avadanlıqları satıb pul qazanacağını bilirmişdir. O da lazım olarsa ona müraciət edəcəyini həmin şəxsə bildirmişdir. Həmin şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsini ona vermişdir. O, təxminən 20 dəqiqədən sonra onlarla sağollaşıb Lənkəran şəhərinə qayıtmışdır. Lakin, o, həmin şəxsə zəng etməmiş və telefon nömrəsini də mobil telefonunun yaddaşına qeyd etməmişdir. 2022-ci ilin yay aylarında Lənkəran polis şöbəsində işləyən Şaddıq VAZ-2107 markalı maşınını təmir etməsi üçün onun işlədiyi sexə gətirmişdir. Şaddıqın maşının söküb təmir etməyə başlamışdır. O, həmin maşını 15-20 gün ərzində təmir edib Şaddıqa verməli idi, amma işləri çox olduğu üçün vaxtında Şaddığın maşınını təmir edib ona verə bilməmişdir. Həmin ərəfələrdə sexə bir yaşlı kişi gəlmiş və adının Tələt olduğunu bildirib, nə üçün oğlu Şaddıqın maşınının təmirini gecikdirdiyini ondan soruşmuşdur. O da tezliklə maşını təmir edib oğlu Şaddığa verəcəyini Tələtə bildirmişdir. Tələt ondan telefon nömrəsini istəmiş və o da istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini Tələtə demişdir. Sonra isə Tələt kişi sexdən çıxıb getmişdir. O, təxminən 5-6 ay ərzində maşını düzəldib Şaddığa vermişdir. 2024-cü ilin may ayının ortalarında Şaddıq onun mobil telefonuna zəng edərək, ailələrinin maddi vəziyyətinin yaxşı olmadığını, xeyli borclarının olduğunu bildirib, ondan 1000 manat borc pul istəmişdir. Maddi çətinliyi olduğu üçün ona borc pul verə bilməyəcəyini Şaddığa bildirmişdir. Həmin vaxtı Bakı şəhərində görüşdüyü şəxsin dedikləri yadına düşmüş və qərara gəlmişdir ki, Şaddıqı və atası Tələti aldadıb, onlardan pul alaraq ehtiyaclarına xərcləsin. Buna görə də Tələtin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib "oğlun Şaddığın deməsinə görə maddi vəziyyətiniz ağırdır, mən sizə köməklik edə bilərəm" bildirmişdir. Tələt kişi də ona necə köməklik edə biləcəyini soruşmuşdur. Tələtə yalandan Bakı şəhərində Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işləyən İlqar adlı dostunun olduğunu, o, avtoqəza törətdiyi zaman xeyli ziyana düşdüyünü, həmin İlqar adlı dostunun ona təkər dəyişdirən, maşın qaldıran aparatlar göndərdiyini və o da həmin aparatları satıb vəziyyətdən çıxdığını, İlqarın ona da köməklik edib həmin aparatlardan göndərməsini təşkil edəcəyini və həmin aparatları sataraq pul qazanacağını bildirib, İlqarın onunla danışması üçün mobil telefon nömrəsini İlqara verəcəyini Tələtə söyləmişdir. Tələt kişi də ona "allah canını sağ eləsin, düzəltsən yaxşı olar" bildirmişdir. Təxminən 2 gündən sonra istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Tələt kişiyə zəng etmiş və səsindən onu tanımasın deyə, səsinin tonun bir az dəyişərək Tələtə, onun mobil telefon nömrəsini ona Elminin verdiyini, adının İlqar olduğunu və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işlədiyini, maddi imkanı olmayan şəxsləri qeydiyyata götürüb, onların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə onlara müxtəlif texniki avadanlıqlar, maşın və ev verdiyini, bundan başqa 75.000 manat da pul verdiyini bildirmişdir. Həmin vaxtı Tələtin ona inandığını hiss etmişdir. Tələtə yalandan "əvvəlcə sənə təkər və maşın qaldıran aparatlar verəcəm, həmin aparatları satıb vəziyyətini düzəltdikdən sonra, sənə sənədləşdirmə əsasında 75.000 manat pul verdirəcəm, sonra isə sənə Bakı şəhərində bina evi və "Xəzər" markalı avtomobil verdirəcəm, sən bunun müqabilində mənə Elminin vasitəsi ilə 20.000 manat pul göndərərsən, həmin pulların 5000 manatını dövlət rüsumlarına xərcləyəcəm, 15.000 manat pulu isə Nazirlikdə işləyən tanışıma verəcəm ki, sənin işini qabağa salsın" bildirmişdir. Tələt kişi də 20.000 manat pulunun olmadığını bildirmişdir. Tələt kişiyə "sənə verəcəyim şeylərin qarşılığında 20.000 manat heç nədir, sən həmin pulları mənə Elminin vasitəsi ilə hissəhissə göndər, sənə söz verdiklərimi təşkil edəcəm" bildirmişdir. Tələt kişi də onun dediklərinə inanmış və fikirləşmək üçün ondan vaxt istəmişdir. Bir-iki dəqiqədən sonra Tələt onun 051- ***-**-** mobil telefon nömrəsinə zəng edərək, İlqarın ona zəng etdiyini, deyəsən İlqarın yaxşı adama oxşadığını, İlqarın əvvəlcə ona təkər və maşın qaldıran aparatlar verəcəyinə söz verdiyini, həmin aparatları satıb vəziyyətini düzəltdikdən sonra, İlqarın ona sənədləşdirmə əsasında 75.000 manat pul da verdirəcəyini bildirdiyini, sonra isə İlqarın ona Bakı şəhərində bina evi və "Xəzər" markalı avtomobil verdirəcəyini bildirdiyini, bunun müqabilində onun vasitəsi ilə 20.000 manat pul göndərməyini, həmin pulların 5000 manatını dövlət rüsumlarına xərcləyəcəyini, onun işini tez həll etmək üçün 15.000 manat pulu isə Nazirlikdə işləyən tanışına verəcəyini bildirdiyini söyləmişdir. O da Tələt kişiyə yalandan "İlqarla razılaş, çoxlu pul qazanacaqsan" bildirmişdir. Səhərisi günü Tələt kişiyə zəng edib bir qərara gəlib-gəlmədiyin soruşmuşdur. Tələt kişi də 20.000 manat pulunun olmadığını ona bildirmişdir. O da yalandan Tələt kişiyə "sən pulu az-az mənə göndər, İlqarla özüm danışaram, sənə nə köməklik lazımdırsa, mən edəcəm" bildirmişdir. Tələt kişi də ona inanıb razılaşmışdır. Həmin günü axşar saatlarında Şaddıq onun yanma gəlmiş və dostu İlqarın onun atası Tələtə söz verdiklərini düz olub-olmadığını ondan soruşmuşdur. O da Şaddıqa yalandan "hə atana demişdim axı mənim Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işləyən İlqar adlı tanışım var, o, adamlara Məşğulluq proqramı vasitəsi ilə avadanlıqları verdirir, atan 20.000 manat pulu hissə-hissə mənə verəcək, mən də həmin pulları İlqara göndərəcəm, o da həmin pulları tanışlarına verdikdən sonra atanın adına təkər və maşın qaldıran aparatlar yazdırıb göndərəcək, siz də həmin aparatları Lənkəranda olan maşın ustalarına satıb pul qazanarsınız" bildirmişdir. Şaddıq da ona inanıb razılaşmışdır. Bundan sonra, o, ***-***-**-** mobil telefon nömrəsini Şaddıqa verib yalandan "bu nömrə İlqarındır, sənin barəndə İlqara demişəm, o, sənin zəngini gözləyir" bildirmişdir. Sonra isə Şaddıq sexdən çıxıb getmişdir. Təxminən 20 dəqiqədən sonra Şaddıq onun ***-***-**-** mobil telefon nömrəsinə zəng etdiyini görmüşdür. Şaddıq onu tanımasın deyə səsinin tonunu dəyişmiş və telefonu açıb Şaddıqa cavab vermişdir. Şaddıq telefonda ondan kiminlə danışdığını soruşmuşdur. O da Şaddıqa yalandan onunla danışanın İlqar olduğunu bildirmişdir. Şaddıq ona, "sənin telefon nömrəni mənə Elmin verdi, sən atam Tələtlə telefonda danışmısan, sənin söz verdiklərin düzdür?" bildirmişdir. O da telefonda Şaddıqa yalandan, Elminin onun dostu olduğunu və vaxtı ilə Elminə də köməklik etdiyini və Elminin xahişi ilə onun atası Tələtə də pul qazanıb maddi vəziyyətini düzəltməsi üçün köməklik edəcəyini bildirmişdir. Şaddıq telefonda onu tanımamış və onunla razılaşmışdır. Təxminən 10-15 dəqiqədən sonra Şaddıq istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsinə zəng edib, İlqarla danışdığını və İlqarın onun atası Tələtə dediklərini almaqda köməklik edəcəyini bildirmişdir. O, səhərisi günü ***-***-**-** mobil telefon nömrəsi ilə Tələt kişiyə zəng etmiş və yenə də səsinin tonunu dəyişərək Tələtə yalandan "Elmin mənə səni tapşırıb, sən 20.000 manat pulu az-az mənə göndər, əvvəlcə sənin barəndə hazırlayacağım sənədlərin dövlət rusumunu köçürüm ki, səni tez qeydiyyata götürsünlər" bildirmişdir. Tələt kişi də hansı sənədlərinin lazım olduğunu ondan soruşmuşdur. O da Tələtə yalandan "sən telefonda adını, soyadını, atanın adını, təvəllüdünü və şəxsiyyət vəsiqənin seriya nömrəsini mənə de, elektron bazadan sənin şəxsiyyət vəsiqənin kserosurətini çıxardacam və bunların əsasında səni qeydiyyatdan keçirəcəm" bildirmişdir. Tələt kişi də soyadını, adını, atasının adını, təvəllüdünü və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini telefonda ona bildirmişdir. Həmçinin Tələt kişi telefonda ondan, göndərəcəyi aparatları harada və kimə satacağını soruşmuşdur. O da Tələtə yalandan, narahat olmamağını, həmin aparatları Bakı şəhərində özü satacağını və ona 75.000 manat pul göndərəcəyini bildirmişdir. Tələt kişi də ona inanıb razılaşmışdır. Bundan sonra, Şaddıq istifadəsində olan "xxxx"a məxsus 4098 5844 9613 9278 nömrəli plastik kart hesabından mobil tətbiqi proqramı vasitəsi ilə 23 may 2024-cü il tarixdə, saat 14:58 dəqiqədə 150 manat, 23 may 2024-cü il tarixdə, saat 16:16 dəqiqədə 150 manat, 26 may 2024-cü il tarixdə, saat 14:53 dəqiqədə 550 manat, 28 may 2024-cü il tarixdə, 19:05 dəqiqədə 400 manat, 29 may 2024-cü il tarixdə, saat 21:55 dəqiqədə 218 manat, 31 may 2024-cü il tarixdə, saat 15:19 dəqiqədə 950 manat, 01 iyun 2024-cü il tarixdə, saat 17:34 dəqiqədə 1050 manat, 02 iyun 2024-cü il tarixdə, saat 08:08 dəqiqədə 600 manat, 06 iyun 2024-cü il tarixdə, saat 21:17 dəqiqədə 1250 manat pulu ona məxsus 4098 5844 7192 2607 nömrəli "xxxx" kart hesabına köçürmüşdür. Bundan başqa, Şaddıq istifadəsində olan həmin plastik kart hesabından mobil tətbiq proqramı vasitəsi ilə 12 iyun 2024-cü il tarixdə, saat 12:41 dəqiqədə 740 manat, 12 iyun 2024-cü il tarixdə, saat 19:53 dəqiqədə 80 manat, 13 iyun 2024-cü il tarixdə, saat 15:39 dəqiqədə 300 manat, 14 iyun 2024-cü il tarixdə, saat 15:51 dəqiqədə 300 manat, 17 iyun 2024-cü il tarixdə, saat 13:16 dəqiqədə 1500 manat, 19 iyun 2024-cü il tarixdə 300 manat və 20 iyun 2024-cü il tarixdə, saat 15:35 dəqiqədə 200 manat pulu ona məxsus 5411 2498 1262 9447 nömrəli "xxxx" kart hesabına köçürmüşdür. Ümumilikdə Şaddıq onun həmin kart hesablarına cəmi 8738 manat pul köçürmüşdür. Bundan başqa Şaddıq 24 may 2024-cü il tarixdə 100 manat, 25 may 2024-cü il tarixdə 250 manat və 300 manat, 27 may 2024-cü il tarixdə 300 manat, 29 may 2024-cü il tarixdə 600 manat və 04 iyun 2024-cü il tarixdə 815 manat pulu ona məxsus 4098 5844 7192 2607 nömrəli "xxxx" kart hesabına köçürmüşdür. O da həmin pulları Lənkəran şəhərində Unibankın qarşısında olan bankomatdan çıxarıb öz ehtiyaclarına xərcləməyə başlamışdır. Bir dəfə də 26 may 2024-cü il tarixdə Tələt oğlu Şaddıq vasitəsi ilə ona 300 manat pul göndərməli idi. O, həmin vaxtı qardaşı Fəridə yalandan "müştəri maşın ehtiyat hissələri almağım üçün mənə pul göndərəcək, kartlarım bloklanıb, sən kartını mənə ver sonra qaytararam" bildirmişdir. Fərid də həmin “Kapital bank" kartını ona vermişdir. O da həmin kartın nömrəsini Şaddıqa demiş və Şaddıq da həmin karta 300 manat pul köçürmüşdür. O da həmin pulu Lənkəran şəhərində yerləşən Kapital bankın qarşısında olan bankomatdan çıxarmışdır. Sonra isə evə gedəndə kartı qardaşı Fəridə qaytarmışdır. O, həmin 300 manatı da xərcləmişdir. Fəridin onun bu işlərindən məlumatı olmamışdır. Bir dəfə də Tələt 20.000 manatın düzəlməsi üçün 03 iyun 2024-cü il tarixdə, günorta saatlarında oğlu Şaddıqın vasitəsi ilə ona 1350 manat pul göndərmiş və o da 1350 pulu həmin tarixdə və vaxtda işlədiyi sexdə Şaddıqdan almışdır. Bir neçə gündən sonra Tələt kişi ona zəng edərək, hazırkı günədək ona xeyli miqdarda pul göndərdiyini, hər dəfə ona pul göndərəndə, onun işinin yaxın günlərdə düzələcəyini söylədiyini bildirdiyini və nə üçün indiyə qədər onu İlqarın işlədiyi yerə çağırıb ona dediklərinin verilmədiyini soruşmuşdur. O da yalandan Tələtə, narahat olmamağını, yaxın günlərdə onu Bakı şəhərinə çağıracaqlarını və ona təkər və maşın qaldıran aparatlar verəcəklərini, həmin aparatları da İlqar satdıqdan sonra ona 75.000 manat pul göndərəcəyini bildirmişdir. Tələt də ona inanıb razılaşmışdır. O, təxminən 1 saatdan sonra Tələt kişini tam inandırmaq üçün ***-***-**-** telefon nömrəsi ilə Tələtə zəng edərək, "ağsaqqal deyəsən çox narahatsan, narahat olma, sənin adını qeydiyyatdan keçirmişəm, sən yerdə qalan pulları da Elminin vasitəsi ilə mənə göndər ki, sənin adına həmin aparatları yazdıra bilim və bundan sonra aparatları sənə versinlər ki, mən də həmin aparatları satdıqdan sonra sənin 75.000 manat pulunu göndərim ki, sən 55.000 manat pul qazanasan, bu işləri qurtardıqdan sonra sənə ev və maşında da təşkil edəcəm" bildirmişdir. Tələt kişi də ona inanıb razılaşmışdır. O, bir neçə gündən sonra Tələt kişinin mobil telefon nömrəsinə zəng edərək yalandan İlqarın yaxın günlərdə onun adını birinci qeydiyyata aldıracağını və onu Bakı şəhərinə çağıracaqlarını bildirmişdir. Tələt kişi də ona inanmışdır. Həmin gündən etibarən Tələt kişi hərdən bir ona zəng edərək, İlqarın nə vaxt ona 75.000 manat pul göndərəcəyini soruşmuş və o da Tələtə yalandan, narahat olmamağını, İlqarın yaxın günlərdə onun pulunu göndərəcəyini bildirmişdir. Bir müddətdən sonra Tələt kişi onun mobil telefonuna zəng edərək, "sən məni aldatdın, İlqar adlı şəxs də sənin özünsən, çünki, sənin səsin onun səsi ilə eynidir, mənim pullarımı qaytar" bildirmişdir. O da Tələt kişiyə yalandan, İlqar adlı şəxs, o, olmadığını və onun işini yaxın günlərdə İlqarın düzəldəcəyini bildirmişdir. Təxminən 2 gündən sonra qərara gəlmişdir ki, öz adına kart götürüb Tələt kişiyə versin və ona yalandan 75000 manat pulun yarısının həmin karta, yarasının da Şaddıqın kartına köçürüləcəyini bildirsin. O, öz adına Leobankdan hazırda nömrələrini xatırlamadığı kart götürmüş və Tələtə zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. Tələt də Vilvan kəndində plakatın yanında olan kəpək satılan mağazanın qarşısında olduğunu ona bildirmişdir. O, idarə etdiyi Mercedes markalı maşınla həmin yerə getmiş və maşından düşüb Tələt kişi ilə görüşmüşdür. O, Tələt kişiyə yalandan İlqarla danışdığını və öz adına götürdüyü Leobank kartını ona verəcəyini, bir neçə günə 75.000 manat pulun yarısının həmin karta, yarısının isə oğlu Şaddıqın kartına köçürüləcəyini və bankdan gedib pulu çıxardacağını bildirmişdir. Tələt kişi də ona inanıb kartı ondan almışdır. Bir neçə gündən sonra Tələt kişi ona zəng edərək, İlqarın onu aldatdığını və pulları kartlara köçürmədiyini, İlqara göndərdiyi pulları ondan alacağını bildirmişdir. O da yalandan Tələt kişiyə narahat olmamağını, pullarına onun cavabdeh olduğunu və İlqarla danışıb ona məlumat verəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra, o, Tələt kişiyə zəng edərək yalandan İlqarla danışdığını və həmin kartlara Bakı şəhərində pul köçürdüb onlara göndərməsi üçün İlqarın kartları istədiyini bildirmişdir. Bundan sonra, o, Vilvan kəndinə getmiş və öz kartını, Şaddıqın kartını Tələtdən almışdır. Sonra isə hər iki kartı hazırda xatırlamadığı küçəyə atmışdır. Bir müddətdən sonra Tələt ona zəng edərək, onun kartına oğlu Şaddığın vasitəsi ilə 20.000 manat pul göndərdiyini bildirib, pullarını qaytarmağını ondan tələb etmişdir. O da Tələtə yalandan, Şaddıqın onun kartına hansı məbləğlərdə pul göndərdiyini bilmədiyini və Şaddığın onun kartına göndərdiyi pulları İlqara göndərdiyini, İlqara göndərdiyi pulları da hissə-hissə ona qaytaracağını bildirmişdir. Şaddıq ona əlbə-əl bir dəfə 3800 manat, bir dəfə isə 4800 manat pul verməmişdir. Şaddıq ona bir dəfə sexdə 1350 manat pul vermişdir. Tələt kişi ona cəmi 12753 manat pul göndərmiş və həmin pulları da Tələtə ödəyəcəkdir. Cinayət əməlini maddi sıxıntıya görə törətmişdir, hazırda əməlindən peşmandır. Borclarını qaytarmaq fikrindədir. Lakin ittihamda göstərilmiş qaydada Zərərçəkmiş şəxs 20.003 (iyirmi min üç) manat pul almamışdır. Aldığı pullardan 1000 manatını geri qaytarmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və bildirmişdir ki, Şahid3 onun doğma oğludur. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 2022-ci il tarixdən etibarən tanıyır. Elminlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 2022-ci il tarixdə oğlu Şaddıq ona məxsus VAZ 2107 markalı maşını təmir etdirmək üçün Elminin usta işlədiyi Lənkəran şəhəri Füzuli küçəsində yerləşən avtomobil təmiri sexinə aparıb qoymuşdur .O, bir dəfə həmin avtomobil təmiri sexinə getmiş və Elminlə tanış olmuşdur. O, Elmindən maşınının təmiri ilə maraqlanmışdır. Elmin də ona, maşını üçün bir neçə ehtiyyat hissələri lazım olduğunu, həmin ehtiyyat hissələrini özü aldıqdan sonra, pulunu göndərməyini bildirmişdir. O da Elminlə razılaşmışdır. Elmin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini ona vermişdir. O da maşını üçün Elminin aldığı ehtiyyat hissələrinin pullarını Elminə oğlu Şaddıqdan göndərmişdir. O, maşınının təmiri ilə maraqlanmaq üçün bir neçə dəfə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Elminin istifadəsində olan həmin mobil telefon nömrəsinə zəng edib Elminlə danışmışdır. Təxminən 3-4 ay ərzində Elmin onun maşınını təmir edib ona vermişdir. Təxminən 2-3 aydan sonra həmin maşınını satmışdır. 2024-cü ilin aprel ayının axırları və yaxud da may ayının əvvəllərində Elmin istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və onun hal-əhvalını soruşandan sonra "oğlun Şaddıq mənə dedi ki, sənin maddi vəziyyətin ağırdır və mən sənə köməklik edə bilərəm" bildirmişdir. O da Elmindən ona necə köməklik edəcəyini soruşmuşdur. Elmin də ona, Bakı şəhərində Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işləyən İlqar adlı bir dostunun olduğunu, avtoqəza törətdiyi zaman xeyli ziyana düşdüyünü, həmin İlqar adlı dostunun ona təkər dəyişdirən, maşınqaldıran aparatlar göndərdiyini və o da həmin aparatları satıb vəziyyətdən çıxdığını bildirib, satıb maddi imkanını düzəltməsi üçün İlqarın vasitəsi ilə ona da həmin aparatlardan göndərməyi təşkil edə biləcəyini söyləmişdir. O da Elminə inanıb razılaşmışdır. Həmçinin Elmin ona, İlqarın onunla əlaqə saxlaması üçün mobil telefon nömrəsini İlqara verəcəyini bildirmişdir.Təxminən 2-3 gündən sonra ***-***-**- ** mobil telefon nömrəsindən onun istifadəsində olan həmin mobil telefon nömrəsinə zəng gəlmiş və o, telefonu açıb zəngə cavab verərkən, telefonda bir nəfər şəxs ona "sənin mobil telefon nömrəni mənə Elmin verib, adım İlqardır, mən Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işləyirəm, maddi imkanı olmayan şəxsləri qeydiyyatda götürüb, onların sosial müdafiəsinin yaxşılaşdırmaq məqsədi ilə onlara müxtəlif texniki avadanlıqlar, maşın və ev verirəm. bundan başqa 75.000 manat da pul verirəm" bildirmişdir. O da nə verəcəyini İlqardan soruşmuşdur. İlqar da ona "əvvəlcə sənə təkər və maşınqaldıran aparatlar verəcəm, həmin aparatları satıb vəziyyətini düzəltdikdən sonra, sənə sənədləşdirmə əsasında 75.000 manat pul verdirəcəm, sonra isə sənə Bakı şəhərində bina evi və "Xəzər" markalı avtomobil verdirəcəm, sən bunun müqabilində mənə Elminin vasitəsi ilə 20.000 manat pul göndərərsən, həmin pulların 5000 manatını dövlət rüsumlarına xərcləyəcəm, 15.000 manat pulu isə Nazirlikdə işləyən tanışıma verəcəm ki, sənin işini qabağa salsın" bildirmişdir. O da 20.000 manat pulunun olmadığını İlqara bildirmişdir. İlqar da ona verəcəkləri şeylərin qarşılığında 20.000 manat pulun heç nə olduğunu, 20.000 manat pulu Elminin vasitəsi ilə hissə-hissə ona göndərərsə, söz verdiklərini ona təşkil edəcəyini bildirmişdir. O da İlqar adlı şəxsdən fikirləşib bir qərara gəlməsi üçün vaxt istəmişdir. Amma İlqar adlı şəxs həmin tanışının adını ona deməmişdir. Bundan sonra, bu barədə Elminə zəng edib bildirmiş və Elmin də ona "İlqarla razılaş, varlanacaqsan" bildirmişdir. O, bu barədə oğlu Şaddıqa da məlumat vermiş, amma oğlu Şaddıq ona, İlqar adlı şəxsin kimliyini bilmədiyini, ola bilsin ki, İlqar adlı şəxsin onu aldadacağını bildirmişdir. O da oğlu Şaddıqa, İlqar adlı şəxsin danışığından yaxşı adama oxşadığını və Elminin də İlqarı təriflədiyini bildirmişdir. Səhərisi günü Elmin yenə də onun mobil telefonuna zəng edərək,bir qərara gəlib-gəlmədiyini soruşmuşdur. O da bu barədə hələ fikirləşdiyini, amma 20.000 manat pulunun olmadığını Elminə bildirmişdir. Elmin də ona "sən pulu az-az mənə göndər, İlqarla özüm danışaram, sənə nə köməklik lazımdırsa, mən edəcəm" bildirmişdir. O da Elminə inanıb razılaşmışdır. Səhərisi günü İlqar adlı şəxs ona zəng edərək, "Elmin mənə səni tapşırıb, sən 20.000 manat pulu az-az mənə göndər, əvvəlcə sənin barəndə hazırlayacağım sənədlərin dövlət rusumunu köçürüm ki, səni tez qeydiyyatda götürsünlər" bildirmişdir. O da İlqar adlı şəxsdən hansı sənədlərin lazım olduğunu soruşmuşdur. İlqar adlı şəxs də ona, telefonda adını, soyadını, atasının adını, təvəllüdünü və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini deməyini, bundan sonra elektron bazadan onun şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardacağını və bunların əsasında onu qeydiyyatdan keçirdəcəyini bildirmişdir. O da soyadını, adını, atasının adını, təvəllüdünü və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini İlqar adlı şəxsə telefonda demişdir. Bundan başqa, o, İlqar adlı şəxsdən, ona göndərəcəyi aparatları harada və kimə satacağını soruşmuşdur. İlqar da ona, narahat olmamağını, həmin aparatları Bakı şəhərində özü satıb 75.000 manat pul ona göndərəcəyini bildirmişdir. 2024-cü ilin may ayının ortalarında bir baş inəyini 1800 manata, bir baş inəyini isə 2000 manata satmış və həmin cəmi 3800 manat pulu Elminə aparıb verməsi üçün oğlu Şaddıqa vermişdir. Şaddıq da həmin pulları Elminə nə üçün verdiyini soruşmuşdur. O da İlqarın həmin pulları ondan dövlət rüsumlarını köçürmək üçün istədiyini bildirmişdir. Həmin günü axşam saatlarında oğlu Şaddıq evə gəlmiş və pulları Elminə verdiyini ona bildirmişdir. Təxminən 1 saatdan sonra Elmin ona zəng edərək, narahat olmamağını, pulları İlqara göndərdiyini və onun işinə özü nəzarət edəcəyini bildirmişdir. 23 may 2024-cü il tarixdə günorta saatlarında Elmin onun mobil telefonuna zəng edərək, İlqarın onun bəzi sənədlərinin dövlət rüsumunu köçürmək üçün 400 manat da pul istədiyini və 400 manat pulu ona göndərməyini bildirmişdir. O, həmin günü oğlu Şaddıqa 300 manat pul verərək, 300 manat pulu Elminə göndərməyini və səhər Elminə göndərmək üçün ona 100 manat da verəcəyini bildirmişdir. Oğlu Şaddıqda 300 manat pulu Elminin kartına köçürmüşdür. Səhərisi günü, yəni 24 may 2024-cü il tarixdə oğlu Şaddıqa 100 manat da pul vermiş və oğlu Şaddıqda həmin 100 manat pulu yaşadıqları Vilvan kəndində olan Limon marketdə yerləşən eMANAT terminalından Elminin Leobank kartına göndərmişdir. Həmin günü axşam saatlarında Elmin ona zəng edərək, göndərdiyi 400 manat pulun ona çatdığını və onun işinə nəzarət etdiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra İlqar adlı şəxs də onun mobil telefonuna zəng edərək, onun bəzi sənədlərinin rüsumunu səhər ödəyəcəyini, yaxın günlərdə onu qeydiyyata götüzdürəcəyini bildirmişdir. O da Elmin və İlqar adlı şəxsə inanmışdır. Bundan sonra, o, Elminin istəyi ilə Elminə oğlu Şaddıqın vasitəsi ilə 25 may 2024-cü il tarixdə 250 manat, 300 manat, 26 may 2024-cü il tarixdə 300 manat, 550 manat, 27 may 2024-cü il tarixdə 300 manat, 28 may 2024-cü il tarixdə 400 manat, 29 may 2024-cü il tarixdə 600 manat, 218 manat və 31 may 2024-cü il tarixdə 950 manat olmaqla, cəmi 4268 manat da pul göndərmişdir. O, 01 iyun 2024-cü il tarixdə günorta saatlarında Elminə zəng edərək, ona hazırkı günədək cəmi 8068 manat pul göndərdiyini, hər dəfə ona pul göndərəndə, işini yaxın günlərdə düzələcəyini dediyini bildirib, nə üçün indiyə qədər onu İlqarın işlədiyi yerə çağırıb, ona dediklərini vermədiklərini soruşmuşdur. Elmin də and-aman edərək, narahat olmamağını, yaxın günlərdə onu Bakı şəhərinə çağıracaqlarını, ona təkər və maşınqaldıran aparatlar verəcəklərini və həmin aparatları da İlqar satdıqdan sonra ona 75.000 manat pul göndərəcəyini bildirmişdir. O, yenə də Elminə inanmışdır. Təxminən 1 saatdan sonra İlqar adlı şəxs ona zəng edərək, "ağsaqqal deyəsən çox narahatsan, narahat olma, sənin adını qeydiyyatdan keçirmişəm, sən yerdə qalan pulları da mənə göndər ki, sənin adına həmin aparatları yazdıra bilim və bundan sonra apratları sənə versinlər ki, mən də həmin aparatları satdıqdan sonra sənin 75.000 manat pulunu göndərim ki, sən 55.000 manat pul qazanasan" bildirmişdir. O da İlqara inanmışdır. Həmçinin İlqar ona, bu işləri qurtardıqdan sonra ona ev və maşında da təşkil edəcəyini bildirmişdir. Bundan sonra, o, həmin günü oğlu Şaddıqın vasitəsi ilə Elminə 1050 manat və 02 iyun 2024-cü il tarixdə 600 manat pul göndərmişdir. Elmin onun mobil telefonuna zəng edərək, bu yaxın günlərdə onun adının birinci qeydiyyata düşəcəyini və onu Bakı şəhərinə çağıracaqlarını bildirmişdir. O da Elminə inanmışdır. 03 iyun 2024-cü il tarixdə səhər saatlarında Elmin onun mobil telefonuna zəng edərək, İlqarın onun işi ilə bağlı tanışına pulları çatdırmalı olduğunu, İlqara göndərmək üçün pulların qalanını da ona göndərməyini bildirmişdir. O, həmin ərəfələrdə yaşadığı kənddə olan 39 sot torpaq sahəsini satdığı puldan 4800 manat pulu Elminə verməsi üçün oğlu Şaddıqa vermişdir. Şaddıqda həmin pulu aparıb Elminə vermişdir. 04 iyun 2024-cü il tarixdə, səhər saatlarında Elmin onun mobil telefonuna zəng edərək "sən yerdə qalan pulları da göndər ki, 20.000 manat düzəlsin sənin işin gecikməsin və tez düzəlsin" bildirmişdir. O da oğlu Şaddıqın vasitəsi ilə Elminə 04 iyun 2024-cü il tarixdə 815 manat, 06 iyun 2024-cü il tarixdə 1250 manat, 12 iyun 2024-cü il tarixdə 740 manat, 80 manat, 13 iyun 2024-cü il tarixdə 300, 14 iyun 2024-cü il tarixdə 300 manat, 17 iyun 2024-cü il tarixdə 1500 manat, 19 iyun 2024-cü il tarixdə 300 manat və 20 iyun 2024cü il tarixdə 200 manat pul göndərmişdir. O, səhərisi günü Elminə zəng edərək, istədikləri 20.000 manat pulu ona göndərdiyini və onun işinin tez həll olunması üçün İlqarla danışmağını bildirmişdir. Elmin də ona, narahat olmamağını, İlqarla danışacağını və onun işi həllini tapacağını bildirmişdir. Lakin, o, Elmin və İlqar adlı şəxslə dəfələrlə zəng edib danışsa da, Elmin və İlqar müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışlar. 2024cü ilin iyun ayının axırlarında Elminə zəng edib "sən məni aldatdın, İlqar adlı şəxs də sənin özünsən, çünki, sənin səsin onun səsi ilə eynidir, mənim pullarımı qaytar" bildirmişdir. Elmin də ona and-aman edərək, İlqar adlı şəxsin, o, olmadığını, İlqarın onun işini yaxın günlərdə düzəldəcəyini bildirmişdir. Onun arvadı Sahibə də onun işi ilə bağlı Elmin və İlqarla danışmışdır. Sahibə, Elmin və İlqarla danışdıqdan sonra ona, Elmin və İlqar adlı şəxsin eyni adam olduğunu və Elminin onu aldatdığını bildirmişdir. Təxminən 2 gündən sonra Elmin onun mobil telefon nömrəsinə zəng edərək, ondan harada olduğunu soruşmuşdur. O da Vilvan kəndində plakatın yanında olan işlədiyi mağazanın qarşısında olduğunu Elminə bildirmişdir. Bir neçə dəqiqədən sonra Elmin həmin yerə gəlmiş və onunla görüşmüşdür. Elmin ona, İlqarla danışdığını və öz adına götürdüyü Leobank kartını ona verəcəyini, bir neçə günə 75.000 manat pulun yarısının həmin karta, yarısının isə oğlu Şaddıqın kartına köçürüləcəyini və bundan sonra banka gedib pulları çıxardacağını bildirmişdir. O da Elminə inanıb kartı ondan almışdır. Həmin günü axşam saatlarında oğlu Şaddıq evə gəlmişdir. O, Elminin verdiyi Leobank kartını Şaddıqa göstərib, Elminin dediklərini Şaddıqa bildirmişdir. Lakin bir neçə gün keçsə də oğlu Şaddıq kartına pul köçürülmədiyini və Elminin onu aldatdığını bildirmişdir. Bundan sonra, o, Elminə zəng edərək, onu yenə də aldatdığını, Şaddığın kartına pul gəlmədiyini bildirib, Elmindən pullarını qaytarmağını tələb etmişdir. Elmin də telefonda ona, narahat olmamağını, onun pullarına cavabdeh olduğunu və İlqarla danışıb ona məlumat verəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Elmin ona zəng edərək, İlqarla danışdığını və İlqarın Bakı şəhərində həmin kartlara pul köçürməsi üçün gəlib kartları ondan götürərək İlqara göndərəcəyini və İlqar pulları kartlara köçürdükdən sonra, kartları onlara göndərəcəyini bildirmişdir. Bundan sonra, oğlu Şaddıqdan Leobank kartını almışdır. Səhərisi günü hər iki kartı Vilvan kəndinə Elminə vermişdir. Lakin bir neçə gün keçsə də Elmindən xəbər çıxmamışdır. Bundan sonra, anlamışdır ki, Elmin onu aldaraq 20.003 manat pulunu aldadaraq almışdır. Elmin barəsində Lənkəran polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Vurulmuş maddi ziyandan 1000 manatını Elmin geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs qohumları da ondan bezdiyi üçün sonuncunun yerinə pul qaytarmaqdan imtina edirlər. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri işləyir və polis serjantıdır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 2022-ci il tarixdən etibarən tanıyır. Elminlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Elmin Lənkəran şəhəri Füzuli küçəsində yerləşən avtomobil təmiri sexində avtomobil təmiri usta işləmişdir. Zərərçəkmiş şəxs onun atasıdır. Atası Tələtin VAZ 2107 markalı avtomobili olmuşdur. Həmin avtomobili hərdən bir, o də idarə etmişdir. Atası Tələtə məxsus həmin VAZ 2107 avtomobilin qapılarında və içərisində səs-küy yarandığı üçün, həmin avtomobili təmir etmək məqsədi ilə Elminin işlədiyi avtomobil təmiri sexinə aparmışdır. Elmin maşına baxdıqdan sonra maşını 1 ay ərzində təmir edib ona verəcəyini və təmir xərci, usta pulunun 700 manat təşkil etdiyini bildirmişdir. O da Elminlə razılaşmışdır. Amma Elmin maşının təmirini gecikdirməyə başlamışdır. Buna görə də X3 yanınaa getmiş və ondan maşınının təmirini tezləşdirməyi xahiş etmişdir. Həmin ərəfələrdə Elmin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini də onun atası Tələtə vermişdir. Atası Tələt maşını üçün Elminin aldığı ehtiyyat hissələrinin pullarını Elminə hissə-hissə göndərmişdir. Təxminən 3-4 ay ərzində Elmin onların maşınını təmir edib, atası Tələtə vermişdir. Həmin gündən etibarən Elminlə normal münasibəti yaranmışdır. Atası Tələt həmin maşınını təxminən 2-3 aydan sonra satmışdır. 2024-cü ilin aprel ayının axırlarında maddi vəziyyətləri yaxşı olmadığına görə Elmindən 1.000 manat borc pul istəmişdir. Amma Elmin maddi vəziyyətinin yaxşı olmadığını bildirib, ona borc pul verməmişdir. 2024-cü ilin may ayının əvvəllərində işdən çıxıb yaşadığı evə getmiş və çay içdikdən sonra atası Tələt, ona, Elminin ona zəng etdiyini, maddi vəziyyətlərinin ağır olduğunu ondan öyrəndiyini dediyini, buna görə ona köməklik etmək istədiyini bildirdiyini, o da necə köməklik edəcəyini Elmindən soruşduğunu, Elmin də ona, Bakı şəhərində Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işləyən İlqar adlı bir dostunun olduğunu, avtoqəza törətdiyi zaman xeyli ziyana düşdüğünü, həmin İlqar adlı dostunun ona təkər dəyişdirən, maşınqaldıran aparatlar göndərdiyini və o, həmin aparatları satıb vəziyyətdən çıxdığını, satıb maddi vəziyyətini düzəltməsi üçün Elminin İlqarın vasitəsi ilə ona da həmin aparatlardan təşkil edə biləcəyini təklif etdiyini, o da Elminə inanıb razılaşdığını, İlqarın onunla əlaqə saxlaması üçün Elminin onun telefon nömrəsini İlqar adh şəxsə verdiyini, təxminən 2-3 gündən sonra ***- ***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng gəldiyini və o, telefonu açıb zəngə cavab verərkən, telefonda bir nəfər şəxsin ona "sənin mobil telefon nömrəni mənə Elmin verib, adım İlqardır, mən Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işləyirəm,maddi imkanı olmayan şəxsləri qeydiyyatda götürüb, onlarin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə onlara müxtəlif texniki avadanlıqlar, maşın və ev verirəm, bundan başqa 75.000 manat da pul verirəm" bildirdiyini, o da İlqar adlı şəxsdən ona nə verəcəyini soruşduğunu, İlqar adlı şəxs də ona "əvvəlcə sənə təkər və maşın qaldıran aparatlar verəcəm, həmin aparatları satıb vəziyyətini düzəltdikdən sonra, sənə sənədləşdirmə əsasında 75.000 manat pul verdirəcəm, sonra isə sənə Bakı şəhərində bina evi və "Xəzər" markalı avtomobil verdirəcəm, sən bunun müqabilində mənə Elminin vasitəsi ilə 20.000 manat pul göndərərsən, həmin pulların 5000 manatını dövlət rüsumlarına xərcləyəcəm, 15.000 manat pulu isə Nazirlikdə işləyən tanışıma verəcəm ki, sənin işini qabağa salsın" bildirdiyini, o da İlqar adh şəxsə telefonda 20.000 manat pulunun olmadığını söylədiyini, İlqar adlı şəxs də ona verəcəyi şeylərin qarşılığında 20.000 manat pulun heç nə olduğunu, 20.000 manat pulu Elminin vasitəsi ilə hissə-hissə ona göndərsə, söz verdiklərini ona təşkil edəcəyini bildirdiyini, o da İlqar adlı şəxsdən fikirləşib qərar qəbul etmək üçün vaxt istədiyini, bundan sonra bu barədə Elminə zəng edib dediyini və Elmin də ona "İlqarla razılaş, varlanacaqsan" dediyini bildirmişdir. O da atası Tələtin sözlərinə qulaq asdıqdan sonra, Elminin dostu İlqar adlı şəxsin kimliyini bilmədiyini, ola bilsin ki, İlqar adlı şəxsin onu aldadacağını atası Tələtə bildirmişdir. Atası Tələt də ona, İlqarın danışığından yaxşı adama oxşadığını və Elminin də İlqar adlı şəxsi təriflədiyini bildirmişdir. Bundan sonra, o, atası Tələtə heç nə deməmişdir. İki gündən sonra, o, işdən çıxıb yaşadığı evə gəlmiş və atası Tələt ona, Elminin yenə də onun mobil telefonuna zəng edərək nə qərara gəldiyini soruşduğunu, o da Elminə hələ də fikirləşib bir qərara gələ bilmədiyini və 20.000 manat pulunun olmadığını bildirdiyini, Elminin də ona "sən pulu az-az mənə göndər, İlqarla özüm danışaram, sənə nə köməklik lazımdırsa, mən edəcəm" bildirdiyini, o da Elminə inanıb razılaşdığını, bundan sonra İlqar adlı şəxsin ***-***-**-** mobil telefon nömrəsi ilə ona zəng edərək, "Elmin mənə səni tapşırıb, sən 20.000 manat pulu az-az mənə göndər, əvvəlcə sənin barəndə hazırlayacağım sənədlərin dövlət rusumunu köçürüm ki, səni tez qeydiyyatda götürsünlər, telefonda adını, soyadını, atanın adını, təvəllüdünü və şəxsiyyət vəsiqənin seriya nömrəsini mənə de, elektron bazadan sənin şəxsiyyət vəsiqənin kserosurətini çıxardacam və bunların əsasında səni qeydiyyatdan keçirəcəm" bildirdiyini, o da soyadını, adını, atasının adını, təvəllüdünü və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini İlqar adlı şəxsə telefonda dediyini, sonra isə İlqar adlı şəxdən göndərəcəyi aparatları harada və kimə satacağını soruşduğunu, İlqarın da ona, narahat olmamağını, həmin aparatları Bakı şəhərində özü sataraq 75.000 manat pulu ona göndərəcəyini söylədiyini bildirmişdir. O da atası Tələtdən, 20.000 manat pulu necə düzəldib, Elminin vasitəsi ilə İlqar adh şəxsə göndərəcəyini soruşmuşdur. Atası Tələt də Elminə inandığını, inəklərini satıb pulunu Elminə verməsi üçün ona verəcəyini bildirmişdir. O, həmin günü axşam saatlarında Lənkəran şəhərinə gəlmiş və Elminlə işlədiyi sexdə görüşmüşdür. O, Elmindən, atası Tələtə söz verdiklərinin düz olub-olmadığını soruşmuşdur. Elmin də ona, "hə atana demişdim axı, mənim Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işləyən İlqar adlı tanışım var, o, adamlara Məşğulluq proqramı vasitəsi ilə avadanlıqlar verdirir, atan 20.000 manat pulu hissə-hissə mənə verəcək, mən də həmin pulları İlqara göndərəcəni, o da həmin pulları tanışlarına verdikdən sonra atanın adına təkər və maşın qaldıran aparatlar yazdırıb göndərəcək, siz də həmin aparatları Lənkəranda olan maşın ustalarına satıb pul qazanarsınız" bildirmişdir. O, Elminə inanıb razılaşmışdır. Bundan sonra, Elmin ***-***-**-** mobil telefon nömrəsini ona verərək, həmin telefon nömrəsinin dostu İlqara məxsus olduğunu və İlqarın onun zəngini gözlədiyini bildirmişdir. Bundan sonra, o, sexdən çıxıb Lənkəran polis şöbəsinə gəlmişdir. O, bir neçə dəqiqədən sonra ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və onun zənginə bir kişi cavab vermişdir. O, telefonda kiminlə danışdığını soruşmuş və həmin şəxs də ona danışanın İlqar olduğunu bildirmişdir. O da İlqar adlı şəxsə, onun telefon nömrəsini ona Elminin verdiyini bildirib, İlqardan, atası Tələtlə telefonda danışaraq söz verdiklərinin düz olub-olmadığını soruşmuşdur. İlqar adlı şəxs də ona, Elminin onun dostu olduğunu, vaxtı ilə Elminə də köməklik göstərdiyini və Elminin xahişi ilə onun atası Tələtə də pul qazanıb maddi vəziyyətini düzəltməsi üçün köməklik edəcəyini bildirmişdir. O da Elminə görə həmin İlqar adlı şəxsə inanmışdır. 2024-cü ilin may ayının ortalarında atası Tələt bir baş inəyini 1800 manata, bir baş inəyini isə 2000 manata satmış və cəmi 3800 manat pulu aparıb Elminə verməsi üçün ona vermişdir. O da 3800 manat pulu atası Tələtdən götürmüş və Lənkəran şəhərinə getmişdir. Həmin günü, saat 14 radələrində Elminlə maşın təmiri sexində görüşmüş və 3800 manat pulu Elminə vermişdir. Həmin vaxtı Elmindən başqa avtomobil təmiri sexində heç kim olmamışdır. O, Elminə, İlqar adlı şəxsi tanımadığını və üzünü də görmədiyini, əgər İlqar adlı şəxs onun atası Tələti aldadarsa, onun cavabdeh olduğunu bildirmişdir. Elmin də ona, İlqarın onun dostu olduğu üçün, İlqara cavabdeh olduğunu və İlqarın onun atası Tələti aldatmayacağmı bildirmişdir. O da Elminə inanmış və ondan ayrılıb Lənkəran polis şöbəsinə gəlmişdir. 23 may 2024-cü il tarixdə, günorta saatlarında atası Tələt onun mobil telefonuna zəng edərək, İlqarın onun bəzi sənədlərinin dövlət rüsumunu ödəmək üçün ondan 400 manat pul istəməyi barədə Elminin ona zəng etdiyini və evə gələndə Elminin kartına göndərməsi üçün ona 300 manat pul verəcəyini, 100 manatı isə səhər ona verəcəyini bildirmişdir. O da evə gəlmiş və atası ona 300 manat pul vermişdir. Bundan sonra, o, Elminə zəng edib, onun kartına 300 manat pulu köçürməsi üçün kart nömrəsini ona göndərməyini bildirmişdir. Elmin də 300 manat pulu İlqarın kartına köçürdəcəyini ona bildirmişdir. Bir neçə dəqiqədən sonra Elmin onun telefonuna Leobank kartının 4098 5844 7192 2607 nömrəsini göndərmişdir. O, 300 manat pulu istifadəsində olan 4098 5844 9613 9278 nömrəli Leobank kartına köçürmüşdür. Sonra isə həmin 300 manat pulun, bir dəfə 150 manatını, bir dəfə də 150 manatını Elminin həmin kart hesabına köçürmüşdür. 24 may 2024-cü il tarixdə saat 20 radələrində atası Tələtin ona verdiyi 100 manat pulu yaşadıqları Lənkəran rayonunun Vilvan kəndində yerləşən Limon marketdə olan "xxxx" ödəmə terminalından Elminin həmin kartına göndərmişdir. Bundan sonra, o, Elminin istəyi ilə atası Tələtin ona verdiyi 250 və 300 manat pulları 25 may 2024-cü il tarixdə ayrı-ayrı saatlarda Lənkəran rayonu Vilvan kəndində yerləşən Limon marketdə olan "xxxx" ödəmə terminalından və Lənkəran şəhərində yerləşən UFA market mağazasında yerləşən "mpay" ödəmə terminalından Elminin həmin kartına göndərmişdir. Bundan başqa, atası Tələtin ona verdiyi 300 manat pulu 26 may 2024-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu Vilvan kəndində yerləşən Al market mağazasında olan "Million" ödəmə terminalı vasitəsi ilə Elminin onun mobil telefonuna göndərdiyi Kapital banka məxsus kart hesabına göndərmişdir. 26 may 2024-cü il tarixdə, saat 15 radələrində atası Tələt onun mobil telefonuna zəng edərək, Elminin kartına köçürməsi üçün onun kartına 550 manat pul göndərəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra 4098 5844 9613 9278 nömrəli Leobank kart hesabına 550 manat pul gəlmişdir. O da həmin günü 4098 5844 9613 9278 nömrəli Leobank kart hesabından 550 manat pulu Elminin həmin Leobank kart hesabına göndərmişdir. 27 may 2024-cü il tarixdə, saat 20 radələrində atası Tələtin ona verdiyi 300 manat pulu Lənkəran şəhərində yerləşən REFEM marketdə olan "mpay" ödəmə terminalı vasitəsi ilə Elminin həmin Leobank kartına köçürmüşdür. 28 may 2024-cü il tarixdə atası Tələtin Elminin kartına köçürməyi üçün onun Leobank kartına göndərdiyi 400 manat pulu Elminin həmin Leobank kartına köçürmüşdür. 29 may 2024-cü il tarixdə atası Tələtin Elminin kartına köçürmək üçün ona verdiyi 600 manat pulu Lənkəran rayonu Vilvan kəndində yerləşən Limon market mağazasında olan "xxxx" ödəmə terminalından və 218 manat pulu Leobank kart hesabından Elminin həmin Leobank kart hesabına göndərmişdir. 31 may 2024-cü il tarixdə atası Tələtin Elminin kartına köçürmək üçün Leobank kart hesabına göndərdiyi 950 manat pulu həmin kart hesabından Elminin həmin Leobank kart hesabına göndərmişdir. 01 iyun 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evdə atası Tələtə, Elminə xeyli pul göndərdiyini bildirib, nə üçün işinin düzəlib-düzəlmədiyini öyrənmək üçün Elminlə danışmadığını soruşmuşdur. Bundan sonra, atası Tələt Elminə zəng edərək, hazırkı günədək ona 8068 manat pul göndərdiyini, hər dəfə ona pul göndərəndə, onun işinin yaxın günlərdə düzələcəyini bildirdiyini və nə üçün indiyə qədər onu İlqarın işlədiyi yerə çağırıb, ona dediklərinin verilmədiyini soruşmuşdur. Elmin də onun atası Tələtə, narahat olmamağım, yaxın günlərdə onu Bakı şəhərinə çağıracaqlarını və ona təkər və maşın qaldıran aparatlar verəcəklərini və həmin aparatları İlqar satdıqdan sonra ona 75.000 manat pul göndərəcəyini bildirmişdir. Təxminən 30-40 dəqiqədən sonra evdən çıxıb Lənkəran şəhərinə gəlmişdir. Həmin günü axşam saatlarında yaşadığı evə qayıtmış və atası Tələt ona, "İlqar mənə zəng etmişdi və mənə dedi ki, narahat olma, sənin adını qeydiyyatdan keçirmişəm, sən yerdə qalan pulları da mənə göndər ki, sənin adına həmin aparatları yazdıra bilim və bundan sonra apratları sənə versinlər ki, mən də həmin aparatları satdıqdan sonra sənin 75.000 manat pulunu göndərim ki, sən 55.000 manat pul qazanasan" bildirmişdir. O da atası Tələtə, İlqar kimdirsə, onu aldatdığını bildirmişdir. Atası Tələt də ona, Elminlə İlqara inandığını bildirib, onun işinə qarşımamağını tövsiyə etmişdir. O, həmin günü atası Tələtin onun Leobank kart hesabına göndərdiyi 1050 manat pulu Elminin həmin Leobank kart hesabına köçürmüşdür. O, 02 iyun 2024-cü il tarixdə də atası Tələtin onun Leobank kart hesabına göndərdiyi 600 manat pulu Elminin həmin Leobank kart hesabına göndərmişdir. Bundan başqa, atası Tələt satdığı yaşadıqları kənddə yerləşən torpaq sahəsindən əldə etdiyi 4800 manat pulu Elminə vermək üçün ona vermiş və o da həmin pulu 03 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Elminin işlədiyi həmin avtomobil təmiri sexində Elminə vermişdir. Həmin vaxtı Elmin sexdə tək olmuşdur. Bundan başqa, o, atası Tələtin Elminin kart hesabına göndərmək üçün ona verdiyi 815 manat pulu 04 iyun 2024-cü il tarixdə Lənkəran rayonu Vilvan kəndində yerləşən Liman marketdə olan "xxxx" ödəmə terminalından Elminin həmin Leobank kart hesabına köçürmüşdür. O, 06 iyun 2024-cü il tarixdə atası Tələtin Elminin kart hesabına göndərmək üçün onun Leobank kart hesabına göndərdiyi 1250 manat pulu Elminin həmin Leobank kart hesabına köçürmüşdür. O, 12 iyun 2024-cü il tarixdə atası Tələtin Elminin kart hesabına göndərmək üçün onun Leobank kart hesabına göndərdiyi 80 manat və 740 manat pulları Elminin ona deməyinə görə İlqarın istifadəsində olan 5411 2498 1262 9447 Leobank kart hesabına göndərmişdir. Amma həmin kart Elminə məxsus olmuşdur. Atası Tələtin onun həmin Leobank kartına 13 iyun 2024-cü il tarixdə 300 manat və 14 iyun 2024-cü il tarixdə 300 manat göndərdiyi pulları həmin tarixlərdə 5411 2498 1262 9447 Leobank kart hesabına göndərmişdir. O, 17 iyun 2024-cü il tarixdə atası Tələtin onun Leobank kart hesabına göndərdiyi 1500 manat pulu 5411 2498 1262 9447 Leobank kart hesabına göndərmişdir. O, 19 iyun 2024-cü il tarixdə atası Tələtin onun Leobank kart hesabına göndərdiyi 300 manat pulu 5411 2498 1262 9447 Leobank kart hesabına göndərmişdir. Axırıncı dəfə, o, 20 iyun 2024-cü il tarixdə atası Tələtin onun Leobank kartıma göndərdiyi 200 manat pulu da 5411 2498 1262 9447 Leobank kart hesabına göndərmişdir. Səhərisi günü yaşadıqları evdə olduğu zaman atası Tələt Elminə zəng edərək, istədikləri 20.000 manat pulu onlara göndərdiyini və İlqarla danışıb onun işini həll etməyini bildirmişdir. Elmin də onun atası Tələtə telefonda, narahat olmamağını, İlqarla danışacağını və onun işi həllini tapacağını bildirmişdir. Lakin atası Tələt, Elmin və İlqar adlı şəxslə dəfələrlə zəng edib danışsa da, Elmin və İlqar adlı şəxs müxtəlif bəhanələr gətirərək, atası Tələti aldatmağa başlamışlar. 2024-cü ilin iyun ayının axırlarında anası Sahibə atası Tələtə "Elmin və İlqar adlı şəxslər kimlərdirsə, səni aldadıb pullarını aldılar, onların telefon nömrələrini ver mən onlarla danışacam" bildirmişdir. Atası Tələt də əvvəlcə Elminə, sonra isə İlqara zəng edib telefonu anası Sahibəyə vermişdir. Anası Sahibə əvvəlcə Elminlə, sonra isə İlqar adlı şəxslə danışıb qutardıqdan sonra, ona və atası Tələtə "bu şəxslərin ikisi də eyni adamdır" bildirmişdir. Həmin vaxtı, o, anlamışdır ki, İlqar adlı şəxs yoxdur və Elmin yalan danışıb onları aldatmışdır. Bundan sonra, atası Tələt Elminə zəng edib "sən məni aldatdın, İlqar adlı şəxs də sənin özünsən, çünki, sənin səsin onun səsi ilə eynidir, mənim pullarımı qaytar" bildirmişdir. Elmin də and-aman edərək, İlqar adlı şəxs, o, olmadığını və İlqarın bu yaxın günlərdə onun işini həll edəcəyini bildirmişdir. O, təxminən 2 gündən sonra axşam saatlarında işdən çıxıb yaşadığı evə gəlmiş və atası Tələt ona bir ədəd Unibank kartını göstərərək, həmin kartı ona Elminin verdiyini, Elminin deməsinə görə bir neçə gün ərzində 75.000 manat pulun yarısının həmin karta, yarısının isə onun kartına köçürüləcəyini və bankadan gedib pulu çıxardacağını ona bildirmişdir. Lakin bir neçə gün keçsə də, onun kartına pul gəlməmiş və o, atası Tələtə, Elminin yalan danışdığını və onun kartına pul göndərilmədiyini bildirmişdir. Bundan sonra, atası Tələt Elminə zəng edərək, onu yenə aldatdığını bildirib, Elmindən pullarını qaytarmasını tələb etmişdir. Elmin də telefonda onun atası Tələtə, narahat olmamağını, onun pullarına cavabdeh olduğunu və İlqarla danışıb ona məlumat verəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Elmin onun atası Tələtə zəng edərək, İlqarla danışdığını və kartlara Bakı şəhərində pul köçürdüb, yenidən kartları onlara göndərməsi üçün İlqarın həmin kartları istədiyini bildirmişdir. Atası Tələt yenə də Elminə inanmış və Elminə verməsi üçün ondan kartını istəmişdir. O da həmin Leobank kartını atası Tələtə vermiş və Elminin yenə də onu aldadacağını atası Tələtə bildirmişdir. Səhərisi günü axşam saatlarında yaşadığı evə gəlmiş və atası Tələt ona, Elminin yaşadıqları kəndə gəldiyini və iki ədəd kartı Elminə verdiyini bildirmişdir. Lakin bir neçə gün keçsə də Elmindən xəbər çıxmamış və o da atası Tələtə, "sənin inamın ucbatından Elmin səni aldadıb 20.003 manat pulunu aldı" bildirmişdir. X3 barəsində Lənkəran polis şöbəsinə şikayət etmişdir. Hazırki tarixədək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyandan 1000 manatının geri qaytarılmış, qalan məbləğin isə hələ də ödənilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, anası X1 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Elmin həbs olunmamışdan əvvəl maşın təmiri ustası işləmişdir. Elmin Lənkəran şəhəri ərazisində maşın təmiri sexini icarəyə götürüb işləmişdir. Onun istifadəsində 2024-cü ilin may ayı ərzində Kapital banka məxsus hazırda nömrəsini xatırlamadığı plastik kart olmuş və o, həmin kartı 2024-cü ilin iyun ayında itirmişdir. Hazırda da həmin plastik kartının harada olduğunu bilməmişdir. 2024-cü ilin may ayının axırlarında, səhər saatlarında Elmin evdə ona, bir nəfərin maşınını təmir etdiyini, həmin şəxsin ona maşınına ehtiyat hissələri almağı üçün pul göndərməli olduğunu, amma kartlarının bloklandığım bildirib, ondan kartını istəmişdir. O da həmin Kapital Bank" plastik kartını Elminə vermişdir. Elmin axşam saatlarında həmin plastik kartını evə gələndə ona qaytarmışdır. 2024-cü ilin iyul ayının axırlarında Lənkəran polis şöbəsindən onun mobil telefon nömrəsinə zəng edilib, qardaşı Elminin Şaddıq adlı polis işçisinin atasına qarşı dələduzluq etdiyi üçün həbs olunduğu barədə məlumat verilmişdir. Onun qardaşı Elminin Şaddıq adlı polis işçisinin atasını aldadaraq ondan pul almasından məlumatı və iştirakı olmamışdır. Ona tanış olması üçün təqdim olunmuş pul köçürmə qəbzində göstərilən "xxxx"a aid 523915******0539 nömrəli plastik kart hesabı ona məxsusdur. Həmin kartını itirdiyi üçün orta nömrələrini xatırlamır. O, həmin kart hesabına kimin 300 manat pul göndərdiyini də bilmir. 300 manat pulu da həmin kartından, o, çıxarmamışdır. Onun həmin kartı Elmində olan zaman 300 manat pul Elminə göndərilmişdir və Elmin də 300 manat pulu onun kartından çıxarmışdır. Sonra isə kartı gətirib evdə ona vermişdir. İfadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o da Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. (Məhkəmə Şahid1 ifadəsinin eyni mənzmunla olması səbəbindən təkrar elan etməsini lüzum bilmir.) İş materiallarında əlavə olunmuş və məhkəmə iclası zamanı tədqiq olunmuş olan pul köçürməsi qəbzləri: 1."xxxx" Moden is MMC VÖEN ********** Qəbz nömrəsi: 61665 Terminal nömrəsi: 210 Terminal ünvanı: Lənkəran. Vilvan kəndi. Limon Market Tarix: xx.xx.2024 19:39:46 : Leobank : Daxil edildi: 100 AZN Ödənildi: 100 AZN Ad, soyad, ata adı: Təqsirləndirilən şəxs Kartın son 8 rəqəmi: 71922607 Əməliyyat nömrəsi: ********** Xahiş edirik,məbləğ hesabınıza köçürülənədək qəbzi saxlayın. eMANAT Müştəri Xidmətləri Tel: ***-***-**-** E-mail: info@moden is.az Terminal ünvanı: Bakı,Nərimanov rn.Albert Aqarunov küç.7A 2."eMANAT” Moden is MMC VÖEN ********** Qəbz nömrəsi: 61724 Terminal nömrəsi: 210 Terminal ünvanı: Lənkəran. Vilvan kəndi. Limon Market Tarix: xx.xx.2024 12:31:11 : Leobank : Daxil edildi: 250 AZN Ödənildi: 250 AZN Ad, soyad, ata adı: Təqsirləndirilən şəxs Kartın son 8 rəqəmi: 71922607 Əməliyyat nömrəsi: ********** Xahiş edirik,məbləğ hesabınıza köçürülənədək qəbzi saxlayın. eMANAT Müştəri Xidmətləri Tel: ***-***-**-** E-mail: info@moden is.az Terminal ünvanı: Bakı,Nərimanov rn.Albert Aqarunov küç.7A 3.mpay MPAY QSC: V?EN ********** Qəbz-27111 / Terminal- 5075 Ünvan: UFA Market Lənkəran şəh. T.İsmayılov küç. Tarixi: 25.05.24 16:49 Leobank Daxil edildi: 300.00 AZN Ödənildı: 300.00 AZN Komissiya : 0.00 AZN Kartın son 8 rəqəmi: 71922607 Müştəri: Təqsirləndirilən şəxs OGLU əməliyyat nömrəsi: ********** Bakı, Nərimanov r., A.Aqarunov k.7B əlaqə : (012) *** ** ** / Elektron ünvan 1 4."xxxx" MMC | VÖEN ********** MilliÖN elektron ödəmə sistemi Terminal № 15031 Lənkəran r. Vilvan k. Al market xx/xx/2024 09:55:01 "xxxx" xidmətinin nağd ödənişi ASA ■ M***** p***** i***** OĞLU Kartın nömrəsi: 523915******0539 Məbləğ: 300.00 (AZN) Əməliyyat №: ********** Kapital Kart 8-********** 24/7 Çağrı Mərkəzi: *0010 Qəbul: 5 gün, 09:00-18:00 Şənbə: 09:00-14:00 Elektron ünvan 2 / www.million.az 5.14:53 X4 karta köçürmə -550.00 m Balans 26 may 2024 250.89 m 14:53 Ödənişi təkrarla Sual vermək 6.mpay MPAY QSC: VÖEN ********** Q?bz-21587 / Terminal - 5101 Ünvan: REFEM Market Lənkəran şəh. M.Yusubov küç. Tarixi: 27.05.24 20:04 Leobank Daxil edildi: 300.00 AZN Ödənildi: 300.00 AZN Komissiya : 0.00 AZN Kartın son rəqəmi: 71922607 Müştəri: Təqsirləndirilən şəxs əməliyyat nömrəsi: ********** Bakı, Nərimanov r., A.Aqarunov k.7B Əlaqə : (012) *** ** ** / Elektron ünvan 3 7.19:05 X4 karta köçürmə -400.00 m Balans 28 may 2024 0.89 m 19:04 Ödənişi təkrarla Sual vermək 8."xxxx" Moden is MMC VÖEN ********** Qəbz nömrəsi: 62111 Terminal nömrəsi: 210 Terminal ünvanı: Lənkəran. Vilvan kəndi. Limon Market Tarix: xx.xx.2024 17:20:08 : Leobank : Daxil edildi: 600 AZN Ödənildi: 600 AZN Ad, soyad, ata adı: Təqsirləndirilən şəxs Kartın son 8 rəqəmi: 71922607 Əməliyyat nömrəsi: ********** Xahiş edirik,məbləğ hesabınıza köçürülənədək qəbzi saxlayın. eMANAT Müştəri Xidmətləri Tel: ***-***-**-** E-mail: info@moden is.az Terminal ünvanı: Bakı,Nərimanov rn.Albert Aqarunov küç.7A 9.21:55 X4 karta köçürmə -218.00 m Balans 29 may 2024 302.39 m 21:55 Ödənişi təkrarla Sual vermək 10.15:19 X4 karta köçürmə -950.00 m Balans 31 may 2024 41.39m 15:19 ' Ödənişi təkrarla Sual vermək 11.17:34 X4 karta köçürmə -1050.00 m Balans 1 iyn 2024 363.79 m 17:34 Ödənişi təkrarla Sual vermək 12.8:08 X4 karta köçürmə -600.00 m Balans 2 iyun 2024 14.52 m 08:08 Ödənişi təkrarla Sual vermək 13."xxxx" Moden is MMC VÖEN ********** Qəbz nömrəsi: 62714 Terminal nömrəsi: 210 Terminal ünvanı: Lənkəran. Vilvan kəndi. Limon Market Tarix: xx.xx.2024 21:50:59 : Leobank : Daxil edildi: 815 AZN Ödənildi: 815 AZN Ad, soyad, ata adı: Təqsirləndirilən şəxs Kartın son 8 rəqəmi: 71922607 Əməliyyat nömrəsi: ********** Xahiş edirik,məbləğ hesabınıza köçürülənədək qəbzi saxlayın. eMANAT Müştəri Xidmətləri Tel: ***-***-**-** E-mail: info@moden is.az Terminal ünvanı: Bakı,Nərimanov rn.Albert Aqarunov küç.7A 14.22:20 X4 karta köçürmə -1250.00 m Balans 6 iyn 2024 250.42 m 21:17 Yarım il ərzində X4 Köçürülüb 5318 m Qəbul edilib 0 m 15.16:43 X4 karta köçürmə -740.00 m Balans 12 iyn 2024 88.75 m 12:41 Yarım il ərzində X4 Köçürülüb 740 m Qəbul edilib 0 m 16.19:54 X4 karta köçürmə -80.00 m Balans 12 iyn 2024 8.75 m 19:53 Yarım il ərzində X4 Köçürülüb 820 m Qəbul edilib 0 m 17.15:51 X4 karta köçürmə -300.00 m Balans 14 iyn 2024 8.75 m 15:50 Ödənişi təkrarla Sual vermək 18.13:15 X4 karta köçürmə -1500.00 m Balans 17 iyn 2024 6.75 m 13:15 Ödənişi təkrarla Sual vermək 19.12:44 X4 karta köçürmə -300.00 m Balans 19iyn2024 2.65 m 12:44 Yarım il ərzində X4 Köçürülüb 3220 m Qəbul edilib 0 m Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclası zamanı tədqiq edilmiş "xxxx" MMC-dən əldə olunmuş telefon danışıqlarına dair məlumatlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs adına (051) ***-**-** və (051) ***-**-** mobil telefon nömrələri olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** və (051) ***-**-** mobil telefon nömrələri ilə (050) ***-**-** mobil telefon nömrəsinə zəng edib, Zərərçəkmiş şəxs və (051) ***-**-** mobil telefon nömrəsinə zəng edib Şahid3 ilə mütəmadi olaraq telefon danışıqları aparmışdır. Cinayət işinin materiallarına əlavə olnmuş və məhkəmə iclası zamanı tədqiq edilmiş Unibank ASC-dən ələ keçirilmiş 1 ədəd CD diskin içərisində 2 ədəd "AĞAYEV ŞADDİQ TƏLƏT OĞLU" və "Təqsirləndirilən şəxs" adlı qovluq, 3 ədəd "AĞAYEV ŞADDİQ TƏLƏT OĞLU 9278", "Təqsirləndirilən şəxs 2607" və "Təqsirləndirilən şəxs 9447" fayıl vardır. "AĞAYEV ŞADDİQ TƏLƏT OĞLU" adlı qovluqda Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən Unibankın Lənkəran rayon filialının inzibati binanın qarşısında quraşdırılmış ATM-in videokamerası tərəfindən qeydə alınmış 6 ədəd kişi foto görüntüsü vardır. "Təqsirləndirilən şəxs" adlı qovluqda Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən Unibankın Lənkəran rayon filialının inzibati binasının qarşısında quraşdırılmış ATM-in videokamerası tərəfindən qeydə alınmış 9 ədəd kişi foto görüntüsü vardır. "AĞAYEV ŞADDİQ TƏLƏT OĞLU 9278", "Təqsirləndirilən şəxs 2607" və "Təqsirləndirilən şəxs 9447" adlı fayldan görünür ki; "xxxx"a aid 409858****** 9278 nömrəli plastik kart hesabı-xx.xx.2000-ci il təvəllüdlü, ***-***-**-** mobil telefon nömrəsi olan Şahid3 məxsusdur. "xxxx"a aid 409858******2607 nömrəli və 541124******9447 nömrəli plastik kart hesabları-xx.xx.1992-ci il təvəllüdlü, ***-***-**-** mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs məxsusdur. Şahid3 istifadəsində olan "xxxx"a aid 409858******9278 nömrəli plastik kart hesabından mobil tətbiqi proqramı vasitəsi ilə 23 may 2024-cü il tarixdə, saat 16:16 dəqiqədə 150 manat, 23 may 2024-cü il tarixdə, saat 14:58 dəqiqədə 150 manat, 26 may 2024-cü il tarixdə, saat 14:53 dəqiqədə 550 manat, 28 may 2024-cü il tarixdə, 19:05 dəqiqədə 400 manat, 29 may 2024-cü il tarixdə, saat 21:55 dəqiqədə 218 manat, 31 may 2024-cü il tarixdə, saat 15:19 dəqiqədə 950 manat, 01 iyun 2024-cü il tarixdə, saat 17:34 dəqiqədə 1050 manat, 02 iyun 2024-cü il tarixdə, saat 08:08 dəqiqədə 600 manat, 06 iyun 2024-cü il tarixdə, saat 21:17 dəqiqədə 1250 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs adına qeydiyyatda olan Unibanka aid 409858******2607 nömrəli plastik kart hesabına və 12 iyun 2024-cü il tarixdə, saat 19:53 dəqiqədə 80 manat, 12 iyun 2024-cü il tarixdə, saat 12:41 dəqiqədə 740 manat, 13 iyun 2024-cü il tarixdə, saat 15:39 dəqiqədə 300 manat, 14 iyun 2024-cü il tarixdə, saat 15:51 dəqiqədə 300 manat, 17 iyun 2024-cü il tarixdə, saat 13:16 dəqiqədə 1500 manat, 19 iyun 2024- cü il tarixdə 300 manat, 20 iyun 2024-cü il tarixdə, saat 15:35 dəqiqədə 200 manat məbləğində pul vəsaitini 541124******9447 nömrəli plastik kart hesabına köçürmüşdür. EMANAT-LEO APP elektron ödəmə sistemi terminallarından 24 may 2024-cü il tarixdə, saat 19:40 dəqiqədə 100 manat, 25 may 2024-cü il tarixdə, saat 12:32 dəqiqədə 250 manat, 25 may 2024-cü il tarixdə, saat 16:46 dəqiqədə 300 manat, 27 may 2024-cü il tarixdə, saat 20:02 dəqiqədə 300 manat, 29 may 2024-cü il tarixdə, saat 17:21 dəqiqədə 600 manat və 04 iyun 2024-cü il tarixdə, saat 21:52 dəqiqədə 815 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs adına qeydiyyatda olan Unibanka aid 409858******2607 nömrəli plastik kart hesabına köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclası zamanı tədqiq edilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən "Unibank”ın Lənkəran rayon filialının inzibati binasının qarşısında quraşdırılmış ATM-in videokamerası tərəfindən qeydə alınmış 9 ədəd foto görüntülər ona məxsusdur. Digər 6 ədəd foto görüntülər Şahid3 məxsusdur. "xxxx"a aid 409858******2607 nömrəli və 541124******9447 nömrəli plastik kart hesabları da ona məxsusdur. "xxxx"a aid 409858****** 9278 nömrəli plastik kart hesabı isə Şahid3 məxsusdur. Yuxarıda qeyd olunan pul vəsaitlərini Şahid3 istifadəsində olan Unibanka aid 4098 5844 9613 9278 nömrəli plastik kart hesabından və elektron ödəmə sistemi terminallarından ona məxsus Unibanka aid 4098 5844 7192 2607 nömrəli və 5411 2498 1262 9447 nömrəli kart hesablarına köçürmüşdür və həmin pullar Şahid3 atası Zərərçəkmiş şəxs məxsusdur, o, Zərərçəkmiş şəxs aldadaraq həmin pulları ələ keçirmişdir. Yuxarıda qeyd olunan pul vəsaitlərini Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən Unibankın Lənkəran rayon filialının inzibati binanın qarşısında quraşdırılmış ATM-dən çıxardaraq öz ehtiyaclarına xərcləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarında olan Pul köçürülmələrinə dair 19 (on doqquz) ədəd qəbzlərin kserosurətləri maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin 18 sentyabr 2024-cü il tarixili, 89 nömrəli məktubundan görünür ki, Lənkəran rayon məhkəməsinin 1 (049)-38/2023 saylı 22 avqust 2023-cü il tarixli hökmünə əsasən ünvan 11 ünvanında qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində olan höküm Lənkəran rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2023- cü il tarixdə daxil olmuş və cəzası xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Lənkəran rayon Məhkəməsinin 4(049)-123/2024 saylı, 26 iyul 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə sasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətə hesablanmır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 09 (doqquz) ay 20 (iyirmi) gününü çəkmiş, 01 (bir) il 02 (iki) ay 06 (altı) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ittihamda göstərilən 20003 (iyirmi min üç) manat məbləğində deyil, 12753 (on iki min yeddi yüz əlli üç) manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə 3 ay həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti iki ay müddətə, yəni 24 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı qismən ödəməsini CM 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi əməli Lənkəran rayon məhkəməsinin 1(049)-38/2023 saylı 22 avqust 2023-cü il tarixli hökmündən sonra törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabət tutulur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona təqsirli bilindiyi 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin 1 (049)-38/2023 saylı 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 06 gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Məhkəmə, Zərərçəkmiş şəxs mülki iddia verməməsini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən mülki iddia vermədiyindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin 1 (049)-38/2023 saylı 22 avqust 2023cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 06 gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 07 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - pul köçürülmələrinə dair 19 (on doqquz) ədəd qəbzlərin kserosurətləri iş materiallarına saxlanılsın. Zərərçəkmiş şəxs vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar