Məhkəmə qərarları › İş №1(049)-381/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-381/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-381/2023 04.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Onun müdafiəçisi, Lənkəran Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işsiz, məhkum olunmamış, şəhid ailəsi, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 09 avqust 2023-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu Mamusta kəndində Şahid4 fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs Şahid4 evinin ətrafında gəzməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qarın nahiyyəsinə yumruqla vurub yerə yıxaraq yerdə olan zaman sonuncunun qarın və bel nahiyyələrinə təpiklə vurmaqla ona- sağ X qabırğanın yerini dəyişməyən sınığı, sol bazu oynağı nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hemotoması, sol bazu, sağkürəküstü, sağ kürək, onurğa sütunun bel şöbəsi nahiyyələrində qançırlar, sağ dirsək, yələrində sıyrıqlardan ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. xx.xx.2023-ci il tarixdə əmisi gəlini Şahid4 evinin qarşısından keçərkən Zərərçəkmiş şəxs gizlin-gizlin ətrafı şübhəli şəkildə izləyərək, Xalidənin həyətinə girdiyini görmüşdür. O, onun ardınca həyətə girmiş və Səbuhidən həyətə niyə gəldiyini soruşmuşdur. Səbuhi Xalidənin ona borcu olduğunu, pulun dalıyca gəldiyini demişdir. Şahid4 tək yaşadığını və Səbuhi ilə Xalidənin arasında münasibət olduğunu fikirləşib Səbuhidən düz danışmasını istəmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs qarınına yumruq zərbəsi vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs yerə yıxılsa da, o, onun qarnını və belini təpiklə vurmaqda davam etmişdir. Səbuhinin qışqırıq səslərinə Şahid1, X2 və Şahid3 gəlmişlər. Həmin şəxslər gəldikdən sonra onun əlindən Zərərçəkmiş şəxs almışlar. Sonra Səbuhini öz evinə yola salmış, onuda sakitləşdirib evə gətirmişlər. Təqsirləndirilən şəxs məhkəmədə ərizə təqdim edərək göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmış, sonuncuya dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkənlisidir. Akifin əmisi gəlini Şahid4 həyətində gördüyü işlərə görə Xalidənin ona 20 manat pul borcu olmuşdur. xx.xx.2023-ci il tarixdə saat 20 Xalidənin atası ona zəng edərək, yeznəsinin Rusiyadan qızına pul göndərdiyini və 20 manat pulu qızından götürməyini ona bildirmişdir. Buna görə də o, Xalidənin yaşadığı evinin hətinə getmişdir. Borcunu alıb həyətdən çıxan zaman Akif onun qarşısını kəsərək Xalidənin evinə hansı səbəbə gəldiyini soruşmuşdur. O, borcunu almaq üçün gəldiyini bildirsə də, Akif ona inanmamış, onunla mübahisə etmiş, bundan sonra onun qarnına yumruq zərbələri endirmişdir. O, yerə yıxılmış, bundan sonra da Akif onun belinə və qabırğalarına təpiklə zərbələr vurmuşdur. O, qışqıraraq, kömək istəmişdir. Bu zaman onun səsinə Şahid1, X2 və Şahid3 gəlmişlər. Həmin şəxslər gəldikdən sonra Akifin əlindən onu alaraq evinə yola salmışlar. O, evə gəldikdən sonra ağrılarının kəskin olduğunu görüb, xəstəxanaya müraciət etmişdir. Daha sonra Lənkəran ŞRPŞ-nə gəlib şikayət ərizəsini yazmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, sonuncu ona dəymiş ziyanı tam ödəmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və ərinin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmişin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 806 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sağ X qabırğanın yerini dəyişməyən sınığı, sol bazu oynağı nahiyyəsindəki yumşaq toxumaların əzilməsihemotoması, sol bazu, sağ kürəküstü, sağ kürək, onurğa sütunun bel şöbəsi nahiyyələrində qançırlar, sağ dirsək, bel nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti müayinədən 2- 3 gün əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sağ X qabırğanın yerini dəyişməyən sınığı, sol bazu oynağı nahiyyəsindəki yumşaq toxumaların əzilməsi- hemotoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərə vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materialında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Mamusta kəndində Şahid4 fərdi yaşayış evinin həyətində baş vermişdir. İş materialında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar