Məhkəmə qərarları › İş №1(049)-383/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-383/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-383/2023 25.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, orta təqsirli, əvvəllər məhkum edilməmiş, Lənkəran şəhəri M.Nəsirli küçəsi ev 13 A-da qeydiyyatda olmaqla, yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 12 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, özünə məxsus “Fiat Doblo” markalı ** UD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Lənkəran şəhər Z.Əliyeva küçəsi ilə Lənkəran şəhəri H.Əliyev parkı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin maddənin tələblərini pozaraq, getdiyi istiqamətdə yolu sağdan sola keçən velosipedçini gördükdə hərəkəti üçün təhlükə yarandığı bilərək, idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq əvəzinə hərəkətinə davam etməklə yolu keçən velosipedçi Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vuraraq onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid– QKBT (qapalı kəllə beyin travması), baş beynin əzilməsi, sağ tərəfli alın-təpə nahiyyəsində epidural hematoma, beyin ödemi, sağ öz orbitasının yuxarı divarının yerini dəyişməyən sınığı. burun sümüyünün sınığı, burun, sol qulaq, sol göz bucağı, sol qulaq seyvanı, sol almacıq nahiyyələrində əzilmiş yaralar, sol göz qapaqlarının hemotoması kimi xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, məişət texniki avadanlıqlarını təmir edir. 2009-cu ildən etibarən avtomobil idarə edir. Hazırda nəqliyyat vasitəsi kimi özünə məxsus Fiat Doblo markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə edir. Avtomobil idarə etməyə dair BC katiqoriyalı sürücülük vəsiqəsi vardır. 23 aprel 2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi avtomobili ilə Lənkəran şəhəri Z.Əliyeva küçəsi ilə Lənkəran şəhəri Böyük bazar istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən, getdiyi istiqamətdə ondan təxminən 35-40 metr irəlidə yolun sağ kənarı ilə onunla eyni istiqamətdə bir velosipedçinin getdiyini görmüşdür. Həmin velosipedçiyə yaxınlaşanda onu ötüb keçəcəyini fikirləşsə də, lakin velosipedçinin sol tərəfindən keçib gedərkən velosipedçi birdən yolun əks tərəfinə yəni yolu sağ tərəfindən sol tərəfinə keçməyə başlamışdır. O həmin vaxt avtomobili yolun əks hərəkət hissəsi boş olduğu üçün avtomobili əks hərəkət istiqamətinə tərəf çıxarsa da, avtomobilin ön hissəsi velosipedçiyə dəymişdir. Zərbənin təsirindən velosipedçi avtomobilin ön alın şüşəsinin sol tərəfinə çırpılmış daha sonra yerə düşmüşdür. O bundan sonra əyləci basıb avtomobili yolun əks hərəkət hissəsində dükanın qarşısında saxlamışdır. Avtomobildən düşən kimi həmin piyada avtomobildən 3 metr aralıda yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt ətrafdan toplaşan şəxslər onu taksiyə qoyub xəstəxanaya aparmışlar. O isə orada polis əməkdaşlarının gəlməsini gözləmişdir. Özü velosipedçini xəstəxanaya apara bilməmişdir. Çünki avtomobilin alın şüşəsi sındığı üçün yolu görmək mümkün olmamışdır. Bildirir ki, avtoqəza onun səhvi ucbatından baş vermişdir. Əgər velosipedçinin yanından keçərkən onunla arasında yan məsafəni düzgün saxlasa və ona yaxın getməsəydi onda qəza baş verməyəcəkdir. O həmin vaxt əyləcdən istifadə də etməmişdir. Avtomobili texniki cəhətdən saz olmuşdur. Avtomobilində hər hansı yük və ya sərnişin olmamışdır. Təqsirləndirilən şəxs son sözündən bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxslərlə barışmış, onlarla razılaşaraq vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonun Digah kəndinin orta məktəbin 11-ci sinifində təhsil alır. Atası Mehbalı yol tikintisində ekskavator sürücüsü işləyir. Anası isə evdar qadındır. Ailədə 3 uşağdırlar. Evin ortancıl övladıdır. Maddi drumlar aşağı olduğu üçün Lənkəran şəhər H.Abdullayev küçəsində yerləşən Elnurə məxsus dönərxanada ofissiant kimi işə düzəlmişdir. Bundan başqa həmin dükana məxsus velosipedlə kruyerlik edir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində mikrarayon deyilən əraziyə edilən dönər sifarişini velosipedlə aparmağa getmişdir. Lənkəran şəhər Z.Əliyeva küçəsində yerləşən Mədəniyyət evinin qarşısında yolun kənarı ilə velosipedlə aşağı sürətlə hərəkətdə olmuşdur. Yolun boş olduğunu gördüyü üçün velosipedlə yolu qarşıdan qarşıya keçməyə başlamışdır. Bu zaman ani olaraq arxadan gələn bir avtomobil onu vurmuşdur. Zərbənin təsirindən özündən getmişdir. Hadisədən 10 gün sonra ayılmışdır. Hazırda səhhəti normal olsada müalicəsi davam edir. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək, cinayət nəticəsində onlara vurulmuş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənmiş, onlar barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yolun hərəkət hissəsi asfalt örtüklü, düz, üfüqi, hadisə zamanı quru olmuşdur. Avtomobil yolunun eni 12 metr olmaqla, hər birinin enliliyi 6 metr olmaqla 2 hərəkət hissəyə malikdir. Yola sağdan və soldan piyada səkiləri birləşir. Hadisə yeri yaşayış məntəqəsi ərazisindədir. Hadisə zamanı avtomobili sürəti 50-60 km/saat olmuşdur. Hadisə vaxtı avtomobildə sürücüdən savayı heç kəs olmamışdır. Avtomobil texniki cəhətdən saz olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə velosipedçini yolu sağdan sola keçdiyi andan yaranmışdır. Velosipedçi avtomobilin qabaq ön sağ tərəfi ilə vurulmuşdur. Məhkəmə-tibbi ekspertizasının Lənkəran rayonlararası MTE və PA birliyini 14 iyul 2023-cü il tarixli 690 saylı ekpertiza rəyinə əsasən, Zərərçəkmiş şəxs bədənində - QKBT, baş beynin əzilməsi, sağ tərəfli alın-təpə nahiyyəsində epidural hematoma, beyin ödemi, sağ öz orbitasının yuxarı divarının yerini dəyişməyən sınığı. burun sümüyünün sınığı, burun, sol qulaq, sol göz bucağı, sol qulaq seyvanı, sol almacıq nahiyyələrində əzilmiş yaralar, sol göz qapaqlarının hemotoması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə idarə etdiyi velosiped minik avtomaşını ilə toqquşması zamanı avtomaşının xarici qabarıq hissələrinin və ya toqquşma zamanı yıxılaraq zərblə bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuramaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası mərkəzinin 07 iyun 2023-cü il tarixli, 8/1499 saylı rəyində göstərilmişdir ki,1.2 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Fiat Doblo markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lənkəran şəhər narkoloji xəstəxanasının təqdim etdiyi Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 23 aprel 2023-cü il tarixli, 001046 saylı tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs avtomaşını ayıq vəziyyətdə idarə etmişdir. BC357966 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququna malikdir. 21 noyabr 2021-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, həmin etibarnamə 29 mart 2032-ci ilədək qüvvədədir və Rüstəmov X2 şəhəri, şəhəri 20 yanvar küçəsi ev 31-də yaşayan X5 məxsus « Fiat Doblo» markalı avtomobili həmin etibarnamə ilə idarə etmişdir. DİN-n BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin 16 dekabr 2022-ci il tarixli, 314-9550- 1122 nömrəli məktbundan görünür ki, Lənkəran rayonu, Şağlaser kənd sakini Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixində «BC» kateqoriyalı BD-406458 saylı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında deyildir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, həyat yoldaşı X4 və oğlu X6 ilə birlikdə Lənkəran şəhəri M.Nəsirli küçəsi ev 13 A-da qeydiyyatda olmaqla yaşayan, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, «Fiat Doblo” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin(bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X10 Şöbəsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, «Fiat Doblo” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli 8/1499 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - «Fiat Doblo” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X10 Şöbəsinə göndərilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar