Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-386/2022 14.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs və mülki iddiaçı: Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1954-cü il tarixdə Lənkəran rayonu, Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xeyli miqdarda maddi ziyan vurmaqla qanunsuz balıq tutmuşdur. Belə ki, o, 05 iyun 2022-ci il tarixdə, saat 21 radələrində Xəzər dənizinin Lənkəran şəhəri istiqamətində yerləşən sahilinə gələrək icazəsiz su sahəsində girib orada özü ilə gətirdiyi balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu on iki metr, gözlərinin ölçüsü 22x22 millimetr olan dörd ədəd toru dənizdə quraraq evinə qayıtmış, bundan bir gün sonra, yəni 06 iyun 2022-ci il tarixdə, saat 05 radələrində Xəzər dənizinin Lənkəran şəhəri istiqamətində yerləşən sahilinə gələrək özü ilə gətirdiyi bir ədəd kombinizondan istifadə etməklə dənizə girərək qurduğu torlar vasitəsi ilə həmin gün, saat 06 radələrindək olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 11 (on bir) manat olan 50 (əlli) ədəd qarasol, 29 (iyirmi doqquz) ədəd külmə, 12 (on iki) ədəd siyənək və 2 (iki) ədəd kefal balıqlarını xeyli miqdarda, yəni ümumilikdə 1023 (bir min iyirmi üç) manat ziyan vurmaqla balıqovlama bileti olmadan qanunsuz tutmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 05 iyun 2022-ci il tarixdə, saat 21 radələrində Lənkəran şəhərində dənizin kənarında “Azriba” adlanan yerdə sahildə özü ilə gətirdiyi balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu on iki metr, gözlərinin ölçüsü 22x22 millimetr olan dörd ədəd toru dənizdə quraraq evinə qayıtmışdır. Bir gün sonra, yəni 06 iyun 2022-ci il tarixdə, saat 05 radələrində həmin yerə gələrək özü ilə gətirdiyi kombinizonu geyinib dənizə girərək qurduğu torlar vasitəsi ilə torları sudan yığmışdır. Balıqları saymış və təxminən 30 balıq olmuşdur. Həmin vaxt ona bir nəfər orta yaşlı adam yaxınlaşaraq satılıq ziyad balığının olub-olmadığını soruşmuş və o, həmin adama ziyad balığının olmadığı amma dadmaq üçün tutduğu balıqlardan verə biləcəyini bildirmişdir. O, sudan çıxab zaman həmin adam onun kombinizonundan tutaraq özünə tərəf çəkmiş, sonradan iki nəfər də gələrək onu yerə yıxıb vurmuşlar. Həmin şəxslər onu vurduqdan sonra onlardan bir nəfər kombinizonu geyinərək suya girmişdir, bu zaman o, həmin yerdən qaçaraq yaxınlıqda yerləşən və əvvəllər tanıdığı Salam adlı şəxsin olduğu yerə getmişdir. Salamın olduğu yerə çatdıqda sonuncu ondan nə baş verdiyini soruşduqda o, balıq tutarkən döyüldüyünü bildirmişdir. Salam həmin yerə gedib qayıtdıqdan sonra həmin şəxslərin ekologiyanın işçiləri olduğunu bildirmişdir. Hazırda qanunsu olaraq balıq tutduğu üçün əməlindən peşmandır, göstərilən miqdarda balıq tutmadığı üçün mülki iddianı qəbul etmir, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. 06 iyun 2022-ci il tarixdə, saat 06 radələrində Xəzər dənizinin Lənkəran şəhəri istiqamətində yerləşən sahilində keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs müəyyən edilmiş və sonuncunun balıq tutmaq üçün istifadə etdiyi dörd ədəd tor, habelə doxsan üç ədəd balıq tərəflərindən akt əsasında götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qiymətə uyğun olaraq 1023 manat təşkil edir ki, bununla bağlı mülki iddia verilmişdir. Müəyyən edilərək götürülmüş balıqlar saxlanılması üçün müvafiq təşkilata verilmişdir. Təqsirləndirilən şəxs hadisə yerində olarkən ona qarşı heç bir qanunazidd hərəkət edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilmədiyi üçün mülki iddianın tam təmin edilməsini, lakin təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edir. 06 iyun 2022-ci il tarixdə, saat 06 radələrində Lənkəran şəhərində dənizin kənarında “Azriba” adlanan yerdə olarkən bir nəfər şəxsin dənizin içərisində olduğunu və torları yığdığını görüb dərhal işçiləri Zərərçəkmiş şəxs və Şahid1 məlumat vermişdir. İşçiləri gələnə qədər o, dənizə tərəf gələrək adını sonradan bildiyi Təqsirləndirilən şəxs satılıq ziyad balığı olub-olmadığını soruşmuş, sonuncu isə həmin vaxt əllərində torları yığışdıra-yığışdıra ona ziyad balığının olmadığını amma ona pay kimi başqa balıq verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs sudan çıxan zaman o, souncunun kombinizonundan tutaraq özünə tərəf çəkmiş və həmin işçiləri də gəlmişlər. Təqsirləndirilən şəxs nə üçün qanunsuz balıq tutuduğu soruşduqda o, maddi imkanı olmadığı üçün və yemək üçün balıq tutuduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs kombinizonu geyinərək dənizə girmiş və qalan torları yığışdırmışdır. Təqsirləndirilən şəxs tərəfindən tutulmuş balıqlar onun tərəfindən sayılaraq 93 ədəd olduğu müəyyən edilmiş və bu barədə fotoşəkil, video çəkilməklə akt tərtib edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qorxduğu üçün oradan qaçmış buna görə də akta qol çəkməmişdir. Həmin vaxt nə onun, nə də onun işçiləri tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, su hövzələrində bioresursların nəzarət qrupunun rəhbəridir. 06 iyun 2022-ci il tarixdə, saat 06 radələrində müdiri Şahid2 ona zəng edərək dərhal Lənkəran şəhərində dənizin kənarında “Azriba” adlanan yerə gəlməsini demiş, o da həmçin yerə getdikdə digər iş yoldaşı Zərərçəkmiş şəxs da orada olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs dəniz kənarında Şahid2 bir nəfər kişi ilə söhbət etdiyini görün oraya yaxınlaşarkən həmin şəxsin qanunsuz balıq tutduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs nə üçün qanunsuz balıq tutuduğu soruşduqda o, maddi imkanı olmadığı üçün və yemək üçün balıq tutduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs kombinizonu geyinərək dənizə girmiş və qalan torları yığışdırmışdır. Təqsirləndirilən şəxs tərəfindən tutulmuş balıqlar sayılmış və 93 ədəd olduğu müəyyən edilmiş, bu barədə fotoşəkil, video çəkilməklə akt tərtib edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qorxduğu üçün oradan qaçmış buna görə də akta qol çəkməmişdir. Həmin vaxt nə onun, nə də digər işçilər tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı ilə yaxın dost olmuşdur. Təqsirləndirilən şəxs isə tanış kimi tanımışdır. Onun Lənkəran şəhərində dəniz kənarında Diaqnostika adlanan yerdə yoldan digər tərəfdə şəxsi yeri vardır və yay aylarında orada qalır. 2022-ci ilin iyun ayının əvvələrində, səhər saatlarında Təqsirləndirilən şəxs qapını döymüş və balıq məsələsinə görə tutulduğunu, onu döydüklərini deyib həmin adamlardan tutduğu balıqlar barədə akt tərtib etməməsini xahiş etməyi bildirmişdir. O, təxminən 200 metr məsafədə olan yerə getmiş və orada ekologiya işçilərini tanımışdır. Həmin şəxslərdən Təqsirləndirilən şəxs barəsində akt tərtib edilməməsini xahiş etsə də, faydası olmamışdır. Həmin vaxt orada az miqdarda balıq olmuş, lakin o, balıqları saymamış və onun yanında da sayılmamışdır. Geri qayıdaraq Təqsirləndirilən şəxs bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs sözündən bilmişdir ki, ekologioya işçiləri sonuncunu vurmuşdur, ancaq onun yanında Təqsirləndirilən şəxs heç kim vurmamışdır. Cinayət işinin 7-15-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 06 iyun 2022-ci il tarixli, 68559 nömrəli Akt və ona əlavə edilmiş fotocədvəl və videoçəkilşdən görünür ki, Xəzər dənizinin Lənkəran şəhəri istiqamətində yerləşən sahilində reyd keçirilmiş və reyd zamanı bir nəfər şəxs sudan kombinizonla çıxarkən saxlanılmış və həmin şəxsdən balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu on iki metr, gözlərinin ölçüsü 22x22 millimetr olan dörd ədəd toru, 50 (əlli) ədəd qarasol, 29 (iyirmi doqquz) ədəd külmə, 12 (on iki) ədəd siyənək və 2 (iki) ədəd kefal balıqları götürülmüşdür. . Cinayət işinin 16-cı vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 06 iyun 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 93 ədəd olan balıqdır. Hər biri 11 (on bir) manat olan 50 (əlli) ədəd qarasol, 29 (iyirmi doqquz) ədəd külmə, 12 (on iki) ədəd siyənək və 2 (iki) ədəd kefal balıqlarının qiyməti ümumilikdə 1023 (bir min iyirmi üç) manat təşkil edir. Cinayət işinin 17-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış ziyanın hesablanması cədvəlindən görünür ki, 50 (əlli) ədəd qarasol, 29 (iyirmi doqquz) ədəd külmə, 12 (on iki) ədəd siyənək və 2 (iki) ədəd kefal balıqlarının qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarına əsasən ümumlikdə 1023 (bir min iyirmi üç) manat təşkil edir. Cinayət işinin 18-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 08 iyun 2022-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, 50 (əlli) ədəd qarasol, 29 (iyirmi doqquz) ədəd külmə, 12 (on iki) ədəd siyənək və 2 (iki) ədəd kefal ümumulikdə 93 ədəd balıq müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilmişdir. Cinayət işinin 47-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 iyul 2022-ci il tarixli, 40/765 nömrəli məktubundan görünür ki, hadisə yeri Lənkəran şəhəri, X6 ilə üzbəüz olan ərazidir. Cinayət işinin 61-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyi yanına X1 Xidmətinin 25 iyul 2022-ci il tarixli, 21/494 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin 51-54-cü vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 01 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi barəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından, məhkəmə tibb ekspertizasının 16 iyun 2022-ci il tarixli, 555 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 74-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, uzunluğu on iki metr, gözlərinin ölçüsü 22x22 millimetr olan dörd ədəd toru, 1 ədəd kombinizon, 50 (əlli) ədəd qarasol, 29 (iyirmi doqquz) ədəd külmə, 12 (on iki) ədəd siyənək və 2 (iki) ədəd kefal balıqları, hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və balıqların "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 107-111-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs döyülməsinə diar xüsusuatlarla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılması nəzərə alınmışdır. Cinayət işinin 48-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 21 iyul 2022-ci il tarixli, 594 nömrəli arayışdan görünür ki, Ağayev X4 şəhəri, M.Əsədov küçəsi, ev 51 ünvanında yaşayır. Cinayət işinin 59-cu vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 02 avqust 2022-ci il tarixli, xx-xx/3168 nömrəli arayışdan görünü ki, Təqsirləndirilən şəxs arvadı, qızı və nəvələri ilə birlikə yaşayır. Cinayət işinin 59-cu vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 02 avqust 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində qonşular və məhəllə sakinləri ilə normal münasibətdə olmuş, ailə üzvlərinə qarşı səmimi və mehriban olmuş, onun barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 62-63-cü vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış tələbnamədən görünür ki, Ağayev X7 Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli hökmünə əsasən CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 33-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 15 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi vurulmuş 1023 manat maddi ziyana görə mülki iddia vermişdir. Cinayət işinin 94-95-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə, yəni 93 ədəd deyil, 30 ədəd balıq tutmasına dair ifadəsini iş materialları ilə qarşılıq müqayisə edərək hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi yuxarıda tədqiq edilmiş akt, istintaq hərəkətlərinin protokolları, şahid ifadələri ilə tam təkzib edildiyinə görə sübut növü kimi qəbul edilməməlidir. Həmçinin məhkəmə, təqsirləndirilən şəxs üçün hüquqi nəticə yaratmasa belə əvvəllər eyni əmələ görə məhkum olunmasını, habelə uzun müddət balıq tutmaqla məşğul olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin 30 ədəd balıq tutumasına dair ifadəsi, cinayət məsuliyyətinin yaranması üçün mümkün olan miqdardan az olduğunu bilməyindən irəli gəlir və bu səbəbdən həmin ifadə cinayət məsuliyyətindən yayınmaq məqəsdi ilə verilmiş ifadə kimi qiymətləndirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən döyülməsi barədə ifadəsini məhkəmə iş üzrə sübut əhəmiyyətinə malik sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, həmin ifadə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə olmaqla yanaşı, yuxarıda tədqiq edilmiş 01 iyul 2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” 18 avqust 2022-ci il tarixli qərarlarla tam təkzib edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və sənədləri CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarından görünür ki, 1 may-30 iyun aralığında Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda alıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır. Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarından görünür ki, naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növlərinin ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan 11 manat müəyyən edilmişdir. CM-nin 256.1-ci maddəsinə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda —iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq tutduğu balığın ümumlikdə qiyməti 1023 manat təşkil etmişdir ki, qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, habelə əldə olunmuş yaşını, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1023 (bir min iyirmi üç) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə köçürülməlidir. CM-in 99-1.1-ci maddəsinə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi iş üzrə maddi sübut kimi tanınmış və X9 Şöbəsində saxlanılan 12 metr 22x22 mm olan 4 ədəd tor, 1 ədəd kombinizon CPM-nin 132.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilməli, 1 ədəd CD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 50 (əlli) ədəd qarasol, 29 (iyirmi doqquz) ədəd külmə, 12 (on iki) ədəd siyənək və 2 (iki) ədəd kefal ümumulikdə 93 ədəd balıların müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilməsi nəzərə alınmalı, CPM-nin 131.2-ci maddəsinə əsasən həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat pul vəsaiti CPM-nin 197.1.5 və 197.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1023 (bir min iyirmi üç) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və X9 Şöbəsində saxlanılan 12 metr 22x22 mm olan 4 ədəd tor, 1 ədəd kombinizon xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilsin. 1 ədəd DVD disk iş materiallarına əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 93 ədəd balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi 60 (altmış) manat pul vəsaiti CPM-nin 197.1.5 və 197.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-386/2022
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-386/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver