Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-386/2023 17.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 17 oktyabr 2023-cü il tarixdə saat 10.25-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 08 iyul 2023-cü il tarixdə Lənkəran şəhəri kiçik bazar ərazisndə satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,360 qram; -0,341 qram ümumi təmiz çəkisi -0,701 qram xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan ağ rəngli kristallardan hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:50-də Lənkəran ŞRPŞ-nin Liman PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanı ünvan 3ş və bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin çəkidə və bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, fərdi əməklə məşğul olur. Bədəninin ağrısından əziyyət çəkir. Üç ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Metamfetamini zərli kağızda yandırma yolu ilə tüstüsünü udmaqla qəbul edir. Demək olar ki, hər gün psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddəni Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 08 iyul 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri kiçik bazar adlanan ərazidə əvvəllər tanımadığı bir şəxslə rastlaşmış, söhbət edən zaman bir-birilərinin narkoman olduqlarını bilmişlər. O həmin şəxsdən psixotrop maddə istəmiş, həmin şəxsdə ona üzərində psixotrop maddə olduğunu bildirmiş və 10 manata iki bükümdə psixotrop maddə olan metamfetamin satmışdır. O həmin şəxsdən aldığı psixotrop maddəni bədənində ağrılar olan zaman istifadə etməsi üçün şalvarının sağ yan cibinə qoymuşdur. 08 iyul 2023-cü il tarixdə saat təxminən 17 radələrində Lənkəran rayonu Liman şəhəri S.Vurğun küçəsi ərazisində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra onu Liman PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis bölməsinə gəlmişdir. Polis bölməsində o şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Sonra orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sağ yan cibindən istifadəsi üçün saxladığı iki büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin iki büküm psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 0,74 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm metamfetamini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Narkotik vasitə olan metamfetamini qəbul etməklə cinayət törətdiyini başa düşmüş, o psixotrop maddələri heç vaxt satmamışdır. Psixotrop vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki,əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün cinayəti etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, üzərində şəxsi axtarış keçirilməsi haqqında protokol, üzərindən aşkar olunmuş maddi sübutlar, ekspertiza rəyləri, habelə ilkin əməliyyat və təhqiqat sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 08 iyul 2023-cü il tarixdə raportla Liman PB-nin rəisinə müraciət etmişdir. Bölmə rəisi tərəfindən təsdiq edilmiş 08 iyul 2023-cü il tarixli əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, Liman PB-nin polis nəfərləri polis serjantı Şahid2 Nürəddin oğlundan və polis serjantı Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Liman şəhəri S.Vurğun küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Liman PB-nə dəvət etmişlər. Bölməyə gəldikdən sonra bu barədə raportla bölmə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis serjantı Şahid3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş iki bükümdə ağ rəngli, kristial formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 0,74 qram olmuşdur. Sonra metamfetaminə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən üç ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 08 iyul 2023-cü il tarixdə Lənkəran şəhəri kiçik bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 (on) manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri Şahid3 da ibtidai istintaqda verdikləri ifadələrini təsdiq edərək Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 08 iyul 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin psixotrop maddələrin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 09 iyul 2023-cü il tarixli, 19/711 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,360 qram; 0,341 qram, ümumi təmiz çəkiləri-0,701 qram olan ağ rəngli kristiallardan ibarət olan, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni maddələr metamfetamindirlər. Tədqiqatdan sonra qalıq çəkisi 0,601 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2023-ci il tarixli, 711 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Lənkəran ŞRPŞ-nin CAB-dən daxil olmuş əməliyyat tapşırığının cavabında görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq şəxsi istifadəsi üçün qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşdə olan arayış və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı - xx.xx.2014-cü il təvəllüdlü Zəhra və xx.xx.2015-ci il təvəllüdlü Zeynəb adlı iki uşağı vardır. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:50-də saxlanılaraq şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə o, saat 18:05-də MSYdən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Sankt-Peterburuq şəhərinin Nevsk rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə həmin ölkənin 228.2-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixdə şərti azad olunmuşdur. Məhkumluğu yoxdur. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” xx.xx.2023-cüq il tarixli Qərardan görünür ki, 02 ədəd bükümdə,qalıq çəkisi 0,601 qram olan psixotrop maddəmetamfetaminin və şəxsi axtarış zamanı videoçəkilişə dair DVD diskin maddi sübut kimi tanınaraq mavafiq olaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılması üçün saxlama kanerasına təhvil verilməsi, digərinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,601 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 65 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs polinarkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,601 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(049)-386/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-386/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver