Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-388/2023 20.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs : xx.xx.1981-ci il tarixdə Lənkəran rayonu Veravul kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə qanunsuz olaraq tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi toxumlarını yaşadığı Lənkəran rayonu Veravul kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədə plastik qabda əkmiş, əkdiyi toxumlardan cücərmiş, xeyli miqdar təşkil edən 11 (on bir) ədəd çətənə bitkisi kollarını yetişdirmək məqsədilə mütəmadi olaraq suvarıb qulluq göstərməklə kultivasiya etmiş, bu barədə məlumat əldə etmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 14 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı fərdi yaşayış evinin həyətindəki tövləyə baxış keçirilmiş, tövlədəki plastik qabların içərisinə yığılmış torpaq sahəsində xeyli miqdarda - 11 (on bir) ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi kolları əkilib kultivasiya edildikləri torpaq sahəsində kök üstündə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və məhkəmədə verdiyi ifadəsində göstərdi ki, baxış zamanı həyətindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisi kolları, həqiqətən də, onun özü tərəfindən əkilmiş və qulluq edilmişdir. Həmin bitkilərin toxumları mərhum atasının vaxtından qalmışdır. O bu toxumları öz istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə əkmişdir. xx.xx.2023-cü il tarixdə gecə vaxtı, təxminən, saat 23 radələrində 4 nəfər onun evinə gəlib evdə axtarış aparmışlar. Həmin şəxslərdən ikisini tanımasa da, digər iki şəxsin Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Lənkəran şəhər İcra Hakimiyyətinin Veravul İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi X7 olduqlarını bilmişdir. Polis əməkdaşı Şahid1 onu arvadı və uşaqlarının yanında vurmuşdur. Həmin gün hadisədən bir qədər əvvəl X7 onun mobil telefonuna zəng edərək haləhval etmiş və başqa bir mövzuda söhbət də etmişdir. Onun yaşadığı evin həyətindəki tövləyə baxış keçirilmiş, tövlədəki plastik qabın içərisindən 11 ədəd çətənə bitkisi kolları aşkar edilərək götürülmüşdür. Bundan sonra onu da polis şöbəsinə aparmışlar. Polis əməkdaşları bir neçə gün sonra gündüz vaxtı onu evə gətirmiş, yaşadığı evdə aşkar edilmiş narkotik tərkibli bitkiləri də əvvəlki yerinə qoyaraq video çəkiliş aparmaqla protokol tərtib etmişlər. Bundan sonra onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət əsasında məhkəməyə təqdimat verilmiş, lakin məhkəmə təqdimatı təmin etmədiyindən o, xx.xx.2023-cü il tarixdə həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə qeyd etmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edir. İndiyədək narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmamışdır. 2013-cü ildə vəfat edən atasından çətənə kolu toxumları götürmüş, həmin vaxtdan toxumları nə vaxtsa əkmək üçün özündə saxlamışdır. 2023-cü ilin may ayının ortalarında həmin toxumları yaşadığı evin həyətində yerləşən tövlədə qoyduğu plastik qabda əkərək onlara qulluq etmiş, lakin həmin kollardan istifadəsi üçün marixuana hazırlamamış və tam yetişmələrini gözləmişdir. Əkib-becərdiyi çətənə bitkisinin kollarına ondan başqa qulluq edən olmamış, həmçinin, onun həmin kolları əkdiyindən heç kimin məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Lənkəran rayonu Veravul kəndində yerləşən fərdi yaşayış evində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs onun ünvanına gəlmiş, küçə qapısında olarkən özlərini polis əməkdaşları kimi təqdim edərək ona yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğunu deyərək baxış keçirilməsi haqqında qəbul edilmiş qərarla onu tanış etmişlər. Yaşadığı evin həyətinə baxış keçirilməsinə onun etirazı olmamış, bundan sonra polis əməkdaşları tərəfindən aqronomun iştirakı və videoçəkiliş vasitəsi ilə həyətinə baxış keçirilmişdir. Narkotik tərkibli bitkilər əkdiyi təqdirdə təqdim etməsi baxış zamanı ona təklif edilmiş, o da həyətinin sol tərəfində yerləşən tövlədə, plastik qabda əkdiyi 11 ədəd çətənə kolunu polis əməkdaşlarına təqim etmişdir. Baxışda iştirak edən aqronom da həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra o da törətdiyi əməli etiraf edərək polis əməkdaşlarına bildirmişdir ki, həmin kolları öz istifadəsi üçün əkmiş və aqrotexniki qaydada qulluq etmişdir. Sonra protokol tərtib edilmiş, o da protokolu öz imzası ilə təsdiq etmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Tərkibində narkotik vasitə olan bitkiləri əkib-becərdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Onun himayəsində iki azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında, eyni zamanda, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Veravul kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilibbecərilməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatla əlaqədar Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla yanaşı polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində əməliyyat qrupunun üzvlərindən başqa polis şöbəsinin təhqiqatçısı Vurğun Məmmədov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Veravul kəndinə getmişlər, mütəxəssis qismində isə Söhrab Əskərov dəvət edilmişdir. Evin həyətinə daxil olanda həyətdə Təqsirləndirilən şəxs onları qarşılamışdır. Onlar özlərini təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs çətənə bitkisi yetişdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə həyətə baxış keçirmək istədiklərini demişlər. Təqsirləndirilən şəxs də buna etirazının olmadığını bildirərək bu barədə yazdığı ərizəni təhqiqatçıya təqdim etmişdir. Bundan sonra onlar həyətə baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətin giriş qapısından içəri daxil olduqda həyətin sol tərəfində yerləşən tövlədə, divarın kənarında qoyulmuş plastik qabların içərisinə yığılmış torpaqda əkilən 11 ədəd çətənəyə bənzər bitki kolu aşkar olunmuş və bitkilərin hündürlüyünün 10 santimetr olması müəyyən edilmişdir. Aşkar edilmiş çətənəyə bənzər bitkilər torpaqdan çıxarılmaqla bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs deməsinə görə həmin bitkiləri özü əkmişdir. X5 çətənə kollarına baxdıqdan sonra həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkisi olduğunu və bitkilərə xüsusi olaraq aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs Lənkəran şəhər-rayon Polis Şöbəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs vəkillə təmin edilməklə təhqiqatçı Vurğun Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, onlar protokolu imzalarla təsdiq etmişlər. Şahid1 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən, həmçinin, bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xx.xx.2023-cü il tarixdə gecə vaxtı və ya digər hər hansı saatda təqsirləndirilən şəxsin evində olmamış, ona qarşı hədə-qorxu və ya digər zorakılıq hərəkətləri etməmiş, ümumiyyətlə, həmin gün o, Veravul kəndində olmamışdır. Onlar təqsirləndirilən şəxsin həyətinə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində baxış keçirmişlər. Əməliyyat məlumatı dəqiq olduğu üçün Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən yalnız həyətdəki tövləyə baxış keçirilmiş, evə və ya digər yerlərə baxış keçirilməmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə yanaşı göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsində həmin kənd üzrə polis sahə rəisi kimi iştirak etmişdir. Əməliyyat məlumatı Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş və ona baxış keçirilməsində iştirak etməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şəxsən ona hər hansı məlumat daxil olmamışdır. Baxış keçiriləcək yerə gecə vaxtı deyil, gündüz vaxtı getmişlər və getməzdən əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsindən onlarla birlikdə çıxıb baxış keçiriləcək yaşayış sahəsinə getmişdir. Evə çatanda onları Təqsirləndirilən şəxs qardaşı qarşılamışdır. Həmin vaxt yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı qərar Şahid1 əlində olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətinə gecə vaxtı baxış keçirilmiş olması barədə məlumatı yoxdur və belə bir əməliyyat keçirilmiş olsa da, o həmin əməliyyatda iştirak etməmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşı Şahid4 da Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə yanaşı, ibtidai istintaqda verdiyi ifadədən fərqli olaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsindən onlarla birlikdə çıxıb baxış keçiriləcək yaşayış sahəsinə getdiyini bildirdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsində qeyd etmişdir ki, o, Lənkəran şəhər-rayon Polis Şöbəsinin PPX bölüyünün taqım komandiri vəzifəsində işləyir. Lənkəran rayonu Veravul kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkməsi barədə Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə məruzə edilmiş və əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1 olmuş, o özü, həmçinin, digər polis əməkdaşları Şahid2 və Şahid4 qrupa cəlb edilmişlər. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində əməliyyat qrupunun üzvləri və polis şöbəsinin təhqiqatçısı Vurğun Məmmədov birlikdə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Veravul kəndinə getmişlər, mütəxəssis qismində isə Söhrab Əskərov dəvət edilmişdir. Evin həyətinə daxil olanda onları həyətdə Təqsirləndirilən şəxs qarşılamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun çətənə bitkisi yetişdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə həyətə baxış keçirmək istədiklərini demişlər. Təqsirləndirilən şəxs də buna etirazının olmadığını bildirərək bu barədə yazdığı ərizəni təhqiqatçıya təqdim etmişdir. Bundan sonra həyətə baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətin giriş qapısından içəri daxil olduqda həyətin sol tərəfində yerləşən tövlədə, divarın kənarında qoyulmuş plastik qabın içərisinə yığılmış torpaqda əkilən 11 ədəd kol aşkar olunmuşdur. Torpaqda becərilmiş 11 ədəd çətənəyə bənzər bitkilərin hündürlüyünün 10 santimetr olması müəyyən olunmuşdur. Aşkar edilmiş çətənəyə bənzər bitkilər torpaqdan çəkilib çıxarılmaqla bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs deməsinə görə həmin bitkiləri özü əkmişdir. X4 çətənə kollarına baxdıqdan sonra həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkisi olduğunu və bitkilərə xüsusi olaraq aqrotexniki qulluq göstərildiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Lənkəran ŞRPŞ-yə gətirilmişdir. Şöbəyə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Vurğun Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş və vəkillə təmin edilmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və yaxud qanunsuz əşya aşkar edilməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir təklif olmamış, protokolun məzmununu doğru bilib imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Lənkəran şəhər İcra Hakimiyyətinin Veravul İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi X7 da bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxsin evində olmamış, Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il və ya xx.xx.2023-cü il tarixlərdə Veravul kənd sakini Təqsirləndirilən şəxs evində keçirilən əməliyyat-axtarış tədbirlərində iştirak etməmişdir. Həmin ərəfələrdə, dəqiq tarixini xatırlamadığı bir gündə gündüz vaxtı polis əməkdaşları tərəfindən ona zəng edilərək Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyi bildirilərək onun yaşadığı evə dəvət edilsə də, digər vacib xidməti işi ilə bağlı həmin yerə gedə bilməmişdir. Həmçinin, qeyd olunan ərəfələrdə özünün Təqsirləndirilən şəxs və ya həmin şəxsin ona zəng edib-etmədiyini də dəqiq xatırlamır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın 2-ci bəndində qeyd edilmişdir ki, operativ şəkildə zəruri qabaqlayıcı tədbirlər görülmədiyi halda, Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli bitkilərin qısa müddət ərzində realizə olunacağ, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli usullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, kompyuter avadanlığından istifadə edilməklə Təqsirləndirilən şəxs adından yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə Lənkəran rayonu Veravul kəndində yerləşən, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə razı olduğunu, bununla bağlı hər hansı etirazı olmadığını yazılı şəkildə bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi və əşyanın götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 14:00-dan başlayaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən onun yaşadığı evin həyətində yerləşən tövlədə, divarın kənarında qoyulmuş plastik qabda tərkibində narkotik maddə olan çətənə kollarına bənzər 11 ədəd kol aşkar olunmuşdur. Torpaqda becərilmiş 11 ədəd çətənə kollarına bənzər bitkilərin hündürlüyü 10 santimetr müəyyən edilmiş, həmin kolların dibləri yumşaq və nəm halda olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bitkilərin tərkibində narkotik maddə olan çətənə kolları olduğunu, həmin bitkiləri özünün istifadəsi üçün əkdiyini bildirmişdir. X5 çətənə kollarına baxdıqdan sonra həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkisi olduğunu və bitkilərə xüsusi olaraq aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Aşkar edilmiş çətənəyə bənzər bitkilər torpaqdan çıxarılmaqla bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, protokol imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, mütəxəssis X1 verdiyi xx.xx.2023-cü il tarixli rəydə qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ilə birlikdə Lənkəran rayonu Veravul kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədə plastik qabın içərisində aşkar edilmiş 11 ədəd bitki narkotik tərkibli çətənə bitkiləri olmaqla, onlar 2023-cü ilin may ayının ortalarında torpağa səpilmiş, bitkilərə aqrotexniki qaydada qulluq göstərilmiş, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/599 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinə bənzər kollar....” sözləri və imzalar olan zərfdəki, ümumi sayı 11 ədəd, ümumi təmiz çəkisi 0.339 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom tərəfindən verilmiş rəyə əsasən tədqiqata təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqat obyektinin 0,1 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0.239 qram olan hissəsi bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 15:30-dan başlayaraq Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər-rayon X6 Bölməsinin müstəntiqi Özcan Quluzadənin sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 234.2-ci maddələri ilə cinayət təqibindən imtina edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş, yaş vəziyyətdə həmin dövr üçün ümumi çəkisi 0.339 qram olan 11 ədəd çətənə bitkisi maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinə təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair tərib edilmiş xx.xx.2023-cü il tarixli 576 nömrəli rəy ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli tutma protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Lənkəran şəhərrayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılaraq elə həmin gün saat 15:06-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(049)-163/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə verilmiş vəsatət və təqdimat məhkəmənin həmin qərarı ilə təmin edilməmiş, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər-rayon X6 Qrupunun müstəntiqi Özcan Quluzadənin “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və şəxsin tutulmadan azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 10263 saylı arayışından görünür ki, Tağıyev X3 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Veravul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12-16/408 nömrəli arayışdan müəyyən edilir ki, Tağıyev X3 rayonu Veravul kəndində ailə üzvləri ilə birlikdə yaşayır, onun himayəsində xx.xx.2012-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Veravul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs onun yaşadığı evdə xx.xx.2023-cü il tarixdə gündüz vaxtı deyil, xx.xx.2023-cü il tarixdə gecə vaxtı, təxminən, saat 23 radələrində 4 nəfər tərəfindən axtarış aparıldığı, həmin şəxslərdən birinin Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, birinin isə Lənkəran şəhər İcra Hakimiyyətinin Veravul İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi X7 olduğu barədə məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdiyi xüsusatları dəqiqləşdirmək üçün adı çəkilən şəxslərin istifadəsində olan mobil telefon nömrələrinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (dəqiq vaxt göstərilməklə) Lənkəran rayonu Veravul kəndi üzrə anten dairələrində olub-olmaması barədə məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilməsi ilə bağlı məhkəmə tərəfidən müvafiq qərar qəbul edilmişdir. Qeyd olunan qərarın icrası ilə əlaqədar "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlara əsasən Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məxsus (055) ***-**-** mobil nömrəsinin xx.xx.2023-cü il tarixdə saat 22:16:09-da, 23:15:00-da, 23:15:50-də və 23:15:52-də Lənkəran rayonu Veravul kəndi üzrə anten dairəsində istifadə olunması, X2 da həmin tarixlərdə Veravul kəndi üzrə anten dairəsində olmaqla, xx.xx.2023-cü il tarixdə saat 22:32-də özünə məxsus (055) ***- **-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus (050) ***-**-** mobil nömrəsi ilə 2 dəfə telefon danışıqlarının olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokolla, həmçinin, iş üzrə şahid qismində dindirilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid4 məhkəmə istintaqı zamanı verdikləri ifadələrin ibtidai istintaq zamanı verilmiş ifadələrdən fərqli xüsusiyyətləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən narkotik tərkibli çətənə bitkilərinin aşkar olunma məqamı, şəraiti və bu prosesin rəsmiləşdirilməsi məsələsi ilə bağlı kifayət qədər ziddiyyətli halların olması müəyyən edilmişdir. Qeyd olunan hallar yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş prosessual sənədin (ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutun) mötəbərliyini şübhə altına alır. Belə ki, hazırki cinayət işi üzrə əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas olan məlumatları məhkəməyə təqdim etməklə müvafiq qərar əldə etmədən polis əməkdaşlarının özləri tərəfindən qərar qəbul edilməsinin səbəbi, müvafiq məhkəmə qərarı alınmadan həyata keçirilməsi zəruri olan təxirəsalınmazlığın nədə ifadə olunması “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda kifayət qədər mötəbər sübutlarla əsaslandırılmamışdır. Eyni zamanda, belə bir təxirəsalınmaz vəziyyət yarandığı halda, şəxsin özünün kompyuter avadanlığından istifadə edilməklə yazılı razılıq ərizəsinin də alınmasının hansı zərurətdən irəli gəldiyi də bəlli deyildir. Həmçinin, hazırki cinayət işinin materiallarına əlavə edilmiş və ittiham tərəfinin istinad etdiyi, Təqsirləndirilən şəxs adından yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli razılıq ərizəsinin həmin vaxt, yəni polis əməkdaşları tərəfindən yaşayış sahəsinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs özü tərəfindən yaşadığı evdə kompyuter avadanlığı olmadığı halda, belə bir avadanlıqdan istifadə edilməklə yazılaraq polis əməkdaşlarına təqdim edilmiş olması da inandırıcı deyildir. Bu xüsusat həmin ərizənin polis əməkdaşları tərəfindən əvvəlcədən tərtib edilməklə sonradan Təqsirləndirilən şəxs imza etdirildiyi və yaxud onun əvvəlcədən polis şöbəsinə aparılaraq orada ərizə tərtib edildikdən sonra yenidən geri qayıdıb bundan sonra yaşayış sahəsinə baxış keçirildiyi ehtimallarını yaradır. Bundan əlavə, məhkəmə iclası zamanı iş üzrə şahid qismində ifadə vermiş, yaşayış sahəsinə baxış keçirilməsində iştirak etmiş polis əməkdaşları Şahid2 və Şahid4 da Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsindən onlarla birlikdə çıxıb baxış keçiriləcək yaşayış sahəsinə getdiyini təsdiq etmişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi, Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirməklə bu barədə yazdığı ərizəsini təhqiqatçıya təqdim etməsi ilə bağlı xüsusatlar isə yuxarıda göstərilən səbəblərdən həqiqətə uyğun hesab edilə bilməz. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadə verərkən xx.xx.2023-cü il tarixdə, ümumiyyətlə, Veravul kəndi ərazisində olmadığını qətiyyətlə bildirsə də, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi vaxtda, yəni xx.xx.2023-cü il tarixdə gecə saatlarında Şahid1 məxsus (055) ***-**-** mobil nömrəsinin Lənkəran rayonu Veravul kəndi üzrə anten dairəsində istifadə olunması, X2 da həmin tarixdə Veravul kəndi üzrə anten dairəsində olmaqla, gecə saat 22:32-də özünə məxsus (055) ***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus (050) ***-**-** mobil nömrəsi ilə 2 dəfə telefon danışıqlarının olması kimi hallar işin təkzibolunmaz xüsusatları olaraq Təqsirləndirilən şəxs aid yaşayış sahəsinə məhz xx.xx.2023-cü il tarixdə gecə saatlarında (hələ “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilməzdən əvvəl) baxış keçirildiyinə, lakin bununla bağlı rəsmiləşdirilmə işlərinin ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə yerinə yetiridiyinə əsaslı şübhələr yaradır. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10cu maddəsinin İ hissəsinin 3, 4, 5, 8, 9 və 10-cu bəndlərinin məzmununa görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri, bir qayda olaraq məhkəmənin (hakimin) qərarı ilə telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi, insanların güdülməsi növündə əməliyyat-axtarış tədbirlərini tətbiq edə bilərlər. Həmin qanunun 10-cu maddəsinin İV hissəsinin 1 və 2-ci bəndlərinin məzmununa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Göründüyü kimi, hazırki cinayət işində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində qeyd edilən təxirəsalınmaz hallardan hər hansı biri mövcud olmadığı halda, əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən hakimin qərarı olmadan yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbiri həyata keçirilmiş, eyni zamanda, bununla bağlı qəbul edilmiş qərar qanuniliyinin yoxlanılması üçün 48 saat müddətində müvafiq məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə əsasən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Həmin məcəllənin 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin (yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətləri) aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında ayrı-ayrı konstitusiya normalarında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasında məhkəmə nəzarətinin vacibliyi xüsusi qeyd edilir. Məsələn, Konstitusiyanın 33-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin məzmununa görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. İşin məhkəmədə müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən qəbul edilmiş “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda həmin əməliyyatın təxirəsalınmazlığı əsaslandırılmamış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs aid yaşayış sahəsinə baxış keçirilməsi, onun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər kultivasiya edilməklə əkilib-becərildiyi halda belə, bu faktın aşkar edilmə prosesi və bunun rəsmiləşdirilməsi ilə bağlı prosessual hərəkətlər qanunvericiliyin tələbinə uyğun şəkildə yerinə yetirilməmişdir. Bu səbəbdən “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar və qeyd olunan qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlara hazırki cinayət işi üzrə sübut növü kimi istinad edilə bilməz. Qanunvericiliyin tələbinə görə sübutlara obyektiv qiymət verilməsi dedikdə, sübutun məzmununu təşkil edən dəlillərin və faktların məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən qiymətləndirilməsi başa düşülür və bu da ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu araşdırmağı tələb edir. Sübut o halda mötəbər hesab edilə bilər ki, onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə, bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda, məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən narkotik vasitə olan çətənə bitkilərinin aşkar olunma məqamı, şəraiti və bu prosesin rəsmiləşdirilməsi ilə bağlı tərtib edilərək ittiham tərəfindən məhkəməyə təqdim edilmiş “Baxış keçirilməsi və əşyanın götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokol, kompyuter avadanlığından istifadə edilməklə Təqsirləndirilən şəxs adından yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli razılıq ərizəsi, habelə, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar əsasında həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri və şahid qismində dindirilmiş şəxslərin ifadələrinin bununla əlaqədar hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, tərkibində narkotik maddələr (komponentlər) olan 11 ədəd çətənə (kannabis) bitkisi kollarının aqrotexniki qaydada qulluq edilməklə əkilib kultivasiya edilməsi faktı təsdiq olunduğundan, Təqsirləndirilən şəxs özü də həmin çətənə (kannabis) bitkilərinin onun özünə aid olmaqla öz istifadəsi üçün əkib kultivasiya etməklə becərdiyini həm ibtidai istitaq zamanı bildirdiyinə, həm də hər hansı təsir və ya təzyiq olmadan məhkəmə iclasında da etiraf etdiyinə görə məhkəmə törədilmiş əmələ məhkəmə istintaqında araşdırılmış faktlar və mötəbər sübutlar əsasında hüquqi qiymət verməklə Təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittihamda qeyd edilən cinayət əməlinin törədildiyini sübuta yetirilmiş hesab edir. Məhkəmə tədqiq edilmiş mötəbər sübutlara bir-biri ilə əlaqəli şəkildə və müqayisəli təhlil aparılmaqla qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirilmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib-becərsə də, polis əməkdaşları tərəfindən yaşadığı evin həyətindəki tövləyə baxış keçirilərkən onun törətdiyi əməli etiraf etdiyini, həmçinin, narkotik tərkibli çətənə bitkiləri əkibbecərdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin əməlinin xarakterini, ağırlıq dərəcəsini, aşkar edilmiş narkotik tərkibli bitkilərə qulluq edilmə müddətini həmin cinayət əməlini səciyyələndirən hallar kimi cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələbləri ilə əlaqəli şəkildə təhlil edərək təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq saxlanıldığı vaxtdan xx.xx.2023-cü il tarixdə tutulmadan azad edildiyi vaxtadək keçən 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılmalıdır. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyündən o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut – Lənkəran ŞRPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd qəhvəyi rəngli kağız zərfdə qablaşdırılmış 11 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq saxlanıldığı vaxtdan xx.xx.2023-cü il tarixdə tutulmadan azad edildiyi vaxtadək keçən 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Lənkəran rayonu Veravul kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd qəhvəyi rəngli kağız zərfdə qablaşdırılmış 11 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-388/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-388/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver