Məhkəmə qərarları › İş №1(049)-389/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-389/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-389/2023 27.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Astara rayon Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, iki azyaşlı uşağı olan, halhazırda Astara rayonu Şümrüd kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” гятимкан тядбири сечилmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 iyun 2023-ъü илдя саат 07:45 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mıtsubıshı L200” minik markalı ** XR *** дювлят гейдиййат нишанлы avtomobillə, Ələt-Astara–İran sərhədi yolunun Lənkəran rayon ərazisindən keçən 172,7-ci km\də Astara rayon istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni щярякят цчцн тящлцкя йарандыьыны эюрдцкдя, няглиййат васитясинин сцрятини там дайанма щяддиня гядяр азалтмаг цчцн мцмкцн олан тядбирляри эюрмяли, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “YTO LX804F” маркалы ** AB *** дювлят гейдиййат нишанлы traktorun arxa sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan traktorun sürücüsü Zərərçəkmiş şəxs sağ ayağın İ barmağının proksimal falanqasının sınığı, hər iki diz qapağı, bel nahiyyələrində sıyrıqlar kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan, yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus “Mıtsubıshı L200” minik markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 17 iyun 2023-cü ildə саат 07:45 радяляриндя idarə etdiyi “Mıtsubıshı L200” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə saatda təxminən 90 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Lənkəran rayon ərazisindən keçdikdə təxminən 8-10 metr məsafədən üçüncü zolaqla hərəkətdə olan traktorun sola doğru manevr etdiyini görmüş, bu zaman əyləci basmış, lakin idarə etdiyi avtomaşının qabaq sağ hissəsi traktorun arxa sol hissəsinə çırpılmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs son sözündən bildirdi ki, hadisədən sonra zərərçəkmiş şəxslə barışmış, onunla razılaşaraq vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs иfadəsində эюстярdi ки, hal-hazırda Lənkəran rayonunda yerləşən "xxxx" MMC-də traktorçu mexanizator kimi işləyir. "xxxx" MMC-yə məxsus “YTO LX804F” маркалы ** AB *** дювлят гейдиййат нишанлы traktoru idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Lakin "xxxx" MMC rəhbərliyi tərəfindən “YTO LX804F” маркалы traktorun idarə edilməsi ona həvalə edilmişdir. 17 iyun 2023-cü ildə саат 07:45 радяляриндя idarə etdiyi “YTO LX804F” маркалы ** AB *** дювлят гейдиййат нишанлы traktorla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə saatda təxminən 30 km sürətlə hərəkətdə olmuşdur. Lənkəran rayon ərazisindən keçdikdə traktorun arxa sol təkərinə nəyinsə çırpıldığını hiss etmiş, daha sonra traktor aşmışdır. Hadisə zamanı traktorda tək olmaqla xəsarət almışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, cinayət nəticəsində ona vurulmuş ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Buna görə də onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 иfadəsində bildirdi ки, 17 iyun 2023-cü ildə саат 07:45 радяляриндя Nahidin idarə etdiyi “Mıtsubıshı L200” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə saatda təxminən 90 km sürətlə sağ zolaqla hərəkətdə olmuşlar. Həmin vaxtda qabaq sərnişin oturacaqda əyləşmişdir. Lənkəran rayon ərazisindən keçdikdə yaxın məsafədən sağdan hərəkətdə olan traktorun sola doğru manevr etdiyini görmüş, bu zaman Nahid avtomaşının əyləcini basmış, lakin olduqları avtomaşının qabaq sağ hissəsi traktorun arxa sol hissəsinə çırpılmışdır. Hadisə zamanı yüngül xəsarət almışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Lənkəran rayon “MTE və PA” şöbəsinin 01 iyul 2023-cü ил тарихли 637 nömrəli ряйиндян эюрцнцр ки, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ ayağın İ barmağının proksimal falanqasının sınığı, hər iki diz qapağı, bel nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər кцт travma nəticəsində тюрянмишlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü ildə idarə etdiyi traktorun minik avtomaşınla toqquşması zamanı traktor salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Мящкямя йол няглиййат щадисяси експертизасынын 14 avqust 2023-cü iл тарихли 3-16-16\2-8\1818-8\1857 nömrəli ряйиндяn эюрцнцр ки, ilkin kontakt anında toqquşma “YTO LX804F” маркалы ** AB *** дювлят гейдиййат нишанлы traktorun arxa sol təkər hissəsi ilə “Mıtsubıshı L200” minik markalı ** XR *** дювлят гейдиййат нишанлы avtomobilin qabaq sağ hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. İlkin kontakt anında toqquşmanın “YTO LX804F” маркалы traktorun arxa sol təkər hissəsi ilə, “Mıtsubıshı L200” minik markalı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş verməsi və toqquşma yerinin “Mıtsubıshı L200” minik markalı avtomobilin hərəkətdə olduğu orta zolaqda, hərəkət hissəsinin sağ kənarından sola doğru 4,8 metr məsafədə yerləşməsi nəzərə alınmaqla hadisədən əvvəl nəqliyyat vasitələri eyni istiqamətdə hərəkətdə olmuş və toqquşma anında “Mıtsubıshı L200” minik markalı avtomobil orta zolaqda, “YTO LX804F” маркалы traktor isə sol tərəf təkərləri orta zolaqda, sağ tərəf təkərləri isə sağ zolaqda olmuşdur. Təqdim olunmuş məlumatlara əsasən “Mıtsubıshı L200” minik markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Йол щярякяти щаггында» Азярбайъан Республикасы Ганунунун 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. DİN BDYPİ QİS-in 04 iyul 2023-cü il tarixli 3-13-16\2-85170\2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə AF serialı 104826 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran rayonlararası narkoloji dispanserin 17 iyun 2023-cü il tarixli 159 nömrəli protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Maddi sübutların tanınması və təhvil verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 451 saylı qərardan və qəbzlərdən görünür ki, “Mıtsubıshı L200” minik markalı ** XR *** дювлят гейдиййат нишанлы avtomobil və “YTO LX804F” маркалы ** AB *** dövlət qeydiyyatnı nişanlı traktor iş üzrə maddi sübut kimi tanınması qərara alınmış, “Mıtsubıshı L200” minik markalı ** XR *** дювлят гейдиййат нишанлы avtomobil Təqsirləndirilən şəxs, “YTO LX804F” маркалы ** AB *** dövlət qeydiyyatnı nişanlı traktor "xxxx" MMC-yə saxlanması üçün təhvil verilmişdir. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli 480 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam olaraq ödənilmiş və hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı, bu əməldə inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin «sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.» tələbini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X2 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mıtsubıshı L200” minik markalı ** XR *** дювлят гейдиййат нишанлы avtomobilin Təqsirləndirilən şəxs, “YTO LX804F” маркалы ** AB *** dövlət qeydiyyatnı nişanlı traktorun "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2023-cü il tarixli 8/1818-8/1857 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut – “Mıtsubıshı L200” minik markalı ** XR *** дювлят гейдиййат нишанлы avtomobilin Təqsirləndirilən şəxs və “YTO LX804F” маркалы ** AB *** dövlət qeydiyyatnı nişanlı traktorun "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün material Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 Bölməsinə göndərilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar