Məhkəmə qərarları › İş №1(049)-39/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-39/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-39/2025 07.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, iki azyaşlı uşağı olan, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-ci il tarixdə Xətai Rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 28 gün hissəsi vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 14 oktyabr 2024-cii il tarixdə, saat 15-16 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən “Kiçik bazar” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 40 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-1,656 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 14 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 16:40 dəqiqədə Lənkəran şəhəri, H.Aslanov küçəsində asfalt yolun kənarında dayandığı zaman saxlanılaraq, həmin yerdə üstü yoxlanılarkən qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, polis əməkdaşları tərəfindən ona qarşı hər hansi bir təziqin göstərilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlikdən qurtulmaq istəyir. Sanksiyaya gətirilməmişdən əvvəl rayon prokuroru sanksiyanı imzalamaq istəməmiş, o isə prokurora bildirmişir ki, azadlıqda qalarsa narkomaniya xəstəliyindən qurtula bilməyəcəkdir. Azadlıqda olduğu zaman narkotik vasitələr əldə etmək üçün pul çatdıra bilməmişdir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş bir ədəd psixotrop maddəni Lənkəran şəhəri, kiçik bazar adlanan ərazidə adını bilmədiyi şəxsdən almışdır. İbtidai istintaq zamanı o, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Başında olan ağrıları kəsmək üçün uzun müddətdir ki, şüşə deyilən psixotrop maddə olan metamfetamindən siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. Üzərində narkotik vasitə gəzdirdiyi üçün bir necə dəfə məhkum olunmuşdur. İstifadə etdiyi metamfetamini həmişə Lənkəran şəhərində yerləşən Kiçik bazar deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 14 oktyabr 2024-cü il tarixdə, saat 15-16 radələrində yaşadığı evdən çıxıb istifadə etmək üçün metamfetamin almaq məqsədi ilə piyada Lənkəran şəhərində yerləşən “Kiçik bazar” deyilən əraziyə getmiş və ona həmişə metamfetamin satan adını bilmədiyi şəxsdən 40 manata bir bükümdə "şüşə" deyilən metamfetamin alaraq əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Sonra isə piyada yaşadığı evə tərəf gəlməyə başlamışdır. Həzi Aslanov küçəsində asfalt yolun kənarında olan bir ağacın altında dayanmışdır ki, aldığı metamfetamindən istifadə etmək üçün münasib yer tapmışdır. Həmin günü, saat 17 radələrində H.Aslanov küçəsində asfalt yolun kənarında dayandığı zaman üç nəfər şəxs ona yaxınlaşmış və həmin şəxslərdən bir polis işçiləri olduqlarını bildirmişdir. Sonra isə həmin polis işçisi ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirib, üstünü yoxlayacağını söyləmişdir. Həmin vaxtı polis işçilərindən biri videoçəkiliş aparırmış. Polis işçisi ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya, kəsici-deşici alət və narkotik vasitə varsa təqdim etsin. O, da əynində olan şalvarın sağ yan cibində gizlətdiyi bir bükümdə olan metamfetamini çıxardıb polis işçisinə təqdim etmişdir. Polis işçisi həmin bükümün içərisində nə olduğunu ondan soruşmuş, o, da demişdir ki, həmin bükümün içərisində metamfetamindir. Həmin polis işçisi metamfetamini haradan əldə etdiyini soruşmuşdur. O, da polis işçisinə demişdir ki, həmin metamfetamini 40 manata Lənkəran şəhərində yerləşən “Kiçik bazar” deyilən ərazidən üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün almışdır. Bundan sonra, polis işçisi, üzərində başqa narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, o, da həmin şəxsə demişdir ki, təqdim etdiyi bir bükümdə olan metamfetamindən başqa üzərində heç nə yoxdur. Bundan sonra, polis işçisi, üzərində axtarış aparmış və üzərindən heç nə aşkar olunmamışdır. Polis işçisi, içərisində metamfetamin olan bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxanda görmüşdür ki, çəkisi 1,82 qramdır. Bundan sonra, polis işçisi, içərisində metamfetamin olan 1 ədəd bükülünü bir zərfə qoymuş və həmin zərfin üzərinə möhür vurmuşdur. O, da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. O, polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə gəlmiş, polis işçisi protokol tərtib etmiş və o, həmin protokola imza etmişdir. Ona həmişə metamfetamin satmış şəxsin adını və harada yaşadığını bilmir. Həmin şəxs, orta bədən quruluşlu, sarışın, boyu 165-170sm, 35-40 yaşlarında olan bir kişi olmuşdur. O, əldə etdiyi həmin 1 bükümdə olan metamfetamini özü istifadə etmək üçün almışdır, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün və şahidlərin ifadələri, “əməliyyat-axtarış tədbirinin və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, iki ədəd CD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutla, məlikəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2024cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan 1983-cti il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarmı əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbə rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 İlqar oğlu və Şahid3 iştirak etmişdir. Həmin tarixdə, saat 16:40- da Balayev X2 şəhəri H.Aslanov küçəsində müşahidəyə götürülmüş və yolun kənarında dayanarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlama səbəbi izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə ilk olaraq hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdaıı əvvəl tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin yoxlama zamanı üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 1,82 qram olması müəyyən edilmiş, kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq zərfin üstü möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə metamfetamindir, özünə məxsusdur, təqdim etdiyi metamfetamini saxlanılmamışdan qabaq Lənkəran şəhəri “Kiçik bazar” ərazisində tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün əldə etmişdir, narkotik vasitələrin satışı ilə məşğul olmur. Sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair tərəfindən protokol təıtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində müvafiq qərar qəbul edilməsindən ötrü tərəfindən raport tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd zərfdə olan bir bükümdə metamfetamin və bir ədəd CD disk təhqiqatçı Fəhmin Niisrətzadəyə təqdim edilərək təhqiqatçı tərəfindən həmin əşyalara baxış keçirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs vəkil siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahıdan özünə hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini əldə etdiyi şəxsi ifşa etməmək üçün psixotrop maddəni tanımadığı şəxsdən əldə etdiyi bildirmişdir. Odur ki, həmin şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 İlqar oğlu və NMQ-nin əməliyyat müvəkkili Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 14 oktyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri H.Aslanov küçəsində saxlanılaraq, həmin yerdə videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 1,82 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdə kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü saxlanılmamışdan qabaq Lənkəran şəhəri “Kiçik bazar” ərazisində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən videoçəkiliş aparılaraq bir ədəd CD diskə köçürülmüş və protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2024-cü il tarixli, 19/695 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,656 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalığı 1,556 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2024-cü il tarixli, 744 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs stimuly atorlarin qəbulundan yaranan asililiq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Opiıım narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olan, Lənkəran şəhər sakini Balayev X2 şəhəri ərazisində, məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri H.Aslanov küçəsində saxlanılıb həmin yerdə üstündən bir bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. İşdə olan Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncu qapalı məhkəmə iclasında əvvəllər 3 dəfə narkotik vasitə heroindən istifadə etdiyi üçün azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırda heroindən ineksiya yolu ilə istifadə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini, polis tərəfindən saxlanılarkən və sonradan ona qarşı heç bir fiziki və mənəvi təzyiq göstərilmədiyini, azadlıqda qalaraq bu xəstəliyindən müalicə olunmaq imkanının olmadığını həbsə alınaraq müalicə edilməsini istədiyini bildirərək barəsində olan təqdimattın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,656 qram psixotrop maddə metamfetamin, üstünün yoxlanılması zamanı qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü, həmçinin təqdim olunmuş əşyaya baxış keçirilərkən qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörtintü maddi sübut kimi tanınmışdır. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cii il tarixdə Xətai Rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 28 gün hissəsi vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Zəhra və xx.xx.2006-cı il təvəllüdlü iki azyaşlı uşağı olmaqla yaşayış yeri üzrə mənfi xarakterizə olunur və barəsində şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs bundan əvvəl məhkum olunduğu CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 03 il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cii il tarixdə Xətai Rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 28 gün hissəsi vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, cəza müddətində Təqsirləndirilən şəxs toksikomaniya dan müalicə təyin edilməli və onun 2022-ci ildən “Opiıım narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 1,556 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, 2 ədəd CD disk iş materiallarında saxlanılmalıdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan müalicə təyin edilsin və onun 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 1,556 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, 2 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar