Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-391/2023 18.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X3 və X4 nümayəndəsi və vəkili Müdafiəçi iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işi qaldırılmaqla, cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 və X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işi qaldırılmaqla, cinayət məsuliyyətinə cəlb edilməsini və ondan dəymiş mənəvi ziyana görə 10.000 manat məbləğində pulub alınıb onlara ödənilməsini məhkəmədən xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçilər Rusiya Federasiyasında yaşayırlar və həmin ölkənin vətəndaşıdırlar. 2019-cu ilin yanvar ayında X6 ilə X12 ailə qurmuşlar. Birgə nikahdan Tamerlan adlı övladıarı doğulmuşdur. X9 hərəkətləri ucbatından ailə münasibətləri pozulmağa başlamış, 2022-ci ilin fevral ayında X10rdaşının evinə qonaq getmiş, oradan özbaşına Azərbaycana gələrək bir daha geri qayıtmamışdır. Bundan sonra Aysun 2022-ci ildə boşanma ərizəsi ilə məhkəməyə müraciət etmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda ailələri ilə münasibətlərinə xitam verilməsinə baxmayaraq, qərəzli şəkildə onları və bütün ailəsini hədələməyə başlamışdır. X1 və Tik-Tok sosial şəbəkələrində canlı yayım açaraq onların və bütün ailələri barəsində təhqiredici, şərəf və ləyaqətlərini alçaldan məlumatlar yaymağa başlamışdır. Belə ki. X17- Tok sosial şəbəkəsində özünə məxsus “Mavish_042” səhifəsi vasitəsilə canlı yayım açaraq "Osakücənin üzqarası X2 hamı tanısın. Aliment vermir Tümendə olurlar. Narkotik satırlar Surqutda, bilinmir nə islə məşğul olurlar, Rusiyada olur peysər"' və s bu kimi ifadələr işlədərək şərəf və ləyaqətlərini canlı yayımda təhqir etməklə alçaltmışdır. Aysun bu hərəkətlərini dəfələrlə, eyni səhifədə canlı yayım açmaqla, eləcə də İnstagramda eyni məzmunlu paylaşımlar etməklə etmişdir. Şəxsiyyətləri, İşgüzar nüfuzu, şərəf və ləyaqətləri sosial şəbəkə vasitəsi ilə təhqir olunması barədə qardaşı AR DİN-nin 102 xidmətinə və Lənkəran ŞRPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Tik-Tok sosial şəbəkəsində “Mavish_042” adlı profilin ünvan 1 ünvanında yaşayan X13ma məxsus olması müəyyən edilmiş, ondan bununla bağlı izahat alınmış, həmin izahatında Aysun Mirzəyeva törətdiyi əməli etiraf etmiş və bir daha belə hallara yol verməyəcəyini bildirmiş, bununla bağlı ondan iltizam alınmışdır. Barələrində Tik-Tok sosial şəbəkəsində “Mavish_042” adlı səhifədə, canlı yayım açılaraq təhqiredici ifadələrin işlədilməsi və şəkil görüntülərimin yerləşdirilməsi həqiqətdir və bu hal artıq öz təsdiqini tapmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X3 və X4 nümayəndəsi və vəkili Müdafiəçi xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barələrində şikayət verilmiş şəxs X7 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Barəsində şikayət verilmiş şəxs X12 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə X7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.5-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği)», «şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi» göstərilməlidir. Həmçinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə X12 tərəfindən qeyd edilən hərəkətlərin nə vaxt edildiyi qeyd edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Eyni Məcəllənin 302.1.7-ci maddəsinə əsasən «şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələblərinə cavab vermir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işi qaldırılmaqla, cinayət məsuliyyətinə cəlb edilməsi və ondan dəymiş mənəvi ziyana görə 10.000 manat məbləğində pulub alınmasına dair xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-391/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-391/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver