Məhkəmə qərarları › İş №1(049)-396/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-396/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-396/2023 16.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran Rayon Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəx: Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəmə müraciət edərək Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Lənkəran ŞRPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X1 haqqında xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəsatətdə göstərilmiş ki, cinayət işi 03 may 2023-cü il tarixdə Lənkəran şəhəri 20 Yanvar küçəsi ev 72-də yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edərək iş qurmaq adı ilə 28 aprel 2023-cü il tarixdə Fəridə Məmmədova adlı şəxsə məxsus kart hesabına 6500 manat, Türkiyə Respublikasına istirahət üçün rezarvasiya etmək məqsədilə 1000 manat göndərməsi, lakin sonuncunun vədinə əməl etməməsi barədə etdiyi müraciətlə əlaqədar toplanmış material əsasında faktına görə Lənkəran ŞRPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə CM-nin 178.1-ci maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır. 12 avqust 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsq qızı 12 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, 2023-cü ilin aprel ayının sonlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 25 aprel 2023-cü il tarixdə tanışının tövsiyəsi ilə mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayan Zərərçəkmiş şəxs Həşim qızına özünü turizm xidməti göstərən şəxs kimi təqdim edib, ona guya Türkiyə Respublikasında qiyməti 1000 manata olan ucuz otel sifariş verə biləciyini bir neçə otelin fotoşəklini göndərməklə yalandan vəd verərək, Zərərçəkmiş şəxs özünə inandırıb etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından suiistifadə edərək Zərərçəkmiş şəxs tərəfindən həmin məbləğdə pul vəsaitinin 25 aprel 2023cü il tarixdə saat 19:26 dəqiqədə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Fədək market” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı ilə "xxxx" ASC-dən öz adına verilmiş **********344155 nömrəli plastik kartın hesabına köçürülməsinə nail olmaqla Zərərçəkmiş şəxs Həşim qızının 1000 (min) manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar 2023-cü ilin aprel ayının sonlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə özünü turizm xidməti göstərən şəxs kimi tanıtdığı Zərərçəkmiş şəxs Həşim qızı ilə 28 aprel 2023-cü il tarixdə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhərinə səyahət etmiş ərəb qonaqlara turizm xidmətinin göstərilməsi işini təklif edib, ona guya 6000 manat məbləğində pul vəsaitini əvvəlcədən ödədiyi halda, bu işin şərikli görülməsindən əldə ediləcək yüksək məbləğdə qazancı öz aralarında bölməklə gəlir əldə edəcəklərinə dair yalandan vəd verərək, Zərərçəkmiş şəxs özünə inandırıb etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs tərəfindən xeyli miqdar təşkil edən 6000 manat məbləğində pul vəsaitinin 25 aprel 2023-cü il tarixdə Lənkəran şəhərində mobil telefonundakı mobil tətbiq proqramı vasitəsi ilə adına olan plastik kartların hesablarından 1500, 2500 və 2000 manat olmaqla, vahid niyyətlə cəmi üç dəfəyə özünün adına olan 4127*****4155 və 541651******3137 nömrəli plastik kartların hesabına köçürülməsinə nail olmaqla, Zərərçəkmiş şəxs Həşim qızının xeyli miqdar təşkil edən 6000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı xx.xx.2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Taryel Ələkbərov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasınadək cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.3.8-cı maddəsinə əsasən, “məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması” kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı halda cinayət işi qeyd edilən tələblərə uyğun olmamış və “təqsirləndirilən şəxsin cinayət prosessual məcəlləsinin məhkəməyədək icraat materialları ilə tanış olmalarına dair hüquqları” pozulmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə xx.xx.2023cü il tarixdə protokolla ibtidai istintaqın qurtarması barədə məlumat verilmiş, xx.xx.2023-cü il tarixdə isə Lənkəran şəhərində cinayət işinin materialları ilə tanış edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclası zamanı 2023-cü il sentyabr ayında Lənkəran şəhərində olmadığını, Bakı şəhərində olduğunu və cinayət işinin materialları ilə tanış olmadığını bildirmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin göstərdiklərini vəsatət kimi qəbul edib Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 *** ** ** mobil nömrəsi əsasında anten məlumatı götürülmüş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında ümumiyyətlə Lənkəran rayonu ərazisində olmamışdır. Azərbaycan Respublikası CPM-nin 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq huququ vardır. Həmin Məcəllənin 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir və cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin Məcəllənin 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Həmçinin CPM-nin 287.1-ci maddəsinin tələblərinə görə cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Bundan başqa, həmin Məcəllənin 288-ci maddəsinə görə vəsatətin kimin tərəfindən verilməsindən və kimin mənafeyinə toxunmasından asılı olmayaraq, vəsatət təmin edildikdən sonra müstəntiq təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə cinayət işinin materiallarının vəsatətə dair hissəsi ilə tanış olmaq üçün imkan yaratmalıdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və ya surəti iş materiallarında yoxdur. Göründüyü kimi, qeyd olunanlar təqsirləndirilən şəxsin hüquqları və sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntuları ilə bağlı olduğundan CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur”. CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs və ya şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Təqsirləndirilən şəxs məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs vəsatətin əsassız olduğunu və buna görə təmin edilməməsini xahiş etdi. Müdafiəçi məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən də cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 298.5-ci maddəsinə əsasən öyrənilərkən dövlət ittihamçısının göstərdiyi pozuntulardan başqa, əlavə bir sıra pozuntular da müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.1-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. Həmin Məcəllənin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Eyni zamanda həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində qərarı qəbul etmək səlahiyyətində olan prosessual şəxs tərəfindən nələrin əks etdirilməli olması göstərilmişdir. Həmin məlumatların içərisində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi də nəzərdə tutulmuşdur. Cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar elə bir prosessual sənəddir ki, bu qərar yalnız cinayətin həmin şəxs tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutlar mövcud olduqda qəbul edilir və mütləq şəkildə bu qərarı qəbul edən şəxs tərəfindən əsaslandırılır. Çünki özü-özlüyündə bu qərarın qəbul edilməsi ilə təqsirləndirilən şəxsin bir sıra konstitusion hüquq və azadlıqları məhdudlaşdırılır. (məs: sərbəst hərəkət etmək və s.) Odur ki, qanunverici bu qərarın qəbul edilməsini bir sıra şərtlərdən asılı edir. O cümlədən də nəzərdə tutulur ki, qəbul edilən bu qərarda CPM-nin 223.3-cü maddəsində göstərilən digər məlumatlarla yanaşı cinayətin baş vermə mexanizmi (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) ətraflı şəkildə göstərilsin. Qanunvericinin sözügedən qərarda bu tələbləri nəzərdə tutmaqda məqsədi istintaq orqanına barəsində cinayət təqibi aparılan, həmçinin bu və ya başqa formada cinayət təqibinin aparılmasında iştirak edən istənilən şəxsin konstitusion hüquq və azadlıqlarının hər hansı formal əsaslara görə məhdudlaşdırılması üçün deyil, məhz konkret araşdırma aparılmaqla əsaslandırılmış formada irəli sürülmüş ittihamla bağlı məhdudlaşdırılması üçün qərar qəbul etmək səlahiyyətinin verilməsini göstərməkdir. Belə ki, bu barədə qərar qəbul edilməklə cinayət təqibində artıq həmin şəxsin təqsirləndirilən şəxs qismində prosessual statusu müəyyən edilir, ona cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən ittiham irəli sürülür. Bu hal isə artıq onun müəyyən hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Ona görə də sözügedən tələblərin qeyd edilən qərarda əks etdirilməsi yolu ilə qanunverici bir növ hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən qəbul edilən 12 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin sözügedən qərara diqqət yetirəndə görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, qərar qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Bundan başqa, müstəntiq tərəfindən yol verilən pozuntular bununla bitməmiş, qəbul edilən qərara “dirnaq arası” yanaşılmış, qanunvericiliyin tələblərinin nəzərə alınmaması azmış kimi, qərarda təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham işin faktiki halları ziddiyyət yaratmış, Təqsirləndirilən şəxs tərəfindən törədilməsində israr edilən cinayət əməlləri konkret olaraq ittihamda düzgün öz əksini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan görünür ki, “25 aprel 2023-cü il tarixdə saat 19:26 dəqiqədə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Fədək market” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı ilə "xxxx" ASC-dən öz adına verilmiş **********344155 nömrəli plastik kartın hesabına köçürülməsinə nail olmaqla” göstərilsə də lakin iş materillarına əlavə edilmiş “”MilliÖN” elektron ödəmə sistemə üzrə sənədin surətində XX/04/2023 19:26:25 kimi göstərilmişdir. Həmçinin, “Təqsirləndirilən şəxs qismində cəlb etmə” qərarında “25 aprel 2023-cü il tarixdə Lənkəran şəhərində mobil telefonundakı mobil tətbiq proqramı vasitəsi ilə adına olan plastik kartların hesablarından 1500, 2500 və 2000 manat olmaqla” qeyd olunsa da, iş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2023/13:32 tarixdə 1500 manat, (qəbz: **********), xx.xx.2023/14:28 tarixdə 2495 manat, (avtorizasiya kodu: 387960), xx.xx.2023/16:48 tarixdə 1980 manat, (avtorizasiya kodu: 067062) Zərərçəkmiş şəxs tərəfindən göndərilmişdir. Göründüyü kimi, ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət qanununun maddəsi ilə ittihamın təsviri qeyd edilən tarixlərdə törədilməsi cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla bir-birinə uyğun olmamışdır. Bütün bu qeyd edilənlərə baxmayaraq, müstəntiq tərəfindən həmin xüsusat üzrə araşdırma aparılmamış və aparılmış araşdırma isə formal xarakter daşımaqla ittihamın tam, hər tərəfli və obyektiv aparılması üçün kifayət etməmişdir. Bundan başqa hazırkı halda cinayət prosessual qanunvericiliyin tələbləri baxımından bunlara kifayət qədər hərtərəfli diqqət yetirilməli olduğu halda, belə bir diqqət yetirilməmiş, nəticədə yarımçıq ittiham irəli sürülməklə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bu isə bariz şəkildə təqsirləndirilən şəxsin müdafiə hüqunun pozulması ilə nəticələnmişdir ki, şəxs nədə ittiham olunduğunu dərk etməmiş, ittihamın mahiyyəti ona aydın olmamışdır. Bundan başqa, istintaq zamanı 4127-2107-1134-4155 nömrəli plastik kartın kimə məxsus olması, həmin plastik kart hesabına 24 aprel 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək olan müddətdə yüklənmiş və çıxarılmış vəsaitlərinin hərəkəti barədə məlumatlar (aparılmış müvafiq əməliyyatların hər biri ayrılıqda göstərilməklə anlaşılan formada tərtib edilmiş cədvəl şəklində), pul vəsaitlərinin çıxarıldığı bank terminallarının adları və ünvanlarının, pul vəsaiti qeyd edilən hesabdan başqa hesaba köçürüldüyü halda digər kart hesabının sahibi haqda məlumatlar, habelə plastik kartın hesabından pul məbləğlərini çıxarmış şəxslərin video görüntüləri və fototəsvirlərini Azərbaycan Belnəlxalq Bankı ASCdən götürülməsi barədə Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı alınaraq iş materiallarına əlavə edilsə də, lakin qeyd edilən məlumatlar alınmamış, iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, iş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs yazılmalı olduğu halda Zərərçəkmiş şəxs Həşim qızı kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı (səh-55), başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqqında (səh 74), sübutların qiymətləndirilməsi haqqında qərarında (səh 88-89) və ittiham aktında zərərçəkmiş şəxsiyyəti Zərərçəkmiş şəxs Həşim qızı kimi göstərilməklə ittiham aktının tərtib edilməsi tələbləri pozulmuş, nəticədə zərərçəkmiş şəxsin şəxsiyyətinin düzgün müəyyən olunmaması işin faktiki hallarına uyğun olmamışdır. Bundan başqa, CPM-nin 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Lakin hazırkı cinayət işinin materiallarına zərərçəkmiş şəxs qismində tanınma haqqında qərar əlavə edilməmişdir. Eyni zamanda, CPM-nin 210.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 209-cu maddəsində nəzərdə tutulmuş hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət işinin başlanması barədə qərar çıxarır. Lakin hazırkı cinayət işinin materiallarına cinayət işinin başlanması barədə qərar əlavə edilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar bununla da bitməmiş, həmin yarımçıq ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. CPM-in 223.3.2-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə görə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə görə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mattoçia İtaliyaya qarşı” işi üzrə 25 iyul 2000-ci il tarixli qərarının 59-cu paraqrafına əsasən, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları”, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir. Məlumatın “ətraflılıq” dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. Qeyd edilən tələblərin pozulması Təqsirləndirilən şəxs elan edilmiş ittiham kifayət qədər aydın olmamış, onun törətdiyi cinayət əməli əsaslandırılmamış, nəticədə CPM-in 223.3.2-ci maddələrinin tələbləri və Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Göründüyü kimi, qeyd olunanlar təqsirləndirilən şəxsin hüquqları və sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntuları ilə bağlı olduğundan CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur”. CPM-in 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-300 və 303-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:

1. Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar