Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-399/2023 06.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X14 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Xüsusi ittihamçılar X3 və X4 nümayəndəsi, “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs X6 iştirakı ilə xx.xx.2001-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir azyaşlı uşağı olan, Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair X3 və X4 xüsusi ittiham qaydasında şikayəti üzrə işə 06 oktyabr 2023-cü il tarix, saat 10:25-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Şükür Güləhməd oğlu və X4 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onları təhqir etmişdir. Belə ki, X3 və X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək göstərmişlər ki, Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşlarıdırlar. 2019-cu ilin yanvar ayında X7 ilə X12 ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə Tamerlan adlı övladları doğulmuşdur. X9 hərəkətləri ucbatından ailə münasibətləri pozulmağa başlamış, 2022-ci ilin fevral ayında Aysun Türkiyəyə, Zakirin qardaşının evinə qonaq getmiş, oradan özbaşına Azərbaycana gələrək bir daha geri qayıtmamışdır. Bundan sonra Aysun 2022-ci ildə boşanma ərizəsi ilə məhkəməyə müraciət etmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda ailələri ilə münasibətlərinə xitam verilməsinə baxmayaraq, qərəzli şəkildə onları və bütün ailələlərini hədələməyə başlamışdır. X12 “İnstagram” və “Tik-Tok” sosial şəbəkələrində canlı yayım açaraq onların və bütün ailələri barəsində təhqiredici, şərəf və ləyaqətlərini alçaldan məlumatlar yaymağa başlamışdır. Belə ki, 30 may 2023-cü il tarixdə Aysun Mirzəyeva “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus “Mavish_042” səhifəsi vasitəsilə canlı yayım açaraq “Osakücənin üzqarası X2 hamı tanısın. Aliment vermir, Tümendə olurlar. Narkotik satırlar Surgutda, bilinmir nə islə məşğul olurlar. Rusiyada olur peysər” və s. bu kimi ifadələr işlədərək şərəf və ləyaqətlərini canlı yayımda təhqir etməklə alçaltmışdır. Aysun bu hərəkətlərini dəfələrlə, eyni səhifədə canlı yayım açmaqla, eləcə də 2023-cü ilin iyun və avqust aylarında “İnstagram”da eyni məzmunlu paylaşımlar etməklə etmişdir. Şəxsiyyətləri, işgüzar nüfuzları, şərəf və ləyaqətlərinin sosial şəbəkə vasitəsi ilə təhqir olunması barədə qardaşı DİN-nin 102 xidmətinə və Lənkəran ŞRPŞ- nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı “Tik-Tok” sosial şəbəkəsində “Mavish_042” adlı səhifənin X10 məxsus olması müəyyən edilmiş, ondan bununla bağlı izahat alınmış, həmin izahatında Aysun Mirzəyeva törətdiyi əməli etiraf etmiş və bir daha belə hallara yol verməyəcəyini bildirmiş, bununla bağlı ondan iltizam alınmışdır. Barələrində “Tik-Tok” sosial şəbəkəsində “Mavish_042” adlı səhifədə, canlı yayım açılaraq təhqiredici ifadələrin işlədilməsi və şəkil görüntülərinin yerləşdirilməsi həqiqətdir və bu hal artıq öz təsdiqini tapmışdır. Hesab edirlər ki, X6 əməlində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi vardır və onun hansı prinsiplərə yə çirkin məqsədlərə görə onlara qarşı bu əməlləri törətməsi onun məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Çünki, təhqirlə bağlı əməllər üzrə şərəf və ləyaqətin, nüfuzun ləkələnməsi, məlumatların yayılması və yayılmış məlumatların yalan olması cinayət tərkibinin yaranmasının əsaslarıdır. Aysun Mirzəyeva bir vətəndaş kimi mövcud qanunvericiliyin tələblərinə əsasən bilməlidir ki, yayılan məlumat əxlaqi prinsipləri, cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Aysun Mirzəyevanın barələrində təhqiramiz məlumatları yayması onlarda əsəbi vəziyyət və stres yaratdığından ağır mənəvi sarsıntı keçirmişlər. Buna görə də hesab edirlər ki, onlara dəymiş mənəvi zərəri də ödəməlidir. Buna görə də məhkəmədən Azərbaycan Respublikasının vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və onun həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması ilə bağlı ittiham hökmünün, eləcədə X5 dəymiş mənəvi ziyana görə 10.000 manat məbləğin alınıb onlara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında xüsusi ittihamçı X3 ilə X4 nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərlə ilə eyni məzmunlu izahat verərək, X6 barəsində məhkəmənin ittihamedici hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, “Mavish_042” adlı səhifə ona məxsusdur. Etiraf edir ki, əsəbi olub paylaşımlar etmişdir. Sabiq əri onun pulu ilə alınmış evdə və ona məxsus cehizlərindən istifadə edərək erməni qadınla münasibət qurmuşdur. Sabiq əri uşağına aliment ödəmir, erməni qadına pul xərcləyir, buna görə də o, əsəbi olub sosial şəbəkədə onları söyüb paylaşmışdır. Həmin sözləri dediyinə və onları sosial şəbəkədə paylaşdığına görə çox peşmandır və məhkəmədən üzr istəyir, lakin xüsusi ittihamçılardan üzr istəmir. Əlavə olaraq bildirmişdir ki, Lənkəran ŞRPŞ-də ondan bununla bağlı izahat və iltizam alınmamışdır. İş materiallarında olan diskdəki video materiallardan görünür ki, X12 xüsusi ittihamçılar barəsində “Osakücənin üzqarası X2 hamı tanısın. Aliment vermir, Tümendə olurlar. Narkotik satırlar Surgutda, bilinmir nə işlə məşğul olurlar. Rusiyada olur peysər” ifadələrini işlətmişdir. Məhkəmə iclas iştirakçılarını dinləyib, işdəki sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, X12 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CMnin 148-ci maddəsi ilə nəzərdə tutulan təhqir cinayəti o vaxt yaranır ki, şəxs kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış olsun. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz . İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və y a onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin Qərarın 21-ci bəndində göstərilir, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fıziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. Məhkəmə toplanmış mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X12 tərəfindən “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus “Mavish_042” səhifəsi vasitəsilə canlı yayım açaraq “Osakücənin üzqarası X2 hamı tanısın. Aliment vermir, Tümendə olurlar. Narkotik satırlar Surgutda, bilinmir nə islə məşğul olurlar. Rusiyada olur peysər” ifadələrini işlədərək xüsusi ittihamçıların şərəf və ləyaqətini nalayiq formada kütləvi informasiya vasitəsində yaymaqla xüsusi ittihamçıları təhqir etmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən X6 himayəsində azyaşlı uşağın olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, tələbə və qadın olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X6 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, X10 onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, xüsusi ittihamçılar mənəvi ziyana görə 10.000 manat məbləğin alınıb onlara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etsələr də, bu barədə təqsirləndirlən şəxsə qarşı mülki iddia verməmişlər. Mülki iddia təqdim edilmədiyi üçün həmin tələbə qiymət verilə bilməz. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cəzanın icrasına nəzarət Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-399/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-399/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver