Məhkəmə qərarları › İş №1(049)-4/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-4/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-4/2023 06.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:15 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 9 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 4-də qeydiyyatda olub yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında Lənkəran rayonu ərazisində satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,403 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etmiş, əldə etdiyi narkotik vasitəni özündə olan elektron tərəzidən istifadə etməklə dörd ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,384 qram, 0,371 qram, 0,361 qram, 0,286 qram hissələrə bölüb satış üçün hazırlayaraq, bükümləri şalvarının cibində gizlədib saxlayaraq daşıdığı zaman, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi barədə məlumat almış, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 20 oktyabr 2021-ci il tarixdə saat 22.15-də yaşadığı Lənkəran şəhərinin 20Yanvar küçəsində saxlanılıb ünvan 1 ünvanda yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilərək üstündə şəxsi axtarış aparılmış və əynindəki şalvarın sağ yan cibində dörd ədəd ağ rəngli sellofan kəsiyi bükümündə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 1,403 qram narkotik vasitə heroin, eləcə də üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli biləməyək göstərmişdir ki, Lənkəran şəhərində qeydiyyatda olduğu ünvanda atası X4 ilə birlikdə yaşayır. Azərsel şəbəkəsinin ***-***-**-** və Baksel şəbəkəsinin ***-***-**-** mobil nömrələrini işlədir. Orta təhsillidir, hərbi xidmətdə olmamış, «Şizofreniya» psixi xəstəliyi vardır, bununla bağlı müalicə olunmuşdur. narkomanların «kokos» dedikləri heroindən məhlul hazırlayıb inyeksiya yolu ilə qəbul edir. Son vaxtlar hər gün narkotik qəbul etmiş, gün ərzində üç dəfəyədək iynə vurmuşdur. Evdə uşaqları böyük olduğuna görə narkotik iynə vurub ailədə yaşaya bilməmiş, ona görə də atası ilə danışıb Lənkərana gəlmiş, burada işləmişdir. Arabir üsta kimi pul qazananda öz dolanışığı üçün saxlayıb ailəsinə də pul göndərir. O, günün yarısına kimi narkotik qəbul etməyəndə şiddətli ağrıdan halı pisləşir, ona görə də daim üstündə narkotik saxlayır, ağırlarını azaltmaq üçün heroin iynəsi vurub sakitləşir. 20 oktyabr 2021-ci il günün sonunda Mahirgildə elektrik işığını düzəltmiş, işi qurtarandan sonra evə gələndə atası Tofiq onunla deyinərək demişdir ki, - «yenə Arzumanın oğlu gəlmişdi səni soruşurdu, sənə demişdim axı onu bizim həyətdə görməyim». Atası onların qonşusu narkoman və narkotik satan Vüsaldan danışmış, sonuncudan xoşu gəlmədiyinə görə dəfələrlə ona demişdir ki, Vüsal onlara gəlməsin. Atasının əsəbləşdiyini görüb evdən çıxıb qonşu Arzumangilə tərəf getmişdir ki, Vüsalı görüb danışsın, Vüsalı görüb narazılığını bildirmişdir. Vüsal ilə danışıb ayrılandan sonra saat 21-22 radələrində 20 Yanvar küçəsi ilə piyada gedəndə polis əməkdaşları mülki geyimdə yaxınlaşıb onu saxlamışlar və bildirmişlər ki, narkotik maddələrlə məşğul olur. O, polis əməkdaşlarına demişdir ki, narkomandır, amma özündə heç nə yoxdur, polis əməkdaşları inanmamışlar, buraxılmasını xahiş etmiş, amma razılaşmayıb onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində tanımadığı polis əməkdaşları ondan soruşmuşlar ki, kimdən narkotik maddələr alır, kimlər narkotik maddələr satır. O, narkotik satanları tanımadığını deyəndə təzyiq göstərmiş və hədələyərək qabağına dörd bükümdə heroin və bir tərəzi qoyub onları cibinə qoymağı və boynuna götürüb Lənkəran bazarında aldığını deməyi tələb etmişlər. O, qorxub razılaşmış və sonradan vəkil çağırmışlar, müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üstündə axtarış aparmışlar, polis əməkdaşlarının dedilkəri kimi hərəkət edib bükümləri və tərəzini cibindən çıxardıb demişdir ki, tərəzini tapmış, bükümlərdə olan heroini isə bazarda özü qəbul etmək üçün 20 manata almışdır. Həqiqətdə isə həmin narkotikləri almamış, tutulanda üstündə narkotik maddələr olmamışdır. Özü narkomandır və özü qəbul etmək üçün narkotiklər alır, amma tutulduğu gün üstündə narkotik olmamışdır. Ona görə də özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs son sözündə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadə verərək bildirmişdir ki, Lənkəran şəhər-rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2021-ci ilin oktyabr ayında xidməti vəzifəsinin icrası zamanı əməliyyat məlumatı almışdır ki, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul edir, üzərində gəzdirir və satışı ilə məşğul olur. Daxil olmuş əməliyyat məlumatları barədə müvafiq qaydada şöbə rəhbərliyinə məruzə edəndən sonra, 20 oktyabr 2021-ci il tarixdə cinayət haqqında məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, qərar təsdiq olunandan sonra rəhbərliyi altında Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və postpatrul xidmətinin polis nəfəri Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuş, qrupun üzvlərini təlimatlanıdrandan sonra birlikdə əraziyə çıxıb ətrafında əməliyyat-axtarış tədbirləri keçirilən Təqsirləndirilən şəxs olduğu ərazilərdə müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı saat 22 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhərinin 20 Yanvar küçəsi ərazisində yol ilə piyada getdiyi zaman aşkar etmişlər, bir qədər kənardan müşahidələri davam etdirmişlər ki, kiminləsə görüşməsi, nə isə ötürməsi və nə isə alması kimi hallar olarsa, qeydə alıb saxlanılmasından sonra yoxlasınlar. Müşahidə apardıqları müddətdə küçədə tək olan Təqsirləndirilən şəxs heç kimə yaxınlaşmamış, yaxınılığında da heç kim olmamış, sonuncunun kiminləsə ünsiyyətdə olması, kiməsə nə isə verməsi və ya alması kimi hallar müşahidə olunmamışdır. Bundan sonra saxlamağı qərara almış və gözlənilmədən yaxınlaşmışlar ki, aradan çıxmağa və ya üstündən nə isə atmağa imkanı olmasın. Yaxınlaşandan sonra o, polis əməkdaşları olduqlarını bildirib özülərini təqdim etmiş, saxlanılan şəxsdən kimliyini soruşanda bildirmişdir ki, Təqsirləndirilən şəxsdur, yaxınlıqdakı Üzeyir Hacıbəyov küçəsi, 23 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs izah etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi barədə alınmış əməliyyat məlumatlarının yoxlanılması məqsədi ilə rəsmi əməliyyat-axtarış tədbiri keçirilir, bununla əlaqədar saxlanılır, araşdırmanın davam etdirilməsi üçün polis şöbəsinə getməlidir. Təqsirləndirilən şəxs saxlanılmasından narahatlığını biruzə verərək, sərbəst buraxılmasını xahiş etmiş, amma tələblərin qəti olduğunu biləndən sonra razılaşaraq onlarla Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişdir. Saxlanıldığı yerdən polis şöbəsinə gətirilib üstündə şəxsi axtarış aparılanadək nəzarət altında olduğuna görə Təqsirləndirilən şəxs üstündən nə isə atmaq imkanı olmamışdır. Əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin polis şöbəsinə gətirilməsi barədə məruzə ediləndən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçısı tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarını elan edib vəkil dəvət etmiş, vəkilin iştirakı ilə hüquqlarını izah etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılacağını, şəxsi axtarışın videoçəkilişlə sənədləşdiriləcəyini elan edərək, vəkilin və onların iştirakı ilə şəxsi axtarış aparmışdır. Şəxsi axtarışın əvvəlində təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üstündə qanunla qadağan edilmiş nə vardırsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs təhqiqatçının təklifindən sonra əynindəki şalvarının sağ yan cibindən 04 ədəd ağ rəngli sellofan parçalarından olan bükümləri, eyni zamanda şalvarının sol yan cibindən bir ədəd elektron tərəzinin çıxardıb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı götürülən bükümləri iştirakçılara nümayiş etdiriləndə məlum olmuşdur ki, bükümlərdə narkotik vasitə heroinə oxşar maddələr vardır. Təqsirləndirilən şəxs üstündəki sellofan bükümləri və tərəzini təqdim edəndən sonra təhqiqatçı onun üstünü əlavə olaraq ətraflı axtarmış, amma üstündən araşdırma üçün əhəmiyyətli olan biləcək heç nə tapılmamışdır. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündən götürülənlərlə bağlı suallara cavabında bildirmişdir ki, dörd ədəd sellofan bükümdə olan maddə «kokos»dur, həmin maddələri Lənkəran şəhər bazarında tanımadığı şəxsdən 20 manata almış, tərəzini isə iki gün əvvəl bazar ərazisində tapmışdır. Narkotik istifadəçiləri «kokos» deyəndə narkotik vasitə heroini nəzərdə tuturlar. Videoçəkiliş bitəndən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, bütün iştirakçılar protokol ilə tanış olub sənədi imzalamışlar. Təhqiqatçı tərəfindən götürülmüş maddələrin məhkəmə ekspertizası təyin edilib rəy alınandan sonra Kamran Hüseyovdan götürülən maddələrin narkotik vasitə heroin olduğu təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanandan sonra sonuncunun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi, narkotik vasitələrin satışı ilə məşğul olmasının yoxlanılması məqsədi ilə əməliyyat tədbirləri keçirilmiş, tədbirlər nəticəsində alınmış əməliyyat məlumatlarında onun narkotik vasitələrdən istifadə etməsi və satması göstərilir, lakin Təqsirləndirilən şəxs narkotik vasitələr satması barədə konkret faktların, ondan narkotik vasitələr almış şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı zaman üstündə narkotik vasitə və tərəzi olmaması, sonradan qorxudub təzyiq göstərərək cibinə narkotik vasitələri və tərəzini qoyub özünün olduğunu boynuna almağa məcbur edilməsi barədə ifadələrini təsdiq etmir, Təqsirləndirilən şəxs tutulması aparılan sənədləşdirmədə göstərildiyi kimi olmuş, saxlanılanda və sonradan ona qarşı heç bir qanunsuz təzyiq göstərilməmiş, üstünə tərəzi və ya narkotik vasitələr qoyulmamış, şəxsi axtarışı videoçəkilişlə aparılmışdır. Videogörüntülərdə görmək olar ki, vəkili də sual verərək hərhansı bir təzyiqə məruz qaldığını, şikayətinin olduğunu soruşur, Təqsirləndirilən şəxs isə heç bir təzyiqə məruz qalmadığını, şikayətinin olmadığını bildirir. Sonradan təqsirini inkar etməklə özünü müdafiə etmək istəyir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər-rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 oktyabr 2021-ci il tarixdə cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 qərarı ilə ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyataxtarış tədbirlərində iştirak etmiş, post-patrul xidmətinin polis nəfəri Şahid3 da onlarla birlikdə əməliyyat qrupuna daxil edilmişdir. Tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsi barədə məlumatlar yoxlanılmışdır. Həmin tarixdə saat 22 radələrində birlikdə əraziyə çıxıb ətrafında əməliyyat-axtarış tədbirləri keçirilən Təqsirləndirilən şəxs olduğu ərazilərdə müşahidələr aparmağa başlamışlar. Saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı əraziyə yaxın olan Lənkəran şəhərinin 20 Yanvar küçəsi ərazisində yol ilə piyada getdiyini görmüşlər. Qərara alınmışdır ki, bir qədər kənardan müşahidələri davam etdirib Təqsirləndirilən şəxs kiminləsə görüşməsi, nə isə ötürməsi və ya nə isə alması kimi hallar olarsa, qeydə alıb saxlanılmasından sonra yoxlasınlar. Müşahidə apardıqları müddətdə küçədə tək olan Təqsirləndirilən şəxs kiməsə yaxınlaşmasını, yaxınılığında kiminsə olmasını, kiminləsə ünsiyyətdə olmasını, kiməsə nə isə verməsi və ya almasını görməmişlər. Bundan sonra saxlamağı qərara alıb, özü üçün gözlənilmədən Təqsirləndirilən şəxs elə yaxınlaşmışlar ki, aradan çıxmağa və ya üstündən nə isə atmağa imkanı olmamış, Şahid1 polis əməkdaşları olduqlarını bildirmiş, saxlanılan şəxs də suallara cavab verib özünü təqdim edərək adını soyadını və ünvanını düzgün söyləmişdir. Şahid1 saxlanılan şəxsə izah etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi barədə məlumatların yoxlanılması məqsədi ilə keçirilən əməliyyat-axtarış tədbiri ilə əlaqədar saxlanılır, araşdırmanın davam etdirilməsi üçün polis şöbəsinə getməlidir. Təqsirləndirilən şəxs bir qədər həyəcanlı və narahat şəkildə nə üçün saxladığını soruşaraq, cavab alandan sonra sərbəst buraxılmasını xahiş etmiş, amma polisə getmək tələbinin ciddi olduğunu biləndən sonra razılaşaraq onlarla Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gətirilib üstündə şəxsi axtarış aparılanadək onların nəzarəti altında olduğuna görə Təqsirləndirilən şəxs üstündən nə isə atmaq imkan olmamış və belə cəhdlər etməmişdir. Əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin polis şöbəsinə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid1 rəhbərliyə məruzə edəndən sonra araşdırma təhqiqat bölməsində davam etdirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarını elan edib sonuncu üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə hüquqlarını izah edərək bildirmişdir ki, təhqiqatçı vildeoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı vəkilin və əməliyyat tədbirinin iştirakçıları kimi onların iştirakı ilə aparılmışdır. Təhqiqatçı şəxsi axtarışın əvvəlində Təqsirləndirilən şəxs təklif etmişdir ki, üstündə qanunla qadağan edilmiş nə vardırsa, özü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 01 ədəd elektron tərəzi, sağ yan cibindən 04 ədəd ağ rəngli sellofan kəsiyi bükümlərini çıxardıb təqdim etmişdir. Təhqiqatçı götürülən bükümləri göstərəndə bükümlərdə narkotik vasitə heroinə oxşar maddələr olduğunu görmüşlər. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstünü əlavə olaraq şəxsən axtarmış, amma araşdırma üçün əhəmiyyətli olan biləcək heç nə tapılmamışdır. Bükümlərdə olan heroinə oxşar maddələrin çəkisini müəyyən etmək üçün elektron tərəzidə çəkilmiş və qablaşdırmışdır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündən götürülənlərlə bağlı suallara cavabında bildirmişdir ki, dörd ədəd sellofan bükümdəki maddələr «kokos»dur, onları özü qəbul etmək üçün Lənkəran şəhər bazarında tanımadığı şəxsdən 20 manata almışdır. Təhqiqatçı tərəfindən şəxsi axtarışın protokolu tərtib edilmiş və iştirakçılar protokol ilə tanış olub imzalamışlar. Onu da bildirir ki, narkotik istifadəçiləri narkotik vasitə heroin tozuna öz aralarında «kokos» deyirlər. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə verdiyi ifadəsində - saxlanıldığı zaman üstündə narkotik vasitə və tərəzi olmaması, sonradan qorxudub təzyiq göstərərək cibinə narkotik vasitələri və tərəzini qoyub özünün olduğunu boynuna almağa məcbur edilməsi barədə yalan danışır, çünki Təqsirləndirilən şəxs tutulması aparılan sənədləşdirmədə göstərildiyi kimi olmuş, saxlanılan zaman və sonradan Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, üstünə tərəzi və ya narkotik vasitələr qoyulmamışdır. Məhkəmə istintaqıda Şahid3 ifadəsində bildirmişdir ki, Lənkəran şəhər- rayon polis şöbəsinin post-patrul xidmətinin polis nəfəri vəzifəsində işləyir. 20 oktyabr 2021-ci il tarixdə polis şöbəsinin rəisinin göstərişi ilə şöbəmizin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin ifşa edilməsi məqsədi ilə keçirilən əməliyyat tədbirlərində iştirak etmişdir. Əməliyyat müvəkkili Şahid1 qərarı ilə keçirilən tədbir zamanı ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumatlar yoxlanılmışdır. Əməliyyatın keçirilməsi ilə əlaqədar təlimatlandırılandan sonra əraziyə çıxıb ətrafında əməliyyat-axtarış tədbirləri keçirilən Təqsirləndirilən şəxs olduğu ərazilərdə müşahidələr aparmağa başlamışlar. Müşahidələr apardıqları zaman saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı əraziyə yaxın olan Lənkəran şəhərinin 20 Yanvar küçəsi ərazisində yol ilə piyada getdiyini görmüşlər, bir qədər kənardan müşahidələrimizi davam etdirmişlər ki, sonuncunur kiminləsə görüşməsi, nə isə ötürməsi və nə isə alması kimi hallar olarsa, saxlanılmasından sonra yoxlasınlar. Müşahidə apardıqları müddətdə küçədə tək olan Təqsirləndirilən şəxs heç kimə yaxınlaşmamış, yaxınılığında da heç kimi görməmişlər, kiminləsə ünsiyyətdə olması, kiməsə nə isə verməsi və ya alması kimi hallar müşahidə olunmamışdır. Bundan sonra saxlamağı qərara almışlar və Təqsirləndirilən şəxs özü üçün gözlənilmədən yaxınlaşmışlar ki, aradan çıxmağa və ya üstündən nə isə atmağa imkanı olmasın. Yaxınlaşandan sonra Şahid1 polis əməkdaşları olduqlarını bildirmiş, saxlanılan şəxs də suallara cavab verib özünü təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsdur, yaxınlıqdakı Üzeyir Hacıbəyov küçəsi, 23 nömrəli evdə yaşayır. Şahid1 saxlanılan şəxsə izah etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi barədə alınmış əməliyyat məlumatlarının yoxlanılması məqsədi ilə rəsmi əməliyyat-axtarış tədbiri keçirilir, bununla əlaqədar saxlanılır, araşdırmanın davam etdirilməsi üçün onlarla polis şöbəsinə getməliaır. Təqsirləndirilən şəxs bir qədər həyəcanlı və narahat şəkildə nə üçün saxladığını soruşaraq, cavab alandan sonra sərbəst buraxılmasını xahiş etmiş, amma polisə getmək tələbinin ciddi olduğunu biləndən sonra razılaşaraq onlarla Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gətirilib üstündə şəxsi axtarış aparılanadək onların nəzarəti altında olduğuna görə Təqsirləndirilən şəxs üstündən nə isə atmaq imkanı olmamış və belə cəhdlər etməmişdir. Əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin polis şöbəsinə gətirilməsi barədə məruzə ediləndən sonra araşdırma təhqiqat bölməsində davam etdirilmiş, təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarını elan edib sonuncu üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə hüquqlarını izah edərək bildirmişdir ki, təhqiqatçı vildeoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılacağını bildirmişdir. Videoçəkilişin aparılması ona tapşırılmış və mobil telefon aparatının videokamerası ilə çəkiliş aparmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı vəkilin və onların iştirakı ilə aparılmış, şəxsi axtarışın əvvəlində Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündə qanunla qadağan edilmiş nə vardırsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs təhqiqatçının təklifin ilə əynindəki şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini, sağ yan cibindən 04 ədəd ağ rəngli sellofan parçalarından olan bükümləri çıxardıb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı götürülən bükümləri iştirakçılara nümayiş etdirəndə məlum olmuşdur ki, bükümlərdə narkotik vasitə heroinə oxşar maddələr vardır. Təqsirləndirilən şəxs üstündəki sellofan bükümləri və tərəzini təqdim edəndən sonra təhqiqatçı onun üstünü əlavə olaraq ətraflı axtarmış, amma üstündən araşdırma üçün əhəmiyyətli olan biləcək heç nə tapılmamışdır. Bükümlərdə olan heroinə oxşar maddələrin çəkisini müəyyən etmək üçün elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündən götürülənlərlə bağlı suallara cavabında bildirmişdir ki, dörd ədəd sellofan bükümdəki maddələri Lənkəran şəhər bazarında tanımadığı şəxsdən 20 manata almışdır. Təhqiqatçı tərəfindən şəxsi axtarışın protokolu tərtib edilmiş və iştirakçılar protokol ilə tanış olub imzalamışlar. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə verdiyi ifadəsində saxlanıldığı zaman üstündə narkotik vasitə və tərəzi olmaması, sonradan qorxudub təzyiq göstərərək cibinə narkotik vasitələri və tərəzini qoyub özünün olduğunu boynuna almağa məcbur edilməsi barədə göstərdikləri ilə bağlı bildirir ki, həmin ifadələri təsdiq etmir, çünki Təqsirləndirilən şəxs yalan məlumat verir. Saxlanılanda və sonradan onlar tərəfdən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təzyiq göstərilməmiş, üstünə tərəzi və ya narkotik vasitələr qoyulmamış, şəxsi axtarışı videoçəkilişlə aparılmış və hər şey video ilə qeydə alınmışdır. Hətta axtarışın sonunda Təqsirləndirilən şəxs vəkili də ona sual verərək hər-hansı bir təzyiqə məruz qaldığını, şikayətini olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə heç bir təzyiqə məruz qalmadığını, şikayətinin olmadığını bildirmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 5 ünvanda valideynlərinə məxsus evdə yaşayır. 077-727- 83-36 və ***-***-**-** mobil nömrələrindən istifadə edir. Üzeyir Hacıbəyov küçəsi, 23 ünvanda yaşayan Təqsirləndirilən şəxs qonşusudur, uşaqlıqdan bir birini tanıyırlar, sonuncu ustalıqla məşğul olur, işi olanda Kamranla birlikdə işləmişdir. 2010-cu ildən narkotik maddələr qəbul edir, hal-hazırda narkomanlar arasında «kokos» deyilən heroin və «patı», «qşüşə» deyilən metamfetamin qəbul edir. Təqsirləndirilən şəxs da narkotik qəbul edəndir, Kamrandan pul ilə narkotik vasitə almamış, amma bir neçə dəfə birlikdə aldıqları narkotiki qəbul etmişlər. Təqsirləndirilən şəxs nömrəsi ilə SMS yazışmasında Mais adlı şəxsdə «patı» olduğunu bildirməklə özündə pul olmadığına görə yazmışdır ki, Kamran pul verərsə, gedib alsın və qəbul etsinlər. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şahid5 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, qeydiyyatda olduğu ünıvanda ailəsi ilə birlikdə yaşayıram. Hal-hazırda özü Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. X1 və X10 da narkotik maddələrlə bağlı cinayətlərə görə ayrı-ayrılıqda cinayət məsuliyyətinə cəlb olunurlar. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs onun dayısı oğludur, qohum kimi münasibətləri yaxşıdır, aralarında qərəzlilik yoxdur. Özü həbs olunana qədər istifadəsində öz adına ***-***-**-** mobil nömrə və Lənkəran şəhər sakini Xanağa adlı oğlanın adına olan ***-***-**-** mobil nömrə olmuşdur. Xanağa ilə əvvəllər bir müddət Bakı şəhərində birlikdə işləmiş, həmin vaxt özü üçün nömrəni Xanağanın adına almış, amma Xanağa nömrədən istifadə etməmişdir. Dayısı oğlu Təqsirləndirilən şəxs istifadəsində Baksel telefon şəbəkəsinin ***-***-**-** və Azercell şəbəkəsinin ***-***-**-** mobil nömrələri olmuşdur. Qardaşı Zaurda isə ***-***-**-** mobil nömrə olmuşdur. Kamranla narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı birlikdə cinayət törətməmiş, sonuncunun hansı şəraitdə və necə tutulmasını bilmir. Kamranın narkoman olduğunu bilir, narkomanlığına görə son vaxtlar ailəsindən də ayrılmışdır. Amma Kamranın narkotik maddələr satmasını görməmiş, Kamrandan narkotik vasitələr almamış, birlikdə narkotik vasitələr qəbul etməmişdir. İşin istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aparılmış SMS yazışmalarının mətnlərində 08 oktyabr 2021-ci il tarixdə saat 20:24:40-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs yazılmış «qaqa pati isdiyisen qaqa mene de bilimgozleyirem» məzmunlu SMS barədə bildirir ki, SMS yazışmalarının mətnləri ilə tanış olub bir daha bildirir ki, narkoik vasitələr qəbul edən olmuş, dayısı oğlu Təqsirləndirilən şəxs da narkotiklər qəbul etməsini bilir. Amma o, Təqsirləndirilən şəxs həmin SMS yazısını göndərməmişdir. Telefonundan dostlar-tanışlar, qardaşları istifadə etmişlər. Ola bilər ki, kimsə telefonunu götürüb Kamrana zəng vurub, SMS yazmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 20 oktyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üstündə şəxsi axtarış aparılan zaman, üstündə qanunsuz saxlanılanları təqdim etmək barədə təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd düzbucaqlı formalı, boz rəngli elektron tərəzini, şalvarın sağ yan cibindən isə dörd ədəd sellofan kəsiyindən hazırlanmış xırda bükümləri çıxardıb stolun üstünə qoymaqla təqdim edir. Təhqiqatçının suallarına cavab verən Təqsirləndirilən şəxs bildirir ki, dörd ədəd sellofan bükümdə olani maddələr «kokos»dur, həmin maddələri Lənkəran şəhərində bazar ərazisində tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün almışdır. Elektron tərəzini isə iki gün əvvəl bazar ərazisində tapmışdır. Təhqiqatçı tərəfindən bükümlərdə olan maddələrə baxılaraq narkotik vasitə heroinə oxşar maddələr olduğu qeyd edilir, eyni zamanda təhqiqatçı elektron tərəzinin düyməsini sıxaraq displeyin işıqlanmasını nümayiş etdirərək tərəzinin işlək vəziyyətdə olduğunu göstərir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üstünü ətraflı axtarır, üstündən əlavə heç nə aşkar olunmur. Bundan sonra təhqiqatçı göstərilən dörd ədəd bükümü özünün tətbiq etdiyi elektron tərəizdə çəkir və bükümlərin ümumi çəkisi 1,47 qram müəyyən edilir. İçində heroinə bənzər maddələr olan bükümlər bir kağız zərfə, elektron tərəzi isə başqa bir kağız zərfə qoyularaq bağlanır, möhürlənir və üstündə yazılı qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı iştirakçılardan suallarının olub-olmamasını soruşanda şəxsi axtarışda iştirak edən vəkil Bəhrəm Muxtarov şübhəli şəxs Təqsirləndirilən şəxs suallar verərək polislər tərəfindən saxlanılanda, polisə gətiriləndə döyülməsi, təhqir olunmasın, narkotik vasitələrin və tərəzinin üstünə qoyulması, nəyisə boynuna götürməyə məcbur edilməsi kimi halların olub-olmadığını, belə hallarla bağlı şikayətinin olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs müdafiəçinin suallarında göstərilən halların və şikayətinin olmadığını bildirir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 oktyabr 2021-ci il tarixli 19/1062 saylı rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri: - 0,385 qr; - 0,371 qr; -0,361 qr; -0,286 qram: ümumi təmiz çəkisi: - 1,403 qram olan maddələr tiryəkdən kustar üsulla harzırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləriilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Heroinin ümumi təmiz çəkisi - 1,403 qram, təqiqata sərf olundu-0,12 qr ( hər ob. - 0,03 qr.), qalıq -1,283 qr. Ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 22 oktyabr 2021-ci il tarixli, 1146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər psixiatriya xəstəxanasının 27 oktyabr 2021-ci il tarixli 658№-li arayışına əsasən, Təqsirləndirilən şəxs «Psixopatiya şizoid tip» diaqnozu ilə xəstəxanada qeydiyyatda durur. Məhkəmə-psixiatrik ekspertizasının 20 dekabr 2021-ci il tarixli 3028№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman şəxsiyyətin şizoid tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda şəxsiyyətin şizoid tip pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə edilməyib ki, onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hazırda şəxsiyyətin şizoid tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir selofan narkotik vasitənin ekspertizadan qaytarılmış 1,283 qram qalığı və elektron tərəzi, şəxsi axtarışın videogörüntüləri olan DVD disk, "xxxx" MMC-dən daxil olmuş məlumatların olduğu bir ədəd CD-R fotmatlı disk və "xxxx" MMCdən daxil olmuş məlumatların olduğu bir ədəd CD-R formatlı disk iş üçün əhəmiyyət kəsb edən elektron məlumat daşıyıcıları maddi sübut kimi tanınmış, narkotik vasitənin ekspertizadan qaytarılmış 1,283 qram qalığı və elektron tərəzi, cinayət prosesi iştirakçıları istintaq materialları ilə tanış olandan sonra saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın videogörüntüləri olan DVD disk, "xxxx" MMC-dən daxil olmuş məlumatların olduğu bir ədəd CD-R fotmatlı disk və "xxxx" MMC-dən daxil olmuş məlumatların olduğu bir ədəd CD-R formatlı disk iş materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi 23 fevral 1999cu il tarixli qərarı ilə, CM-nin 242-ci maddəsinin «A» bəndi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli Amnistiya haqqında qərarına əsasən, cəzadan azad edilmişdir. Daha sonra Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli hökmünə əsasən CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Appelyasiya Məhkəməsinin 16 mart 2011-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, təyin edilmiş 09 il azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. 23 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(049)-423/2021 №-li qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Lənkəran ŞİHB-nın 1 №-li sahə İƏD tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X5 şəhəri, Ü.Hacıbəyov küçəsi ev 23 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək, heab edir ki, həmin ifadələr aşağıda qeyd olunanlara əsasən özünümüdafiə xarakterli olmaqla, iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, Lənkəran şəhər-rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbiri keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsi narkotik vasitələr qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatlarının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan: Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə izahatından görünür ki, nə üçün izahat verdiyi ona tam aydındır, işləmir, başında kəskin ağrıları vardır, baş ağrılarına görə narkotik vasitələr istifadə edir. Şəxsi istifadəsi üçün Lənkəran şəhərində Bazar ərazisində tanımadığı şəxsdən 20 manata 4 bükümd «kakos» almış və şəxsi istifadəsi üçün cibində saxlamışdır. 20 oktyabr 2021-ci il tarixdə Lənkəran şəhərinin 20 Yanvar küçəsində olduğu zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə gəzdirməsindən şübhələndiklərini bildirmiş və ona Lənkəran şəhər-rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, vəkil ilə təmin edilmişdir. Polis şöbəsində üstündə şəxsi axtarış aparılmış, üzərində qanunla qadağan olunan hər-hansı əşyanın olub-olmaması barədə soruşanda üzərindəki 4 bükümdə narkotik vasitəni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Üzərində aşkar edilmiş bükümlərin içindəkilərinin heroin olduğunu bildirmiş, bükümlərə baxılandan içindəki heroin aşkar olunmuşdur. Daha sonra üstünə baxış keçirilmiş və üzərindən cinayət xarakterli heç nə aşkar olunmamış və götürülməmişdir. Ondan götürülmüş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 1,47 qram müəyyən edilmişdir. Həmin 4 ədəd bükümdə olan narkotik vasitə heroin kütləsi və bir ədəd elektron tərəzi zərflərə qoyulmuş, üzərində qeydlər aparılmış, özü tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Narkotik vasitə olan heroindən istifadə edir, satışı ilə məşğul deyildir. Üzərindən götürülən kütlələr özünə məxsusdur. Həmin kütlələri 2-3 gün əvvəl Lənkəran şəhəri ərazisində yoldan tapmış, onlardan istifadə etməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması və barəsində Cinayət Məcəllsinin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması ona izah edilmişdir. İşin mahiyyəti üzrə göstərir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, ona görə də barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması ilə razı deyildir. Lənkəran şəhərində qeydiyyatda olduğu ünvanda atası X4 ilə birlikdə yaşayır. Atası ilə bir ünvanda qeydiyyatda olan qardaşı X7 2021-ci ilin yay aylarında narkotik vasitələrlə bağlı cinayətə görə tutulmuş və bir müddət əvvvəl Lənkəran ağır cinayətlər məhkəməsi tərəfindən 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncunun həbsindən sonra ailəsi də çıxıb getmişdir. Şəxsi istifadəsində Samsung A02 markalı mobil telefonu vardır, telefonda ***-***-**-** və ***-***-**-** mobil nömrələrini eyni vaxtda işlədir. Orta təhsillidir, hərbi xidmətdə olmamışdır. «Şizofreniya» psixi xəstəliyi vardır, bununla bağlı müalicə olunmuşdur. Əvvəllər iki dəfə məhkum olunmuş, birinci dəfə 1999-cu ildə hərbi xidmətdən boyun qaçırdığına görə Sumqayıt hərbi məhkəməsi tərəfindən 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, amnistiya ilə əlaqədar cəzadan azad olunmuş, ikinci dəfə 2010-cu ildə Bakı ağır cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-ci maddələri ilə 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2017-ci ilədə- cəzasının çox hissəsini Qaradağ rayonunda 13 saylı cəzaçəkmə müəssisində, son hissəs - isə Masallı raonunda olan 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib 2019-cu ildə oradan cəzanın sonu ilə azad olunmuşdur. Evlidir, arvadı X6: 16 yaşlı oğlu Hüseynov Şirin və 10 yaşlı qızı Zəhra ünvan 7 ünvanda yaşayırlar, ev telefonu ***-***-**-** nömrəlidir. Sonuncu məhkumluğu ilə bağlı cəzaçəkmə yerindən azadlığa çıxandan sonra yenə narkotik vasitələr qəbul etməyə başlamış, istifadəçilər arasında «kokos» adlandırılan heroindən məhlul hazırlayıb damarına iynə vurmaqla narkotiklər qəbul etmişdir. Son vaxtlar hər gün iynə vurmuş, bəzən gündə iki-üç dəfə iynə vurduğu hallar da olmuşdur. Atası Tofiq tikinti ustasıdır, bənna işi görür, özü də atasının yanında və ya özü sərbəst mala, suvaq işləri görməklə dolanır. Evdə uşaqları böyük olduğuna görə narkotik iynə vurduğu halda ailədə yaşaması arvadı və uşaqları üçün böyük narahatlıq olmuş, ona görə də atası ilə danışıb Lənkərana gəlmişdir. Arabir usta kimi pul qazananda öz dolanışığı üçün saxlayıb ailəsinə də pul göndərmişdir. Özü ağır dərəcədə narkoman xəstədir, xüsusilə güclü baş ağrıları olur, günün yarısına kimi narkotiki olmayanda artıq halı pisləşir, ona görə də daim üstündə narkotik saxlayır, ağrılarını azaltmaq üçün heroin iynəsi vurub sakitləşir. 20 oktyabr 2021-ci il tarixdə günorta vaxtlarında Lənkəran şəhərinin mərkəzi bazarında tanımadığı 40 yaşlarında bir kişidən narkomanların «çet» dedikləri 4 ədəd sellofan bükümdə «kokos» almış, həmin narkotikə görə tanımadığı oğlana 20 manat vermişdir. Elə həmin gün bazar ərazisində gəzişərkən balaca elektron tərəzini yerdən tapmış, maraqlanıb qaldırmış, amma qapağını açmamış və işləyib-işləmədiyini bilməmişdir. Belə tərəzilərə qızılçı tərəzisi deyirər, yəni qızıl satanlar qızıl əşyaların qramla çəkilərini belə tərəzilərdə ölçürlər. Yerdə gördüyü həmin tərəzini maraqdan götürmüş və cibinə qoymuşdur. Həmin gün 20 oktyabr 2021-ci il tarixdə günün sonunda qonşusu Mahirgildə elektrik işığını düzəltmiş, işi qurtarandan sonra evə gələndə atası Tofiq onunla deyinərək demişdir ki, -«yenə Arzumanın oğlu gəlmişdi səni soruşurdu, sənə demişdim axı onu bizim həyətdə görməyim». O, atasının qonşu narkoman və narkotik satan Vüsaldan danışdığını bilmiş, çünki atasının sonuncudan xoşu gəlmir və dəfələrlə ona demişdi ki, Vüsal onlara gəlməsin. Atası onunla həmişə deyinir, narkotik qəbul etməyinə görə danlayır. Atasının əsəbləşdiyini görüb evdən çıxıb qonşu Arzumangilə tərəf getmişdir ki, Vüsalı görüb danışsın, Vüsalı görüb narazılığını bildirmiş, Vüsal isə özü onlara gəlmədiyini, başqasını göndərdiyini demişdir. Bundan sonra atasının yanında evə qayıdıb demək istəmişdir ki, onlara gələn Vüsal olmamışdır. Təxminən saat 21-22 radələrində 20 Yanvar küçəsi ilə hərəkət etidyi zaman polis əməkdaşları mülki geyimdə yaxınlaşıb onu saxlamışlar və kimliyini soruşmuşlar. O, özünü təqdim edəndən sonra polis əməkdaşları bildirmişlər ki, narkotik maddələrlə məşğul olduğunu və üstündə narkotik maddə olmasını bilirlər və onu polis şöbəsinə gətirmişlər. Həmin vaxt üstündə 4 bükümdə heroin və tərəzi olmuşdur. O, polislərin tələbinə etiraz etməyib polis şöbəsinə gəlmiş, polis şöbəsində işi ilə məşğul olan təhqiqatçı vəkil çağırıb üstündə şəxsi axtarış aparmış və axtarışın videoçəkilişi aparılmışdır. Təhqiqatçı narkotik vasitələrlə məşğul olduğunu bildiklərini demiş və təklif etmişdir ki, üstündə qanunsuz saxlanılan nə varsa, təqdim etsin. O, şalvarının sol cibindən tərəzini və sağ cibindən narkotik maddə olan dörd ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, bükümləri tərəzidə çəkəndə sellofanlarla birlikdə dörd bükümün çəkisinin 1,47 qram olduğu məlum olmuşdur. Ondan üstündən götürülən bükümlərdə olanlar barədə soruşulanda bildirmişdir ki, bükümlərdə olan maddələr heroindir, onları Lənkəran bazarında 20 manata almış, tərəzini isə tapmışdır. Tutduğu əməldən peşimandır. Bununla yanaşı bildirir ki, narkotik vasitələr qəbul edəndir, amma satmamış və satmaq üçün almamışdır. Üstündən götürülmüş narkotik vasitənin kiçik hissələrə bölünməsi, elektron tərəzinin olması və tərəzidə heroinin izinin aşkarlanması həmin maddələrin özü tərəfdən bükümlərə bölünməsinə dəlalət etməsi, barəsində alınmış əməliyyat məlumatları və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarda isə narkotik vasitələrin satışı ilə qanunsuz olaraq məşğul olmasının göstərilməsi ilə əlaqədar bildirir ki, heroini alanda tanımadığı oğlan narkotiki bükümlərə bölünmüş halda satmış, özü narkotik maddəni bükümlərə bölməmiş, tərəzini isə dediyi kimi yerdən tapmışdır. Narkotik satmağı barədə polis əməkdaşlarına məlumatı düzgün verməyiblər, hesab edir ki, kimsə onunla qərəzli olduğuna görə belə məlumat verə bilərdi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1033 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Lənkəran ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli verilmiş tapşırığa cavab məktubundan görünür ki, iş üzrə təqsirəlndirilən şəxs Təqsirləndirilən şəxs oğlu üzün müddət ərzində narkotik vasitə və psixotrop maddələrdən sui-istifadə edərək narkomaniya xəstəliyinə tutulmuş, narkotik vasitələrdən asılılığı səbəbindən mütəmadi olaraq, qanunsuz, narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlamaqla məşğul olmuş, yeni zamanda narkotik vasitələr satmışdır. Sonuncu dəfə 2010-cu ildə narkotik vasitələrin qaçaqmalçığılı və külli miqdarda narkotik vasitələrin satışı məqsədi ilə bir qrup şəxslə əldə edilməsi ilə əlaqədar ağır cinayətlərə görə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və azadlığa çıxandan sonra məhkumluğunu ödənilmədiyi şəraitdə yenidən narkotik vasitələr qəbul etməkdə və satmaqda davam etmiş, bu məqsədlərlə müxtəlif mənbələrdən narkotik vasitələr əldə etmişdir. Onun narkotik vasitələr satması barədə konkret məlumatlar əldə edilməmiş, narkotik vasitə və psixotrop maddələr satdığı şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsindən etibarən verdiyi izahat və itfadələrinin ardıcıl təhlili göstərir ki, cinayət təqibi başlananadək CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulandan sonra şəxsi axtarış zamanı, şəxsi axtarışdan sonra izahat və ifadələrində narkotik vasitələrin və elektron tərəzinin üstündən götürülməsini təsdiq etdiyi halda, 22 oktyabr 2021-ci il tarixdə CM-nin 234.2-ci maddəsi ilə ittiham olunduğunu biləndən sonra, şəxsi axtarış zamanı götürülmüş narkotik vasitələrin və elektron tərəzinin ümumiyyətlə ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üstünə qoyulduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçisi tərəfindən ona qarşı psixi və fiziki zorunun və ya təzyiqin göstərilibgöstərilməməsi soruşulmuş, lakin sonuncu ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1033 №-li rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Qeyd olunanlara məhkəməyə belə qətnaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi daşıyır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,403 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etmiş, əldə etdiyi narkotik vasitəni özündə olan elektron tərəzidən istifadə etməklə dörd ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,384 qram, 0,371 qram, 0,361 qram, 0,286 qram hissələrə bölüb satış üçün hazırlayaraq, bükümləri şalvarının cibində gizlədib saxlayaraq daşıması onun özünün məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ifadəsi ilə etirafedici ifadəsi ilə yanaşı, həmçinin şahidlərin təsdiqedici ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi, həmçinin əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq cəzasını çəkib qutardıqdan sonra 6 il keçməmiş yenidən qəsdən az ağır cinayət törətməsi CM-nin 18.1 və 83.3.4, 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin resdivini yaradır ki, buna da onun cəzasının ağırlaşdıran hal kimi müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini(aşkar edilmiş narkotik vasitənin miqdarını) Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, cəzasını yüngülləşdirən halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 1,283 qram heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk, "xxxx" MMC-dən daxil olmuş məlumatların olduğu bir ədəd CD-R fotmatlı disk və "xxxx" MMC-dən daxil olmuş məlumatların olduğu bir ədəd CD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 1,283 qram heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk, "xxxx" MMC-dən daxil olmuş məlumatların olduğu bir ədəd CD-R fotmatlı disk və "xxxx" MMC-dən daxil olmuş məlumatların olduğu bir ədəd CD-R formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar