Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-4/2025 20.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 14:50 xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 07 yanvar 2022-ci il tarixdə, Lənkəran rayonu Girdəni kəndində həmin kənd sakini Şahid3 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq üç ədəd sellofan kəsiyi bükümündə, eyni tərkibli şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,296 qram, 0,292 qram, ümumi təmiz çəkisi 0,851 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 07 yanvar 2022-ci il tarixdə, saat 20:20 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Girdəni kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 3i axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən qeyd edilən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, o, 2008-ci ildə Gülbəniz Əsgərova ilə rəsmi nikah girərək ailə qurmuş, nikahdan 2 uşaq dünyaya gəlmişdir. Daha sonra nikah məhkəmə qaydasında pozulmuşdur. Bir neçə müddət narkotik vasitə heroin istifadə etməyə başlamışdır. Lənkəran rayonu, Girdəni kəndinə - keçmiş arvadının ata evinə gələndə Lənkəran rayonunda Şahid3 ilə tanış olmuşdur. O, kənd uşaqlarından Fariz Baxçiyevin narkotik vasitə satdığını eşitdiyi üçün Farizlə münasibət yaradıb narkotik vasitə almaq istəmişdir. 07 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran şəhərində yerləşən “Fədək” marketə gəlmək üçün Lənkəran rayonu, Girdəni kəndinin “üç yol” deyilən hissəsinə çıxan zaman Farizi orada görmüş və Farizə yaxınlaşıb ondan üzərində narkotik vasitə olubolmadığını soruşaraq, olduğu halda ona satmasını xahiş etmişdir. Fariz ona üzərində üç büküm narkotik vasitə istifadəçiləri arasında “kokos” adlandırılan narkotik vasitə heroin olduğunu bildirərək, almaq istəyib-istəmədiyini soruşduqda, o, Farizə almaq istədiyini bildirmiş və Farizə 20 manat verib 3 büküm narkotik vasitə heroin almışdır. Farizdən narkotik vasitə alandan sonra Girdəni kəndində piyada hərəkətdə olan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edərə, ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilənə kimi yolda və üzərində axtarış aparılanadək polis əməkdaşlarının nəzarəti altında olduğundan üzərində olan bükümləri harasa atmaq imkanı olmamışdır. Lənkəran ŞRPŞ-nin inzibati binasında onun şübhəli şəxs qismində tutulduğunu bildirərək ona hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə baxış keçirilmiş, baxışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmiş, o da istifadə məqsədi ilə ayırdığı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu 3 ədəd heroin bükümünü çıxarıb polis əməkdaşlarına təqdim edərək bükümlərdə narkotik vasitə “kokos” olduğunu, Fariz adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilərək götürülmüş 3 büküm heroin elektron tərəzidə çəkildikdə çəkisi 0,96 qram olmuşdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, səhhətində, xüsusən də ürəyində ciddi problemlər olduğunu, artıq çəkidən əziyyət çəkdiyini təxminən 170-180 kiloqramda olduğunu, əməliyyat yolu ilə bir böyrəyinin çıxarıldığını, səhhətində olan ciddi problemlərə görə həbsdə qalmasının onun həyatı üçün təhlükə yaratdığını, xalası oğlu X3 1992-ci il tarixdə İ Qarabağ müharibəsində şəhid olduğunu nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, icraatına Bakı şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət etmiş və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, qrupun tərkibini əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid2 təşkil etmişdir. 07 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olma ehtimalı olduğundan onu Lənkəran rayonu, Girdəni kəndində piyada hərəkət etdiyini görərək nəzarətə götürmüşlər. Bir müddət Təqsirləndirilən şəxs izlədikdən sonra onunla birlikdə olan polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özünü və yanında olan şəxslərin polis əməkdaşı oldğunu təqdim etmiş və ondan özünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etmiş, onun üzərində narkotik vasitələr olma ehtimalı olduğundan üzərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-ya gəlməli olduğunu bildirmişdlər. Təqsirləndirilən şəxs əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin sonradan gəlməyə məcbur olmuşdur. Polis şöbəsində araşdırmanı təhqiqatçı Emil Baxışov davam etdirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 3 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra onun üzərində təhqiqatçı tərəfindən ətraflı axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,96 qram olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə bölmədə əməliyyat məlumatı olmuş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini Lənkəran rayonu, Girdəni kənd sakini Şahid3 əldə etməsi müəyyən edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Şahid3 Lənkəran rayonu, Girdəni kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərindən, həmçinin əl çantasından külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər Şahid2 Şahid4 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə, saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur. 07 yanvar 2025-ci il tarixli, “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarın sağ cibindən üç ədəd şəffaf rəngli sellofan bükümdə ümumi 0,96 qram heroini çıxarıb təqdim etmiş və həmin heroinin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Keçirilmiş şəxsi axtarış videokamera vasitəsi ilə çəkilmış və video görüntü 1 ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 19/27 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: 0,263 qram, 0,296 qram, 0,292 qram, ümumi təmiz çəkisi 0,851 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutmadan 08 yanvar 2025-ci il tarixdə azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibbi ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 26 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 12 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması və şəxsin tutulması haqqında” 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə, saat 22:30-da DİN Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayon ərazisində saxlanılmış, Lənkəran ŞRPŞ-yə təhvil verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-114/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 11 mart 2025-ci il tarixli, 1995 №-li arayışından görünür ki, Məcidov X4 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Sübutların qiymətləndirilməsi haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə ümumi təmiz çəkisi 0,851 qram heroin və şəxsi axtarış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,651 qram heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi subutların saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(049)-220/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2025-ci il tarixdə, saat 22:30-da Zaqatala rayon ərazisində saxlanılmış, Lənkəran ŞRPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Məcidov X2 daxil olduğu gün tibb-sanitariya hissəsinin həkimləri tərəfindən müayinə olunmuş, səhhətindəki, təqsirləndirilən şəxsin tibbi kartasında qeyd aparılmışdır. Eyni zamanda, Lənkəran MRX-nin xx.xx.2025-ci il tarixdə şəxsi tibbi müayinələrdən keçmiş və səhhəti qənaətbəxşdir. Rəngli doppler exokardioqrafiya protokoluna əsasən Təqsirləndirilən şəxs ürəyində sol qulaqcıq və sağ mədəcik genişlənmişdir. Nəticə: hipertonik ürək. İV dərəcə alimentar piylənmə olduğu üçün vizual görüntü zəifdir. Ultrasəs müayinəsinin nəticəsinə görə xəstənin vəziyyəti ilə əlaqədar olaraq parenximatoz orqanlar viziualizə edilmədi. Bağırsaqlar kəskin köpdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 4-cü bəndinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qərarın 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, səhhətində ciddi problemlərinin olmasını və xalası oğlu X3 1992-ci il tarixdə İ Qarabağ müharibəsində şəhid olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilmədi. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən hazırki tarixədək həbsdə saxlanıldığı ümumilikdə 1 ay 28 gün müddət - bir günə iki gün hesablanmaqla, 03 ay 26 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi subutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 03 ədəd bükümdə 0,701 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən hazırki tarixədək həbsdə saxlanıldığı ümumilikdə 1 ay 28 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 03 ay 26 gün cəza müddətindən çıxılmaqla onun üzərində 02 il 05 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 4 ünvanını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi subutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 03 ədəd bükümdə 0,701 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-4/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-4/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver