Məhkəmə qərarları › İş №1(049)-40/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-40/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-40/2023 19.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.15 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1972-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixiotrop maddə оlаn metamfetamini əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 01 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhərində satış məqsədi ilə, qanunsuz olaraq məlum olmayan mənbədən 5 ədəd bükümdə-ayrı-ayrılıqda çəkiləri 0.125 qram, 0.085 qram, 0.131 qram, 0.064 qram 0.093 qram ümumi 0.498 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə, saat 08.10-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 5 bükümdə ümumi 0.498 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkomaniyadan əziyyət çəkir və narkotik vasitədən istifadə etdiyi üçün əvvəllər dəfələrlə məhkum olunmuşdur. 01 sentyabr 2022-ci il tarixdə, saat 8 radələriində Lənkəran şəhəri, H.Aslanov xiyabanı küçəsində metal yığan zaman ona polis əməkdaşları yaxınlaşaraq polis şöbəsinə getməli olduğunu demişlər. Həmin vaxt Əlvan adlı polis əməkdaşı da orada olmuş və onu döymüşdür. Polis Şöbəsində olan zaman onun cibində olan narkotik vasitə heroini götürmüş və onun cibinə metamfetamin və elektron tərəzi qoymuşlar. Həmin vaxt onu CM-nin 234.4.3-cü maddəsi ilə sənədləşdirəcəklərini bildirib sənədlərə imza etməyə məcbur etmişlər, o, qol çəkmək istəməsə də, məcbur olub qol çəkmişdir. Onun üzərindən aşkar olunan metamfetamin və elektron tərəzi ona məxsus deyil. Təqsirləndirilən şəxs daha sonra məhkəmədə verdiyi ifadəsini dəyişərək onu Əlvan adlı polis əməkdaşının döymədiyini, sonuncunun ona qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini, onu Şahid1 döydüyünü bildirmişdir. Cinayət işinin 50-52-ci və 59-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dindirmə protokollarından görünür ki, məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə 01 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində, 02 sentyabr 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərmişdir ki, “Özü heç bir yerdə işləmir, Lənkəran şəhər ərazisində yol kənarlarında metal yığıb satıb dolanır. O təxminən 15 ilə yaxındır ki, narkotik vasitələrdən və şüşə deyilən metamfetamindən istifadə edir, və bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2020-ci ilin avqust ayında Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum adilmişdir. 2021-ci ilin dekabr ayında həbsdən azad edilmişdir. Hər gün demək olar ki, narkoptik vasitə heroindən və psixotrop maddə metamfelamindən istifadə edir. Narkotik vasitini və psixotrop maddəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Bundan əlavə naıkotik vasitəni və psixotrop maddəni alanda özündə olan elektron tərəzidə çəkisini müəyyən edib alır. Həmin elektron tərəzini təxminən bır müddət əvvəl Lənkəran şəhər mərkəzi bazarında almışdır. Yay ayları olduğu üçün Lənkəran şəhərində dəniz kənarında dəmir yolun yaxınlığında olan köhnə tikililərdə qalmışdır. 01 sentyabr 2022-ci il tarixdə saat 07 radələrində Lənkəran şəhəri “Kiçik bazar" adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 25 manata 5 bükümdə şüşə deyilən metamfetamin almışdır. Həmin metamfetamini özündə olan elektron tərəzidə çəkib almışdır. Aldığı metamfetamini əynində olan şalvarının cibində saxlamışdır. Hissə-hissə istifadə etməsi üçün həmin metamfetamini almışdır. Metamfetamin aldığı şəxsin harada yaşadığını bilmir. Aldığı metamfetamin bükümlərinin birindən azca qəbul elmişdir. Qalan bükümlərini şalvarının sağ yan cibində qoymuşdur. Həmin gün saat təxminən 08 radələrində Lənkəran şəhəri H.Aslanov xiyabanı ərazisində yol kənarında metal yığmağa başlayan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və Lənkəran polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, üzərində narkotik vasitələrin gəzdirməsində şübhəlidir. Ona görə də onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Orada şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya və narkotik vasitə varsa təqdim elsin. O ilk növbədə əynində olan şalvarının sağ yan cibindən 5 ədəd bükümdə metamfetamini və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı üzərinə şəxsi axtarış keçirtmişdir. Üzərindən başqa heçnə aşkarlanmamışdır. Polis əməkdaşı üzərindən aşkar edilmiş metamfetamin bükümlərini elektron tərəzidə çəkmiş və çəkisi ümumi 0.85 qram olmuşdur. Metamfetamin bükümləri bir ədəd zərfə 1 ədəd elektron tərəzidə bir ədəd zərfə qoyularaq qablaşdırılmış vərəqlərin üstü imzalarla təsdiq olunaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzalarla təsdiq elmişlər. Daha sonra ondan izahat almışlar. O da izahatında olanları bildirmişdir.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar rəhbərliyə məruzə edildikdən sonra onun rəhbərliyi ilə polis nəfərləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 sentyabr 2022-ci il tarixdə, saat 08 radələrində Bəşirov X1 şəhəri, H.Aslanov xiyabanında müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən beş büküm psixotrop maddə metamfetaminə oxşar maddə və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə və elektron tərəzinin ona özünə məxsus olduğunu, narkotik vasitəni istifadə etmək üçün Lənkəran şəhəri, Kiçik bazar adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, psixi zor tətbiq edilməmiş və onun yanında da belə hal baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar rəhbərliyə məruzə edildikdən sonra Şahid1 rəhbərliyi ilə o və polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 sentyabr 2022-ci il tarixdə, saat 08 radələrində Bəşirov X1 şəhəri, H.Aslanov xiyabanında müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən beş büküm psixotrop maddə metamfetaminə oxşar maddə və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə və elektron tərəzinin ona özünə məxsus olduğunu, narkotik vasitəni istifadə etmək üçün Lənkəran şəhəri, Kiçik bazar adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 83-85-ci vərəqlərində olan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar rəhbərliyə məruzə edildikdən sonra Şahid1 rəhbərliyi ilə o və polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 sentyabr 2022-ci il tarixdə, saat 08 radələrində Bəşirov X1 şəhəri, H.Aslanov xiyabanında müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən beş büküm psixotrop maddə metamfetaminə oxşar maddə və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə və elektron tərəzinin ona özünə məxsus olduğunu, narkotik vasitəni istifadə etmək üçün Lənkəran şəhəri, Kiçik bazar adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xidməti fəaliyyəti ilə əlaqədar olaraq tanıyır, belə ki, sonuncunu 2021-ci il tarixdə onun rəhbərliyi ilə tutulmuşdur. Lakin o, 01 sentyabr 2022ci il tarixdə, saat 8 radələrində Lənkəran şəhəri, H.Aslanov xiyabanı istiqamətində olmamış, ümumiyyətlə 01 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin tutulmasında, polis şöbəsinə gətirilməsində və digər hərəkətlərdə işitrak etməmişdir. Cinayət işinin 92-94-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(049)-100/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2020-ci il tarixdə Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X2 rəhbərliyi ilə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarışın aparılması haqqında” 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, şalvarının sağ yan cibindən 05 ədəd bükümdə psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüş, həmin psixotrop maddənin çəkisi 0.85 qram olmuş, Təqsirləndirilən şəxs həmin psixotrop maddənin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 01 sentyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, 01 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən, şalvarının sağ yan cibindən 05 ədəd bükümdə psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüş, həmin psixotrop maddənin çəkisi 0.85 qram olmuş, Təqsirləndirilən şəxs həmin psixotrop maddənin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Cinayət işinin 44-45-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 19/910 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş beş ədəd bükümdə təmiz çəkisi 0.498 qram olan maddə metamfetamindir və kimyəvi tərkibinə görə eynidir. Aşkar edilmiş elektron tərəzi üzərində metamfetamin izləri vardır. Ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manatdır. Cinayət işinin 100-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 1073 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs opioidlərin qəbulu ilə nəticələnən asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində 1997-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 102-107-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndiriləməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 0.398 qram çəkidə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 5(049)-323/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin üzərindən 5 ədəd bükümdə psixotop maddə və elektron tərəzi aşkar edilməsinə dair hissəsini digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin beş ayrı-ayrı bükümdə psixotrop maddə ilə yanaşı elektron tərəzi əldə edərək daşımasını və elektron tərəzi üzərində psixotrop maddə izlərinin aşkar edilməsini nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli biməyərək üzərindən psixotrop maddə deyil, narkotik vasitə aşkar edilməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş DVD disk və digər sənədlərlə təkzib olunur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki zora məruz qalması ilə bağlı qeyd edir ki, həmin hal məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxs tərəfindən səsləndirildiyindən məhkəmə tərəfindən müvafiq olaraq araşdırılması üçün ibtidai araşdırmaya rəhbərlik edən prokurora məlumat verilmişdir. Məhkəməyə təqdim edilmiş Lənkəran Rayon prokurorluğunun 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı toplanmış material üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, məhkəmə iclasına əlavə şahid qismində dindirilmiş X3 da təqsirləndirilən şəxsin ümumiyyətlə 01 sentyabr 2022-ci il tarixdə görmədiyini və ona qarşı heç bir fiziki və psixi zor tətbiq etmədyini bildirmişdir. Digər tərəfdən məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsi axtarış zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı göstərdikləri əvvəllər dəfələrlə məhkum olunmaqla onda hüquq mühafizə orqanları əməkdaşlarına qarşı yaranış neqativ müansibətin göstəricisidir və bu yolla təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən yaxa qurtarmağa cəhd etmişdir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 11-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 01 sentyabr 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 08.35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-71-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 95-96-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış xasiyyətnamədən görünür ki, Bəşirov X1 rayonu, Qumbaşı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin 89-91-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə Masallı rayon Xalq məhkəməsinin hökmü ilə CM-nin 143.2, 106.2 və 226-1-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2002-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2003-cü ildə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi təqsirli bilinərək 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. 13 iyul 2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə Masallı rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. xx.xx.2021-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə və amnistiya tətbiq edilməsi qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilmişdir. xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni satış məqsədi ilə psixotrop maddə və həmin psixotrop maddənin çəkilməsi üçün elektron tərəzi əldə etməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni uzun müddət narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən iş üzrə Təqsirləndirilən şəxs ümumilikdə dörd dəfə olmaqla 16 ilə yaxın müddət ərzində məhkumluq həyatı yaşamasını, törətdiyi cinayətlərə görə münasibətdə təyin edilmiş cəzaların çəkilməsi zamanı islah olunmamasına dəlalət edən təkrar cinayət əməllərini törətməsini, eləcə də məhkəmə araşdırımasının gedişində islahyönümlü olmayan neqativ davranışlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin yuxarı həddinə yaxın cəza təyin edilməli və bu yalnız bununla onun yenidən tərbiyəsi təmin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 1073 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.398 qram psixotrop maddə metamfetamin və elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.398 qram psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar