Məhkəmə qərarları › İş №1(049)-40/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-40/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-40/2024 13.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Lənkəran rayonu Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla yaşamış, istintaq orqanı tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 fevral 2024-cü il tarix, saat 11:07-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək 09 fevral 2023-cü il tarixdə, saat 01 radələrində Lənkəran rayonu Mamusta kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus başqa saxlanc yeri hesab edilən ictimai hamamın həyətinə daxil olaraq hamamın arxa tərəfində yerləşən anbara qanunsuz olaraq daxil olub orada qiyməti 600 manat olan işıq generatoru, qiyməti 70 manat olan dizel mühərrikini generatorla əlaqələndirən maqnitor və hər birinin qiyməti 200 manat, cəmi qiyməti 400 manat olan 02 ədəd starter olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1070 manat qiymətində əmlakını başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tanıyır və ona qarşı ədavə və düşmənçiliyi yoxdur. Pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş və 2023-cü ilin fevral ayının əvvələrində, gecə saat 01-02 radələrində oğurluq edib oğurladığı əmlakı satmışdır. Oğurluğu özü tək törətmişdir və bunu etdiyi zaman onu görən olmamışdır. Hazırda zərəçəkmiş şəxsə vurduğu ziyanı ödəmək iqtidarında deyil. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı isə göstərmişdir ki, anası ilə birlikdə Lənkəran rayonu, Mamusta kəndində yaşayır. Evli olub boşanmış, bir övladı var. Halhazırda subaydır, orta təhsillidir. 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Yaşadığı Lənkəran rayonu, Mamusta kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan ictimai hamamdan xx.xx.2023-cti il tarixdə baş vermiş oğurluq hadisəsini o, törətmişdir. Rəsmi olaraq heç yerdə işləmir və fəhləlik etməklə gəlir əldə edir. İş tapa bilmədiyindən pula ehtiyacı yaranmışdır. Belə ki, siqaret çəkən olduğu üçün gündəlik siqaret almağa və digər şəxsi xərclərini ödəmək üçün pula ehtiyacı yaranmışdır. Məhz buna görə də kənddə yerləşən sözügedən ictimai hamamdan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 08 fevral 2023-cti il tarixdən 09 fevral 2023-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində həmin ictimai hamamda olan dəmir metaldan olan əşyaların olub-olmamasını yoxlamışdır. Daha sonra orada işıq generatoru, maqnitor və startorların olduğunu görmüşdür. Daha sonra ətrafda heç kimin olmamasına əmin olduqdan sonra həmin hamamın içərisinə daxil olmuş və orada olan 01 ədəd işıq generatoru, 01 ədəd maqnitor və 02 ədəd startoru olduğu yerdən götürüb evinə aparmışdır. Evdə heç kimin görə bilməyəcəyi yerdə gizlətmişdir və gələcəkdə satmaq üçün saxlamışdır. Daha sonra həmin 01 ədəd işıq generatorunu Lənkəran rayonu, Xolmili kəndində Elçin adlı şəxsə 40 manata satmışdır. 01 ədəd maqnitor və 02 ədəd startoru da tanımadığı dəmir məmulatları alan şəxslərə 30 manata satmışdır. Törətdiyi oğurluq hadisəsindən bir neçə müddət keçmişdir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O, polis şöbəsinə gəldikdən sonra törətdiyi oğurluq hadisəsini könüllü etiraf edərək, Lənkəran rayonu, Mamusta kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ictimai hamamda baş vermiş oğurluq hadisəsini törətdiyini bildirmişdir. Polis şöbəsində ona qarşı heç bir psixi, fiziki təsir olmamışdır. Törətdiyi oğurluq əməlindən peşimandır. xx.xx.2023-cii il tarixdə Lənkəran rayonu, Mamusta kəndində yerləşən ictimai hamamdan törətdiyi oğurluq əməlindən başqa cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli, öz etirafı ilə yanaşı iş üzrə dindirmə protokolları, baxış keçirilməsi haqqında protokol, götürmə və baxış keçirilməsi protokolu, mütəxəssis rəyi, əməliyyat tapşırığına verilmiş cavab, eləcə də, digər istintaq materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə islasında Zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsə qarşı düşmənçiliyi yoxdur. İctimai hamam deyilən yer həyətlərində yerləşir. Oradan son zamanlar istifadə etmirlər. Yalnız işıqlar sönəndə həmin hamamda olan generatorlarla evlərini qidalandırırdılar. Onun hamamından bir mühərrik, bir dinamolu generator, iki dədəd starter, bir ədəd maqnitoir oğurlanmışdır. Onlardan generator ona qaytarıəlmışdır. Digər əmlakının pulunu deyil, özlərini tələb edir. İbtidai istintaq zamanı isə o göstərmişdir ki, Lənkəran rayonu, Mamusta kəndində özünə məxsus olan evdə ailəsi ilə bərabər yaşayır. Evlidir, üç övladı var. Lənkəran rayonu, Mamusta kəndində yerləşən arvadı X2 adına olan və ona məxsus ictimai hamamdan 27 fevral 2023-cü il tarixdə həmin hamama baxdığı zaman hamamın motorxanasında olan 600 manat dəyərində 01 ədəd işıq generatoru, 70 manat dəyərində 01 ədəd maqnitor və 02 ədəd ümumi dəyəri 400 manat olan startor oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 1070 manat dəyərində maddi ziyan dəymişdir. Belə ki, bunları öyrəndikdən sonra Lənkəran ŞRPŞ-yə gələrək məlum hadisə barəsində ərizə ilə müraciət etmişdir. Bundan sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişdir. Sonradan öyrənmişdir ki, həmin oğurluq hadisəsini həmkəndlisi olan Təqsirləndirilən şəxs törətmişdir. Lənkəran rayonu, Mamusta kəndində yerləşən ictimai hamamdan konkret olaraq 600 manat dəyərində 01 ədəd işıq generatoru, 70 manat dəyərində 01 ədəd maqnitor və 02 ədəd ümumi dəyəri 400 manat olan startor oğurlanmışdır. Məhkəmə iclasında şahid, Lənkəran RŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsə qarşı düşmənçiliyi yoxdur. Zərəçəkmiş şəxsin oğurluqla bağlı ərizəsi əsasında araşdırma aparılmış, nəticədə həmin oğurluğun təqsirləndirlən şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan sonuncu polis şöbəsinə dəvət edilmiş, orada o, izahat verdiyi zaman oğurluğu tək törətdiyini etiraf etmişdir. İbtidai istintaq zamanı isə o göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Lənkəran rayonu, Mamusta kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ictimai hamamda oğurluq hadisəsi baş vermişdir. Bununla bağlı Lənkəran rayonu, Mamusta kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin ictimai hamamdan oğurluq edən şəxsin Lənkəran rayonu, Mamusta kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Belə ki, həmin hamamın arxa tərəfində yerləşən başqa saxlanc yeri sayılan anbarda olan 01 ədəd işıq generatoru, 01 ədəd əlaqələndirici maqnitor və 02 ədəd starter oğurlanmışdır. Sonradan polis əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, həmin hamama girmiş şəxsin Lənkəran rayonu, Mamusta kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə Lənkəran rayonu, Mamusta kəndində yerləşən ictimai hamamın həyətinə daxil olub hamamın arxa tərəfində yerləşən anbara daxil olaraq oradan oğurluq etmişdir. 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Lənkəran ŞRPŞ-ya dəvət olunmuşdur. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Mamusta kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ictimai hamamdan 01 ədəd işıq generatoru, 01 ədəd maqnitor və 02 ədəd starter oğurlamışdır. Məhkəmə iclasında şahid, Lənkəran RŞPŞ-nin İTB-nin polis sahə rəisi Şahid1 da eyni məzmunda ifadə verərək şahid X3 göstərdiyi halları bir daha təsdiq etmişdir. İşdə olan 27 fevral 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Mamusta kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus ictimai hamamdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs naməlum şəxs və ya şəxslərin dəmir barmaqlığı sökərək orada olan 01 ədəd işıq generatoru, 01 ədəd maqnitor və 02 ədəd starteri oğurladığını göstərmişdir. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-ci il tarixdə, gecə saat 01 radələrində Lənkəran rayonu, Mamusta kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus ictimai hamamdan 600 manat dəyərində 01 ədəd işıq generatoru, 70 manat dəyərində 01 ədəd maqnitor və 02 ədəd ümumi dəyəri 400 manat olan starteri oğurlamışdır. Təqsirləndirilən şəxs bu əməli törətməsində ona köməklik göstərən şəxs və ya şəxslərin olması bardə heç bir məlumat əldə edilməmişdir, həmçinin Təqsirləndirilən şəxs digər cinayət əməllərində iştirakının olması barədə məlumat daxil olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş 01 ədəd 6 kq-lıq işıq generatorunun qiyməti 600 manatdır. Təqdim olunmuş 01 ədəd dizel mühərrikini generatorla əlaqələndirən maqnitorun qiyməti 70 manatdır. Təqdim olunmuş 01 ədəd starterin (dizel mühərrikini elektrik işəsalıcı) qiyməti 200 manatdır. 02 ədəd starterin qiyməti 400 manatdır. (Qiymətləndirmə xərci 30 manat təşkil eləyir) İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı və Şahid3 Hökümülla oğluna satdığı 01 ədəd işıq generatoru maddi sübut qismində tanınmışdır. İşdə olan zərərçəkmiş şəxsin xx.xx.2023-ci il tarixli ərizələrdən görünür ki, maddi sübut qismində tanınmış 01 ədəd işıq generatoru təhvil almışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saat 11:00-da tutulmuşdur. İşdə olan xx.xx.2023-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə onun Lənkəran RŞPŞnin MSY-dən azad edilməsi qərara alınmışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirlərək axtarış elan edilmişdir. İşə əlavə edilmiş və Lənkəran RŞPŞ-nin məhkəməyə ünvanladığı cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. Cinayət işində olan DİN-nin BƏSİİ-nin tələbnaməsi, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qərarı ilə CM-nin 177.2.4-cü maddəsi xaric olunmaqla cəzası 03 ay azaldılaraq üzərində 03 il 03 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə 01 ay vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət əməlini törədən an təqsirləndirilən şəxsin məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, onun onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmaması, zərəçəkmiş şəxsin şikayətçi və tələbkar olmasını, vurulmuş ziyanın ödənilməməsini və buna cəhd edilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs mütəxəssis xərcini təşkil edən 30 manat tutularaq “Cənub Qiymətləndirici “MMC-nin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 01 ədəd işıq generatorun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanın qalığı ilə bağlı təqsirləndirlən şəxsə qarşı mülki iddia icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd işıq generatorunun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 30 manat mütəxəssis xərci tutularaq “Cənub Qiymətləndirici “MMC-nin aşağıdakı hesaba köçürülsün: Bank Respublika Lənkəran filialı, kod 504357, VOEN**********, müxbir hesab: AZ80 NABZ********************,SWİFTBRESAZ22,İBAN AZ11BRES********************1. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın qalığı ilə bağlı təqsirləndirlən şəxsə qarşı mülki iddia icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar