Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-400/2023 30.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özü istehlak etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusunun içərisində bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,303 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, özündə saxlayıb daşıyarkən 25 may 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran dəmir yolu stansiyasında İmişli stansiyasında Xətt polis şöbəsinin Şirvan stansiyasında Xətt polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Lənkəran stansiyasında xətt polis məntəqəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində yuxarıda qeyd edilən narkotik vasitə olan heroin onun əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il olarki narkotik qəbulu ilə məşğuldur, adətən narkotik vasitə olan heroin qəbul edir. Heroini inyeksiya yolu ilə istifadə edir. 25 may 2023-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı Səttarxan küçəsi ilə evinin yaxınlığıda yaşadığı küçəyə paralel küçədə yerləşən «Kiçik Bazar» deyilən yerə getmişdir. Həmin yerə də getməkdə məqsədi özü qəbul etmək üçün narkotik vasitə heroin almaq olmuşdur. O, «Kiçik Bazar» deyilən yerə çatanda əvvəllər heç vaxtı heç yerdə görmədiyi tanımadığı bir nəfər şəxsə yaxınlaşıb ondan özü qəbul etmək üçün narkotik vasitə olan heroin istəmişdir. Həmin şəxs ona rastlaşdıqları yerdə gözləməyi bildirib onadan ayrlaraq harasa getmiş və təxminən 5 dəqiqədən sonra qayıdıb onun yanına gələrək üstündə bir büküm heroin olduğunu demişdir. Həmin tanımadığı şəxsə 20 manat pul vermiş, həmin şəxs də ona bir sellofan kəsiyi bükümündə narkotik vasitə heroin vermişdir. Narkotik vasitəni tanımadığı şəxsdən aldıqdan sonra ondan ayrılıb birbaşa Lənkəran dəmir yolu vağzalına tərəf getmişdir ki, dəmir yolu vağzalından keçib dəniz kənarında xəlvəti bir yerdə almış olduğu narkotik vasitəni damarına vursun. O, dəmir yolu vağzalına çatıb dəmir yolu stansiyasından keçib dəniz tərəfə getmək istərkən həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Lənkəran dəmir yolu stansiyasındakı polis otağına aparmışlar. Polis otağında polislər onun üzərinə videogörüntü ilə axtarış keçirmişlər. Axtarış zamanı polislər özü qəbul etmək üçün tanımadığı şəxsdən əldə edərək üstündə gəzdirdiyi, bir ədəd siqaret qutusunun içərisinə qoyduğu, arasında narkotik vasitə heroin olan bükümü həmçinin də damarına narkotik vuran zaman istifadə edəçəyi 1 ədəd şprisi və 2 ədəd şpris iynələrini aşkar edib bu barədə sənədləşmə aparmışlar. Polislərin onun üzərindən aşkar etdikləri həmin narkotiki özü qəbul edəcəkmiş, kiməsə vermək və satmaq fikri olmamışdır. O, narkotik qəbul etsə də heç vaxtı satışı ilə məşğul olmamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üstündə gəzdirməsi barədə polis bölməsində əməliyyat məlumatı olmuşdur. Bununla əlaqədar olaraq o əməliyyat yolu ilə müşahidə altına götürülmüşdür. 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Lənkəran dəmir yolu stansiyasına gəlməklə həmin vaxtı üstündə narkotik vasitə olması barədə polisə məlumat daxil olmuşdur.Daxil olmuş məlumata əsasən bölmə rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış və elə həmin günü “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərar qəbul edilmişdir.Yaradılan əməliyyat qrupunun iştirakçıları; Şirvan st.XPB-nin Lənkəran st. XPM-nin polis nəfərləri polis serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə qeyd edilən tarixdə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 12 radələrində Axundzadə X1 ərazisində stansiyanın perronu ilə gedərkən ona yaxınlaşaraq özlərini təqdim etmişlər.Həmin vaxt stansiyada gediş-gəliş çox olduğuna görə Təqsirləndirilən şəxs üzərinə normal qaydada şəxsi axtarış və götürmə keçirilməsi mümkün olmadığından ona stansiyadakı polis məntəqəsinə getmək təklif olunmuş və Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Lənkəran stansiyasında Xətt polis məntəqəsinə gəlmişdir.Qanuna müvafiq olaraq polis məntəqəsinə dəvət edilərək şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl onun müdafiə hüquqlarının təmin edilməsi üçün Lənkəran rayon Vəkil bürosundan vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir.Onun üzərinə şəxsi axtarış keçirilməsi prosesi video-çəkilişlə olmuşdur.Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd “ARQO” markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan kəsiyi bükümü, 01 ədəd 2 ml-lik şpris və 02 ədəd şpris iynələri aşkar edilmişdir.Aşkar edilmiş 1 ədəd sellofan kəsiyi bükümünün arasına baxış keçirildikdə bükümün arasında tünd qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir.Həmin tünd qəhvəyi rəngli maddə barədə soruşulduqda Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş tünd qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir.Bir ədəd bükümdə aşkar edilmiş narkotik vasitəni nə vaxt, kimdən, haradan və nə məqsədlə əldə etməsi barədə sorğu-sual edilərkən isə Təqsirləndirilən şəxs bükümün arasındakı narkotik vasitəni elə həmin günü yəni, 25 may 2023-cü il tarixdə saat təxminən 11 radələrində Lənkəran şəhərində “Kiçik Bazar” deyilən yerdən adını, soyadını, atasının adını, harada işləməsini, hansı ünvanda yaşadığını bilmədiyi tanımadığı şəxsdən özü qəbul etmək üçün 20 manata əldə etdiyini, narkotik qəbul etsədə ancaq hec vaxtı narkotik satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bükümdəki tünd qəhvəyi rəngli maddə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq zərfin ağzı” Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi DYNPİ-in İmişli st. XPŞ-nin Şirvan st. XPB Zərflər üçün” dairəvi möhrü ilə möhürlənmişdir.Həmçinində aşkar edilmiş 1 ədəd 2 ml-lik şpris və 2 ədəd şpris iynələri də maddi sübut kimi götürülərək zərfə qoyulmuşdur. Bütün bunlar barəsində protokol tərtib edilərək həmin protokol oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Fərid oğlu və Şahid3 Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 25 may 2023-cü il tarixli «şəxsi axtarış və götürmə» barədə protokoldan görünür ki, Şirvan st.XPB-nin Lənkəran st. XPM-nin, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, özü istehlak etmək məqsədi ilə 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,303 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, özündə saxlayıb daşıyarkən 25 may 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran dəmir yolu stansiyasında İmişli stansiyasında Xətt polis şöbəsinin, Şirvan stansiyasında Xətt polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Lənkəran şəhərində yerləşən İmişli st. XPŞ-nin, Şirvan st. XPB-nin Lənkəran stansiyasında Xətt polis məntəqəsinə dəvət edilərək üzərinə şəxsi axtarış keçirildikdə qeyd edilən miqdarda yəni, 0,303 qram narkotik vasitə olan heroin onun əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 26 may 2023-cü il tarixli 19/578 №-li ekspert rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər kütlə.....”sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,303 qram olan maddə təryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatı üçün 0,05 qram heroin istifadə edilmiş, 0,253 qram heroin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 673 №-li rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan Asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İmişli st.XPŞ-nin qətimkan tədbirinin seçilməsi barədə 27 may 2023-cü il tarixli, ********* saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Maddi sübut kimi tanınma haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 0,253 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd 2ml-lik şpris və 02 ədəd şpris iynələri və şəxsi axtarış zamanı videoçəkilişə dair CD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroin və şprislər saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Lənkəran şəhər İcra Hakimiyyət 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xasiyyətnamə və Arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası, X4 və anası X5 ilə birlikdə ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, onun yaşını o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasını təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 may 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tairxədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,253 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd 2ml-lik şpris və 02 ədəd şpris iynələri məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək, həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11(on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,253 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd 2ml-lik şpris və 02 ədəd şpris iynələri məhv edilməli heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-400/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-400/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver