Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-402/2023 17.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-ci il tarixdə Lənkəran rayonu, Ləj kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azəriqaz İB-də nəzarətçi işləyən, Vətən müharibəsi iştirakçısı, məhkumluğu olmayan, Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 17 oktyabr 2023-ci il tarixdə, saat 12:55-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Lənkəran rayonu Qurunba kəndi ərazisində, yaşayış olmayan X2 məxsus evin yaxınlığında yolun kənarında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində yəni, Salman Hüseynova məxsus qaz sayğacını ev sahibinin iştirakı olmadan yoxlaması səbəbindən aralarında baş vermiş mübahisə zamanı yumruğu ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə zərbələr vurmaqla ona alın, sol gicgah nahiyələrindəki yumuşaq toxumaların əzilməsi-hematoması, alın nahiyəsində əzilmiş yaralarla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Azəriqaz İB-də nəzarətçi çilingər işləyir. O, Lənkəran rayonu, Qrumba kəndində qaz sayğaclarına nəzarət edən zaman qaz sayğacına müdaxilə olub-olmamasını yoxlayan zaman Zərərçəkmiş şəxs ona iradını bildirib ev sahibi evdə olmayanda onun icazəsi olmadan qaz sayğacına baxmaq olmadığını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı o onu yumruqla vurmuşdur. Mübahisələri 5 dəqiqə davam etmiş və həmin vaxt orada heç kəs olmamışdır. Zərərçəkmiş şəxslə barışmış dəymiş ziyanı ödəmişdir. Əlavə olaraq bildirmişdir ki, özü 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Fizuli, Xocavənd, Tuğ, Daşaltı və Şuşa uğrunda döyüşlərdə iştirak etmiş və medallarla təltif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ərizə təqdim edərək göstərmişdir ki, Vaqiflə barışmış, sonuncuya dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, barışmışlar. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə günü Lənkəran rayonu Qrumba kəndində piyadə evlərinə tərəf tək gəldiyi zaman onun Rusiyada yaşayan qohumunun qaz sayğacına nəzarətçi olan Təqsirləndirilən şəxs baxdığını görüb ona iradını bildirmişdir. Bu zaman aralarında mübahisə düşmüş,mübahisə zamanı Elvin onu yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Elvinlə barışmış, ona dəymiş ziyan Elvin tərəfindən tam ödəmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və oğlunun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 917 saylı saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- alın, sol gicgah nahiyyələrindəki yumşaq toxumaların əzilməsi-hematoması, alın nahiyyəsində əzilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materialında olan xx.xx.2023-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Lənkəran rayonu Qurunba kəndində, hazırda RF-da yaşayan X1 evinin yaxınlığında küçədə baş vermişdir. İş materialında olan yaşayış yeri və iş yeri üzrə xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində yaşayış yeri üzrə şikayət daxil olmamış və 44 günlük Vətən müharibəsi iştirakçısıdır. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmuş, Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunmuş, müharibə veteranıdır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №1(049)-402/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-402/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver