Məhkəmə qərarları › İş №1(049)-404/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-404/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-404/2023 07.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Müdafiəçi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, məhkum olunmamış, işləməyən, Lənkəran şəhəri, Ş.Xiyabani küçəsi ev 153, mənzil 21-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, 07 dekabr 2023-cü il tarixdə, saat 17:40-da baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 08 mart 2023-cü il tarixdə, saat 23 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi, istifadəsində olan “Tofaş Şahin minik” markalı, 99KE639 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri, Heydər Əliyev prospektində yola bitişik ərazidə yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsindən çıxıb yolun hərəkət hissəsinə daxil olmazdan əvvəl yolda hərəkət üstünlüyünə malik olan sürücü Şahid5 idarə etdiyi “ToyotaPrius” markalı, 10TX820 dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinə əmin olaraq idarə etdiyi “Tofaş Şahin minik” markalı avtomobili yola daxil edərək hərəkətini davam etdirməli olduğu, bununla da hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin “sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri, orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməlidir” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələblərini pozaraq, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Tofaş Şahin minik” markalı, 99KE639 dövlət qeydiyyat nişanlı avtomobili qeyd olunan yol şəraitində yola bitişik ərazidən yolun hərəkət hissəsi ilə “ToyotaPrıus” markalı avtomobilin ona yaxınlaşdığı vəziyyətdə yol hərəkəti qaydalarını pozaraq yola daxil edib, hərəkət üçün təhlükə yaradaraq sola, yəni Lənkəran şəhəri istiqamətinə doğru hərəkətə davam etməklə həmin yolda Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində ona tərəf hərəkətdə olan Şahid5 idarə etdiyi “ToyotaPrius” markalı, 10TX820 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş 27 yanvar 1983-cü il təvəllüdlü anası X1 toqquşma anında onun idarə etdiyi “Tofaş Şahin minik” markalı avtomobilin salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığaağır zərər vurma əlmətlərinə malik qabırğaların sol tərəfli çoxsaylı sınıqları (sol l-Vİİİ), sol ağciyər, sol plevranın, böyrəyin zədələnməsi, döş boşluğunda qanaxma (850 ml), peritonarxası sahədə qanaxma, döş qəfəsinin sol ön-tış səthində yumşaq toxumalar altına yayılmış qansızma, alt çənə, sol gicgah, sağ qapağı nahiyələrində sıyrıqlar, sol dirsək oynağı nahiyəsində qançırdan ibarət xəsarətlər alıb, döş qəfəsi və belin küt travması ilə əlaqədar qabırğaların sol tərəfli çoxsaylı sınıqlarından, sol ağciyərin, sol böyrəyin zədələnməsindən və döş boşluğuna qanaxmadan (850 ml) ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 4 illik sürücülük təcrübəsinə malikdir. İdarə etdiyi “Tofaş Şahin” **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran rayon sakini, X3 məxsusdur, həmin avtomobili etibarnamə ilə idarə edir. Onun avtomobili idarə etməyə dair BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 08 mart 2023-cü il tarixdə axşam saat 23 radələrində yaşadığı evdən anası ilə birlikdə çıxaraq Lənkəran şəhəri, prospektində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə gedərək yanacaq doldurub daha sonra ordan çıxıb həmin yanacaqdoldurma məntəqəsi ilə üzbəüz olan yola girmək istəyirmiş. X12 ön sərnişin yerində oturmuşdur. Maşında başqa adam və hər hansı yük olmamışdır. İdarə etdiyi “Tofaş" markalı avtomobilin hər hansı texniki nasazlığı olmamışdır. Yanacaqdoldurma məntəqəsindən çıxarkən avtomobili saxlayıb yolun sağ və sol tərəfinə baxmış, heç bir avtomobilin olmadığını görüb 10-20 km/saat sürətlə yola davam etmişdir. Yolun üfüqi xəttini keçdikdən sonra əks hərəkət zolağında hərəkətdə olan “Prius” markalı avtomobili onu idarə etdiyi avtomobilin sol tərəfindən vurmuşdur. ”Prius” markalı avtomobili görən zaman aralarındakı məsafə təxminən 150-170 metr olarmış. “Toyota Prius” markalı avtomobil təxminən 150-170 km/saat hərəkət edirmiş. Yol- nəqliyyat hadisəsinin qarşısını almaq üçün hər hansı bir manevr və ya digər hərəkət etməmişdir. “Tofaş Şahin” markalı avtomobili idarə edə-edə sağa və sola diqqət etmiş, lakin avtomoblili tam olaraq dayandırmamışdır. Həmçinin qarşıdan gələn “Toyota Prius” markalı avtomobilin sürət həddi yüksək olduğundan əks istiqamətdə onu görməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur və barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, X4 onun bacısıdır. 08 mart 2023-cü il tarixində axşam radələrində bacısı oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən bacısı ilə birlikdə çıxaraq Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə getmiş, yanacaq doldurub daha sonra ordan çıxıb həmin yanacaqdoldurma məntəqəsi ilə üzbəüz olan yola girmək istəmişdir. X11 ön sərnişin yerində oturmuşdur. Maşında başqa adam və hər hansı yük olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı avtomobilin hər hansı texniki nasazlığı olmamışdır. Belə ki, yanacaqdoldurma məntəqəsindən çıxarkən avtomobili saxlayıb yolun sağ və sol tərəfinə baxmış və yola davam etmişdir. Yolun üfüqi xəttini keçdikdən sonra əks hərəkət zolağında hərəkətdə olan “Toyota Prius” markalı avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı avtomobili sol tərəfdən vurmuşdur. Nəticədə Təqsirləndirilən şəxs ağır xəsarət almış, bacısı Sevinc isə aldığı xəsarətlərdən ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbi olmadığını bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Lənkəran şəhər-rayon şöbəsinin DYPB-nin YPX-nin inspektoru Şahid1 ibtidai istintaq zamanı bildimişdir ki, 08 mart 2023-cü il tarixdə xidmət yoldaşım Şahid2lə birlikdə avtomaşında xidmət apararkən saat 23 radələrində qəbuledicdən Lənkəran şəhəri, H.Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil və hava çiskin yağışlı olmuşdsur. Daxil olmuş məlumatla bağlı dərhal hadisə yerinə getmiş, istintaq-əməliyyat qrupunun tərkibində hadisə yerində və hadisə yeri şəhəri, H.Əliyev prospektində olmuşdur. Onlar hadisə yerinə getdikdə “Toyota Prius" markalı C 820 dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində olmaqla, yolun sol hərəkət hissəsində dayanmışdır. “Tofaş Şahin” markalı ** KE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzü Lənkəran şəhəri istiqamətində olmaqla, sağ hərəkət hissəsində dayanmışdır. Belə ki, “Toyota Prius” markalı avtomobili idarə edən Kazımlı X5 şəhəri H.Əliyev prospektində üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində hərəkətdə olarkən qeyd olunan ərazidə yerləşən “Lukoil” YDM-dən çıxaraq üzü Lənkəran şəhəri istiqamətində hərəkət etmək istəyən Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” markalı avtomobilini gördükdə idarəetməni itirmiş, yolun sol hərəkət zolağına çıxaraq dərhal əyləc sisteminə toxunub maşını saxlamağa cəhd etsə də avtomobili saxlaya bilməmiş, nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə avtomobilin ön sərnişin yerində olan anası X4 vəfat etmiş, sürücü Təqsirləndirilən şəxs ağır bədən xəsarətləri almışdır. Şahid5 və atomobilində olan sərşinlər Şahid4 və Şahid3 ilkin baxışda heç bir xəsarət almadığı müəyyən olundu. Onlar dərhal Sevinc Səfərovaya və Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərib onları, Lənkəran RMX-ya yola salmışlar. Daha sonra hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin İB-müüstəntiqi tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirildikdə məlum oldu ki, yol örtüyü asfalt-beton olmaqla, 2 hərəkət zolağından ibarətdir. Hadisə yeri birtərəfli yaşayış məntəqələri olmaqla maksimal sürət 50 km/saat-dır. Baxış zamanı yolda hər hansı bir maneə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran şəhər-rayon şöbəsinin YPXB-nin polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Lənkəran şəhər-rayon şöbəsinin YPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 08 mart 2023-cü il tarixdə yoldaşı Şahid1 ilə birlikdə avtomaşında xidmət apararkən saat 23 radələrində radioqəbuledicdən Lənkəran şəhəri, H.Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Həmin vaxtı hava çiskin yağışlı olmuşdur. Daxil məlumatla bağlı dərhal hadisə yerinə getmişlər. İstintaq-əməliyyat qrupunun tərkibində yerində olmuş, hadisə yeri Lənkəran şəhəri, H.Əliyev prospektində olmuşdur. Onlar yerinə getdikdə “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində olmaqla, yolun sol hərəkət hissəsində dayanmışdır. “Tofaş Şahin” markalı ** KE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzü Lənkəran şəhəri istiqamətində olmaqla, yolun sağ hərəkət hissəsində dayanmışdır. Belə ki, “Toyota Prius” markalı avtomobili idarə edən Lənkəran rayonu, Digah kənd sakini Kazımlı X5 şəhəri H.Əliyev prospektində üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində hərəkət edərkən Lənkəran şəhəri, H.Əliyev prospektində ərazisində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsindən anidən yolun sağ tərəfindən “Tofaş” markalı avtomobil qarşılarına çıxmış, Səbuhi idarət etməni itirərək yolun sol hərəkət hissəsinə çıxmış, əyləcə basıb avtomobili saxlamağa cəhd etsə də, lakin “Tofaş” markalı avtomobil ilə toqquşmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə anası vəfat etmiş, digər avtomobildə olanlar xəsarət almamışlar. Hadisə yerinə müstəntiq gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 08 mart 2023-cü il tarixində dostu Lənkəran rayonu Digah kənd sakini Şahid5 ilə birlikdə Lənkəran şəhərində yerləşən “Mayak" restoranında oturub birlikdə yemək yemişlər. O, bir qədər spirtli içki qəbul etmişdir. Daha sonra ona məxsus **-EY-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobil ilə onun yaşadığı Lənkəran rayonu Digah kəndində yerləşən evinə getmişlər. “Opel Astra” markalı avtomobili dostu Səbuhi idarə etmişdir. Onun yaşadığı evə getdikdən sonra orada mülkiyyət sahibi X7 məxsus və 15 manata ona icarəyə verdiyi “Toyota Prius" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb şəhərə gəzməyə çıxmışlar. “Toyata Prius” markalı avtomobili o, içkili olduğu üçün Şahid5 idarə etməyə başlamış və o da ön sərnişin yerində oturmuşdur. Şəhər ərazisində bir qədər gəzdikdən sonra Səbuhi Lənkəran şəhəri 3 saylı məktəbin ərazisində dostu Mircavad adlı şəxsi götürüb Lənkəran şəhəri, Heyder Əliyev prospekti ilə üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Lənkəran şəhəri, H.Əliyev prospektində ərazisində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsindən anidən yolun sağ tərəfindən “Tofaş” markalı avtomobil qarşılarına çıxmışdır. Bu zaman Səbuhi idarət etməni itirərək yolun sol hərəkət hissəsinə çıxmış, əyləcə basıb avtomobili saxlamağa cəhd etsə də, lakin “Tofaş” markalı avtomobil ilə toqquşmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Daha sonra Lənkəran RMX-ya gəlməmişlər. Məhkəmə-tibbi ekspertizasından keçməyinə ehtiyac yoxdur. Şahid5 avtomobil idarə edərkən avtomobilin sürət həddi 70-80 km/saat olmuşdur. Şahid5 sürücülük vəsiqəsinin olmadığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Şahid3 və Şahid5 tanıyır, onlarla dostluq münasibəti vardır. 08 mart 2023-cü il tarixdə axşam saat 22 radələrində Səbuhi ilə telefon əlaqəsi saxlamışdır. Ona Lənkəran şəhəri 4 saylı tam orta məktəbin yaxınlığında olduğunu bildirmişdir. Səbuhi də orada qalmağını qısa müddət ərzində gəlib onu götürəcəyini bildirmişdir. Səbuhi idarə etdiyi “Toyota Prius" markalı avtomobil ilə gəlib onu götürmüş, o, avtomobilin arxa sağ oturacağında oturmuşdur. Lənkəran şəhəri, H. Əliyev prospekti ilə Lənkəran rayonu Göyşaban kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Bir qədər getdikdən sonra Lənkəran şəhəri H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsindən anidən hərəkət edən bir avtomobilin yola çıxdığını görmüşdür. Bu zaman Səbuhi idarəetməni itirərək həmin avtomobil ilə toqquşmuşdur. Daha sonra o və Səbuhi avtomobildən dərhal çıxaraq toqquşduqları "Tofaş” markalı avtomobilə tərəf getmişlər. O, dərhal təcili tibbi yardım mərkəzinə zəng etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Lənkəran RMX-ya getmişlər. Hadisə ilə bağlı heç bir xəsarət almamışdır, məhkəmə-tibbi ekspertizasından keçməyinə ehtiyac yoxdur. Şahid5 avtomobil idarə edərkən avtomobilin sürət həddi 70-80 km/saat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 08 mart 2023-cü il tarixdə, axşam saat 7-8 radələrində dostu Şahid3 özünə məxsus “Opel Astra” markalı avtomobil ilə yaşadığı Digah kəndinə gəlib onu götürmüş və Lənkəran şəhərində yerləşən “Mayak” restoranına getmişlər. Orada yemək yeyərkən Aqşin pivə içməyə başlamışdır. O, dəfələrlə Aqşinə avtomobil idarə etdiyi səbəbindən spirtli içki içməməsini bildirsə də Aqşin ona məhəl qoymayaraq içməyə davam etmişdir. Daha sonra oradan ayrıldıqda Aqşinin sükan tərəfə hərəkət etdiyini görüb ona spirtli içkinin təsiri altında olduğunu bu səbəbdən avtomobili idarə etməməsini bildirərək özü maşını idarə etməyini Aqşinə bildirmişdir. Aqşin də onunla razılaşaraq “Opel Astra” markalı avtomobilin idarə edilməsini ona həvalə etmişdir. O, maşına oturub Aqşıngilin evinə doğru hərəkət edərək avtomobili idarə etməyə başlamışdır. Aqşingilə çatdıqdan sonra Aqşin həyətlərində olan “Toyota Prius” markalı avtomibilə oturub maşını həyətdən çıxararaq yenidən şəhərə doğru hərəkət edib gəzməyi ona bildirmişdir. O, Aqşinin içkili olduğunu bu səbəbdən evində qalmağını ona bildirsə də Aqşin razılaşlmayaraq avtomobili onun idarə etməyini bildirərək maşının açarlarını vermişdir. O da “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. Lənkəran şəhəri 4 saylı məktəb tərəfdə dostu Mircavadı götürüb yenidən Heydər Əliyev prospektində üzü Lənkəran rayonu Göyşaban kəndi istiqamətində hərəkət etməyə başlamışdır. H.Əliyev prospektində olarkən yolun sağ çiynində olan “Lukoil” yanacaqdoldurma məntəqəsi tərəfdə bir avtomobilin hərəkət edərək yola çıxmaq istədəyini görmüşdür. O, sürəti azalatdıqdan sonra həmin avtomobil yenidən hərəkət edərək yola çıxmış və o da əyləcə basdıqdan sonra idarəetməni itirib “Tofaş” markalı avtomobil ilə sürücü və onunla paralel arxa oturacaq hissədən toqquşmuşdur. Hadisədən sonra o, dərhal çölə çıxmışdır. Belə ki, hadisə yerinə gələn şəxslər dərhal təcili tibbi yardıma zəng etmişlər. O, avtomobildən çıxdıqdan sonra “Tofaş Şahin” markalı avtomobilə tərəf getmiş, maşında bir qadın və bir oğlanın olduğunu görmüşdür. Oğlan sürücü tərəfdə qadın isə ön sərnişin yerində olmuşdur. Avtomobili idarə edərkən sürət həddi 80-90 km/saat olmuşdur. İdarə etdiyi avtomobilin ön işıq sistemi işlək vəziyyətdə olmuş, işıq siqnalı vasitəsilə “Tofaş” markalı avtomobilə xəbərdarlıq etmişdir. “Tofaş” markalı avtomobili görən kimi əyləc sistemindən istifadə etmişdir. “Tofaş” markalı avtomobili ilk görən zaman aralarında təxmini 100 metr məsafə olmuşdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə 08 mart 2023-cü il tarixində saat 23 radələrində Lənkəran şəhəri. H.Əliyev prospektində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt örtüklü, düz və yaşdır. Hərəkət iki istiqamətli olmaqla hərəkət hissəsinin eni 7 metrdir. “Toyota Prius” markalı nəqliyyat vasitəsi hadisə yerində sol hərəkət hissədə-“Tofaş” markalı nəqliyyat vasitəsinə toqquşmuş vəziyyətdə üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində dayanmışdır. “Tofaş" markalı avtomobil isə üzü ikinci dərəcəli yolun Lənkəran şəhəri istiqamətində dayanmışdır. Toqquşma yolun Lənkəran şəhəri istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsində olmuş, toqquşma yerindən sol ehtiyyat hissəyə qədər, yəni “Lukoil’’ yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ehtiyyat hissəyə qədər 5 metr, sağ ehtiyyat hissəyə qədər isə 2 metr məsafə olmuşdur. Toqquşma baş verdikdən sonra “Toyota Prius” markalı nəqliyyat vasitəsi əks hərəkət zolağına çıxaraq 20 metr məsafə qət etdikdən sonra üzü Göyşaban kəndi istiqamətində dayanmışdır. Baxış zamanı “Lukoil” YDM-də quraşdırılmış müşahidə kamerlarında hadisənin baş verdiyi anın əks olunduğu videogörüntülər “CD” diskə köçürülüb göstərilən protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 mart 2023-cü il tarixli, 11 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində- qabırğaların sol tərəfli çoxsaylı sınıqları( sol l-Vİİİ), sol ağciyər, sol plevranın, sol böyrəyin zadələnməsi, döş boşluğunda qanaxma (850 ml), peritonarxası sahədə qanaxma, döş qəfəsinin sol ön-tış səthində yumşaq toxumalar altına yayılmış qansızma, alt çənə, sol gicgah, sağ diz qapağı nahiyyələrində sıyrıqlar, sol dirsək oynağı nahiyyəsində qançır kimi xəsatətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşının salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətərinə malikdirlər. X1 ölümünə döş qəfəsi və belin küt travması ilə əlaqədar qabırğaların sol tərəfli çoxsaylı sınıqları, sol ağciyərin, sol böyrəyin zədələnməsi, döş boşluğunda qanaxma (850 ml) səbəb olmuşdur. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 16 iyun 2023-cü il tarixli, 8/1380 nömrəli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkət hissəsi ilə “Toyota Prius” markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi “Tofaş” markalı avtomobili yanacaq doldurma olan sahədən yolun hərəkət hissəsinə daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, hərəkət üstünlüyünə malik olan “Toyota Prius” markalı avtomobilə yol verməli və həmin avtomobilə yol verdikdən sonra hərəkətin təhlükəsizliyinə əmin olaraq idarə etdiyi “Tofaş” markalı avtomobili yola daxil edərək hərəkətini davam etdirməl idi. Göstərilən vəziyyətdə “Tofaş” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan «CD» diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran şəhəri, H.Əliyev prospektiində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinın təhlükəsizlik kamerlarından götürülmüş, 08 mart 2023-cü il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsinin əks olunduğu 1 ədəd DVD diskə iş üzrə Təqsirləndirilən şəxs iştirakı ilə «HP» markalı personal kompyuterdə baxış keçirilmiş, diski açan zaman 3 ədəd fayl açılır. 1-ci fayl “1_03_R_**********5200" adlı fayldır. Həmin faylı açan zaman 02 dəqiqə 59 saniyəlik video açılır. Videoya ilkin baxış zamanı “Lukoil” YDMnin sağ küncdən geniş spektrli görüntüsü vardır. Havanın az yağışlı olması nəzərə çarpır. 00:55-ci dəqiqədə “Tofaş Şahin” markalı avtomobilin ikinci avtomobil yolundan çıxıb “Lukoil” YDM-nə daxil olduğu görünür. Avtomobilin ön sərnişin yerində Təqsirləndirilən şəxs anası X2 oturduğu görsənir. 01:06-cı dəqiqədə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” markalı avtomobili dayandırır. 01:13-cü dəqiqədə Təqsirləndirilən şəxs avtomobildən çölə çıxır, eyni zamanda “Lukoil” YDM-nin işçisi “Tofaş Şahin” markalı avtomobilə yaxınlaşır. 01:26-01:46-cı dəqiqələrdə Təqsirləndirilən şəxs avtomobilin yanacaq çənininin qapağını açır və “Lukoil” YDM-nin işçisi avtomobilə yanacaq vurur. 02:27-də Səfər Şəkərli avtomobilə oturur. 02:44-də avtomobili hərəkət etdirir. 02:45-də “Toyota Prius” markalı avtomobilin ön işıq görünür. 02:50-də “Toyota Prius" markalı avtomobillə “Tofaş Şahin” markalı avtomobil toqquşur. Diskdə 2-ci fayl “2_08_R_**********5200” adlı fayldır. Həmin faylı açan zaman 02 dəqiqə 58 saniyəlik video açılır. 00:55-də “Tofaş Şahin” markalı avtomobilin ikinci avtomobil yoldan çıxıb “Lukoil” YDM-nə daxil olduğu görünür. 02:49-da “Toyota Prius" markalı avtomobil görsənir. Diskdə 3-cü fayl “3_05_R_**********5200” adlı fayldır. Həmin faylı açan zaman 02 dəqiqə 58 saniyəlik video açılır. Videoya ilkin baxış zamanı “Lukoil” YDM-nin sol küncdən geniş spektrli görüntüsü vardır. Havanın az yağışlı olması nəzərə çarpır. 00:59-cu dəqiqədə “Tofaş Şahin” markalı avtomobilin “Lukoil” YDM-nə daxil olduğu görünür. 01:05-ci dəqiqədə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” markalı avtomobili dayandırır. 01:11ci dəqiqədə Təqsirləndirilən şəxs avtomobildən çölə çıxır, eyni zamanda “Lukoil” YDM-nin işçisi “Tofaş markalı avtomobilə yaxınlaşır. 01:26-01:46-cı dəqiqələrdə Təqsirləndirilən şəxs avtomobilin yanacaq çənininin qapağını açır və "Lukoil” YDM-nin işçisi avtomobilə yanacaq vurur. 02:27-də Təqsirləndirilən şəxs avtomobilə oturur. 02:44-də avtomobili hərəkət etdirir. 02:45-də “Toyota Prius” markalı avtomobilin ön işıq sistemi görünür. 02:50-də “Toyota Prius” markalı avtomobillə “Tofaş Şahin” markalı avtomobil toqquşur. Həmçinin “Tofaş Şahin” markalı avtomobil “Lukoil” YDM-dən çıxarkən sağa-sola diqqət etmədən yol çıxdığı müşahidə olunmuşdur. Baxış zamanı hadisənin baş vermə anı təhlükəsizlik kameralarında 23:50 radələri qeyd o l u n s a d a , lakin hadisə saat 23:20 radələrində baş vermişdir. Buna səbəb 08 mart 2023-cü il tarixdə saat 23:28 radələrində DİN-in 102 xidmətinə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. İş materiallarında olan Lənkəran şəhər narkoloji xəstəxanasının 09 mart 2023-cü il tarixli, 000604 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərkən 09 mart 2023-cü il tarixində alkoqol sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan DİN-n BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin 18 iyul 2023-cü il tarixli, 3-13-16-5/2-6356/2023 nömrəli məktbundan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2021-ci il tarixində “BC” kateqoriyalı BD-408558 saylı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 24 mart 2021-ci il tarixli, BD408558 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququna malikdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə 13 iyun 2023-cü ilədək qüvvədədir və Təqsirləndirilən şəxs X3 məxsus “Tofaş Şahin” markalı avtomobili həmin etibarnamə ilə idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Əşyanın maddi sübut kimi tanınması və qaytarılması haqqında” Qərardan görünür ki, “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Tofaş Şahin” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil və yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmış, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmış, avtomobillər isə saxlanılmaları üçün müvafiq olaraq Şahid3 və Zərərçəkmiş şəxs Ağamehdi oğluna geri qaytarılmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid3, “Tofaş Şahin” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs Ağamehdi oğluna təhvil verilmişdir. Məhkəməyə tədqiq edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir. İş materiallarında olan 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “cinayət işinin materialından başqa cinayət işinin ayrılması haqqında” Qərardan görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirildiyi ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirildiyi ********* statistik nömrəli cinayət işi ayrılmış, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə istintaqı davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə təqsirləndirli bilinərək 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, yolnəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, ailəsinin qazanc gətirən şəxsi olmasını və zərərçəkmiş şəxs məhz anası olmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətmiş, onun islah olunmağa meylli davranışını, ölmüş şəxsin doğma anası olmasını, əməlinin nəticəsində yaranmış məhrumiyyətləri aradan qaldırmağa cəhd etmiş təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid3, “Tofaş Şahin” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs Ağamehdi oğluna qaytarılması nəzərə alınmalı, yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 128 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid3, “Tofaş Şahin” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs Ağamehdi oğluna qaytarılması nəzərə alınmaqla icra edilmiş hesab edilsin. Yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk disk iş materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar