Məhkəmə qərarları › İş №1(049)-41/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-41/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-41/2023 18.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs X8 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx xxxx 2002-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxxxx 1999-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) CMnin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 əmisi oğlu X8 ilə 04 iyun 2022-ci il tarixdə saat 19 radələrində Lənkəran rayonu Lüvəsər kəndi ərazisində piyada hərəkətdə olan zaman idarə etdiyi avtomobil ilə onların yanından keçən Lənkəran rayonu Bəlləbur kənd sakini Zərərçəkmiş şəxs onlara yolun kənarı ilə hərəkət etmələrini, onun avtomobil ilə hərəkətinə maneə törətmələrini bildirərkən aralarında sözlü mübahisə düşmüş, bu zaman Tural Əsgərovla bir qrup şəxs halında hərəkət edərək həmin yerə toplaşmış şəxslərin əhatəsində ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozaraq, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının ziddinə olaraq Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, sonuncunun burun, bel və üz nahiyyələrinə yumruq və təpik zərbələri endirməklə sonuncunun burun sümüyünün yerini dəyişməyən sınığı, burun, sağ almacıq nahiyyələrində sıyrıqlar, üst dodaq nahiyyəsində qançırlarla müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq, həmçinin dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək xuliqanlıq etmişdir. X8 əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə 04 iyun 2022-ci il tarixdə saat 19 radələrində Lənkəran rayonu Lüvəsər kəndi ərazisində piyada hərəkətdə olan zaman idarə etdiyi avtomobil ilə onların yanından keçən Lənkəran rayonu Bəlləbur kənd sakini Zərərçəkmiş şəxs onlara yolun kənarı ilə hərəkət etmələrini, onun avtomobil ilə hərəkətinə maneə törətmələrini bildirərkən aralarında sözlü mübahisə düşmüş, bu zaman Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında hərəkət edərək həmin yerə toplaşmış şəxslərin əhatəsində ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozaraq, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının ziddinə olaraq Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, sonuncunun burun, bel və üz nahiyyələrinə yumruq və təpik zərbələri endirməklə sonuncunun burun sümüyünün yerini dəyişməyən sınığı, burun, sağ almacıq nahiyyələrində sıyrıqlar, üst dodaq nahiyyəsində qançırlarla müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq, həmçinin dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 onun əmisi oğlu olduğunu bildirmişdir. 04 iyun 2022-ci il tarixdə saat 18-19 radələrində yaşadığı Kərgəlan kəndində tək halda yolda dayanmışdır. Məhəllədə olan zaman əmisi oğlu Turalı görmüşdür. Tural onunla birlikdə qonşu kənd olan Lüvəsər kəndində yerləşən mağazaya getməsini xahiş etdikdə razılaşmış və birlikdə yola düşmüşlər. Lüvəsər kəndi ərazisində yolun kənarı ilə hərəkət edən zaman onlardan 4-5 metr aralıda tanışları və kənd sakinləri Vüsal Abbasov, Şəhriyar Quliyev, Məhəmmədəli və Teymur adlı şəxslər olmuşlar. Hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn “Vaz2107” markalı avtomobilin onların yanından keçdiyini görmüşdür. Avtomobildəki əvvəllər də tanıdığı Lənkəran rayonu Bəlləbur kənd sakini Zərərçəkmiş şəxs olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə onların yanından keçmiş, daha sonra avtomobili geriyə sürərək ona niyə tərs-tərs baxdığını bildirdikdə İsmayıla ona baxmadığını bildirmişdir. Amma İsmayıl ona baxdığını bir daha bildirmişdir. Bu zaman əmisi oğlu Tural İsmayıla müraciət edərək “xala oğlu, deyir ki sənə baxmamışam, nə istəyirsən uşaqdan”-deyə bildirmişdir. Bu zaman İsmayıl Turala “sən kimsən”-deyə bildirmişdir. İsmayıl ilə sözlü mübahisə edərkən adlarını sadaladığı dostları da gəlib onların yanında dayanmışlar. Tural İsmayıl ilə mübahisə edərkən İsmayıl maşından düşüb Turalı itələmək istəmişdir. Bu zaman Tural İsmayılın burun nahiyəsinə zərbə vuraraq onu yerə yıxmışdır. İsmayıl yerə yıxıldıqdan sonra o və Tural İsmayılı döyməyə başlamışlar. İsmayılın bel və üz nahiyələrinə yumruq və təpik zərbələri vurmuşlar. Yanlarında olan dostları onları ayırmağa başlamış, onu və Turalı İsmayıldan ayırmışlar. Bu zaman ətrafda olan insanlar səs-küy səbəbindən küçəyə çıxmışlar. Tural əsəbləşib İsmayılın maşınına yaxınlaşıb onun burun nahiyəsinə yenidən yumruq zərbəsi vurmuşdur. Daha sonra İsmayıl maşınını sürərək hadisə yerindən uzaqlaşmışdır. Aralarındakı münaqişə 30 dəqiqəyə yaxın davam etmişdir. Zərərçəkmiş şəxs döyməyə başlayan zaman səs-küy olmuş və ətrafdakı insanlar oraya toplaşmışlar. Zərərçəkmiş şəxs bel və kürək və üz nahiyyələrinə yumruq və təpik zərbələri vurmuş, həmçinin zərbələri vurarkən heç bir əşyadan istifadə etməmişdir. Zərərçəkmiş şəxs döydüyünə və ətrafda yaşayan insanların narahatçılığına səbəb olduğu üçün əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onlarla barışmasını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X8 ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əmisi oğlu olduğunu bildirmişdir. Lənkəran rayonu Bəlləbur kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Lakin aralarında yaxın münasibət olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 04 iyun 2022-ci il tarixində saat 18-19 radələrində Lənkəran rayonu Kərgəlan kəndində piyada küçədə olan zaman əmisi oğlu Təqsirləndirilən şəxs2 görmüş və onunla birlikdə mağazaya getməsini Vüqara bildirmişdir. Vüqar da onunla razılaşmış və qonşu kənd olan Lüvəsər kənd yolu ilə hərəkət etməyə başlamışlar. Yolda olarkən “Vaz2107” markalı avtomobilin onların yanından keçdiyini görmüşdür. Avtomobildəki Zərərçəkmiş şəxs olmuşdur. Həmçinin onlardan 7-8 metr aralıda tanışları və kənd sakinləri Vüsal Abbasov, Şəhriyar Quliyev, Məhəmmədəli və Teymur adlı şəxslər olmuşlar. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə onların yanından keçdikdən sonra avtomobili geriyə sürərək Vüqara niyə tərs-tərs baxdığını bildirmişdir. Vüqar da İsmayıla ona baxmadığını bildirmişdir. Amma İsmayıl yenidən Vüqarın ona baxdığını bildirmişdir. Bu zaman o İsmayıla müraciət edərək “xala oğlu, deyir ki sənə baxmamışam, nə istəyirsən uşaqdan”-deyə bildirmişdir. İsmayıl da ona “sən kimsən”-deyə bildirmişdir. İsmayıl ilə sözlü mübahisə edərkən adlarını sadaladığı dostları da onların yanında olmuşdur. İsmayıl ilə mübahisə edərkən İsmayıl maşından düşüb ona şillə atmışdır. Bu zaman o, İsmayılın burun nahiyyəsinə zərbə vuraraq onu yerə yıxmışdır. İsmayıl yerə yıxıldıqdan sonra o və Vüqar İsmayılı döyməyə başlamışlar. İsmayılın bel və üz nahiyələrinə yumruq və təpik zərbələri vurmuşlar. Yanlarında olan dostları onları ayırmağa başlamış, onu və Vüqarı İsmayıldan ayırmışlar. Bu zaman ətrafda olan insanlar səs-küy səbəbindən küçəyə çıxmışlar. Əsəbləşib İsmayılın maşınına yaxınlaşmış və sonununcunun burun nahiyəsindən təkrar vurmuşdur. İsmayıl maşınını sürərək uzaqlaşmışdır. Aralarındakı münaqişə 30 dəqiqəyə yaxın davam etmişdir. Münaqişə baş verən zaman səs-küy olmuş və ətrafdakı insanlar oraya toplaşmışlar. Zərərçəkmiş şəxs döydüyünə və ətrafda yaşayan insanların narahatçılığına səbəb olduğu üçün əməlindən peşmandır. Təqsirləndirilən şəxs X1 sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onlarla barışmasını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram və ərizə ilə müraciət edərək, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Bələbur kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir. 2 azyaşlı uşağı var. Fərdi əməklə məşğuldur. 04 iyun 2022-ci il tarixində uşağının xəstəliyi ilə əlaqədar olaraq evdən atasına məxsus “Vaz2107” markalı avtomobil ilə Lənkəran rayonu Lüvəsər kəndi ərazisində hərəkət edən zaman avtomobili idarə etdiyi hərəkət zolağında “Mersedes” markalı avtomobil dayandığı üçün yolu keçməkdən ötrü qarşı zolağa keçmişdir. Bu zaman qarşı tərəfdən 4 nəfər şəxsin gəldiyini görmüşdür. Həmin şəxsləri əvvəllər tanımamışdır. Avtomobili idarə edərkən başını maşının pəncərəsindən çıxararaq həmin şəxslərə yolun kənarı ilə hərəkət etmələrini, maşının onlara dəyə biləcəyini bildirmişdir. Həmin zaman sonradan adını bildiyi Lənkəran rayonu Kərgəlan kənd sakini Təqsirləndirilən şəxs2 ona müraciət edərək “sən kimsən maşın bizə vurasan”-deyə bildirmişdir. O da Vüqara yaşca ondan böyük olduğunu, onun ünvanına bü cür ifadələr işlətməsinin doğru olmadığını bildirmişdir. Bu zaman adını sonra bildiyi Tural Əsgərov onunla jarqonla danışmağa başlamış və onun ünvanına müəyyən nalayiq ifadələr işlətmişdir. O da maşından düşüb nə səbəbə belə hərəkət etdiklərini onlardan soruşanda Tural Əsgərov onun burun nahiyəsinə yumruq zərbəsi vurub onu yerə yıxıtmışdır. O yerə yıxıldıqdan sonra Tural və Vüqar onu döyməyə başlamışlar. Onun bel, üz və burun nahiyyələrinə zərbələr vurmuşlar. O da macal tapan kimi Turalın bel nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Onların yanında olan digər şəxslər Vüqar və Turalı ondan ayırmağa cəhd etmişlər. Səs-küy qopduğu üçün ətrafda yaşayan insanlar küçəyə çıxmağa başlamışlar. Daha sonra maşınına oturmuşdur. Maşında olarkən Tural Əsgərov hirsli-hirsli üzərinə gedib ona yenidən bir yumruq zərbəsi vurmuşdur. O, maşından düşmək istəsə də ətrafdakı insanlar onu sakitləşdirib hadisə yerindən uzaqlaşmağını bildirmişlər. O da hadisə yerindən uzaqlaşaraq yaşadığı Bəlləbur kəndi istiqamətində avtomobili idarə etməyə başlamışdır. Yolda olarkən qardaşı İmrana zəng edib Lüvəsər kəndində tanımadığı iki şəxsin onu döydüyünü bildirmişdir. Əl-üzünü yumaq üçün yaşadığı Bəlləbur kəndindən keçən çaya yaxınlaşmış və orada huşunu itirib yerə yıxılmışdır. Qardaşı İmran onun olduğu yeri müəyyən edərək onu Lənkəran RMX-ya aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, evlidir, 04 iyun 2022-ci il tarixində saat 18-19 radələrində işə gedərkən yaşadığ məhəllədə səs-küy olduğunu görmüşdür. Həmin yerə yaxınlaşmışıdır. Hadisə yerinə yaxınlaşdığında ətrafda olan insanlar küçəyə çıxmışdılar. Həmin zaman dava-dalaş olduğunu görmüşdür. Əvvəllər də tanıdığı, Lənkəran rayonu Bəlləbur kənd sakini Zərərçəkmiş şəxs ilə onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 və Tural Əsgərov arasında dava-dalaş baş vermişdir. Təqsirləndirilən şəxs2 və Tural Əsgərovla aralarında yaxın dostluq münasibəti olmuşdur. Hadisənin tam olaraq necə başladığını görməmişdir. Sadəcə olaraq ətrafda yaşayan insanların küçəyə çıxması səbəbindən onun da diqqətini çəkdiyi üçün ora yaxınlaşmışdır. Ora yaxınlaşdıqda baş vermiş münaqişəni sakitləşdirmək üçün o da səy göstərmişdir. Ətrafda olan insanlar Tural və Vüqarı, Zərərçəkmiş şəxs ayırmışlar. O, Zərərçəkmiş şəxs kənara çəkib maşınına tərəf aparmış və Zərərçəkmiş şəxs maşınına oturub oradan uzaqlaşmışdır. Münaqişə 30 dəqiqəyə yaxın davam etmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, 04 iyun 2022-ci il tarixində təqribən saat 18-19 radələrində yaşadığı məhəllədə Vüsal və Şəhriyar ilə birlikdə yolun kənarında oturmuşlar. Bu zaman əvvəllər də tanıdığı Təqsirləndirilən şəxs2 və Tural Əsgərov yaşadıqları məhəllə tərəfdən gəlirmişlər. Onlarla qarşılaşan zaman salamlaşmış və onlarla bir yerdə biraz hərəkət etmişlər. Daha sonra qarşı tərəfdən “Vaz2107” markalı avtomobilin gəldiyini görmüşlər. Yolun hərəkət hissəsi dar olduğundan avtomobilin keçməsinə biraz maneə yaranmışdır. Həmin avtomobil onları keçdikdən sonra yenidən arxaya qayıtmışdır. Avtomobili idarə edən əvvəllər də tanıdığı Zərərçəkmiş şəxs olmuşdur. Dəqiq xatırlamasa da Zərərçəkmiş şəxs Vüqarla danışmağa başlamışdır. Tam olaraq onların dialoqunu eşitməmişdir. Vüqarla İsmayıl söhbət edərkən Tural avtomobilə yaxınlaşıb İsmayıla nəsə demişdir. Daha sonra onlar arasında mübahisə yaranmış və Turalın İsmayıla 1 yumruq zərbəsi vurduğunu görmüşdür. İsmayıl yerə yıxılmışdır. İsmayıl yerə yıxıldıqdan sonra Vüqar və Tural İsmayılı yumruq və təpiklə vurmağa başlamışlar. Bu zaman yaşadıqları məhəllədə böyük səs-küy baş vermişdir. Ətrafdə yaşayan qonşular küçəyə çıxmağa başlamışlar. O və yanındakı dostları onları ayırmağa çalışmışlar. Lakin onlara yumruq və təpik zərbələrinin dəyəcəyindən qorxub qırağa çəkilmişlər. Onlar arasında mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Kənd sakinləri Tural və Vüqarı ayırıb kənara çəkdikdən sonra İsmayıl maşına oturub hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə istintaqında dindirilmiş şahid X3 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs2nın üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs X8 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Tural Əsgərovun üzünə qarşı demişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 PHŞ-nin Zərərçəkmiş şəxs barəsində verdiyi xx.xx.2022-ci il tarixli 519 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün yerini dəyişməyən sınığı, burun, sağ almacıq nahiyyələrində sıyrıqlar, üst dodaq nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə burun sümüyünün yerini dəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsərətlər olduqları üçün dərəcələri təyin edilmir. Şübhəli şəxs qismində tutma barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 18 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutma barədə protokollardan görünür ki, X8 19 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Lənkəran Rayon Məhkəməsinin 4(049)-243/2022 №-li 20 avqust 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmiş və ev dustaqlığı qətimkan tədbirinin başlanğıcı 18 avqust 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-245/2022 №-li 21 avqust 2022-ci il tarixli qərarlarından görünür ki, X2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmiş və ev dustaqlığı qətimkan tədbirinin başlanğıcı 19 avqust 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 1(049)-41/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X8 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə seçilmiş və onların barəsində axtarış elan edilmişdir. Axarışda olan şəxsin tutulması barədə 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, X8 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrindən görünür ki, X8 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Lənkəran şəhər İHB-nın Kərgəlan kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2, ailə üzvləri atası X9, anası X5 və bacısı X6 ilə birlikdə Lənkəran rayonu, Kərgəlan kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Lənkəran şəhər İHB-nın Kərgəlan kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, X8, ailə üzvləri atası X10, anası X11 ilə birlikdə Lənkəran rayonu, Kərgəlan kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və X2 CM-nin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və X2 əməlləri CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxsin və dindirilmiş şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakrterizə oluunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakrterizə oluunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 221.2.1-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs2 şəxsiyyəti, cəzanı yüngülləşdən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin 18 avqust 2022-ci il tarixdən 06 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmada və ev dustaqlığında olduğu, habelə 25 mart 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı, ümumilikdə 7 ay 11 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, X2 şəxsiyyəti, cəzanı yüngülləşdən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X2 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. X2 barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin 19 avqust 2022-ci il tarixdən 06 mart 2023cü il tarixədək şübhəli şəxs qismində tutulmada və ev dustaqlığında olduğu, habelə 25 mart 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 7 ay 10 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onların üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 və X8 onlara təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X2 barələrində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, onlar məhkəmə iclası zalından dərhal həbsdən azad edilməli və barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 1(bir)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 və 68.1.1-1-ci maddələrinə əsasən 18 avqust 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək ev dustaqlığı və həbsdə saxlanıldığı 8(səkkiz) ay müddət (ev dustaqlığı və həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 4(dörd) aya bərabər tutulmaqla təyin edilmiş 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2(iki) ay müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin, o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 və 68.1.1-1-ci maddələrinə əsasən 19 avqust 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək ev dustaqlığı və həbsdə saxlanıldığı 7(yeddi) ay 29(iyirmi doqquz) gün müddət (ev dustaqlığı və həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 3(üç) ay 28(iyirmi səkkiz) günə bərabər tutulmaqla təyin edilmiş 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Tural Əsgərovun üzərində qəti olaraq 2(iki) ay 2(iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Tural Əsgərovun barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin, o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X16 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs2 və X2 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar