Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-41/2024 06.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, faktiki nikahda olan, məhkum olunmamış, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx.xx.1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Lənkəran rayonu Şilim kəndində qeydiyyatda olan, barəsində Lənkəran Rayon Məhkəməsinin 1(049)-41/2024 nömrəli, 14 mart 2024cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu ilə 25 yanvar 2021-ci ildə Lənkəran rayonu, Şilim kəndində razılığa gələrək, 26 yanvar 2021-ci il tarixdə səhər saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən, yaşayış sahəsi hesab edilən bir mərtəbəli evinin həyətinə dəmi tor çəpərdən qanunsuz daxil olaraq, həmin həyətdə yerləşən saxlanc yeri hesab edilən tövləyə, tövlənin kilidi olmayan qapısını açma yolu ilə qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə tövləyə qanunsuz daxil olub, hər ikisinin qiyməti 130 manat olan cəmi beş baş qoyunu vahid niyyətlə 2 dəfəyə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 650 manat ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu ilə 25 yanvar 2021-ci ildə Lənkəran rayonu, Şilim kəndində razılığa gələrək, 26 yanvar 2021-ci il tarixdə səhər saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən, yaşayış sahəsi hesab edilən bir mərtəbəli evinin həyətinə dəmi tor çəpərdən qanunsuz daxil olaraq, həmin həyətdə yerləşən saxlanc yeri hesab edilən tövləyə, tövlənin kilidi olmayan qapısını açma yolu ilə qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə tövləyə qanunsuz daxil olub, hər ikisinin qiyməti 130 manat olan cəmi beş baş qoyunu vahid niyyətlə 2 dəfəyə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 650 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Lənkəran rayonu, Şilim kəndindən öz evinə piyada gedən zaman Şilim kənd sakini olan dostu Təqsirləndirilən şəxs2la evlərinin qarşısında küçədə rastlaşmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs2 ona bir iş var səhər gedib görərik” demişdir. O, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşdıqda sonuncu ona demişdir ki, “səhər sübh saat beşin yarısında Şilim kəndinin girəcəyində olsun və onunla birlikdə oğurlamağa beş baş qoyun var”. O da 26 yanvar 2021-ci il tarixdə sübh vaxtı saat beşin yarısında Şilim kəndinin girəcəyində Təqsirləndirilən şəxs2 ilə görüşmüş, sonuncu ona həmin qoyunları oğurlamaq üçün getməyi təklif etmiş, o isə hara gedəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs2 onu apardığı yerə gedəndə Lənkəran rayonu, Şilim kənd sakini Zərərçəkmiş şəxs yaşadığı həyətdə olması ona məlum olmuşdur. Həyətdə olan tövləyə Təqsirləndirilən şəxs2 yaxınlaşmış və tövlənin qapısını açmışdır. Təqsirləndirilən şəxs2 ona demişdir ki, tövlənin içərisinə daxil olub bir qoyun götürsün. O, oğurluq etmək istəmədiyini Təqsirləndirilən şəxs2 deyəndə sonuncu ona “daha gəlmişik hərəmiz bir qoyun götürüb gedək” demişdir. O da bundan sonra tövləyə daxil olmuş və bir baş qara rəngli qoyun tutub tövlədən çıxmışdır. Təqsirləndirilən şəxs2 da əlində saxladığı ağ rəngli saman ipi ilə qoyunun ayaqlarını bağlamışdır. Sonra Təqsirləndirilən şəxs2 da tövləyə daxil olmuş və bir ədəd qara rəngli qoyun tutub tövlədən çıxmışdır. Həmin qoyunun da ayağını saman ipi ilə bağlamış və birlikdə oğurladıqları qoyunları qucağlarına alıb Təqsirləndirilən şəxs2 yaşadığı Şilim kəndindəki evinin həyətinə gətirib hamama qoymuşlar. Sonra Təqsirləndirilən şəxs2 ona yenidən təklif etmişdir ki, həmin tövlədən üç baş da qoyun oğurlasınlar. Təqsirləndirilən şəxs2 ona qoyunları satıb ona da pul verəcəyini bildirmişdir. Bundan sonra o razılaşıb Arzuman ilə yenidən Zərərçəkmiş şəxs tövləsindən oğurluq etməyə getmişdir. Onlar yenidən Zərərçəkmiş şəxs həyətinə getmişlər. O, Təqsirləndirilən şəxs2la yenidən tövlənin qapısını açıb tövləyə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 bir baş qoyun oğurlamış, ayağını bağlamış, həmin qoyunu ona verib həyətdən çıxıb sahədə onu gözləməsini tapşırmışdır. O da həmin bir baş qara rəngli qoyunu oğurlayıb sahəyə aparmışdır. Sahədə Təqsirləndirilən şəxs2 gözləmişdir. Təxminən beş dəqiqədən sonra Təqsirləndirilən şəxs2 iki baş qara rəngli qoyun oğurlayıb sahəyə gəlmişdir. Onlar oğurladıqları həmin üç baş qoyunları da Təqsirləndirilən şəxs2 həyətindəki hamama gətirmişlər. Həmin vaxt hava açılmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs2 demişdir ki, “daha sən get evə, mən qoyunları satıb sənin də pulunu verərəm”. O da Təqsirləndirilən şəxs2 həyətindən çıxıb öz evinə getmişdir. İki gün sonra Təqsirləndirilən şəxs2 ona 150 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 qoyunları kimə satdığını bilməmişdir. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını, himayəsində azayaşlı uşağının olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Lənkəran rayonu, Şilim kəndində yaşadığı evinin qarşısında dostu Təqsirləndirilən şəxs1 ilə küçədə rastlaşmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 demişdir ki, “bir iş var səhər gedib görərik”. Təqsirləndirilən şəxs1 ondan işin nə olduğunu soruşduqda o da qonşusu Lənkəran rayonu Seydəkəran kənd sakini Zərərçəkmiş şəxs həyətində qoyun olduğunu, həmin qoyunlardan beş başını oğurlamağı təklif etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 oğurluq etməyə razılaşmasa da, lakin sonradan onun təklifi ilə razılaşdırmışdır. O, Təqsirləndirilən şəxs1 demişdir ki, səhər saat 5 radələrində Şilim kəndinin girişində, məktəbin arxasında görüşsünlər. Təqsirləndirilən şəxs1 də onunla razılaşmış və beləliklə də onlar 26 yanvar 2021-ci il tarixdə Şilim kəndinin girəcəyində məktəbin arxasında görüşmüşlər. Onlar birlikdə, sahə tərəflə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə dəmir tor çəpərdən daxil olmuşlar. Həyətə girdikdən sonra tövləyə getmişlər və tövlənin qapısını o açmışdır. Sonra Təqsirləndirilən şəxs1 demişdir ki, tövləyə daxil olub bir qoyun tutub çölə çıxarsın. Təqsirləndirilən şəxs1 də tövləyə daxil olub bir ədəd qara rəngli qoyunu tövlədən oğurlayıb çölə çıxarmışdır. O da həmin qoyunun ayaqlarını özü ilə evdən gətirdiyi ağ rəngli saman ipi ilə bağlamışdır. Daha sonra o, tövləyə daxil olub oradan ikinci qara rəngli qoyunu oğurlayıb çölə çıxarmış və ayaqlarını özü ilə gətirdiyi saman ipi ilə bağlamışdır. Oğurladıqları hər iki qoyunu qucaqlarına götürüb sahə tərəflə yaşadığı evin həyətinə gətirmişlər və həyətdəki hamama qoymuşlar. Hamamın qapısını bağlamışlar. Daha sonra o, Təqsirləndirilən şəxs1 yenə gedib 2-3 baş qoyun oğurlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs1 də onunla razılaşmışdır. Onlar yenə eyni yolla yəni, sahə yolu ilə Zərərçəkmiş şəxs həyətinə arxa tərəfdən dəmir tor çəpərdən keçib sonuncunun həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra tövləyə getmişlər. Tövlənin qapısını yenidən o, açıb tövləyə daxil olmuşdur. Tövlədən bir baş qara rəngli qoyun oğurlayıb çölə çıxarmış, ayaqlarını özü ilə gətirdiyi saman ipi ilə bağlamış və Emilə verib ona “sən qoyunu da götür həyətdən çıx məni sahə də gözlə” demişdir. Təqsirləndirilən şəxs1 də bir baş qoyunu götürüb həyətdən çıxıb sahə tərəfə getmişdir. Daha sonra o tövləyə daxil olmuş, iki baş qara rəngli qoyun tutub ayaqlarını bağlamış və həmin qoyunları da götürüb sahə tərəfə aparmışdır. Sahədə Təqsirləndirilən şəxs1 ilə görüşmüş və birlikdə üç baş qoyunu da onun yaşadığı həyətindəki hamama aparmışlar. Həmin üç baş qoyunu da oğurladıqları digər qoyunların yanında qoymuşlar. Sonra Təqsirləndirilən şəxs1 “səhər açılır sən də get öz evinə. Mən qoyunları satdıqdan sonra sənin pulunu da verərəm” demişdir. Təqsirləndirilən şəxs1 də çıxıb öz evinə getmişdir. 28 yanvar 2021-ci il tarixdə saat 17-də kənddə “VAZ 2106” markalı ağ rəngli avtomobil görmüş, həmin avtomobilin üzərində “taksi” işarəsi olmuşdur. Həmin taksini saxlatdırmış və həyətində olan qoyunları satmaq istədiyini bildirmişdir. Həmin sürücü ilə birlikdə həyətinə gəlmiş və Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladığı qoyunları həyətindəki hamamdan götürüb 3 başını taksinin arxa yük yerinə və iki başını da arxa oturacağın ayaq altısına qoymuş, özü də avtomobilin ön oturacaq hissəsində əyləşmişdir. Sonra Lənkəran rayonu, Kərgəlan kəndinə gəlmiş və tanımadığı bir nəfər təqribən 40 yaşlı, orta bədən quruluşlu, boyu təxminən 180 sm, qara saçlı və ağ dərili bir şəxsə beş qoyunu ümumilikdə 380 manata satmışdır. Taksi sürücüsünə 70 manat pul vermişdir. 150 manat pul Emilə, 160 manat pul isə özünə çatmışdır. Daha sonra Lənkəran rayonu “Dörd yol” adlanan ərazidə taksidən düşmüşdür. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Oğurluqda Təqsirləndirilən şəxs1 başqa ona heç kim köməklik etməmiş, tanımadığı taksi sürücüsü və qoyunları satdığı tanımadığı şəxs də qoyunların oğurluq olmasını bilməmişdirlər. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını və himayəsində dörd nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirərək ifadəsində göstərmişdir ki, 26 yanvar 2021-ci il tarixdə Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Həyətində təsərrüfatla məşğul olub ailəsini dolandırır. Təsərrüfatında 6 baş iri buynuzlu, 18 baş xırda buynuzlu mal-qara saxlayır. Təsərrüfatında olan mal-qaraları kəndin ümumi örüş sahəsinə hər gün səhər saat 8-də aparıb, axşam saat 18 radələrində həyətinə gətirir. 25 yanvar 2021-ci il tarixdə də, eyni qaydada mal-qaraını örüş sahəsinə aparmış və saat 18 radələrində mal-qaraını örüş sahəsindən gətirib həyətindəki tövləyə salmış və tövlənin qapısını da bağlamışdır. Tövlənin qapısında açar olmadığı ünün qapıya açar vurmamışdır. 26 yanvar 2021-ci il tarixdə səhər saat 8-də mal-qaranın olduğu tövləyə getdikdə, tövlənin qapısının cəftə yerindən çıxarıldığını və qapının kənara qoyulduğunu, mal-qaranın isə tövlədə küncə sıxışdıqlarını görmüşdür. Mal-qaranı tövlədən çıxarıb çöldə sayanda ona məlum olmuşdur ki, beş baş, qara rəngli ümumi qiyməti 630 manat dəyərində olan qoyunları oğurlanmışdır. O, qoyunlarının oğurlanmasında həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhələnmişdir. Onun 5 baş qoyununun əlamətləri qara rəngli, hər birinin ət çəkisi 13 kiloqram olmaqla birinin qiyməti 130 manat təşkil etmişdir. Qoyunlarının oğurlanmasında ümumilikdə ona 650 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs həm ifadəsinin sonunda, həm də məhkəməyə ünvanladığı ərizədə bildirmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu ona dəymiş ziyanı tam ödədiyi üçün onlarla barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də həmin şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin ictimai təhlükəsizlik bölməsində polis sahə rəisi vəzifəsində xidmət edir, polis kapitanıdır. Lənkəran rayonu Seydəkəran, Şilim və Aşağı Nüvədi kəndləri onun xidməti ərazisinə daxildir. Lənkəran rayonu, Seydəkəran kənd sakini Əhmədov X15 şəhər-rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 26 yanvar 2021-ci il tarixdə həyətindəki tövləsindən beş baş qoyunun oğurlanmasını bildirmişdir. Həmin hadisə ilə əlaqədar olaraq, o, inanılmış şəxslər ilə görüşüb Zərərçəkmiş şəxs qoyunlarının oğurlanması barədə tapşırıqlarını vermişdir. İnanılmış şəxslərin verdiyi məlumata əsasən, Zərərçəkmiş şəxs tövləsindən qoyunlarını oğurlayan şəxslər Lənkəran rayonu Şilim kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Aşağı Nüvədi kəndində yaşayan Təqsirləndirilən şəxs1 törətdikləri bildirilmişdir. Təqsirləndirilən şəxs2 və Əhədzadə X7 ŞRPŞ-yə dəvət olunmuş, onlarla profilaktiki söhbətlər aparılan zaman hər ikisi Zərərçəkmiş şəxs tövləsindən beş baş qoyunları oğurlamalarını səmimi olaraq etiraf etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Seydəkəran kəndində yerləşən Zərərçəkmiş şəxs mərhum atasına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədir. 01 fevral 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. 01 fevral 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. İfadənin yerində yoxlanılması barədə 03 fevral 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Bağırov X10 rayonu Seydəkəran kəndində yerləşən Zərərçəkmiş şəxs mərhum atasına fəxsus məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən törətdikləri oğurluq cinayətinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişlər. Qətimkan tədbiri seçmək haqqında 03 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə tutmadan azad edilmiş və hər iki şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş 5 baş orta çəkili qoyunun bir başının orta qiyməti 130 manat olmaqla, cəmi 650 manatdır. Lənkəran şəhər İHB-nın Kənarmeşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli Arayış və xasiyyətnamədən görünür ki, Bağırov X10 rayonu, Şilim kəndində qeydiyyatda olmaqla ailə üzvləri arvadı – xx.xx.1985-ci il təvəllüdlü X1, uşaqları – xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Lənkəran şəhər İHB-nın Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli Arayış və xasiyyətnamədən görünür ki, Əhədzadə X7 rayonu, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ İV 835212 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X8 ata qrafasında X9, ana qrafasında X6 qeyd olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-409/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 19:20-də Bakı şəhərində saxlanılaraq ŞRPŞ-nin MSY-yə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlarla barışmış və heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbs edilməməsini xahiş edir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-41/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan əməli törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxsin və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12, 59.1.13-cü, himayəsində dörd nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.1.4-cü, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı, Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12, 59.1.13-cü, himayəsində bir nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı, Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti, cəzanı yüngülləşdən halları, cəzanı ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödənilməsini, zərərçəkmiş şəxsin onlardan şikayətçi olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Məhz buna görə də, məhkəmə yuxarıda qeyd olunanlar baxımından təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 09 mart 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, Təqsirləndirilən şəxs1 da 01 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət onlara təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onların üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 09 mart 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 ayına bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 il 8 ay müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 6 gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 il 11 ay 24 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-41/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-41/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver