Məhkəmə qərarları › İş №1(049)-41/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-41/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-41/2025 12.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14:45 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və X1, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixdə hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə əsas cəzasının sonu ilə azad edilmiş, xx.xx.2024-cü il tarixdə əlavə cəzasının müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Belə ki, o, sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu və etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı 77LT682 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə günorta saatlarında tanışı, Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs sərnişin kimi yaşadığı ünvana apardıqdan sonra Lənkəran şəhəri Z.Əliyeva küçəsində olarkən sonuncuya məxsus olan, "xxxx" ASC-dən verilmiş **********608937 hesab nömrəli plastik kartın avtomobilin arxa oturacaq hissəsində düşdüyünü görüb Zərərçəkmiş şəxs avtomobildə olmamasından istifadə edərək qeyd olunan plastik kartı götürməklə gizli olaraq talayıb özündə saxlamış elektron məlumat daşıyıcısı olan həmin plastik kartdan istifadə etməklə oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə plastik kartın hesabındakı pul vəsaitini ələ keçirməkdən ibarət niyyətinə nail olmaq üçün Lənkəran şəhərində yaşayan tanışı Müdafiəçi2 yaşadığı ünvana gedib kart hesabında olan pul vəsaitini oğurlayaraq aralarında bölməyi sonuncuya təklif edib, Müdafiəçi2 ilə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin gün idarə etdiyi “Toyota Prius” markalı 77LT682 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən “Xan” şadlıq sarayının yaxınlığına gəlib əvvəlcədən aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun hərəkət edərək plastik kartı hesabında olan pul vəsaitini çıxarması üçün qrup üzvü Müdafiəçi2 verib özü avtomobilində gözləmiş, sonuncu avtomobildən düşüb plastik kartı saat 15:55 dəqiqədə orada quraşdırılmış "xxxx" ASC-yə aid bankomata daxil edərək bankomatın klaviaturasında əvvəlcədən bildiyi identifikasiya nömrəsi olan 2006 rəqəmini (pin kodu) yığıb bankın kompüter sisteminə daxil olmaqla bankomat vasitəsi ilə plastik kartın hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatını icra edib hesabdan 2000 (iki min) manat pulu elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb ələ keçirmiş, onlar əldə etdikləri pul vəsaitini öz aralarında bölərək Zərərçəkmiş şəxs göstərilən miqdarda ziyan vurmaqla oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Müdafiəçi2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Belə ki, o, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı 77LT682 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə günorta saatlarında sonuncunun tanışı, Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs sərnişin kimi yaşadığı ünvana apardıqdan sonra Lənkəran şəhəri Z.Əliyeva küçəsində olarkən sonuncuya məxsus olan, "xxxx" ASC-dən verilmiş **********608937 hesab nömrəli plastik kartın avtomobilin arxa oturacaq hissəsində düşdüyünü aşkar etdikdən sonra oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə plastik kartın hesabındakı pul vəsaitini ələ keçirməkdən ibarət niyyətinə nail olmaq üçün onun yaşadığı ünvana gəlib kart hesabında olan pul vəsaitini oğurlayaraq aralarında bölmək barədə Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin tarixdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı 77LT682 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən “Xan” şadlıq sarayının yaxınlığına gəlib əvvəlcədən aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun hərəkət edərək plastik kartı hesabda olan pul vəsaitini çıxarması üçün qrup üzvü Təqsirləndirilən şəxs2 alıb avtomobildən düşərək plastik kartı saat 15:55 dəqiqədə orada quraşdırılmış "xxxx" ASC-yə aid bankomata daxil edərək bankomatın klaviaturasında əvvəlcədən bildiyi identifikasiya nömrəsi olan 2006 rəqəmini (pin kodu) yığıb, bankın kompüter sisteminə daxil olmaqla bankomat vasitəsi ilə plastik kartın hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatını icra edib, hesabdan 2000 (iki min) manat pulu elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb ələ keçirmiş, onlar əldə etdikləri pul vəsaitini öz aralarında bölərək Zərərçəkmiş şəxs göstərilən miqdarda ziyan vurmaqla oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində atası Hikmət Əskərova məxsus evdə anası Mehriban Əskərova, qardaşı Vüsal Əskərov və onun ailəsi ilə birlikdə yaşayır. Əvvəllər polis orqanlarında polis nəfəri kimi işləmiş, 2023-cü ilin dekabr ayında öz istəyi ilə işdən ayrılmışdır. Həmin vaxtdan bəri Lənkəran rayon sakini Emin adlı şəxsə məxsus “Toyota Prius” markalı 77LT682 dövlət nömrə nişanlı avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs ilə bir neçə ay əvvəl tanış olmuş, onunla heç bir qərəzli münasibəti olmamışdır. Çinarənin Lənkəran şəhəri Qala Xiyabanı ərazisində saç ustası kimi çalışmasını bilir. Bir neçə dəfə Çinarəni taksi sürücüsü kimi istədiyi ünvanlara aparmışdır. Həmçinin, xx.xx.2024-cü il tarixdə Çinarəni toy şənliyinə apararkən Çinərə ondan özünə məxsus "xxxx"a aid plastik kartından pul çıxarmasını xahiş etmiş, o da Çinarənin yanında bankomatdan pul çıxarıb onun özünə vermiş, bu zaman Çinarənin kartının şifrəsinin 2006 olduğunu bilmişdir. Şifrəni ona pul çıxaran zaman Çinarə özü demişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Lənkəran şəhəri Nizami küçəsində 3 saylı orta məktəbin yaxınlığında olarkən Çinarə onun istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə zəng edib mərkəzi bazarda yerləşən “Bazarstore” marketinin qarşısından onu götürməsini istəmişdir. O, bir neçə dəqiqədən sonra Çinarəni “Bazarstore” marketin qarşısından götürüb yaşadığı Lənkəran şəhəri Bala Məmməd küçəsində yerləşən evinə aparmışdır. Çinarə avtomobildə arxa sağ oturacaqda əyləşmiş və avtomobildən düşdükdən sonra o, mikrorayon ərazisinə getmişdir. Lənkəran şəhəri Z.Əliyeva küçəsində olduğu zaman avtomobilin arxa oturacağında bir ədəd plastik bank kartı görmüşdür. Kartın üzərinə baxdıqda həmin kartın üzərində 5239 1517 9560 8937 rəqəmlərinin və Zərərçəkmiş şəxs adının olduğunu görmüş və başa düşmüşdür ki, bir qədər əvvəl Çinarəni evinə aparan zaman o, kartı avtomobildə düşürmüşdür. Onun pula ehtiyacı olduğundan və Çinarənin bank kartının şifrəsini bildiyindən kartda olan pulları bankomatdan çıxarmaq qərarına gəlmişdir. Lakin düşünmüşdür ki, əgər bankomatdan pulları özü çıxarsa, görüntüsü bankomatın kamerasına düşər və polis onu tapar. Buna görə də kartda olan pulu tanışı, Lənkəran şəhər sakini Müdafiəçi2 çıxarması üçün Əlizaminin yaşadığı Lənkəran şəhəri H.Həbibov küçəsi ev 6 ünvanına getmişdir. Belə ki, Əlizaminin bacısı Xədicə 2 saylı orta məktəbdə oxuyur və Xədicəni də məktəbə o aparıb-gətirir. Günorta saatlarında Əlizaminin bacısı Xədicəni məktəbdən götürüb avtomobillə yaşadığı ünvana gətirmiş, həmin vaxt Əlizamin həyətdə olmuşdur. O, Əlizaminə avtomobilin arxa oturacağında bank kartı tapdığını, kartı avtomobildə sərnişin qismində olan tanışı Çinarə adlı qızın unutduğunu demiş, həmçinin kartın şifrəsinin də 2006 olduğunu, kartda nə qədər pul olduğunu bilməsə də, çox pul olmasını güman etdiyini demiş və birlikdə gedib kartda olan pulları çıxarmağı Əlizaminə təklif etmişdir. Əlizamin ondan pulu özünün niyə çıxarmadığını soruşanda o, Əlizaminə kartın oğurluq olduğunu, ona aid olmadığını, Əlizaminin də pula ehtiyacı olduğunu bildiyini, əldə edəcəkləri puldan Əlizaminə də verəcəyini, yəni pulu aralarında böləcəklərini, əgər pulu özü çıxararsa, bankomatın onun şəkilini çəkəcəyini, Çinarənin onu tanıdığını və polisin onu tapa biləcəyini, lakin Çinarənin Əlizamini tanımadığını, buna görə də onları tapa bilməyəcəklərini demişdir. Əlizamin də onunla razılaşmaqla, evə girib gödəkcə və papağını götürərək küçəyə çıxmış və onun avtomobilinə əyləşmişdir. Avtomobildə söhbət əsnasında hansı bankomatdan pulları çıxarmaq barədə soruşduqda Əlizamin ona şübhə yaratmamaq üçün uzaq məsafəyə, rayonun Hirkan qəsəbəsinə getmələrini demiş, orada bankomatın olduğunu bildirmişdir. O da avtomobilini Hirkan qəsəbəsinə, “Xan” şadlıq sarayının yaxınlığına sürmüşdür. Əlizamin ona bankomatı göstərib avtomobili bankomatdan təxminən 50-60 metr məsafə aralıda saxlamasını istəmişdir. O da Əlizaminin dediyi yerdə avtomobilini saxlamışdır. O, Çinarənin bank kartını yolda Əlizaminə verib şifrənin 2006 olduğunu demişdir. Həmçinin, Əlizaminə özünü şübhəli aparmamasını, mümkün olduğu qədər, üzünün bankomatın kamerasına düşməməsinə diqqət yetirməsini, papağını başına qoymasını istəmişdir. Həmin vaxtı Əlizaminin üzərində qara rəngli gödəkcə və papaq olmuşdur. Əlizamin avtomobildən düşüb bankomata tərəf getmiş, o isə avtomobildə Əlizamini gözləmişdir. Bir neçə dəqiqədən sonra Əlizamin gəlib avtomobilə əyləşmiş və kartdan 2000 manat pul çıxardığını demişdir. O, pulları Əlizamindən alıb saymış, pullar 50 və 100 manatlıqlar olmuşdur. Puldan 200 manatını Əlizaminə vermiş, 1800 manatı isə öz cibinə qoymuşdur. Onlar birlikdə avtomobillə təkrar Lənkəran şəhərinə doğru gəlməyə başlamışlar. Yolda Əlizamin plastik kartı sındırıb pəncərədən çölə tullamışdır. O, Əlizamini yaşadığı evdə avtomobildən düşürmüş və Əlizaminə bu barədə heç kimə deməməsini tapşırmışdır. Əlizamin də ona Bakı şəhərinə gedəcəyini, orada iş tapıb işləyəcəyini, heç kimin onu tapa bilməyəcəyini, buna görə narahat olmamasını, Bakı şəhərinə getmək üçün pul lazım olduğundan kartdan pulları götürdüyünü demişdir. Əlizamini yaşadığı ünvanda qoyduqdan sonra özü şəhərə tərəf qayıdıb öz işinə davam etmişdir. Əldə etdiyi pullarla özünə pal-paltar almış, həm də borclarını vermişdir. Eyni zamanda, Çinarəyə olan 250 manat pul borcunu da aparıb vermişdir. Həmin günü axşam saatlarında Çinarə ona zəng edərək sonuncu dəfə onun avtomobili ilə evinə getdiyini, evdə olduğu zaman kartının olmadığını aşkar etdiyini, həmçinin, kart hesabından 2000 manat pulun Hirkan qəsəbəsi ərazisində çıxarıldığını, kartın şifrəsini ondan başqa heç kimin bilmədiyini deyib 2000 manat pulunu qaytarmasını istəmiş, əks halda, polisə şikayət edəcəyini demişdir. O da Çinarəyə dediklərini başa düşmədiyini, pullarını onun çıxarmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Qala Xiyabanı ərazisində olduğu zaman polis əməkdaşları onu saxlayıb Lənkəran ŞRPŞ-nə aparmışlar. Lənkəran ŞRPŞ-də o, təhqiqatçıya izahat verib baş verənləri olduğu kimi danışmışdır. Etdiyi əməldən peşmandır. O, oğurluq barədə heç kimə deməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Yalnız xx.xx.2024-cü il tarixdə Müdafiəçi2 Zərərçəkmiş şəxs məxsus kartda olan pulları çıxarmağı təklif edərkən həmin kartın oğurluq olduğunu, lakin şifrəsini bildiyini, pulları çıxarmasını, pulu aralarında böləcəklərini demişdir. Onun Əlizaminin qardaşı ilə münasibəti vardır. Lakin Xədicəni evə gətirən zaman Əlizamini gördükdə bu barədə Əlizaminə təklif etmiş, Əlizaminin də pula ehtiyacı olduğundan onunla razılaşmışdır. Həm də düşünmüşdür ki, Əlizaminlə yaxın münasibəti yoxdur və buna görə heç kim ondan şübhələnməz. Saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı formada təsir və ya təzyiq göstərilməmişdir. Qeyd etdiyi oğurluqdan başqa heç bir cinayət törətməmişdir. Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən “Kapitalbank ASC”-yə aid bankomatın ətrafında quraşdırlmış videomüşahidə kamerasının yaddaşından götürülmüş və ona təqdim olunmuş videogörüntüdə bankomata yaxınlaşaraq bankomatdan pul çıxarıb gedən, əynində qara rəngli gödəkcə, başında isə qara rəngli papaq olan şəxsin Müdafiəçi2 olduğunu təsdiq edir. Təqsirləndirilən şəxs2 ifadəsində, eyni zamanda, göstərdi ki, o, ilk dəfədir ki, cinayət törədir, törətdiyi cinayət əməlini könüllü etiraf edir və əməlindən peşmandır. Onun pula ehtiyacı olduğu üçün kartdan pul çıxarmağı qərara almış və tanışı Əlizamindən kömək istəmişdir. Müdafiəçi2 kartdan çıxarılan pula görə ondan pul istəməsə də, ona 200 manat vermiş, qalan məbləği də öz ehtiyaclarına xərcləmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Müdafiəçi2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs Müdafiəçi2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, Lənkəran şəhəri H.Həbibov küçəsi ev 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2013-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məntəqə tipli cəza almış, 2019-cu ildə cəzası bitmişdir. Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs tanımır, rayonun Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs2 isə tanıyır və Elşən onun qardaşı Fəridin dostudur. Elşənlə heç bir qərəzli münasibəti olmamışdır. Elşən “Toyota Prius” markalı 77LT682 dövlət nömrə nişanlı avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur və idarə etdiyi avtomobillə onun bacısı Xədicəni də təhsil aldığı 2 saylı orta məktəbə aparıb-gətirir. O, Lənkəran rayonunda özünə uyğun iş tapmadığı üçün Bakı şəhərinə işləmək üçün getmək istəmiş və Bakı şəhərinə gedib orada yaşamaq, həmçinin, iş tapmaq üçün ona pul lazım olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin həyətində olarkən Elşən bacısı Xədicəni məktəbdən evə gətirmişdir. Həmin vaxtı o, küçə qapısına çıxıb bacısını qarşılamış, bacısını evə ötürdükdən sonra Elşən ona avtomobildə tanışlarından biri olan Çinarə adlı qadın saç ustasının "xxxx"a aid kartı düşürdüyünü, bir gün qabaq həmin kartdan pul çıxardığını, kartda pul olduğunu və şifrəsini bildiyini, kartın şifrəsinin 2006 olduğunu deyərək həmin kartda olan pulları bankomatdan çıxarıb bölməyi ona təklif etmişdir. O, Elşəndən pulu niyə özünün çıxarmadığını soruşduqda Elşən ona kartın oğurluq olduğunu, özünə aid olmadığını, əgər pulu özü çıxararsa, bankomatın onun şəkilini çəkəcəyini, Çinarənin onu tanıdığını və polisin onu tapa biləcəyini, lakin Çinarə onu tanımadığı üçün onları tapa bilməyəcəklərini, onun özünün də pula ehtiyacı olduğunu bildiyini, əldə edəcəkləri pulları aralarında böləcəklərini demişdir. Elşənin bu sözlərindən sonra onunla razılaşmış və qərara gəlmişlər ki, kartda olan pulları oğurlasınlar. Elşəndən onu gözləməsini istəmiş, evə girib gödəkcə və papağını götürmüşdür ki, bankomatdan pul çıxaran zaman üzü kameraya düşməsin. Bundan sonra küçəyə çıxıb onu gözləyən Elşənin avtomobilinə əyləşmişdir. Avtomobildə Elşən ondan pulu haradan çıxarmağı soruşduqda o, Elşənə şübhə yaratmamaq üçün sakit yerdən, yəni uzaq məsafədə olan bankomatların birindən pulları çıxarmağı təklif etmişdir. O, Elşənə rayonun Hirkan qəsəbəsində yerləşən “Xan” şadlıq sarayının yaxınlığında "xxxx"a aid bankomatın olduğunu deyib oraya getmələrini istəmişdir. Onlar Elşənin avtomobili ilə Hirkan qəsəbəsinə, “Xan” şadlıq sarayının yaxınlığına getmişlər. O, Elşənə bankomatı göstərib avtomobili bankomatdan təxminən 50-60 metr məsafə aralıda saxlamasını demişdir. Avtomobildə onlardan başqa heç kim olmamış, Elşən yolda Çinarə adlı qadına məxsus bank kartını ona verib kartın şifrəsinin 2006 olduğunu demişdir. Elşən avtomobili saxladıqdan sonra o, avtomobildən düşüb yolun sağ tərəfində olan “Xan” şadlıq sarayının yanındakı "xxxx"a aid bankomata tərəf getmişdir. Həmin vaxt üzərində qara rəngli gödəkcə və papaq olmuşdur. Üzünün bankomatın kamerasına düşməməsi üçün papağını aşağı çəkmişdir. Bir qədər aralıda ətrafa göz gəzdirib bankomatın yaxınlığında heç kimin olmadığına əmin olduqdan sonra bankomata yaxınlaşıb plastik kartı bankomata daxil edib Elşənin ona dediyi 2006 şifrəsini yığmışdır. Bankomatın ekranında Elşənin ona dediyi Zərərçəkmiş şəxs adlı şəxsin adının baş hərflərinin yazıldığını görmüşdür. Kartın hesabında 2000 manatdan bir qədər artıq pul olmuş, o, 2000 manat pulu çıxarıb saymış, pullar 50 və 100 manatlıqlar olmuşdur. Daha sonra yolun kənarında onu avtomobildə gözləyən Elşənin yanına gedib avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Bankomatdan çıxardığı pulları Elşənə verib 2000 manat olduğunu bildirmişdir. Elşən ondan pulları alıb saymış və 200 manatını ona vermişdir. O, Elşənə bir söz deməmişdir. Çünki 200 manat pul onu qane etmişdir. Sonra Elşən avtomobili hərəkətə gətirmiş və onlar Lənkəran şəhəri istiqamətində gəlməyə başlamışlar. Yolda aralarında bu barədə heç kimə deməmək barədə razılaşmışlar. O isə Elşənə Bakı şəhərinə gedəcəyini, orada iş tapıb işləyəcəyini, heç kimin onu tapa bilməyəcəyini, narahat olmamasını, Bakı şəhərinə getmək üçün pul lazım olduğundan kartdan pulları çıxarmağa razılıq verdiyini demişdir. O, sübut saxlamamaq üçün yolda plastik kartı sındırıb avtomobilin pəncərəsindən çölə tullamışdır. Kartı konkret olaraq yolun hansı hissəsində atdığını xatırlamır. Ertəsi günü o, işləmək üçün Bakı şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı Fərid ona zəng edərək Elşənin oğurladığı kartda olan pulları birlikdə çıxardıqları üçün polislərin onu axtardığını demişdir. O da Bakı şəhəri Bakıxanov qəsəbəsində çayxanaların birinə ofisant kimi yeni işə düzəldiyini, işdən çıxa bilmədiyini Fəridə demişdir. Lənkəran rayonuna gəlmək üçün iş yerindən icazə istəsə də, ona icazə verməmişlər. Buna görə də xx.xx.2024-cü il tarixdə axşam saatlarında Lənkəran rayonuna gələ bilmişdir. Lənkərana axşam çatdığı üçün ertəsi gün səhər saatlarında Lənkəran ŞRPŞ-nə gəlmişdir. Lənkəran ŞRPŞ-də olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı formada təsir və ya təzyiq göstərilməmişdir. O, hadisə barədə heç kimə deməmiş, heç kimin oğurluqdan məlumatı olmamışdır. Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən "xxxx" ASC-yə aid bankomatın ətrafında quraşdırlmış videomüşahidə kamerasının yaddaşından götürülmüş və ona təqdim olunmuş videogörüntüdə bankomata yaxınlaşaraq bankomatdan pul çıxarıb gedən, əynində qara rəngli gödəkcə, şalvar və başında papaq olan şəxs o özüdür. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs Müdafiəçi2 ifadəsində, eyni zamanda, göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımır. Kartın kimə məxsus olduğunu əvvəlcədən bilməmişdir. Hadisədən 2-3 gün əvvəl Təqsirləndirilən şəxs2 200 manat borc istəmiş və kartdan pulu çıxarıb Elşənə verdikdən sonra Elşən də ona 200 manat vermiş və sonra da işləmək üçün Bakı şəhərinə getmişdir. Tanışı Təqsirləndirilən şəxs2 ondan kartdan pul çıxarmasını xahiş etdiyi üçün o da razılaşmışdır. O, özünü təqsirli bilir, törətdiyi cinayət əməlini könüllü etiraf edir və əməlindən peşmandır. Qeyd etdikləri nəzərə alınmaqla, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olsa da, ünvan 5 ünvanında 3 övladı ilə birlikdə yaşayır. O, öz adına olan "xxxx"a məxsus 5239 1517 9560 8937 nömrəli kartdan istifadə edir. Lənkəran rayonu Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs2 taksi sürücüsü kimi tanıyır və ona taksi lazım olduqa Elşən onu lazımi ünvanlara aparmışdır. xx.xx.2024-cü il tarixdə Elşəndən onu toy məclisinə aparmasını istəmiş, həmin gün Elşənə öz kartını və kartın kodu olan 2006 rəqəmini demişdir ki, ona kartdan 100 manat pul çıxarsın. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə yerləşən “Bazarstore” mağazasına gedib alış-veriş etdikdən sonra onu evinə aparması üçün Elşənə zəng etmiş və Elşən bir neçə dəqiqədən sonra mağazanın qarşısına gəlib onu idarə etdiyi “Toyota prius” markalı avtomobillə evinə aparmışdır. Evə getdikdən xeyli sonra ona məlum olmuşdur ki, kartını itirmişdir. Həmin gün axşam saatlarında Elşən onun yaşadığı ünvanına gələrək ona olan 250 manat borcunu vermişdir. O, həmin borcu Elşənə qardaşı uşağının vəziyyəti yaxşı olmadığına görə pul lazım olduğunu dediyi üçün vermişdir. Sonradan o, "xxxx"dan mobil telefonuna gələn mesajı görmüş, mesajda ona məxsus 5239 1517 9560 8937 nömrəli "xxxx"a aid kartdan 2000 manat pulun Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən bankomatdan çıxarıldığı yazılmışdır. Buna görə də, o, "xxxx"ın 196 qaynar xəttinə zəng edərək bu barədə məlumat vermiş, onunla danışan əməkdaş 2000 manat pulun Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən, "xxxx"a məxsus bankomatdan həmin gün saat 15:55-də çıxarıldığını bildirmişdir. O, Elşənə zəng edib onun avtomobili ilə evə gəldiyini, başqa yerə getmədiyini, kartının kodunu da ondan başqa heç kimin bilmədiyini deyib kartından pulun onun çıxardığını demiş və pulunu geri qaytarmasını istəmişdir. Həmin pul onun uşağının əməliyyat pulu olmuşdur. Elşən kartı götürdüyünü etiraf etmədiyi üçün o, ertəsi günü Lənkəran ŞRPŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə günorta saatlarında “Bazarstore” mağazasından çıxıb Elşənin idarə etdiyi “Toyota prius” markalı avtomobillə yaşadığı evə gedərkən avtomobilin arxa salonunda kart cibindən düşmüş, Elşən kartı avtomobildə tapdıqdan sonra tanışı, Lənkəran şəhər sakini Müdafiəçi2 ilə birlikdə Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən "xxxx"a aid bankomatdan 2000 manat pulu çıxarmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2000 manat maddi ziyan dəymiş və hazırda ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər tərəfindən ona məxsus 5239 1517 9560 8937 nömrəli "xxxx" kartından çıxarılmış cəmi 2000 manat pul ona qaytarılmaqla, təqsirləndirilən şəxslər ona vurduqları maddi ziyan tam olaraq aradan qaldırmış və onunla razılıq əldə etmişlər. Onun hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərə ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında bildirdi ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir və həmin ifadəsində də qeyd etrmişdir ki, o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək "xxxx"a aid 5239-1517-2560-8937 nömrəli kart hesabından xx.xx.2024-cü il tarixdə 2000 manat pulun çıxarıldığını bildirmiş, kartdan pul vəsaitini çıxaran şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmin faktla bağlı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs kartından 2000 manat pulu Lənkəran rayon Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs2 və onun tanışı, Lənkəran şəhər sakini Müdafiəçi2 rayonun Hirkan qəsəbəsində yerləşən "xxxx"a aid bankomatdan çıxarmışlar. Belə ki, Hirkan qəsəbəsində “Xan” şadlıq sarayının yaxınlığında yerləşdirilmiş "xxxx"a aid bankomatın kənarında olan videomüşahidə kamerasının yaddaşında olan görüntüyə baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə saat 15:55-də başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə və şalvar olan kişi cinsinə aid şəxsin bankomata yaxınlaşaraq kartı bankomata daxil etdiyi və daha sonra hesabda olan pulları çıxarıb oradan yeriyərək uzaqlaşdığı məlum olmuşdur. Əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu “Toyota prius” markalı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvana apardıqdan sonra Zərərçəkmiş şəxs məxsus olan, avtomobilin arxa salonunda düşmüş bank kartını götürərək kart hesabında olan pulları çıxarıb aralarında bölmək barədə tanışı Müdafiəçi2 ilə razılığa gəlmişdir. Müdafiəçi2 də Təqsirləndirilən şəxs2 təklifini qəbul edib onunla birlikdə rayonun Hirkan qəsəbəsinə gedərək orada olan bankomatdan 2000 manat pulu çıxarmışdır. Pulu çıxardıqdan sonra Müdafiəçi2 plastik kartı sındıraraq atmışdır. Təqsirləndirilən şəxs2 bankomatda olan foto müşahidə kamerasına düşməmək üçün kartda olan pulları çıxarmasını Müdafiəçi2 xahiş etmiş, əldə edilmiş pullardan 200 manatını Müdafiəçi2 vermişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri Qala Xiyabanı ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilib aidiyyəti üzrə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Bakı şəhərində olan Müdafiəçi2 əvvəlcə istintaqdan yayınsa da, aparılmış profilaktiki söhbətlər nəticəsində xx.xx.2024-cü il tarixdə onun da istintaqa təqdim edilməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 cinayət əməli törətmələri özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidin ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Lənkəran ŞRPŞ-nə müraciət edərək özünə məxsus, "xxxx"a aid olan 5239 1517 9560 8937 nömrəli kartından xx.xx.2024-cü il tarixdə 2000 manat pul çıxarıldığını bildirərək pulu çıxaran şəxsin şəxsiyyətinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 17:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Müdafiəçi2 xx.xx.2024-cü il tarixdə saat 12:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Aqşin Axundovun “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 13:00-da saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Aqşin Axundovun “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 həmin tarixdə saat 19:00-da saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(089)-272/2024 nömrəli hökmündən və Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məlumatından müəyyən edilir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 xx.xx.2014-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş və 5 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasının müddəti bitdiyi üçün xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Həmin hökm üzrə onun məhkumluğu ödənilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 927 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 936 nömrəli rəyindən görünür ki, Müdafiəçi2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3772 və 3773 nömrəli nömrəli arayışlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Məmmədli X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildirlər. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Sütəmurdov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 430 və 431 nömrəli arayışlardan müəyyən edilir ki, təqsirləndirilən şəxs Əskərov X3 rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda valideynləri və qardaşı ilə birgə yaşayır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Sütəmurdov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir ərizə və ya şikayət daxil olmamışdır və o, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Lənkəran şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1155 nömrəli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Məmmədli X2 şəhəri H.Həbibov küçəsi ev 6-da qeydiyyatda olmaqla həmin ünvanda valideynləri, qardaşı və bacısı ilə birgə yaşayır. İş materiallarında olan Lənkəran şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır və o, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən “Xan” şadlıq sarayının yaxınlığında quraşdırılmış videomüşahidə kamerasından götürülmüş videogörüntünün olduğu 1 ədəd CD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut qismində tanınmışdır. İş materiallarında olan “CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş CD diskdən müəyyən edilir ki, diskdə “VİD-20240927-WA0005” adlı fayldakı görüntünün 00:06 dəqiqəsində, saat 15:54-də üzərində qara rəngli gödəkcə və papaq olan kişi cinsinə aid bir şəxs Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən “Xan” şadlıq sarayının sol tərəfində quraşdırılmış bankomata piyada yaxınlaşaraq plastik kartı bankomata daxil edib əməliyyat aparır və görüntünün 01:05 dəqiqəsində, saat 15:55-də həmin şəxs bankomatdan pulu çıxarıb cibinə qoyaraq avtomobil yoluna tərəf piyada gedir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş, Zərərçəkmiş şəxs aid bank hesabı üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edən ödəniş kartı üzrə xx.xx.2024-cü il tarixli çıxarışdan və CD diskdə olan videogörüntüdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus olan bank kartı hesabından xx.xx.2024-cü il tarixdə saat 15:55-də 2000 manat pul çıxarılmış, təqsirləndirilən şəxs Müdafiəçi2 həmin vəsaiti bankomatdan çıxararkən onun görüntüləri qeydə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, həmçinin, məhkəmə prosesində təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 ilə barışmışdır, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur, onlara ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların törətdikləri cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 zərərçəkmiş şəxsə vurduqları maddi ziyanı könüllü olaraq tamamilə ödəməklə, onunla barışmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Müdafiəçi2 əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs olmaqla, hazırki cinayəti törədərkən məhkumluğu ödnilməmiş olsa da, əvvəlki cinayət əməli qəsdən deyil, ehtiyatsızlıqdan törədildiyinə görə onun hazırki cinayət əməli cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 törətdikləri cinayət əməlində onların cəzalarını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onların törətdikləri cinayət əməllərini etiraf edib həmin əməllərin ictimai təhlükəliliyini, özləri və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətlərini dərk edərək səmimi peşman olmalarını nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 törətdikləri cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 17:30-dan xx.xx.2024-cü il tarixdə saat 13:00-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 gün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Müdafiəçi2 xx.xx.2024-cü il tarixdə saat 12:00-dan xx.xx.2024-cü il tarixdə saat 19:00-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 gün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzanın çəkilməsinin başlanğıcı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - cəmi 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 17:30-dan xx.xx.2024-cü il tarixdə saat 13:00-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 gün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Müdafiəçi2 xx.xx.2024-cü il tarixdə saat 12:00-dan xx.xx.2024-cü il tarixdə saat 19:00-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 gün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxs Müdafiəçi2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Müdafiəçi2 üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Lənkəran şəhəri H.Həbibov küçəsi ev 6 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs Müdafiəçi2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Müdafiəçi2 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs Müdafiəçi2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs Müdafiəçi2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 qeydiyyatda olduğu yer üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - cəmi 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia tələbi və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar