Məhkəmə qərarları › İş №1(049)-411/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-411/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-411/2023 13.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Ağababa oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Liman şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-nın 9.6-cı bəndində nəzərdə tutulmuş “qadağan olunmuş ov alətlərinin tətbiqinə yol verilməməsi”, eləcə də, həmin qaydalara əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması” tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində X3 rayonu, Liman şəhəri istiqamətinə gələrək özünə məxsus sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr, gözlərinin ölçüləri 45x45 mm olan 1 ədəd tordan istifadə etməklə xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrinədək olan müddət ərzində qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərmələr”də qeyd olunmuş cədvələ əsasən hər birinin qiyməti 22 (iyirmi iki) manat təşkil edən 50 ədəd karp balıqlarını xeyli miqdarda, yəni 1100 (bir min yüz) manat ziyan vurmaqla qanunsuz tutmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, 14 avqust 2023-cü il tarixdə saat 21 radələrində balıq tutmaq məqsədi ilə X3 rayonunun Liman şəhəri istiqamətində yerləşən sahilinə gəlmiş və orada 1 ədəd kombinizondan istifadə edərək özünə məxsus olan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr gözlərinin ölçüləri 45х45 mm olan 1 ədəd toru dənizdə qurmuşdur. Səhərisi gün, yəni 15 avqust 2023-cü il tarixdə təxminən saat 06-07 radələrində qurduğu toru yığmaqdan ötrü X3 rayonunun, Liman şəhəri istiqamətində yerləşən sahilinə gələrək 1 ədəd kombinizonu geyinərək dənizə girib qurduğu toru yığmağa başlamışdır. Təxminən 30-40 dəqiqə ərzində qurduğu toru sudan yığaraq sahilə tərəf getmişdir. O, dənizdən sahilə çıxan zaman 3-4 nəfər polis geyimdə və 1 nəfər isə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Xəzər dənizində balıq ovlamaq üçün rəsmi icazəsinin olub olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs sоrğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Xəzər dənizində balıq tutmaq üçün rəsmi icazəsi yoxdur, ailəsinə qida əldə etmək üçün Xəzər dənizinə icazəsiz daxil olaraq balıq ovu etmişdir. Bundan sonra polis əməkdaşları ona məxsus olan balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr, gözlərinin ölçüsü 45х45 mm. olan 1 ədəd toru, və həmin tor vasitəsi ilə ovladığı balıqlar ilə birlikdə Lənkəran XPŞ-nə aparmış, orada onlara baxış keçirilmiş və polis şöbəsində balıqları sayarkən məlum olmuşdur ki, 50 ədəd balıq ovlamışdır. Bundan sonra bu barədə protokol tərtib olunaraq, videokameraya çəkilmiş, tərtib olunmuş protokola imza etmişdir. Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr, gözlərinin ölçüsü 45х45 mm, olan 1 ədəd toru və həmin tor vasitəsi ilə qanunsuz tutduğu 50 ədəd balıq maddi subut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs Lənkəran XPŞ-də bildirmişdir ki, Xəzər dənizində torla balıq tutmaq üçün onun rəsmi icazəsi yoxdur və heç bir vaxt olmamışdır. Rəsmi icazə olmadan Xəzər dənizidə jilka adlandırılan sintetik sapdan toxunmuş torla balıq tutmanın qadağan edildiyini, yəni bunun qanun pozuntusu olduğunu bilmişdir. Lakin başqa çıxış yolunun olmadığına görə, ailəsinii dolandırmaqdan ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, o balıqları tutmaqda məqsədi ailəsinin qida təminatını ödəmək olmuşdur. Daha sonra 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına Lənkərançayda olan torların çıxarılmasına yaxından iştirak etmiş və onlara köməklik göstərmişdir. Bundan başqa vurulmuş maddi ziyandan 500 manatını da ödəmişdir. Buna görə də barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə Ağababa oğlu ifadəsində göstərmişdir ki, o, ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssis vəzifəsində işləyir. 25 avqust 2023-cü il tarixdə Lənkəran XPŞ-də qəbul edilmiş qərar əsasında zərərçəkmiş şəxs və 3 sentyabr 2023-cü il tarixdə isə mülki iddiaçı qismində tanınmış ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, yəni zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Ona nümayəndə kimi bütün hüquq və vəzifələrim izah olunmuş, işdə iştirak edən şəxslər barədə məlumat almış, heç kimə etirazım olmamışdır.xx.xx.2023-cü il tarixdə təxminən saat 08.00-da Su NPİ-nin Lənkəran XPŞ-nin və ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsin əməkdaşlarının X3 rayonu, Liman şəhəri istiqamətində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs X3 rayonu, Liman şəhəri istiqamətində jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr olan 1 ədəd tor vasitəsi ilə qanunsuz 50 ədəd karp balığı balıqlarını tutub, X3 rayonu, Liman şəhəri istiqamətində dənizin su sahəsindən çıxarkən Su NPİ-nin Lənkəran XPŞ-nin və ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq şərti maliyyə vahidinin (1 ədəd karp 2,20 man) olmaqla 10 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd karp balığına görə ziyanın məbləği 22,0 manat, təşkil etdiyindən 50 ədəd karp balığı (50 ədəd x 22 manat=1100 manat) ümumilikdə dəymiş ziyan 1100 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs çıxışında Təqsirləndirilən şəxs 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına Lənkərançayda olan torların çıxarılmasına yaxından iştirak etmiş və onlara köməklik göstərmişdir. Dəymiş 1100 manat ziyandan 500 manat ödənilmiş, 600 manat ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 avqust 2023-cü il tarixdə təxminən saat 08 radələrində Su nəqliyyatında polis idarəsinin Lənkəran xətt polis şöbəsinin və ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə X3 rayonunun, Liman şəhəri istiqamətində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1977-ci il təvəllüdlü, Lənkəran rayonun, Liman şəhər sakini Təqsirləndirilən şəxs jilka adlandırılan sintetik sapla toxunmuş torla balıq tutarkən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs, jilka adlandırılan sintetik sapla toxunmuş 1 ədəd tor, 1 ədəd konbinizon və 50 ədəd karp balığı balıqları aşkar edilərərk maddi sübut kimi götürülərək sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞ-nə gətirilmişdir. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etmək məqsədi ilə balıqovlama biletinin olmadığını biləbilə X3 rayonunun, Liman şəhəri istiqamətində istifadəsi qadağan edilmiş jilka adlandırılan sintetik sapla toxunmuş tor vasitəsi ilə həmin 50 ədəd karp balığı balıqlarını rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, X3 rayonu Liman şəhəri istiqamətində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan balıqları qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq “Samsung” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 15 avqust 2023-cü il tarixdə təxminən saat 08 radələrində Su nəqliyyatında polis idarəsinin Lənkəran xətt polis şöbəsinin və ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə X3 rayonunun, Liman şəhəri istiqamətində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1977-ci il təvəllüdlü, Lənkəran rayonun, Liman şəhər sakini Təqsirləndirilən şəxs jilka adlandırılan sintetik sapla toxunmuş torla balıq tutarkən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs, jilka adlandırılan sintetik sapla toxunmuş 1 ədəd tor, 1 ədəd konbinizon və 50 ədəd karp balığı balıqları aşkar edilərərk maddi sübut kimi götürülərək sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞ-nə gətirilmişdir. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etmək məqsədi ilə balıqovlama biletinin olmadığını biləbilə X3 rayonunun, Liman şəhəri istiqamətində istifadəsi qadağan edilmiş jilka adlandırılan sintetik sapla toxunmuş tor vasitəsi ilə həmin 50 ədəd karp balığı balıqlarını rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, X3 rayonu Liman şəhəri istiqamətində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan balıqları qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq “Samsung” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş: Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Lənkəran XPŞ-nin məsul növbətçisi polis mayoru İlkin Əliyev tərəfindən keçirilən baxış zamanı Təqsirləndirilən şəxs jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr, gözlərinin ölçüsü 45х45 mm olan 1 ədəd tor, 50 ədəd karp balıqları aşkar edilərək götürülmüşdür. Baxış Samsung markalı videokamera vasitəsi ilə keçirilmiş və DVD diskə köçürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr, gözlərinin ölçüləri 45x45 mm olan 1 ədəd tor vasitəsi ilə ovlanmış balıqlar 50 ədəd karp balığı balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq şərti maliyyə vahidinin (1 ədəd karp balığı 2,20 man) olmaqla 10 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd karp balığı balığlarına görə ziyanın məbləği 22,0 manat, təşkil etdiyindən 50 ədəd karp balığı (50 ədəd x 22 manat=1100 manat) ümumilikdə dəymiş ziyan 1100 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-668/2023 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Maddi sübut qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilən jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr, gözlərinin ölçüsü 45х45 mm olan 1 ədəd tor, 50 ədəd karp balıqları və 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, 50 ədəd karp balıqlarının tez xarab olan ərzaq malı hesab edildiyi üçün "xxxx" MMC-nə təhvil verilməsi və balıqovlama vasitəsi hesab edilən jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr, gözlərinin ölçüsü 45х45 mm olan 1 ədəd tor Lənkəran XPŞ-də saxlanılması nəzərə alınmış və 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsində görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixli hökmlə CM-nin 256.3-cü maddəsi ilə şərti maliyə vahidinin 1200 minsli miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Məhkumluğu yoxdur. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Rzayev X2 rayonu, Liman şəhərində yaşayır. ailə üzvləri, həyat yoldaşı - X1, övladları - X6, X4 və X7 ilə birlikdə Lənkəran rayonu, Liman şəhərində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnnun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Kapitalbank ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 500 manat məbləğində pul vəsaiti 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsf edilmişdir. CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə iş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş istintaq hərəkətlərinə dair protokollarla tam təsdiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü maddəsinə, əməlindən səmimi peşmanlıq hissi keçirməsi, ailənin yeganə gəlir gətirən şəxsi olması, yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin onun əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində ictimai işləri cəzası təyin edilməsini və onun üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Belə ki, CM-nin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. CM-nin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxsnnun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş ziyana görə 600 manat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş balıqların satışından əldə olunmuş vəsaitin dövlət nəfinə köçürülməsi "xxxx" MMC-yə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran xətt polis şöbəsində saxlanılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr, gözlərinin ölçüləri 45x45 mm olan 1 ədəd torun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, 50 ədəd karp balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi balıqların təhvil verildiyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, baxış keçirilməsi ilə əlaqədar aparılmış videogörüntülər olan 01 ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətdilməsində təqsirli bilinərək, barəsində 260 saat ictimai işlər cəzası təyin edilsin və onun üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs ictimai işlər cəzasının icrası yeri üzə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnnun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 600 manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (AZ02CTRE ******************** VÖEN **********, Təsnifat kodu: 142582; Səviyyə kodu 3) köçürülsün. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş 50 ədəd karp balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi balıqların təhvil verildiyi "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran xətt polis şöbəsində saxlanılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 17 metr, eni 2.35 metr, gözlərinin ölçüsü 45х45 mm olan 1 ədəd torun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin və 01 ədəd DVD disk iş materiallarına saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar