Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-413/2023 06.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 13:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X6, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1983-cü il tarixdə Astara rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CMnin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində CM-nin 76-cı maddəsi tətbiq edilərək çəkilməmiş 10 ay 2 gün azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Səpnəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu Səpnəkəran kəndində qananası Şahid2 evində arvadı Zərərçəkmiş şəxs arasında qısqanclıq zəminində, yəni qananası Şahid2 evində qonaq olan Şahid1 görərək sonuncuya arvadı Zərərçəkmiş şəxs qısqanıb Zöhrəyə birlikdə evə qayıtmalarını dedikdə Zöhrə gəlməyəcəyini bildirməsi üstündə baş vermiş mübahisə zamanı həmin otaqda masa üzərində olan bir neçə şüşə stakanları bir-bir götürüb qəsdən Zərərçəkmiş şəxs baş nahiyyəsinə vurub sındırmaqla ona başın ənsə, alın, sağ alın-gicgah-almacıq, sağ gözaltı, burun nahiyyəlrində kəsilmiş yaralar, sağ göz qapaqları-gözaltı nahiyyəsində qançır, sağ göz almasına yaılmış qansızmadan ibarət və dərəcəsinə görə sağlamlığını qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun arvadıdır. Zöhrə ilə 2010-cu ildə rəsmi ailə həyatı qurmuş və birgə nigahdan bir oğlu dünyaya gəlmiş, hazırda oğlu Yunusun doqquz yaşı vardır. Arvadı Zöhrə ilə ər-arvad kimi münasibətləri normaldır, aralarında hər hansı ədavət və ya dühmənçilik olmamışdır. 13 sentyabr 2023-cü il tarixdə axşam saat 20 radələrində yaşadığı evdə tərkibində spirt olan «QO» içkisi içmiş, həmin vaxt arvadı Zöhrə qonşuluqda yaşayan anası Sonanın yəni qaynanasının evinə getmişdir. Arvadı Zöhrə yaşadığı evə qayıtmadığı üçün onu çağırmaqdan ötrü saat 21 radələrində qaynanası Sonanın evinə getmiş və evə daxil olduqda adını bilmədiyi üzdən tanıdığı Lənkəran rayonundan olan 45- 50 yaşlı bir kişi, evdə xəstə olan balduzu İndiranın kürəyinə zərbələr vuraraq nəsə dua oxuduğunu görmüşdür. Bu zaman arvadı Zöhrədən həmin kişinin kim olduğunu soruşanda Zöhrə cavabında həmin kişi «cin çıxarmaqla» məşqul olduğunu deyəndə o, qısqandığı üçün arvadı Zöhrəni yaşadığı evə çağırmış, lakin Zöhrə bacısı xəstə olduğu üçün biraz gec gələcəyini deyəndə o, buna görə əsəbləşib həmin vaxtı yaxınlıqda olan stolun üstündə olan bir neçə stakanları bir-bir götürüb arvadı Zöhrənin başına çırparaq stakanları Zöhrənin başında sındırmış, Zöhrəninin başından qan axmağa başlamış, buna görə həmin vaxtı qaynanası Sona və həmin evə gələn bacanağı Cavid onu evdən qovmuşlar. Evdən həyətə çıxanda görmüşdür ki, bacanağı Cavid 102-xidmətinə bu barədə məlumat vermiş, buna görə evə polis əməkdaşlarının gələcəyini bilərək qaçıb gizlənmişdir. Polis əməkdaşları qaynanası Sonanın evində olarkən o da peşman olduğu üçün qaynanasının evinə gedib arvadı Zöhrədən və qaynanası Sonadan üzr istədikdə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, əməlıindən peşimandır, zərərçəkmiş şəxslə barışmışdır, bir daha belə hallara yol verməyəcəkdir. Buna görə də barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, o, X2 ilə rəsmi ailə həyatı qurmuş, Şahəddin ilə ailə həyatı qurandan bəri onunla bir evdə yəni Lənkəran rayonu Səpnəkəran kəndində ona məxsus evdə yaşayırlar. Birgə nigahdan bir övladları dünyaya gəlmişdir. Oğlu Yunus 2015-ci il təvəllüdlüdür. Əri Şahəddin ilə əvvəllər münasibətləri normal olsa da, sonradan əri Şahəddin narkotik vasitələr qəbul edərək narkotika qurşandığı üçün mütəmadi aralarında mübahisləri yaranmışdır. 09 sentyabr 2023-cü il tarixdə əri Şahəddin şərti azadlığa buraxılıb yaşadığı evə qayıtmışdır. Yaşadığı evə qayıtdıqdan sonra o, hər gün spirtli içkilər içərək sərxoş olub mübahislər yaranmışdır. 13 sentabr 2023-cü il tarixdə axşam saat 18 radələrində o, yaşadığı evdən çıxıb qonşuluqda yaşayan anası Sonanın evinə getmişdir. Çünki xəstə olan bacısı İndira orada olmuş və o, anasının evində olarkən həmin vaxt kiçik qardaşı Arifin dostu olan Bayram adlı şəxs onlara gəlib və anasının evində olarkən saat 21 radələrində bacısı İndiranın halı pisləşdiyi üçün Bayram və o, cümlədən o, bacısı İndiranın kürəyinə onu ayıltmaq üçün sillə zərbəsi vurarkən bu zaman sərxoş vəziyyətdə əri Şahəddin oraya gəlib onu Bayrama qısqanıb ona «gəl gedək evə» sözlərini deyəndə o, getmək istəməmiş və bundan əsəbləşən Şahəddin həmin vaxtı onu söyərək otaqda stolu üstündə olan bir neçə stakanı bir-bir götürüb başına zərbələr vuraraq stəkanları başında sındırmış, aldığı zərbələr nəticəsində başından və sağ gözündən qan axmağa başlamış, anası Sona bunu görüb əri Şahəddini evdən qovmuş, bacısı yoldaşı Cavidə xəstə olan bacısı İndira zəng edib evə çağırmış, Cavid yaxında yaşadığı üçün tez anasının evinə gəlmiş, həmin vaxtı əri Şahəddin yaşadığı evdən çıxıb qaçıb getmişdir. Cavid məsələdən agah olub 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir neçə dəqiqə keçəndən sonra anası evinə həm təcili tibbi yardım həmdə polis əməkdaşları gəlmiş və onu Lənkəran RMX-na aparmışlar. Xəstəxanada ona tibbi yardım göstəriləndən sonra o, Lənkəran ŞRPŞ-nə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Mübahisə anası Sonanın evində baş verməklə təxminən 3-5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, o, məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdığnı, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini bildirmiş və Şahəddinə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ən aşağı cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Səpnəkəran kəndində özünə məxsus fərdi yaşayış evində hazırda tək yaşayır. Təqsirləndirilən şəxs onun üçüncü qızı Zərərçəkmiş şəxs əridir. Şahəddin keçən il cinayət törətdiyi üçün azadlıqdan məhrum edilmiş və 09 sentyabr 2023-cü il tarixdə şərti azadlığa buraxılıb yaşadığı evə qayıtmışdır. Onun yeznəsi Şahəddinlə münasibətləri normal olmuş aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 13 sentyabr 2023-cü il tarixdə kiçik qızı İndirə xəstə olduğu üçün İndirəni öz evinə gətirmişdir. İndirəyə görə tanışı Bayram onların evinə qonaq gəlmişdir. Həmin gün saat 21 radələrində qonşuluqda yaşayan qızı Zöhrə onun yaşadığı evdə olarknə İndirənin halı pisləşmiş və Zöhrə Bayram ilə birlikdə İndirənin kürəyinə zərbə vururmuşlar ki, ayılsın bu zaman evə Zöhrənin əri Şahəddin girmiş və Zöhrədən onunla yaşadıqları evə qayıtmasını istəmiş, Zöhrə gəlmədiyi üçün Şahəddin əsəbləşib otaqda stolun üstündə olan stakanları bir-bir götürüb Zöhrənin başına vurmuş, nəticədə Zöhrənin başından qan açılıb axmağa başlamış, o, buna görə Şahəddinin başına qışqırıb onu yaşadığı evdən qovaraq qızı Zöhrəni qucaqlayıb başını dəsmal ilə tutmuş ki, Zöhərinin qanı dayansın. Bu zaman xəstə qızı İndirə yeznəsi Cavidə zəng edib evə çağırmış və Cavid onun evinə gəldikdə Zöhrəninin başından axan qanın onun üzərinə axdığı görüb 102-xidmətinə sonra da təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra evlinə polis və tibbi yardım avtomobilləri gəlmişdir, qızı Zöhrəni xəstəxanaya aparmışlar. Sonradan Zöhrənin əri Şahəddindən Lənkəran ŞRPŞ-nə ərizə ilə şikayət etdiyini bilmişdir. Mübahisə yaşadığı evin içində mətbəxdə baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı qızı Zöhrə və yeznəsi Şahəddindən başqa orada özü, qızı İndira, Bayram adlı tanışları və sonradan oraya gələn yeznəsi Cavidddən başqa heç kim olmamış, heç kimdə toplaşmamışdır. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında anası Ceyrana məxsus fərdi yaşayış evində yaşayır. O, qaynaqçılıqla məşqul olub pul qazanır. 13 seyntyabr 2023-cü il tarixdə saat 18 radələrində Lənkəran rayonu Səpnəkəran kəndində yaşayan tanıdığı Sona adlı qadın ona zəng edərək qızı İndirənin xəstə olduğunu demişdir. O, da Sonanın qızına baş çəkmək üçün bir taksiyə minib Sonanın evinə getmişdir. Həmin evə gedəndən sonra orada oturub ordan-burdan söhbət edərkən bu zaman İndirənin halı pisləşərək öskürməyə başlamışdır o, zənn etmişdir ki, boğazında nəsə qalıb ona görə də İndirəyə bacısı Zöhrə ilə birlikdə yaxınlaşıb kürəyinə əl ilə zəbə vurarknə Zöhrənin əri sonradan öyrəndiyi Şahəddin adlı şəxs evə daxil oldu və onun Zöhrə ilə birlikdə Sonanın xəstə qızı İndirənin belinə əli ilə çırpdığını görüb öz arvadı Zöhrə ona qısqanıb arvadına «dur gedək burdan» sözlərini dedikdə arvadı Zöhrə gəlmədiyinə görə əsəbləşib arvadı Zöhrəni söyərək sonra stolun üzərində olan stakanları bir-bir götürüb arvadı Zöhrənin başına vuraraq sındırmağa başladı. Zərbələrin təsirindən Zöhrənin başı qanlamış və qan axmağa başlamış, Sona yeznəsi Şahəddini evdən qovmuş, ondan sonra o, evdən çıxıb bir taksiyə minərək oradan uzaqlaşıb öz evinə qayıtmışdır. O, hər hansı dua orada oxumamışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 949 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- başın ənsə, alın, sağ alın-gicgah-almacıq, sağ gözaltı, burun nahiyyəlrində kəsilmiş yaralar, sağ göz qapaqları-gözaltı nahiyyəsində qançır, sağ göz almasına yaılmış qansızma aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən başın ənsə, alın, sağ alın-gicgah-almacıq, sağ gözaltı, burun nahiyyələrində kəsilmiş yaralar iti kənarlı və ya uclu alətin təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın təsirindən törənmişlər, aşkar edilmiş xəsarətlərşəxsin özünün göstərdiyi şəraitdə əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Hadisə yerinə baxış keçirilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Səpnəkəran kəndində baş vermişdir. Lənkəran ŞİHB-nın Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli Arayış və xasiyyətnamədən, elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X7 və övladı xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Lənkəran rayonu Səpnəkəran kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Məmmədov X3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində CM-nin 128-ci maddəsi ilə başlanılmış sadələşdirilmiş icraat materiallarına CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə (zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə) xitam verilmişdir. Bundan başqa, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə sasən CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 3 ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 2 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad edilən CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin təsdiqedici ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Sadalanan sübutlar cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin maddənin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Hazırki işin hallarından müəyyən olunur ki, əvvəllər də Lənkəran Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə sadələşdirilmiş material olmuş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq dəymiş ziyanı ödəsə də, CM-in 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs cinayət məsuliyyətindən bir dəfə azad edilə bildiyindən cinayət işi üzrə cinayət qaunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 73.2-ci maddəsi tətbiq edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hal himayəsində azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə, zərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı ödəməsini CM-nin 59.1.2-ci maddəsinə, törətdiyi əməli etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailənin qazanc gətirən şəxsi olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkumuluğu ödənilməmiş yenidən qəsdən cinayət törətmiş olsa da, CM-nin 18.4 və 83-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi nəzərə alınmamalıdır. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi CM-nin 128-ci maddəsinin sanksiyasında alternativ beş cəza növü müəyyən olunmuşdur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyətini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini, zərrəçəkmiş şəxslə barışmağa cəhd etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini sınaq müddətində törətdiyindən məhkəmə barəsində tətbiq edilmiş cəzadan vaxtından əvvəl şərti məhkum etmənin ləğv edilib-edilməməsi məsləsinə də qiymət verilməli olmasını zəruri hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 10 ay 02 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzanın çəkilməmiş hissəsi ərzində, yəni xx.xx.2023-cü il tarixdə CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6 və 76.6.2-ci maddələrinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum, ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin onun ailə üzvü, yəni arvadı olmasını, himayəsində 1 azyaşlı uşağının olamasını nəzərə alaraq hesab edir ki, hazırki halda Təqsirləndirilən şəxs təyin edilmiş çəkilməmiş qalan 10 ay 2 gün azadlıqdan məhrum etmə cəzasının şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv edilməsinə zərurət yoxdur. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərclərinin yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 9(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun: - yaşadığı Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-413/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-413/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver