Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-414/2023 27.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, yaşıllaşdırmada fəhlə işləyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 15 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının müddəti bitmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 27 oktyabr 2023-cü il tarixdə, 11.25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, psixatrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 19 iyul 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqla müəyyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi- 1,779 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 19 iyul 2023-cü il tarixdə, saat 21:30-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və sayda olan psixotrop maddə metamfetamin əynindəki şalvarının sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. 10 ildən çoxdur ki, narkotik vasitələridən istifadə edir. Həmin maddələri tələbatına görə hər gün zərdə çəkmək yolu ilə qəbul etmişdir. Əvvəllər bir neçə dəfə Azərbaycan Respublikasının CM-nın 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitə aldığı şəxsləri üzdən tanısa da, adlarını və yaşadığı ünvanları bilməmişdir. Narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul deyildir. Çox vaxt Lənkəran şəhəri, ərazisində tanımadığı şəxsələrdən həmin maddələri almışdır. 19 iyul 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxıb, metamfetamin almaqdan ötrü piyada şəkildə Lənkəran şəhəri, Böyük Bazar adlanan ərziyə getmiş və bu zaman həmin ərazidə əvvəllər də metamfetamin aldığı şəxsi küçədə görüb onunla salamlaşmışdır. Həmin şəxsdən şəxsi tələbatına görə təxminən bir qrama yaxın “şüşə”, yəni psixotrop metamfetminin ona satmasını istəmişdir. Bu zaman o, üzərindən 1 büküm çıxararaq təxminən 2 qrama yaxın metamfetamin olduğunu bildirib, ona 20 manata satacağını demişdir. O da cibindən 20 manat pulu çıxarıb ona verib 1 büküm metamfetamini almışdır. Sonra piyada Lənkəran şəhərində biraz gəzdikdən sonra yaşadığı evə getmişdir. Həmin tarixdə saat 21 radələrində aldığı metamfetamindən qəbul etmək üçün yaşadığı evdən çıxıb üzü Lənkəran şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb qolundan tutmuş və ona üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt, o, polis əməkdaşlarına tabe olmuş və onlarla birlikdə şöbəyə gəlmişdir. Polis şöbəsində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamini və şalvarının sol yan cibindən isə özünə məxsus mobil telefonunu təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və metamfetamin bükümünün ümumi çəkisinin 2,09 qram olması məlum olmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və üzərində o və müdafiəçisi tərəfındən imzalanmışdır. Üzərindən aşkar olunmuş metamfetaminin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini, ona qarşı hansısa qanunsuzluq edilmədiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini göstərmişdir. Əməlindən peşmandır. Bir daha narkotik vasitə qəbul etməyəcəyinə söz verir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı DVD diskdə olan videogörüntü ilə, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavab raportu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təqsdiq edir. İcraatına ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. 19 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Əliyev prospektində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, ona yaxınlaşaraq özülərinin polis əməkdaşı olduğunu təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini vacibliyini bildirmiş və onu Lənkəran şəhər rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla Lənkəran ŞRPŞ-ya gəlməyə razılaşmışdır. Polis şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olmuş şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisi 2,09 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənərək imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini saxlanlan günü Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamış, keçirilmiş əməliyyat tədbirləri zamanı onun üzərindən aşkar olunmuş metamfetamini əldə etmiş şəxsin kimliyini müəyyən etmək mümkün olmamadığını göstərmişdir. Məhkəmə iclasında Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olmuş şalvarın sağ yan cibindən 1 ədəd bükümdə psxiotrop maddə metamfetaminə bənzər şəffaf rəngli bükümü təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 1 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Məhəmməd Səfərlinin üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 iyul 2023-cü il tarixli 19/744 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,779 qram olan maddə ağ rəngli kristallardan ibraət olan maddə metamfetamindir.Tədqiqatdan sonra metamfetaminin qalığı 1,729 qram olmuşdur. Ekspertiza xərci 65 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2023-cü il tarixli, 735 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs - Lənkəran şəhəri, P.Təhməzov küçəsi ev 19, mənzil 6-da qeydiyyatda olan və yaşayan – Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəçisi, daşınması ilə məşğul olması barədə əməliyyat aparatına əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə məlumatları daxil olmamışdır. Aşkar edilmiş psixotrop maddə metamfetamini Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirsədə, keçirilmiş tədbirlər zamanı həmin vasitəni əldə etdiyi şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən, hökm və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr 04 dəfə məhkum olunmaqla, sonuncu dəfə xx.xx.2021-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respubliaksı Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 02 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan “maddi sübut hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, maddi sübutlar olan bir bükümdə qalıq çəkisi 1,729 qr olan psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nə təhvil verilmiş, şəxsi axtarışə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə iclasında müəyyən olundu ki, bu cinayət əməlindən əvvəl Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzadan azad edildiyi xx.xx.2022-ci il tarixdən 02 il keçməmişdir. Buna görə onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs müəyyən olunacaq cəza üç ilin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin son sözündə bundan sonra narkotik vasitələrin qəbuluna son qoyacağına söz verdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 1,729 qram olan psixatrop maddə-metamfetamin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 1,729 qram olan psixatrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №1(049)-414/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-414/2023
27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver