Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-416/2022 20.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1950-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şürük kəndində qeydiyyatda olanmaqla Lənkəran rayonu Türkəkəran kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə saat 21 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “VAZ 21043” minik markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Astara avtomobil yolunun Lənkəran rayonu Şürük kəndindən keçən hissəsində Lənkəran şəhər istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olduğu zaman yolu soldan sağa adi yerişlə keçən piyada X1 görüb, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini pozaraq, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbir görməli olduğu halda, bunu etmədən ehtiyatsızlıqdan avtomobilin qabaq orta hissəsi ilə piyadanı vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik yoğun bağırsağın zədələnməsi, daxili qanaxma, sağ qılça,sağ qasıq, sağ sirkə kasası, sümüklərinin qəlpəli sınıqları, hər iki oturaq sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları, İ-V bel fəqərələrinin transversal çıxıntının xətti yerdəyişməmiş sınıqları, İ oma fəqərə cisminin xətti yerdəyişməmiş sınığı, sol ayağın İ barmağı, sol əl, sol gözaltı, sağ gicgah nahiyyələrində əzilmiş yaralar, sol diz qapağı, alt çənə, sol qulaq seyvanı nahiyyələrində sıyrıqlar, sağ çanaq nahiyyəsində qançırlarından ibarət xəsarətlər alıb, qarının qapalı travması ilə əlaqədar yoğun bağırsağın zədələnməsi və daxili qanaxma nəticəsində 27 may 2022-ci il tarixdə müalicə olunduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanada ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Şürük kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Təqaüdçüdür. Təxminən 2004-cü ildə oğlu Namiq Həsənovun adına olan, etibarnamə əsasında «VAZ 21043» markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını “BC” serialı sürücülük vəsiqəsi ilə idarə edir. Heç bir xəstəlikdən əziyyət çəkmir. 25 mart 2022-ci il tarixdə saat 21 radələrində evdən çıxıb avtomobilinə yanacaq almaq üçün Lənkəran şəhərinə getmək istəmişdir. Avtomobildə tək olmuşdur. Avtomobilə yanacaq almaq üçün Lənkəran şəhər istiqamətinə hərəkət etmişdir. Sürəti saatda 40-50 km olmuşdur. Lənkəran rayon Şürük kəndi ərazisində yolun kənarında yerləşən təndirxananın qarşısında saatda 40-50 km sürətlə hərəkətdə olarkən qarşıda yolun sağ ehtiyat hissəsindən adını bilmədiyi bir şəxs idarə etdiyi avtomaşının qarşısına çıxmışdır. Həmin piyada yolun sol tərəfindən sağ tərəfinə keçmək istəmişdir. Piyada adi yerişlərlə yerimişdir. Həmin şəxsi avtomaşınının tən ön hissəsi ilə vurandan sonra avtomaşını saxlamışdır. Həmin an kənd çayxanasından adını bilmədiyi cavan uşaqlar çıxıb hadisə yerinə gəlmişlər və onların köməkliyi ilə vurduğu piyadanı idarə etdiyi avtomobilin arxasına əyləşdirmişdir. Piyadanın evi hadisə yerinə yaxın olduğu üçün onun oğlu və bir qadın avtomobilə əyləşib birlikdə Lənkəran rayonu Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada sonradan adını bildiyi Zərərçəkmiş şəxs həkimlərə təhvil vermişlər. Həkimlər tərəfindən Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş, müayinə olunduqdan sonra dəqiq xəsarəti barədə məlumat bildirmişlər. Səhəri gün Zərərçəkmiş şəxs həkimlər tərəfindən müayinə olunduqdan sonra sonuncunun sağ bud hissəsi sınması onlara məlum olmuşdur. Zərərçəkmiş şəxs bütün xəstəxana xərclərini ölən gününə qədər ödəmişdir. 26 may 2022-ci il tarixdə gecə vaxtı xəstəxanadan çıxıb öz evinə getmişdir. Gecə Zərərçəkmiş şəxs Cövdət adlı oğlu onun yanında qalmışdır. 27 may 2022-ci il tarixdə səhər saat 08 radələrində arvadı Şərqiyyə ona evə zəng olunaraq Solmazın xəstəxanada öldüyünü bildirməsini dedikdə həyəcanlı vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada ona Zərərçəkmiş şəxs öldükdən sonra təcili yardım avtomobili ilə evlərinə aparıldığını öyərmişdir. Zərərçəkmiş şəxs evinə getmişdir. Sonradan oraya polis əməkdaşları gəlmişlər, Zərərçəkmiş şəxs müayinə olunmasından ötrü meyitini ekspertizaya aparmışlar. Təqsirləndirilən şəxs son sözündə həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin ahıl olmasını nəzərə alaraq, məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu Şürük kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə həmin kənddə yaşayır. Fərdi əməklə məşğul olub dolanır. Ailəlidir, iki uşağı vardır. Mərhum anası Səfərova X2 rayonu Tütəpeştə kəndində qeydiyyatda olsa da, onunla birlikdə Lənkəran rayonu Şürük kəndində yaşamışdır. Evlərinin qarşısında təndirxana var, Zərərçəkmiş şəxs həmin təndirxanada işləyən Əntiqədən hər gün təndir çörəyi alıb evə gəlmişdir. 25 mart 2022-ci il tarixdə saat 21 radələrində anası Solmaz səhər yeməyinə çörək almaq məqsədi ilə evdən çıxıb təndir yerinə gedən zaman evdə olmuşdur. Təxminən beş-altı dəqiqə sonra küçədən toqquşma səsi eşitmiş və iki avtomobilin toqquşduğunu düşünüb cəld küçəyə çıxmışdır. Küçədə adamların ona qəribə baxdığını görəndə nə baş verdiyini soruşmuşdur. Ətrafa baxanda anasının yerdə uzanılı vəziyyətdə olmaqla tanımadığı şəxslər anasına yardım etdiyini görmüş, həmin vaxt arvadı Aysel də hadisə yerinə gəlmişdir. Anasını avtomobil ilə vurmuş Etibar ilə birlikdə köməkləşib Etibarın avtomobilinə arxa oturacağa uzadıb və özü də anasının yanında oturmuşlar. Aysel isə ön oturacaqda əyləşmiş, avtomobili isə Etibar idarə edərək Lənkəran rayon Mərkəzi xəstəxanasına aparmışlar. Solmaz xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəxanaya gedən vaxt anasının Lənkəran rayonu Şürük kəndində yolu keçmək istəyən zaman Etibar Rzayev idarə etdiyi “VAZ 21043” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğu ona məlum olmuşdur. Solmazın bədəni üzərində çoxlu sayda xəsarətlər və sınıqlar olmuşdur. Həkimlərin səylərinə baxmayaraq Zərərçəkmiş şəxs Lənkəran rayon mərkəzi xəstəxanasında aldığı xəsarətlərdən 27 may 2022-ci il tarixdə vəfat etmişdir. Təqsirləndirilən şəxs tərəfindən mərhumun bütün xəstəxana xərcləri ödənilmişdir. Halhazırda ona dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Etibar Rzayevlə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs qayınanasıdır. 25 mart 2022-ci il tarixdə saat 21 radələrində qayınanası Solmaz səhər yeməyinə çörək almaq məqsədi ilə evdən çıxıb təndir yerinə getmişdir. Həmin vaxt o və əri Sadiq evdə olmuşdur. Təxminən beş-altı dəqiqə sonra, küçədən toqquşma səsi eşitmiş və iki avtomobilin toqquşduğunu düşünüb cəld küçəyə çıxmışlar. Küçəyə çıxanda, qayınanasının yerdə uzandığını və tanımadığı şəxslərin qayınanasına yardım etdiklərini görmüşlər. X7 avtomobil ilə vurmuş Etibar ilə birlikdə köməkləşib Etibarın avtomobilinə arxa oturacağa uzatmış, Sadiq arxa oturacaqda anasının yanında, o isə ön oturacaqda əyləşmiş, avtomobili isə Etibar idarə edərək Lənkəran rayon Mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanaya gedən vaxt Solmazın Lənkəran rayonu Şürük kəndində yolu keçmək istəyən zaman Etibar Rzayev idarə etdiyi “VAZ 21043” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğu məlum olmuşdur. Solmaz xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bədəni üzrərində çoxlu sayda xəsarətlər və sınıqlar olmuşdur. Həkimlərin səylərinə baxmayaraq qayınanasına Lənkəran rayon mərkəzi xəstəxanasında aldığı xəsarətlərdən 27 may 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə istintaqında şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş: Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17 iyun 2022-ci il tarixli, 8/1436 saylı rəyində göstərilmişdir ki, “VAZ 21043” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 27 may 2022-ci il tarixli 18 saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər – yoğun bağırsağın zədələnməsi, daxili qanaxma, sağ qılça, sağ qasıq, sağ sirkə kasası sümüklərinin qəlpəli sınıqları, hər iki oturaq sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları, İ-V bel fəqərələrinin transversal çıxıntının xətti yerdəyişməmiş sınıqları, İ oma fəqərə cisminin xətti yerdəyişməmiş sınığı, sol ayağın ı barmağı, sol əl, sol gözaltı, sağ gicgahnahiyyələrində əzilmiş yaralar, sol diz qapağı, alt çənə, sol qulaq seyvanı nahiyyələrində sıyrıqlar, sağ çanaq nahiyyəsində qaqnçır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi qarının qapalı travması ilə əlaqədar yoğun bağırsağın zədələnməsi və daxili qanaxma olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə Lənkəran rayon Mərkəzi xəstəxanasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Hadisə yerinə baxış keçirilməsi haqqında 26 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Lənkəran-Astara avtomobil yolunun Lənkəran rayonu Şürük kəndindən keçən hissəsində baş vermişdir. Avtomobilə baxış keçirilməsi haqqında 26 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus idarə etdiyi “VAZ 21043” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 25 mart 2022-ci il tarixli, 476 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:22-də ayıq vəziyyətdə olmuşdur. “BC” 350692 saylı seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “BCE” kateqoriyalı BC-350692 saylı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququndan məhrum olunması və məhdudlaşdırılması il bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 15 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21043” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınaraq saxlanması üçün Təqsirləndirilən şəxs verilmişdir. Lənkəran ŞİHB-nın Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Lənkəran rayonu, Türkəkəran kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş maddi və mənəvi ziyan tərəfindən tam şəkildə ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1ci hissəsinə görə, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırmaqla onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması CM-nin 59.1.11-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirini etiraf etməsi, tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsi, ahıl olması, CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas olmasa da, CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Qədir Cəfərov CM-nin 56.1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi “VAZ 21043” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut “VAZ 21043” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfləri 85 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-416/2022
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-416/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver