Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-416/2023 27.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat: 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azarbaycanlı, subay, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində amnistiya aktı tətbiq edilərək çəkilməmiş cəzası 6 ay azaldılmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə 1 ay 29 gün müddət vaxtından əvvəl azadlıqdan şərti olaraq azad olunmuş və xx.xx.2023-cü ildə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri Şeyx Zahid küçəsi ev 12 qeydiyyatda olmaqla yaşamış və barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında Lənkəran şəhərində satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,266 qram, 0,101 qram, 0,219 qram, 0,134 qram ümumi təmiz çəkisi 0,720 qram olan ağ rəngli kristallardan ibarət olan, xarici görünüşlərinə və kimyəvi komponenet tərkiblərinə görə eyni olan psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 22 iyul 2023-cü il tarixdə saat 16:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Füzuli küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofanda olan 4 ədəd sellofan bükümlərin içərisində həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir ki, narktotik vasitə qəbul edir. Hərdən heroin hərdən də metamfetamin qəbul edir. O metamfetamini qızdırıb tüstüsünü çəkməklə qəbul edir. O həbsdən azad edildikdən bir müddət sonra psixotrop maddə qəbul etməsə də lakin sonradan yenidən qəbul etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə, üzdən tanıdığı, adını və ünvanını bimədiyi şəxsdən 30 manata 4 ədəd bükümdə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin metamfetamini qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 16:00 da Lənkəran şəhəri Füzuli küçəsi ilə piyada evinə tərəf gedərkən ona mülki geyimdə 3 nəfər şəxs yaxınlaşmışdır. Onlar özlərinin təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək, onu Lənkəran polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt əynində olan şalvarının sağ yan cibində saxladığı 4 ədəd bükümü təqdim edərək içərisində metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçısı həmin bükümlərin içərisinə baxış keçirildikdə bükümün içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Üzərində aşkar olunmuş həmin bükümdə olan metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildikdə bükümün çəkisi 1,12 qram olmuşdur. Onunla bu barədə sorğu sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş kütlənin metamfetamin olduğunu və özünə məxsus olduğunu, bir neçə saat bundan öncə Lənkəran şəhər Böyük bazar adlanan ərazidə, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin metamfetamin bükümləri zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişlər. Etdiyi əməldən çox peşman olmuşdur. O psixotrop maddə metamfetamini tutulduğu gün Böyük bazar adlanan ərazinin yaxınlığında üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 30 manata almışdır. Bildirir ki, istifadəsində heç bir mobil nömrə yoxdur, həmin şəxsin istifadə etdiyi mobil nömrənidə bilmir. Onun harada yaşaması barədə heç bir məlumatı yoxdur. Əldə etdiyi psixotrop maddə metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 22 iyul 2023-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq aldıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna bölmənin əməliyyat müvəkkilləri Şahid2 və Əlvan Məstiyevdə cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra həmin gün gündüz saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Həmin gün saat 16:00-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri Füzuli küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Emil Baxışov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra CAB-nin əməliyyat müvəkkili Əlvan Məstiyev tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sağ yan cibindən çıxartdığı 4 ədəd sellofan bükümü təqdim edərək içərisində metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfində həmin bükümlərə baxış keçirildikdə, bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə bükümün çəkisi 1,12 qram olmuşdur. Təqsirləndirilən şəxs ilə bu barədə sorğu sual edildikdə, o üzərində aşkar olumuş maddənin metamfetamin olduğunu və həmin metamfetmini tutulduğu gün Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 30 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxsn özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir irad, təklif deyilməmiş, protokolun məzmunu doğru bilinib imzalarla təsdiq edilmişdir. Şəxsi-axtarış zamanı aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Məhkəmə istintaqında şahid X2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 22 iyul 2023-cü il tarixli şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 bükümdə olan narkotik vasitə heroin aşkar edilərək götürülür, həmçinin Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetmini özünə məxsus olduğunu təsdiq edir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 iyul 2023-cü il tarixli 19/751 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,266 qram; -0,101 qram, -0,219 qram, -0,134 qram, ümumi təmiz çəkisi -0,720 qram olan ağrəngli kristllardan ibarət olam maddələr metafetamindirlər. Ekspertiza tədqiqatı üçün 0,12 qram (hər ob.-0,03 qr) metafetamindir istifadə edilmiş, 0,600 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli, 759 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Stimulyatorların qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.. Lənkəran Rayon Məhkəməsinin 4(049)-212/2023 saylı, 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 22 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, Lənkəran rayon məhkəməsi tərəfindən təqdim edilən hökm surətindən və Xəzər Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş qərardan görünür ki, Abbasov X4 Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrin nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə «8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı rəhbər tutularaq barəsində amnistiya tətbiq edilmiş və cəzadan 06 ay azaldılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 29 gün müddətində şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,266 qram, 0,2101 qram, 0,219 qram, 0,134 qram ümumi təmiz çəkisi 0,720 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə metafetamindir və DVD diskdə videogörüntü maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qaytarılmış qalıq qalan 0,600 qram narkotik vasitə metafetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri, X3, X6 və X5 ilə birlikdə Lənkəran şəhəri Şeyx Zahid küçəsi ev 12-da yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, onun əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki işin hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq Lənkəran Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən həmin cəzasını çəkib qutardıqdan 2 il müddət keçməmiş yenidən qəsdən cinayət törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini(aşkar edilmiş narkotik vasitənin miqdarını) Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən, yəni 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 iyul 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,600 qram çəkidə dörd bükümdə psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,600 qram çəkidə 4 bükümdə narkotik vasitə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE **********0002088501, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-416/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-416/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver