Məhkəmə qərarları › İş №1(049)-42/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-42/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-42/2023 27.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 11:00 xx xxxx 1975-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran şəhəri Tofiq İsmayılov küçəsi, ev 103-də qeydiyyatda olmaqla, Lənkəran şəhəri, Heydər Əliyev prospekti ev 105-də yaşayan yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq dörd ədəd kağız bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,150 qram, 0,170 qram, 0,167 qram, 0,112 qram, ümumi təmiz çəkisi 0,599 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 31 avqust 2022-ci il tarixdə saat 20:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin ünvanı ünvan 2 şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən bir ədəd işlək vəziyyətdə elektron tərəzi, şalvarının sağ yan cibindən isə qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərdi ki, 20 ilə yaxın bir müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Heroini inyeksiya vasitəsilə qəbul edir. Elektron tərəzini narkotik vasitə alan zaman çəkidə aldadılmamaq üçün üzərində gəzdirmişdir. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində üzdən tanıdığı şəxslərdən ələd etmişdir. Həbs olunana yaxın müddətdə psixotrop maddə metamfetamindən də zərdə yandırıb tüstüsünü udmaq yolu ilə istifadə etmişdir. 31 avqust 2022-ci il tarixdə, axşam saatlarında, Lənkəran şəhəri “mərkəzi bazar” ərazisinə gedib adını bilmədiyi, bir neçə dəfə narkotik vasitə aldığı şəxsə yaxınlaşaraq psixotrop maddə metamfetamin olub-olmadığını soruşduqda həmin şəxs də olduğunu bildirmişdir. Həmin şəxsdən şəxsi istifadəsi üçün 20 manat qarşılığında dörd büküm psixotrop maddə metamfetamin alaraq elektron tərəzidə çəkəndən sonra bükümləri əynində olan şalvarın sağ, tərəzini isə sol yan cibinə qoymuşdur. Oradan çıxıb Şəhidlər Xiyabanı küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. Şəhidlər Xiyabanı küçəsində olan zaman ona əvvəllər görmədiyi və tanımadığı üç şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edərək ona narkotik vasitə qəbul etməyi və üzərində gəzdirməyi ilə bağlı məlumatların yoxlanılması məqsədilə üzərində şəxsi axtarış həyata keçirilməli olduğunu, bu səbəbdən də onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirdikdə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələnə qədər əməkdaşlar onu nəzarətdə saxlamış, buna görə də üzərində olan bükümləri hardasa gizlətmək şansı olmamışdır. Şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, həmçinin vəkillə təmin edilmişdir. Vəkil və polis əməkdaşlarının iştirakı və videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Üzərində hər hansı bir qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməyini təklif olunduqda əynində olan şalvarın sağ yan cibindən dörd ədəd, içərisində psixotrop maddə metamfetamin olan kağız büküm, sol yan cibindən isə elektron tərəzi çıxarıb təqdim etmişdir. Fəhmin adlı polis əməkdaşı həmin bükümləri öz elektron tərəzisində çəkildikdən sonra qablaşdırılmışdır. Sonra isə onun üzərində ətraflı şəxsi axtarış həyata keçirilmiş, üzərində başqa hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Sonda tərtib edilmiş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, onun təqsiri şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi ev 103-də qeydiyyatda olmaqla Lənkəran şəhəri, H.Əliyev prospekti ev 105-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatların düzgünlüyü və mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili X2 və Lənkəran ŞRPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 31 avqust 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs cinayətkar əməllərini müəyyən etmək üçün Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsinə - onun çox hərəkətdə olduğu küçəyə çıxıb müşahidələr aparmağa başlamışlar. Onu həmin küçədə piyada hərəkətdə olan zaman aşkar edərək, bir qədər Təqsirləndirilən şəxs izləmiş, lakin daha çox izləməkləri şübhə yaradacağından Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermişlər. Diqqətli və çevik bir şəkildə Təqsirləndirilən şəxs yaxınlaşmış, özünü və yanında olan şəxsləri polis əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində ona daxil olmuş əməliyyat məlumatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinin inzibati binasına dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir narazılıq etmədən polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmmiş və müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda, təqdim etməyi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd qara rəngli kağız büküm, həmin şalvarının sol yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Bükümlərin içərisinə baxış keçirilmiş, bükümlərin içərisində psixotrop maddə metamfetaminəbənzər ağ rəngli kristalşəkilli maddələr olduğu görünmüş və elektron tərəzinin işlək vəziyyətdə olmasını müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin kağız bükümlər elektron tərəzidə çəkilmiş və həmin bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “mərkəzi bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını, elektron tərəzini də psixotrop maddə metamfetamin alan zaman çəkidə aldadılmamaq üçün üzərində saxladığını bildirmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, H.Əliyev prospekti ev 105-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində Lənkəran ŞRPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 etmişdir. 31 avqust 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs cinayətkar əməllərini müəyyən etmək üçün Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsinə - onun çox hərəkətdə olduğu küçəyə çıxıb müşahidələr aparmağa başlamışlar. Onu həmin küçədə piyada hərəkətdə olan zaman aşkar edərək, bir qədər Təqsirləndirilən şəxs izləmiş, lakin daha çox izləməkləri şübhə yaradacağından Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermişlər. Diqqətli və çevik bir şəkildə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs barəsində ona daxil olmuş əməliyyat məlumatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs heç bir narazılıq etmədən polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmmiş və müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda, təqdim etməyi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd qara rəngli kağız büküm, həmin şalvarının sol yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Bükümlərin içərisinə baxış keçirilmiş, bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristalşəkilli maddələr olduğu görünmüş və elektron tərəzinin işlək vəziyyətdə olmasını müəyyən edilmişdir. Həmin kağız bükümlər elektron tərəzidə çəkilmiş və həmin bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, H.Əliyev prospekti ev 105-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində Lənkəran ŞRPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 etmişdir. 31 avqust 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs cinayətkar əməllərini müəyyən etmək üçün Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsinə - onun çox hərəkətdə olduğu küçəyə çıxıb müşahidələr aparmağa başlanılmış həmin küçədə piyada hərəkətdə olan zaman aşkar edərək, bir qədər Təqsirləndirilən şəxs izləmiş, lakin daha çox izləməkləri şübhə yaradacağından Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermişlər. Diqqətli və çevik bir şəkildə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs barəsində ona daxil olmuş əməliyyat məlumatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs heç bir narazılıq etmədən polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmmiş və müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda, təqdim etməyi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd qara rəngli kağız büküm, həmin şalvarının sol yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Bükümlərin içərisinə baxış keçirilmiş, bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristalşəkilli maddələr olduğu görünmüş və elektron tərəzinin işlək vəziyyətdə olmasını müəyyən edilmişdir. Həmin kağız bükümlər elektron tərəzidə çəkilmiş və həmin bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 31 avqust 2022-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarışın keçirilməsi haqqında» protokoldan və şəxsi axtarışın görüntüləri olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 bükümdə olan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 4(049)-261/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 4(049)-319/2022 saylı qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 31 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 19/909 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi.....” sözlər və imzalar paketdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,150 qram, 0,170 qram, 0,167 qram, 0,112 qram, ümumi təmiz çəkisi 0,599 qram olan ağ rəngli kristal formada olan maddələr psixotrop maddə metamfetamindirlər, xarici görünüşlərinə görə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər və 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 893 saylı rəyindan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 21 sentyabr 2022-ci il tarixli «əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd kağız bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda 0,150 qram, 0,170 qram, 0,167 qram, 0,112 qram, ümumi təmiz çəkisi 0,599 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,479 qram qalığı və işlək vəziyyətdə üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu videogörüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış, ekspertizadan qaytarılmış 0,479 qram psixotrop maddə metamfetaminin və 01 ədəd elektron tərəzinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi və 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 03 sentyabr 2022-ci il tarixli, 739 nömrəli arayışından görünür ki, Həsənov X5 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1216/2447 saylı arayışından görünür ki, Həsənov X5 şəhəri H.Əliyev prospekti ev 105 ünvanında qeydiyyatdadır, ailə tərkibi xx.xx.1976-cı il təvəllüdlü arvadı X4, uşaqları – xx.xx.1994-cü il təvəllüdlü X7 və xx.xx.1996-cı il təvəllüdlü X3 ibarətdir. Müvafiq arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib satma və qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, dindirilmiş və ifadələri elan olunmaqla tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd kağız bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,150 qram, 0,170 qram, 0,167 qram, 0,112 qram, ümumi təmiz çəkisi 0,599 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş elektron tərəzini üzərində saxlamaqda məqsədi narkotik vasitə alanda ona çəkidə aldatmamaları olmasını bildirməsi məhkəmə istintaqında dindirilmiş şahid ifadələri, ekspert rəyləri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59 və 61ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0,479 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış istintaq hərəkətlərini özündə əks etdirən 01 ədəd DVD diskdə olan videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0,479 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar