Məhkəmə qərarları › İş №1(049)-42/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-42/2024

22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-42/2024 22.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 12:55 xx xxxxxx 1984-cü il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Astara rayonu, Şahağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin mart ayında Astara rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və şəxsdən 01 (bir) bükümdə, təmiz çəkisi -1, 275 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan BNMİ CBRŞ-nin əməkdaşları tərəfindən 01 mart 2023-cü il tarixdə, saat 02:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu ünvan 2 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi təsdiq edib, ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Narkotik maddə heroindən istifadə etmişdir. Narkotik vasitələrdən istifadə nəticəsində sağlamlığında ciddi problemlər yaranmış, bu səbəbdən ayaqlarında yaranmış göyərmələr nəticəsində hərəkət etmək imkanları məhdudlaşmışdır. 01 mart 2023-cü il tarixdə saat 02 radələrində həmkəndlisi olan X17-Astara avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən körpünün yaxınlığında olarkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını onlara bildirmişlər. Sonra onları avtomaşınla Lənkəran şəhərində yerləşən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional polis şöbəsinə gətirmişlər. Regional şöbədə ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə videoçəkilişlə axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik maddə kakosu zərfdə yandırıb tüstüsünü siqaret kimi çəkməklə qəbul edir, satışı ilə məşğul olmur. Sonra ona üzərində qanunsuz əşya və maddə olduğu halda təqdim etməsi təklif olunmuş, o da əynindəki cins şalvarının sol yan cibində gizlətdiyi bir ədəd sellofan bükümdə “kakos”u çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində “kakos” var, ona məxsusdur. Həmin narkotik vasitəsini tutulmamışdan bir gün əvvəl Astara şəhərində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 10 manata əldə etmiş, bir dəfə özü qəbul etmiş, heç kimə verməmiş və satmamışdır. Kamran Muxtarovun üzərində narkotik maddə olması barədə məlumatı olmamış, onun da üzərində narkotik maddə olmasını Kamran Muxtarov bilməmişdir. Təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin kütləsi aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyi BNM-nin CBRŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Astara rayonu, Şahağac kəndində qeydiyyatda olan və yaşayan X13 və X2 narkotik vasitələri əldə etmələri, saxlamaları, daşımaları və istifadə etmələri barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla birlikdə əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 iştirak etmişlər. 01 mart 2023-cü il tarixdə saat 02 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı X13 və X1-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində, körpünün yaxınlığında saxlanılaraq CBRŞ-yə gətirilmişdir. CBRŞ-də X13və X5 şübhəli şəxs kimi tutulmuş, onlara hüquq və vəzifələri izah edilmiş, özlərinin seçdiyi müdafiəmilər dəvət edilmişdir. Baxış zamanı X9 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Kamran Muxtarov əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. X13 ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr “kakos” deyilən narkotik vasitə heroindir, özünə məxsusdur, Bakı şəhərində tanımadığı şəxsdən 50 manata almışdır, heç kimə verməmiş, satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Təqsirləndirilən şəxs məlumatı olmamış, həmçinin onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmamasından məlumatı yoxdur. Daha sonra müdafiəçinin iştirakı ilə X2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı X3 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şadoğlan Əsədulayev əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. X5 ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos deyilən narkotik vasitə heroin vardır, özünə məxsusdur, Astara şəhərində tanımadığı şəxsdən 10 manata almış, bir dəfə istifadə etmiş, heç kimə verməmiş və satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Kamran Muxtarovun məlumatı olmamış, həmçinin Kamran Muxtarovun üzərində narkotik vasitə olmasından onun məlumatı olmamışdır. Şadoğlan Əsədulayevin tədim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,41 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokollar tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Kamran Muxtarovun və Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. X8 və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə şöbədə əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, X13 və Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edirlər. Lakin onların narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış şahidlər Şahid2 və Şahid3 məhkəmə iclaslarına gəlməmiş, Şahid2 məhkəməyə ünvanladığı teleqramda ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, xidməti iş yerini dəyişdiyindən məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Daxili İşlər Nazirliyi BNM-nin CBRŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Astara rayonu, Şahağac kəndində qeydiyyatda olan və yaşayan X8 və X2 narkotik vasitələri əldə etmələri, saxlamaları, daşımaları və istifadə etmələri barədə əməliyyat müvəkkili Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1 olmuşdur. O və polis nəfəri Şahid3 qrupun tərkibində iştirak etmişlər. 01 mart 2023-cü il tarixdə saat 02:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı X13 və X1-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində, körpünün yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Famil Həsənov tərəfindən X13 şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi İntiqam Hüseynov dəvət edilmişdir. Daha sonra təhqiqatçı Famil Həsənov tərəfindən X5 şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Əbdülhəsən Əzimov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə X8 üzərinə baxış keçirilmişdir. Baxış zamanı X9 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Kamran Muxtarov əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. X13 ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr kakos deyilən narkotik vasitə heroindir, özünə məxsusdur, Bakı şəhərində tanımadığı şəxsdən 50 manata almışdır, heç kimə verməmiş, satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Təqsirləndirilən şəxs məlumatı olmamış, həmçinin onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasından məlumatı yoxdur. Kamran Muxtarovun tədim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 13,69 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Sonra isə videoçəkiliş vasitəsi və müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə X2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı X3 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şadoğlan Əsədulayev əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. X5 ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos deyilən narkotik vasitə heroin vardır, özünə məxsusdur, Astara şəhərində tanımadığı şəxsdən 10 manata almışdır, bir dəfə istifatə etmişdir, heç kimə verməmiş, satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Kamran Muxtarovun məlumatı olmamış, həmçinin Kamran Muxtarovun üzərində narkotik vasitə olmasından onun məlumatı olmamışdır. Şadoğlan Əsədulayevin tədim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,41 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokollar tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. X13 və Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokollara imza etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Daxili İşlər Nazirliyi BNM-nin CBRŞ-də polis nəfəri vəzifəsində xidmət edir. Astara rayonu, Şahağac kəndində qeydiyyatda olan və yaşayan X8 və X2 narkotik vasitələri əldə etmələri, saxlamaları, daşımaları və istifadə etmələri barədə əməliyyat müvəkkili Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1 olmuşdur. O və əməliyyat müvəkkili Şahid2 qrupun tərkibində iştirak etmişlər. 01 mart 2023-cü il tarixdə saat 02:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı X13 və X1-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində, körpünün yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Famil Həsənov tərəfindən X13 şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi İntiqam Hüseynov dəvət edilmişdir. Daha sonra təhqiqatçı Famil Həsənov tərəfindən X5 şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Əbdülhəsən Əzimov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə X8 üzərinə baxış keçirilmişdir. Baxış zamanı X9 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Kamran Muxtarov əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. X13 ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr kakos deyilən narkotik vasitə heroindir, özünə məxsusdur, Bakı şəhərində tanımadığı şəxsdən 50 manata almışdır, heç kimə verməmiş, satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Təqsirləndirilən şəxs məlumatı olmamış, həmçinin onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasından məlumatı yoxdur. Kamran Muxtarovun tədim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 13,69 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Sonra isə videoçəkiliş vasitəsi və müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə X2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı X3 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şadoğlan Əsədulayev əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. X5 ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos deyilən narkotik vasitə heroin vardır, özünə məxsusdur, Astara şəhərində tanımadığı şəxsdən 10 manata almışdır, bir dəfə istifatə etmişdir, heç kimə verməmiş, satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Kamran Muxtarovun məlumatı olmamış, həmçinin Kamran Muxtarovun üzərində narkotik vasitə olmasından onun məlumatı olmamışdır. Şadoğlan Əsədulayevin tədim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,41 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokollar tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. X13 və Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokollara imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 01 mart 2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:30-da saxlanılmış, saat 03:45-də şübhəli şəxs qismində tutulmuşdur. 01 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd narkotik vasitə olan heroinin çəkisi 1,41 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos deyilən narkotik vasitə heroin vardır, özünə məxsusdur, Astara şəhərində tanımadığı şəxsdən 10 manata almışdır, bir dəfə istifatə etmişdir, heç kimə verməmiş, satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Kamran Muxtarovun məlumatı olmamış, həmçinin Kamran Muxtarovun üzərində narkotik vasitə olmasından onun məlumatı olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X15 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertiza” üzrə verilmiş 01 mart 2023-cü il tarixli 19/246 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. X8 təqdim etdiyi 01 ədəd heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi -13,455 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi -1,275 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət. X8 təqdim etdiyi 01 ədəd heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” və “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə 2 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertiza” üzrə verilmiş 02 mart 2023-cü il tarixli, 241 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə olan heroindən əldə edərək istifadə etmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini hansı şəxs və ya şəxslərdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi barədə” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutmadan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Maddi sübut qismində tanınma haqqında” 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi - 1,275 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, təmiz çəkisi -1,225 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, 10474 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli, 205 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Astara RİHB-nin Şahağac inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Şahağac kəndində arvadı və xx.xx.2005-ci il təvəllüdlü X6 yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Astara RMX PHŞ-nin 12 dekabr 2023-cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəstəliklə xəstəxanaya müraciət etməmişdir. Lənkəran Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Astara RMX PHŞ-nin 01 fevral 2023-cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən Astara rayon X4 şöbəsinin narkoloji kabinetində “opioidlərin qəbulundan yaranan asılılıq sindromu. Narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatda durur. Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli həkim-terapevtin müayinə vərəqindən görünür ki, ona XBT-10 üzrə kod B19.9 (Qaraciyər koması baş vermədən dəqiqləşdirilməmiş virus hepatiti) diaqnozu qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1958/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmil dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İ siyahının 83-cü sırasına əsasən 0,15 qram narkotik vasitə heroin xeyli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və xəstəlikdən (Qaraciyər koması baş vermədən dəqiqləşdirilməmiş virus hepatiti) əziyyət çəkməsini və himayəsində uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,225 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 1.225 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar