Məhkəmə qərarları › İş №1(049)-421/2022

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-421/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-421/2022 03.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin aprel ayının ortalarında müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə, təmiz çəkisi 6.254 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 19 aprel 2022-ci il tarixdə, saat 20:30 radələrində Lənkəran şəhəri, E.Əliyev küçəsi ev 4 ünvanında saxlanılaraq regional şöbəyə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol arxa cibindən 01 bükümdə, təmiz çəkisi 6.254 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən arada istifadə etsə də, mütəmadi qəbul etmir. Fərdi olaraq taksi fəaliyyəti ilə məşğuldur. 2022-ci ilin aprel ayının əvvəlində istifadə etməsi üçün Bakı şəhərində 30 manata bir büküm tiryək alaraq saxlamışdır. 19 aprel 2022-ci il tarixdə tanışı Hüseyn Ələskərlinin dəvəti ilə ünvan 3 ünvanında olan evinə getmişdir. Evdə ondan başqa Rəşad Əhədov və Dəyanət Adıgözəlov da olmuşdur. Həmin axşam saatlarında Hüseyn onlara narotik vasitə əldə etdiyini bildirib çəkməyi təklif etmişdir. Hüseyn çölə çıxıb qayıdan zaman sonuncu ilə birlikdə polis əməkdaşları da otağa girib onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə vəkilin iştirakı ilə axtarış keçirilən zamanı Bakı şəhərində aldığı tiryək aşkar olunmuşdur. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 aprel 2022-ci il tarixdə X2 və digərlərinin barəsində narkotik vasitənin əldə edilməsi, daşınması və istifadə edilməsi ilə bağlı məlumat əldə etdikdən sonra bu barədə rəhbərliyə məruzə edərək onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Qeyd olunan şəxslərin Lənkəran şəhəri, E.Əliyev küçəsi ev 4 ünvanında olması müəyyən edildikdən sonra 19 aprel 2022-ci il, saat 20 radələrində həmin ünvana getmişlər və evdə X2, X9, Təqsirləndirilən şəxs və X3 müəyyən edilərək regional şöbəyə dəvət edilmişlər. Evə baxış zamanı evdən Hüseyn Ələskərliyə məxsus narkotik vasitə aşkar edilmişdir. Polis Şöbəsində isə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə baxış zamanı əynindəki şalvarın sol arxa cibindən 01 bükümdə, təmiz çəkisi 6.254 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərindən 30 manata istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxsla birlikdə tutulmuş digər şəxslər də istintaq orqanına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 19 aprel 2022-ci il tarixdə Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, da iştirak etmişdir. 19 aprel 2022-ci il, saat 20 radələrində Lənkəran şəhəri, E.Əliyev küçəsi ev 4 ünvana getmişlər və evdə X2, X9, Təqsirləndirilən şəxs və X3 müəyyən edilərək regional şöbəyə dəvət edilmişlər. Evə baxış zamanı evdən Hüseyn Ələskərliyə məxsus narkotik vasitə aşkar edilmişdir. Polis Şöbəsində isə Təqsirləndirilən şəxs üzərinə vəkilinin işitrakı ilə baxış zamanı əynindəki şalvarın sol arxa cibindən 01 bükümdə, təmiz çəkisi 6.254 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərindən 30 manata istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 154-157-ci vərəqlərində olan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsində əməliyyat müəvvəkili vəzifəsində işləyir. 19 aprel 2022-ci il tarixdə Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, da iştirak etmişdir. 19 aprel 2022-ci il, saat 20 radələrində Lənkəran şəhəri, E.Əliyev küçəsi ev 4 ünvana getmişlər və evdə X2, X9, Təqsirləndirilən şəxs və X3 müəyyən edilərək regional şöbəyə dəvət edilmişlər. Evə baxış zamanı evdən Hüseyn Ələskərliyə məxsus narkotik vasitə aşkar edilmişdir. Polis Şöbəsində isə Təqsirləndirilən şəxs üzərinə vəkilinin işitrakı ilə baxış zamanı əynindəki şalvarın sol arxa cibindən 01 bükümdə, təmiz çəkisi 6.254 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərindən 30 manata istifadə etmək üçün aldığını bildirmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 158-161-ci vərəqlərində olan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 19 aprel 2022-ci il tarixdə Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, da iştirak etmişdir. 19 aprel 2022-ci il, saat 20 radələrində Lənkəran şəhəri, E.Əliyev küçəsi ev 4 ünvana getmişlər və evdə X2, X9, Təqsirləndirilən şəxs və X3 müəyyən edilərək regional şöbəyə dəvət edilmişlər. Evə baxış zamanı evdən Hüseyn Ələskərliyə məxsus narkotik vasitə aşkar edilmişdir. Polis Şöbəsində isə Təqsirləndirilən şəxs üzərinə vəkilinin işitrakı ilə baxış zamanı əynindəki şalvarın sol arxa cibindən 01 bükümdə, təmiz çəkisi 6.254 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərindən 30 manata istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 165-167-ci vərəqlərində olan Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 19 aprel 2022-ci il tarixdə Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, da iştirak etmişdir. 19 aprel 2022-ci il, saat 20 radələrində Lənkəran şəhəri, E.Əliyev küçəsi ev 4 ünvana getmişlər və evdə X2, X9, Təqsirləndirilən şəxs və X3 müəyyən edilərək regional şöbəyə dəvət edilmişlər. Evə baxış zamanı evdən Hüseyn Ələskərliyə məxsus narkotik vasitə aşkar edilmişdir. Polis Şöbəsində isə Təqsirləndirilən şəxs üzərinə vəkilinin işitrakı ilə baxış zamanı əynindəki şalvarın sol arxa cibindən 01 bükümdə, təmiz çəkisi 6.254 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni istifadə etmək üçün Bakı şəhərindən 30 manata aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Cinayət işinin 51-53-cü vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sol arxa cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə 6.4 qram tiryəkə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərib 30 manata aldığını bildirmişdir. Cinayət işinin 72-75-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 20 aprel 2022-ci il tarixli, 19/482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 6.254 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Cinayət işinin 128-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış ambulator X1 21 aprel 2022-ci il tarixli, 489 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui istifadə ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 178-191-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Sübutların qiymətləndiriləməsi haqqında” 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6.254 qram narkotik vasitə olan tiryək, eləcə də şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 01 ədəd CD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və narkotik vasitə olan tiryək saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Şahid2, Şahid3 və Şahid5 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 5(049)-130/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 19-cu qrafasına əsasən təmiz halda 0,5 qram tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin təmiz çəkisi 6.254 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 24-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə saat 22:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 122-123-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmdir. Cinayət işinin 143-cü vərəqndə olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəməyə təqdim edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-395/2022 nömrəli hökmündən görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, əvvəllər məhkum edilməməsi və məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, habelə əldə olunmuş narkotik vasitənin miqdarını, yəni qanunda həmin miqdarda nəzərdə tutulmuş istehlak miqdarından az miqdarda çox olmasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən hallarıın, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Cinayət işinin materiallarıa əlavə edilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır. Buna görə məhkəmə hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.204 qram qalıq çəkisi olan narkotik vasitə tiryək CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərinin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-395/2022 nömrəli hökmü ilə həll edilməsi nəzərə alınmalıdır. X1 21 aprel 2022-ci il tarixli, 489 nömrəli rəyini nəzərə almaqla CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.204 qram qalıq çəkisi olan tiryək məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərinin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-395/2022 nömrəli hökmü ilə həll edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar