Məhkəmə qərarları › İş №1(049)-429/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-429/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-429/2023 21.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.15 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarına əsasən 1 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurlamış, habelə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə edərək üzərində daşımaqla saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 15 avqust 2023-cü il tarixdə, saat 04:46 dəqiqədə Lənkəran şəhəri, Nizami küçəsi ev 86 B-də yerləşən X1 məxsus fərdi yaşayış evinin dəmir torla çəpərə alınmış hasarın üstündən tullanaraq qanunsuz həyətə daxil olmuş və həmin evin qarşısındakı talvarın altında olan Zərərçəkmiş şəxs məxsus qiyməti 200 manat olan “Olimp” markalı 01 ədəd velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 15 avqust 2023-cü il tarixdə Lənkəran şəhərində dəqiq müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi -0,632 qram olan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən ağ rəngdə kristal formada psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 15 avqust 2023-cü il tarixdə, saat 20:10-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, X6 küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, oğurluq cinayətini törədərkən həbsdən yeni azadlığa çıxmışdır, oğurluq cinayəti törətməkdə məqsədi narkotik vasitə əldə etmək olmuşdur. Buna görə də yaşadığı evə yaxınlıqda olan evin həyətindən velosiped oğurlamış və 50 manat satmış və həmin pula metamfetamin almışdır. Elə həmin gün yəni 15 avqust 2023-cü il tarixdə onu polislər saxlayaraq polis şöbəsinə gətirmişlər, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman metamfetamin aşkar edilmişdir. Velosiped zərərçəkmişə qaytarılmış, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərməklə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilib, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməkə araşdırılmış cinayət işinin 76-79-cu vərəqlərində olan Zərərçəkmiş şəxs оğlu ifаdəsində göstərmişdir ki, ünvan 2 ünvanında atasına məxsus olan evdə ailəsi ilə bərabər yaşayır. Subaydır, Bakı Mühəndislik Universitetinin İİ kurs tələbəsidir. Özünə məxsus “Olimp” markalı qara-qırmızı rəngli velosipedi vardır, bir çox yerlərə həmin velosipedlə gedib-gəlir. Evə getdikdə çox vaxt velosipedini evin həyətindəki ətrafı açıq olan talvarda yerdə qoyur. Həyət darvazasını gecələr açarlayır. 14 avqust 2023-cü il tarixdə, saat 19 radələrində velosipedini sürüb yaşadığı evin həyətinə qayıtdıqdan sonra velosipedini həmişəki kimi evin həyətindəki ətrafı açıq olan talvarda bir kənarda qoymuşdur. 15 avqust 2023-cü il tarixdə, saat 15 radələrində həyətə düşüb talvara tərəf getdikdə velosipedinin orada, qoyduğu yerdə olmadığını aşkar etmişdir. O, dərhal həyətində quraşdırılmış video müşahidə kameralarının qeydə aldığı görüntülərə baxdıqda 15 avqust 2023-cü il tarixdə, səhər saat 05 radələrində bir nəfər 30-35 yaşlarında olan oğlanın həyət çəpərinin üstündən aşmaqla həyətə daxil olub, həyətdəki talvarda qoyduğu velosipedi götürüb oğurladığını müşahidə etmişdir. O, velosipedinin oğurlanmasını aşkar etdikdən sonra rayon polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan öyrənmişdir ki, onun velosipedini oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Oğurlanmış velosipedim “Olimp” markalı olmaqla 200 manat qiymətində olmuşdur. Velosipedini oğurlamış və müşahidə kameralarının qeydə aldığı görüntülərdə görünən şəxsi ilk dəfə görmüşdür. Yaşadığı evin həyətindən 01 ədəd 200 manat dəyərində velosipeddən başqa heç bir əşya və ya predmet oğurlanmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 Baləddin оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı onun icraatına daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o rəhbərlik etmiş, qrupun tərkibində polis əməkdaşları Şahid3 və Şahid2 iştirak etmişdir. 15 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Muradov X2 şəhəri, H.Z.Tağıyev küçəsində müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin küçədə yaşayış binasının qarşısında saxlanılmış və Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sonuncu əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofanda bükümü çıxarıb içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxarkən metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş metamfetamin özünə məxsusdur, saxlanılan günü Lənkəran şəhəri kiçik bazar ərazisində, tanımadığı şəxsdən 15 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin gün yaşadığı Nizami küçəsində yerləşən evlərdən birinin həyətindən bir ədəd velosiped də oğurladığını və 50 manata satdığını da etiraf etrmişdir. Bundan sonra protokol tərtib edilmiş və istirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı şöbənin əməliyyat müvəkkili Şahid1 Baləddin oğlunun icraatına daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmiş, qrupun tərkibində onunla birlikdə polis əməkdaşı Şahid3 iştirak etmişdir. 15 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Muradov X2 şəhəri, H.Z.Tağıyev küçəsində müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin küçədə yaşayış binasının qarşısında saxlanılmış və Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sonuncu əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofanda bükümü çıxarıb içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxarkən metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş metamfetamin özünə məxsusdur, saxlanılan günü Lənkəran şəhəri kiçik bazar ərazisində, tanımadığı şəxsdən 15 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin gün yaşadığı Nizami küçəsində yerləşən evlərdən birinin həyətindən bir ədəd velosiped də oğurladığını və 50 manata satdığını da etiraf etrmişdir. Bundan sonra protokol tərtib edilmiş və istirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı şöbənin əməliyyat müvəkkili Şahid1 Baləddin oğlunun icraatına daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmiş, qrupun tərkibində onunla birlikdə polis əməkdaşı Şahid2 iştirak etmişdir. 15 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Muradov X2 şəhəri, H.Z.Tağıyev küçəsində müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin küçədə yaşayış binasının qarşısında saxlanılmış və Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sonuncu əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofanda bükümü çıxarıb içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxarkən metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş metamfetamin özünə məxsusdur, saxlanılan günü Lənkəran şəhəri kiçik bazar ərazisində, tanımadığı şəxsdən 15 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin gün yaşadığı Nizami küçəsində yerləşən evlərdən birinin həyətindən bir ədəd velosiped də oğurladığını və 50 manata satdığını da etiraf etrmişdir. Bundan sonra protokol tərtib edilmiş və istirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid4 cinayət işinin 80-82-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/9, mənzil 21-də anasına məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Evlidir, iki övladı var, orta təhsillidir. 15 avqust 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs onun yanına gələrək özünə məxsus olan 01 ədəd velosipedin olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O da velosipedin Bəxtiyara aid olduğuna inanmışdır. Bəxtiyar həmin velosipedi 100 manata satacağını bildirmişdir. O, velosipedə baxdıqdan sonra həmin velosipedə 80 manat verəcəyini Bəxtiyara bildirmişdir. Bəxtiyar da onunla razılaşmışdır. Daha sonra Bəxtiyara 80 manat verərək velosipedi almışdır. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs həmin velosipedi Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs məxsus olduğunu və 15.xx.xx.2023-cü il tarixdə Hüseynin yaşadığı evin həyətindən oğurlamışdır. O, həmin velosipedin oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs həmin velosipedin özünə məxsus olduğunu bildirmişdir. Bir neçə müddət keçdikdən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O, polis şöbəsinə gəldikdən sonra burada öyrənmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı 01 ədəd velosiped Zərərçəkmiş şəxs məxsus olmuş və Bəxtiyar həmin velosipedi Hüseynin həyətindən oğurlamışdır. Həmin 01 ədəd velosiped ondadır və həmin velosipedi istintaqa təqdim edə bilər. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Nizami küçəsi, ev 86B-də törətdiyi oğurluq hadisəsi barədə onun Lənkəran ŞRPŞ-ya gəldikdən sonra məlumatı olmuşdur. Cinayət işinin 29-31-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 15 avqust 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq etməsində şübhəli olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən sellofana bükülmüş halda bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, aşkarlanmış kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,67 qram olması müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq zərfə qoyulmuş və şöbənin 135 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd özünə məxsus samsunq markalı mobil telefon aşkar edilmiş və istintaq əhəmiyyəti kəsb edə biləcəyinə görə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən digər hər hansı əşya və ya predmet götürülməmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, metamfetaminin özünə məxsus olduğunu, metamfetamini Lənkəran şəhəri kiçik bazar ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin 15 avqust 2023-cü il tarixdə, saat 01 radələrində qonşuluğunda yerləşən evdən hasardan qanunsuz daxil olaraq evin həyətində yerləşən açq şəkildə olan talvardan 01 ədəd velosipedi oğurlayıb satdığını bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 15 avqust 2023-cü il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən sellofana bükülmüş halda bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, aşkarlanmış kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,67 qram olması müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq zərfə qoyulmuş və şöbənin 135 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd özünə məxsus samsunq markalı mobil telefon aşkar edilmiş və istintaq əhəmiyyəti kəsb edə biləcəyinə görə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən digər hər hansı əşya və ya predmet götürülməmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, metamfetaminin özünə məxsus olduğunu, metamfetamini Lənkəran şəhəri kiçik bazar ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin 15 avqust 2023-cü il tarixdə, saat 01 radələrində qonşuluğunda yerləşən evdən hasardan qanunsuz daxil olaraq evin həyətində yerləşən açıq şəkildə olan talvardan 01 ədəd velosipedi oğurlayıb satdığını bildirmişdir. Cinayət işinin 62-65-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 15 avqust 2023-cü il tarixli “Hadisə yerinin baxışının keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən açıq şəkildə olan talvarda qoyulmuş 200 manat qiymətində 01 ədəd velosipedin olduğu yeri təqdim etmişdir. Hüseyn Şrifzadə xx.xx.2023-cü il tarixdə gecə saatlarında naməlum şəxsin çəpərdən aşaraq həyətə qanunsuz daxil olduğunu və sözügedən 01 ədəd velosipedi oğurladığını bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs evin müşahidə kameralarına düşmüş videogörüntüləri də təqdim etmiş və həmin videogörüntülər DVD diskə köçürüldükdən sonra protokola əlavə edilmişdir. Cinayət işinin 43-46-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2023-cü il tarixli 19/798 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus 1 ədəd büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,632 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra 0.582 qram qalmışdır. Tədqiqatın dəyəri 60 manatdır. Cinayət işinin 110-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2023-cü il tarixli, 804 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təklif və tələbin vəziyyəti ilə tənzimlənən azad bazar qiymətini, əmtəə vəziyyətini nəzərə alaraq: təqdim olunmuş 01 ədəd “Olimp” markalı velosipedin qiyməti 200 manat göstərilmişdir. Cinayət işinin 90-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 avqust 2023-cü il tarixli diskə baxış keçirilməsi protokolundan görünür ki, baxış zamanı diskdə 02 ədəd vidogörüntü aşkar edildi. Video 1 adlanan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs evin ətrafını dəmir torla əhatə olunmuş hasarın üzərindən tullanaraq qanunsuz həyətə daxil olur və evin qarşısında yerləşən talvarın altında qoyulmuş 01 ədəd velosipedə yaxınlaşır və ətrafa boylanaraq həyətdə heç kimin olmadığına əmin olduqdan sonra velosipedi yerindən götürərək gəldiyi yerə tərəf aparması aşkar olundu. Video 2-də görünür ki, Təqsirləndirilən şəxs oğurladığı velosipedi götürərək həyətə qanunsuz daxil olduğu çəpərə tərəf gəlir və velosipedi çəpərdən bayıra qoyduqdan sonra özü də çəpərdən tullanaraq həyəti tərk etməsi aşkar olundu. Cinayət işinin 119-122-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 18 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və əlavə edilmiş fotolardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətini hadisə yerində əyani göstərməklə bir daha etiraf etmişdir. Cinayət işinin 123-124-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 18 avqust 2023-cü il tarixli tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş velosipedlərdən 2-ci sırada olan velosipedi göstərərək özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinin 1159-166-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların tanınması haqqında” 22 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin, 2 ədəd DVD disklərdə olan videogörüntülər maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.582 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlər ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, mütəxəssis rəyi, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmil dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İİ siyahının 118-ci sırasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin 0.632 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Muradov X2 şəhəri Nizami küçəsində yerləşən evinin həyətinə keçməklə qanunsuz daxil olub ümumi dəyəri 200 manat olan velosiped oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20.10-da saxlanılmış və həmin gün saat 20.30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 108-109-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 avqust 2023-cü il tarixdən hesab edilmişdir. Cinayət işinin 154-155-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Muradov X2 şəhəri, Nizami küçəsi, ev 90, mənzil 18 ünvanında yaşayır, heç bir yerdə işləməmiş, yaşadığı müddətdə qonşularla normal münasibətdə olmamışdır. Cinayət işinin 156-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 18 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 139-141-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 142-145-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 1 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı tarixdən iki il keçməmiş 15 avqust 2023-cü il tarixdə hazırkı cinayət əməllərini törətdiyindən o, CM-nin 83.1-ci maddəsinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsi, törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan iki aydan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 17 avqust 2023-cü il tarixli, 804 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.582 qram qalıq çəkisi olan metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu və müşahidə kameraların görüntüləri olan cəmi 2 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci (köhnə redaksiyada) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci (köhnə redaksiyada) maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut – Lənkəran ŞRPŞ-da saxlanılan 0.582 qram psixotrop maddə metamfetamin məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar