Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-43/2024 29.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən Bakı şəhərində satış məqsədi olmadan qanunsuz olaraq 4(dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,181 qram, 0,200 qram, 0,198 qram və 0,172 qram, ümumi təmiz çəkisi 0,751 qram olub şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən 12 iyul 2023-cü il tarixdə, saat 19:45-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran rayonu Liman şəhəri X6 küçəsində saxlanılaraq polis bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın arxa sol cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddələrdən istifadə edir. Psixotrop maddələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 2-3 ay bundan qabaq Bakı şəhərində tanımadığı şəxsdən 20 manat pul qarşılığında 4 ədəd bükümdə psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün almışdır. 12 iyul 2023-cü il tarixdə o, Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Liman polis bölməsində müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynindəki şalvarın arxa sol cibində olan 4 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin bükümünü çıxarıb təqdim etmişdir. Metamfetamini özü istifadə edəcəkdi. O, psixotrop maddələrin satışı ilə indiyə kimi məşğul olmamışdır. Özü psixotrop maddə olan metamfetamin istifadəçisidir və çəkmə üsulu ilə istifadə edir. Polis bölməsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfəridir. Lənkəran ŞRPŞ-nin Liman PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 Lənkəran rayon sakini Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu Şahid1 tərəfindən yoxlanıldıqdan sonra raportla bölmə rəisinə məruzə edilmiş bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi Şahid1 etmiş, Lənkəran ŞRPŞ-nin Liman PB-nin sahə polis nəfəri kimi o və Şahid3 Məhəbbət oğlu da qrupun üzvləri olmuşlar. 12 iyul 2023-cü il tarixdə, saat 19:45-də polis əməkdaşşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Mirzəyev X2 rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Bölmədə, xidməti otaqların birində təhqiqatçı Baxşəli Rufullayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi İntiqam Hüseynov dəvət edilmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə və müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol cibindən 04 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində 04 ədəd bükümdə psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 04 ədəd büküm olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Həmin bükümlərin təqribi çəkisi 0,95 (sıfır tam yüzdə doxsan beş) qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə özünə məxsusdur, psixotrop maddə metamfetamindən çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütləni 2-3 ay bundan əvvəl Bakı şəhərində, tanımadığı şəxsdən 20 manat pulun qarşılığında əldə etmişdir. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şəxs tərəfindən fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında Şahid3 Məhəbbət oğlu Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. (Buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmür.) Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu tərəfindən yoxlanıldıqdan sonra raportla bölmə rəisinə məruzə edilmiş bundan sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin Liman PB-nin sahə polis nəfərləri, polis serjantı Şahid2 və Şahid3 Məhəbbət oğlu da qrupun üzvləri olmuşlar. 12 iyul 2023-cü il tarixdə, saat 19:45-də polis əməkdaşşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Mirzəyev X2 rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Bölmədə, xidməti otaqların birində təhqiqatçı Baxşəli Rufullayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi İntiqam Hüseynov dəvət edilmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə və müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol cibindən 04 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində 04 ədəd bükümdə psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 04 ədəd büküm olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Həmin bükümlərin təqribi çəkisi 0,95 (sıfır tam yüzdə doxsan beş) qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə özünə məxsusdur, psixotrop maddə metamfetamindən çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütləni 2-3 ay bundan əvvəl Bakı şəhərində, tanımadığı şəxsdən 20 manat pulun qarşılığında əldə etmişdir. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini nə vaxt, harada, kimdən almasını müəyyən etmək məqsədilə şöbənin cinayət axtarış bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmiş, hələki müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 19:45-də saxlanılmış, saat 20:05-də isə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 04 ədəd bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 04 ədəd bükümlərdə olan psixotrop maddə olan metamfetaminin çəkisi 0,95 qram olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli, 19/725 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr....” sözlər və imzalar olan zərfdəki, 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,181 qram, -0,200 qram, -0,198 qram, -0,172 qram: ümumi təmiz çəkisi -0,751 qram olan ağ rəngli kristalllardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatı üçün 0,12 qram metamfetamin istifadə edilmiş, 0,631 qram metamfetamin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2023-cü il tarixli, 731 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və onun xx.xx.2023-cü il saat 17:50-dən tutulmadan azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,631 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, metamfetaminin ekspertizadan sonra qalıq qalan 0,631 qram hissəsi saxlanılması üçün Lənkəran ŞRPŞnin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X4 ilə birlikdə Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı müddətdə Təqsirləndirilən şəxs özünü sakit, mədəni, tərbiyəli aparır, qəsəbədə keçirilən mənəvi-kütləvi tədbirlərdə görüşlərdə yaxından iştirak edir. Yaşadığı müddətdə onun barədsində heç bir inzibati qaydada pozuntu qeydə alınmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan şahidlərin təsdiqedici ifadələri, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış və götürmə barədə protokol və şəxsin axtarışın keçilməsinin videogörüntüləri, maddi sübut, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, əməl törədilən zaman qüvvədə olan (xx.xx.2023-cü il tarixədək qüvvədə olan) CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,631 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2023-cü il tarixədək qüvvədə olan) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,631 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65(altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu gündən 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-43/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-43/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver