Məhkəmə qərarları › İş №1(049)-430/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-430/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-430/2023 07.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X3, X1, X4 və X2 iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10, X8 və X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçılar (Şəhla Əliyeva və Sevanə Bəşirova) X5 bacıları, digər xüsusi ittihamçı X11 isə dayısıdır. Təqsirləndirilən şəxs qohumları olmasına baxmayaraq son vaxtlar onlara qarşı təhqiramiz hərəkətlər həyata keçirməyə başlamışdır. Belə ki, o, TİK-TOK sosial şəbəkəsində özünün "@gunay_.quluyeva" profilində onların haqqında təhqir və böhtan xarakterli video və foto məlumatlar paylaşmışdır. Məhkəməyə təqdim etdiyiklri diskdə olan və təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videodan (VİD-20231031-WA0052.mp4) görünür ki, o, onların hər üçünə böhtan ataraq onların iş yeri üçün təhlükə yaratdığını qeyd edir. O, həmçinin həmin videonun davamında onun (xüsusi ittihamçı Sevanə Bəşirova) barəsində guya qaymanasına müraciət edərək "Nəsibə hara baxırsan, sənin gəlinin dələduzluq eliyir, gəlir mənim uşağımın üstünə bıçaq çəkir." kimi həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr işlədir. Eyni zamanda o, həmin videonun davamında onun (xüsusi ittihamçı Şəhla Əliyeva) barəmdə guya qaymanama müraciət edərək "ay Gülsabah sən necə ağsaqqalsan sənin gəlinin türknən sevgilidir. Verdim da türkü sənə, görüşdün, sevişdin." kimi həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr işlədir. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videodan (VİD-2023lQ3l-WA0057.mp4) görünür ki, o, mənim barəmdə (xüsusi ittihamçı İlham Kazımov) "Haçana kimi İlham Kazımovun dələduzluğuna məruz qalacağam." kimi yalan və həqiqətə uyğun olmayan ifadə işlətmişdir. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videodan (VİD-20231031- WA00105.mp4) görünür ki, o, mənim (xüsusi ittihamçı Şəhla Əliyeva) barəmdə "Neçə illərdir mənə olmayan işgəncələri bu evdə eləyirdilər, 2 il mənə ağır həblər yedizdi Şəhla Əliyeva, bacım" kimi həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr işlədir. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videodan (VİD-2C İ31031 -WA0042.mp4) görünür ki, o, bizim hər üçümüzə böhtan ataraq "mənə neçə ildi işgəncələr eləyirlər, mənə güclü həblər yedizdirirlər." kimi həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr işlədir. Bundan başqa, şikayətə əlavə edərək məhkəməyə təqdim etdikləri diskdə olan və Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videolarda o, bizi cinayətkar, dələduz və cani adlandırır. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs bizim şərəfimizi və ləyaqətimizi internet informasiya ehtiyatında nalayiq formada qəsdən alçaldaraq, habelə yalan olduğunu bilə-bilə bizim şərəfimizi və ləyaqətimizi ləkələyən və nüfuzdan salan məlumatları, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə bağlı məlumatları internet informasiya ehtiyatında yayaraq bizə mənəvi zərər vurmuş, bununla da Cinayət Məcəlləsinin (bundan sonra - "CM") 147.1, 147.2 və 148- ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X10, X8 və X11 izahatlarında bildirdilər ki, barəsində şikayətlərində qeyd etdikləri barəsində xüsusi ittiham qaydasında şikayət etdikləri şəxs məhkəmə iclasında iştirak edən şəxs X6r. Onun soyadı əvvəllər “Kahveci” olduğu üçün şikayətdə həmin soyadını qeyd etmişlər. Günay onların doğma bacılarıdır. Onun soyadını dəyişməsindən xəbərləri olmamışdır. X7 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Barəsində şikayət verilmiş şəxs X9 məhkəmə iclasında iizahatında qeyd etdi ki, onun əvvəlki soyadı nikahda olduğu şəxsin soyadına əsasən, “Kahveci” olmuşdur. 2022ci ilin noyabr ayında boşandıqdan sonra soyadını “Quliyeva”ya dəyişmişdir. Şikayətdə onun soyadı düzgün qeyd edilməmişdir. Şikayətçilər soyadının dəyişdiyini bilmişlər. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.5-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği)», «şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi» göstərilməlidir. Həmçinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə X12 tərəfindən qeyd edilən hərəkətlərin nə vaxt edildiyi qeyd edilməmişdir. Həmçinin “Elektron məhkəmə” İnformasiya sistemində edilən sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşları arasında “X12” adlı şəxs aşkar edilməmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs Quliyeva Günay >irvan qızıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən fərqli olaraq “İddianın dəyişdirilməsi” və “Əsl olmayan tərəfin əvəz edilməsi” institutu nəzərdə tutulmamışdır. Bu səbəbdən hazırki iş üzrə barəsində şikayət verilmiş şəxs “X12”nın “X9” ilə əvəz edilməsi prosessual tələblərə əsasən imkan xaricindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Eyni Məcəllənin 302.1.7-ci maddəsinə əsasən «şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələblərinə cavab vermir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar