Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-44/2023 13.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Şahid1 və Şahid2, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1971-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 2021-ci ilin sentyabr ayının əvvəllərində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı X5 Şöbəsində sürücü işləyən zaman əvvəllər X10 Təsərrüfatı Mərkəzində fəhlə işləmiş tanışı Şahid1 qızı X2 əvvəlcədən 15 yanvar 2022-ci il tarixə təyin edilmiş toy məclisinin 15 noyabr 2021-ci il tarixdə olacağını bildirməklə Şahid1 aldadıb özünə inandıraraq qızına cehiz vermək adı altında öz şəxsi ehtiyacları üçün “Soliton LTD”nin Lənkəran şəhər filialından 1 ədəd televizoru Şahid1 adına kreditə götürməsi barədə təklifindən sonra 4 sentyabr 2021-ci il tarixdə birlikdə “Soliton”nun Lənkəran şəhər filialına gedərək oradan sonuncunun adına kreditə götürülmüş ümumi dəyəri 1079 (min qırx doqquz) manat təşkil edən 1 ədəd televizor olmaqla Şahid1 həmin qiymətdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Lənkəran şəhərində ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin sentyabr ayının əvvəllərində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı X5 Şöbəsində sürücü işləyən zaman əvvəllər X10 Təsərrüfatı Mərkəzində fəhlə işləmiş tanışı Şahid1 qızı X2 əvvəlcədən 15 yanvar 2022-ci il tarixə təyin edilmiş toy məclisinin 15 noyabr 2021-ci il tarixdə olacağını bildirməklə öz şəxsi ehtiyacları üçün Şahid1 aldadıb özünə inandıraraq qızının toy məclisinin təşkil edilməsi üçün borc adı altında 600 manat məbləğində pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə Lənkəran şəhərində ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, 2021-ci ilin sentyabr ayının sonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı X5 Şöbəsində sürücü işləyən zaman ETSN-nin X10 Təsərrüfatı Mərkəzində fəhlə işləməklə bir yerdə işləmələri səbəbindən tanıdığı Şahid2 8 saylı X5 Şöbəsində yeni sürücü ştatının açılacağını yalandan bildirib həmin şöbəyə sürücü kimi işə düzəlmək istəməsindən əmin olduqdan sonra, sonuncuya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifədə işləyən səlahiyyətli tanışının vasitəsilə onu X5 Şöbəsinə sürücü kimi işə düzəldəcəyini yalandan vəd edərək səlahiyyətli vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə, yəni işə qəbul edilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib, Şahid2 özünə inandırdıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, guya tanışı olan səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid2 təhrik etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədilə 2022-ci ilin sentyabr ayının sonlarında Lənkəran şəhəri ərazisində bir dəfəyə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini səlahiyyətli vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkət müqabilində onun üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulun rüşvət qismində verilməsinə təhrik edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid2 həmin məbləğdə pul vəsaitini qəbul edib ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin oktyabr ayının ortalarında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı X5 Şöbəsində sürücü işləyən zaman həmin vaxt sürücüsü olduğu X10 Təsərrüfatı Mərkəzinin direktoru Şahid3 qızı X2 əvvəlcədən 15 yanvar 2022-ci il tarixə təyin edilmiş toy məclisinin 15 noyabr 2021-ci il tarixdə olacağını bildirməklə Şahid3 aldadıb özünə inandıraraq qızına cehiz vermək adı altında öz şəxsi ehtiyacları üçün “Baku Electronics”in Lənkəran şəhər filialından 1 ədəd televizor və 1 ədəd paltaryuyan maşını Şahid3 adına kreditə götürməsi barədə təklifindən sonra 14 oktyabr 2021-ci il tarixdə birlikdə “Baku Electronics”in Lənkəran şəhər filialına gedərək oradan sonuncunun adına kreditə götürülmüş ümumi dəyəri 1678 (min altı yüz yetmiş səkkiz) manat təşkil edən 1 ədəd televizor və 1 ədəd paltaryuyan maşın olmaqla Şahid3 həmin qiymətdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Lənkəran şəhərində ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin noyabr ayının sonlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı X5 Şöbəsində sürücü işləyən zaman həmin vaxt sürücüsü olduğu X10 Təsərrüfatı Mərkəzinin direktoru Şahid3 qızı X2 əvvəlcədən 15 yanvar 2022-ci il tarixə təyin edilmiş toy məclisinin 15 dekabr 2021-ci il tarixdə olacağını bildirməklə Şahid3 aldadıb özünə inandıraraq qızının toy məclisinin təşkil edilməsi adı altında öz şəxsi ehtiyacları üçün "xxxx" ASC-nin Lənkəran şəhər filialından 4000 manat məbləğində pulu Şahid3 adına kreditə götürməsi barədə təklifindən sonra 26 noyabr 2021ci il tarixdə birlikdə "xxxx" ASC-nin Lənkəran şəhər filialına gedərək oradan sonuncunun adına kreditə götürülmüş 4000 (dörd min) manat məbləğdə pulun 200 manat məbləğində sığorta komissiyası və 40 manat məbləğində kassa mədaxili tutulduqdan sonra yerdə qalan 3760 (üç min yeddi yüz altmış) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə Lənkəran şəhərində ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayından 16 fevral 2022-ci il tarixədək X10 Təsərrüfatı Mərkəzində sürücüsü olmaqla Mərkəzin direktorunun sürücüsü kimi işləmişdir. Əvvəlcədən alınmış qərara əsasən 2022-ci ilin yanvar ayının 15-i qızı Aytac Həsənlinin toy şənliyi keçirilməli olmuşdur. Müxtəlif şəxslərə borcu olduğundan, eləcə də şəxsi ehtiyacları üçün ona pul lazım olmuşdur. Mərkəzin direktoru Şahid3la münasibətlərinin yaxşı olmasından istifadə edərək sonuncuya yalandan Aytacın toyunun 15 noyabr 2021-ci il tarixdə olacağını, cehiz almaq üçün pulunun olmadığını və mümkün olacağı təqdirdə “Baku Electronics”in Lənkəran şəhər filialından Şahid3 adına 1 ədəd paltaryuyan maşın və 1 ədəd televizor kreditə götürməyini xahiş etmiş və yalandan 15 noyabr 2021-ci il tarixdə toyda yığılan pul ilə krediti bağlayacağını bildirmişdir. Şahid3 onunla razılaşmış və 14 oktyabr 2021-ci il tarixdə sonuncu “Baku Electronics”in Lənkəran şəhər filialından öz adına 1 ədəd paltaryuyan maşın və 1 ədəd televizoru aylıq 140 manat olmaqla, sonuncu ay 138 manat olmaqla 1 illik müddətə faizsiz kreditə götürmüş və həmin əşyaları ona vermişdir. Həmin əşyaların ümumi dəyəri 1678 manat olmuşdur. O, əşyaları yaşadığı evə aparmış və ailə üzvlərinə yalandan həmin əşyaların Şahid3 məxsus olduğunu, bir neçə gün sonra sonuncunun yaşadığı evə aparacağını demişdir. Həmin əşyaları bir neçə gün sonra Bakı şəhərində yerləşən Sədərək ticarət mərkəzində tanımadığı şəxsə dəyərindən ucuz qiymətə olmaqla xatırlamadığı məbləğə satmış, pulu isə şəxsi ehtiyaclarına sərf etməklə, həmin puldan qızının toyu üçün xərcləməmişdir. 2021-ci ilin noyabr ayının ortalarında Şahid3 toyun olub-olmayacağını, nə səbəbə dəvətnamə yazmadığını soruşmuş, o, sonuncuya yalandan toyun 15 dekabr 2021-ci il tarixə təxirə salındığını bildirmişdir. Bundan sonra yenidən ona pul lazım olduğundan noyabr ayının axırlarında guya toy üçün təxmini 4000 manat məbləğində pul lazım olduğunu Şahid3 bildirmiş və Kapital Bankdan kredit götürüb ona verməsini xahiş edərək toyda yığılan pul hesabına krediti birdəfəlik bağlayacağını demişdir. Şahid3 ona inandığından razılaşmış və 26 noyabr 2021-ci il tarixdə Kapital Bank ASC-nin Lənkəran şəhər filialından 4000 manat məbləğində kredit götürmüşdür. Komissiya və sıoğrta haqqı tutulduqdan sonra yerdə qalan 3760 manat məbləğində pulu elə bankda Şahid3 ona vermişdir. Həmin pulu da şəxsi ehtiyaclarına sərf etməklə qızının toyu üçün həmin puldan xərcləməmişdir. Dekabr ayının ortalarına yaxın Şahid3 toyun olubolmayacağını yenidən ondan soruşmuş, o isə sonuncunu aldadaraq pul olmadığından toyun təxirə salındığını bildirmişdir. 4 yanvar 2022-ci il tarixdə sərxoş vəziyyətdə xidməti avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə 2 il müddətinə sürücülük hüququndan məhrum edilmişdir. 16 fevral 2022-ci il tarixdə işdən azad edilmişdir. Hər iki kreditdən ilkin 4 ayı ödəmişdir. Kredit ödənişi ilə bağlı qəbzləri atmışdır. İşdən azad edildikdən sonra isə Şahid3 ondan şikayət edəcəyini dediyinə görə qorxub cəmi 540 manat məbləğində Şahid3 pul qaytarmışdır. Bundan başqa, Lənkəran rayonunun Osaküçə kənd sakini Şahid2 tanıyır, belə ki, sonuncu Mərkəzdə o, işlədiyi müddətdə fəhlə işləmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında ona pul lazım olduğundan Nahidin pulunu aldadaraq ələ keçirmək qərarına gəlmişdir. Nahidi Mərkəzdə görən zaman yaxınlaşıb hal-əhval tutaraq ümumi söhbətlər etdikdən sonra sonuncuya yalandan Mərkəzdə yeni sürücü ştatı açılacağını, həmin ştat üçün Mərkəzə “Pick Up” avtomobilinin veriləcəyini, fəhlə kimi işləməkdənsə sürücü kimi işləməyin daha yaxşı olduğunu deyib sürücü kimi işləyib-işləməmək istəməsini soruşmuşdur. Nahid sürücü kimi işləmək istədiyini ona bildirmişdir. O, yalandan Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən vəzifəli tanışının olduğunu, həmin şəxsin vasitəsilə işini həll edəcəyini, bunun qarşlığında 2500 manat pul lazım olacağını, həmin pulu qeyd etdiyi vəzifəli şəxsə verəcəyini demişdir. O, Nahidə həmçinin şəxsiyyət vəsiqəsinin surətinin və sağlamlıq haqqında arayışın lazım olacağını, eləcə də 2500 manat məbləğində pulu qısa müddətdə ona çatdırmasını demişdir. Təxminən 2-3 gün sonra Nahid onun mobil telefonuna zəng edərək sənədlərin və pulun hazır olduğunu, görüşmək istədiyini demiş, o da sonuncuya Lənkəran şəhərində Vergilər İdarəsinin qarşısında olduğunu demişdir. Təxminən 10-15 dəqiqə sonra Nahid tanımadığı bir avtomobil ilə gəlmiş, o, həmin vaxt Niva markalı xidməti avtomobildə olmuşdur. Nahid gəlib avtomobilə əyləşmiş və ikilikdə 2500 manat məbləğində pulu şəxsiyyət vəsiqəsinin surətini və sağlamlıq haqqında arayışı ona vermişdir. Ondan işin nə vaxt düzələcəyini soruşmuş, o da Nahidi aldadaraq işin qısa müddət ərzində düzələcəyini bildirmişdir. Hazırkı vaxta qədər Nahidi aldadaraq əldə etdiyi 2500 manat məbləğində puldan hər hansı bir məbləğdə qaytarmamışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində qızı Aytacın toyunun guya 15 noyabr 2021-ci il tarixdə olacağını, toy üçün cehiz lazım olduğunu, Solitonun Lənkəran şəhər filialından Balaxanın adına kreditə televizor götürməsini xahiş edib, toy olan zaman yığılan pul hesabına krediti birdəfəlik bağlayacağını demişdir. Balaxan onunla razılaşmış və 4 sentyabr 2021-ci il tarixdə sonuncu adına 1 ədəd televizor faizsiz kreditə götürmüş, televizorun dəyəri 1079 manat təşkil etmişdir. İlkin ödəniş olaraq Balaxan 119 manat ödəniş etmiş, yerdə qalan 960 manat məbləğində krediti isə aylıq 80 manat olmaqla 1 illik müddətə olmuşdur. Televizoru həmin gün Lənkəran şəhəri ərazisində tanımadığı şəxsə hazırda xatırlamadığı məbləğə ucuz qiymətə satmış və pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 2021-ci ilin sentyabr ayında, dəqiq xatırlamadığı gündə Balaxanı yenidən aldadaraq toy ilə əlaqədar pul lazım olduğunu bildirib 600 manat məbləğində borc istəmiş və borcu toy olan zaman tam şəkildə qaytaracağını demişdir. Balaxandan 600 manat məbləğində pul alaraq şəxsi ehtiyaclarına sərf etmiş, qızının toyu üçün həmin pullardan xərcləməmişdir. Həmin televizorun kreditindən işdən çıxana qədər 4 ay, yəni 320 manat ödəmişdir. Kredit ödənişi ilə bağlı qəbzləri atmışdır. 600 manat məbləğində borcdan isə qaytarmamışdır. 2021-ci ilin sentyabr ayının sonlarında həmin mərkəzdə əvvəllər işləmiş hazırda isə təqaüddə olan Şahid1 mərkəzdə yeni sürücü ştatının açılacağını, mərkəzə “Pikap” markalı yeni avtomobilin veriləcəyi, həmin avtomobilin idarə edilməsi üçün sürücü lazım olacağı, Balaxana yeni gələcək avtomobillə bağlı sürücü kimi işləmək istəyən tanışı varsa 2500 manat pul müqabilində həmin şəxsin işə götürülmə məsələsini həll edə biləcəyi, Balaxan Nahidə bu barədə məlumat verdikdən sonra sonuncu sürücü kimi işləmək istədiyimi bildirməsi və Balaxan, o və Nahidin 2021-ci ilin sentyabr ayının sonlarında dəqiq tarixini xatırlamadığı vaxtda mərkəzin qarşısındakı çayxanada görüşməsi, görüş zamanı 2500 manat pul müqabilində Nahidin yeni açılacaq sürücü ştatına işə götürülməyini həll edə biləcəyi bilmişdir. Şahid2 aldadaraq işə düzəldəcəyi adı altında sonuncudan 2500 manat məbləğində pul almağı barədə Balaxanın məlumatı olmamışdır. Qızı Aytacın toyunun konkret olaraq əvvəlcədən 15 yanvar 2022-ci il tarixə təyin edilmiş, o, Şahid3 və Şahid1 qızının toyunun 15 noyabr 2021-ci il tarixdə olacağını və həmin tarixdə kreditləri və borcları tam şəkildə ödəyəcəyi adı altında aldadaraq və etibarlarından sui-istifadə edərək pullarını ələ keçirmişdir. Pulları ancaq şəxsi ehtiyaclarına sərf etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Şahid1 оğlu ifаdəsində göstərdi ki, 24 noyabr 2020-ci il tarixdə 65 yaşı tamam olduğundan yaşa görə işdən azad edilərək təqaüdə çıxmışdır. Mərkəzdə işlədiyi vaxt və ondan sonrakı vaxtlarda Mərkəzdə sürücü işləyən Təqsirləndirilən şəxs tanımış, sonuncu ilə yaxından münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs onun etibarını qazanmış, sonuncunun yaxşı bir insan olduğunu hesab etmişdir. Ara-sıra Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdə qızının toyu olacağını, qızına cehiz almaq üçün pulunun olmadığını bildirmiş, lakin ilk əvvəllərdə ondan hər hansı köməklik istəməmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs toyla bağlı ona dərdini danışmış, özünü yazıq biri kimi qələmə verərək atalıq borcunu yerinə yetirə bilmədiyini, qızına cehiz ala bilməyəcəyini ona demişdir. Onun etibarını tam qazandıqdan sonra Təqsirləndirilən şəxs “Soliton”un Lənkəran rayon filialından onun adına bir ədəd televizor kreditə götürməyini xahiş edib 15 noyabr 2021-ci il tarixdə toy olduqdan sonra krediti tam şəkildə bağlayacağını bildirmiş, əks təqdirdə hər ay kredit ödənişini özünün həyata keçirəcəyini demişdir. O da yalçına inanaraq, eləcə də Mərkəzdə sürücü işləməklə rəsmi əməkhaqqısının olduğuna və krediti ödəyəcəyinə inanıb sonuncunun təklifi ilə razılaşmışdır. 04 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə “Soliton”un Lənkəran rayon filialına getmiş və qiyməti 1079 manat məbləğində bir ədəd televizoru 1 illik müddətə adına kreditə götürmüşdür. İlkin ödəniş olan 119 manat da onun tərəfindən ödənilmişdir. Kredit ödənişi aylıq 80 manat olmuşdur. Televizoru götürdükdən sonra Təqsirləndirilən şəxs onu Meşə İdarəsinə aparmış, özü isə harasa getmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs yenidən toyla bağlı problemlərinin olduğunu, toy üçün pul lazım olduğunu, nağd formada 600-700 manat civarında borc pul verməyini xahiş etmişdir. O da Yalçına yazığı gəldiyi üçün 600 manat məbləğində borc pul taparaq elə həmin vaxt Lənkəran şəhəri ərazisində hazırda xatırlamadığı ünvanda sonuncuya vermişdir. Təqsirləndirilən şəxs həm krediti, həm də borcu tam şəkildə qızının 15 noyabr 2021-ci il tarixdə toyu olduqdan sonra toyda yığılan pul ilə ödəyəcəyini bildirmişdir. Oktyabr ayının 4-də kreditin ödəniş vaxtı çatdıqda Təqsirləndirilən şəxs krediti ödəməyini, krediti tam şəkildə 15 noyabr 2021-ci il tarixdə toy olduqdan sonra ödəyəcəyini demişdir. Eyni qaydada noyabr ayının 4-də də krediti o, ödəmişdir. 15 noyabr 2021-ci il tarixə az müddət qalmış o, Yalçından toy üçün dəvətnamələri niyə paylamadığını soruşmuş, Yalçın dəvətnamələri yazacağını demişdir. Həmin ərəfələrdə maraqlanmış və toyun 15 noyabr 2021-ci il tarixdə olmayacağı ona məlum olmuşdur. O, Yalçından bu barədə soruşduqda sonuncu maddi imkanı olmadığına görə toyun təxirə salındığını bildirmişdir. O, hər dəfəsində soruşduqda Yalçın yenidən pul olmadığına görə toyun təxirə salındığını bildirmişdir. 15 yanvar 2022-ci il tarixdə Yalçının qızının toyu olmuş, toydan sonra Yalçın kreditləri tam ödəməsi ilə bağlı ona hər hansı bir söz deməmişdir. Üzərindən bir müddət keçdikdən sonra Yalçın krediti və borcu ödəməmiş, o, sonuncuya bir neçə dəfə krediti və borcunu ödəməsini desə də, Yalçın krediti və borcunu ödəməmiş, hər dəfə onu aldadaraq qısa müddətdə ödəyəcəyini demişdir. Daha sonra Yalçın ümumiyyətlə telefonlarını söndürmüş və Bakı şəhərinə getmişdir. Bundan sonra o, Yalçın barədə maraqlanmış, sonuncunun dələduz olması, bir çox insanları aldatması, hətta dələduzluğa görə əvvəllər məhkum olunduğu ona məlum olmuş, artıq Yalçın tərəfindən tam aldadıldığı başa düşmüşdür. Təqsirləndirilən şəxs kreditdən və borcdan ümumiyyətlə ödəniş etməmişdir. O, yanvar ayından sonra Yalçınla əlaqə saxlaya bildiyi vaxtlarda krediti və borcunu ödəmədiyi halda şikayət edəcəyi bildirdikdən sonra ayrı-ayrı vaxtlarda ümumilikdə 300 manat məbləğində ona pul qaytarmışdır. Krediti və borcu tam şəkildə o ödəmişdir. Təqsirləndirilən şəxs qızının toyunun 15 noyabr 2021-ci il tarixdə olacağını ona bildirmiş, lakin sonradan o, toyun elə 15 yanvar 2022-ci il tarixdə olacağını öyrənmiş, Təqsirləndirilən şəxs toyun vaxtını səhv deməklə, yəni bu üsuldan istifadə edərək onu aldadıb pulunu ələ keçirmişdir. “Soliton”un Lənkəran rayon filialından adınıza kreditə götürülmüş bir ədəd televizoru Təqsirləndirilən şəxs qızına cehiz kimi verməmiş, sonradan öyrəndiyinə görə Təqsirləndirilən şəxs həmin əşyanı sataraq nağd pula çevirib öz ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Şahid2 оğlu ifаdəsində göstərdi ki, 2021-ci ilin yanvar ayından X10 Təsərrüfatı Mərkəzində fəhlə işləyir. Mərkəzdə fəhlə işlədiyi müddətdə orada mərkəzin direktorunun xidməti sürücüsü vəzifəsində işləyən Təqsirləndirilən şəxs tanımış, aralarında heç bir şəxsi ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin sentyabr ayının sonlarında həmin mərkəzdə əvvəllər işləmiş hazırda isə təqaüddə olan həmkəndlisi və anasının xalası oğlu olan Şahid1 direktorun sürücüsü vəzifəsində işləyən Təqsirləndirilən şəxs mərkəzdə yeni sürücü ştatı açılacağı və mərkəzə “Pikap” markalı yeni avtomobil veriləcəyini, həmin avtomobilin idarə edilməsi üçün sürücü lazım olacağını, əgər yeni gələcək avtomobillə bağlı sürücü kimi işləmək istəyən tanışı varsa 2500 manat pul müqabilində həmin şəxsin işə götürülmə məsələsini həll edə biləcəyini dediyini ona bildirmişdir. Balaxan ona bu barədə məlumat verdikdən sonra o, sürücü kimi işləmək istədiyini bildirmiş və Balaxan, Yalçın və o 2021-ci ilin sentyabr ayının sonlarında dəqiq tarixini xatırlamadığı vaxtda mərkəzin qarşısındakı çayxanada görüşmüşlər. Görüş zamanı Yalçın 2500 manat pul müqabilində onun yeni açılacaq sürücü ştatına işə götürülməyini həll edə biləcəyini, bundan ötrü 2500 manat pulu qısa müddətdə düzəldib verməli olduğunu bildirmişdir. Bundan başqa Yalçın onun şəxsiyyət vəsiqəsinin surətinin və sağlamlıq haqqında arayışın lazım olacağını bildirmişdir. Bundan sonra o, idarə etdiyi “Mercedes” markalı minik avtomobilini satacağı həmkəndlisi Emin adlı şəxsdən əvvəlcədən 2500 manat pulun lazım olduğunu bildirib sonuncudan almışdır. O, avtomobilini 12500 manata satmağa razılaşmış, həmin puldan 2500 manatı əvvəlcədən almış, yerdə qalan pulu isə sonradan almışdır. 2021-ci ilin sentyabr ayının sonlarında 2500 manat pulu, şəxsiyyət vəsiqəsinin surətini və sağlamlıq haqqında arayışı götürərək Yalçına zəng etmiş, sənədlərin hazır olduğunu və görüşmək istədiyini bildirmişdir. Bu zaman Yalçın Lənkəran şəhəri ərazisində Vergilər İdarəsinin yaxınlığında olduğunu bildirmişdir. O da taksi ilə həmin yerə getmişdir. Yalçın orada idarə etdiyi mərkəzə məxsus ağ rəngli “Niva” markalı avtomobildə onu gözləmişdir. O taksidə 2500 manat pulu yenidən saymış və digər sənədlərin arasına qoyub Yalçının idarə etdiyi avtomobilə əyləşmışdır. Elə həmin avtomobildə 2500 manat pulla topladığı digər sənədləri Yalçına vermişdir. Yalçın həmin vaxt 2021-ci ilin oktyabr ayının əvvəllərində dediyi avtomobilin gələcəyini və onun iş məsələsinin həll olunacağını bildirmişdir. Yalçın onun iş məsələsini Nazirlikdən hansısa vəzifəli şəxslə danışdığını, pulu həmin şəxsə verməklə işini düzəldəcəyini və narahat olmamağını bildirmişdir. Lakin Yalçın konkret olaraq Nazirlikdən hər hansı şəxsin və ya şəxslərin adını, eləcə də pulu verəcəyi adamın hansı vəzifədə işləməsini bildirməmişdir. O, pulu Yalçına verdikdən sonra sonuncunun dediyi vaxtda əlaqə saxlamış, Yalçın hər dəfə müxtəlif bəhanələr gətirmişdir. O, Yalçınla hər dəfə mobil telefonla danışmışdır. 2022-ci ilin yanvar ayından sonra o, Yalçınla əlaqə saxlaya bilməmiş, sonuncu əvvəlcə onun telefonlarına cavab verməmiş, daha sonra isə nömrəsinə zəng çatmamışdır. İş yerindən Yalçın barəsində soruşduqda Yalçının işdən çıxarıldığı və harada olması barədə məlumatlarının olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs təxminən bir il müddətində tanıdığından, aralarında münasibət yarandığından, eləcə də sonuncunun X10 Təsərrüfatı Mərkəzində sürücü işlədiyindən sözlərinə tam inanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən vəzifəli tanışının olmasını hesab etmişdir. Təqsirləndirilən şəxs pulları Nazirlikdə işləyən vəzifəli tanışına vermək adı ilə almışdır. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs Şahid3 оğlu ibtidai istintaq zamanı verdiyi ifаdəsində göstərmişdir ki, 2009-cu ilin iyul ayının 15-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif xidmətlərdə müxtəlif vəzifələrdə işləmiş, 18 iyun 2021-ci il tarixdən X10 Təsərrüfatı Mərkəzinin direktor müavini təyin olunmuş, 17 noyabr 2021-ci il tarixdən isə Mərkəzin direktoru vəzifəsində işləyir. Direktor təyin olunan zaman Mərkəzin direktorunun sürücüsü Təqsirləndirilən şəxs olmuş, o direktor təyin olunduqdan sonra sonuncu sürücü kimi işinə davam etmişdir. 4 yanvar 2022-ci il tarixdə bayram günləri olan zaman Bakı şəhərində olduğu vaxt Təqsirləndirilən şəxs Mərkəzə məxsus “Niva” markalı avtomobil ilə sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. 2021-ci ilin oktyabr aylarında Lənkəran rayonu ərazisində meşə yanğınları baş verən zaman Mərkəzin direktoru ilə birlikdə yanğın olan ərazilərə gedən zamanlarda sürücü Təqsirləndirilən şəxsla münasibətləri yaranmış, sonuncu onun etibarını qazanmış, o da Yalçının yaxşı bir insan olduğunu hesab etmişdir. Ara-sıra Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdə qızının toyu olacağını, qızına cehiz almaq üçün pulunun olmadığını bildirmiş, lakin ilk əvvəllərdə ondan hər hansı köməklik istəməmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs toyla bağlı ona dərdini danışmış, özünü yazıq biri kimi qələmə verərək atalıq borcunu yerinə yetirə bilmədiyini, qızına cehiz ala bilməyəcəyini demişdir. Onun etibarını tam qazandıqdan sonra Təqsirləndirilən şəxs “Baku Electronics”in Lənkəran rayon filialından onun adına bir ədəd televizor və bir ədəd paltaryuyan kreditə götürməyini xahiş edib toy olduqdan sonra krediti tam şəkildə bağlayacağını bildirmişdir. O da Yalçına inanaraq toy olan zaman krediti tam bağlayacağını, bağlaya bilməyəcəyi təqdirdə Mərkəzdə sürücü işləməklə rəsmi əməkhaqqısının olduğunu fikirləşib və krediti ödəyəcəyinə inanıb sonuncunun təklifi ilə razılaşmışdır. 14 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə “Baku Electronics”in Lənkəran rayon filialına getmiş və bir ədəd televizor və bir ədəd paltaryuyan 1 illik müddətə aylıq 140 manat, sonuncu ay 138 manat olmaqla, ümumilikdə 1678 manata 1 illik müddətə adına kreditə götürmüşdür. Həmin əşyaları Yalçının yaşadığı evə aparıb yaşadığı evə qoymuşlar. 15 noyabr 2021-ci il tarixə az müddət qalmış o, Yalçından toy üçün dəvətnamələri niyə paylamadığını soruşmuş, sonuncu toyun 15 dekabr 2021-ci il tarixə təxirə salındığını, yenidən qızının toyu üçün pul lazım olduğunu, ona nağd formada 4000 manat civarında borc pul verməyimi xahiş etmişdir. O isə nağd pulunun olmadığını dedikdən sonra Yalçın onun adına "xxxx" ASC-nin Lənkəran rayon filialından kredit götürməyini xahiş etmişdir. O yenidən Yalçına inanaraq, eləcə də Mərkəzdə sürücü işləməklə rəsmi əməkhaqqısının olduğuna və krediti ödəyəcəyinə inanıb sonuncunun təklifi ilə razılaşmışdır. 26 noyabr 2021-ci il tarixdə birlikdə "xxxx" ASC-nin Lənkəran rayon filialına getmiş, Təqsirləndirilən şəxs ona zamin durmuş, o, adına 4000 manat məbləğində kredit götürmüş, komissiya və sığorta haqqı tutulduqdan sonra 3760 manat məbləğində pulu elə bankda Yalçına vermişdir. Təqsirləndirilən şəxs toy olduqdan sonra toydan yığılan pul ilə hər iki krediti bağlayacağını ona bildirmişdir. 15 dekabr 2021-ci il tarixə az müddət qalmış o, Yalçından toy üçün dəvətnamələri niyə paylamadığını soruşmuş, Yalçın dəvətnamələri yazacağını demişdir. Həmin ərəfələrdə Mərkəzdə işçilər arasında gedən söz-söhbətlərdən toyun 15 dekabr 2021-ci il tarixdə olmayacağı ona məlum olmuşdur. O, Yalçından bu barədə soruşduqda sonuncu maddi imkanı olmadığına görə toyun təxirə salındığını bildirmişdir. O, hər dəfəsində soruşduqda Yalçın yenidən pul olmadığına görə toyun təxirə salındığını bildirmişdir. 15 yanvar 2022-ci il tarixdə Yalçının qızının toyu olmuş, toydan sonra Yalçın kreditləri tam ödəməsi ilə bağlı ona hər hansı bir söz deməmişdir. Üzərindən bir müddət keçdikdən sonra Yalçın krediti ödəməmiş, o, sonuncuya bir neçə dəfə krediti ödəməsini desə də, Yalçın krediti ödəməmiş, hər dəfə onu aldadaraq qısa müddətdə ödəyəcəyini demişdir. Daha sonra Yalçın ümumiyyətlə telefonlarını söndürmüş və Bakı şəhərinə getdi, sonuncu ilə əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, Yalçın barədə maraqlanmış, ona sonuncunun dələduz olması, bir çox insanları aldatması, hətta dələduzluğa görə əvvəllər məhkum olunduğu məlum olmuş, artıq Yalçın tərəfindən aldadıldığını tam başa düşmüşdür. 14 oktyabr 2021-ci il tarixdə götürülmüş kreditin aylıq ödəniş vaxtı 14 noyabr 2021-ci il tarixdə çatdığına görə Yalçına krediti ödəməsini demiş, sonuncu isə pulunun olmadığını bildirdiyinə görə kreditin üzərinə faiz gəlməsin deyə 14 noyabr 2021-ci il tarixdə o, ödəmiş, eyni qaydada 12 dekabr 2021-ci il tarixdə Yalçın pulunun olmadığını bildirdiyinə görə krediti yenidən o ödəmişdir. Digər krediti də eyni qaydada Yalçın pulunun olmadığını bildirdiyinə görə kreditin üzərinə faiz gəlməsin deyə hər ay vaxtında ödəmişdir. Ümumilikdə hər iki krediti o, ödəmişdir. Təqsirləndirilən şəxs qızının toyunun 15 noyabr 2021-ci il tarixdə olacağını ona bildirmişdir. Lakin sonradan o, toyun elə 15 yanvar 2022-ci il tarixdə olacağını öyrənmiş, Təqsirləndirilən şəxs toyun vaxtını səhv deməklə, yəni bu üsuldan istifadə edərək onu aldadıb pulunu ələ keçirmişdir. “Baku Electronics”in Lənkəran rayon filialından adınıza kreditə götürülmüş bir ədəd televizor və bir ədəd paltaryuyanu Təqsirləndirilən şəxs qızına cehiz kimi verməmiş, sonradan öyrəndiyinə görə Təqsirləndirilən şəxs həmin əşyaların ona məxsus olmasını ailə üzvlərinə bildirmiş, həmin əşyaları sataraq nağd pula çevirib öz ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxs kreditləri ödəmədəyinə görə o, sonuncuya hüquq mühafizə orqanlarına şikayət edəcəyini dəfələrlə bildirdikdən sonra 2022-ci ilin yanvar ayında 240 manat, 2022-ci ilin sentyabr ayında isə 300 manat ona pul vermişdir. Cinayət işinin 110-113-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Soliton LTD”nin Lənkəran şəhər filialı ilə Şahid1 arasında bağlanmış 4 sentyabr 2021-ci il tarixli, LNK5945918 nömrəli borc müqaviləsinin surətindən görünür ki, Şahid1 ümumi dəyəri 1079 manat təşkil edən 1 ədəd məişət avadanlığını 1 illik müddətə kreditə götürmüş, ilkin ödəniş olaraq 119 manat sonuncu tərəfindən ödənilmiş, yerdə qalan 960 manat məbləğ isə hər ay 80 manat olmaqla 1 illik müddətə ödənilməsi nəzərdə tutulmuşdur. Cinayət işinin 91-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Baku Electronics”-in Lənkəran şəhər filialı ilə Şahid3 arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli, BL631118 nömrəli nisyə satış müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, ümumi dəyəri 1678 manat təşkil etməklə Şahid3 11 ay 140 manat, sonuncu ay isə 138 manat olan avadanlıqları 1 il müddətinə kreditə götürmüşdür. Cinayət işinin 87-90-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş "xxxx" ASC-nin Lənkəran şəhər filialı ilə Şahid3 arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli, GTKR4455695A138 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Şahid3 həmin tarixdə "xxxx" ASC-nin Lənkəran şəhər filialından 4000 manat məbləğində nağd kredit götürmüş, həmin məbləğdən 200 manat məbləğində sığorta komissiyası və 40 manat məbləğində kassa mədaxili tutulmuşdur. Cinayət işinin 87-90-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş "xxxx" ASC-nin Lənkəran şəhər filialı ilə Şahid3 arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli, GTKR4455695A138 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Şahid3 həmin tarixdə "xxxx" ASC-nin Lənkəran şəhər filialından 4000 manat məbləğində nağd kredit götürmüş, həmin məbləğdən 200 manat məbləğində sığorta komissiyası və 40 manat məbləğində kassa mədaxili tutulmuşdur. Cinayət işinin 126-127-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Şahid3 Lənkəran rayon prokurorluğuna ünvanlandığı 13 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyandan 540 manat ödəmişdir. Cinayət işinin 128-129-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Şahid1 Lənkəran rayon prokurorluğuna ünvanlandığı 14 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyandan 300 manat ödəmişdir. Cinayət işinin 130-131-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şilavar kənd inzibati ərazi nümayəndəliyindən verilmiş arayışdan görünür ki, 15 yanvar 2022-ci il tarixdə Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən “Ay Lolo” şadlıq sarayında ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qızı Aytac Həsənlinin toy şənliyi keçirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Plenum qərarının 36-cı bəndində göstərilir ki, «dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 178.2.2 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 161-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 63-65-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər inzibati ərazi nüməyəndəliyindən 13 sentyabr 2022-ci il tarixli arayış və 6 sentyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Həsənov X4 şəhəri, Hacılar küçəsi, ev 55 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə üzvlərinə atası X3 və arvadı X6 daxildir. Yaşadığı ərazi üzrə mənfi xarakterizə edilir. Cinayət işinin 119-122-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayon Məhkəməsinin 10 mart 2016-cı il tarixli, 1(049)-68/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 123-125-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qazax Hərbi məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apellyasiya məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası 02 il müddətə azadlıqdan məhrumetə cəzasına endirilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-nin 77-ci maddəsi ilə cəzası azadlığın məhdudlaşdırıması cəzasına dəyişdirilmişdir. Lənkəran rayon məhkəməsinin 10 mart 2016-cı il tarixli, 1(049)-68/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslər Şahid3 və Şahid1 qismən ödəniş etməsini, CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun üçün hüquqi nəticə yaratmasa belə əvvəllər dəfələrlə azadlıqdan məhrum edilməsini, həyat tərzini, yəni tüfeyli həyat keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməsi, başqa sözlə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2203-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməmiş hissəsində ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 32.4,312.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş polisin “nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər – Şahid1, Şahid2 və Şahid3 vurulmuş ziyanın ödənilməmiş hissəsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-44/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-44/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver