Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-44/2024 05.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxxx 1971-ci ildə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 2003-cü ildə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-564/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarına əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 il 6 ay müddətinə məhrum etməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəza çəkən, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2, oğlu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması,habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, 19 iyun 2023-cü il tarixdə, saat 01 radələrində kifayət qədər əsaslı bir səbəb olmadan etibarnamə əsasında idarə etdiyi Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu Vilvan kəndi ərazisində təqib edərək, həmin kənddə yerləşən, ictimai yer olan çayxana və ərzaq mağazasının yaxınlığındakı işıqforun altında Zərərçəkmiş şəxs1 idarə etdiyi həmin avtomobilin sol arxa tərəfindən və qabaq sol yan tərəfindən qəsdən vurmuş və zərbənin təsirindən Zərərçəkmiş şəxs1 idarə etdiyi həmin avtomobil Lənkəran şəhəri istiqamətində yolun sağ tərəfində olan çayxananın yanında yerləşən xəndəyə düşüb dayandıqdan sonra, oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşərək, xəndəyə düşüb dayanmış VAZ21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq, təxminən 5-10 dəqiqə ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərilməklə həmin avtomobildə olan Zərərçəkmiş şəxs1 və X3 uca səslə söyüb təhqir etmiş, həmin vaxt narahatçılıqlarına səbəb olduğu ətrafa toplaşaraq onun hərəkətlərinə tamaşa edən təxminən 15-20 nəfər şəxsə məhəl qoymadan, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün öz hərəkətlərini davam etdirib,oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 və Vüsal Allahverdiyevin yaxasından tutaraq zorla avtomobildən çıxardıb, qəsdən onları təpik, yumruq və sillə ilə vuraraq, özü Vüsal Allahverdiyevə boyun nahiyyəsində sıyrıqla, oğlu Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 sol gicgah nahiyyəsində qançırla nəticələnən dərəcəsinə görə qəsdən sağlamlıqlarına zərər vurmayan xəsarətlər yetirmişlər və hərəkətlərini davam etdirərək VAZ21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin banına çıxaraq təpikləməklə avtomobilin hissələrini əzib zədələyərək Zərərçəkmiş şəxs1 1845 (bir min səkkiz yüz qırx beş) manat ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1, atası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, 19 iyun 2023-cü il tarixdə, saat 01 radələrində kifayət qədər əsaslı bir səbəb olmadan atası Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun etibarnamə əsasında idarə etdiyi Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu Vilvan kəndi ərazisində təqib edərək, həmin kənddə yerləşən, ictimai yer olan çayxana və ərzaq mağazasının yaxınlığındakı işıqforun altında Zərərçəkmiş şəxs1 idarə etdiyi həmin avtomobilin sol arxa tərəfindən və qabaq sol yan tərəfindən qəsdən vurmuş və zərbənin təsirindən Zərərçəkmiş şəxs1 idarə etdiyi həmin avtomobil Lənkəran şəhəri istiqamətində yolun sağ tərəfində olan çayxananın yanında yerləşən xəndəyə düşüb dayandıqdan sonra, atası Təqsirləndirilən şəxs2la birlikdə Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşərək, xəndəyə düşüb dayanmış VAZ21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq, təxminən 5-10 dəqiqə ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərilməklə həmin avtomobildə olan Zərərçəkmiş şəxs1 və X3 uca səslə söyüb təhqir etmiş, həmin vaxt narahatçılıqlarına səbəb olduğu ətrafa toplaşaraq onun hərəkətlərinə tamaşa edən təxminən 15-20 nəfər şəxsə məhəl qoymadan, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün öz hərəkətlərini davam etdirib, atası Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 və Vüsal Allahverdiyevin yaxasından tutaraq zorla avtomobildən çıxardıb, qəsdən onları təpik, sillə və yumruqla vuraraq, özü Zərərçəkmiş şəxs1 sol gicgah nahiyyəsində qançırla, atası Təqsirləndirilən şəxs2 isə Vüsal Allahverdiyevə boyun nahiyyəsində sıyrıqla nəticələnən dərəcəsinə görə qəsdən sağlamlıqlarına zərər vurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Şağlaser kəndində yaşayır.O, fərdi sahibkardır və metlax istehsal sexi vardır. Həmin sex yaşadığı evin həyətyanı ərazisində yerləşir. Həmin sex oğlu Elnur Nəcəfzadənin adına qeydiyyatdadır və onlar vergi ödəyicisidirlər. O, Lənkəran rayonu Osakücə kənd sakini X1 17 may 2023-cü il tarixdən etibarən tanıyır. Rüstəmlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu Göyşaban kənd sakini Zərərçəkmiş şəxs1 və Lənkəran rayonu Girdəni kənd sakini X3 19 iyun 2023-cü il tarixdən etibarən tanıyır. Onlarla da qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 17 may 2023-cü il tarixdə, saat 09 radələrində şəxsi işi ilə bağlı Cəlilabad rayonuna getmiş və həmin günü Cəlilabad şəhərində dostunun evində qalmışdır. 18 may 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı Lənkəran rayonu Şağlaser kəndində qayıtmışdır. O, evdə xörək yedikdən sonra oğlu Elnur ona, dünən sexə Lənkəran rayonu Osakücə kəndində yaşayan Rüstəm adlı şəxsin gəldiyini və onu işə götürməyini istədiyini, o da Rüstəmə "metlax hazırlamaq çətin peşədir, sən əvvəlcə 1 aylıq öyrənci kimi sexə gəl, 1 aydan sonra görsəm ki, bacarırsan, səni işçi kimi sexə işə götürərəm" söylədiyini bildirmişdir. Həmçinin Elnur ona, Rüstəmə yazığı gəldiyi üçün işi öyrənənədək ona hər gün 20 manat pul verəcəyini bildirmişdir. O da sexə gedib Rüstəmlə tanış olmaq istədiyini Elnura bildirmişdir. Bundan sonra, o, oğlu Elnurla birlikdə evdən çıxıb sexə getmişdir. O, Rüstəmlə tanış olmuş və Rüstəmə "hələlik işi öyrən,əgər metlax hazırlamağı bacarsan səni 1 aydan sonra rəsmi qaydada işə götürəcəm" bildirmişdir. Təxminən 3-4 gündən sonra Rüstəmin qışqıraqışqıra danışdığını eşitmiş və güman etmişdir ki,Rüstəm sexə gəlmiş müştərilərlə dava edir. O, tez evdən çıxıb sexə getmiş və Rüstəmin qışqıra-qışqıra telefonla kiminləsə danışdığını görmüşdür. O, Rüstəmdən nə üçün qışqıra-qışqıra danışdığını soruşmuşdur. Rüstəm də danışıq tərzinin belə olduğunu ona bildirmişdir. O da Rüstəmə "sən səsinin tonunu bir az azalt, çünki yaxınlıqda evlər var və qonşular elə bilər ki, sexdə dava-dalaş vardır" bildirmişdir. Təxminən 5-6 gündən sonra yaşadığı evin pəncərəsindən görmüşdür ki, Rüstəm işi öyrənmək əvəzinə yaxınlıqda olan ağacın altında oturub, avara uşaqlarla söhbət edir. Həmin vaxtı Elnur da evdə olmuş və o, pəncərədən Rüstəmi Elnura göstərib "görürsən Rüstəm işi öyrənmək əvəzinə kəndin avara uşaqlarına qoşulub, get ona de ki, sexə gedib işini görsün" bildirmişdir. Elnur da evdən çıxıb Rüstəmin yanına getmiş və Rüstəmi sexə aparmışdır. 03 iyun 2023-cü il tarixdə, saat 11-12 radələrində Rüstəmin onun tutduğu iradlara məhəl qoymayaraq yenə də qışqıra-qışqıra danışdığını və işi öyrənmək əvəzinə sexdən çıxıb avara uşaqlara qoşulduğunu görmüşdür. Bundan sonra, o, Elnura "Rüstəm mənim iradlarıma məhəl qoymadı və avara uşaqlara qoşuldu, Rüstəm bizim üçün problem yarada bilər, ona görə də Rüstəmə de səhərdən işə gəlməsin" bildirmişdir. Bir neçə dəqiqədən sonra Elnur onu sexə çağıraraq, Rüstəmin onunla danışmaq istədiyini bildirmişdir. O da evdən çıxıb sexə getmiş və Rüstəm ona "Elnur mənə deyir ki, səhərdən işə gəlmə" bildirmişdir. O da, Rüstəmə "Elnura mən demişəm ki, səhərdən işə gəlməyəsən" bildirmişdir. Bundan sonra, o,Elnura,Rüstəmə borcu varsa verməyini bildirmişdir. Elnur da Rüstəmin ona 17 manat borcu olduğunu bildirmişdir. Rüstəm də Elnurun dediyi sözləri təsdiq etmiş və maşınından pul götürüb Elnura gətirib vermişdir. Sonra isə Rüstəm maşınına əyləşib harasa getmişdir. O, 05 iyun 2023-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhərindən yaşadığı evə qayıtmış və oğlu Elnur ona, Rüstəmin sexə gəldiyini, işdə səhlənkarlıq etdiyinə görə üzür istədiyini və metlax işini görənmək üçün sexə buraxılmağını xahiş etdiyini, əgər lazımdırsa ondan da üzür istəyəcəyini bildirmişdir. O da Rüstəmin yaxşı adama oxşamadığını və onları bəlaya salacağını, buna görə də Rüstəmi sexə buraxmamağını Elnura bildirmişdir. Təxminən 2-3 gündən sonra oğlu Elnur, "Tik-tok" sosial şəbəkəsində olan "Qazi Zərərçəkmiş şəxs1" adlı profil səhifəsində Rüstəmin onların sexini videoya çəkərək paylaşdığını ona bildirmişdir. Elnur mobil telefonu ilə həmin səhifədə olan videonu ona göstərmiş və o, Rüstəmin onların sexini videoya çəkdiyini görmüşdür. O, Muradın kimliyini araşdıran zaman məlum olmuşdur ki, Murad Qarabağ qazisidir və Rüstəmin də bacısının əridir, nömrəsiz ağ rəngli VAZ2106 markalı avtomobili vardır. 19 iyun 2023-cü il tarixdə, saat 01 radələrində yaşadığı Şağlaser kəndində yerləşən ata evində çarpayıda uzandığı zaman həyətyanı sahəsində olan taxtaların yanından səs gəldiyini eşitmiş və tez çarpayıdan qalxıb pəncərəyə yaxınlaşmışdır. O, pəncərəni açmış və həyətə baxan zaman ağ rəngli VAZ2106 markalı avtomobilin həyətyanı torpaq sahəsində yerləşən sexinin qarşısına daxil olduğunu və yüksək səslə inkasator və fifa siqnalları verib, maşını yerində fırladaraq Lənkəran şəhər istiqamətinə getdiyini görmüşdür. Həmin vaxtı anlamışdır ki, bu hərəkətləri edən Rüstəmin yeznəsi Muraddır. O, dərhal paltarlarını əyninə geyinmiş və tez evdən həyətə düşmüşdür. Həmin vaxtı oğlu Elmar da yeni tikdirdiyi evdən çıxaraq, onun yanına gəlmiş və o, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng edib,bir neçə nəfər şəxsin VAZ2106 markalı maşınla həyətyanı torpaq sahəsində yerləşən sexinin qarşısına gələrək, uca səslə siqnal vermələri və oradan uzaqlaşmaları barədə məlumat vermişdir. Sonra isə o, oğlu Elmarla birlikdə Fort Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və Muradı tapıb, ondan nə üçün sexinin qarşısına gələrək həmin hərəkətləri etdiyini soruşmaq üçün avtomobilini idarə edərək Muradın arxasınca getmişdir. Avtomobili Lənkəran şəhəri Ləvəngi dairəsinə qədər sürsə də Muradın idarə etdiyi ağ rəngli VAZ2106 markalı maşını yolda görməmişdir. Avtomobilini Ləvəngi dairəsindən döndərib yaşadığı Şağlaser kəndi istiqamətində idarə etməyə başlamışdır. Elmar və o, idarə etdiyi avtomobillə Vilvan kəndi ərazisində yerləşən işıqforu Şağlaser kəndi istiqamətində təxminən 500 metr keçib getdikdən sonra yanından Muradın idarə etdiyi həmin maşının Lənkəran şəhəri istiqamətində keçib getdiyini görmüşdür. İdarə etdiyi maşını fırlatmış və Muradın arxasınca hərəkət etməyə başlamışdır. Vilvan kəndində yerləşən həmin işıqforun yanında Muradın idarə etdiyi maşına çatmış və idarə etdiyi avtomobillə Muradın idarə etdiyi avtomobili Lənkəran şəhəri istiqamətində yolun sağ kənarına sıxışdırmış və avtomobilinin sağ tərəfi Muradın idarə etdiyi avtomobilin sol tərəfinə dəymiş və Muradın idarə etdiyi avtomobilin bir tərəfi yolun sağ kənarında yerləşən çayxananın yanında olan xədəyə düşüb dayanmışdır. Maşından düşüb, həmin VAZ2106 markalı maşına yaxınlaşmış və qışqıraraq Muradın yaxasından tutub "sən məndən nə istəyirsən,nə üçün mənim seximin qarşısına gələrək ucadan siqnal verirsən" bildirmişdir. Bu zaman Muradın sərxoş vəziyyətdə olduğunu və danışa bilmədiyini, həmçinin maşından da yerə düşə bilmədiyini görmüşdür. Bu zaman sonradan adını bildiyi Vüsal adlı qazi Muradın maşınından yerə düşərək, oğlu Elmarın üstünə hücum çəkmiş və oğlu Elmar da Vüsalı sinəsindən əli ilə itələyib yerə yıxmışdır. Həmin vaxtı ətrafa toplaşmış adlarını bilmədiyi şəxslər və bir polis işçisi onlara yaxınlaşmış və onları bir-birilərindən ayırmışlar. Bu zaman Lənkəran polis şöbəsinin əməkdaşları xidməti maşınla onların yanına gəlmişlər. Həmin vaxtı Murada qarşı hirsli olduğu üçün onun maşınına bir neçə təpik vurmuş və maşının banına çıxıb təpikləmişdir. Polis işçiləri onu maşının damından yerə düşürtmüşlər və oğlu Elmarla birlikdə Lənkəran polis şöbəsinə gətirmişlər. Baş vermiş hadisə təxminən 6-7 dəqiqə davam etmiş və həmin vaxtı ətrafda təxminən 15 nəfər adlarını bilmədiyi və tanımadığı şəxslər olmuşdur. Həmçinin dava-dalaş zamanı bir nəfər polis işçisi də onların yanına gəlmiş və onları bir-birilərindən ayırmışdır. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 yaxasından tutsa da onu yumruq və təpiklə vurmamış, Vüsal Allahverdiyevi də yumruq və təpiklə döyməmiş, həmçinin Lənkəran rayonu Vilvan kəndi ərazisində yerləşən işıqforun yanında baş vermiş hadisə zamanı X12 Rəhimovun yumruqla vurmamışdır. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onlarla barışmasını və ondan heç bir şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ailəsini özünə məxsus yük maşını ilə yüklərin daşınması xidmətini göstərməklə dolandırdığını, ağır cəza veriləcəyi halda ailəsinin dolanışıqdan məhrum ediləcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Şağlaser kəndində yaşayır. Təqsirləndirilən şəxs2 atası, Elnur Nəcəfzadə isə qardaşıdır. Atası Telman və qardaşı Elnur fərdi sahibkardılar və metlax istehsalı sexləri vardır. Həmin sex yaşadıqları evin həyətyanı ərazisində yerləşir. Həmin sex qardaşı Elnur Nəcəfzadənin adına qeydiyyatdadır. Lənkəran rayonu Osakücə kənd sakini X1 17 may 2023-cü il tarixdən etibarən tanıyır. Rüstəmlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu Göyşaban kənd sakini Zərərçəkmiş şəxs1 və Lənkəran rayonu Girdəni kənd sakini X3 19 iyun 2023-cü il tarixdən etibarən tanıyır. Onlarla da qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 17 may 2023-cü il tarixdə, saat 10-11 radələrində sexin qarşısında bir nəfər şəxsin qardaşı Elnurla söhbət etdiyini görmüşdür. Onlara yaxınlaşmış və onların söhbətindən ona məlum olmuşdur ki, həmin şəxsin adı Rüstəmdir və o, özünə iş axtarır. X16 "metlax hazırlamaq çətin peşədir, sən əvvəlcə 1 aylıq öyrənci kimi sexə gəl, 1 aydan sonra görsəm ki, bacarırsan, səni işçi kimi sexə işə götürərəm" bildirmişdir. Elnur Rüstəmə işi öyrənənədək ona hər gün 20 manat pul verəcəyini bildirmişdir. Həmin gündən etibarən Rüstəm sexdə öyrənci kimi çalışmağa başlamışdır. Rüstəm işə yaxşı yanaşmadığı üçün 03 iyun 2023-cü il tarixdə X16 metlax hazırlamağı öyrənmək istəmirsə səhərdən işə gəlməməyini bildirmişdir. Təxminən 2-3 gündən sonra qardaşı Elnur ona,"Tik-tok" sosial şəbəkəsində olan "Qazi Zərərçəkmiş şəxs1" adlı profil səhifəsində Rüstəmin onların sexini videoya çəkərək paylaşdığını bildirmişdir. Elnur mobil telefonu ilə həmin səhifədə olan videonu ona göstərmiş və o da Rüstəmin onlara məxsus sexi videoya çəkdiyini görmüşdür. Elnur həmin videonu atası Telmana da göstərmişdir. X19 kimliyini araşdıran zaman məlum olmuşdur ki, Murad Qarabağ qazisidir və Rüstəmin də bacısının əridir, nömrəsiz ağ rəngli VAZ2106 markalı avtomobili vardır. 19 iyun 2023-cü il tarixdə, saat 01 radələrində yaşadığı Şağlaser kəndində yerləşən yeni tikilmiş evlərində divanda uzandığı zaman maşın siqnalının səsini eşitmişdir. Tez paltarlarını geyinib həyətə düşmüş və atası Telmanın maşınına əyləşdiyini görmüşdür. Atası Telmana yaxınlaşmış və nə baş verdiyini ondan soruşmuşdur. Atası Telman da, Muradın ağ rəngli VAZ2106 markalı maşını ilə sexin qarşısına gəldiyini, yüksək səslə inkasator və fifa siqnalları verib, maşını yerində fırladaraq Lənkəran şəhər istiqamətinə getdiyini ona bildirmişdir. Sonra isə o da atası X17 markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və atası Telman maşını Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. Onlar Lənkəran şəhəri Ləvəngi dairəsinə qədər getsələr də Muradın idarə etdiyi ağ rəngli VAZ2106 markalı maşını yolda görməmişlər. Atası Telman idarə etdiyi avtomobili Ləvəngi dairəsindən döndərib yaşadıqları Şağlaser kəndi istiqamətində idarə etməyə başlamışdır. Vilvan kəndi ərazisində yerləşən işıqforu Şağlaser kəndi istiqamətində təxminən 500 metr keçib getdikləri zaman yanlarından Muradın idarə etdiyi həmin maşının Lənkəran şəhəri istiqamətində keçib getdiyini görmüşlər. Atası Telman tez idarə etdiyi maşını fırlatmış və Muradın arxasınca hərəkət etməyə başlamışlar. Vilvan kəndində yerləşən həmin işıqforun yanında Muradın idarə etdiyi maşına çatmışlar və atası Telman idarə etdiyi avtomobillə Muradın idarə etdiyi avtomobili Lənkəran şəhəri istiqamətində yolun sağ kənarına çıxışdırmış və avtomobilinin sağ tərəfi Muradın idarə etdiyi avtomobilin sol tərəfinə dəymiş və Muradın idarə etdiyi avtomobilin bir tərəfi yolun sağ kənarında yerləşən çayxananın yanında olan xəndəyə düşüb dayanmışdır. Telman maşından düşüb, həmin VAZ2106 markalı maşına yaxınlaşmışlar və atası qışqıraraq Muradın yaxasından tutub "sən məndən nə istəyirsən, nə üçün mənim seximin qarşısına gələrək ucadan siqnal verirsən" bildirmişdir. Bu zaman Muradın sərxoş vəziyyətdə olduğunu, danışa bilmədiyini, həmçinin maşından da yerə düşə bilmədiyini görmüşdür. Bu zaman sonradan adını bildiyi Vüsal adlı qazi Muradın maşınından yerə düşərək, onun üstünə hücum çəkmiş və o, Vüsalı sinəsindən əli ilə itələyib yerə yıxmışdır. Həmin vaxtı ətrafa toplaşmış adlarını bilmədiyi şəxslər və bir polis işçisi, onlara yaxınlaşmış və onları bir-birilərindən ayırmışlar. Bu zaman Lənkəran polis şöbəsinin əməkdaşları xidməti maşınla onların yanına gəlmişlər. Həmin vaxtı atası Telman Murada qarşı hirsli olduğu üçün Muradın maşınına bir neçə təpik vurmuş və maşının banına çıxıb təpikləmişdir. Polis işçiləri atası Telmanı maşının banından yerə düşürtmüşlər və onları Lənkəran polis şöbəsinə gətirmişlər. Baş vermiş hadisə təxminən 6-7 dəqiqə davam etmiş və həmin vaxtı ətrafda təxminən 15 nəfər adlarını bilmədiyi və tanımadığı şəxslər olmuşdur. Həmçinin dava-dalaş zamanı bir nəfər polis işçisi də onların yanına gəlmiş və onları bir-birilərindən ayırmışdır. Baş vermiş hadisə zamanı Lənkəran rayonu Vilvan kəndi ərazisində yerləşən işıqforun yanında baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 yumruqla vurmamış, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yaxasından tutsa da onu yumruq və təpiklə vurmamış, həmçinin Vüsal Allahverdiyevi də yumruq və təpiklə döyməmişdir. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onlarla barışmasını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Göyşaban kəndində yaşayır. 2-ci qrup Qarabağ əlilidir və 2-ci Qarabağ müharibəsində yaralanmışdır. Lənkəran rayonu Şağlaser kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 iyun 2023-cü il tarixdən etibarən tanıyır. Onlarla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu Osakücə kənd sakini X4 onun qaynıdır. Lənkəran rayonu Girdəni kənd sakini X6 da 3-cü qrup Qarabağ əlilidir və onun qazi yoldaşıdır. Qaynı X13 kəndində yerləşən kafelmetlax sexində usta işləmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Rüstəm onun mobil telefonuna zəng edərək, Telmanın ona qarşı haqsızlıq etdiyini və onu işdən çıxardığını bildirmişdir. 18 iyun 2023-cü il tarixdə saat 18 radələrində Lənkəran rayonunun Separadi kəndi ərazisində "Amin" adlı şadlıq sarayında qazi yoldaşı Tofiqin toy məclisi keçirilmiş və o, Vüsalla birlikdə idarə etdiyi VAZ2106 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toy məclisinə getmişdir. Həmin günü saat 24 radələrində Vüsalla birlikdə şadlıq sarayından çıxıb avtomobilinə əyləşmişdir. Avtomobili Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. Lənkəran rayonu Şağlaser kəndində Telmanın sexinin qarşısından keçəndə avtomobili saxlamış və bir neçə dəfə Telmanı səsləmişdir ki,Telmanın nə üçün qaynı Rüstəmi işdən çıxartması ilə bağlı onunla söhbət etsin. Lakin Telman küçəyə çıxmadığı üçün avtomobili idarə edərək yoluna davam etmişdir. Təxminən 2-3 km Lənkəran şəhəri istiqamətində getdikdən sonra maşının qabaq sağ güzgüsündən arxadan gələn bir Ford markalı avtomobilin onun maşınını vurmaq istədiyini görmüşdür. Avtomobilin sürətini artıraraq yoluna davam etmişdir. Həmin Ford markalı avtomobil də onu təqib etməyə davam etmişdir. İdarə etdiyi avtomobili Lənkəran rayonu Vilvan kəndi ərazisində yerləşən işıqforun qırmızı işığında saxlamışdır. Bu zaman həmin Ford markalı avtomobil arxadan gələrək qəsdən onun avtomobilinin sol arxa tərəfindən vurmuş və o, həmin vaxtı hərəkətə başlamaq istədikdə həmin Ford markalı avtomobil yenidən idarə etdiyi avtomobilin sol qabaq yan tərəfindən vurmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil Lənkəran şəhəri istiqamətində yolun sağ tərəfində olan çayxananın yanında yerləşən xəndəyə düşüb dayanmışdır. Bu zaman Ford markalı avtomobildən sonradan tanıdığı Telman və onun oğlu Elmar yerə düşərək, onun avtomobilinə yaxınlaşmışlar. Telman Vüsalın yaxasından tutub maşından yerə düşürtmüş və Vüsalı yumruq və təpiklə vurmağa başlamışdır. Elmar da onun yaxasından tutub maşından çıxartmış və yumruqla başından, təpiklə bədənindən vurmağa başlamışdır. Telman və Elmar, onu və Vüsalı yumruq və təpiklə döymüşlər. Telman onun avtomobilinin qabaq tərəfindən ban hissəsinə çıxaraq təpikləməyə başlamışdır. Bu zaman sonradan adını bildiyi Heydər adlı polis işçisi və digər üç nəfər adlarını bilmədiyi polis işçiləri hadisə yerinə gəlmişlər və Telman, Elmar onlardan kənara çəkilmişlər. Baş vermiş hadisə zamanı avtomobili əzildiyi üçün ona 1845 manat ziyan dəymişdir. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmiş və ətrafda 4 nəfər polis işçisindən başqa, tanımadığı təxminən 15-20 nəfər şəxs olmuşdur. Sol gicgah nahiyyəsində olan xəsarəti ona 19 iyun 2023-cü il tarixdə,saat 01 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində Elmar yumruqla vuraraq yetirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Girdəni kəndində yaşayır. 3-cü qrup Qarabağ əlilidir və 2-ci Qarabağ müharibəsində yaralanmışdır. Lənkəran rayonu Şağlaser kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 iyun 2023-cü il tarixdən etibarən tanıyır. Onlarla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu Göyşaban kənd sakini Zərərçəkmiş şəxs1 da 2-ci qrup Qarabağ əlilidir və onun qazi yoldaşıdır. Lənkəran rayonu Osakücə kənd sakini X1 Muradın vasitəsilə tanıyır. Rüstəm Muradın qaynıdır. X13 kəndində yerləşən kafel-metlax sexində usta işləmiş və Telman onu işdən çıxartmışdır. 18 iyun 2023-cü il tarixdə saat 18 radələrində Lənkəran rayonunun Separadi kəndi ərazisində "Amin" adlı şadlıq sarayında qazi yoldaşı Tofiqin toy məclisi keçirilmiş və o, Muradla birlikdə, Muradın idarə etdiyi VAZ2106 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toy məclisinə getmişdir. Həmin günü saat 24 radələrində, o, Muradla birlikdə şadlıq sarayından çıxıb, Muradın avtomobilinə əyləşmişdir. Murad avtomobili Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. Lənkəran rayonu Şağlaser kəndində Telmanın sexinin qarşısından keçəndə Murad avtomobili saxlamış və Murad maşından yerə düşərək bir neçə dəfə Telmanı çağırmışdır. Lakin Telman küçəyə çıxmadığı üçün Murad avtomobilə əyləşmiş və onlar yollarına davam etmişlər. Təxminən 2-3 km Lənkəran şəhəri istiqamətində getdikdən sonra Murad ona, arxadan bir Ford markalı maşının onları təqib etdiyini bildirmişdir. Maşının güzgüsündən arxaya baxan zaman bir Ford markalı maşının arxadan sürətlə gəldiyini görmüşdür. Murad da avtomobilin sürətini artıraraq yoluna davam etmişdir. Həmin Ford markalı avtomobil də onları təqib etməyə davam etmişdir. Murad idarə etdiyi avtomobili Lənkəran rayonu Vilvan kəndi ərazisində yerləşən işıqforun qırmızı işığında saxlamışdır. Bu zaman həmin Ford markalı avtomobil arxadan gələrək qəsdən Muradın avtomobilinin sol arxa tərəfindən vurmuş və Murad həmin vaxtı hərəkətə başlamaq istədikdə həmin Ford markalı avtomobil yenidən Muradın idarə etdiyi avtomobilin sol qabaq yan tərəfindən vurmuşdur. Zərbənin təsirindən Muradın idarə etdiyi avtomobil Lənkəran şəhəri istiqamətində yolun sağ tərəfində olan çayxananın yanında yerləşən xəndəyə düşüb dayanmışdır. Bu zaman Ford markalı avtomobildən sonradan tanıdığı Telman və onun oğlu Elmar yerə düşərək, avtomobilə yaxınlaşmışlar. Telman onun yaxasından tutub maşından yerə düşürtmüş və sillə ilə boynundan bir zərbə vurmuşdur. Elmar da Muradın yaxasından tutub maşından çıxartmış və Muradın yumruqla başından, təpiklə bədənindən vurmağa başlamışdır. Telman və Elmar, onu və Muradı yumruq və təpiklə döymüşlər. Daha sonra Telman Muradın avtomobilinin qabaq tərəfindən ban hissəsinə çıxaraq təpikləməyə başlamışdır. Bu zaman sonradan adını bildiyi Heydər adlı polis işçisi və digər üç nəfər adlarını bilmədiyi polis işçiləri hadisə yerinə gəlmişlər və Telman, Elmar onlardan kənara çəkilmişlər. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmiş və ətrafda 4 nəfər polis işçisindən başqa, tanımadığı təxminən 15-20 nəfər şəxs olmuşdur. Boyun nahiyəsində olan sıyrıq xəsarəti ona 19 iyun 2023-cü il tarixdə,saat 01 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində Telman sillə ilə vuraraq yetirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin PPXB-nin manqa komandiridir, polis baş serjantıdır. Lənkəran rayonu Şağlaser kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 iyun 2023-cü il tarixdən etibarən tanıyır. Lənkəran rayonu Göyşaban kənd sakini Zərərçəkmiş şəxs1 və Lənkəran rayonu Girdəni kənd sakini X3 da 19 iyun 2023-cü il tarixdən etibarən tanıyır. Onlarla da qohumluğu yoxdur,ədavəti və ziddiyyəti də olmamışdır.19 iyun 2023-cü il tarixdə,saat 01 radələrində,o,sürücü-polis nəfəri, polis serjantı Şahid3 idarə etdiyi PPXBnin xidməti maşını olan Fiat Doblo markalı maşını ilə Lənkəran şəhər ərazisində xidmətdə olduğu zaman PPXB-nin komandiri Ruhid Əzimov rabitə vasitəsilə onlara göstəriş verərək, Lənkəran rayonunun Vilvan kəndi ərazisində yerləşən işıqforun yanında dava-dalaş olduğunu və tez həmin yerə getmələrini bildirmişdir. Onlar da Vilvan kəndi ərazisində yerləşən işıqforun yanına getmişlər. Onlar həmin yerə yaxınlaşan zaman ətrafa çoxlu adamların toplaşdığını və bir yaşlı kişinin də işıqforun altında olan xədəyə düşmüş VAZ2106 markalı maşının banına çıxıb təpiklədiyini və polis işçiləri Həmid və Xanların da həmin kişini maşının banından yerə düşməsini tələb etdiklərini görmüşlər. Mirsəmid maşını yolun kənarında saxlamış və onlar maşından düşüb, hadisə yerinə yaxınlaşmışlar. Onlar həmin kişini maşının banından yerə düşürüb xidməti maşına əyləşdirmişlər. Həmin vaxtı Həmid bir nəfər cavan oğlanı da xidməti maşına əyləşdirmiş və həmin oğlanın da həmin yaşlı kişi ilə birlikdə VAZ2106 markalı maşını idarə edən şəxsi və maşından olan digər bir şəxsi döydüyünü bildirmişdir. Bundan sonra, onlar həmin yaşlı kişini və cavan oğlanı xidməti maşınla Lənkəran şəhər-rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona məlum olmuşdur ki, həmin yaşlı kişinin adı Telman, cavan oğlanın adı isə Elmardır, Elmar Telmanın oğludur. Həmçinin həmin vaxtı ona məlum olmuşdur ki, Telman və onun oğlu Elmar, həmin işıqforun altında 2-ci Qarabağ müharibəsi qaziləri olan Murad və Vüsal adlı şəxsləri yumruq və təpiklə döymüşlər. Bundan sonra onlar xidmət aparmağa getmişlər. Həmin vaxtı ətrafda ondan və polis işçiləri, Mirsəmid, Heydər və Xanlardan başqa təxminən 15-20 nəfər adlarını bilmədiyi və tanımadığı şəxslər olmuşdur. İctimai qayda tamamilə pozulmuşdur. Məhkəmə istintaqında Şahid3 digər Şahid2 ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadə vermişdir. (Buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmür.) Məhkəmə istintaqında Şahid4 ifadəsində bildirmişdir ki, O, Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantıdır. Lənkəran rayonu Şağlaser kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 iyun 2023-cü il tarixdən etibarən tanıyır. Lənkəran rayonu Göyşaban kənd sakini Zərərçəkmiş şəxs1 və Lənkəran rayonu Girdəni kənd sakini X3 da 19 iyun 2023-cü il tarixdən etibarən tanıyır. Onlarla da qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 19 iyun 2023-cü il tarixdə X7 ilə birlikdə xidmətdə olmuş, həmin gün saat saat 01 radələrində idarə etdiyi BMW markalı avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə edərkən Lənkəran rayonu Vilvan kəndi ərazisində yerləşən işıqfora çatan zaman ətrafa tanımadığı təxminən 15-20 nəfər şəxsin toplaşdığını və işıqforun yanında dava-dalaş olduğunu görmüşlər. Tez idarə etdiyi maşını yolun kənarında saxlamış və o və birlikdə xidmət olduğu Heydər Kərimovla maşından düşüb dava-dalaş olan yerə yaxınlaşmışlar. Həmin vaxtı orada VAZ2106 markalı maşının bir tərəfinin xəndəyə düşdüyünü, həmin maşının da yanında bir Ford Tranzit markalı maşının dayandığını və bir yaşlı kişi və bir cavan oğlanın 2 nəfər şəxsi yumruq və təpiklə vurduqlarını görmüşlər. O və Xanlar tez onlara yaxınlaşmışlar və onları bir-birindən ayırmışlar. O və Xanlar həmin yaşlı kişini və cavan oğlanı sakitləşdirməyə çalışmışlar. Amma adını bilmədiyi həmin yaşlı kişi sakitləşmədiyinə görə o PPXB-nin komandiri Ruhid Əzimova zəng edib, Vilvan kəndi ərazisində yerləşən işıqforun yanında dava-dalaş olduğunu bildirmiş və kömək göndərilməsini xahiş etmişdir. Bu zamanı həmin yaşlı kişi VAZ2106 markalı maşının banına çıxmış və səs-küy salaraq maşının banını təpikləməyə başlamışdır. Həmin vaxtı polis nəfərləri İmran və Mirsəmid PPXB-nin xidməti maşını ilə hadisə yerinə gəlmişlər. Onlar həmin kişini VAZ2106 markalı maşının banından yerə düşürtmüşlər. Sonra isə həmin kişini və onun yanında olan cavan oğlanı PPXB-nin xidməti maşınına əyləşdirib Lənkəran şəhər-rayon polis şöbəsinə göndərmişlər. Həmin vaxtı döyülən həmin iki nəfər şəxsin 2-ci Qarabağ müharibəsi qaziləri olan Murad və Vüsal olduğunu bilmişdir. Murad və Vüsalı da Lənkəran Mərkəzi rayon xəstəxanasına göndərmişlər. Sonra isə o, Xanların idarə etdiyi maşınla Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, qaziləri döyən Lənkəran rayonunun Şağlaser kənd sakinləri Telman və Telmanın oğlu Elmardır. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxtı ətrafda ondan və polis işçisi Xanlardan başqa təxminən 15-20 nəfər adlarını bilmədiyi və tanımadığı şəxslər olmuşdur. Sonradan isə hadisə yerinə polis işçiləri İmran və Mirsəmid gəlmişlər və onlar sonradan adını bildiyi Telman adlı şəxsi VAZ 2106 markalı maşının banından yerə düşürtmüşlər və onu sakitləşdirmişlər.Telman və oğlu Elmarın hərəkətləri nəticəsində ictimai qayda tamamilə pozulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: 16 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. 16 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 üzləşmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. 16 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X6 ilə Təqsirləndirilən şəxs2 üzləşmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. 16 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X6 ilə Təqsirləndirilən şəxs1 üzləşmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə tibbi ekspertizasının 21 iyun 2023-cü il tarixli, 615 nömrəli rəyindən görünür ki Zərərçəkmiş şəxs1 bədəni üzərində-sol gicgah nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir,müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi ekspertizasının 21 iyun 2023-cü il tarixli, 616 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində-boyun nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. VAZ 21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı və Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillərə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, VAZ21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad, qabaq və ban hissələrində, Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin isə sağ qanad hissəsində əziklər aşkar edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 baş etibarnamə əsasında məxsus olan VAZ 21063 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1845 (bir min səkkiz yüz qırx beş ) manat ziyan dəymişdir. Lənkəran şəhər İHB-nın Şağlaser kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Şağlaser kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Lənkəran şəhər İHB-nın Şağlaser kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Şağlaser kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs1 Lənkəran ŞRPŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam şəkildə ödəmiş, Telman və onun oğlu Elmarla barışmışdır. Onun Telman və Elmardan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 Lənkəran ŞRPŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və onun oğlu Elmarla barışmışdır. Onun Telman və Elmardan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, VAZ 21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı və Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri maddi sübut kimi tanınmış və VAZ 21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1, Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanılması üçün qanuni sahibi Təqsirləndirilən şəxs2 təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökm, qərar və Lənkəran rayon İcra və X5 müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Lənkəran Rayon Məhkəməsinin 1(049)-173/2023 №-li, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 263- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 il 6 ay müddətinə məhrum edilməklə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, daha sonra Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(106)-564/2023 №-li, xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 il 6 ay müddətinə məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmışdır. Hazırda o cəzasının 2 ay 9 gününü çəkmiş, 2 il 9 ay 22 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə cinayət hesab edilir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaucan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsi, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsi CM-in 221.2-ci maddəsi ilə tövsif olunur. Məhkəmə yuxarıda qeyd olunanlara qarşılıqlı şəkildə məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətmələri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxslərin və dindirilmiş şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs2 oğlunun məhkəmədə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 yaxasından tutsa da onu yumruq və təpiklə vurmaması, Vüsal Allahverdiyevi də yumruq və təpiklə döyməməsi, həmçinin Lənkəran rayonu Vilvan kəndi ərazisində yerləşən işıqforun yanında baş vermiş hadisə zamanı X12 Rəhimovun yumruqla vurmaması barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs2 oğlunun məhkəmədə baş vermiş hadisə zamanı Lənkəran rayonu Vilvan kəndi ərazisində yerləşən işıqforun yanında baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 yumruqla vurmaması, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yaxasından tutsa da onu yumruq və təpiklə vurmaması, həmçinin Vüsal Allahverdiyevi də yumruq və təpiklə döyməməsi barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakrterizə oluunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 221.2.1-ci maddəsinin saknsiyasına görə həmin maddənin dispzosiyasında törədilmiş əmələ görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs2 şəxsiyyəti və yaşını, cəzasını yüngülləşdən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yükdaşıma ilə məşğul olmaqla ailəsini dolandırmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə islah işləri cəzasının təyin edilməsini cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Belə ki, Təqsirləndirilən şəxs2 daha ağır cəzanın təyin edilməsi onun ailəsinin həyat şəraitinə və dolanışığına mənfi təsir göstərməsinə səbəb olacaqdır ki, bu da şəxsin islah edilməsi yönələn cinayət qanunvericiliyinin tələblərinə və ümumi prinsiplərinə ziddir. Məhkəmə bununla yanaşı onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs1 şəxsiyyəti, cəzanı yüngülləşdən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əvvəllər təqsirin ehtiyatsızlıq formasında Cinayət törətməsini, hazırki cinayəti barəsində hökm qanuni qüvvəyə minməmişdən əvvəl törətməsini, hazırda təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs1 barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə CM-nin 66.4 və 66.5-ci maddələrinin tələbi baxımından Təqsirləndirilən şəxs1 münasibətdə qeyd edir ki, hazırda ona istinad edilən əməli Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyindən sonuncuya Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən qəti olaraq təyin edilmiş 1 il 6 müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla sonuncuya qəti cəza təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onların üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalı, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıığın məhdudlaşdırılması cəzasının başlanğıcı ilə əlaqədar qeyd edir ki, sonuncu hazırda barəsində Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyindən hazırki hökmlə təyin ediləcək və həmin cəzayla qismən toplanaraq qəti olaraq təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinin başlanğıcı da Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş və hazırda icra olunan azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcından hesablanmalıdır. Əks yanaşma təqsirləndirilən şəxsə əvvəlki qərarla təyin edilmiş və hazırki hökm qanuni qüvvəsini alanadək çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzasının heablanmamasına gətirib çıxarmış olar ki, bu da şəxsin ona təyin edilmiş müddətdən artıq müddətə cəza çəkməsinə səbəb olar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə bağlı onu qeyd edir ki, VAZ 21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs1, Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanılması üçün qanuni sahibi Təqsirləndirilən şəxs2 təhvil verildiyindən həmin hallar nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(106)-564/2023 №-li, xx.xx.2023-cü il tarixli Qərarı ilə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan 1(bir) il 6 (altı) ay müddətinə məhrum edilməklə 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 1(bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3(üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Şağlaser kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Maddi sübut olan VAZ 21065 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs1, maddi sübut olan Ford Tranzit markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanılması üçün qanuni sahibi Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-44/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-44/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver