Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-44/2025 09.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirlən şəxs: 24 avqust 1969-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, 23 sentyabr 2024-cü il tarixdə Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd qəhvəyi rəngli, dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı -0,04 qram olmaqla xeyli miqdar təşkil edən narkotik vasitə metadon həbini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nm əməkdaşları tərəfindən 23 sentyabr 2024-cü il tarixdə saat 19:05-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Sabir küçəsində saxlanılaraq, saxlanıldığı yerdə üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən həmin xeyli miqdarda narkotik vasitə metadon həbi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbir olunmayıb, ifadələrini sərbəst olaraq vermişdir. 22 sentyabr 2024-cü il tarixdə axşam saatlarında bədənində olan ağrılara görə Lənkəran şəhər, Böyük Bazar adlanana ərazidə, üzdən tanıdığı, adını bilmədiyi yaşlı bir şəxsdən 06 manata bir ədəd metadon almış, sonradan onu polis əməkdaşları saxlayıb polis şöbəsinə aparmışlar. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs isə göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə 2024-cü il tarixdə cəzadan azad edilmişdi. Bir müddət narkotik vasitələrdən istifadə etməsə də, bədənində yaranan ağrılara görə ara-bir narkotik vasitə metadon həbindən istifadə etmişdir. Bu səbəbdən həmin maddələrə aslılığı yaranmışdır. Bildirmişdir ki, narkotik vasitə metadonu çox vaxt tanımadığı şəxslərdən alıb qəbul etmişdir. 22 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Sabir küçəsindən çıxıb piyada şəkildə Lənkəran şəhər, Böyük Bazar adlanana əraziyə getmişdir. Bir qədər bazar ərazisində gəzdikdən sonra orada əvvəllər də, metadon həbi aldığı şəxsi görüb ondan istifadəsi üçün bir ədəd metadon həbini istifadəsi üçün satmasını istəmişdir. Bu zaman həmin şəxs on biraz kənara çəkib, ona bir ədəd metadon həbinin olduğunu, həmin həbi 10 manata satdığını bildirdikdən sonra o da həmin şəxsə üzərimdə 6 manat pul olduğunu bildirib həmin qiymətə ona verməsini bildirmişdir. Sonra həmin şəxs onunla razılaşıb metadon həbini ona satmışdır. O da həmin həbi cibinə qoymuşdur ki, ağrıları olduğu təqdirdə ondan istifadə etsin . 22 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb piyada Lənkəran şəhəri, Sabir küçəsi ilə hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, üstünə vidoçəkiliş vasitəsilə yoxlanılmalı olduğunu bildirmişlər. Bu zaman ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilib-edilməməsi barədə verilən sualına cavab olaraq vəkilsiz üstünün yoxlanılmasına etirazının olmadığını bildirmişdir. Bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmadığı sualına o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd metadon həbini, sağ və sol cibimdən 2 ədəd siqaret qutusu və 29 manat nağd pul aşkarlanmışdır. Üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Verilən şifahi suallara cavab olaraq metadon həbini şəxsi istifadəsi üçün Lənkəran şəhəri. “Böyük Bazar” ərazisində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 6 manata aldığını bildirmişdir. Daha sonra metadon həbi zərfə qoyularaq qabalşdırılaraq o və başqa iştirakçılar tərəfindən imzalarala təsdiq olunmuşdur. Üzərindən aşkar edilmiş 29 manat pul və 2 ədəd siqaret qutusu özünə qaytarılmışdır. Daha sonra polis əməkdaşları onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş əşyalara və buna aid videogörüntüyə baxış keçirilmişdir. Sonra təhqiqatçı tərəfindən zərfdə olan metadon həbinin ona məxsus olub-olmaması, polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki zor və ya psixi təsirə məruz qalıb-qalmamağı barədə verdiyi suallara cavab olaraq o, üzərindən aşkar edilmiş metadon həbinin ona məxsus olduğunu və polis tərəfindən saxlanılan zaman fiziki zor və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf ifadələri, şahid ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” haqqında və ona əlavə edilmiş DVD diskdə olan videogörüntü, “təqdim olunan əşyaya baxış keçşirilməsi və götürüklməsi haqqında” protokol və ona əlavə edlmiş DVD diskdə olan videogörüntü ilə, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavab raportu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Həmin məlumatların mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə ondan başqa əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. 23 sentyabr 2024-cü il tarixdə saat 19:05-də rəhbərliyi altında Lənkəran şəhəri, Sabir küçəsi ərazisində çıxıb müşahidələr aparmağa başlamışlar. Məqsədi həmin ərazidə olan Təqsirləndirilən şəxs aşkar etmək olmuşdur. Qısa bir müddət sonra Təqsirləndirilən şəxs yaxınlaşmış və bu zaman əməliyyat müvəkkili Şahid3 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Ona özünü polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərinin yoxlanılmalı olduğunu bildirmişlər. O da narazılıq etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. O da əynindəki şalvarın sağ yan cibindən bir ədəd metadon həbi, sağ və sol cibindən 2 ədəd siqaret qutusu və 29 manat pulu çıxarıb təqdim etmişdir. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin həbin metadon həbi olduğunu bildirmişdir. Həmin həb elektron tərəzidə çəkilən zaman çəkisi 0,60 qram olmuşdur. Həmin metadon həbi ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-ya gətirib bu barədə raport yazıb növbətçi təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalara və buna dair videogörüntüyə baxış keçirilmiş, zərfdə olan metadon həbinin ona məxsus olub-olmaması, saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zor və ya psixi təsirə məruz qalıbqalmamağı barədə verdiyi suallara cavab olaraq üzərindən aşkar edilmiş metadon həbinin ona məxsus olduğunu və saxlanılan zaman qanundankənar təsirə məruz qalmadığını bildirmişdir. Keçirilmiş tədbirlər nəticəsində onun narkotik vasitə metadonu şəxsiyyəti məlum olmayan şəxsdən aldığı, yəni tanmadığı müəyyən olunmuş, lakin onun həmin maddəni konkret olaraq kimdən əldə etdiyini müəyyən etmək mümkün olmamış,eləcə də, onun narkotik vasitə metadonu istifadə məqsədilə əldə etdiyi müəyyən edilmiş, satışla bağlı hər hansı bir məlumat, yaxud fakt aşkar edilmədiyini göstərmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Lənkəran ŞRPŞ-nın Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İşdə olan 23 sentyabr 2024-cü il tarixli “Əməliyyat -axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olmuş şalvarın sağ yan cibindən 1 ədəd konvalyut kəsiyində narkotik vasitə metdon həbini təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həbin metadon həbi olduğunu, xx.xx.2024- cü il tarixdə Lənkəran şəhəri “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 6 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd metadon həbi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. İşdə olan 23 sentyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürüklməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək zərfə qablaşdırılmış bir ədəd metadion həbinə və bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisindən bir ədəd konvolyut kəsiyində narkotik vasitə metadon həbi və DVD diskdə isə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə metadon həbin aşkar olunmasının əks olunduğu videogörüntüsü qeydə alınmışdır. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 19/673 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ vət.Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 1 ədəd metadon həbi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon dərmanıdır, həbin təsiredici maddəsinin ümumi miqdarı 0,04 qramdır. Tədqiqatdan sonra 0,5 həb -olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2024-cü il tarixli məhkəmə- narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2023-cü ildən qeydiyyatdadır. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəçisi, daşınması ilə məşğul olması barədə əməliyyat aparatına əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə məlumatları daxil olmamışdır. Aşkar edilmiş narkotik vasitə metadonu Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidən 6 manata şəxsi istifadəsi üçün aldığını bildirsədə, keçirilmiş tədbirlər zamanı həmin vasitəni əldə etdiyi şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirildiyi göstərilmişdir. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” xx.xx.2024-cü il tarixli Qəraradan görünür ki, X3 üzərindən aşkar edilərək götürülmüş təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan 1 ədəd metadon həbi (qalıq 0,5 həb) və iki ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər 06 dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə cəzdan azad edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla şikayət daxil olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulma vaxtı saat 19.05-dən hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, təqsirləndirlən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saat 19.30-da MSYdən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metodon həbini xeyli miqdarda əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun əvvələr 06 dəfə, ümumilikdə 25 ilə yaxın azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanaları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ”başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, X2 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun 2023-cü ildən ərazi narkoloji xəstəxanasında qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan 0,5 metadon həbbi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 60 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və onun 2023-cü ildən ərazi narkoloji xəstəxanasında qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan 0,5 metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-44/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-44/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver