Məhkəmə qərarları › İş №1(049)-442/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-442/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-442/2023 07.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə məhkəmənin hazırlıq iclasını açıq məhkəmə iclasında keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 19 noyabr 2023-cü il tarixdə, gecə saat 22 radələrində Lənkəran rayonu Gərmətük qəsəbəsində avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs qardaşı Şahid bir qədər əvvəl birlikdə iştirak etdikləri toy məclisində etdiyi müəyyən davranışlarının düzgün olmadığını deyib irad bildirməsinə etirazını ifadə etməsindən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən yumruqla zərbə vuraraq, ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid burun sümüyünün xətti sınığı və burun nahiyəsində qançırdan ibarət xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Gərmətük qəsəbəsində köhnə Ələt-Astara magistral yolunun Ələt istiqamətində sol kənarında baş vermişdir Məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 1157 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində burun sümüyünün xətti sınığı və burun nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 241 “A”, 42-1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Moskva şəhəri Çeryemuşkin rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 30 M 3-cü hissəsi, 158 M. 2-ci hissəsi V bəndi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 4000 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 69.1-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə, 4000 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il qərarı ilə cəzası azaldılaraq 3 il azadlıqdan məhrum etmə saxlanılmış, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar