Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-448/2022 28.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:10 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lənkəran şəhəri, 21-ci məhəllədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə, habelə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və şəraitdə əldədüzəltmə üsulu ilə kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, istifadəyə yararlı soyuq silahı Lənkəran rayonu ərazisində əldə edib üzərində gəzdirmiş, həmçinin 2022-ci ilin iyul ayının əvvəlində Lənkəran rayonu ərazisində istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 3 (üç) ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 1,052 qr, -0,254 qr və -0,246 qram olmaqla; cəmi -1,552 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış X5 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının 04 iyul 2022-ci il tarixdə saat 19 radələrində Lənkəran şəhəri, 21-ci məhəllə ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı küçə ilə piyada hərəkətdə olarkən saxlanılaraq regional polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış aparılarkən sellofan kəsiyinə bükülmüş halda qeyd olounan çəkidə və bükümlərdə psixotrop maddə metamfetamin və 01 (bir) ədəd soyuq silah hesab olanan kastet (beşbarmaq) əynində olmuş şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 3-4 ay əvvəl psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamış, aradabir qəbul etmişdir. Təxminən on beş il əvvəl qurğuşundan beşbarmaq (kastet) hazırlamış və yaşadığı mənzildə saxlamışdır. 04 iyul 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə çıxıb, Lənkəran şəhəri “Kiçik bazar” ərazisinə gedib orada üzdən tanıdığı lakin, adını bilmədiyi şəxlə görüşüb ondan istifadə etməyi üçün metamfetamin olub-olmadığını soruşmuşdur. Вu zaman o da, üç bükümdə təxminən 1 qram yarım heroin olduğunu və 50 manata satdığu bildirmişdir. Bu zaman o, cibindən 50 manat pulu çıxarıb ona verib, ondan 3 bükür metamfetamini almışdır. Daha sonra həmin maddəni şalvarının cibinə qoyub, yaşadığı evə gəlmişdir. Həmin tarixdə saat 19 radələrində psixotrop maddə metamfetamindən qəbul etmək üçün küçəyə çıxmaq qərarına gəlmişdir. Həm günü beşbarmaqda üzərində olmuşdur. Yaşadığı evdən çıxıb küçə ilə hərəkət edən zaman bir neçə şəxs ona, yaxınlaşaraq özülərini DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsimi əməkdaşları olduğunu və ona üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü regional şöbəyə dəvət etdikdə etiraz etməyib polis əməkdaşları ilə birlikdə regional şöbəyə getmişdir. Regional şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunduqda üzərində olan əşyaları, həmçinin şalvarının sol yan cibindən bir ədəd beşbarmağı və plasmas bankanın içərisində üç ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bu zaman verilən suallara şifahi olaraq təqdim etdiyi əşyaların ona məxsus olduğunu, bükümlərin içərisində şüşə, yəni psixotrop maddə metamfetamin olduğunu göstərmişdir. Üzərindən aşkar olunmuş beşbarmaq qurğuşun materialdan olmaqla özünün hazırladığını, lakin onda heç vaxt istifadə etmədiyini bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Onun rəhbərliyi ilə polis serjantları Şahid2 və Şahid3 tədbirin keçirilməsində iştirak etmişdir. 04 iyul 2022-ci il tarixdə, saat 19 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rzayev X3 şəhəri, 21-ci məhəllədə evinin yaxınlığında saxlanılaraq regional şöbəyə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı, qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs üzərində olan əşyaları, həmçinin əynində olan şalvarının sol yan cibindən bir ədəd beşbarmağı və plasmas bankanın içərisində üç ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 polis nəfəri vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və üzərində saxlaması barədə X2 icraatına daxil olmuş əməliyyat məlumatından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək sonuncunun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o, da əməliyyat-axtarış tədbirin keçirilməsində iştirak etmişdir. 04 iyul 2022-ci il tarixdə, saat 19 radələrində əməliyyat-axtarış tədbirləri zamanı Rzayev X3 şəhəri, 21-ci məhəllədə evinin yaxınlığında saxlanılaraq regional şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı, qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs üzərində olan əşyaları, həmçinin əynində olan şalvarının sol yan cibindən bir ədəd beşbarmağı və plasmas bankanın içərisində üç ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 cinayət işinin 95-96-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 polis nəfəri vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və üzərində saxlaması barədə X2 icraatına daxil olmuş əməliyyat məlumatından sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək sonuncunun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o, da əməliyyat-axtarış tədbirin keçirilməsində iştirak etmişdir. 04 iyul 2022-ci il tarixdə, saat 19 radələrində əməliyyat-axtarış tədbirləri zamanı Rzayev X3 şəhəri, 21-ci məhəllədə evinin yaxınlığında saxlanılaraq regional şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı, qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs üzərində olan əşyaları, həmçinin əynində olan şalvarının sol yan cibindən bir ədəd beşbarmağı və plasmas bankanın içərisində üç ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir.” Cinayət işinin 29-31-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 04 iyul 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd beşbarmağı və plasmas bankanın içərisində üç ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Cinayət işinin 45-46-cı vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 05 iyul 2022-ci il tarixli, 19/765 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üç ədəd bükümdə təmiz çəkisi- 1.552 qram olan psixotrop maddə metamfetamindir. Cinayət işinin 82-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış ambulator X1 07 iyul 2022-ci il tarixli, 756 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs metamfetamindən sui istifadə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 100-101-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə ballistik ekspertizasının 02 avqust 2022-ci il tarixli, 3/939 nömrəli rəyindən görünür ki, 01 ədəd predmet üzərində ədədüzəltmə üsulu ilə hasırlanan kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır. Cinayət işinin 161-167-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1.402 qram psixotorp maddə metamfetamin, 1 ədəd əldə düzəltmə üsulu ilə hazırlanmış istifadəyə yararlı vurucu əzici xassəyə malik soyuq silah hesab olunan kastet (beşbarmaq) eləcə də şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 01 ədəd DVD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 5(049)-237/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin təmiz çəkisi 1.552 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Qərarın 13-cü bəndində qeyd edilmişdir ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CMin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. CM-nin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 12-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 80-81-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 4(049)-215/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həsb qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 89-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 89-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, arvadı, qızı ilə birlikdə Lənkəran şəhəri, 21-ci məhəllədə yaşayır, ailəsinə hörmətlə yanaşmışdır, yaşadığı müddət ərzində qonşularla normal münasibətdə olmaqla müsbət xarakterizə olunmuşdur. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailəsinin qazanc gətirən şəxsi olması, habelə məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, habelə əldə olunmuş narkotik vasitənin miqdarını, yəni qanunda həmin miqdarda nəzərdə tutulmuş istehlak miqdarından az miqdarda çox olmasını (təxminən bir dəfə) və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən halların, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə, bu qənaətə gələrkən həmçinin yuxarıda şərh olunan təqsirləndirilən şəxsin narkotik vasitədən son iki ayda istifadə etməyə başlamasını nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxsin toksikomaniyadan müalicəsi azadlıqda olduğu təqdirdə daha effektiv ola bilər. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdən hazırki dövrədək tutulduğu müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.402 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin və 1 ədəd kastet (beşbarmaq) CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk CPM-nin 132.1ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 226 (iki yüz iyirmi altı) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. X1 07 iyul 2022-ci il tarixli, 756 nömrəli rəyini nəzərə almaqla CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdən hazırkı tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 24 (iyirmi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 11 (on bir) ay 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona toksikomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.402 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin və 1 ədəd kastet (beşbarmaq) məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 226 (iki yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-448/2022
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-448/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver