Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-45/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.50 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1974-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Ş.Zahid küçəsi ev 7A-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, 2024-cü ilin avqust ayının sonlarında Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd qəhvəyi rəngli, dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı -0,04 qram olmaqla xeyli miqdar təşkil edən narkotik vasitə metadon həbini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nm əməkdaşları tərəfindən 14 sentyabr 2024-cü il tarixdə, saat 10:10-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, M.Nəsirli küçəsində saxlanılaraq, üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən həmin xeyli miqdarda narkotik vasitə metadon həbi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Cəzadan azad olunduqdan sonra bir müddət narkotik vasitələrdən istifadə etməsə də, son bir il ərzində bədənində olan ağrılara görə metadon həblərindən istifadə etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazarında olan zaman üzdən tanıdığım lakin, adını bilmədiyi şəxsi görüb ondan istifadəsi üçün metadon həbini 7 manata almışdır. 14 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri “Böyük Bazar" ərazisində yerləşən M.Nəsirli küçəsi ilə hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib ona narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, üstünə videoçəkiliş vasitəsilə yoxlanılmalı olduğunu bildirmişlər. Onun əynində olan şalvarın sağ yan cibindən bir ədəd metadon aşkarlanmışdır. Daha sonra metadon həbi zərfə qoyularaq qabalşdırılmış, o və başqa iştirakçılar tərəfindən imzalarala təsdiq olunmuşdur. Hazırda əməlindən peşmandır, xəstə atasına baxır, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Həmin məlumata əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə ondan başqa əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. 14 sentyabr 2024-cü il tarixdə saat 10:10da rəhbərliyi altında Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən “Böyük Bazar" ərazisində Təqsirləndirilən şəxs yaxınlaşmış və bu zaman əməliyyat müvəkkili Şahid3 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Ona özünü polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərinin yoxlanılmalı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. O da əynindəki şalvarın sağ yan cibindən bir ədəd metadon həbi, siqaret qutusu və alışqan, sol arxa cibindən “Samsung” markalı mobil telefon, sağ arxa cibindən 15 manat 90 qəpik pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin həbin metadon həbi olduğunu bildirmişdir. Həmin metadon həbi ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə yaradılmış əməliyyat qrupunda o, iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərlik əməliyyat müvəkkili Şahid1 etmişdir. 14 sentyabr 2024-cü il tarixdə saat 10:10-da rəhbərliyi altında Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən “Böyük Bazar" ərazisində Təqsirləndirilən şəxs yaxınlaşmış və bu zaman onun tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Ona özünü polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərinin yoxlanılmalı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. O da əynindəki şalvarın sağ yan cibindən bir ədəd metadon həbi, siqaret qutusu və alışqan, sol arxa cibindən “Samsung” markalı mobil telefon, sağ arxa cibindən 15 manat 90 qəpik pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin həbin metadon həbi olduğunu bildirmişdir. Həmin metadon həbi ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə yaradılmış əməliyyat qrupunda o, iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərlik əməliyyat müvəkkili Şahid1 etmişdir. 14 sentyabr 2024-cü il tarixdə saat 10:10-da rəhbərliyi altında Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən “Böyük Bazar" ərazisində Təqsirləndirilən şəxs yaxınlaşmış və mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Ona özünü polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərinin yoxlanılmalı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. O da əynindəki şalvarın sağ yan cibindən bir ədəd metadon həbi, siqaret qutusu və alışqan, sol arxa cibindən “Samsung” markalı mobil telefon, sağ arxa cibindən 15 manat 90 qəpik pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin həbin metadon həbi olduğunu bildirmişdir. Həmin metadon həbi ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Cinayət işinin 12-13-cü vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış 14 sentyabr 2024-cü il tarixli “əməliyyat -axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olmuş şalvarın sağ yan cibindən 1 ədəd konvalyut kəsiyində narkotik vasitə metdon həbini təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həbin metadon həbi olduğunu, xx.xx.2024- cü il tarixdə Lənkəran şəhəri “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 7 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd metadon həbi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Cinayət işinin 16-17-ci vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış 14 sentyabr 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək zərfə qablaşdırılmış bir ədəd metadion həbinə və bir ədəd DVD diskə baxış keçirilmişdir. Bacxış zamanı zərfin içərisindən bir ədəd konvolyut kəsiyində narkotik vasitə metadon həbi və DVD diskdə isə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə metadon həbin aşkar olunmasının əks olunduğu videogörüntüsü qeydə alınmışdır. Cinayət işinin 51-ci vərəqində olan və məhkəmədə elan edilməklə araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 15 sentyabr 2024-cü il tarixli 19/661 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 1 ədəd metadon həbi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon dərmanıdır, həbin təsiredici maddəsinin ümumi miqdarı 0,04 qramdır. Cinayət işinin 74-cü vərəqində olan və məhkəmədə elan edilməklə araşdırılmış 16 sentyabr 2024-cü il tarixli məhkəmə- narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 103-104-cü vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan 1 ədəd metadon həbi (qalıq 0,5 həb) və iki ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilmişdir. Cinayət işinin 88-96-cı vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış tələbnamə və hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarxidə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 206.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nın 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmişdir. xx.xx.2018-ci ildə cəzsının sonu ilə azad edilmişdir. Cinayət işinin 111-112-ci vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış arayış və xasiyyətnamədən görünür ki, Kərimov X1 şəhəri, Ş.Zahid küçəsi ev 7A-da qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. Cinayət işinin 19-20-ci vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış tutma protokoldan görünür ki, 14 sentyabr 2024-cü il tarixdə, saat 11:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və həmin tarixdə tutulmadan azad edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 111-ci qrafasına əsasən 0,02 qram narkotik vasitə metadon xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə metadonun miqdarı 0.04 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni xx.xx.2024-cü il tarixdə onun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Kərimov X1 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə azadlıdan məhrum etmə cəzasına məhkum edildiyindən və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edildiyindən məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətini etiraf edib, səmimi ifadələr verərək əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması məsuliyyətini ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, əvvəlki məhkumluğunun da habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 14 sentyabr 2024-cü il tarixdən 16 sentyabr 2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.5 həb narkotik vasitə metadon CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdən 16 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.5 həb narkotik vasitə metadon həbi məhv edilsin, 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-45/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-45/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver