Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-46/2024 07.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Lənkəran rayonu Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, işləməyən, Lənkəran rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin qərarı ilə Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 5-ci bəndinə əasən cəzasının çəkilməmiş hissə 01 il azaldılmış və xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 07 may 2024-cü il tarixdə saat 12.38-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o 19 avqust 2023-cü il tarixdə 20 manat pul müqabilində, Lənkəran şəhəri kiçik bazar ərazisində satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,298 qram; -0,274 qram ümumi təmiz çəkisi -0,572 qram xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 15:55-də Lənkəran ŞRPŞ-nin Liman PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Göyşaban kəndində yaşadığı evin yaxınlığında küçənin ərazisində saxlanılaraq ünvanı ünvan 1ş və bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən həmin çəkidə və bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü əvvəl qismən təqsirli bilərək narkotik vasitələrdən istifadə etdiyini, lakin ondan aşkar olunaraq götürülmüş metamfetamini onün üzərinə zor tətbiq olunaraq qoyulduğunu bildirsə də, dərhal ardınca özünü təqsirli bilib göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, o, ibtidai istintaq zamanı göstərmişdir ki, tutduğu əməlindən peşmandır. İşin mahiyyəti üzrə göstərmiş ki, yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmuşdur. Bədəninin ağrısından yəni ciyərindən əziyyət çəkir. Psixi xəstəliklərə görə heç bir yerdə qeydiyyatda deyil. Narkoman kimi Lənkəran rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur. Beş ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Metamfetamini zərli kağızda yandırma yolu ilə tüstüsünü udmaqla qəbul edir. Demək olar ki, hər gün psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddəni Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 19 avqust 2023-cü il tarixdə saat 14:00 radələrində Lənkəran şəhəri kiçik bazar adlanan ərazidə əvvəllər tanımadığı bir şəxslə rastlaşmışdır. Söhbət edən zaman birbirilərinin narkoman olduqlarını bilmişlər. O həmin şəxsdən psixotrop maddə istəmişdir. Həmin şəxsdə ona üzərində psixotrop maddə olduğunu bildirmiş və 20 manata iki bükümdə psixotrop maddə olan metamfetamin satmışdır. O, həmin şəxsdən aldığı psixotrop maddəni əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Bədənində ağrılar olan zaman istifadə edəcəkmiş. Elə həmin günü yəni 19 avqust 2023-cü il tarixdə saat təxminən 15:55 radələrində Lənkəran rayonu Göyşaban kəndində yaşadığı evin küçəsində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra onu Liman PB-nə dəvət etmişlər. O da, polis əməkdaşları ilə polis bölməsinə gəlmişdir. Polis bölməsində o, şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Sonra orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sol yan cibindən istifadəsi üçün saxladığı iki büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin iki büküm psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 0,79 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm metamfetamini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməlindən son dərəcə peşmandır. Psixotrop maddə olan metamfetamini qəbul etməklə cinayət törətdiyini başa düşür, psixotrop maddələri heç vaxt satmamışdır. Psixotrop vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün cinayəti etirafedici ifadələri ilə yanaşı, şahidin ifadəsi, üzərində şəxsi axtarış keçirilməsi haqqında protokol, üzərindən aşkar olunmuş maddi sübutlar yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfəri Şahid2 oğlu göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 əldə etdiyi məlumat əsasında onun əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilmiş, Şahid1, onun və polis nəfəri Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Lənkəran onu Lənkəran rayonu Göyşaban kəndində yaşadığı evin yaxınlığında küçənin ərazisində saxlayaraq Liman PB-nə gətirilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis serjantı Şahid3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş iki bükümdə ağ rəngli, kristial formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 0,79 qram olmuşdur. Sonra metamfetaminə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil İntiqam Hüseynov və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxslə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən beş ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetami 19 avqust 2023-cü il tarixdə Lənkəran şəhəri kiçik bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,572 qram psixitrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin psixotrop maddələrin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 20 avqust 2023-cü il tarixli, 19/813 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,298 qram; 0,274 qram; ümumi təmiz çəkiləri- 0,572 qram ağ rəngli kristial formada olan, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq çəkisi 0,472 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2023-ci il tarixli, 817 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən görünür ki,, Təqsirləndirilən şəxs mütəmadi olaraq şəxsi istifadəsi üçün psixotrop maddə əldə edərək üzərində saxlamış və satışı barədə əməliyyat məlumatları əldə edilməmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsindəxx.xx.2018-ci il təvəllüdlü X3 olmaqla barəsində yaşayış yeri üzrə şikayət daxil olmamış, lakin narkotik maddələri istifadəçisidir. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə o, MSY-dən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən, hökmün və qərarın surətlərindən görünür ki, Əliyev X2 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin qərarı ilə Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 5-ci bəndinə əasən cəzasının çəkilməmiş hissə 01 il azaldılmış və xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmişdir. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” xx.xx.2023-cüq il tarixli Qərardan görünür ki, 02 ədəd bükümdə,qalıq çəkisi 0,472 qram olan psixotrop maddəmetamfetaminin və şəxsi axtarış zamanı videoçəkilişə dair 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq mavafiq olaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılması üçün saxlama kamerasına təhvil verilməsi01 ədəd DVD diskin iş materiallarında saxlanılması qərara alınmışdır. İşə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İşə əlavə edilmiş Lənkəran ŞRPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:45-də Lənkəran rayonu ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs sonuncu dəfə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhklumluğu ödənilmədiyi dövrdə o, hazırki cinayət əməlini törətmişdir. Buna görə də o, məhkumluğu olan şəxs hesab edilməlidir. Bununla yanaşı məhkumluğu dövründə hazırki cinayət əməlinin törətməsi cinayətin residivini yaratmır. Belə ki, Təqsirləndirilən şəxs təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmadığından CM-nin 18.4.4-cü maddəsinə əsasən onun tərəfindən hazırki iş üzrə yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalı, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,472 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs polinarkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,472 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan, təqsirləndirlən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-46/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-46/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver