Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-46/2025 02.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 67.5 və 264-cü maddələri ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 2 ay 28 gün müddətə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilməklə 02 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-13/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilənərək 5 (beş) ay 20 (iyirmi) gün müddətə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanda yerləşən bazarda kişi, qadın alt və üst geyimlərinin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 xəstə anasına paltar almaq məqsədi ilə gəlməsini bildirib, sonuncunun asılqan piştaxtaya üzünü çevirib əlində olan taxta qarmaqla asılqanda olan paltarları götürməsindən istifadə edib, hər hansı bir şəxsin və Zərərçəkmiş şəxs1 görmədiyi şəraitdə gizlin orada olan oturacağın üzərindəki Zərərçəkmiş şəxs1 məxsus 20 (iyirmi) manat qiymətində pul kisəsini və həmin pul kisəsinin içərisindəki cəmi 600 (altı yüz) manat olan kağız pul əskinazlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 620 (altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, oğurluq yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2024-cü il tarixdə, saat 11:35-də Zərərçəkmiş şəxs2 icarə müqaviləsi əsasında işlətdiyi Lənkəran şəhəri Tofiq İsmayılov küçəsində yerləşən ictimai iaşə obyekti olan "Atelye qızıl əllər" dərzi sexinə, Zərərçəkmiş şəxs2 dərzi sexində olmadığı müddətdə iş vaxtı açıq olan qapısından həmin dərzi sexinə daxil olaraq, masanın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 500 (beş yüz) manat qiymətində Tecno Spark 20 pro markalı mobil telefonu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istinaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, 01 oktyabr 2024-cü il tarixdə fəhləlik etmək üçün Bakı şəhərinə getmişdir. Amma iş tapa bilmədiyi üçün qərara gəlmiş ki, oğurluq edib pul qazansın. Buna görə də 03 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Xətai rayonu ərazisində yerləşən "Cin" bazarı deyilən yerə getmişdir. Sonra isə bazara daxil olmuş və kişi, qadın alt və üst geyimləri satan bir qadına yaxınlaşmışdır. Həmin vaxtı görmüş ki, piştaxtanın üzərində qadın pul qabı vardır. O, həmin qadına yalandan demiş ki, ailə üzvülərilə birlikdə bazarlıq etmək üçün gəlmiş, anası xəstədir, ona qadın donu almaq istəyir. Həmin qadın geri çevrilmiş və əlində olan taxta qarmaqla asılqandan qadın donunu götürmək istəyəndə o, piştaxtanın üzərində olan qadın pul qabını götürmüş və oradan qaçdır. Amma həmin qadın pul qabını götürüb qaçdığını görməmişdir. O təxminən 100-150 metr getdikdən sonra pul qabının zamokunu açmış və içərisində olan pulları sayanda görmüş ki, 600 manat pul oğurlamışdır. Bundan sonra avtobusla 20 yanvar metrosunun yanına gəlmiş və tanımadığı tasksi maşını ilə yaşadığım Masallı rayonunun Boradigah qəsəbəsinə gəlmişdir. O, taksi maşınının sürücüsünə 15 manat pul vermiş və yaşadığı evə getmişdir. O evdə anasına və arvadı Vüsaləyə yalandan demiş ki, üç gün ərzində 600 manat pul qazanmışdır. O, həmin pulu qızı Nigahın qarın nahiyyəsindən əməliyyat olunmağına xərcləmişdir. 20 oktyabr 2024-cü il tarixdə maddi vəziyyəti ağır olduğu üçün qərara gəlmiş ki, Lənkəran şəhərinə gedib oğurluq edərək pul qazansın. Buna görə də 21 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində Bordigah qəsəbəsində avtobusa əyləşib Lənkəran şəhərinə gəlmişdir. O, Lənkəran şəhəri Ləvəngi dairəsində avtobusdan düşmüş və piyada mikrorayona tərəf gəlməyə başlamışdır. Mikrorayonda bir az gəzdikdən sonra bir dərzi sexinin qapısının açıq olduğunu görmüşdür. O həmin dərzi sexinə daxil olmuş və sexdə heç kimin olmadığını görmüşdür. Həmin vaxtı masanın üzərində bir mobil telefon görmüş və tez həmin telefonu oğurlayıb sexdən çıxmışdır. Sonra isə piyada Ləvəngi dairəsinə gəlmiş və avtobusa əyləşib yaşadığı Boradigah qəsəbəsinə qayıtmışdır. O, oğurladığı mobil telefonu həmin günü sata bilmədiyi üçün yatdığı döşəyin altında gizlətmişdir. Amma telefon oğurladığından ailə üzvülərinin məlumatı olmamışdır. 23 oktyabr 2024-cü il tarixdə, saat 11 radələrində yaşadığı evdə olduğu zaman həyət qapısının döyüldüyünü görmüş və gedib qapını açmışdır. Həmin vaxtı üç nəfər mülki geyimdə olan şəxslərin qapının qarşsında olduqlarını görmüşdür. Onlardan biri polis işçiləri olduqlarını ona demiş və onu Boradigah polis bölməsinə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə Boradigah polis bölməsinə getmişdir. Bordigah polis bölməsində ona məlum olmuş ki, üç nəfər polis işçisindən ikisi Xətai rayon polis idarəsinin işçiləridirlər. Həmin polis işçilərindən bir ondan "Cin bazarı"nda pul qabını oğurlayıb-oğurlamadığımı soruşmuşdur. O da içərisində 600 manat olan pul qabını bazardan oğurladığını etiraf etmişdir. Bundan sonra onu Bakı şəhərinə Xətai rayon polis idarəsinə aparmışlar və iki gün orada saxladıqdan sonra buraxmışlar. 25 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran polis şöbəsinin işçiləri onu Xətai rayonu ərazisində tutub Lənkəran polis şöbəsinə gətirmişlər. O, oğurluq hadisələri törətdiyi üçün əməlindən peşmandır. Cinayət hadisələri nəticəsində vurduğu ziyan zərəçəkmiş şəxslərə tamamilə ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində ittiham olunduğu madənin sanksiyası həddində ən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, qeyd etdiyi ünvanda ailəsilə birlikdə yaşayır. Əri və oğlu yaşıllaşdırma idarəsində fəhlə işləyirlər. 21 ildir ki, ünvan 1 ünvanda olan “Qaçqınlar bazarı” adlanan bazarda kişi və qadın alt-üst paltarlarının satışı ilə məşğul olur. Həmin bazarada piştaxta və asılqanlardan ibarət mağaza tibli yeri aylıq 250 manat olmaqla bazar müdüriyyətindən icarəyə götürmüşdür. Hər gün səhər saat 09 radələrində əri tərəfindən mağaza açılmış, saat 10:30 radələrində o bazara getmiş, bundan sonra əri işinə gedir və o axşam saat 19 radələrinə kimi paltar mağazasında satış ilə məşğul olur, axşam saatlarında həmin piştaxta olan paltarların üzərinə çadır çəkilir, yəni həmin yer tam olaraq mağaza tipli olmamaqla hər tərəfi bağlı olmamış, yalnız bazarın üç tərəfdən girişi olmuş, bazar axşam saat 19 radələrindən sonra bazarın gözətçisi tərəfindən bağlanır. 03 oktyabr 2024-cü il tarixdə axşam saat 19 radələrində evə getməyinə hazırlaşan zaman işləyi piştaxtaya əvvəllər tanımadığı təxminən 40-45 yaşlarında arıq bədən quruluşlu, başında qara rəngli orta hissəsində ağ rəngli emblemi olan bez bol tipli papaq qoymuş, əynində göy cins şalvar, göy rəngli qollu paltar və üzərində qara rəngli qolsuz gödəkcə olan bir nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxs anasına paltar almaq istədiyini, anasının yaşlı qadın olmaqla gözlərinin zəif görməsini, buna görə onun əməliyyat olunmasını, birlikdə bazara gəlmiş olsalar belə anasının səhhətinin onunla birlikdə bazarı gəzməsinə imkan verməməsini və bir neçə piştaxta əvvəldə hansısa bir qadın ilə oturub söhbət etməklə onu gözləməsini bildirib anası üçün xalat, don, bundan başqa deməsinə görə 7-8 yaşlı uşaqları üçün kalqotka lazım olmasını bildirmişdir. O, həmin şəxsdən anasının ölçülərini xəbər alan zaman həmin şəxs ona anasının onun yaşında olmaqla eyni ölçüdə olmasını bildirmiş, don və xalat düşürməsini xahiş etmişdir. O da asılqanda olan paltarı götürüb düşürmək üçün hündirlikdə olan malları götürmək üçün nəzərdə tutulan qırmaq ilə paltarı düşürən zaman üzünü paltara tərəf çivərən zaman həmin şəxs onun arxasına qalmışdır. O, paltarı düşürdükdən sonra həmin şəxs anidən ayağa qalxaraq “bu arvad gəlmədi” deyib ətrafa boylana-boylana ondan uzaqlaşmışdır. O, həmin şəxsin qayıdacağını zənn etmiş və təxminən 20-30 saniyyə sonra gün boyu əyləşdiyi stolunun üzərinə qoyduğu 20 manat dəyərində pul kisəsinin, və həmin kisənin içərisində olan 600 manat civarında 100, 50, 20,10, 5 və 1 manatlıq pul əskinaslarının yerində olmadığını görmüş, həmin şəxsin getdiyi istiqamətə getsədə onu görməmiş, dərhal iş yerinə qayıdıb ərinə bu barədə bildirmiş, əridə həmin şəxsin getdiyi istiqamətə getsədə tapa bilməmişdir. Bir daha bildirmişdir ki, həmin şəxs ona yaxınlaşan zaman onun pul kisəsi əyləşdiyi stulunun üzərində olmuşdur. Həmin şəxsi tapa bildəyi üçün polisə şikayət etmişdir. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən tikiş dərzi sexi vardır. Həmin sexə hər gün səhər saat 10 radələrində gəlir, 18-19 radələrində evinə gedir. 21 oktyabr 2024-cü il tarixdə də saat 10-da işlədiyi dərzi sexinə gəlib işlərini görməyə başlamışdır. Özünə 500 manata aldığı Tecno Sparc 20 pro markalı mobil telefonunuda sexidə masanın üzərində qoymuşdur. Həmin gün yəni 21 oktyabr 2024-cü il tarixdə saat 11:35 radələrində suyu açmaq məqsədi ilə sexin arxasında yerləşən binaya gedib suyu açmışdır. Suyu açmağa gedən zaman sexin qapısını açıq saxlamışdır. O, ümumiyyətlə qısa müddətli sexi tərk edən də qapını heç vaxt bağlamamışdır. Sexdədə heç vaxt oğurluq hadisəsi olmamışdır. Təxminən 7-8 dəqiqə suyu açmağa vaxtı getmişdir. Sexə qayıdıb öz işləri ilə məşğul olmuşdur. Lakin ona mobil telefon lazım olduğundan telefonunu masanın üzərindən götürmək istəyən zaman telefonun masanın üzərində olmadığını görmüşdür. Bir neçə dəqiqə telefonunu axtarsa da, tapa bilmədiyi üçün həmin gün saat 11:54 dəqiqədə Daxili İşlər Nazirliyinin 102 çağrı zəng mərkəzinə məlumat bildirmişdir. Bundan sonra polis əməkdaşları iş yerinə gəlib hadisə yerinə baxmışlar, izahatı alınmışdır. Sonradan ona məlum olmuş ki, onun sexindən oğurluq hadisəsini Masallı rayon Boradigah qəsəbə sakini Təqsirləndirilən şəxs tərətmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Oğurluq hadisəsi zamanı ona 500 manat maddi ziyan dəymişdir. Lakin onun oğurlandığı mobil telefonu ona geri qaytarılmışdır. Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis mayorudur. 21 oktyabr 2024-cü il tarixdə Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs2 Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək işlədiyi Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən dərzi sexindən həmin gün saat 11:34 radələrində masanın üzərində qoyduğu bir ədəd 500 manat dəyərində Tekno Spark 20 pro markalı mobil telefonu oğurlanmasını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında Zərərçəkmiş şəxs2 işlədiyi Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən dərzi sexinə baxış keçirilmişdir. Bundan sonra hadisəni törədən şəxslərin aşkar olunması istiqamətində əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 ilə birlikdə əməliyyat tədbirləri keçirtməyə başlamışlar. Keçirilən əməliyyat tədbirləri zamanı aldığımız məlumatda Zərərçəkmiş şəxs2 dərzi sexindən oğurluq edən şəxsin Masallı rayon Boradigah qəsəbə sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nə dəvət olunmuşdur. Şöbədə onunla keçirilən şifahi sorğu-sual zaman o, səmimi olaraq 21 oktyabr 2024-cü il tarixdə Lənkəran şəhərində Polis şöbəsinin yaxınlığındakı dərzi sexindən oğurluq etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, əvvəllərdə bir neçə dəfə oğurluq cinayət hadisələri törətmişdir. Pulu olmayanda və özünə iş tapa bilmədiyindən oğurluq hadisələri törədir. Ona görədə 21 oktyabr 2024-cü il tarixdə ona pul lazım olduğu üçün Lənkəran şəhərinə gəlib oğurluq etmək fikri ilə Lənkəran şəhər ərazisində gəzmişdir. Bu vaxt dərzi sexinin qarşısında olanda həmin sexin qapısının açıq olduğunu görmüş, içəridə heç kimin olmadığına əmin olduqdan sonra, fürsətdən istifadə edərək içəri daxil olmuş, orada masanın üzərində qoyulmuş Tecno Spark markalı mobil telefonu oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs dindirilməsindən ötrü onu istintaq bölməsinə təqdim etmişlər. Şahid2 teleqramla məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 oktyabr 2024-cü il tarixdə Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs2 Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək işlədiyi Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən dərzi sexindən həmin gün saat 11:34 radələrində masanın üzərində qoyduğu bir ədəd 500 manat dəyərində Tekno Spark 20 pro markalı mobil telefonu oğurlanmasını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında Zərərçəkmiş şəxs2 işlədiyi Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən dərzi sexinə baxış keçirilmişdir. Bundan sonra hadisəni törədən şəxslərin aşkar olunması istiqamətində əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 ilə birlikdə əməliyyat tədbirləri keçirtməyə başlamışlar. Keçirilən əməliyyat tədbirləri zamanı aldığımız məlumatda Zərərçəkmiş şəxs2 dərzi sexindən oğurluq edən şəxsin Masallı rayon Boradigah qəsəbə sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nə dəvət olunmuşdur. Şöbədə onunla keçirilən şifahi sorğu-sual zaman o, səmimi olaraq 21 oktyabr 2024-cü il tarixdə Lənkəran şəhərində Polis şöbəsinin yaxınlığındakı dərzi sexindən oğurluq etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, əvvəllərdə bir neçə dəfə oğurluq cinayət hadisələri törətmişdir. Pulu olmayanda və özünə iş tapa bilmədiyindən oğurluq hadisələri törədir. Ona görədə 21 oktyabr 2024-cü il tarixdə ona pul lazım olduğu üçün Lənkəran şəhərinə gəlib oğurluq etmək fikri ilə Lənkəran şəhər ərazisində gəzmişdir. Bu vaxt dərzi sexinin qarşısında olanda həmin sexin qapısının açıq olduğunu görmüş, içəridə heç kimin olmadığına əmin olduqdan sonra, fürsətdən istifadə edərək içəri daxil olmuş, orada masanın üzərində qoyulmuş Tecno Spark markalı mobil telefonu oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs dindirilməsindən ötrü onu istintaq bölməsinə təqdim etmişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan: “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış gündüz vaxtı təbii işıqlandırma şəraitində həyata keçirildi. Hadisə yeri Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı qaçqınlar bazarı adlanan yerdir. Vətəndaş Zərərçəkmiş şəxs1 Tılxan qızı hadisə yerini təqdim edərərk bildirdi ki, işlədiyi paltar mağazasından tanımadığı şəxs ondan xəərsiz pul kisəsini onurduğu stulun yanından oğurlamışdır. Hadisə yerinə baxış zamanı maddi sübut aşkar edilmədi. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus dərzi sexidir. Dərzi sexinin qapıları qalın şüşə materialdan olmaqla üç tərəfinin divarları kərpicdən hörülmüşd. Dərzi sexi bir otaqdan ibarətdir. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:35 radələrində dərzi sexində masanın üzərində qoyduğu bir ədəd Tecno Spark 20 pro markalı mobil telefonu oğurlamışlar. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 iştirakı ilə tanımaya təqdimetmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 mağazasından oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs oluduğunu göstərmişdir. Zərərçəkmiş şəxs2 dərzi sexindən oğurluq etmiş Təqsirləndirilən şəxs görüntüsünü əks etdirən DVD disk maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir. İş üzrə alınmış mütəxəssis rəyində göstərilmişdir ki, 1 ədəd Texno Spark 20 Pro markalı android tipli mobil telefon 50 MP olmaqla üç kameralı, 128 GB yaddaş kartına, 8 GB rama malikdir, G85 prosessorludur. Təzədir və istifadəyə tam yararlıdır, mobil telefonun qiyməti 480 manatdır. “Sübutların qiymətləndirilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğurladığı və istintaqa təqdim olunmuş bir ədəd Texno Spark 20 markal mobil telefon işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş şəxslərə qaytarılmışdır. “Əşyanın tanınmaya təqdim edilməsi haqında” 17 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 1 ədəd Texno Spark pro markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Zərərçəkmiş şəxs1 Atılxan qızının 01 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 04 il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 09 ay azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 67.5 və 264-cü maddələrinə əsasən Sabonçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Masallı Rayon Məhkəməsinin 1(050)-13/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilənərək 5 (beş) ay 20 (iyirmi) gün müddətə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 30 oktyabr 2024-cü il tarixli, 4175 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. “Şübhəli olan şəxsin tutulması haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. “MSY-dən azad olunma və qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altlna vermə” qətimkan tədbiri seçilməklə, o, tutulmadan azad edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 oktyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altlna vermə” qətimkan tədbiri seçilməklə, o, tutulmadan azad edilmişdir. Masallı Rayon Məhkəməsinin 4(05)-101/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Boradigah qəsəbəsində qeydiyyatdadır, ailə üzvləri: arvadı 1989-cu il təvəllüdlü X1, övladları 2005-ci il təvəllüdlü X2 və 2021-ci il təvəllüdlü X3 ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş və şahid ifadələri, mütəxəssis rəyi və işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs ümumi dəyəri 480 manat olan əşya və 1.100 manat pul oğurlamışdır ki, bu əməl onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. CM-in 177.2.2-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəzalar təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, himayəsində azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin əvvəllər də CM-nin 177-ci maddəsi ilə məhkum edilməsini, əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun islah edilməsinə effektiv olmadığını və cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CMnın 66.1-66.3-cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası CM-nın 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. CM-nin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsininin 1(050)- 13/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 20 (iyirmi) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Texno Spark pro markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsininin 1(050)-13/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 20 (iyirmi) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) ay 20 (iyirmi) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 05 (beş) ay 20 (iyirmi) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Texno Spark pro markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-46/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-46/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver