Məhkəmə qərarları › İş №1(049)-47/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-47/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-47/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X17, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Şəmməd qızı, X35, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 iştirakları ilə, xx xxxxxx 1990-ci ildə Bakı şəhərində doğulmuş, subay, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə cinayətini törətmişdir. Belə ki, o, 2022-ci ilin aprel ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran şəhəri, Nəsimi küçəsi ev 51-də yaşayan tanışı Zərərçəkmiş şəxs1 özünü X36 səlahiyyətli əməkdaşı kimi təqdim edərək 2500 manat pul müqabilində onun Bank Respublikaya olan 23.000 borc məbləğini X49 tərəfindən silinməsinə köməklik edəcəyinə yalandan vəd verməklə, Zərərçəkmiş şəxs1 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək 25 aprel 2022-ci il tarixdə saat 17 radələrində Lənkəran şəhərində Bank Respublikanın qarşısında X14 2500 manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin may ayında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Göyşaban kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs3 özünü X36 səlahiyyətli əməkdaşı kimi təqdim edərək 2500 manat pul müqabilində onun Banka olan 17000 ABŞ dolları borcu məbləğini X49 tərəfindən Azərbaycan Respublikasının milli valiyutasına çevirməsinə və hər ayda 150 manat ödənilməsinə razılıq alması kimi köməklik edəcəyinə yalandan vəd verməklə Zərərçəkmiş şəxs3 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək 2022-ci ilin may ayının ortalarında saat 17 radələrində Lənkəran şəhərində Bank Respublikanın qarşısında Zərərçəkmiş şəxs3 2500 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin may ayında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu, Velədi kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs7 özünü X36 səlahiyyətli əməkdaşı kimi təqdim edərək 700 manat pul müqabilində ona fond tərəfindən sosial yardım düzəldilməsi ilə təmin edilməsinə köməklik edəcəyinə yalandan vəd verməklə Zərərçəkmiş şəxs7 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək 2022-ci ilin may ayının ortalarında saat 17 radələrində Lənkəran şəhəri 4 saylı orta məktəbin qarşısında, Zərərçəkmiş şəxs7 700 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin may ayında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu, Velədi kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs2 özünü X36 səlahiyyətli əməkdaşı kimi təqdim edərək 7000 manat pul müqabilində onu Fövqalada Hallar Nazirliyinə, Yanğından Mühafizə Xidmətinə “fond” tərəfindən işə düzəldəcəyi ilə təmin edilməsinə köməklik edəcəyinə yalandan vəd verməklə Zərərçəkmiş şəxs2 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək vahid niyyətlə 21 may 2022-ci il saat 17 radələrində Lənkəran rayonu Velədi kəndində yaşadığı evində 3500 manat, 26 may 2022-ci il tarixdə saat 17 radələrində Lənkəran rayonu Velədi kəndində yaşadığı evində 2000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs2 5500 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin may ayında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayan tanışı X23 özünü X36 səlahiyyətli əməkdaşı kimi təqdim edərək 800 manat pul müqabilində fond tərəfindən onun nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi ilə təmin edilməsinə köməklik edəcəyinə yalandan vəd verməklə Yusif Quliyevin etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək 2022-ci ilin may ayının sonunda saat 18 radələrində Lənkəran şəhəri 4 saylı orta məktəbin qarşısında, X21 800 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin may ayında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu, Velədi kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs6 özünü X36 səlahiyyətli əməkdaşı kimi təqdim edərək 1400 manat pul müqabilində ona sosial yardım və onun xəstə dayısı arvadı X8 fənd tərəfindən təqaüd kartı düzəldəcəyi ilə təmin edilməsinə köməklik edəcəyinə yalandan vəd verməklə Zərərçəkmiş şəxs6 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək vahid niyyətlə 2022-ci ilin may ayının sonunda Lənkəran rayonu Velədi kəndində uşaq baxçasının qarşısında, Zərərçəkmiş şəxs6 1400 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin iyun ayında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu, Velədi kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs8 özünü X36 səlahiyyətli əməkdaşı kimi təqdim edərək 700 manat pul müqabilində onun xəstə azyaşlı övladının təqaüd düzəldilməsi ilə təmin edilməsinə köməklik edəcəyinə yalandan vəd verməklə Zərərçəkmiş şəxs8 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək 2022-ci ilin iyun ayının əvvəllərində saat 16 radələrində Lənkəran şəhəri H.Əliyev parkının qarşısında, Zərərçəkmiş şəxs8 700 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin iyun ayında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu, Kosalar kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs4 Şəmməd qızına özünü X36 səlahiyyətli əməkdaşı kimi təqdim edərək 600 manat pul müqabilində onun xəstə azyaşlı övladının təqaüd düzəldilməsi ilə təmin edilməsinə köməklik edəcəyinə yalandan vəd verməklə Zərərçəkmiş şəxs4 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək 13 iyun 2022-ci il tarixdə saat 09:30 radələrində Lənkəran rayonu Kosalar kəndində yaşadığı evində, Zərərçəkmiş şəxs4 Şəmməd qızının 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, onz qarşı irəli sürülmüş ittiamda göstərilən zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs7 və X24 ilə bağlı ittihamı qəbul etmir, həmin şəxsləri görməmişdir. Digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanı azadlığa çıxdıqda ödəyəcəkdir. Cinayət əməlini maddi sıxıntıya görə törətmişdir, hazırda əməlindən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsindən görünür ki, “Bakı şəhər Nizami rayon məhkəməsində, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində tutularaq, Bakı şəhər İstintaq təcridxanasında saxlanılır. Belə ki, bildirmiş ki, 2008-ci ildə Bakı şəhərində Aviasiya akademiyasına daxil olmuşdur. 2009-cu ilin dekabr ayının 3-də valideynləri ilə birlikdə Səlyan şəhərində avtoqəzaya düşmüşlər və avtoqəza zamanı atası, anası və bacısı ölmüşlər. O tək qalmışdır. Tək qaldığı üçün universiteti oxumağa davam edə bilməmişdir. 2011-ci ildə ailə həyatı qurmuşdur. 2014-cü ildə ailəsindən ayrılmışdır. İlk evliliyindən bir qız övladı dünyaya gəlmişdir. 2018-ci il tarixdə qeyri rəsmi ailə həyatı qurmuş və həmin evlilikdən də bir oğlu dünyaya gəlmişdir. 2021-ci ilin dekabr ayında ikinci ailəsindən də ayrılmışdır. Əsli Lənkəranlı olduğu üçün 2022-ci ilin fevral ayının 4-də Lənkəran şəhərinə gəlmişdir. Lənkəran şəhərində heç bir qohum-əqrabası yaşamır. Lakin atası əslən Lənkəranlı olduğu üçün o yaşamağa Lənkəran şəhərinə gəlmişdir. O, Nizami rayon Məhkəməsindən qaçmamışdır. O, Göyçay rayonunda yaşamış, Məhkəmələrə Göyçay rayonundan getmişdir. Lakin ailəsindən ayrıldığına görə telefon nömrələri ər evində qalmış və o özünə yeni telefon və nömrə almışdır. Lənkəran şəhərinə gəldikdən sonra heç kim ilə əlaqə saxlaya bilməmişdir. Nizami rayon Məhkəməsi də onun barəsində axtarış elan etmişdir. Bu barədə xəbəri olmamışdır. O, həmişə məhkəmələrə vaxtında getmişdir. Lənkərana da gəlməkdə məqsədi işləyib pul qazanıb sonra məhkəmədə olan borcunu qaytarmaq olmuşdur. Beləliklə də Lənkəran şəhərində özünə satıcı işi tapmışdır. Lənkəran şəhərində Vertiko mağazasında işləmişdir. Ayda 250 manat maaş almışdır. Həmin mağazada işləyən zaman Lənkəran rayon Velədi kənd sakini olan Əli Xanağa oğlu ilə instoqram sosial şəbəkəsində tanış olmuşdur. Aralarında sevgi münasibətləri yaranmışdır. Sonra Əli onun həmin mağazada işləməsinə razı olmamışdır. O da işdən çıxmışdır. Əli onu ailəsi ilə tanış etmişdir. O, Əlinin evində onun anası Mərziyyəni, bacıları Şəfəq, Nuranə, Nübarı tanımışdır. Bundan sonra Əlinin qohumları ilə tanış olmuşdur. Əliyə də demiş ki, hələlik burda satıcı işləyir ki, fikri qalsın. O rəsmi olaraq X36 işçisi olduğunu Əliyə bildirmişdir. 2022-ci ilin aprel ayında Əli ona demiş ki, tanışı Zərərçəkmiş şəxs1 köməklik etsin. Sədailin evini bank onun əlindən alır. O da, Əliyə söz vermiş ki, “sənin üçün kim lazımdırsa onlara köməklik edərəm”. 2022-ci ilin aprel ayında dəqiq xatırlamadığı gündə Sədail ilə görüşmüşdür. Sədail ona demiş ki, onun banka borcu var. Bank evini mənimsəyib. O da Sədailə söz vermiş ki, işinə köməklik edəcək. Beləliklə o Sədaildən 2022-ci ilin aprel ayının təxminən 20-21-də 2500 manat pulu almış ki, guya bankdan onun borc pullarını sildirəcəkdir. Sədaildə ona inanmışdır. O, pulu Sədaildən aldıqdan sonra Sədail ilə birlikdə Bank Respublikaya getmiş, orada tanımadığı işçi ilə şifahi danışmış ki, icra işini müvəqqəti dayandırsınlar. Bankda onlara təxminən 2 ay müddətində vaxt vermişdir. Bundan başqa Lənkəran şəhəri Mərkəzi bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 vaitəsi ilə tanımışdır. Sədail onu evinə qonaq çağırmışdır. Həmin gün Amididə evinə dəvət edəcəyini ona bildirmişdir. O Sədailin evində qonaq olan zaman Sədail ona Zərərçəkmiş şəxs3 barəsində demiş ki, Amidin banka 17.000 ABŞ dolları borcu var. O da demiş ki, gəlsin yanına onunla söhbət etsin. Sədail Amidə zəng vurmuş, həmin vaxt Amidin işi olduğu üçün Sədailin evinə gelə bilməmişdir. Lakin Lənkəran rayon Velədi kəndində yaşayan, Əlinin dayısı oğlu Şükürün yaşadığı evində, 2022-ci ilin may ayının ilk günlərində Amid ilə görüşmüşdür. Amid ona bank problemini danışmışdır. Banka olan 17000 ABŞ dolları borcunu milli pula çevirib aylıq 150 manat ödəmək istədiyini bildirmişdir. O da Amidə demiş ki, ona 2500 manat pul versin, sonra köməklik ediləcəkdir. X36 hasabına həmin pulu tam sildirəcəyinə söz vermişdir. Amid də onunla razılaşmışdır. 2022-ci ilin may ayının ortalarında Amid 2500 manat pulu düzəldib, sonra ona zəng etmiş, onlar Lənkəran şəhəri 10 nömrəli orta məktəbin qarşısında görüşmüşlər. Həmin gün, saat 17 radələrində Amid 2500 manat pulu ona vermişdir. O da bir ay müddətində Amidin işini həll edəcəyinə söz vermişdir. Amiddən hərbi biletinin əslini və şəxsiyyət vəsiqəsinin surətini almışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 Şəmməd qızını Lənkəran rayonu Velədi kənd sakini X22 bacısı X12 vasitəsi ilə tanımışdır. Nübar Bayramova, Zərərçəkmiş şəxs4 əmisi arvadıdır. O 12 iyun 2022-ci il tarixdə Nübar Bayramovanın evinə qonaq getmişdir. Həmin gün orada Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs4 ona demiş ki, azyaşlı qızının sağ əli anadangəlmə inkişafdan qalıb, sağ əli sol əlindən qısadır. Buna görə Gülnar 13 iyun 2022ci il tarixdə Bakı şəhərinə müayinəyə getməli olduğunu danışanda o, Zərərçəkmiş şəxs4 demiş ki, “sən narahat olma, sənədləri və 600 manat pulu ver mən özüm uşağın işini həll edərəm”. Zərərçəkmiş şəxs4 da onunla razılaşmışdır. 13 iyun 2022-ci il tarixdə səhər saat 09:30 radələrində o, taksi ilə Zərərçəkmiş şəxs4 Lənkəran rayonu Kosalar kəndindəki yaşadığı evinə gedib evində ondan 600 manat pulu və uşağın xəstəlik sənədlərini almışdır. Zərərçəkmiş şəxs4 da özünü X36 işçisi kimi təqdim etmişdir. Fondun köməkliyi ilə ona köməklik edəcəyimi bildirmişdir. Razılığa görə o Gülnarın uşağına 600 manat pul müqabilində guya pensiya düzəldəcəkmiş. Zərərçəkmiş şəxs4 ona pulu və uşağının sənədlərini verəndə onların yanında əlavə heç kim olmamışdır. Bundan başqa X25 2022ci ilin aprel ayından tanışı Əlinin vasitəsi ilə tanımışdır. Əlinin Lənkəran rayon Sütəmurdov kəndində meyvə-tərəvəz dükanı vardır. Yusif də, həmin dükana gəlib oradan alış-veriş edirmiş. O da Yusif Quliyevi, Əlinin dükanından tanımışdır. Söhbət edən zaman o Yusif Quliyevə bildirmiş ki, nazirlikdən tapşırığla 5 illik Lənkəran şəhərinə ezam olunmuşdur. İşi əhalini işlə təmin etmək və xəstələrə köməklik etməkdir. X38 işləyib-işləmədiyini soruşmuş, Yusif Quluzadə işlədiyini bildirmişdir. Daha sonra Yusifdən nəyəsə ehtiyacının olubolmamasını soruşmuşdur. Yusif Quliyevdə ona sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. O da Yusif Quliyevə demiş ki, ona sürücülkük vəsiqəsi düzəldə bilər. Qəsdən ona demiş ki, Bakı şəhərində tanışı var, həmin tanışının vasitəsi ilə ona sürücülük vəsiqəsi düzəldəcəkdir. Beləliklə 800 manat pul müqabilində sürücülük vəsiqəsini düzəldəcəyinə razılaşmışlar. 2022-ci ilin may ayının son günlərində o təxminən saat 18 radələrində Yusif Quliyev ilə Lənkəran şəhərində 4 nömrəli məktəbin qarşısında görüşüb ondan 800 manat pulu almışdır. O, Yusif Quliyevdən pulu alan zaman onların yanında heç kim olmamışdır. X29 zənglərinə cavab verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 2022-ci ilin may ayının sonlarında Lənkəran rayonu Velədi kəndində olan zaman tanımışdır. Zərərçəkmiş şəxs6 özünü X36 işiçisi kimi və bundan başqa sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Daha sonra Zərərçəkmiş şəxs6 işləyib-işləmədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs6 ona rəsmi olaraq heç bir yerdə işləmədiyini demişdir. Taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O da Zərərçəkmiş şəxs6 təklif etmiş ki, onun üçün sosial yardım düzəldə bilər. Zərərçəkmiş şəxs6 onunla razılaşmış, telefon nömrəsini götürmüşdür. Bir gün sonra Zərərçəkmiş şəxs6 Lənkəran rayonu Velədi kəndində uşaq baxçasının qarşısında onunla görüşüb 400 manat pulu sosial yardım düzəltmək üçün ona vermişdir. Daha sonra ondan xəstə insan üçün pensiya düzəldə biləcəyi barədə soruşmuşdur. O da Zərərçəkmiş şəxs6 pensiya da düzəldə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs6 ona bir xəstə dayısı arvadı, yəni X7 olduğunu, həmin arvadın yataq xəstəsi, heç kimi tanımadığını və danışa da bilmədiyini demişdir. O da Zərərçəkmiş şəxs6 demiş ki, belə xəstələrə pensiya düzəltmək daha rahatdır. 1000 manat pul müqbilində pensiya düzəldə biləcəyini demiş və Zərərçəkmiş şəxs6 də onunla razılaşmışdır. Bir gün sonra Zərərçəkmiş şəxs6 yenidən ona zəng edib görüşmək istədiyini demişdir. O da gündüz saat 15 radələrində Lənkəran rayonu Velədi kəndində uşaq baxçasının qarşısında Zərərçəkmiş şəxs6 ilə görüşmüş və 1000 manat pulu baxçanın qarşısında Fəridin dayısı arvadı Dilbərə pensiya düzəltmək adı ilə almışdır. O pulu alanda onların yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs6 pulu aldıqdan sonra təxminən bir ay ərzində həm sosial yardımın, həm də Dilbərin təqaüdünün düzələcəyini demiş və ondan xahiş etmiş ki, bu işlərin düzələcəyinədək ona zəng etməsin. İşinin çox olduğunu Fəridə bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs7 bibisi Gülbənizin vasitəsi ilə tanımışdır. Gülbənizin qızı Zəhra əqli cəhətdən uşaqlıqdan xəstədir. Gülbənizə uşağının Lənkəran rayon Mərkəzi xəstəxanasında müalicə olunmasına köməklik etməyə söz vermişdir. Özünü qəsdən X36 işiçisi kimi və bundan başqa sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Gülbənizdə ona inanmışdır. Beləliklə də Gülbəniz 2022ci ilin may aylarının ortalarında ona zəng edib demiş ki, onu qızı ilə birlikdə Lənkəran rayon Mərkəzi xastəxanasına aparsın. O da onunla razılaşmış və həmin vaxt Lənkəran rayon Velədi kəndində tanışlarının evində olmuşdur. Gülbənizə demiş ki, bir taksi sifariş etsin və o da onlara gəlir. Sürücü kimi Zərərçəkmiş şəxs7 bibisi Gülbənizin evinə gəlmiş və birlikdə Lənkəran rayon Mərkəzi xəstəxanasına getmişlər. Zərərçəkmiş şəxs7 xəstəxananın həyətində gözləmişdir. Onlar uşağı həkimə göstərmişlər və sonra xəstəxanadan çıxıb gəldikləri avtomobilə əyləşmişlər. Xəstəxanadan Gülbənizin evlərinə gəlmişlər. Sonra o sürücü Zərərçəkmiş şəxs7 xahiş etmiş ki, onu Lənkəran şəhərinə yaşadığı evə aparsınlar. Zərərçəkmiş şəxs7 etiraz etməmişdir. Yolda söhbət edən zaman o Zərərçəkmiş şəxs7 sosial yardım düzəldəcəyinə köməklik edə biləcəyini demişdir. Bir də bankdan onun üçün yüksək məbləğdə pul götürəcəyinə köməklik edə biləcəyinə də söz vermişdir. Zərərçəkmiş şəxs7 onunla razılaşmışdır. Hər iki işin müqabilində ondan 700 manat pul istəmişdir. Onlar razılaşdıqdan sonra Rahim Nəzrov onun mobil nömrəsini almışdır. Həmin gün o Lənkəran şəhərində 4 nömrəli məktəbin yaxınlığında avtomobildən düşmüşdür. Təxminən 4-5 gün sonra Zərərçəkmiş şəxs7 ona zəng edib pulun hazır olduğunu bildimişdir. O da Zərərçəkmiş şəxs7 Lənkəran şəhinə 4 nömrəli məktəbin qarşısına çağırmışdır. 4 nömrəli məktəbin qarşısına gedib Zərərçəkmiş şəxs7la görüşüb 700 manat pulu ondan almışdır. O Zərərçəkmiş şəxs7 pulu alan zaman onların yanında heç kim olmamışdır. Pulu hansı tarixdə aldığını dəqiq xatırlamır. Amma təxminən bilir ki, 2022-ci ilin may ayının ortalarında almışdır. Daha sonra Zərərçəkmiş şəxs7da telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs7 da qəsdən demiş ki, guya H.Əliyev fondunun nüfuzlu şəxsidir. Bundan başqa Zərərçəkmiş şəxs2 20 may 2022-ci il tarixdə Lənkəran şəhərində qohumlarının vasitəsi ilə tanımışdır. O, özünü Zərərçəkmiş şəxs2 X36 işiçisi kimi və bundan başqa sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 işləyib-işləmədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs2 də ona heç bir yerdə işləmədiyini demişdir. O Zərərçəkmiş şəxs2 onu işə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 də ondan telefon nömrəsini götürmüşdür. 21 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edib onu öz yaşadığı evinə qonaq çağırdımışdır. Atası Şahid2 və anası Məlikzadə Gülşən ilə tanış etmişdir. O Zərərçəkmiş şəxs2 evində valideynlərinin yanında ona 7.000 manata onu Fövqəlada Hallar Nazirliyinə Yanğından Mühafizə xidmətinə işə düzəldə biləcəyini bildirmişdir. Onlar da onunla razılaşmışlar. Həmin gün yəni 21 may 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 öz yaşadığı ünvanda valideynlərinin icazəsi ilə onların yanında ona 3500 manat pul vermişdir. 24 may 2022-ci il tarixdə o Zərərçəkmiş şəxs2 zəng edib demiş ki, özünə “Ayfon 13 pro” markalı mobil telefon kreditə almaq istəyir. Zərərçəkmiş şəxs2 xahiş etmiş ki, həmin telefonu öz adına onun üçün kreditə götürsün. Zərərçəkmiş şəxs2 də onunla razılaşmışdır. Beləliklə onlar Lənkəran şəhərində Mərkəzi bazarda Zərərçəkmiş şəxs2 tanışından əl kreditinə bir “Ayfon 13 pro” markalı mobil telefon almışlar. Telefonu alanda 1000 manat pulu ilkin olaraq ödəmişdir. Üç ay ərzində hər ayda 600 manat pulu ödəməklə telefonun pulunu bitirməyə söz vermişdir. Həmin telefonuda mağazada Zərərçəkmiş şəxs2 adına vermişlər. 26 may 2022-ci il tarixdə saat 17 radələrində o Zərərçəkmiş şəxs2 evinə gəlmiş və həmin vaxt 2000 manat pulu Zərərçəkmiş şəxs2 evində valideynlərinin yanında ona vermişdir. Həmin vaxt o Eltənin ailəsinə demiş ki, Zərərçəkmiş şəxs2 işə düzələndən sonra maaş kartından qalan 1500 manat pul hissə-hissə dövlət hesabına köçəcəkdir. Lakin sonradan o telefon zənglərinə cavab verməmişdir. Kreditə götürdüyü telefonunun da aylıq pulunu ödəməmişdir. Hazırda o Zərərçəkmiş şəxs2 5500 manat pulu iki dəfəyə almış və 1800 manat da telefonunun pulunu ödəməmişdir. Ümumilkdə Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməklə onun 7.300 manat pulunu ələ keçirtmişdir. Həmçinin Eltənin anası olan Şahid1 guya sosial yardım düzəlktmək kimi köməklik edəcəyinə inandırmaqla ondan da 200 manat pul almışdır. Bundan başqa Lənkəran rayonu Velədi kəndində yaşayan Zərərçəkmiş şəxs8 ilə 2022-ci ilin iyun ayının ilk günlərində tanış olmuşdur. Zərərçəkmiş şəxs8 onu öz evinə dəvət etmiş və ona demiş ki, onun barəsində eşitmiş ki, xeyirxah biridir. Övladının xəstə olduğunu deyib ondan köməklik istəmişdir. O, Zərərçəkmiş şəxs8 evinə getmiş. Evdə onun Nəzrin adlı bir xəstə qızını görmüşdür. Zərərçəkmiş şəxs8 Nəzrini belindən əməliyyat etdiyini bildirmiş və sənədlərini ona göstərmişdir. O da Zərərçəkmiş şəxs8 demiş ki, bu sənədlərlə övladına pensiya düzəldə bilər. Lakin bu işin müqabilində 700 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs8 demişdir. Həmin gün Zərərçəkmiş şəxs8 700 manat pul olmadığı üçün ona pul verməmişdir. Lakin sabah pulu olacağını və Lənkəran şəhərində H.Əliyev parkının qarşısında görüşüb 700 manat pulu ona verəcəyini demişdir. O da razılaşmış və Zərərçəkmiş şəxs8 evindən çıxıb getmişdir. Bir gün sonra yəni 2022-ci ilin iyun ayının ilk günlərində saat təxminən 16 radələrində Lənkəran şəhəri H.Əliyev parkının qarşısında o Zərərçəkmiş şəxs8 ilə görüşüb orada ondan Nəzrinin sənədləri ilə birlikdə 700 manat pulu almışdır. Daha sonra Zərərçəkmiş şəxs8 zənglərinə cavab verməmiş və 700 manat puluda özü üçün xərcləmişdir. Bundan başqa Şahid4 Lənkəran rayonunda Velədi kəndində 2022-ci ilin may ayında tanışı Vüsalın evində görmüşdür. Özünü Şahid4 X36 işiçisi kimi və sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Daha sonra Şahid4 işləyib-işləmədiyini soruşmuşdur. Şahid4 ona heç bir yerdə işləmədiyini demişdir. Şahid4 özünə sosial yardım düzəlmək istədiyini demiş və o da Turanəyə sosial yardım düzəldəcəyinə söz vermişdir. Şahid4 hansı sənədlərin lazım olduğunu ondan soruşmuşdur. O da Turanəyə şəxsiyyət vəsiqəsinin surətini, uşaqlarının, ərinin şəxsiyyət vəsiqəsinin surətini və 100 manat pul istəmişdir. Şahid4 onun mobil telefon nömrəsini götürmüş və 2022-ci ilin may ayının ortalarında ona zəng edib demiş ki, sosial yardım üçün lazım olan sənədlər və 100 manat pulun hazırdır. O da Şahid4 demiş ki, sənədlərlə 100 manat pulu Lənkəran rayonu Sütəmurdov kəndində Əlinin meyvə-tərəvəz dükanında versin. Şahid4 dediyi kimi sənədlərlə 100 manat pulu Əlinin dükünında vermiş və o həmin gün Turanənin verdiyi pulu və sənədlərin surətini dükündan götürmüşdür. Şahid4 da aldatmışdır. Meyvə-tərəvəz dükanında işləyən Əlinin onun Turanəni aldatmağımdan da xəbəri olmamışdır. Bundan başqa Şahid6 2022-ci ilin may ayının son günlərində Zərərçəkmiş şəxs2 evində olan zaman tanımışdır. Şahid6 özünü X36 işiçisi kimi və sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Sonra Şahid6 işləyib-işləmədiyini soruşmuşdur. Şahid6 ona taksi sürücüsü olduğunu demiş və ondan sosial yardım düzəltməyinə köməklik etməyini xahiş etmişdir. O da Zahirə köməklik edəcəyinə söz vermişdir. Bir gün sonra, təxminən 2022-ci ilin may ayının son günlərində Şahid6 onunla əlaqə saxlamış, harada olması barədə maraqlanmış, o da, Lənkəran rayonu Velədi kəndində olduğunu, uşaq baxçasının qarşısında onu gözlədiyini bildirmişdir. Şahid6 uşaq baxçasının qarşısına gəlmişdir. Baxçanın qarşısında Şahid6 idarə etdiyi avtomobilinə əyləşib Lənkəran şəhərinə mikrarayonda “Tik-tok” adlanan mağazanın qarşısında düşmüşdür. Yolda Şahid6 özünə sosial yardım düzəltmək üçün 100 manat pul, ailəsinin və özünün şəxsiyyət vəsiqəsinin sürətini vermişdir. Şahid6 pul və sənədlərin surətini aldıqdan sonra ona demiş ki, onu narahat etməsin, tezliklə Bakıya gedib H.Əliyev fondunun hesabına onun üçün sosial yardım düzəldəcəkdir. Bir daha Şahid6 telefon zənglərinə cavab verməmişdir. Bundan başqa Lənkəran rayonu Velədi kənd sakini Şahid5 anası X2 xəstəliyindən əziyyət çəkdiyini kənd camaatında eşitmişdir. Nəzmiyyə Babayevanın xəstəliyinə görə təqaüdünün kəsildiyini öyrənmişdir. 2022-ci ilin may ayının son günlərində saat təxminən 16 radələrində Şahid5 yaşadığı Lənkəran rayonu Velədi kəndindəki evinə özü getmişdir. Nəzmiyənin evinin olub-olmamasını soruşmuşdur. Evdə Şahid5 onu qarşılamış və düz ünvana gəldiyini demişdir. Şahid5 bildirmiş ki, X36 işiçisidir, bundan başqa sosial yardım idarəsində şöbə rəisiyidir. Daha sonra anasının xəstəliyinə görə təqaüdünün kəsilməsi barədə məlumatı olduğunu demişdir. Şahid5 bunu təsdiqləmişdir. Anası Nəzmiyəyə baxıb ona təkrar təqaüd düzəldə biləcəyini bildirmişdir. Şahid5 onunla razılaşmışdır. 400 manat pul müqabilində anasına təqaüdünü təkrar düzəldəcəyini bildirmişdir. Şahid5 ona 400 manat pulu evində vermişdir. Şahid5də aldatmışdır. Bundan başqa Lənkəran rayonu Velədi kənd sakini X3 camaatı vasitəsi ilə tanımışdır. O Velədi kəndində Şahid8 nənəsinin il mərasiminə getmişdir. İl mərasimi 03 aprel 2022-ci il də olmuşdur. Həmin gün Şahid8 il mərasimində ona yaxınlaşmış və ondan sosial yardıb düzəldilməsi üçün köməklik istəmişdir. O da Şahid8 şəxsiyyət vəsiqəsinin sürətini və 100 manat pulunu almış, vəd vermiş ki, tezliklə sosial yardımı düzələcəkdir. Ona bildirmiş ki, Bakı şəhərinə gedib, Bakıdan ona sosial yardım düzəldəcəkdir. Şahid8da aldatmışdır.” Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumları vasitəsi ilə tanımışdır. Lənkəran rayonu Velədi kəndində kənd camaatından eşitmiş ki, Təqsirləndirilən şəxs adlı bir qız Bakı şəhərindən Lənkəran şəhərinə gəlib. H.Əliyev fondunun işçisidir. Əhaliyə kömək etmək üçün Lənkəran şəhərinə H.Əliyev fondundan göndərilmişdir. 20 aprel 2022-ci il tarixdə o Lalənin Lənkəran rayonu Velədi kəndində yaşayan Əlinin evində olduğunu bilmiş və həmin ünvana getmişdir. X11 ilə görüşmüş və ona bildirmiş ki, onun Respublika bankına 23 min manat borcu var. Həmin borcunu ödəyə bilmədiyi üçün bank evini əlindən alır. Son müddətin 26 aprel 2022-ci il tarixə olduğunu Laləyə bildirmişdir. Bundan sonra 21 aprel 2022-ci il tarixdə o Təqsirləndirilən şəxs ilə birlikdə Lənkəran şəhərində Respublika Bankına getmişlər. Bankda Təqsirləndirilən şəxs işçilər ilə danışığa başlamış və evinin pulunu ödəməsini şifahi olaraq öz öhdəsinə götürmüşdür. Bank işçiləri də, onlara pulun ödənməli olduğunu bildirmişlər. Sonra o əsəbiləşmiş, Etirazını bildirən zaman Laqlə Zeynalova ona “sən mənə hörmətsizlik edirsən. Çıx çöldə gözlə” sözlərini demişdir. Bir neçə dəqiqə sonra Lalə Bankdan çıxmışdır. O nə etməsi barədə maraqlananda, Təqsirləndirilən şəxs ona demiş ki, “narahat olma bizim fondumuz pulu bağlayacaq”. Amma 3500 pul lazım olduğunu ona bildirmişdir. O da 2500 pul tapa bilmiş və həmin pulu 25 aprel 2022-ci il tarixdə saat 17 radələrində qaynı Zaurun yanında Lənkəran şəhəri Bank Respublikanın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da, pulu ondan aldıqdan sonra banka girmiş və bir neçə dəqiqədən sonra bankdan çıxmışdır. Daha sonra ona bildirmiş ki, o məsələni həll edib və 10-15 gün ərzində H.Əliyev fondu pulu ödəcəyək. Evin sənədləri geri qaytarılacağını bildirmişdir. O da laləyə inanmışdır. Sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs ondan aldığı 2500 manat pulu heç yerə ödəməmiş, banka heç bir ödəniş etməmişdir. Lalə ondan başqada bir çox insanları aldadıb. Əslində kömək etmək niyyəti ilə tanışı yəni birlikdə Lənkəran şəhəri Mərkəzi bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3 demiş ki, “bir nəfər qız var mənim bank məsələmi həll edir”. Zərərçəkmiş şəxs3 təxminən 10 ildən artıqdır ki, tanıyır. Zərərçəkmiş şəxs3 bankdan kredit götürməsi və 17.000 ABŞ dollarının borcunun olması barədə məlumatı olmuşdur. Devolvasiya ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs3 götürdüyü krediti ödüyə bilməmişdir. Bazarda söhbət edən zaman o Zərərçəkmiş şəxs3 demiş ki, evi bank tərəfindən girovdadır və icra şöbəsindən ona vaxt verilmiş və həmin vaxt tamam olandan sonra onu evdən çıxarmalıymişlər. Lakin Təqsirləndirilən şəxs ilə tanış olduğunu və həmin qız ona bu işdə köməklik etdiyini, həmin köməklik müqabilində o, Ləla Zeynolovaya 2500 manat pul verdiyini bildirmişdir. Amid də ondan bankda olan gecikmə kreditinə də kömək edə biləcəyini soruşmuşdur. O da, Amidə həmin qızın köməklik edə biləcəyini bildirmişdir. Lalənin X36 işçisi olduğunu demişdir. Çünki, bu barədə Təqsirləndirilən şəxs özünü belə təqdim etmişdir. Beləliklə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə görüşüb tanış olmuş və dərdini ona dedikdən sonra 2022-ci ilin may ayının ortalarında saat təxminən 17 radələrində Amid 2500 manat pulu, hərbi biletinin əslini və şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, hazırda ona vurulmuş maddi ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdə Lənkəran şəhərində qohumlarının vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs özünü X36 işiçisi kimi və bundan başqa sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Daha sonra ondan işləyib-işləmədiyini soruşmuşdur. O da Laləyə heç bir yertdə işləmədiyini demişdir. Təqsirləndirilən şəxs onu işə düşəldə biləcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs telefon nömrəsini götürmüşdür. 21 may 2022-ci il tarixdə o Təqsirləndirilən şəxs zəng edib onu öz yaşadığı evinə qonaq çağırmışdır. Atası Şahid2 və anası Məlikzadə Gülşən ilə tanış etmişdir. Təqsirləndirilən şəxs evdə onlara bildirmiş ki, onu 7.000 manata Fövqəlada Hallar Nazirliyinə Yanğından Mühafizə xidmətinə işə düzəldər. Onlarda da razılaşmışlar. Həmin gün yəni 21 may 2022-ci il tarixdə saat 17 radələrində o öz yaşadığı ünvanda valideynlərinin icazəsi ilə onların yanında Təqsirləndirilən şəxs 3500 manat pul vermişdir. 24 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib demiş ki, özünə “Ayfon 13 pro” markalı mobil telefon kreditə almaq istəyir. Xahiş etmiş ki, həmin telefonu öz adına Lalə üçün götürsün. O da Lalə ilə razılaşmışdır. Beləliklə onlar Lənkəran şəhərində Mərkəzi bazarda tanışı olan Elmin adlı şəxsdən tanışlıqla əl kreditinə bir “Ayfon 13 pro” markalı mobil telefon almışlar. Telefonu alanda 1000 manat pulu Təqsirləndirilən şəxs ilkin olaraq ödəmişdir. Üç ay ərzində hər ayda 600 manat pul, Təqsirləndirilən şəxs ödəməklə telefonun pulunu bitirməyə söz vermişdir. Həmin telefonuda mağazada onun adına vermişlər. 26 may 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs onun evinə gəlmiş və həmin vaxt 2000 manat pulu o evdə valideynlərinin yanında Laləyə vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs demiş ki, o işə düzələndən sonra maaş kartından qalan 1500 manat pulu hissə-hissə dövlət hesabına köçəcək. Lakin həmin gündən Təqsirləndirilən şəxs zəng çatmamışdır. Onun telefonunun da aylıq pulunu ödəmişdir. Hazırda o Təqsirləndirilən şəxs 5500 manat pulu iki dəfəyə evində vermiş və 1800 manat da telefonunun pulunu ödəmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmiş, ona vurulmuş maddi ziyanı tam olaraq tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 da onunla birlikdə bazarda meyvə-tərəvəz satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs1 təxminən 10 ildən artıqdır ki, tanıyır. 2022-ci ilin aprel ayının son günlərində Sədail bazarda söhbət edən zaman ona demiş ki, onun evi bank tərəfindən girovdadır və icra şöbəsindən ona vaxt verilmiş və onu həmin vaxt tamam olandan sonra evdən çıxarmalıymışlar. Lakin o Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin qız ona bu işdə köməklik etdiyini, həmin köməklik müqabilində ona təxminən 2000 min manat pul verdiyini bildirmişdir. O da Sədailə demiş ki, bankda gecimkə krediti var. Həmin qız ona köməklik edə biləcəyini ondan soruşmuşdur. Sədail də Lalənin ona köməklik edə biləcəyini bildirmişdir. Qızın X36 işçisi olduğunu ona demişdir. O da həmin qızla görüşmək istədiyimi Sədailə demişdir. Sədail ona bildirmiş ki, Laləni evinə qonaq çağıracaq. Həmin gün onu da evinə dəvət edəcəyini bildirmişdir. X51 evinə qonaq çağıran gün ona zəng etmiş, onu evinə dəvət etmişdir. Lalənin evində olduğunu bildirmişdir. Həmin vaxt onun işi olduğu üçün Sədailin evinə gedə bilməmişdir. Lakin Lənkəran rayon Velədi kəndində yaşayan, onunla bazarda alver edən Qabilin oğlu Şükür 2022-ci ilin may ayının ilk günlərində ona demiş ki, Təqsirləndirilən şəxs onların evindədi, əgər onunla söhbət etmək istəyirsənsə gəl. O da həmin gün Velədi kəndinə Şükürün yaşadığı ünvana getmişdir. Lalə Şükürün xəstə bacısına guya köməklik edirmiş. Həmin gün Şükürün yaşadığı evində onunla görüşmüş və bank problemini ona danışmışdır. Banka olan 17.000 ABŞ dolları borcunun milli pula çevirib aylıq 150 manat ödəmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da ona bildirmiş ki, 2500 manat pul versə bu işdə ona köməklik edəcək. Lap X36 hasabına həmin pulu tam sildirəcəyinidə bildirmişdir. O da Lalə ilə razılaşmışdır. Həmin vaxt üzərində həmin məbləğdə pul olmamışdır. Lakin Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ondan almış və razılaşmış ki, Lənkəran şəhərində görüşüb ona pulu verəcək. 2022-ci ilin may ayının ortalarında o 2500 manat pulu düzəldib, sonra Təqsirləndirilən şəxs zəng etmiş, Lalə ona Lənkəran şəhəri 10 nömrəli orta məktəbin qarşısında olduğunu bildirmiş və onu məktəbin qarşısına dəvət etmişdir. O da iş yoldaşı Amal ilə 10 nömrəli məktəbin qarşısına saat 17 radələrində gedib orada Amalın yanında ona 2500 manat pul vermişdir. Təqsirləndirilən şəxs da ona demiş ki, bir ay müddətində onun işini həll edəcək. Təxminən 2022-ci ilin may ayının sonlarında bilmiş ki, Təqsirləndirilən şəxs bir çox şəsləri həmçinin Sədaili də aldadıb və qaçıb. Onun yerini heç kim bilmir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmiş, ona vurulmuş maddi ziyanı tam olaraq tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 Şəmməd qızı ifadəsində göstərdi ki, Lənkəran rayonu Velədi kənd sakini X22 tanışı olan X19 əslində əmim arvadı olan Əlinin bacısı X12 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə əmisinin evinə qonaq gəlmişdir. Onun azyaşlı qızı olan Nazənin Məmmədova sağ əlindən anadangəlmə inkişafdan qalıb. Yəni sağ əli sol əlindən qısadır. Buna görə o 13 iyun 2022ci il tarixdə Bakı şəhərinə müayinəyə getməli olduğunu danışanda qanaq gəlmiş Təqsirləndirilən şəxs ona demiş ki, “sən narahat olma, sənədləri və 600 manat pulu mənə ver mən özüm həll edərəm”. Bundan sonra o Təqsirləndirilən şəxs ilə aralarında razılaşmışlar ki, 600 manat pulu o səhər Təqsirləndirilən şəxs uşağın sənədləri ilə birlikdə çatdırsın. 13 iyun 2022-ci il tarixdə səhər saat 09:30 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə bir tanımadığı taksi ilə gəlmiş və öz evində 600 manat pulu uşağının xəstəlik sənədləri ilə birlikdə Laləyə vermişdir. Lalə özünü ona X36 işçisi kimi təqdim etmişdir. Fondun köməkliyi ilə ona köməklik edəcəyini bildirmişdir. Guya uşağa 600 manat pul müqabilində pensiya düzəldəcəkmiş. O pulu Təqsirləndirilən şəxs verəndə onların yanında heç kim olmamışdır. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmiş, ona vurulmuş maddi ziyanı tam olaraq tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X35 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından tanışı Əlinin vasitəsi ilə tanımışdır. Əlinin Lənkəran rayon Sütəmurdov kəndində meyvə-tərəvəz dükanı vardır. Təqsirləndirilən şəxs da həmin dükana gəlib oradan alış-veriş edirmiş. O da Təqsirləndirilən şəxs Əlinin dükanında tanımışdır. Təqsirləndirilən şəxs onunla söhbət edən zaman ona bildirmiş ki, nazirlikdən tapşırığla 5 illik Lənkəran şəhərinə ezam olunmuş, işi əhalini işlə təmin etməkdir. Xəstələrə köməklik etdiyini bildirmişdir. Sonra ondan işləyib-işləmədiyini soruşmuşdur. O da Laləyə işlədiyini bildirmişdir. Daha sonra onun nəyəsə ehtiyacının olub-olmamasını soruşmuşdur. O Laləyə sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da ona demiş ki, sürücülkük vəsiqəsi düzəldə bilər. Bakı şəhərində tanışı vardır. Həmin tanışı vasitəsi ilə ona sürücülük vəsiqəsi düzəldəcək. Beləliklə 800 manat pul müqabilində sürücülük vəsiqəsini düzəldəcəyinə razılaşmışlar. 2022-ci ilin may ayının son günlərində o saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs ilə Lənkəran şəhərində 4 nömrəli məktəbin qarşısında görüşüb ona 800 manat pul vermişdir. O Təqsirləndirilən şəxs pul verən zaman tək olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs tanımadığı bir taksi ilə gəlmişdir. Sonradan Təqsirləndirilən şəxs zəng çatmamış və onu axtarmağa başlamışlar. Əlinin də Laləyə pul verməyimdən sonradan xəbəri olmuşdur. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmiş, ona vurulmuş maddi ziyanı tam olaraq tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonlarında yaşadığı Lənkəran rayonu Velədi kəndində qohumlarının vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs özünü X36 işiçisi kimi təqdim etmişdir. Daha sonra ondan işləyib-işləmədiyini soruşmuş, o da ona rəsmi olaraq heç bir yerdə işləmədiyini demiş, taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona təklif etmiş ki, onun üçün sosial yardım düzəldə bilər. Daha sonra ondan xəstə insan üçün pensiya düzəldə biləcəyi barədə soruşmuş, Təqsirləndirilən şəxs pensiya da düzəldə biləcəyini demiş, bundan sonra o Laləyə demiş ki, bir xəstə dayısı arvadı vardır. Dayısı arvadı X15 yataq xəstəsidir. Heç kimi tanımır, danışa da bilmir. Dilbər Vəliyevanın xəstəliyi barədə Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs da, ona demiş ki, belə xəstələrə pensiya düzəltmək daha rahatdır. 400 manat pul müqabilində sosial yardım və 1000 manat pul müqbilində isə pensiya düzəldə biləcəyini demiş və o da Lalə ilə razılaşmışdır. Bir gün sonra Təqsirləndirilən şəxs zəng edib onunla görüşmək istəmişdir. Təqsirləndirilən şəxs gündüz saat 15 radələrində Velədi kəndində uşaq baxçasının qarşısında onunla görüşmüşdür. 1400 manat pulu o baxçanın qarşısında Laləyə dayısı arvadı Dilbərə pensiya düzəltmək üçün vermişdir. O Təqsirləndirilən şəxs pulu verəndə onun yanında heç kim olmamış, həmçinin Lalənin də yanında heç kim olmamışdır. Ümumilkdə ona verdiyi 1400 manat puldan sonra Lalə ona demiş ki, təxminən bir ay ərzində həm sosial yardım, həm də Dilbərin təqaüdü düzələcəkdir. Bir də xahiş etmiş ki, bu işlərin düzələcəyinədək ona zəng etməsin, onu narahat etməsin. İşinin çox olduğunu bildirmişdir. O da Lalə ilə razılaşmışdır. Lakin sonradan kənd camaatından öyrənmiş ki, Təqsirləndirilən şəxs hamını aldadıb və ona zəng çatmır. Heç kim də Lalənin yerini bilmir. Ümumilkdə Təqsirləndirilən şəxs dələduzluq etməklə 1400 manat pulunu ələ keçirib. Dayısı arvadı Dilbərin pensiyası düzələndən sonra öz pulunu götürüb sonra kartı Dilbərin ailəsinə verəcəkmiş. Təqsirləndirilən şəxs ona heç bir vəzifəli şəxsin vasitəsi ilə işi düzəldəcəyi barədə bir söz deməmişdir. Bircə bunu demiş ki, H.Əliyev fondunda nüfuzlu şəxsdir. Mayor rütbəsi daşıyır. Şəxsiyyət vəsiqəsinin surətini və Dilbərin xəstəlik sənədlərini almışdır. Ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, buna görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılımış cinayət işinin 94-95-ci vərəqlərində olan Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, “Bibisi Gülbənizn vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Gülbənizin qızı Zəhra əqli cəhətdən uşaqlıqdan xəstədir. Təqsirləndirilən şəxs Zəhranı Lənkəran rayon Mərkəzi xəstəxanasında müalicə olunmasına köməklik etməyə söz vermişdir. Təqsirləndirilən şəxs özünü X36 işiçisi kimi və bundan başqa sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Bundan əlavə özünü şəhid ailələrinə kömək edən, imkansız ailələrə yardım edən bir şəxs olduğunu bildirmişdir. Bibisidə ona inanmışdır. Lalə onların yaşadığı kəndin bir çox şəxslərini aldatmışdır. Beləliklə də bibisi Gülbəniz 2022-ci ilin may ayının ortalarında oan zəng edib demiş ki, onu evdən götürüb qızı ilə birlikdə Lənkəran rayon Mərkəzi xastəxanasına aparsın. O da bibisi Gültəkinin evinə getmiş və Gülbənizi, xəstə qızı Zəhranı və orada olan Laləni götürüb Lənkəran rayon Mərkəzi xəstəxanasına aparmışdır. O, xəstəxananın həyətində gözləmiş, onların hansı həkimin qəbuluna getmələrini görməmiş, bir neçə dəqiqədən sonra onlar xəstəxanadan gəlib onun maşınına əyləşmişlər. O, onları gətirib bibisi Gülbənizin evinə aparmışdır. X39 demiş ki, uşağın sənədlərinə həkim peçat vurandan sonra özü götürər. Razılığa görə həkimin təsdiqindən sonra Zəhraya dərmanlar dövlət tərəfindən pulsuz veriləcəkdir. O bibisi və bibisi qızını evlərində düşürən zaman Lalə ondan xahiş etmiş ki, onu Lənkəran şəhərinə yaşadığı evinə aparsın. O da Laləni evlərinə aparmışdır. Yolda söhbət edən zaman Lalə ona sosial yardım düzəldəcəyinə köməklik edəcəyinə söz vermişdir. Bir də bankdan onun üçün yüksək məbləğdə pul götürəcəyinə köməklik edəcəyinə də söz vermişdir. O da Lalə ilə razılaşmışdır. Bunların müqabilində ondan 700 manat pul istəmişdir. Onlar razılaşmış və Lalənin mobil nömrəsini götürmüşdür. Həmin gün o Lələni Lənkəran şəhərində 4 nömrəli məktəbin yaxınlığında düşürtmüşdür. Təxminən 5 gün sonra o Təqsirləndirilən şəxs zəng edib ona pulun hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onu Lənkəran şəhinə 4 nömrəli məktəbin qarşısına çağırmışdır. O da 4 nömrəli məktəbin qarşısına gedib Lalə ilə görüşüb 700 manat pulu ona vermişdir. O Təqsirləndirilən şəxs pulu verən zaman orada heç kim olmamışdır. Pulu hansı tarixdə ona verdiyi yadıda deyil. Amma bilir ki, 2022-ci ilin may ayının ortalarında vermişdir. Həmin gün şəxsiyyət vəsiqəsinin surətini almış və ona bildirmiş ki, sənədlər hazır olduqdan sonra xəbər edəcək. Daha sonra kənd camaatından eşitdim ki, Təqsirləndirilən şəxs onları aldadıb. Laləyə zəng etmiş və onun telefonu sönülü olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılımış cinayət işinin 100-101-ci vərəqlərində olan Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Yaşadığı Lənkəran rayonu Velədi kəndində kənd camaatından kəndə xeyirxah bir qadının gəldiyini eşitmiş və həmin qadını axtarıb tapmışdır. Təxminən 2022-ci ilin iyun ayının ilk günlərində həmin şəxsi yəni Təqsirləndirilən şəxs ilə Lənkəran rayonu Velədi kəndində tanış olmuş və onu öz yaşadığı evinə gətirmişdir. Azyaşlı qızı Nəzrinin belindən əməliyyat olduğunu bildirmiş, övladına təqaüd düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da ona X36 nüfuzlu işçisi olduğunu bildirmiş və fondun köməkliyi ilə övladına təqaüd düzəldə biləcəyini bildirmişdir. Gördüyü işinin müqabilində ondan 700 manat pul istəmiş və o da Lalə ilə razılaşmışdır. Bir gün sonra yəni 2022-ci ilin iyun ayının ilk günlərində gündüz vaxtı saat 16 radələrində o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb onunla Lənkəran şəhəri H.Əliyev parkının qarşısında görüşüb 700 manat pulu uşağının xəstəlik sənədləri ilə birlikdə ona vermişdir. Razılaşmaya görə Təqsirləndirilən şəxs guya uşağa 700 manat pul müqabilində pensiya düzəldəcəkdir. O pulu Təqsirləndirilən şəxs verəndə onların yanlarında heç kim olmamışdır. Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 103-104-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Eltənin vasitəsi ilə tanımışdır. 21 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Eltən ilə birlikdə yaşadığı evinə gəlmişlər və evdə Lalə özünü X36 işiçisi kimi, sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Bundan əlavə özünü şəhid ailələrinə kömək edən, imkansız ailələri yardım edən bir şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs oğlu Eltəni işə düşəldə biləcəyini bildirdi. Həmin gün yəni 21 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs öz yaşadığı evində razılaşmış ki, 7.000 manat pul müqabilində X33 Nazirliyinə Yanğından Mühafizə xidmətinə işə düzəltsin. Həmin gün yəni 21 may 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvanda oğlu Eltən, Təqsirləndirilən şəxs 3500 manat pul vermişdir. Sonradan eşitmiş ki, 24 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, özünə “Ayfon 13 pro” markalı mobil telefonu Eltənin adına kreditə götürmüşdür. Telefonu alanda 1000 manat pulu Təqsirləndirilən şəxs ilkin olaraq ödəmişdir. Üç ay ərzində hər ayda 600 manat pulu isə oğlu Eltən məcbur qalıb ödəmişdir. 26 may 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs onun evinə gəlmiş və həmin vaxt 2000 manat pulu yenədə oğlu Eltən ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara demiş ki, o işə düzələndən sonra maaş kartından qalan 1500 manat pul hissə-hissə dövlət hesabına köçəcəkdir. Lakin həmin gündən Təqsirləndirilən şəxs zəng çatmamışdır. Onun telefonunun da aylıq pulunu Eltən ödəmişdir. X55 Zeynalovaya 5500 manat pulu iki dəfəyə evində vermiş və 1800 manat da telefonunun pulunu ödəmişdir. Ümumilkdə Təqsirləndirilən şəxs dələduzluq etməklə Eltənin 7.300 manat pulunu ələ keçirmişdir. Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 105-106-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Eltənin vasitəsi ilə tanımışdır. 21 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Eltən ilə birlikdə yaşadığı evinə gəlmişlər və evdə Lalə özünü X36 işiçisi kimi, sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Bundan əlavə özünü şəhid ailələrinə kömək edən, imkansız ailələri yardım edən bir şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs oğlu Eltəni işə düşəldə biləcəyini bildirdi. Həmin gün yəni 21 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs öz yaşadığı evində razılaşmış ki, 7.000 manat pul müqabilində X33 Nazirliyinə Yanğından Mühafizə xidmətinə işə düzəltsin. Həmin gün yəni 21 may 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvanda onun və arvadı Şahid1 yanında oğlu Eltən, Təqsirləndirilən şəxs 3500 manat pul vermişdir. Sonradan eşitmiş ki, 24 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, özünə “Ayfon 13 pro” markalı mobil telefonu Eltənin adına kreditə götürmüşdür. Telefonu alanda 1000 manat pulu Təqsirləndirilən şəxs ilkin olaraq ödəmişdir. Üç ay ərzində hər ayda 600 manat pulu isə oğlu Eltən məcbur qalıb ödəmişdir. 26 may 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs onun evinə gəlmiş və həmin vaxt 2000 manat pulu yenədə oğlu Eltən arvadı Gülşənin yanında ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara demiş ki, o işə düzələndən sonra maaş kartından qalan 1500 manat pul hissə-hissə dövlət hesabına köçəcəkdir. Lakin həmin gündən Təqsirləndirilən şəxs zəng çatmamışdır. Onun telefonunun da aylıq pulunu Eltən ödəmişdir. X55 Zeynalovaya 5500 manat pulu iki dəfəyə evində vermiş və 1800 manat da telefonunun pulunu ödəmişdir. Ümumilkdə Təqsirləndirilən şəxs dələduzluq etməklə Eltənin 7.300 manat pulunu ələ keçirmişdir. Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 107-109-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində “əlinin meyvə dükanı” adlı meyvə-tərəvəz mağazasında işləyir. Əvvəllər məhkumluğu olmayıb. Hər hansı bir pis vərdişlərin alüdəçisi deyil. İnstoqram sosial şəbəkəsində 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə sonradan real həyatda da görüşmüş və onunla yaxından tanış olmuşdur. Təqsirləndirilən şəxs “vertiko” kişi geyim dükanında satıcı işləmişdir. Sonradan aralarında sevgi münasibətləri yaranmağa başlamış və o Laləni qısqanmağa başlamışdır. Təqsirləndirilən şəxs ona H.Əliyev fondunun işçisi olduğunu, Lənkəran şəhərinə ezam gəldiyini, Lənkəran şəhərində satıcı kimi işləməsinə səbəb kimi fikri qalsın deyə işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs mağazaya kişilərin gəldiyini, işindən bezdiyini bildirmiş və o da Laləyə demiş ki, belədirsə işdən çıx özünə başqa iş tap. İş tapmağda o da Laləyə söz vermiş ki, köməklik edəcəyək. Bir gün Təqsirləndirilən şəxs ona demiş ki, onu öz ailə üzvləri ilə tanış etsin. O da bu barədə ailə üzvlərinə demişdir. Anası ondan qızın kim olduğunu soruşanda, o də anamsı Lalənin dediyi kimi X36 işçisi olduğunu bildirmişdir. Anası ona etiraz etməmiş, Lalənin evinə gəlməyinə razılıq vermişdir. Beləliklə o təxminən 2022-ci ilin mart ayının 4-5 arasında Laləni evilərinə gətirmiş, anası Mərziyyə, bacıları Nübar, Nuranə və Şəfəq ilə tanış etmişdir. Bundan sonra 14 aprel 2022-ci il tarixdə nənəsinin il mərasimi olmuşdur. Həmin mərasimə X16 aparmışdırlar. Təqsirləndirilən şəxs onun ailə üzvlərimilə birlikdə yas mərasiminə getmişdir. Mərasimdə Təqsirləndirilən şəxs onun bütün qohumları ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü qohumlarına H.Əliyev Fondunun işçisi kimi təqdim etmişdir. Kənd cammatı və qohumları onunla söhbəti zamanı hərə öz dərdini ona söyləmişlər. O, da hamıya köməklik edəcəyini söz vermişdir. Təqsirləndirilən şəxs sinif yoldaşı Zərərçəkmiş şəxs2 evində, bacıları Kosalar kəndində yaşayan Nübarın, Sütəmurdov kəndində yaşayan Nuranənin, mikrarayonda yaşayan Şəfəqin, xalaları Babayeva Sevincin, Babayeva Bəsirənin, Məlikova Gülbacının və dayısı Qabilin evində qonaq olmuşdur. Sinif yoldaşı Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə ondan 5500 manat pulu və bir ədəd Ayfon 13 markalı mobil telefonu kreditə götürmüş, kənd sakini Zərərçəkmiş şəxs1 onun evinin bankın girovundan çıxartmaq adı ilə ondan 2500 manat pulunu, Girdəni kənd sakini dostum X1 işinə düzəltmək adı ilə 80 manat pulunu, Göyşaban kənd sakini Zərərçəkmiş şəxs3 17000 ABŞ dollarının kreditinin silinməsinə köməklik göstərmək adı ilə 2500 manat pulunu, Velədi kənd sakini Qasımova Aynur Məzahir qızına sosial yardım düzəltmək adı ilə 100 manat pulunu, Şahid4 sosial yardım düzəltmək adı ilə 100 manat pulunu, xalam oğlu Məlikli Mahir Xudabaxış oğluna sosial yardım düzəltmək adı ilə 100 manat pulunu, kənd sakini Şahid6 sosial yardım düzəltmək adı ilə 100 manat pulunu, kənd sakini Zərərçəkmiş şəxs8 övladına təqaüd düzəltmək adı ilə 700 manat pulunu, dostum X4 vəsiqəsi almaq adı ilə 800 manat pulunu, bacım Nübarın baldızı Bayramova Ziyafət Bayram qızına sosial yardım düzəltmək adı ilə 100 manat pulunu, Kosalar kənd sakini bacım Nübarın qaynı qızı Zərərçəkmiş şəxs4 xəstə övladına təqaüd düzəltmək adı ilə 600 manat pulunu, kənd sakini Zərərçəkmiş şəxs6 təqaüd və sosilal yardım düzəltmək adı ilə 1400 manat pulunu, dayısı oğlu Şahid8 sosial yardım düzəltmək adı ilə 100 manat pulunu, kənd sakini Şahid5 sosial yardım düzəltmək adı ilə 400 manat pulunu, Eltənin anası Şahid1 sosial yardım düzəltmək adı ilə 200 manat pulunu, kənd sakini Zərərçəkmiş şəxs7 bank problelmərini həll etmək adı ilə 700 manat pulunu almışdır. Bu barədə onun sonradan məlumatı olmuşdur. O özüdə Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxs Lənkəran rayonu Velədi kənd sakini olan şəhid ailəsi X20 Fövqəlada Hallarda işə düzəltmişdir. Bu hadisədən sonra o tam Laləyə inanmışdır. Kənddə gözlə xəstəliyi bilinən xəstə insanların müalicə olunmasından ötrü xəstəxanalara yerləşdirilməsinə də köməklik etmişdir. Buna görə də Laləyə inam daha da artmışdı. O Təqsirləndirilən şəxs dələduz olmasını bilməmişdir. Təqsirləndirilən şəxs dələduzluq etdiyi pullarla ona heç bir hədiyyə və pul verməmişdir. Təqsirləndirilən şəxs ilə o hər hansı bir restorana gedəndə həmişə özü pul xərcləmişdir. Təqsirləndirilən şəxs valideynlərinin vəfat etdiyini, ailədə tək qaldığını, qohumları ona sahib çıxmadığını ona demişdir. Həm də Təqsirləndirilən şəxs onun üçün gözəl biri olduğu üçün onu sevmişdir. Ailəsi də bunu bilmişdir. Fikri ciddi olmuşdur. Onunla evlənəcəkmiş. Lakin sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs dələduzdur. Bu barədə o Lalədən soruşanda Lalə ondan qaçmağa başlamış, o Lalənin sənədlərini göstərməyini istəmişdir. Lalə isə ona demiş ki, sənədləri iş yerindədir. Lalənin üstünə getməyi ondan uzaqlaşmasına səbəb olmuş və bir də eşitmiş ki, Lənkəran şəhərindən qaçmışdır. Lakin onun sürücüsü Xaqani Ramazanovdan onun yerini öyrənmiş və Xaqaninin Lalənin yerini bildiyini polis əməkdaşlarına demişdir. Polis əməkdaşlarıda Xaqanınin vasitəsi ilə Təqsirləndirilən şəxs tutmuşlar. Onun Təqsirləndirilən şəxs ilə heç bir şəxsdən pul almağı və işə düzəltməkdə köməklik etməyi olmamışdır. Heç kim ona pul verməmiş və Təqsirləndirilən şəxs onun yanında heç kimdən hər hansı bir işə görə pul almamışdır. Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 110-111-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunda Velədi kəndində 2022-ci ilin may ayında ərinin dayısı Vüsalın evində onu görmüşdür. Təqsirləndirilən şəxs özünü ona X36 işiçisi kimi və bundan başqa sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Daha sonra ondan işləyib-işləmədiyini soruşmuşdur. O da Laləyə heç bir yerdə işləmədiyini demişdir. Təqsirləndirilən şəxs ona sosial yardım düzəldəcəyinə söz vermişdir. O da lalə ilə razılaşmış və hansı sənədlərin lazım olduğunu ondan soruşmuşdur. O da Təqsirləndirilən şəxs telefon nömrəsini götürmüşdür. Lalə odan ailə tərkibi haqqında arayış və 100 manat pul istəmişdir. O da Lalə ilə razılaşmışdır. Ailə tərkibi haqqında arayışı götürdükdən sonra Təqsirləndirilən şəxs zəng etmiş və ailə tərkibi haqqında arayışı aldığını və 100 manat pulun onda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da ona demiş ki, arayışla pulu Lənkəran rayonu Sütəmurdov kəndində meyvə-tərəvəz dükanında versin. O da arayışı və pulu aparıb həmin mağazaya vermişdir. Daha sonra Təqsirləndirilən şəxs zəng vurmuş o, bildirmiş ki, arayışı və 100 manat pulu ərzaq mağazasından götürüb. Məğazanın sahibini tanımır. Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 112-113-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Anası X5 xəstəliyindən əziyyət çəkir. Onun xəstəliyinə görə təqaüdü kəsilib. Bu barədə kənd camaatıda məlumatı vardır. 2022-ci ilin may ayının son günlərində saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs yaşadığım Lənkəran rayonu Velədi kəndindəki eviə gəlmişdir. Anası Nəzmiyənin evi olub-olmamasını soruşmuşdur. O da demiş ki, bəli düz gəlmisiniz. Özünü X36 işiçisi kimi və bundan başqa sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Daha sonra anasının xəstəliyinə görə təqaüdünün kəsilməsi barədə məlumatı olduğunu demişdir. O da bunu təsdiqləmişdir. Anası Nəzmiyəyə baxıb ona təkrar təqaüd düzəldə biləcəyini bildirmişdir. O da Lalə ilə razılaşmış ki, 400 manat pul müqabilində anasının təqaüdünü təkrar düzəldəcəkdir. O da Təqsirləndirilən şəxs 400 manat pulu anası Nəzmiyyə və arvadım Nərminin yanında vermişdir. Təqaüdü kimin vasitəsi ilə düzəldəcəyini Lalə deməmişdir. Bircə bunu bildirmiş ki, nazirlikdən onu Lənkəran şəhərinə göndəriblər ki, Lənkəran da imkansız şəxslərə köməklik etsin. Şahid6 ibtidai istintaqda verdiyi məhkəmədə tədqiq edilən, cinayət işinin 114-115-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının son günlərində əmisi Kamilin evində olan zaman tanımışdır. Təqsirləndirilən şəxs özünü X36 işiçisi kimi və bundan başqa sosial yardım idarəsində həmin şöbənin rəisi kimi təqdim etmişdir. Daha sonra ondan işləyib-işləmədiyini soruşmuşdur. O, da Laləyə taksi sürücüsü olduğunu demişdir. Təqsirləndirilən şəxs ona sosial yardım düzəltməyə kömək edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs telefon nömrəsini götürmüş, daha sonra, yəni bir gün sonra təxminən 2022-ci ilin may ayının son günlərində Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş, ondan harada olması barədə maraqlanmış, Lalə ona Lənkəran rayonu Velədi kəndində olduğunu bildirmişdir. Onu kəndin uşaq baxçasının qarşısında gözlədiyini demişdir. O da uşaq baxçasının qarşısına getmişdir. Oradan onu avtomobilinə əyləşdirib Lənkəran şəhərinə mikrarayonda Tik-tok adlanan mağazanın qarşısında düşürtmüşdür. O yolda Təqsirləndirilən şəxs özünə sosial yardım düzəltmək üçün 100 manat pul, ailənin sənədlərini və özünün şəxsiyyət vəsiqəsinin sürətini vermişdir. Təqsirləndirilən şəxs pul və sənədlərin surətini verdikdən sonra Lalə demiş ki, onu narahat etməyin, tezliklə Bakıya gedib H.Əliyev fondunun hesabına onun üçün sosial yardım düzəldəcək. Bir neçə gündən sonra kənddə eşitmiş ki, Təqsirləndirilən şəxs onları aldatmış və telefonunu söndürüb qaçmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarında olan iki ədəd hərbi biletin əsli və sənədlərin surəti maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 olunu tanımaması barədə ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin 135-145-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə X27 barəsində hazırkı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. CM-nın 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 nömrəli Qərarının 16-cı bəndində göstərilmişdir ki birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi əməllər Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı olması, törətdiyi əməllərin bir qismini etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs6 vurulmuş ziyanı ödəməklə sonuncunun ona qarşı heç bir şikayəti olmamasını, CM 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona təqsirli bilindiyi 178.2.2 və 178.2.4-cü maddəıərinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nın 66.5-ci maddəsinə əsasən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 20 iyun 2022-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Şəmməd qızı, X35, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 mülki iddia verməməsini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən mülki iddia vermədiyindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut- hərbi biletlərin əsilləri sahibləri- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qaytarılmalı, digər sənədlər iş materiallarına saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 1(007)-40/2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 4 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- hərbi biletlərin əsilləri sahibləri- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qaytarılsın, digər sənədlər iş materiallarına saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Şəmməd qızı, X35, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X48

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar