Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-47/2024 10.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.1996-cı ildə Lənkəran şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1999-cu ildə Lənkəran şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri Vidadi küçəsi ev 51-də qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1966-cı ildə Lənkəran şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri Vidadi küçəsi ev 51-də qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ittiham verilmişdir ondan ötrü ki, о, 2023-cü ilin mart ayının sonlarında həmyerlisi olan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobillərin alqı-satqısı ilə məşğul olduğuna görə maddi imkanlı şəxs kimi tanıdığı Masallı rayonu, Rüdəkənar kənd sakini olan tanışı Zərərçəkmiş şəxs xeyli miqdarda pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, sonuncu ilə aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq hər ikisi Zərərçəkmiş şəxs yaşadığı evə gedib, ona guya birlikdə biznes qurub ələ ediləcək qazancdan qısa müddətdə ona əsas məbləğdən əlavə vəsait verəcəklərinə dair yalan vədlər verərək, iki dəfə 5000 manat məbləğində pul alıb, növbəti gün guya qazanc olaraq 300 manatla birlikdə qaytararaq, Zərərçəkmiş şəxs özlərinə inandırıb etibarını qazandıqdan sonra, sonuncunun onlara olan inam və etibarından sui-istifadə edərək daha böyük məbləğdə pul vəsaitinin ələ keçirilməsinə yönəlmiş niyyətlərinə nail olmaq üçün 01 aprel 2023-cü il tarixdə öz aralarında əvvəlcədən razılaşdıqları kimi qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə etibarını qazandıqları RaqifNəhmətovla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb ondan guya növbəti gün 750 manat qazancı ilə birlikdə qaytaracaqlarına dair yalan vədlər verib ondan əvvəlcədən qaytarmaq niyyətində olmadan 12000 manat məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs Bakı şəhərində olduğuna görə onun sözü ilə həmin tarixdə qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs Masallı rayonu, Rüdəkənar kəndində yerləşən yaşadığı evə gedib, guya aldatmaq niyyətində olmadıqları görüntüsü yaratmaq üçün qrup üzvü Təqsirləndirilən şəxs2 istifadəsində olan “Hyundaı İ30” markalı avtomobili özgəninkiləşdirilməsinin mümkün olmadığını bildiyi halda, orada saxlayıb, evin həyətində Zərərçəkmiş şəxs arvadı Şahid1 ərinə məxsus xeyli miqdar təşkil edən 12000 (on iki min) manat məbləğində nəğd pul vəsaitini qəbul etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin məbləğdə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin aprel ayının əvvəlində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Masallı rayonu, Rüdəkənar kənd sakini olan tanışı Zərərçəkmiş şəxs xeyli miqdarda pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, sonuncu ilə aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq 02 aprel 2023-cü il tarixdə öz aralarında əvvəlcədən razılaşdıqları kimi qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə etibarını qazandıqları Zərərçəkmiş şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb ona əvvəl əldə etdikləri 12000 manat pul vəsaiti müqabilində guya daha böyük məbləğdə qazanc əldə etdiklərini yalandan bildirib, buna görə ona 750 manat əvəzinə 1300 manat pul verəcəklərini deyərək, həmin gün Bakı şəhərindən Lənkəran şəhərinə dəvət etdikləri RaqifNəhmətova qeyd olunan pul vəsaitini verməklə RaqifNəhmətovu özlərinə inandırıb yenidən etibarını qazandıqdan sonra, sonuncunun onlara olan inam və etibarından sui-istifadə edərəkguya növbəti gün 1000 manat qazancı ilə birlikdə qaytaracaqlarına dair yalan vədlər verib ondan əvvəlcədən qaytarmaq niyyətində olmadan yenidən 10000 manat məbləğində pul istəmiş, RaqifNəhmətov Bakı şəhərində qayıtdığına görə onun sözü ilə həmin gün qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə RaqifNəhmətovun Masallı rayonu, Rüdəkənar kəndində yerləşən yaşadığı evə gedib, guya aldatmaq niyyətində olmadıqları görüntüsü yaratmaq üçün özünün istifadəsində olan “Priora” markalı avtomobili özgəninkiləşdirilməsinin mümkün olmadığını bildiyi halda, orada saxlayıb, evin həyətində Zərərçəkmiş şəxs arvadı Şahid1 ərinə məxsus xeyli miqdar təşkil edən 10000 (on min) manat məbləğində nəğd pul vəsaitini qəbul etməklə, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin məbləğdə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 оьлуna Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ittiham verilmişdir ondan ötrü ki, о, 2023-cü ilin mart ayının sonlarında həmyerlisi olan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun vasitəsi ilə avtomobillərin alqı-satqısı ilə məşğul olduğuna görə maddi imkanlı şəxs kimi tanıdığı Masallı rayonu, Rüdəkənar kənd sakini olan Zərərçəkmiş şəxs xeyli miqdarda pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq hər ikisi Zərərçəkmiş şəxs yaşadığı evə gedib, ona guya birlikdə biznes qurub ələ ediləcək qazancdan qısa müddətdə ona əsas məbləğdən əlavə vəsait verəcəklərinə dair yalan vədlər verərək, iki dəfə 5000 manat məbləğində pul alıb, növbəti gün guya qazanc olaraq 300 manatla birlikdə qaytararaq, Zərərçəkmiş şəxs özlərinə inandırıb etibarını qazandıqdan sonra, sonuncunun onlara olan inam və etibarından sui-istifadə edərək daha böyük məbləğdə pul vəsaitinin ələ keçirilməsinə yönəlmiş niyyətlərinə nail olmaq üçün 01 aprel 2023-cü il tarixdə öz aralarında əvvəlcədən razılaşdıqları kimi qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə etibarını qazandıqları Zərərçəkmiş şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb ondan guya növbəti gün 750 manat qazancı ilə birlikdə qaytaracaqlarına dair yalan vədlər verib ondan əvvəlcədən qaytarmaq niyyətində olmadan 12000 manat məbləğində pul istəmiş, RaqifNəhmətov Bakı şəhərində olduğuna görə onun sözü ilə həmin gün qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs Masallı rayonu, Rüdəkənar kəndində yerləşən yaşadığı evə gedib, guya aldatmaq niyyətində olmadıqları görüntüsü yaratmaq üçün özünün istifadəsində olan «Hyundaı İ30» markalı avtomobili özgəninkiləşdirilməsinin mümkün olmadığını bildiyi halda, orada saxlayıb, evin həyətində Zərərçəkmiş şəxs arvadı Şahid1 ərinə məxsus xeyli miqdar təşkil edən 12000 (on iki min) manat məbləğində nəğd pul vəsaitini qəbul etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin məbləğdə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərəkdələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin aprel ayının əvvəlində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Masallı rayonu, Rüdəkənar kənd sakini olan Zərərçəkmiş şəxs xeyli miqdarda pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, sonuncu ilə aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq 02 aprel 2023-cü il tarixdə öz aralarında əvvəlcədən razılaşdıqları kimi qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə etibarını qazandıqları Zərərçəkmiş şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb ona əvvəl əldə etdikləri 12000 manat pul vəsaiti müqabilində guya daha böyük məbləğdə qazanc əldə etdiklərini yalandan bildirib, buna görə ona 750 manat əvəzinə 1300 manat pul verəcəklərini deyərək, həmin gün Bakı şəhərindən Lənkəran şəhərinə dəvət etdikləri Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitini verməklə Zərərçəkmiş şəxs özlərinə inandırıb yenidən etibarını qazandıqdan sonra, sonuncunun onlara olan inam və etibarından sui-istifadə edərəkguya növbəti gün 1000 manat qazancı ilə birlikdə qaytaracaqlarına dair yalan vədlər verib ondan əvvəlcədən qaytarmaq niyyətində olmadan yenidən 10000 manat məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs Bakı şəhərinə qayıtdığına görə onun sözü ilə həmin gün qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs Masallı rayonu, Rüdəkənar kəndində yerləşən yaşadığı evə gedib, guya aldatmaq niyyətində olmadıqları görüntüsü yaratmaq üçün qrup üzvü Təqsirləndirilən şəxs1 istifadəsində olan «Priora» markalı avtomobili özgəninkiləşdirilməsinin mümkün olmadığını bildiyi halda, orada saxlayıb, evin həyətində sonuncunun arvadı Şahid1 ərinə məxsus xeyli miqdar təşkil edən 10000 (on min) manat məbləğində nəğd pul vəsaitini qəbul etməklə, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin məbləğdə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərəkdələduzluqetmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin may ayının əvvəlində atası Təqsirləndirilən şəxs3 ilə birlikdə avtomobillərin alqı-satqısı ilə məşğul olduğuna görə maddi imkanlı şəxs kimi tanıdığı Masallı rayonu, Rüdəkənar kənd sakini olan Zərərçəkmiş şəxs xeyli miqdarda pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, sonuncu ilə aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq, əvvəlcədən ələ keçirdiyi pul vəsaitinin qaytarılmayan hissəsinə görə 06 may 2023-cü il tarixdə onun ünvan 3 ünvanında yerləşən yaşadığı evə gedib, şikayətçi kimi atası Təqsirləndirilən şəxs3 müraciət etmiş Zərərçəkmiş şəxs atası ilə əvvəlcədən aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq guya onlara əlavə 5000 manat civarında pul vəsaiti verdiyi halda, banka olan borclarını qaytarıb, bankdan yenidən götürəcəkləri yüksək məbləğdə vəsait hesabına onun pulunu qısa müddətdə tam şəkildə qaytaracaqlarını əminliklə bildirib, buna dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs özlərinə inandırıb yenidən etibarını qazandıqdan sonra, sonuncunun onlara olan inam və etibarından sui-istifadə edərək əvvəlcədən qaytarmaq niyyətində olmadan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının 06 may 2023-cü il tarixə müəyyən etdiyi məzənnəyə uyğun xeyli miqdar təşkil edən 5100 manat ekvivalentində olan 3000 ABŞ dolları məbləğində nəğd pul vəsaitini həmin gün yaşadıqlarıünvan 3 ünvanında yerləşən evdə qrup üzvü olan atası Təqsirləndirilən şəxs3la birlikdə qəbul etməklə, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin məbləğdə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərəkdələduzluqetmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ittiham verilmişdir ondan ötrü ki, о, 2023-cü ilin may ayının əvvəlindəoğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun vasitəsi ilə avtomobillərin alqı-satqısı ilə məşğul olduğuna görə maddi imkanlı şəxs kimi tanıdığı Masallı rayonu, Rüdəkənar kənd sakini olan NəhmətovRaqif Hüseynbala oğlunun xeyli miqdarda pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, sonuncu ilə aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq, oğlunun əvvəlcədən ələ keçirdiyi pul vəsaitinin qaytarılmayan hissəsinə görə 06 may 2023-cü il tarixdə onun ünvan 3 ünvanında yerləşən yaşadığı evə gedib, şikayətçi kimi ona müraciət etmiş Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq guya onlara əlavə 5000 manat civarında pul vəsaiti verdiyi halda, banka olan borclarını qaytarıb, bankdan yenidən götürəcəkləri yüksək məbləğdə vəsait hesabına onun pulunu qısa müddətdə tam şəkildə qaytaracaqlarını əminliklə bildirib, buna dair yalan vədlər verərək, RaqifNəhmətovu özlərinə inandırıb,etibarını qazandıqdan sonra, sonuncunun onlara olan inam və etibarından sui-istifadə edərək əvvəlcədən qaytarmaq niyyətində olmadan RaqifNəhmətovun Azərbaycan Respublikası Mərkəzi Bankının 06 may 2023-cü il tarixə müəyyən etdiyi məzənnəyə uyğun xeyli miqdar təşkil edən 5100 manat ekvivalentində olan 3000 ABŞ dolları məbləğində nəğd pul vəsaitini həmin gün yaşadıqlarıünvan 3 ünvanında yerləşən evdə qrup üzvü olan oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qəbul etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin məbləğdə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib оnа elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Taksi fəaliyyəti ilə məşğul olur. Masallı rayon Rüdəkənar kənd sakini Zərərçəkmiş şəxs Hüseynağa oğlunu iki ildir ki, tanıyır. Belə ki, iki il əvvəl Zərərçəkmiş şəxs öz tanışının avtomobilini satmışdır. Həmin vaxtdan Zərərçəkmiş şəxsla əlaqəsi olmuş və o Raqifə avtomobil tağdığı üçün 100 manat da pul vermişdir. Həmin vaxtdan Zərərçəkmiş şəxs telefon nömrəsi onda qalmışdır. 2023-cü ilin mart ayının 20-də o Zərərçəkmiş şəxs zəng vuraraq ondan pul istəmişdir. Zərərçəkmiş şəxs ona demiş ki, pul verər və pulun faizini alar. O da Raqifə demiş ki, qiymətli əşyası yoxdur ki, ona versin. Zərərçəkmiş şəxs ona demiş ki, “sənin avtomobilin var, gətir avtomobilivi qoy mənim həyətimdə və pulu götür”. O da Raqiflə razılaşmışdır. O da həmin pulu dostu Lənkəran şəhər sakini olan Təqsirləndirilən şəxs2 istəmişdir. Təqsirləndirilən şəxs2 və ona pul lazımdır. Onlar birlikdə qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə onu aldadıb puluna alsınlar. Beləliklə də həmin gün o, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs evinə getmişlər. Zərərçəkmiş şəxs həyətində onunla görüşmüş və o Raqifə demiş ki, pulu dostu Təqsirləndirilən şəxs2 üçün istəyir. Zərərçəkmiş şəxs ona demiş ki, o Ramin tanımır, onu tanıyır. Həmin vaxt Ramin bildirmiş ki, “narahat olma bizə vacib pul lazımdır, sənin pulun qısa müddətdə qaytarılacaq, əlavə olaraq sənə qazanc da verərik”. Raqif də onlara inanmışdır. Raqif onu tanıdığına və sözlərinə inandığı üçün onlara istədikləri məbləğdə pul verməyə razı olmuşdur. Raqif onlara həyətində 5000 manat pul vermişdir. Əvəzində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai İ30” markalı avtomobilini girov müqabilində onun həyətində saxlamışdır. Təxminən üç gün sonra 5300 manat pul Təqsirləndirilən şəxs2 onunla birlikdə aparıb Zərərçəkmiş şəxs həyətində Raqifə vermiş və avtomobili oradan götürmüşlər. Zərərçəkmiş şəxs onlara inanmağa başlamışdır. İlk hadisədən bir həftə sonra eyni qayda ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs yenidən pul götürmək üçün ona zəng edib bu barədə bildirmişlər. Zərərçəkmiş şəxs onunla eyni qaydada razılaşmışdır. Raqif onlara həyətində 5000 manat pul vermişdir. Əvəzində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai İ30” markalı avtomobilini yenidən girov müqabilində onun həyətində saxlamaq istəyəndə həmin avtomobilin sənədləri düz olmadığına görə o, avtomobili qəbul etməmişdir. Məcbur qalıb o, idarə etdiyi “Priora” markalı avtomobilini onun həyətində girov qoymuşdur. Təxminən üç gün sonra 5300 manat pul Təqsirləndirilən şəxs2 ilə birlikdə aparıb Zərərçəkmiş şəxs həyətində ona vermişlər və avtomobili oradan götürmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2 bir-birilərinin telefon nömrələrini götürmüşlər və dostluq etməyə başlamışlar. Daha sonra yenidən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs zəng edib bildirmişlər ki, onlara 12.000 min manat pul lazımdır. Bir günlük pulu onlara versin onlarda Raqifə 750 manat üstündə qaytaracağları vədini vermişlər. Zərərçəkmiş şəxs onlarla razılaşmışdır. 01 aprel 2023-cü il tarixdə o Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. Ramin həmin vaxtı Bakı şəhərində olmuş, evində arvadı Simuzərə tapşırmış ki, onlara pul versin. Onlarda də Raqifin həyətində 12000 manat pulu Simuzərdən alıb saydıqdan sonra Təqsirləndirilən şəxs2 vermişdir. Raminin idarə etdiyi “HYUNDAİ İ30” markalı avtomonili Raqifin həyətində saxlamaqla Ramin öz sürücülük və şəxsiyyət vəsiqəsini də onlarda avtomobilin sənədi kimi vermişdir. Bir gün sonra Zərərçəkmiş şəxs aldıqları 12000 manat puldan 1300 manat pulu Təqsirləndirilən şəxs2 götürmüş, Zərərçəkmiş şəxs zəng edib onunla Lənkəran şəhərində görüşüb Raqifə 1300 manat pulu qazanc kimi qaytarmışdır. Raqif də həmin puldan 100 manat öz qazancından ona verərək demiş ki, “hesab et mənim üçün avtomobil tapmısan və həmin avtomobilin qazancından sənə verirəm”. Zərərçəkmiş şəxs pulunu ondan aldıqdan sonra yenidən Bakı şəhərinə getməli olduğunu ona bildirmiş və onunla sağollaşıb çıxıb getmişdir. O da yenidən Təqsirləndirilən şəxs2 zəng edib demiş ki, Zərərçəkmiş şəxs bu dəfə belə yola saldıq sonra nə edərik. Ramin də ona demiş ki, “görüşək narahat olma nə etmək lazım olduğunu mən sənə deyəcəyəm”. O həmin gün Ramin ilə görüşmüşdür. Ramin ona demiş ki, “gəl yenidən Zərərçəkmiş şəxs 10.000 manat pul da istəyək”. xx.xx.2023-cü il tarixdə Ramin yenidən Raqifə zəng edib ondan 10.000 mamant pul da istəmişdir. Raqif də onu soruşanda Ramin ona demiş ki, Cavadda mənlədir. Raqif onun səsini eşidəndən sonra Ramin ilə razılaşmış və evində olmadığını, arvadına zəng edib evdən 10.000 manat pulunu da onlara verəcəyini bildirmişdir. O, da Raminlə birlikdə Raqifin həyətinə gedib arvadı Simuzərdən həyətində 10.000 manat pulu almışdır. Pulu aldıqdan sonra sayıb Raminə vermişdir. Guya Ramin onun biznes şərikidir. Razılaşmamıza görə bir günlük 11000 manat Raqifə qaytaracağmışlar. Həmin vaxt öz avtomobilini Raqifin həyətində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona demiş ki, Zərərçəkmiş şəxsla Lənkəran şəhərində görüşüb ona desin ki, qalan 22.000 manat pulu 5 gün müddətində ona qaytaracağlar. Hələki işilərinin olduğunu, pula ehtiyac olduğunu bildirib yaxşı qazanc ilə onun qalan pulunuda qayraracağlarına inandırsın. Zərərçəkmiş şəxs onunla razılaşmışdır. 5 gün keçdikdən sonra Zərərçəkmiş şəxs onunla və Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb pulunu onlardan geri istəmişdir. O və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs demişlər ki, yaxın vaxtlarda pulunu geri alacaq. Bundan sonra müxtəlif bəhanələrlə Raqifi aldatmışlar. Zərərçəkmiş şəxs aldıqları pulları Təqsirləndirilən şəxs2, özünün ayrı-ayrı adamlardan aldıqları xırda həcmli borclarına və yerdə qalan hissələrinidə kafelərdə Təqsirləndirilən şəxs2 ilə birlikdə xərcləmişlər. 24 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs evinə gedib ona 4700 ABŞ dolları (8000) manat pulu vermiş və ona məxsus olan “Priora” markalı avtomobilini götürmüşdür. Avtomobili götürdükdən sonra Zərərçəkmiş şəxs müxtəlif bəhanələrlə aldatmışlar. Zərərçəkmiş şəxs da, onlara demiş ki, “ona əvvəl verdikləri ümumillikdə 1800 manat qazanc pulu da çıxsın və ona öz pulunu yəni 12.200 manat pulu qaytarsınlar, bizim verdiyiniz qazancın ona lazım olmadığını bildirmişdir. Onlara fırıldaqçı olduqlarını bildirmişlər. O, Zərərçəkmiş şəxs bildirmiş ki, may ayının 1-də pulu ona geri çatdıracaqdır. Yenədə müxtəlif bəhanələrlə pulu geri qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib demiş ki, hazırda o Təqsirləndirilən şəxs2 atası Ramih Kərimovun evlərinə gedir. Sonra ona demiş ki, atası onunla musiqi yoldaşı olduğuna görə onların evlərinə hələki gəlmir. Əgər Raminin atasından bir şey çıxmasa onun evinə gələcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs2 zəng edib bu barədə bildirəndə, Ramin ona demiş ki, Raqif ona da zəng edib. Sonradan eşitmiş ki, Ramin atası Rahim ilə birlikdə, Zərərçəkmiş şəxs 5100 manat pul almışlar ki, guya kreditlərini bağlayıb yenidən yüksək məbləğlə kredit götürüb onun ümumi pulunu qaytaracaqlar. Daha sonra o Zərərçəkmiş şəxs zənglərinə cavab verməmişdir. Raqiflə əlaqə saxlayan zaman da onunla kobud danışmışdır. O, Zərərçəkmiş şəxs verdiyi ifadə ilə tanış olduqdan sonra onun bildirdikləri ilə razılaşmış, lakin qazilərin onunla söhbətindən və onun xəstəxanaya getməsi haqqında dəqiq məlumatı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs aldıqları ümumilikdə 17.200 manat pulu geri qaytarmışlar. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs Caad Əlizadə son sözündə bildirmişdir ki, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onu CM-in 178.2.1, 178.2.2 və 178.2.4-ci maddələri ilə olan cinayət məsuliyyətindən azad etməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Adil oğlu ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qəssablıqla məşğul olur. Masallı rayon Rüdəkənar kənd sakini Zərərçəkmiş şəxs Hüseynağa oğlunu 2023-cü ilin mart ayından tanıyır. Ona pul lazım olduğuna görə dostu Təqsirləndirilən şəxs1 faizə pul götürməyində ona köməklim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 də, ona demiş ki, Masallı rayon Rüdəkənar kəndində Raqif adlı bir şəxs var. Ona deyər, nə olsa xəbər edəcəyini bildirmişdir. Bundan sonra Cavad ona zəng edib demiş ki, Raqif ilə danışmış, gedib pulu götürək və əvəzində idarə etdiyi avtomobili girov qoyacağını bildirmişdir. Ona və Cavada pul lazım olmuş. O, Cavada təklif etmiş ki, Raqifi aldadıb pulunu alaq. Cavadda onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Raqifin yaşadığı Masallı rayonu Rüdəkənar kəndində yerləşən evinə getmişlər. Orada Raqif onlara 5000 manat pulu vermişdir. Əslində onlar Raqifə 5200 manat qaytarmalı olmuşlar. Lakin Raqifi şirnikləndirmək istəmişlər. Biriki gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 yenidən zəng edib demiş ki, yenə 5000 manat Raqifdən pul almaq lazım olduğunu bildirmişdir. Yenədə eyni qayda ilə Raqifin həyətində ondan 5000 manat pulu almışlar. Bir gün sonra Raqifin həyətinnə gedib ona 5300 manat pulu geri qaytarmışlar. Həmin vaxt Zərərçəkmiş şəxsla bir-birilərinin telefon nömrələrini götürmüşlər və dostluq etməyə başlamışlar. Daha sonra yenidən Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs zəng edib bildirmişlər ki, onlara 12.000 min manat pul lazımdır. Bir günlük pulu ondan 750 manat üstündə qaytarmaq şərti ilə istəmişlər. Zərərçəkmiş şəxs onlarla razılaşmışdır. 01 aprel 2023-cü il tarixdə o Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişlər. Raqif həmin vaxtı Bakı şəhərində olmuş, evində arvadı Simuzərə tapşırmış ki, onlara pul versin. Biz də Raqifin həyətində 12.000 manat pulu Simuzərdən Təqsirləndirilən şəxs1 alıb saydıqdan sonra ona vermişdir. Onun idarə etdiyi “HYUNDAİ İ30” markalı avtomonili onun həyətində saxlamaqla öz sürücülük və şəxsiyyət vəsiqəsini də onlarda avtomobilin sənədi kimi vermişdir. Bir gün sonra Zərərçəkmiş şəxs aldıqları 12000 manat puldan 1300 manat pulu o Təqsirləndirilən şəxs1 verib demiş ki, Zərərçəkmiş şəxs zəng edib onunla Lənkəran şəhərində görüşüb ona 1300 manat pulu qazanc kimi qaytarsın. Beləliklə də, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə Lənkəran şəhərində görüşüb 1300 manat pulu ona vermiş, Zərərçəkmiş şəxs həmin puldan 100 manat öz qazancı kimi Cavada vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək demiş ki, Zərərçəkmiş şəxs bu dəfə yola verdik sonra nə edərik. O da Təqsirləndirilən şəxs1 narahat olmamasını bildirmiş, görüşək bir şey fikirləşərik demişdir. Zərərçəkmiş şəxs da Cavaddan ayrıldıqdan sonra Bakı şəhərinə getməli olduğunu bildirmişdir. Həmin gün Cavad ilə görüşmüş, Cavada təklif etmiş ki, gəl yenidən Zərərçəkmiş şəxs 10.000 manat pul istəyək. xx.xx.2023-cü il tarixdə o yenidən Raqifə zəng edib ondan 10.000 mamant pul da istəmişdir. Raqif də ondan Cavadı soruşanda Raqifə demiş ki, Cavadla birlikdədir. Raqif Cavadın səsini eşidəndən sonra onunla razılaşmış, o Cavada daha çox inanırmış və evində olmadığını, arvadına zəng edib evdən 10.000 manat pulunu da onlara verəcəyini bildirmişdir. O da Cavadla birlikdə Raqifin həyətinə gedib arvadı Simuzərdən həyətində 10.000 manat pulu Cavad almışdır. Pulu aldıqdan sonra sayıb ona vermişdir. Guya o Cavadın biznes şərikidir. Razılaşmaya görə bir günlük 11000 manat Raqifə qaytaracaqmışlar. Həmin vaxt Cavad avtomobilini Raqifin həyətində saxlamışdır. xx.xx.2023-cü il tarixdə o Təqsirləndirilən şəxs1 demiş ki, Zərərçəkmiş şəxsla Lənkəran şəhərində görüşüb ona desin ki, qalan 22.000 manat pulu 5 gün müddətində ona qaytaracaqlar. Hələki işlərinin olduğunu, pula ehtiyac olduğunu bildirib yaxşı qazanc ilə Raqifin qalan pulunuda qaytaracaqlar. Zərərçəkmiş şəxs onlarla razılaşmışdır. 5 gün keçdikdən sonra Zərərçəkmiş şəxs onla və Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb pulunu onlardan geri istəmişdir. O və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs demişlər ki, yaxın vaxtlarda pulunu geri alacaq. Bundan sonra müxtəlif bəhanələrlə onu aldatmışlar. Zərərçəkmiş şəxs aldıqları pulları Təqsirləndirilən şəxs1, özünün borclarına və yerdə qalan hissələrinidə kafelərdə Təqsirləndirilən şəxs1 ilə birlikdə xərcləmişlər. 24 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs evinə gedib ona 4700 ABŞ dəlları (8000) manat pulu verib və Təqsirləndirilən şəxs1 məxsus olan “Priora” markalı avtomobilini götürmüşlər. Avtomobili götürdükdən sonra Zərərçəkmiş şəxs müxtəlif bəhanələrlə aldatmışlar. Zərərçəkmiş şəxs da, onlara demiş ki, ona əvvəl verdikləri ümumillikdə 1800 manat qazanc pulu da çıxsın və ona öz pulunu yəni 12.200 manat pulu qaytaraq, verdikləri qazancın ona lazım olmadığını demişdir. Ona fırıldaqçı olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs bildirmiş ki, may ayının 1-də pulu ona çatdıracaqdır. Yenədə müxtəlif bəhanələrlə pulu geri qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onunla görüşüb onların evlərinə gəlib atası Təqsirləndirilən şəxs3lə görüşmüşdür. Bu barədə qabaqcadan məlumatı olduğuna görə atasına demişdir. Atası Rahim də onu aldatmalıymış. O bu barədə atası ilə razılaşmışlar. Çünki ona və atana pul lazım olmuşdur. Beləliklə Raqif olanları atana danışmışdır. Atası Təqsirləndirilən şəxs3 də, ona demiş ki, bankdan kredit gecikməsini bağlayıb yenidən pul götürmək üçün 5.000 manat pul lazım olduğunu və kredit götürüb onun ümumi pulunu qaytaracağını bildirmişdir. Raqifdə atası Rahim ilə razılaşmışdır. Zərərçəkmiş şəxs həmin vaxt yaşadığı evə qayıdıb 3000 ABŞ dollarını (5100) manat pulu gətirib atası Təqsirləndirilən şəxs3 dostu Ağa adlı şəxsin yanında vermişdir. Həmin vaxtlar bayram günlərinə düşdüyü üçün atası ona demiş ki, 11 may 2023-cü il tarixdə banka müraciət edəcəklər. Atasına həmin puldan 2100 manat vermiş, 3000 manatını isə özünə götürmüşdür. Atası həmin pulları müalicəsinə xərcləmişdir. O isə 3000 manat pulu bəzi xırda borclarını qaytarmışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs pulunu geri almaq üçün Lənkəran şəhərinə gəlmişdir. Onunla əlaqə saxlamış və Lənkəran şəhərində olduğunu ona demişdir. O da Raqifə demiş ki, Lənkəran şəhərində yerləşən “555” adlı çay evinə gedib onu orada gözləsin. O dostları ilə çayxanaya getmişdir. Dostları Alim və Elşad Raqifə onun üçün əlavə vaxt verməsini xahiş etmişlər. Raqif də özündən çıxmış, əsəbi halda oradan çıxıb getmişdir. Onlar Raqiflə yenidən həmin gün Lənkəran şəhəri Ş.Xiyabanı dairəsinin yaxınlığında görüşmüş, Raqif həmin vaxt daha da çılğın halda onlara qışqırmış və halının pisləşdiyini deyib xəstəxanaya getmək istədiyini demiş, Ağa onu Lənkəran rayon Mərkəzi xəstəxanasına aparmış, tibbi yardım aldıqdan sonra evlərinə aparmışdır. Zərərçəkmiş şəxs aldıqları ümumilikdə 17.200 manat pulu geri qaytarmışlar. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 son sözündə bildirmişdir ki, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onu Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət məsuliyyətindən azad etməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri Mərkəzi bazarda qəssablara köməklik edib özünə pul qazanır. Oğlu Təqsirləndirilən şəxs2 və arvadı Səidə Kərimova heç bir yerdə işləmirlər. Masallı rayon Rüdəkənar kənd sakini Zərərçəkmiş şəxs təxminən üç ay müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. 06 may 2023-cü il tarixdə oğlu Ramin ona zəng edib demiş ki, Raqif adlı Masallı rayon Rüdəkənar kənd sakini var, ondan pul alıb və geri qaytarmamışdır. Ona demiş ki, Zərərçəkmiş şəxs onlara gəlir. O, Zərərçəkmiş şəxs etibarını qazanıb ondan 5-6 min manat pul almaq lazım olduğunu demişdir. O da Ramin ilə razılaşmışdır. Səhhətində nasazlıq olduğuna görə ona pul lazıl olmuşdur. Beləliklə də, həmin gün Zərərçəkmiş şəxs onların yaşadıqıarı evlərinə gəlib Raminin və Cavadın şikayətini ona etmişdir. O da Raqifə demiş ki, “bizim banka 5 min manat borcumuz qalıb, mənə əgər 5000 manat da borca pul versən, mən bankı bağlayıb ümumən 30.000 manatadək kredit götürüb sənin ümumilikdə 17.200 manat pulunu qaytaracağam”. Zərərçəkmiş şəxs da onunla razılaşmış və yenidən oğlu Raminin dostu olan Ağa ilə birlikdə Maallı rayonuna öz evlərini qayıtmış, 3000 ABŞ dollarını onun evinə gətirmiş, Ağanın yanında ona vermiş və 11 may 2023-cü il tarixdə ümumi pulunu onlardan geri alacağını deyib mehribancasına onlardan çıxıb getmişdir. 3000 ABŞ dollarını Raminə vermiş, Ramin həmin pulu milli pula dəyişdirdikdən sonra 5100 manat pulu gətirib evdə ona vermişdir. O da həmin puldan 2100 manat pulu özünə müalicəsi üçün götürmüş, 3000 manat pulu isə Raminə qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs müxtəlif bəhanələr deyib pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs3 son sözündə bildirmişdir ki, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onu Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət məsuliyyətindən azad etməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, musiqiçidir, sintizator ifa etməklə məşğul olur. Toylara gedib pul qazanır. Təxminən 7-8 il əvvəldən həmçinin avtomobil alışı və satışı ilə də məşğul olur. Hər-hansı avtomobili alıb satanda təxminən 200-300 manat qazanc əldə edir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 2020-ci ildən tanıyır. Belə ki, o 2020-ci ildə avtomobil alarkən Təqsirləndirilən şəxs1 ona bir dəfə avtomobil tapmışdır. Həmin vaxtdan Təqsirləndirilən şəxs1la əlaqəsi olmuş və ona avtomobil tağdığı üçün 100 manat da pul vermişdir. Həmin vaxtdan nömrəsi də Təqsirləndirilən şəxs1 qalmışdır. 2023-cü ilin mart ayının 20-də Təqsirləndirilən şəxs1 ona zəng vuraraq bildirmiş ki, alverlə məşğul olur, əgər pulu varsa ona verisin həmin qazancından ona da pul verəcəkdir. Cavad ona demiş ki, 5000 manat pul lazımdır və 1 günə əlavə olaraq 200 manat pul verəcəkdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 öz şəriki kimi ona təqdim etdiyi Təqsirləndirilən şəxs2 yaşadığı Masallı rayonu Rüdəkənar kəndində yerləşən evinə gəgətirmişdir. O, Cavada həyətində 5000 manat pulu vermişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun yaşadığı həyətə birlikdə gələrək Cavad ona 5300 manat pulu vermişdir. Bir-iki gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 yenidən ondan 5000 manat pul istəmiş və demiş ki, əlavə qazanıb ona pul verəcəkdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə yenidən onun yaşadığı həyətə gəlmiş və 5000 manat pulu Cavada vermişdir. Bir gün sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə onun həyətinə gələrək 5300 manat pulu ona vermişlər. O, Təqsirləndirilən şəxs1 demiş ki, “biz qazanca 200 manata razılaşmışdıq, sən nə üçün mənə 300 manat pul verirsən”. Təqsirləndirilən şəxs1 ona pulu verəndə çox sağol da deyirmiş ki, onun puluyla pul qazanıb ona görə artıq 100 manat verdiyini demişdir. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs1 ona zəng vuraraq 12.000 manat məbləğində bir günlük pul istəmiş, əlavə olaraq normal qazanc yəni 750 manat ona verəcəyini bildirmişdir. O Təqsirləndirilən şəxs1 demiş ki, avtomobil danışmışam, həmin avtomobili alıb-satmalıdır. Təqsirləndirilən şəxs1 da ona demiş ki, “sən avtomobil almağı saxla. Biz səni bəy-balası kimi dolandırarıq. Avtomobil alqı-satqısını təmiz qoyarsan kənara, evində otura-otura sənin qazancın gələcək”. O da, Cavada demiş ki, 12.000 manat pulu sənə bu şərtlə verə bilərəm ki, həmin dəyərdə mənə qiymətli bir əşya girov kimi verəsən. Təqsirləndirilən şəxs1, ona demiş ki, özünə məxsus avtomobili onun həyətində qoyacaqdır, avtomobilin sənədlərini evində verəcək və pulu qaytaranda avtomobilini sənədlərilə birlikdə götürəcəkdir. O da, Bakı şəhərindən evə arvadı Şahid1 zəng edib demiş ki, 12.000 manat pul hazırlasın dostu Təqsirləndirilən şəxs1 gəlib götürəcəkdir. Əlizadfə Cavad da onun evinin həyətinə Təqsirləndirilən şəxs2lə birlikdə gedərək “Hyundai İ30” markalı avtomobili onun həyətində saxlamış, avtomobilin açarını və sənədlərini, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini arvadı Şahid1 vermiş, arvadı da 12.000 manat pulu həyətdə Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 pulu götürdükdən sonra ona zəng vuraraq pulu götürdüyünü və 2-3 günə pulu ona geri qaytaracağını, Amerikadan pulunun gələcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng vuraraq əlavə olaraq 10.000 manat pulun bir günlük lazım olduğunu bildirmiş və demiş ki, 10.000 manatdan əlavə 1000 manat da ona qazanc verəcəkdir. O da, Təqsirləndirilən şəxs1 inandığı üçün onunla razılaşmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə onun yaşadığı evin həyətinə gəlmiş və 10.000 manat pulu o Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 bildirmiş ki, bir gün sonra 11.000 manat ona pul qaytaracaqdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la Lənkəran şəhərində görüşüb danışdıqları kimi pulunu ondan istəmişdir. Təqsirləndirilən şəxs1 ona bildirmiş ki, 1300 manat ona qazanc verəcəkdir, qalan 22.000 manat pulu isə 5 gün müddətində qaytaracaqdır. 1300 manat pulu Təqsirləndirilən şəxs1 götürüb 100 manat da onun özünə geri qatarmış ki, hesab etdim ki, Təqsirləndirilən şəxs1 ona avtomobil tapmış, o da Cavada qazandığı puldan 100 manat vermişdir. O, Təqsirləndirilən şəxs2 harada olduğunu soruşanda, Cavad ona demiş ki, qazancıvı götür, Təqsirləndirilən şəxs2 nə edirsən. Ümumi olaraq Təqsirləndirilən şəxs1 1200 manat pul götürmüşdür. 5 gün keçdikdən sonra Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb pulunu geri istəmişdir. Təqsirləndirilən şəxs1 ona yaxın vaxtlarda pulunu geri qaytaracağını bildirmişdir. 24 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona bildirmiş ki, özünə məxsus “Priora” markalı avtomobili də gətirib onun həyətində saxlayacaq və pulu qaytaranda avtomobilləri də götürəcəkdir. xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs1 “Priora” markalı avtomobili gətirib onun həyətində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng vuraraq bildirmiş ki, 8.000 manat pul gətirəcək, öz avtomobilini götürəcək və qalan pulu da verəcəkdir. O da Cavadla razılaşmışdır. Təqsirləndirilən şəxs1 onun yaşadığı həyətə gəlib ona 4700 ABŞ dəlları (8000) manat pulu vermiş və “Priora” markalı avtomobilini götürmüşdür. Avtomobili götürdükdən sonra Təqsirləndirilən şəxs1 ona zəng vuraraq bildirmiş ki, artıq qalan pulu da Təqsirləndirilən şəxs2 ona geri qaytaracaqdır. O, Təqsirləndirilən şəxs1 demiş ki, Təqsirləndirilən şəxs2 pul verməmiş, o da pul qaytarsın. Təqsirləndirilən şəxs1 onu söyüb təhqir edərək qalan pulu Təqsirləndirilən şəxs2 tələb etməyini ona demişdir. Təqsirləndirilən şəxs2 ona zəng vuraraq demiş ki, verəcəkləri qalan 14.000 manat pulu özü ona qaytaracaqdır. O da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 demiş ki, əvvəl verdiyiniz ümumillikdə 1800 manat pulu da çıxsın və ona öz pulunu yəni 12.200 manat pulu qaytarın, sizin verdiyiniz qazancın lazım olmadığını demişdir. Onlara fırıldaqçı olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona bildirmiş ki, may ayının 1-də pulu ona çatdıracaqdır. O, 01-06 may 2023-cü il tarixdə hər gün Lənkəran şəhərinə gələrək Təqsirləndirilən şəxs2lə əlaqə saxlamış və pulunu ondan istəmişdir. Təqsirləndirilən şəxs2 onu hər gün aldadaraq pulunu verməmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la görüşüb Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs3 evinə getmişdir. Təqsirləndirilən şəxs3 ona demiş ki, bankdan kredit gecikməsini bağlayıb yenidən pul götürmək üçün 5.000 manat pul lazım olduğunu və kredit götürüb onun ümumi pulunu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs3 ona demiş ki, ona 5000 manat da pul verim ümumi pulları may ayının 11-də ona geri qaytaracaqdır. O, da yaşadığı evə gedib 3000 ABŞ dolları (5100) manat pulu götürüb Lənkəran şəhərinə gəlib Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs3 onun evində Lənkəran şəhər sakini olan tanışı Ağa adlı şəxsin yanında vermişdir. xx.xx.2023-cü il tarixdə pulunu Təqsirləndirilən şəxs2 götürmək üçün Lənkəran şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxs2lə əlaqə saxlamış və Lənkəran şəhərində olduğunu ona demişdir. Təqsirləndirilən şəxs2 ona demiş ki, Lənkəran şəhərində yerləşən “555” adlı çay evinə gedib onu orada gözləsin. O da, həmin çayxanaya getmişdir. Təqsirləndirilən şəxs2 və adlarını bilmədiyi 4 nəfər şəxs çayxanaya gəlmişlər. Ona Təqsirləndirilən şəxs2 və yanında gələn şəxslər hədə-qorxu gələrək pulunu verməyəcəklərini, əgər başqa hərəkət edərəmsə ona problem yaradacaqlarını bildirmişlər. Sonra onu Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən qəbiristanlığa dəvət etmişlər. O, qəbiristanlığa gedəndə Ağa adlı tanışına zəng edib onu da çağırmışdır. O, qəbiristanlığda olanda Ramin və yanında olan sonradan adlarını bildiyi Alim, Elşad və bir neçə nəfər şəxs yenidən ona hədə-qorxu gəlmişlər, sağlamlığına ağır zərər vurmaqla hədələmişlər. Əvvəlcə onların sözlə danışaraq onun pulunu qaytaracağını düşünsə də, onun düşündüklərinin tam əksi baş vermişdir. Belə ki, onlar sözlə yox, hədə ilə danışmışlar. Ramin, Alim və Elşad ona bildirmişlər ki, “səncə söhbət etmək üçün səni nə üçün başqa bir yerə yox, məhz qəbiristanlğa gətirmişik? O, səbəbini bilmədiyini onlara bildirdikdə həmin şəxslər qəbir daşlarını ona göstərərək demişlər ki, burda yatan şəxslərin çoxu vaxtı ilə sözə baxmayıblar, ona görə də hazırda həyatda deyillər, nə qədər ki, səni vurub öldürməmişik puldan imtina et”. Onlar real əsaslarla onu öldürməklə hədələmişlər. Elşad adlı şəxs onu nalayiq sözlərlə təhqir edərək demiş ki, “sənin varyoxun da gəlsə pulu Ramindən ala bilməyəcəksən”. Həmin şəxslər onu öldürməklə hədələdiklərindən və psixi zor tətbiq edərək hədə-qorxu gəldiklərinə görə o, huşunu itirərək özündən getmiş və Ağa adlı tanışı onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs2 tanımadığı bir şəxslə bir neçə gündən sonra yenidən onun yaşadığı həyətə gəlib bir neçə günə pulunu geri qaytaracağını deyib yalan vədlər verirmiş ki, pulunu qaytaracaqdır. Lakin bu günə kimi Ramin və Cavad ondan aldıqları ümumilikdə 17.200 manat pulu geri qaytarmamışdırlar. O, aldandığını görüb hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs2 ona demişdir ki, “hüquq mühafizə orqanlarına şikayət etsən, sənnən başqa cür rəftar edərəm, mən polis, prokuror tanımıram.” Sözlərini bildirmişdir. Hazırda təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, dəymiş ziyan ona tam olaraq ödənilmiş, onlara qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, təqsirləndirlən şəxslər X8 və X7 barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadə verərək bildirmişdir ki, qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. İkinci qarabağ müharibəsi iştirakçısı olmaqla yanaşı həmçinin qazidir. Təqsirləndirilən şəxs2 onun dostudur. Masallı rayon sakini Raqif Hüseynovu əvvəllər tanımamışdır. Ramin 2023-cü ilin aprel ayından etibarən bir neçə dəfə Raqifdən ona deməsinə görə faizə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul götürmüşdür. Ramin əvvəl götürdüyü 5000 pulu tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Raqifdən götürmüşlər. Ramin ümumilikdə 12000 manat pulu Ramindən götürmüşdür. Həmin pulun faizi ilə birlikdə Raminin dediyinə görə 23500 manat qaytamalı olmuşdur. Həmin puldan ümumilikdə 8000 manat pulu Ramin Raqifə geri qaytarmışdır. Lakin yerdə qalan pulu Ramin Raqifə ödəyə bilmədiyi üçün 2023-cü ilin may ayının əvvəllərində qaytaracağını demişdir və ondan xahiş etmiş ki, Raqiflə söbət edərək ondan vaxt alıb onu razı salsın. Buna görə də 2023-cü ilin may ayının əvvəllərində Ramin, Raqifə zəng edərək onu Lənkəran rayonuna çağırmışdır. O, dostu qazi Elşad və Ramin, Raqfilə Lənkəran şəhəri Şəhidlər Xiyabanı ərazisində yerləşən parkda görüşərək söhbət etmişlər. Raqifə qəsdən bildirmiş ki, “Raminlə şərikli iş görürük, buna görə də Raminin səndən aldığı pullar məndədir, sən mənimlə söhbət et!” Raqif isə qeyd olunan məbləğdə pulu ona deyil, Ramin və Cavada verdiyini, ona vermədiyini, buna görə də məsələnin ona aidiyyatının olmadığını bildirmişdir. Onun Raminə ürəyi yandığı üçün Raqifdən xahiş etmiş ki, Raminə bir neçə ay vaxt versin, düşünmüş ki, Raqif onun və Elşadın qazi olduğuna görə ondan xahiş etsə onları eşidər. Lakin həmin vaxt Raqif əsəbləşmiş və özündən çıxmışdır. Uca səslə qışqırmağa başlamış və halı pisləşmişdir. Lənkəran şəhər sakini olan el arasında Ağa ləqəbi ilə tanıdığı Şahid3 onu tez öz avtomobili ilə götürüb Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışdır. O, Ramin və Elşəd ona heç bir nəlayiq ifadələr işlətməmişlər, onlar Raqifdən yalnız vaxt almaq üçün xahiş etmişlər. Raqif isə onların xahişini qəbul etməmiş və özündən çıxaraq çılğınlıq edib əsəbiləşmiş və halı pisləşmişdir. Onlar xəstəxanayada getməmişlər. Düşünmüşlər ki, Raqif onları görüb yenidən əsəbiləşəcəkdir. Sonradan ona məlum olmuş ki, Raqif Cavada və Raminə verdiyi pulu faizə verməmişdir. Daha sonra ona məlum olmuş ki, Raminin atası Rahimdə Raqifdən dələduzluq yolu ilə 5100 manat pul almışdır. Məhkəmə istintaqında Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. (buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmürş.) Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: 21 avqust 2023-cü il tarixli, 10304 saylı arayışdan görünür ki, Kərimli X4 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. 21 avqust 2023-cü il tarixli, 10305 saylı arayışdan görünür ki, Kərimov X6 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. 21 avqust 2023-cü il tarixli, 600 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 18 avqust 2022-ci ildən Lənkəran şəhər Psixiatriya Xəstəxanasında «stresə qarşı kəskin reaksiya» diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X3 Məhkəmə Psixatrik Ekspertizasının 29 avqust 2023-cü il tarixli 2450 saylı rəyində Təqsirləndirilən şəxs1 hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. X1 2022-ci ildə müalicədə olduğu zaman onda aşkar edilmiş «Stresə qarşı kəskin reaksiya» diaqnozu psixi pozuntu hal-hazırda aşkar edilmir. Təqsirləndirilən şəxs1 hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Qərarda göstərilən əməli törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkəti Azərbaycan Respubliksı CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 halhazırda məcburi müalicəyə ehtiyacı olamadığı qeyd olunmuşdur. DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 126.1-ci maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 5 il azadlıqdan məhrumetmə cazasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamına əsasən əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Kərimli X4 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cərimə tam ödənildiyindən qeydiyyatda çıxarılmışdır. DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Kərimov X6 Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 3800 manat cərimə cəzasına məhkum olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 270 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və xx.xx.2019-cu ildə cəzasını tam çəkib qurtardıqdan sonra şöbənin qeydiyyatından çıxarılmış, daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1, 69.3-cü maddələrilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş 17.200(on yeddi min iki yüz) manat ziyan tam olaraq ödənilmişdir. Həmin cinayət işi üzrə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, dəymiş ziyan ödənilmiş, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. 26 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən "xxxx" ASC-nin Lənkəran filialına cinayətlə vurulmuş 17200 manat məbləğində maddi ziyanın 25% miqdarında – 4350 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 178.2.4-cü maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 12000 manat pulu, Təqsirləndirilən şəxs2 17.100 manat və Təqsirləndirilən şəxs3 isə 5100 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 27-ci bəndində göstərilmişdir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Qərarının 30-cu bəndində göstərilmişdir ki, dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinin ikinci cümləsində təsbit olunmuş cinayət məsuliyyətinin yaranmasını şərtləndirən zərərin minimal məbləğinə (ziyanın 100 manatdan artıq məbləğdə olmasına) dair tələb müstəsna olaraq oğurluq cinayətinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş hallarına aiddir və dələduzlq cinayətinə münasibətdə tətbiq edilmir. CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 37-ci bəndində qeyd olunur ki, CPM-in 318.1ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş 10000 manat pulu dələduzluq yolu ilə ələ keçirmələrinə dair epizodlar xaric edilməli və Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1 və 178.2.4-cü maddəsinə tövsif edilməlidir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 178.2.1 və 178.2.4, Təqsirləndirilən şəxs2 əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 əməli isə CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxlərin təsdiqedici ifadələri, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar vardır. Belə ki, CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışdığından, oana dəymiş ziyanı tam şəkildə ödədiklərindən, habelə vurulmuş ziyanın 25 faizi miqdarında pul vəsaitini dölət büdəsinə ödədiklərindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində CM-nin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət işinə CM-nin 73-1.2-ci və CPM-nin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli, habelə onların barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri cinayət işinə xitam verildiyinə görə ləğv edilməli, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və CM-nin 73-1.2-ci, CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-47/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-47/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver