Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-47/2025 07.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Əfladdin oğlu, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Saat: 15:45 xx.xx.1981-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Hirkan Milli Parkının mühafizə işləri üzrə direktor müavini işləməklə Milli Parkın direktoru vəzifəsini icra edən, məhkum olunmamış, Lənkəran rayonu, Şürük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi və xx.xx.1982-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Daşdatük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin xx.xx.2023-cü il tarixli 702/k saylı əmri ilə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Hirkan Milli Parkının mühafizə işləri üzrə direktor müavini vəzifəsində işləməklə, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin xx.xx.2023-cü il tarixli 128/HMP saylı və xx.xx.2023-cü il tarixli 1514/k saylı əmrləri ilə Milli Parkın direktoru vəzifəsini müvəqqəti icra etdiyi vaxtda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidmətinin xx.xx.2021-ci il tarixli 245/ü saylı əmri ilə təsdiq edilmiş tabeli qurumlar üzrə çalışan işçilərinin vəzifələrinə dair Təlimata, habelə Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2004-cü il tarixli 57 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnaməyə əsasən Milli Parkın işinə ümumi rəhbərliyi həyata keçirməyə və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etməyə, tabeliyində olan mühafizə işçilərini təlimatlandırmağa, nəzarət etdiyi xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejiminin xüsusiyyətlərini bilməyə, mühafizənin düzgün təşkil edilməsinə nəzarət etməyə məsul vəzifəli şəxs kimi işə laqeyd və vicdansız münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə, yəni respublika əhəmiyyətli xüsusi mühafizə edilən təbiət ərazisi hesab edilən Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 29 və 30 saylı dolaylarının ərazilərində 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək olan müddətdə baş verə biləcək qanun pozuntularının qarşısının alınması məqsədi ilə profilaktik tədbirləri yerinə yetirməli, tabeliyində olan mühafizə işçilərinin fəaliyyətinə düzgün nəzarət etməli, qanunsuz ağac kəsən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirləri həyata keçirməli olduğu halda bunları lazımi diqqət və ehtiyatlılıq göstərməklə yerinə yetirməyərək, Seyfidor meşəbəyliyinin 29 saylı dolayında 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək müxtəlif vaxtlarda istintaqla müəyyən edilməyən ayrı-ayrı şəxslər tərəfindən ümumilikdə 27,878 kub metr həcmində 7612,82 (yeddi min altı yüz on iki manat səksən iki qəpik) məbləğdə qızılağac, ağcaqayın və sair cinsli 07 ədəd qanunsuz kəsilmiş ağac, eləcə də 02 ədəd təbii şəkildə aşmış və qanunsuz aparılmış ağac, habelə Seyfidor meşəbəyliyinin 30 saylı dolayında 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək müxtəlif vaxtlarda istintaqla müəyyən edilməyən ayrı-ayrı şəxslər tərəfindən ümumilikdə 67,922 kub metr həcmində 20560,14 (iyirmi min beş yüz altmış manat on dörd qəpik) məbləğdə qızılağac, vələs, Qafqaz xurması və sair cinsli 31 ədəd qanunsuz kəsilmiş ağac, eləcə də 01 ədəd təbii aşmış və qanunsuz aparılmış ağac olmaqla, ümumilikdə 28172,96 (iyirmi səkkiz min bir yüz yetmiş iki manat doxsan altı qəpik) məbləğdə 38 ədəd müxtəlif cinsdə və diametrdə ağacın qanunsuz kəsilməsi və 03 ədəd təbii aşmış ağacın qanunsuz daşınması ilə, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin ərazisindən istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması, təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı Milli Parkın mühafizəsi sahəsində fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Hirkan Milli Parkının rəhbərliyinin xx.xx.2018-ci il tarixli 109/k saylı əmri ilə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı dolayının mühafizə yegeri vəzifəsində işlədiyi vaxtda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidmətinin xx.xx.2021-ci il tarixli 245/ü saylı əmri ilə təsdiq edilmiş tabeli qurumlar üzrə çalışan işçilərinin vəzifələrinə dair Təlimata, habelə Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2004-cü il tarixli 57 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnaməyə əsasən mühafizəsinə cavabdeh olduğu ərazidə gündəlik müşahidələr aparmağa, xidmətdə olduğu müddət ərzində və ya digər vaxtlarda baş vermiş qanun pozuntularını aşkar etdiyi təqdirdə bu barədə dərhal sahə müfəttişinə məlumat verməyə, fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətinin dayandırılması üçün müvafiq tədbirləri həyata keçirməyə məsul vəzifəli şəxs kimi işə laqeyd və vicdansız münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımı qaydada yerinə yetirməməklə, yəni respublika əhəmiyyətli xüsusi mühafizə edilən təbiət ərazisi hesab edilən Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı dolayının ərazisində 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək olan müddətdə baş verə biləcək qanun pozuntularının qarşısının alınması məqsədi ilə profilaktik tədbirləri yerinə yetirməli, yaxınlıqda olan yaşayış məntəqələri ilə həmsərhəd zonalarda mühafizə rejiminin tələblərinə əməl olunmasına daha ciddi nəzarət etməli, qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyən edilmiş qaydada saxlamalı olduğu halda bunları lazımi diqqət və ehtiyatlılıq göstərməklə yerinə yetirməyərək, Seyfidor meşəbəyliyinin 30 saylı dolayında 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək müxtəlif vaxtlarda istintaqla müəyyən edilməyən ayrı-ayrı şəxslər tərəfindən ümumilikdə 67,922 kub metr həcmində 20560,14 (iyirmi min beş yüz altmış manat on dörd qəpik) məbləğdə qızılağac, vələs, Qafqaz xurması və sair cinsli 31 ədəd ağacın qanunsuz kəsilməsi, eləcə də 01 ədəd aşmış ağacın qanunsuz aparılması ilə, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı dolayının ərazisindən istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması, təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı Milli Parkın mühafizəsi sahəsində fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, xx.xx.2021-ci il tarixdən Hirkan Milli Parkında sahə müfəttişi vəzifəsində, xx.xx.2023-cü il tarixdən mühafizə işləri üzrə direktor müavini, xx.xx.2023-cü il tarixdən hazırkı vaxtadək isə direktor vəzifəsini müvəqqəti olaraq əvəz edir. Hirkan Milli Parkının ərazisi 60 min hektardır və 60a yaxın dolay vardır. Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin ərazisində qanunsuz ağac kəsilməsi faktı ilə əlaqədar 2024-cü ilin 13-14 fevral tarixlərində X2 Xidmətinin əməkdaşlarının və baş idarənin tapşırığına əsasən sözügedən meşəbəyliyi ərazisində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədi ilə komissiyanın yaradılması barədə tapşırıq verilmişdir. Bununla əlaqədar olaraq tərəfindən qəbul edilmiş 15 fevral 2024-cü il tarixli 045/ü saylı əmrlə Hirkan Milli Parkının bütün meşəbəylikləri üzrə mühafizə rejiminə əməl olunması, mühafizə rejiminin düzgün təşkil edilməsini araşdırmaq məqsədi ilə Hirkan Milli Parkının müxtəlif işçilərindən ibarət komissiya yaradılmışdır. Komissiyanın sədri o, olmuşdur. Həmin komissiya tərəfindən yoxlamalar keçirilmiş, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı dolayında qırıntı çox olduğu üçün həmin dolayın mühafizə yegeri Şahid ilə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, həmin dolayda 55 ədəd ağacın qanunsuz kəsilməsi və 05 ədəd təbii aşmış ağacın qanunsuz daşınması nəticəsində təbiətə 13736,17 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Prokurorluğuna göndərilmişdir. Sonradan müəyyən edilmişdir ki, həmin ağaclardan bir ədəd 100 sm diametrində ağcaqayın cinsli ağacı yoxlama iştirakçıları yaş halda kəsilməsinə baxmayaraq quru kimi rəsmiləşdirmişlər. Buna görə də sonradan rayon prokurorluğunda aparılan araşdırma zamanı qeyd edilən ziyanın məbləği çoxalmışdır. Qeyd edilən ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı yoxdur. Seyfidor meşəbəyliyinin 27, 29 və 30 saylı dolaylarında müxtəlif cinsdə və diametrdə olan qanunsuz olaraq kəsilmiş 93 ədəd ağacın və 08 ədəd təbii aşmış ağacın qanunsuz daşınmasının kim tərəfindən həyata keçirilməsindən məlumatı yoxdur. Yaratmış olduğu komissiya üzvləri yoxlamalar zamanı həmin ağacları görməyə bilər. Yəqin ki, həmin ağacları görməmiş və rəsmiləşdirməmişlər. Çünki həmin ərazi qarla örtülü olmuşdur. O, Seyfidor meşəbəyliyinin 27 saylı dolayında baş vermiş qanunsuz qırıntılarla bağlı sənədləşmə aparıb Lənkəran Rayon Prokurorluğuna göndərmişdir. Bundan əlavə, həmin dolayın 27 və 30 saylı dolaylarının sabiq mühafizə yegerləri Şahid və Təqsirləndirilən şəxs2lə bağlanmış əmək müqavilələrinə xitam vermişdir. Hirkan Milli Parkının ərazisində qanunsuz ağac kəsilməsi ilə bağlı məsuliyyəti müvafiq ərazi üzrə mühafizə yegeri və sahə müfəttişi daşıyır. O, üzərinə düşən bütün vəzifələri lazımınca icra etmişdir. Təqsirləndirilən şəxs1 son sözündə özünü ona qarşı elan edilmiş ittiham üzrə təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Hirkan Milli Parkının “Seyfidor” Meşəbəyliyinin 30 saylı dolayında mühafizə yegeri vəzifəsində işləmişdir. İşdən öz xahişi ilə azad olunmuşdur. Mühafizə yegeri kimi vəzifələri mühafizəsinə cavabdeh olduğu ərazilərdə gündəlik müşahidələr aparmaq və bu barədə müşahidə gündəliyinə müvafiq qeydlər aparmaq, mühafizəsinə cavabdeh olduğu ərazidə xidmətdə olduğu müddətdə və ya digər vaxtlarda baş vermiş qanun pozuntularını aşkar etdiyi təqdirdə bu barədə dərhal sahə müfəttişinə məlumat vermək, rəhbər şəxslərin göstərişi ilə mühafizəsinə cavabdeh olduğu ərazidə və ya digər ərazilərdə aparılan yoxlamalarda, reydlərdə iştirak etmək və sairdən ibarətdir. xx.xx.2024-cü il tarixli baxış protokolunda Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayının 49, 51 və 52-ci kvartallarında yoxlama aparılması və yoxlama zamanı 2023-cü ilin yay aylarında qanunsuz olaraq kəsilmiş və əvvəlki dövrlərdə rəsmiləşdirilməmiş qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd, 44 sm diametrində odunluq 1 ədəd, 48 sm diametrində işlik 2 ədəd, 80 sm diametrində işlik 2 ədəd, 84 sm diametrində işlik 1 ədəd, ağcaqayın cinsindən 68 sm diametrində işlik 1 ədəd, palıd cinsindən odunluq 28 sm 1 ədəd ağaclar aşkar edilməsi ilə bağlı bildirmişdir ki, o, həmin ağacların qanunsuz kəsilməsi barədə 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində Rəfail Əzizova və Təqsirləndirilən şəxs1 məlumat vermiş, lakin onlar bu barədə hər hansı bir tədbir görməmişlər. Həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı yoxdur. Seyfidor meşəbəyliyinin 30 saylı dolayının ərazisində 22 ədəd müxtəlif cinsdə və diametrdə ağacların qanunsuz kəsilməsi və 01 ədəd aşmış ağacın doğranılaraq daşınması ilə bağlı bildirmişdir ki, həmin ağaclar 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək kəsilmişdir. Həmin ağaclar sabiq sahə müfəttişi əvəzi Rəfail Əzizov tərəfindən kəsdirilmişdir. Belə ki, o, qeyd edilən qırıntılarla bağlı Rəfailə dəfələrlə şifahi məlumat verməsinə baxmayaraq Rəfail həmin ağacları damğalayıb sənədləşdirmirdi. Eləcə də onun məlumatı əsasında yoxlamaya gedəndə Rəfail ona məlumat vermədən gedirdi. Buna görə də hesab edir ki, Rəfail həmin ağacları bir neçə Biləsər kənd sakinlərinə kəsdirmişdir. Lakin onların kim olmasını bilmir. Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı meşə dolayından 67,922 kub metr həcmində müxtəlif cinsli və müxtəlif diametrli 31 ədəd ağacın qanunsuz kəsilməsi və 1 ədəd aşmış ağacın doğranılaraq daşınması nəticəsində təbiətə ümumilikdə 20560,14 (iyirmi min beş yüz altmış manat on dörd qəpik) manat məbləğində ziyan dəyməsi ilə bağlı bildirmişdir ki, qeyd edilən ağacların kəsilməsindən və daşınmasından məlumatı olmamışdır. Həmin ağacların kim tərəfindən kəsilməsi və daşınması barədə məlumatı yoxdur. Lakin 2023-cü ilin oktyabr-noyabr ayları ərzində həmin ağaclardan təxminən bir neçəsini aşkar edib Rəfail Əzizova şifahi məlumat vermiş, lakin Rəfail həmin ağacların qanunsuz kəsilməsi və daşınması rəsmiləşdirilməmişdi. O, mühafizəsinə cavabdeh olduğu əraziyə düzgün nəzarət etməməyi ucbatından həmin ağacların qanunsuz kəsilməsini və daşınmasını etiraf edir. Çünki həmin dolayın mühafizəsinə birbaşa o, cavabdeh olmuşdur. Hirkan Milli Parkının “Seyfidor” Meşəbəyliyinin 30 saylı dolayında mühafizə yegeri vəzifəsindən ərazinin çətin relyefdə yerləşməsi, xidməti ərazinin yaşadığı ünvandan uzaqda yerləşməsi və həmin ərazinin yüksəklik ərazilərdə olduğu üçün qan təzyiqindən əziyyət çəkməsinə görə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilməsini mühafizə yegeri olduğu dolayda heç kəsə ağac kəsdirməməsi ilə izah edərək cərimə növündə ona cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2015-ci ildən hazırkı vaxta qədər Hirkan Milli Parkında hüquqşünas vəzifəsində işləyir. Hüquqşunas kimi vəzifələri Milli Parkın hüquqi məsələlərini həll etməkdən ibarətdir. Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2004-cü il tarixli 57 saylı Fərmanı ilə Azərbaycan Respublikası Lənkəran və Astara rayonlarının ərazisində yaradılmış və həmin tarixdə də Milli Parkın Əsasnaməsi təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 ittiham verilməsi ilə bağlı razı deyildir. Hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qarşı ittiham irəli sürülməməli idi. Belə ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 29 və 30 saylı dolaylarının ərazilərində baş vermiş qanunsuzluqlara cavabdeh şəxslər ərazi üzrə mühafizə yegerləri və sahə müfəttişləridir. Təqsirləndirilən şəxs1 öz vəzifələrini layiqincə icra etmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə istintaqında təmsil etdiyi dövlət orqanının Təqsirləndirilən şəxs1 şikayətçi olmaması, yalnız Təqsirləndirilən şəxs2 təqsirli bilinməsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsi ilə əlaqədar verilən suallarla bağlı öz mövqeyini əsaslandıra bilməmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsinin sonunda Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını, digər Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2015-ci ildən hazırkı vaxta qədər Hirkan Milli Parkında hüquqşünas vəzifəsində işləyir. Hüquqşunas kimi vəzifələri Milli Parkın hüquqi məsələlərini həll etməkdən ibarətdir. Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2004-cü il tarixli 57 saylı Fərmanı ilə Azərbaycan Respublikası Lənkəran və Astara rayonlarının ərazisində yaradılmış və həmin tarixdə də Milli Parkın Əsasnaməsi təsdiq edilmişdir. Hirkan Milli Parkının direktoru vəzifəsini müvəqqəti icra edən Təqsirləndirilən şəxs1 15 fevral 2024-cü il tarixli 045/ü saylı Əmrinin icrası ilə əlaqədar olaraq yaradılmış komissiya üzvləri Hirkan Milli Parkının bütün meşəbəyliklərində və dolaylarında mühafizə rejiminin vəziyyətini yoxlamışlar. Komissiya üzvü kimi o da bəzi dolayların mühafizə rejiminin yoxlanılmasına cəlb edilmişdir. Seyfidor meşəbəyliyinin 29 və 30 saylı dolaylarında, ümumilikdə 28172,96 (iyirmi səkkiz min bir yüz yetmiş iki manat doxsan altı qəpik) məbləğdə 38 ədəd müxtəlif cinsdə və diametrdə ağacın qanunsuz kəsilməsi və 03 ədəd təbii aşmış ağacın qanunsuz daşınması ilə bağlı bildirmişdir ki, qeyd edilən ağacların kim(lər) tərəfindən kəsilməsi barədə məlumatı yoxdur. Bu barədə rəhbərliyin hər hansı bir məlumatı olmamışdır. Həmin ağacların qanunsuz olaraq kəsilməsində və daşınmasında vəzifəli şəxslərin səhlənkarlığı olmuşdursa onların məsuliyyətə cəlb edilməsinə və təbiətə dəymiş ziyanın onlar tərəfindən ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının mühafizə yegeri işləmişdir. Mühafizə yegeri olduğu və sonradan işdən azad edildiyi “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayında son bir neçə ayda 85,622 metr kub həcmində 13736,17 manat miqdarında (sonradan dəymiş ziyanın daha çox olduğu müəyyən edildi) müxtəlif cinsli və diametrli 55 ədəd ağacın yaş kök üstə kəsilməsi, 5 ədəd təbii fəlakət nəticəsində yıxılmış ağacın doğranılaraq ərazidən aparılması faktı ilə bağlı olaraq bildirmişdir ki, həmin qeyd edilən ağaclar Rəfail Əzizovun göstərişi və onun icazəsi ilə Lənkəran rayonu Daşdatük kənd sakinləri tərəfindən kəsilmişdir. Belə ki, 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar-fevral ayları ərzində müxtəlif vaxtlarda Daşdatük kənd sakinləri Mail Hadiyev, onun dayısı oğlanları Ramiq Həşimov və sonuncunun qardaşı Ramin Həşimov, Ramiq və Ramin Həşimovların yeznəsi Azad Babayev ondan oduncaq və işlik material almaq üçün müəyyən məbləğlərdə pul ödəyib, daha sonra 27 saylı dolayın ərazisinə girərək özlərinə məxsus motorlu mişarlarla yaş halda ağacları kəsib doğrayıb yaşadıqları evlərə aparıblar. O, işlik və oduncaq materialları meşə qırma bileti və orderi olmadan qeyd etdiyi sakinlərə müxtəlif məbləğlərə satmışdır. Qeyd etdiyi kənd sakinləri qanunsuz olaraq kəsdikləri işlik materialları kənd ərazisinə gələn tanımadığı “Ford” sürücüsünə onlardan aldıqları qiymətdən biraz yuxarı məbləğə satmışlar. Bundan əlavə onlar oduncaq materialları da tanımadığı adamlara satmışlar. O, pulu işlik materiallar üçün 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar fevral ayları ərzində müxtəlif vaxtlarda şəxsən Ramiq Həşimov və Mail Hadiyevdən almışdır. Ramin sadəcə olaraq Ramiq və Mailə ağac kəsməyə və daşımağa kömək etmişdir. Azaddan isə oduncaq material üçün 2023-cü ilin dekabr və 2024-cü ilin yanvarfevral ayları ərzində 6-7 dəfə 30-40 manat civarında pul alaraq oduncaq material satmışdır. Qeyd etdiyi dörd nəfər – Ramiq, Ramin, Azad və Maillə daha çox bu “iş”-lərlə məşğul olmuşlar. Onlar qeyd edilən dövrdə aktiv şəkildə meşədən ağac kəsərək daşımışlar. Digər sakinlərdən Akif Babayev və onun qardaşı Dəniz Babayev müxtəlif vaxtlarda ondan icazə alaraq meşədən oduncaq materialllar kəsib daşımışlar. Buna görə həmin şəxslər ona hər dəfəsində 40-50 manat məbləğində pul vermişlər. Eləcə də, Daşdatük kənd sakini Həzi Quliyev ondan xəbərsiz Rəfail Əzizovla əlbir olaraq bir neçə dəfə 27 saylı dolaydan qanunsuz olaraq ağac kəsib aparmışdır. Sonuncu dəfə 2024-cü ilin fevral ayının ortalarında Həzi onu küçədə görüb ona 200 manat məbləğində pul verib bildirmişdi ki, 27 saylı dolaydan ağac kəsib aparmışdır. Həmin pulu da aparıb Rəfailə versin. O da pulu alıb Rəfailə aparmış, Rəfail həmin puldan 50 manat ona vermişdi. Mühafizəsinə cavabdeh olduğu 27 saylı dolayla birgə “Seyfidor” meşəbəyliyinin 29 və 30 saylı dolaylarında da xeyli miqdarda qırıntıların olduğu, onun dolayında olduğu kimi Rəfail Əzizovun həmin dolaylarda da qanunsuz olaraq ağac kəsdirərək gəlir əldə etmişdir. 30 saylı dolayda mühafizə yegeri Təqsirləndirilən şəxs2 Rəfail Əzizovla əlbir olaraq qanunsuz olaraq ağacların kəsilməsinə şərait yaratmışdır. Bununla bağlı olaraq da həmin dolaylara baxış keçirilməsində iştirak etmiş və qanunsuz olaraq kəsilmiş ağacları göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 29 saylı dolayının 45 saylı kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 72 sm diametrində işlik 1 ədəd ağacın yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Baxışda iştirak edən Xəzər Babazadə bildirdi ki, həmin ağacın dib kötüyünə və yarpaqlarına baxdıqda ağacın təqribən 2023-cü ilin yay aylarında kəsilməsini demək olar. Aşkar olunmuş ağac Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Baxış keçirilməsi haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 29 saylı dolayının 37 saylı kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 40 sm diametrində işlik 1 ədəd, 104 sm diametrində işlik 1 ədəd və 68 sm diametrində işlik 1 ədəd ağacların yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Baxışda iştirak edən Xəzər Babazadə və Sərraf Quliyev bildirdilər ki, həmin ağacların dib kötüklərinə və yarpaqlarına baxdıqda 40 sm diametrində ağacın təqribən 2023-cü ilin noyabr-dekabr ayları ərzində, 104 və 68 sm diametrində ağacların isə 2024-cü ilin yanvar-fevral ayları ərzində kəsilməsini demək olar. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Baxışda iştirak edən Nümayəndə və Elxan Şaliyev həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmadığını bildirdilər. Bundan əlavə, qeyd edilən kvartala baxış zamanı Hirkan Milli Parkına məxsus QQ-200 damğası ilə damğalanmış halda ağcaqayın cinsində olan 52 sm diametrində 1 ədəd (işlik, 2023-cü ilin yay aylarında) və 56 sm diametrində 2 ədəd (işlik 2023-cü ilin yay aylarında) ümumilikdə 3 (üç) ədəd ağacın kəsilərək əvvəlki illərdə ərazidən aparıldığı müəyyən edildi. Baxış keçirilməsi haqqında 20 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 29 saylı dolayının 46 saylı kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 36 sm diametrində 1 ədəd (budaq kəsilib aparılıb, 2022-ci ilin dekabr ayı), 60 sm diametrində 1 ədəd (gövdə yanıb və təbii sınıb, içi boş 2023-cü ilin yay ayları), 64 sm diametrində 1 ədəd (aşıb, gövdə aparılıb 2023-cü ilin fevral ayı), fıstıq cinsindən 52 sm diamterində 1 ədəd (kəsilib, içi boş, gövdə yerində, 2023-cü ilin yay ayları), 72 sm diametrində 1 ədəd (budaq qırılıb, aparılıb, 2023-cü ilin qış ayları) və ağcaqayın cinsindən 88 sm diametrində 1 ədəd (kəsilib kök üstdə, gövdə aparılıb, 2024-cü ilin yanvar ayı) ağacların yaş halda kəsildiyi müəyyən olundu. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 29 saylı dolayının 36 və 37-ci saylı kvartallarının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 48 sm diametrində odunluq 1 ədəd (köhnə), 56 sm diametrində odunluq 1 ədəd (gövdədən zədə), 84 sm diamterində işlik 1 ədəd (köhnə), 32 sm diametrində odunluq 1 ədəd (budaq köhnə), ağcaqayın cinsindən 64 sm diametrində işlik 1 ədəd (təzə 2023) və 60 sm diamterində odunluq 1 ədəd (köhnə) ağacların yaş halda kəsildiyi müəyyən olundu. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Baxış keçirilməsi haqqında 13 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Biləsər kəndi ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayının 49, 51 və 52 saylı kvartallarının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd, 44 sm diametrində odunluq 1 ədəd, 48 sm diameterində yarım işlik 2 ədəd, 80 sm diametrində işlik 2 ədəd, 84 sm diametrində işlik 1 ədəd, ağcaqayın cinsindən 68 diametrində işlik 1 ədəd, palıd cinsindən 28 sm diametrində odunluq 1 ədəd, ümumilikdə 9 (doqquz) ədəd ağacların yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Baxışda iştirak edən Sərraf Quliyev bildirdi ki, həmin ağacların dib kötüklərinə və yarpaqlarına baxdıqda ağacların təqribən 2023-cü ilin yay aylarında kəsilməsini demək olar. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-203 damğası ilə damğalandı. Baxışda iştirak edən Nümayəndə həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmadığını bildirdi. Bundan əlavə, qeyd edilən kvartallara baxış zamanı Hirkan Milli Parkına məxsus QQ-200 damğası ilə damğalanmış halda qızılağac cinsindən olan 44 sm diametrində 2 ədəd, 60 sm diametrində 1 ədəd, 64 sm diametrində 1 ədəd, 68 sm diametrində 2 ədəd, 88 sm diametrində 1 ədəd, ümumilikdə 7 (yeddi) ədəd ağacın kəsilərək əvvəlki illərdə ərazidən aparıldığı müəyyən edildi. Baxış keçirilməsi haqqında 21 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayının 51-ci kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd (2024-cü ilin fevral ayı), 52 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 56 sm diametrində yarım işlik 2 ədəd (2023-cü ilin yay və payız aylarında), 60 sm diametrində ikisi odunluq, biri isə yarım işlik 3 ədəd (2023-cü ilin yay aylarında), 68 sm diametrində işlik 2 ədəd (2023-cü ilin payız aylarında), 72 sm diametrində işlik 2 ədəd (2023-cü ilin yay aylarında), 80 sm diametrində işlik 1 ədəd (2023-cü ilin payız aylarında), vələs cinsindən 52 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 56 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 60 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), palıd cinsindən 60 sm diametrindən odunluq 1 ədəd (2023-cü ilin payız ayları), Qafqaz xurması cinsindən 40 sm diametrində 1 ədəd 2023-cü ilin yay ayları, yerində), ümumilikdə 17 (on yeddi) ədəd müxtəlif cinsli və diametrli ağacların yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Bundan əlavə müəyyən edildi ki, qızılağac cinsindən 92 sm diametrində 1 ədəd yıxılmış ağac (işlik) aparılmışdır. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Baxışda iştirak edən Nümayəndə həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmadığını bildirdi. Baxış keçirilməsi haqqında 31 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayının 51 saylı kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) fıstıq cinsindən 36 sm diametrində yarım işlik 1 ədəd (2023-cü ilin yay aylarında), 140 sm diametrində işlik 1 ədəd (2023-cü ilin yay aylarında), vələs cinsindən 46 sm odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), qoz cinsindən 42 sm diametrində yarım işlik 1 ədəd, Qafqaz xurması cinsindən 64 sm diametrində (2023-cü ilin payız-qış aylarında), ümumilikdə 5 (beş) ədəd müxtəlif cinsli və diametrli ağacların yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Baxışda iştirak edən Nümayəndə həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmadığını bildirdi. Bundan əlavə, qeyd edilən kvartala baxış zamanı Hirkan Milli Parkına məxsus QQ-200 damğası ilə damğalanmış halda fıstıq cinsində olan 60 sm diametrində 1 ədəd (işlik, 2023-cü ilin yay aylarında) və 68 sm diametrində 1 ədəd (işlik 2023-cü ilin yay aylarında) ümumilikdə 2 (iki) ədəd ağacın kəsilərək əvvəlki illərdə ərazidən aparıldığı müəyyən edildi. Hirkan Milli Parkının direktoru Təqsirləndirilən şəxs1 15 fevral 2024-cü il tarixli 045/ü saylı Əmrindən görünür ki, Hirkan Milli Parkının bütün meşəbəylikləri üzrə mühafizə rejiminə əməl olunması, mühafizə rejiminin düzgün təşkil edilməsini araşdırmaq məqsədi ilə özünün sədrliyi ilə Milli Parkın işçilərindən ibarət komissiya yaradılmışdır. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 07 iyun 2024-cü il tarixli 84306 saylı Aktından və ona əlavə edilmiş həcm qiymət cədvəlindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 29 saylı dolayının ərazisində 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayına kimi müxtəlif vaxtlarda müxtəlif növdə və diametrdə olan ağacların – qızılağac cinsli diametri 40 sm bir ədəd işlik aparılmış, 68 sm bir ədəd işlik aparılmış, 72 sm bir ədəd işlik aparılmış, 104 sm bir ədəd işlik aparılmış, ağcaqayın cinsli diametri 64 sm bir ədəd yarımişlik aparılmış, 88 sm bir ədəd yarımişlik aparılmış, fıstıq cinsli diametri 52 sm bir ədəd yerində olmaqla, ümumilikdə 7 (yeddi) ədəd ağacın kəsilməsi, qızılağac cinsli diametri 60 sm bir ədəd odunluq, fıstıq cinsli diametri 72 sm bir ədəd odunluq olmaqla ümumilikdə iki ədəd təbii şəkildə yıxılmış ağacların qanunsuz aparılması nəticəsində təbiətə 7612,82 (yeddi min altı yüz on iki manat səksən iki qəpik) məbləğində ziyan dəymişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 11 iyun 2024-cü il tarixli 84295 saylı Aktından və ona əlavə edilmiş həcm qiymət cədvəlindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı dolayının 51 saylı kvartalında 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayına kimi müxtəlif vaxtlarda müxtəlif növdə və diametrdə olan ağacların - qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd (2024-cü ilin fevral ayı), 52 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 56 sm diametrində yarım işlik 2 ədəd (2023-cü ilin yay və payız aylarında), 60 sm diametrində ikisi odunluq, biri isə yarım işlik 3 ədəd (2023-cü ilin yay aylarında), 68 sm diametrində işlik 2 ədəd (2023-cü ilin payız aylarında), 72 sm diametrində işlik 2 ədəd (2023-cü ilin yay aylarında), 80 sm diametrində işlik 1 ədəd (2023-cü ilin payız aylarında), vələs cinsindən 52 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 56 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 60 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), palıd cinsindən 60 sm diametrindən odunluq 1 ədəd (2023-cü ilin payız ayları), Qafqaz xurması cinsindən 40 sm diametrində 1 ədəd 2023-cü ilin yay ayları, yerində), fıstıq cinsindən 36 sm diametrində yarım işlik 1 ədəd (2023-cü ilin yay aylarında), 140 sm diametrində işlik 1 ədəd (2023-cü ilin yay aylarında), vələs cinsindən 46 sm odunluq 1 ədəd (2023-cü ilin yaya aylarında), qoz cinsindən 42 sm diametrində yarım işlik 1 ədəd, Qafqaz xurması cinsindən 64 sm diametrində 1 ədəd (2023-cü ilin payız-qış aylarında), ümumilikdə 22 (iyirmi iki) ədəd müxtəlif cinsli və diametrli ağacların yaş halda qanunsuz olaraq kəsilməsi və ərazidən aparılması, eləcə də qızılağac cinsindən 92 sm diametrində 1 ədəd yıxılmış ağacın (işlik) aparılması nəticəsində təbiətə 13776 (on üç min yeddi yüz yetmiş altı manat) məbləğində ziyan dəymişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 may 2024-cü il tarixli 00073 saylı Aktından və ona əlavə edilmiş həcm qiymət cədvəlindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı dolayının 49, 51 və 52 saylı kvartallarının ərazisində qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd, 44 sm diametrində odunluq 1 ədəd, 48 sm diameterində yarım işlik 2 ədəd, 80 sm diametrində işlik 2 ədəd, 84 sm diametrində işlik 1 ədəd, ağcaqayın cinsindən 68 diametrində işlik 1 ədəd, palıd cinsindən 28 sm diametrində odunluq 1 ədəd, ümumilikdə 9 (doqquz) ədəd ağacların yaş halda kəsilməsi və ərazidən aparılması nəticəsində təbiətə 6784,14 (altı min yeddi yüz səksən dörd manat on dörd qəpik) məbləğində ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 sentyabr 2024-cü il tarixli 19/648 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Hirkan Milli Parkının təqdim etdiyi aktlara və ona əlavə edilmiş həcm qiymətləndirməsi cədvəllərinə əsasən, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27, 29 və 30 saylı meşə dolayından müxtəlif cinsli və diametrli olan ağacların qanunsuz kəsilməsi və aşmış ağacların doğranılaraq daşınması nəticəsində AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 saylı qərarına və bu qərara əlavə edilmiş xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən, təbiətə dəymş ziyanın ümumi məbləği 47128,01 manat müəyyən edilir. O cümlədən: • Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı meşə dolayından 86,484 kub metr həcmində müxtəlif cinsli və müxtəlif diametrli 55 ədəd ağacın qanunsuz kəsilməsi və 5 ədəd aşmış ağacın doğranılaraq daşınması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği – 18955,05 manat • Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 29 saylı meşə dolayından 27,878 kub metr həcmində müxtəlif cinsli və müxtəlif diametrli 7 ədəd ağacın qanunsuz kəsilməsi və 2 ədəd aşmış ağacın doğranılaraq daşınması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği – 7612,82 manat • Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı meşə dolayından 67,922 kub metr həcmində müxtəlif cinsli və müxtəlif diametrli 31 ədəd ağacın qanunsuz kəsilməsi və 1 ədəd aşmış ağacın doğranılaraq daşınması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği – 20560,14 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 01 may 2024-cü il tarixli Ç- HM/4024-050 saylı məktubundan görünür ki, meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrufatlarında yanğın təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək yanğınların ətraf ərazilərə genişlənməməsinin və intensivləşməməsinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məqsədi ilə bu ərazilərin yaşayış məntəqələri, biçənək və taxıl zəmiləri ilə bitişik hissələrinin qurumuş oduncaq qalıqlarından və otlardan təmizlənməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 586/Ü saylı əmri ilə həyata keçirilir. Belə ki, Milli Parkın sahə müfəttişlərinin məlumatlarına əsasən təbii fəlakət nəticəsində sınmış və yıxılmış oduncaq qalıqları barədə 1 saylı X17 Mərkəzinə rəsmi məlumatlar verilir və Mərkəz tərəfindən oduncaqların daşınması, satışı həyata keçirilir. Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə rayon prokurorluğuna daxil olmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-14/2-2109-D-xxxx/2024 saylı məktubundan görünür ki, Hirkan Milli Parkı tərəfindən xx.xx.2023xx.xx.2024-cü il tarixləri ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə rejiminə əməl olunması vəziyyətinin yoxlanılması məqsədi ilə mütəmadi yoxlamalar aparılmış və ümumilikdə 779 akt və 2 inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bunlardan 12 fakt üzrə törədilmiş əməl cinayət tərkibi yaratdığından hüquqi qiymətin verilməsi məqsədi ilə, 14 fakt üzrə qanunpozanın müəyyən olunması məqsədi ilə hüquq mühafizə orqanlarına göndərilmişdir. Mövcud qanunvericiliyə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərində (Hirkan Milli Parkında) meşə əkinlərinin təşkil olunmasına və meşə fondundan istifadə, yəni qırma sahələrinin ayrılmasına yol verilmir. İstisna olaraq, parkın ərazisində 40 qazlaşmamış yaşayış məntəqəsinin olmasını və əhalinin odun yanacağı ilə təmin olunmasının vacibliyini nəzərə alaraq, eyni zamanda parkın ərazisində baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədi ilə ərazidə mövcud olan təbii fəlakət nəticəsində yıxılmış və ya sınmış ağacların hesabına, rəsmi icazə (meşə buraxılış orderi) əsasında 543 kub metr həcmində odun tədarük olunmuş və vətəndaşlara verilməsi təmin olunmuşdur. 1 saylı X10 Mərkəzinin 23 aprel 2024-cü il tarixli 3-14-27-4/2-076/2024 saylı məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Lənkəran rayonu, Daşdatük kənd sakinləri X12, X19 və X8 1 saylı RMTM tərəfindən 2023-cü il ərzində meşəqırma bleti və buraxılış orderi verilməmişdir. 1 saylı RMTM tərəfindən Hirkan Milli Parkı ərazisinə yazılan meşə məhsullarının buraxılış orderləri barədə məlumat cədvəlinin 133-cü sırasına əsasən Lənkəran rayonu, Daşdatük kənd sakini X9 034298 saylı buraxılış orderi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 kub metr həcmində 60 manat məbləğində oduncaq götürülməsinə icazə verilmişdir. Hirkan Milli Parkının sabiq direktoru Aqil Sucayev tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli 060/k saylı Əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən Hirkan Milli Parkına sahə müffətişi vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli 702/k saylı Əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-ci il tarixdən 3 (üç) ay müddətinə Hirkan Milli Parkına mühafizə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli 128/HMP saylı Əmrin surətindən görünür ki, Hirkan Milli Parkının müvəqqəti təyin edilmiş direktoru X20 ilə bağlanmış müqavilənin müddətinin bitməsinə görə onunla bağlanmış müqaviləyə xitam verilmiş və həmin tarixdən Hirkan Milli Parkının mühafizə işləri üzrə direktor müavini Təqsirləndirilən şəxs1 Hirkan Milli Parkının direktoru vəzifəsinin icrası müvəqqəti (3 ay müddətinə) həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli 1514/k saylı Əmrin surətindən görünür ki, Hirkan Milli Parkının mühafizə işləri üzrə direktor müavini Təqsirləndirilən şəxs1 həvalə edilmiş Hirkan Milli Parkının direktoru vəzifəsinin icrası üç ay müddətinə uzadılmışdır. Hirkan Milli Parkının sabiq direktoru Azər Mirzəyevin 02 iyul 2018-ci il tarixli 109/k saylı əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən tarixdən 1 ay müddətinə Hirkan Milli Parkına mühafizə yegeri vəzifəsinə təyin edilmiş və Seyfidor meşəbəyliyinin 30 saylı dolayının mühafizəsi ona təhkim edilmişdir. 29 aprel 2019-cu il tarixli 070/k saylı Əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən tarixdən Hirkan Milli Parkına mühafizə yegeri (6-cı dərəcəli) vəzifəsinə təyin edilmişdir. 29 noyabr 2021-ci il tarixli 212/k saylı Əmrin surətindən görünür ki, qeyd edilən tarixdən Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı dolayının mühafizəsi Təqsirləndirilən şəxs2 təhkim edilmişdir. 01 mart 2024-cü il tarixli 049/ü saylı Əmrdən çıxarışdan görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı dolayının mühafizə yegeri Təqsirləndirilən şəxs2 ilə bağlanılmış əmək müqaviləsinə sonuncunun ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Hirkan Milli Parkının direktor əvəzi Təqsirləndirilən şəxs1 19 dekabr 2023-cü il tarixli 177/ü saylı Əmrin surətindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin mühafizəsinə nəzarət edən 25 saylı dolayının mühafizə yegeri X3 və 29 saylı dolayın mühafizə yegeri X7 07 fevral 2024-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək 65 gün müddətinə komissiyanın tərkibinə seçildiyinə görə əsas iş yeri üzrə əmək haqqı saxlanılmaq şərti ilə iş yerində fəaliyyətləri müvəqqəti olaraq dayandırılmışdır. Seyfidor meşəbəyliyinin 31 saylı dolayının sahə müfəttişi X4 Seyfidor meşəbəyliyinin mühafizəsinə müvəqqəti olaraq nəzarət etməsi həvalə edilmişdir. Eləcə də, Elxan Şaliyevin mühafizə etdiyi 29 saylı dolayın mühafizəsini Haftoni meşəbəyliyinin 28 saylı dolayının mühafizə yegeri Namazəli Əliyeva həvalə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidmətinin xx.xx.2021-ci il tarixli 245/ü saylı əmri ilə təsdiq edilmiş tabeli qurumlar üzrə çalışan işçilərinin vəzifələrinə dair Təlimatın “Xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərin hüquq və vəzifələri” adlanan 3-cü bəndindən görünür ki, həmin işçinin tabeliyində olan mühafizə işçilərinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək onları təlimatlandırmaq, davamiyyətinə, iş və icra intizamına nəzarət etmək; mühafizəsinə nəzarət etdiyi xüsusi mühafizə olunan təbiət ərazisinin sərhədlərini tanımaq; nəzarət etdiyi xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejiminin xüsusiyyətlərini bilmək və mühafizənin düzgün təşkil edilməsinə nəzarət etmək; xüsusimühafizə olunan təbiət ərazisində baş verə biləcək qanun pozuntularının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin yerinə yetirilməsi istiqamətində müvafiq işlər görmək və bu sahədə mühafizə işçilərini təlimatlandırmaq; xüsusi mühafizə olunan təbiət ərazisində qanun pozucularına qarşı tərtib edilən akt və protokolların icrasına nəzarəti təmin və təşkil etmək; xüsusi mühafizə olunan təbiət ərazisində qanun pozuntular nəticəsində təbiətə dəymiş ziyan və cərimələrin ödənilməsi ilə bağlı tədbirlər görmək; mühafizə işçiləri arasında iş bölgüsü ilə bağlı idarə rəhbəri qarşısında tövsiyə və təkliflər vermək; nəzarət etdiyi xüsusi mühafizə olunan təbiət ərazisində baş verə biləcək yanğın hadisəsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin yerinə yetirilməsi stiqamətində müvafiq işlər görmək və bu sahədə mühafizə İşçilərini təlimatlandırmaq kimi vəzifələri, fəaliyyəti zamanı meydana çıxan çatışmazlıqların həlli ilə əlaqədar bilavasitə xüsusi mühafizə olunan təbiət ərazisinin rəhbəri qarşısında məsələ qaldırmaq; xüsusi mühafizə olunan təbiət ərazisinin rəhbərliyindən zəruri tövsiyələr almaq; tabeliyində olan mühafizə işçilərindən vəzifə öhdəlikləri üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada xidməti silah gəzdirmək; bu təlimatda nəzərdə tutulmuş vəzifə öhdəliklərinin daha da təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək kimi hüquqları vardır. Həmin Təlimatın “Xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə yegeri vəzifəsində çalışan işçilərin hüquq və vəzifələri” adlanan 8-ci bəndindən görünür ki, həmin işçinin mühafizəsinə cavabdeh olduğu ərazinin (dolayın) sərhədlərini yaxşı tanımaq və əsas giriş-çıxış yollarını nəzarətdə saxlamaq; mühafizəsinə cavabdeh olduğu ərazidə gündəlik müşahidələr aparmaq və bu barədə müşahidə gündəliyində müvafiq qeydlər aparmaq; mühafizəsinə cavabdeh olduğu ərazidə baş verə biləcək hər hansı qanun pozuntusunun qarşısının alınması məqsədilə tədbirlər görmək; mühafizəsinə cavabdeh olduğu ərazidə xidmətdə olduğu müddət ərzində və ya digər vaxtlarda baş vermiş qanun pozuntularını aşkar etdiyi təqdirdə bu barədə dərhal sahə müfəttişinə məlumat vermək; mühafizə fəaliyyəti sutkalıq rejimdə olan xüsusi mühafizə olunan təbiət ərazilərində xidmət edərkən mühafizə postlarında gündəlik növbətçilik qrafikinə əməl etmək, xüsusilə də, gecə vaxtı ayıq-sayıq olmaq; xüsusi mühafizə olunan təbiət ərazisinin tabe olduğu rəhbər şəxslərinin göstərişi ilə mühafizəsinə cavabdeh olduğu ərazidə və ya digər ərazilərdə aparılan yoxlamalarda, reydlərdə və s. iştirak ətmək; yaxınlıqda olan yaşayış məntəqələri ilə həmsərhəd zonalarda mühafizə rejiminin tələblərinə əməl olunmasına daha ciddi nəzarət etmək; nəzarət etdiyi sahədə baş vere biləcək yanğın hadisəsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin yerinə yetirilməsi məqsədilə müvafiq işlər görmək; mühafizəsinə cavabdeh olduğu ərazidə növbəti və nəzarəti təftişlərdə və ya digər yoxlamalarda iştirak etmək; xüsusi mühafizə olunan təbiət ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericilikdə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini, gəmiləri, ov alətlərini, əldə olunmuş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək və bu barədə sahə müfəttişinə dərhal məlumat vermək; xüsusi müfahizə olunan təbiət ərazisində və onun mühafizə zonasında mövcud qanunvericiliyə və mühafizə rehiminə zidd olan fəaliyyətləri dayandırmaq; xüsusi mühafizə olunan təbiət ərazisində və onun mühafizə zonasında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq; turistlərin vəhşi təbiətə hər hansı ziyan vurması faktları müəyyən edildiyi təqdirdə (heyvanların və ya quşların yuvalarını və ya onların çoxalma yerlərini dağıtmaq, qadağan olunmuş yerlərdə ocaq qalamaq və s.) onlar barəsində qanunamüvafiq qaydada tədbirlər görülməsi üçün sahə müfəttişinə müvafiq faktları və məlumatları təqdim etmək kimi vəzifələri, fəaliyyəti zamanı meydana çıxan çatışmazlıqların həlli ilə əlaqədar bilavasitə sahə müfəttişi və ya xüsusi mühafizə olunan təbiət ərazisinin rəhbəri qarşısında məsələ qaldırmaq; xüsusi mühafizə olunan təbiət ərazisinin rəhbərliyindən zəruri tövsiyələr almaq; bu təlimatda nəzərdə tutulmuş vəzifə öhdəliklərini yerinə yetirmək; xüsusi mühafizə olunan təbiət ərazilərindən (milli parklar) istifadə edən şəxslərin müvafiq sənədlərini yoxlamaq və ya giriş biletlərinə baxış keçirmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada xidməti silah gəzdirmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2004-cü il tarixli 57 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnamənin -ci bəndinin tələblərinə əsasən Milli Parkın mühafizəsi onun mühafizə xidməti Tərəfindən həyata keçirilir, bu işə Milli Parkın direktoru və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan mühafizə işləri üzrə direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər. Hirkan Milli Parkından rayon prokurorluğuna daxil olmuş 17 iyul 2024-cü il tarixli 215/HMP saylı məktubdan görünür ki, 2019-cu il ərzində Seyfidor meşəbəyliyinin 27 saylı dolayının ərazisində 60,37 kub metr həcmində, 1048,31 manat miqdarında olmaqla 56 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 29 və 30 saylı dolayların ərazisində qanunsuz ağackəsmə faktı qeydə alınmamışdır. 2020-ci il ərzində Seyfidor meşəbəyliyinin 27 saylı dolayının ərazisində 305,37 kub metr həcmində, 1073,30 manat miqdarında olmaqla 24 ədəd, 29 saylı dolayın ərazisində 4,02 kub metr həcmində, 233,51 manat miqdarında olmaqla 2 ədəd, 30 saylı dolayın ərazisində isə 6,08 kub metr həcmində, 1687,20 manat miqdarında olmaqla 2 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 2021-ci il ərzində Seyfidor meşəbəyliyinin 27 saylı dolayının ərazisində 11,13 kub metr həcmində, 3471,20 manat miqdarında olmaqla 10 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 29 və 30 saylı dolayların ərazisində qanunsuz ağackəsmə faktı qeydə alınmamış və 2022-ci il ərzində Seyfidor meşəbəyliyinin 27 saylı dolayının ərazisində 13,74 kub metr həcmində, 775,86 manat miqdarında olmaqla 18 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 29 saylı dolayın ərazisində 22,58 kub metr həcmində, 7239,19 manat miqdarında olmaqla 10 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 30 saylı dolayın ərazisində isə 19,35 kub metr həcmində, 2959,67 manat miqdarında olmaqla 11 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi faktları qeydə alınmışdır. Lənkəran ŞRPŞ-dən rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13- 96/2-23924/24 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək olan müddətdə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27, 29 və 30 saylı dolaylarında müxtəlif cinsdə və diametrdə olan ağacları qanunsuz kəsən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə edilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X2 xidmətinin xx.xx.2024-cü il tarixli 3-14-21/2-688/2024 saylı məktubuna əlavə edilmiş xidməti xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 işlədiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs2 işdə yol verdiyi nöqsanlara görə (qanunsuz ağac kəsmə faktlarına görə) 2022 və 2023-cü illərdə iki dəfə, müvafiq olaraq xəbərdarlıq və töhmət növlərində intizam tənbehləri verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Lənkəran rayonu, Daşdatük kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,58 ha kənd təsərrufat təyinatlı torpaq sahəsi, xx.xx.2018-ci il tarixli, ********** nömrəli Reyestrdən çıxarışla Təqsirləndirilən şəxs2 adına dövlət qeydiyyatına alınmışdır. Lənkəran rayonu, Şürük kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,10 ha həyətyanı torpaq sahəsi, xx.xx.2003-cü il tarixli, JN-325A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə və Lənkəran rayonu, Şürük kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,22 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi xx.xx.1998-ci il tarixli, JN-114 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Təqsirləndirilən şəxs1 adına dövlət qeydiyyatına alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş X1 Sistemindən çıxarılmış xx.xx.2024-cü il tarixli Məhkumluq məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 579 nömrəli arayışdan görünür ki, Həsənov X16 rayonu, Şürük kəndi ərazisində arvadı X13, qızı X21 (xx.xx.2007-ci il təvəllüdlü) və oğlu X24 (xx.xx.2008-ci il təvəllüd) ilə birgə yaşayır. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22.1.2024-cü il tarixli 09 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 kənddə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 12/26-717 nömrəli arayışdan görünür ki, Babayev X6 rayonu, Daşdatük kəndi ərazisində arvadı X5, uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X22 ilə birgə yaşayır. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Xanbulan inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 12/26-719 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 kənddə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qəbul edilmiş qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin dispozisiyasına görə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunvericiliklə üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin hansı qanunvericilik aktları ilə müəyyən edildiyini, məhz üzərilərinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidmətinin xx.xx.2021-ci il tarixli 245/ü saylı əmri ilə təsdiq edilmiş tabeli qurumlar üzrə çalışan işçilərinin vəzifələrinə dair Təlimata, habelə Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2004-cü il tarixli 57 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnaməyə əsasən qoyulmuş vəzifələrlə Milli Parkın işinə ümumi rəhbərliyi həyata keçirməyə və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etməyə, tabeliyində olan mühafizə işçilərini təlimatlandırmağa, nəzarət etdiyi xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejiminin xüsusiyyətlərini bilməyə, mühafizənin düzgün təşkil edilməsinə nəzarət etməyə məsul vəzifəli şəxs kimi işə laqeyd və vicdansız münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin ərazisindən istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması, təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı Milli Parkın mühafizəsi sahəsində fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Hirkan Milli Parkının ərazisində qanunsuz ağac kəsilməsi ilə bağlı məsuliyyəti müvafiq ərazi üzrə mühafizə yegeri və sahə müfəttişinin daşımaları, onun üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirməsi ilə bağlı müdafiə tərəfinin dəlilləri cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Məhkəm, Təqsirləndirilən şəxs2 özünü ona qarşı elan edilmiş hazırki ittiham üzrə qismən təqsirli bilməsi, yəni Hirkan Milli Parkının “Seyfidor” Meşəbəyliyinin 30 saylı dolayında mühafizə yegeri vəzifəsində işləyərkən mühafizə yegeri olduğu dolayda heç kəsə ağac kəsdirməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusata münasibətdə qeyd edir ki, həmin xüsusat üzrə Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən ümumiyyətlə ittiham irəli sürülməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ittiham verilməsi ilə bağlı razı olmadığını, Təqsirləndirilən şəxs1 CM-nin 314.1-ci maddəsi ilə ittiham irəli sürülməməli olmasını, Təqsirləndirilən şəxs1 öz vəzifələrini layiqincə icra etdiyini və Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 29 və 30 saylı dolaylarının ərazilərində baş vermiş qanunsuzluqlara cavabdeh şəxslər ərazi üzrə mühafizə yegerləri və sahə müfəttişləri olması barədə zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə baxışında göstərdiyi xüsusatları əsaslandıra bilmədiyindən və hazırda da Təqsirləndirilən şəxs1 rəhbərliyi altında Hirkan Milli Parkında hüquqşünas vəzifəsində işləməsi ilə əlaqədar inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaqda verdiyi ifadəsini daha möhtəbər hesab etdiyindən sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özlərinin ifadələri, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 314.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi və bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxslərin himayələrində uşaqlarının olmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmaları və yaşayış yerindən müsbət xarakterizə olunmalarını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara CM-nin 314.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, təqsirləndirilən şəxsə CM-nin 46.2-ci maddəsinin tələbi baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsinə zərurət görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Vüsal Babayevin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan olmaqla iki nəfər uşağının olmasını, Təqsirləndirilən şəxs2 himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, ailəyə yeganə gəlir gətirən şəxsi olmalarını, həmçinin təyin ediləcək əlavə cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən halları nəzərə almaqla əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin edilərsə ailənin yeganə qazanc gətirənindən məhrum olacaqlarını və ailənin ağır maddi ehtiyac içərisində tam təminatsız qalacaqlarını, övladlarının gələcək təhsil almasında və ailəsinin maddi xərclərini qarşılaya bilməyəcəyini və çətinliklərə səbəb olacağını, bunun da gələcəkdə daha ciddi nəticələrə səbəb olacağını müstəsna hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və ailənin yeganə gəlir gətirən şəxsi olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və ailənin yeganə gəlir gətirən şəxsi olmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək üç min manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək üç min manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfləri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-47/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-47/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver