Məhkəmə qərarları › İş №1(049)-48/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-48/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-48/2024 09.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1963-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında 09 yanvar 2024-cü il tarixdə saat 11.25-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2023-cü ilin aprel ayın ortalarında Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşadığı evində və qəsəbədə yerləşən torpaq sahəsində, tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib yetişdirməklə kultivasiya etmək məqsədilə, yaşadığı evdə dibçəkdə 01 ədəd və torpaq sahəsində torpaqda əkdiyi toxumlardan bitən 04 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini suvarıb yetişdirmək üçün şərait yaradaraq aqrotexniki qulluq göstərməklə kultivasiya etmiş, barəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən 24 iyul 2023-cu il tarixdə saat 23:00-da Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evinə keçirilən baxış zamanı evdə otaqdan dibçəkdə 01 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 445,0 qram və həmin gecə saat 23:20-də qəsəbədə yerləşən torpaq sahəsinə keçirilən baxış zamanı oradan 04 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 1035,0 qram olan tərkibində narkotik təbiətli həmin çətənə bitkiləri əkildikləri yerdə kök üstündə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Marixuananın tüstüsünü qəbul edir. Marixuanadan istifadə etməyidə bədənində olan ağrılarla bağlıdır. İstifadə etdiyi narkotik vasitə marixuananı özü üçün dibçəkdə əkib yetişdirib istifadə edir. Heç vaxt pul verib marixuana almamışdır. 2023-cu ilin ortalarında özündə olan 5-6 ədəd çətənə toxumlarından 1 ədədini dibçəkdə əkib həyətdə gizlətmişdir. Qalan çətənə toxumlarını da, evindən təxminən 200 metr aralıda dəniz sahilinə doğru boş sahədə kol-kosların içində əkmişdir. Bir neçə gün keçəndən sonra həmin çətənə bitkiləri cücərməyə başlamışdır. Əkdiyi çətənə toxumlarından dibçəkdə 1 ədəd və dəniz sahilinə tərəf əkdiyi yerdə isə 4 ədədi cücərməyə başlamışdır. O evin həyətində olan çətənə bitkisinə və dəniz sahilinin yaxınlığında əkdiyi 4 ədəd çətənə bitkilərinə mütamadi olaraq qulluq göstərməyə başlamış, onların dibini yumşaldıb, demək olar ki, hər gün su vermişdir. Həmin çətənə bitkilərini bu ilin avqust ayında tam yerdən çıxartmalı olmuşdur. Həmin əkdiyi çətənə bitkilərindən dərməmişdir. Evdə ailə üzvləri də onun çətənə bitkilərinin əkməyindən xəbərləri olmamışdır. Həyətdə evin arxasında çətənə bitkisini dibçəkdə əkib yetirmişdir. Gizlincə ona su vermiş və bunu görən olmamışdır. 11 iyul 2023-cü il tarixdə arvadı Ayna xəstəliyi ilə bağlı Bakı şəhərinə müalicəyə getmişdir. Orada xəstəxanada qalıb müalicə almışdır. Oğlu Fərhad da, Bakı şəhərində işlədiyi üçün çox vaxtlar orada olur. 24 iyul 2023-cü il tarixdə saat 10 radələrində gəlini azyaşlı uşaqları ilə Lənkəran rayonu Göyşaban kəndinə atasının evinə getmişdir. Evdə tək olmuş və fikirləşmişdir ki, dibçəkdə olan çətənə bitkisini evə gətirsin. Ona görə də, həyətdə gizlətdiyi çətənə bitkisini gətirib evin otağında qapının arxasında gizlətmişdir. 24 iyul 2023-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı evin qarşısında küçədə dayanıb siqaret çəkən zaman mülki geyimdə olan polis əməkdaşları avtomobillə gəlib yanında saxlayıb düşmüşlər. Polis əməkdaşları ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə olan çətənə bitkilərini yetişdirdiyini deyib, evə baxış keçirtmək istədiklərini demişlər və onu qərarla da tanış etmişlər. Həmin polislər liman polis bölməinin əməkdaşları olmuşdur. O, etiraz etməyib qərarla tanış olmuş və hətta bu barədə ərizə də yazmışdır. Bundan sonra polis əməkdaşları dəvət olunmuş mütəxəssisin iştirakı ilə evə baxış keçirtmişlər və otaqda qoyduğu dibçəkdə olan çətənə bitkisini götürmüşlər. Həmin 1 ədəd çətənə bitkisini torpaqdan çıxartmışlar və tərəzidə çəkmişlər. Həmin 1 ədəd yaş halda çətənə bitkisini çəkisi cəmi 530 qram olmuşdur. Baxışda iştirak edən mütəxəssisdə bildirmişdir ki, bu çətənə bitkisidir, mütamadi olaraq çətənə bitkisinə qulluq edilmişdir. Həmin çətənə bitkisini 1 ədəd kisəyə qoyub bağlamışlar və möhürləmişlər. Bundan sonra polis əməkdaşları ona başqa harda şətənə bitkisi əkdiyini soruşduqda o demişdir ki, qəsəbədə boş torpaq sahəsində də əkmişdir. Sonra polis əməkdaşları və mütəxəssislə birlikdə həmin əraziyə getmişlər. O həmin yerdə əkdiyi 4 ədəd çətənə bitkilərinin olduğu yeri göstərmişdir. Həmin 4 ədəd çətənə bitkisini torpaqdan çıxartmışlar və tərəzidə çəkmişlər. Həmin 4 ədəd yaş halda çətənə bitkisini çəkisi cəmi 1 kq 220 qram olmuşdur. Baxışda iştirak edən mütəxəssisdə bildirmişdir ki, bu çətənə bitkisidir, mütamadi olaraq çətənə bitkisinə qulluq edilmişdir. Həmin çətənə bitkilərini 1 ədəd kisəyə qoyub bağlamışlar və möhürləmişlər. Sonra Liman polis bölməsinə gəlmişlər. Orada protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Liman polis bölməsində şübhəli şəxs qismində tutulmuşdur. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitə olan marixuanadan istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. Təqsirləndirilən şəxs cinayət əməli, öz etirafı ilə yanaşı şahidlərin ifadələri, baxış keçirilməsi haqqında protokollar, videoçəkilişə dair disklər, götürülmüş maddi sübutlar, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, habelə iş materiallarında olan digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evində və həmin qəsəbə ərazisində yerləşən torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla bölmə rəisinə müraciət etmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə Liman polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş 24 iyul 2023-cü il tarixli qərarə əsasən o, Liman polis bölməsinin polis nəfəri Şahid2 və Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 23 radələrində dəvət olunmuş mütəxəssislə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına küçəyə getmişlər. Təqsirləndirilən şəxs küçəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs görüb ona yaşadığı evində tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkib-becərməsi ilə məşğul olduğunu demişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyib qərarla tanış olmuş və bu barədə ərizə də yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə həyətə daxil olub oradan yaşadığı evinə daxil olmuşlar. Evdə otaqların birində 1 ədəd dibçəkdə əkilmiş narkotik vasitə olan çətənə koluna bənzər bitki aşkar olunmuşdur. Həmin 1 ədəd çətənəyə bənzər bitki torpaqdan çıxarılaraq elektron tərəzidə çəkildikdə çəkisi 530 qram olmuşdur. Aşkar olunmuş çətənəyə bənzər bitki 70-80 sm hündürlükdə olarmış. Baxışda iştirak edən mütəxəssis Fikrət İsmayılov bildirmişdir ki, aşkar edilmiş həmin bitki tərkibində narkotik maddələr olan çətənə bitkisir, həmin kol təxminən 3 ay əvvəl əkilmiş, bitkiyə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmışdır. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd çətənə bitkisini gələcəkdə istifadə etməkdən ötrü özü əkib yetişdirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş 1 ədəd çətənəyə bənzər bitki qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs bundan başqa hardasa narkotik vasitə çətənə bitkisinin əkib yetişdirdiyi əgər əkmişdirsə onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bundan başqa qəsəbədə boş torpaq sahəsində də çətənə bitkisi əkib becərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, mütəxəssis və iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evindən aralıda boş torpaq sahəsinə getmişlər. Həmin torpaq sahəsi kol-kosdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs həmin kol-kosların içərisində ilk növbədə iki ədəd və bir neçə metr aralıda iki ədəd narkotik vasitə olan çətənə koluna bənzər bitkilərini təqdim etmişlər. Həmin 4 ədəd bitkilər yerdən çıxarılmış və təxminən 30-80 sm hündürlükdə olarmış. Həmin 4 ədəd çətənəyə bənzər bitkilər torpaqdan çıxarılaraq elektron tərəzidə çəkildikdə çəkisi 1220 qram olmuşdur. Baxışda iştirak edən mütəxəssis Fikrət İsmayılov bildirmişdir ki, aşkar edilmiş həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, həmin bitkilər təxminən 3 ay əvvəl əkilmiş, bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmışdır. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd çətənə bitkilərini gələcəkdə istifadə etməkdən ötrü özü əkib yetişdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd çətənəyə bənzər bitkilər qablaşdırılmış və möhürlənmişdir. Daha sonra birlikdə Liman polis bölməsinə gəlmişlər. Orada protokollar tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin mütəxəssisdə bu barədə rəy vermişdir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs çətənə bitkilərinin əkib-becərməsi və narkotik vasitələrin istifadəsi ilə məşğuldur. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evində və həmin qəsəbə ərazisində yerləşən torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması barədə bölmənin əməliyyat müvəkkili Şahid1 məlumat əldə etmişdir. Əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla bölmə rəisinə müraciət etmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə Liman polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş 24 iyul 2023-cü il tarixli qərarə əsasən əməliyyat müvəkkili Şahid1, mən və Liman polis bölməsinin polis nəfəri Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 23 radələrində dəvət olunmuş mütəxəssislə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına küçəyə getmiş və Təqsirləndirilən şəxs küçəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs görüb ona yaşadığı evində tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkib-becərməsi ilə məşğul olduğunu dedikdə Təqsirləndirilən şəxs heç bir etiraz etməyib qərarla tanış olaraq və bu barədə ərizə də yazmışdır. Təqsirləndirilən şəxs razılığı ilə həyətə daxil olub oradan yaşadığı evinə daxil olmuşlar. Şahid3 mobil telefonla çəkiliş aparmış, baxış zamanı evdə otaqların birində 1 ədəd dibçəkdə əkilmiş narkotik vasitə olan çətənə koluna bənzər bitki aşkar olunmuşdur. Həmin 1 ədəd çətənəyə bənzər bitki torpaqdan çıxarılaraq elektron tərəzidə çəkildikdə çəkisi 530 qram, 70-80 sm hündürlükdə olmuşdur. Baxışda iştirak edən mütəxəssis Fikrət İsmayılov bildirdi ki, aşkar edilmiş həmin bitki tərkibində narkotik maddələr olan çətənə bitkisi, həmin kol təxminən 3 ay əvvəl əkilmiş, bitkiyə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd çətənə bitkisini gələcəkdə istifadə etməkdən ötrü özü əkib yetişdirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş 1 ədəd çətənəyə bənzər bitki qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt evin digər otaqlarına baxış keçirilsə də, qanunsuz əşya və yaxud narkotik vasitə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs bundan başqa hardasa narkotik vasitə çətənə bitkisinin əkib yetişdirdiyi əgər əkmişdirsə onları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, bundan başqa qəsəbədə boş torpaq sahəsində də çətənə bitkisi əkib becərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, mütəxəssis və iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evindən aralıda boş torpaq sahəsinə getmişlər. Həmin torpaq sahəsi kol-kosdan ibarət olmuş, həmin kol-kosların içərisində ilk növbədə iki ədəd və bir neçə metr aralıda iki ədəd narkotik vasitə olan çətənə koluna bənzər bitkilərini təqdim etmişdir. Həmin 4 ədəd bitkilər yerdən çıxarılmış və təxminən 30-80 sm hündürlükdə olmuşdur. Həmin 4 ədəd çətənəyə bənzər bitkilər torpaqdan çıxarılaraq elektron tərəzidə çəkildikdə çəkisi 1220 qram olmuşdur. Baxışda iştirak edən mütəxəssis Fikrət İsmayılov bildirmişdir ki, aşkar edilmiş həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, həmin bitkilər təxminən 3 ay əvvəl əkilmiş, bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmışdır. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd çətənə bitkilərini gələcəkdə istifadə etməkdən ötrü özü əkib yetişdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd çətəııəyə bənzər bitkilər qablaşdırılaraq və möhürlənmişdir. İşdəki 24 iyul 2023-cü il tarixli, baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evində otaqda olan 1 ədəd dibçəkdə narkotik təbiətli çətənə bitkisini təqdim etmiş, o, həmin çətənə bitkisini gələcəkdə istifadə etməkdən ötrü 3 ay əvvəl əkib yetişdirdiyini göstərmişdir. İşdəki 24 iyul 2023-cü il tarixli, baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı qəsəbədə yerləşən torpaq sahəsində 4 ədəd torpaqda əkilmiş narkotik təbiətli çətənə bitkilərini təqdim etmiş, o, həmin çətənə bitkilərini gələcəkdə istifadə etməkdən ötrü 3 ay əvvəl əkib yetişdirdiyini göstərmişdir. İşdəki mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən aşkar edilmiş 1 ədəd dibçəkdə olan münbit torpaqda 70-80 sm hündürlüyündə çətənəyə bənzər bitkisinin toxumu təxminən 3 ay öncə torpağa səpilmiş, həmin çətənəyə bənzər bitkiyə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş və mütamadi olaraq suvarılmışdır. Həmçinin, torpaq sahəsində əkilmiş ümumilikdə 04 ədəd, 30-80 sm hündürlüyündə çətənəyə bənzər bitkilərin toxumu təxminən 3 ay öncə torpağa səpilmiş, həmin çətənəyə bənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş və mütamadi olaraq suvarılmışdır. İşdəki məhkəmə-bioloji ekspertizasının 25 iyul 2023-cü il tarixli, 19/756 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş kisədəki, sayı 01 ədəd təmiz çəkisi 445,0 qram olan yaş vəziyyətdə bitki nümünəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs təqdim etdiyi kisədəki, ümumi sayı 04 ədəd, ümumi təmiz çəkisi 1035,0 qram olan yaş vəziyyətdə bitki nümünələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs evindən aşkar olunmuş və təqdim etdiyi kisələrdəki, ümumi sayı 05 ədəd, ümumi təmiz çəkisi 1480,0 qram olan çətənə bitkiləri botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqatdan sonra qalıq çəkisi 1479,5 qram olmuşdur. İşdəki ambulator məhkəmə-narkoloji ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 958 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar olaraq məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdəki tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 24 iyun 1999-cu il tarixdə Lənkəran rayon Xalq Məhkəməsinin hökmü ilə CM-nin 159.1-ci maddəsi ilə (köhnə redaksiya) təqsiri bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası 01 il müddətə təxirə salınmışdır. Məhkumluğu yoxdur. İşdəki əməliyyat tapşırığın cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın istifadəçisidir, o öz istifadəsi üçün yaşadığı evində dibçəkdə və qəsəbədə yerləşən torpaq sahəsində ümumilikdə 5 ədəd narkotik təbiətli çətənə bitkilərini kultivasiya yolu əkib-becərmişdir. Təqsirləndirilən şəxs əkib-yetişdirdiyi çətənə bitkilərin satışı ilə məşğul olmamış, onun çətənə bitkilərin toxumlarının haradan əldə etməsini də müəyyən etmək mümkün olmamışdır. İşdəki “Şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əməli etiraf etməsini, 60 yaşında olmaqla əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs etdiyi əməlindən peşmanşılıq keçirməsini və 60 yaçında olmasını nəzərə alınaraq cəzası cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, CM-nin 237.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə bərabər digər alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə məhz bunu, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RŞPŞ-də saxlanılan qalıq çəkisi 02 paketdə 1479,5 qram olan, 05 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn 65 manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq 02 paketdə 1479,5 qram olan, 05 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar