Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-48/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 11:20 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Yevlax rayonu Xaldan kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, işləməyən, Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2024-cü ilin aprel ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 03 aprel 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsindən mobil nömrəsini əldə etdiyi, tanımadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kənd sakini Zərərçəkmiş şəxs4 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, özünü əsl adını pərdələməklə guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı “X10” kimi təqdim edərək, söhbət əsnasında sonuncudan İ qrup əlil olan övladı Şahid8 ev növbəsində olduğunu öyrəndikdən sonra onun Sumqayıt şəhərində 3 otaqlı mənzillə növbədən kənar təmin edilməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verib, guya mənzilin qarajı və mebelləri üçün əvvəlcədən ödəniş edilməli olduğunu yalandan bildirməklə, Zərərçəkmiş şəxs4 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə özünün adına "xxxx" ASC-dən verilmiş 5522 0993 5157 3613 hesab nömrəli plastik kartın hesabına Zərərçəkmiş şəxs4 tərəfindən yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində fəaliyyət göstərən “Bizim market” mağazasında quraşdırılmış "xxxx" QSC-nin 5846 nömrəli ödəmə terminalından 03 aprel 2024-cü il tarixdə saat 11:33-də 363 manat, saat 15:41-də 326 manat, saat 17:41-də 400 manat, 04 aprel 2024-cü il tarixdə saat 09:40-da 400 manat, saat 15:44-də 100 manat, yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində olarkən 416973xxxxx4208 nömrəli plastik kartın hesabından 05 aprel 2024-cü il tarixdə saat 09:31-də 163 manat, saat 09:32-də 27 manat və Bakı-Qazax magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində quraşdırılmış 418 nömrəli “eManat” ödəmə terminalından 80 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 1859 (min səkkiz yüz əlli doqquz) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin may ayının ortalarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 15 may 2024-cü il tarixdə təsadüflə mobil nömrəsini yığıb danışdığı Şahid4 özünün deyil, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan qardaşı arvadı Zərərçəkmiş şəxs1 “skalioz” xəstəsi olan övladının təqaüdünün dayandırıldığını öyrənib, guya həmin işlə bağlı ondan mobil nömrəsini əldə etdiyi Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, özünü ona əsl adını pərdələməklə guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vüsal” adlı əməkdaşı kimi təqdim edərək, xəstə oğlunun 2-ci qrup ömürlük əlillik dərəcəsi verilməklə təqaüdünün bərpa edilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib, bu işin həlli üçün əvvəlcədən ödəniş edilməli olduğunu yalandan bildirməklə, Zərərçəkmiş şəxs1 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə özünün adına "xxxx" ASC-dən verilmiş 5522 0993 5157 3613 hesab nömrəli plastik kartın hesabına Zərərçəkmiş şəxs1 tərəfindən yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində olarkən kart hesabından onlayn qaydada 15 may 2024-cü il tarixdə saat 10:58-də 270 manat, saat 11:15-də 100 manat, Abşeron rayonu, Saray qəsəbəsi, R.Axundov küçəsində fəaliyyət göstərən “Kəndimiz” adlı marketdə quraşdırılmış 1359 nömrəli “eManat” ödəmə terminalından 15 may 2024-cü il tarixdə saat 12:53-də 473 manat, saat 15:52-də 300 manat, 16 may 2024-cü il tarixdə saat 11:46-da 450 manat və saat 15:01-də 90 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1683 (min altı yüz səksən üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin avqust ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 12 avqust 2024-cü il tarixdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında olarkən Ağdaş rayonu, Xosrov kəndində yaşayan Zərərçəkmiş şəxs2 epilepsiya xəstəsi olan övladı MəŞahid7 təqaüdünün dayandırıldığını öyrənib, tanışlarından Zərərçəkmiş şəxs2 mobil nömrəsini öyrənib, onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, özünü ona əsl adını pərdələməklə guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin “İnqilab” adlı əməkdaşı kimi təqdim edərək, oğlunun əlillik dərəcəsinin bərpası ilə bağlı müraciətinə imtina cavabı veriləcəyini yalandan bildirib, guya müraciətinin müsbət həll edilməsində və oğlu Şadət Məmmədovun əllilik dərəcəsinin bərpa edilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib, bu işin həlli üçün əvvəlcədən ödəniş edilməli olduğunu yalandan bildirməklə, Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə özünün adına "xxxx" ASC-dən verilmiş 5522 0993 5157 3613 hesab nömrəli plastik kartın hesabına Zərərçəkmiş şəxs2 tərəfindən yaşadığı Ağdaş rayonu, Xosrov kəndində fəaliyyət göstərən “RAM store” adlı marketdə quraşdırılmış 6033 nömrəli “eManat” ödəmə terminalından 12 avqust 2024-cü il tarixdə saat 13:00-da 343 manat, saat 13:03-də 157 manat, eyni marketdə quraşdırılmış 5577 nömrəli “eManat” ödəmə terminalından 12 avqust 2024-cü il tarixdə saat 17:34-də 200 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin sentyabr ayının əvvəlində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə həmin ərəfədə “Tik-tok” sosial şəbəkəsində tanış olub, özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etdiyi Şahid2 Lənkəran rayonu, Xarxatan kəndində yaşayan bibisi Zərərçəkmiş şəxs3 qəzalı vəziyyətdə olan evinin təmiri üçün aidiyyəti dövlət qurumlarına müraciət etdiyini öyrəndikdən sonra guya həmin işlə bağlı ondan mobil nömrəsini əldə etdiyi Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, özünü ona əsl adını pərdələməklə guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun “İlkin” adlı əməkdaşı kimi təqdim edərək, guya Fondda onun adına yığılmış 9600 manat sığorta pulu və sosial yardımla birlikdə cəmi 21000 pulun ayrılmasında köməklik göstərəcəyinə dair yalan vədlər verib, bu işin həlli üçün əvvəlcədən ödəniş edilməli olduğunu yalandan bildirməklə, Zərərçəkmiş şəxs3 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından suiistifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə özünün adına olan ********** nömrəli “M10” hesabına bütün hallarda Zərərçəkmiş şəxs3 məxsus olmaqla, qardaşı oğlu Şahid2 tərəfindən Lənkəran rayonu, Şağlaser kəndində fəaliyyət göstərən “Ay işığı” adlı marketdə quraşdırılmış 54324 nömrəli “Milliön” ödəmə terminalından 04 sentyabr 2024-cü il tarixdə saat 17:59-da 72 manat, saat 20:53-də 327 manat, 05 sentyabr 2024-cü il tarixdə saat 00:36-da 600 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 999 (doqquz yüz doxsan doqquz) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin sentyabr ayının əvvəlində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə həmin ərəfədə Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, özünü ona əsl adını pərdələməklə guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun “İlkin” adlı əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 qohumu Şahid1 adına yığılmış 16.000 manat sosial yardım ayrılmasında köməklik göstərəcəyinə dair yalan vədlər verib, bu işin həlli üçün əvvəlcədən ödəniş edilməli olduğunu yalandan bildirməklə, Zərərçəkmiş şəxs3 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə özünün adına olan ********** nömrəli “M10” hesabına bütün hallarda Zərərçəkmiş şəxs3 məxsus olmaqla, qardaşı oğlu Şahid2 tərəfindən Lənkəran rayonu, Şağlaser kəndində fəaliyyət göstərən “Ay işığı” adlı marketdə quraşdırılmış 54324 nömrəli “Milliön” ödəmə terminalından 04 sentyabr 2024-cü il tarixdə, saat 23:22-də 493 manat, 06 sentyabr 2024-cü il tarixdə, saat 19:12-də 500 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 993 (doqquz yüz doxsan üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin sentyabr ayının əvvəlində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə həmin ərəfədə Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, özünü ona əsl adını pərdələməklə guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun “İlkin” adlı əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 qohumu Şahid6 adına yığılmış 8.700 manat sosial yardım ayrılmasında köməklik göstərəcəyinə dair yalan vədlər verib, bu işin həlli üçün əvvəlcədən ödəniş edilməli olduğunu yalandan bildirməklə, Zərərçəkmiş şəxs3 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə özünün adına olan ********** nömrəli “M10” hesabına bütün hallarda Zərərçəkmiş şəxs3 məxsus olmaqla, qardaşı oğlu Şahid2 tərəfindən Lənkəran rayonu, Şağlaser kəndində fəaliyyət göstərən “Ay işığı” adlı marketdə quraşdırılmış 54324 nömrəli “Milliön” ödəmə terminalından 05 sentyabr 2024-cü il tarixdə, saat 00:19-da 793 manat, saat 18:35-də 187 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 980 (doqquz yüz səksən) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin sentyabr ayının əvvəlində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə həmin ərəfədə Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, özünü ona əsl adını pərdələməklə guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun “İlkin” adlı əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 qohumu X5 adına yığılmış 9.500 manat sosial yardım ayrılmasında köməklik göstərəcəyinə dair yalan vədlər verib, bu işin həlli üçün əvvəlcədən ödəniş edilməli olduğunu yalandan bildirməklə, Zərərçəkmiş şəxs3 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından suiistifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə özünün adına olan ********** nömrəli “M10” hesabına bütün hallarda Zərərçəkmiş şəxs3 məxsus olmaqla, qardaşı oğlu Şahid2 tərəfindən Lənkəran rayonu, Şağlaser kəndində fəaliyyət göstərən “Ay işığı” adlı marketdə quraşdırılmış 54324 nömrəli “Milliön” ödəmə terminalından 05 sentyabr 2024-cü il tarixdə, saat 00:43-da 43 manat, Lənkəran rayonu, Şağlaser kəndində fəaliyyət göstərən “Yeni” adlı marketdə quraşdırılmış 01706 nömrəli “Milliön” ödəmə terminalından saat 01:56-da 100 manat, Lənkəran rayonu, Şağlaser kəndində fəaliyyət göstərən “Ay işığı” adlı marketdə quraşdırılmış 54324 nömrəli “Milliön” ödəmə terminalından saat 18:33-də 681 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 824 (səkkiz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin sentyabr ayının əvvəlində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə həmin ərəfədə Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, özünü ona əsl adını pərdələməklə guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun “İlkin” adlı əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 bacısı Şahid3 adına yığılmış 11.000 manat sosial yardım ayrılmasında köməklik göstərəcəyinə dair yalan vədlər verib, bu işin həlli üçün əvvəlcədən ödəniş edilməli olduğunu yalandan bildirməklə, Zərərçəkmiş şəxs3 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə özünün adına olan ********** nömrəli “M10” hesabına bütün hallarda Zərərçəkmiş şəxs3 məxsus olmaqla, qardaşı oğlu Şahid2 tərəfindən Lənkəran rayonu, Şağlaser kəndində fəaliyyət göstərən “Yeni” adlı marketdə quraşdırılmış 01706 nömrəli “Milliön” ödəmə terminalından 05 sentyabr 2024-cü il tarixdə, saat 01:55-də 393 manat, Lənkəran rayonu, Şağlaser kəndində fəaliyyət göstərən “Ay işığı” adlı marketdə quraşdırılmış 54324 nömrəli “Milliön” ödəmə terminalından saat 18:34-də 320 manat, saat 21:03-də 361 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 1074 (min yetmiş dörd) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Yevlax rayonu Xaldan kəndində anası Gülbəniz Həsənova, arvadı Könül Həsənova, oğlu Vahid Həsənovla birlikdə yaşamışdır. Heç bir yerdə işləməmişdir. Fəhləlik etməklə ailəsinin dolanışığını təmin etmişdir. Əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinmiş, 2020-ci ildə azadlığa buraxılmışdır. Psixi və ya nevroloji dispanser qeydiyyatında olmamışdır. Oğlu Vahid talasemiya xəstəsi olduğundan Vahidin müalicəsi üçün ona pul lazım olmuşdur. Ayda iki dəfə Vahidə qan köçürülürmüş. O, işsiz olduğu, özünə iş tapa bilmədiyi üçün ailəsinin dolanışını təmin etmək və xəstə oğlunun müalicəsinə görə bir neçə cinayət əməlini törətmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə, “Tik-Tok” sosial şəbəkəsində nömrəsini götürdüyü ***-***-**-** saylı mobil nömrəyə əvvəllər istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən zəng edərək özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edib, X11 olduğunu bildirmişdir. Onunla telefonda danışan qadına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib-etməməsini soruşmuşdur. Söhbət əsnasında ona məlum olmuşdur ki, həmin qadının adı Zərərçəkmiş şəxs4dır. Tacıman ona əlil olan qızı Şahid8 görə ev növbəsində olduğunu bildirmişdir. Buna görə də, o, Tacımana İ qrup gözdən əlil qızı İlkanənin növbədən kənar Sumqayıt şəhərindən 3 otaqlı ev almasına köməklik edəcəyini demişdir. Evin qarajı və mebelləri üçün əvvəlcədən ödənişlər etmək lazım olduğunu deyərək Tacımana istifadəsində olan mobil nömrənin “Whatsapp”ı ilə özünə məxsus "xxxx" ASC-yə aid 5522 0993 5157 3613 nömrəli kart hesabını göndərmişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixdə, ayrı-ayrı vaxtlarda ona məxsus 5522 0993 5157 3613 nömrəli kart hesabına 363 manat, 326 manat və 400 manat, xx.xx.2024-cü il tarixdə, ayrı-ayrı vaxtlarda 400 manat, 100 manat, xx.xx.2024-cü il tarixdə, ayrı-ayrı vaxtlarda 163 manat, 27 manat, xx.xx.2024-cü il tarixdə isə 80 manat pul göndərmişdir. O, Tacımana banka getməsini, qızının adına açdırdığı hesabına müalicəsi üçün 103 min manat pul gələcəyini və bu barədə telefonuna kod gələcəyini demişdir. Sonra isə telefonunu söndürmüşdür. Sonradan Zərərçəkmiş şəxs4 ona zəng edib, Whatsappda yazıb, səs göndərərək pulunu geri qaytarmasını istəmil, o. Tacımanın pulunu qaytaracağını bildirmişdir. Tacıman onun barəsində Şəmkir polis şöbəsinə şikayət etdiyi üçün cinayət işi açılmış, istintaq zamanı o, Tacıxanıma dəymiş maddi ziyan olan 1859 manat pulu tam ödəyib qaytarmışdır. Onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan tanışı və ya qohumu yoxdur. O, Zərərçəkmiş şəxs4 yardım düzəltmək adı ilə heç kimə müraciət etməmişdir. Bundan başqa 15 may 2024-cü il tarixdə, səhər saatlarında ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə zəng edib özünü Sosial Müdafıə Nazirliyinin işçisi kimi təqdim etmiş, onunla danışan Tərxan adlı kişi cinsindən olan şəxsə yalandan qohumunun əlilliklə bağlı təqaüd almasından ötrü təqdim etdiyi sənədlərin icraatında olduğunu, sənədlərdə uyğunsuzluq olduğunu, buna görə də təqaüdün verilməsinə imtina veriləcəyini bildirmişdir. Həmin şəxs mobil nömrəni haradan əldə etdiyini soruşduqda həmin şəxsə nömrənin sənədlərin üzərində əlaqə nömrəsi kimi yazıldığını demişdir. Bundan sonra həmin şəxs Sosial Müdafıə Nazirliyinə əlilliklə bağlı müraciət etmədiyini, qohumu olan Elgiz adlı uşağın əlil olduğu üçün anası Natəvanın Sosial Müdafıə Nazirliyinə sənədləri təqdim etdiyini deyib ona Natəvanın ***-***-**-** saylı mobil nömrəsini vermişdir. O, istifadəsində olan ***-***-**- ** mobil nömrə ilə həmin nömrəyə zəng edib adının Vüsal olduğunu, Sosial Müdafıə Nazirliyinin işçisi olduğunu, oğlu Elgizin əlilliklə bağlı təqaüd alması üçün sənədlərə imtina gəldiyini, təqaüd verilməyəcəyini bildirmişdir. Natavan adlı qadın oğlunun təqaüdünün bərpası üçün ondan xahiş etmiş, o, da Natəvana təqaüd verilməsini bərpa etdirə biləcəyini, həmçinin təqaüdün daimi verilməsini təmin etdirə biləcəyini, əlillik qrupunu artırıb 2-ci dərəcə etdirə biləcəyini deyib bunun üçün Natəvana göndərəcəyi kart hesabına 370 manat pul göndərməyini istəmişdir. Natavanın telefon nömrəsinin “WhatsApp”-ına istifadəsində olan “Beynəlxalq banka” məxsus **********573613 saylı kart hesabını göndərmişdir. Natavan xx.xx.2024-cü il tarixdə, ayrı-ayrı vaxtlarda onun kart hesabına 270 manat, 100 manat, 473 manat, 300 manat, xx.xx.2024-cü il tarixdə, ayrı-ayrı vaxtlarda 450 və 90 manat pul göndərmişdir. Natavan Həsənovanı oğlunun təqaüdünün kəsilməsinin qarşısını almaq, təqaüdün verilməsini ömürlük təmin etmək və əlillik qrupunu artıracağı vədi ilə aldadıb iki gün ərzində ümumilikdə 1683 manat pul almışdır. Ertəsi günü telefonunu söndürmüşdür. Sonra Natavanı yenə aldadıb pul almaq məqsədilə mobil nömrəsinə istifadə etdiyi ***-***-**-** mobil nömrədən, “Sevil Vəliyevadır, sizi narahat edən bankdan. Bizə bir cavab verərsiniz xanım”. deyə mesaj yazmışdır. Lakin Natavan cavabında ona bazar günü bankın işləmədiyi, polisə şikayət edəcəyi formada mesaj yazmışdır. Sonradan Natavan onun istifadəsində olan mobil nömrənin “WhatsApp”-na mesaj və səslər göndərərək pulunun qaytarılmasını tələb etmiş, o, da Natavana kart hesabı göndərməyini, pulu geri qaytaracağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Natavan Abşeron rayon polis idarəsinə onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan olan 1683 manat pul ödənilməmişdir. Sevil Vəliyeva adlı şəxs yoxdur, o, inandırıcı olsun deyə Natəvana özü yalandan bu adla yazmışdır. Onun Dövlət Sosial Müdafiə Nazirliyində çalışan tanışı və ya qohumu yoxdur. O, Natavan Həsənovaya yardım düzəltmək adı ilə heç kimə müraciət etməmişdir. Bundan başqa qonşusu X12 xx.xx.2024-cü il tarixdə onunla görüşərək Ağdaş RMX-da xəstəliyi ilə əlaqadar müalicə alan zaman epilepsiya xəstəsi olan Ağdaş rayon sakini Şadət adlı şəxsin pensiyasının kəsildiyini, həmin şəxsə pensiya düzəldilməsində köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O, da Qnyaza kömək edə biləcəyini demişdir. Daha sonra Qnyaz Şadətin mobil nömrəsini ona vermişdir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında yaşadığı evdə olan zaman istifadəsində olan özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Şadətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Zəngə Şadətin anası cavab vermişdir. O, Şadətin anasına özünü Respublika Əlillərin Bərpa Mərkəzinin əməkdaşı kimi təqdim edib əlillik dərəcəsinin bərpası ilə bağlı əvvəl etdikləri müraciətə imtina yazılacağını bildirmişdir. Həmin zaman Şadətin anası onlara heç bir məlumat verilmədən hansı səbəbdən imtina yazılacağını soruşmuşdur. O, isə həmin zaman heç bir cavab verə bilməmiş və telefonu söndürmüşdür. Bir neçə dəqiqə sonra o, nə cavab verə biləcəyi barədə qərara gəlmiş və yenidən həmin nömrəyə zəng etmişdir. Həmin vaxt Şadətin özü onun zəngini açmış, o, Şadətə əlilliyin dərəcəsinin bərpa edilməsi ilə bağlı köməklik göstərə biləcəyini söyləmişdir. Bu zaman Şadətin anası Şayəstə telefonu götürüb onlara köməklik göstərməyini xahiş etmişdir. O, Şayəstəyə Şadətin əlillik dərəcəsinin bərpa edilməsi üçün nə qədər pula güclərinin çatacağını soruşmuş, Şayəstə əvvəlcə 300 manat tapa biləcəyini söyləmiş, lakin o, pulun az olması səbəbi ilə razılaşmamış və 500 manat olarsa işin alınacağını söyləmişdir. Şayəstə onunla razılaşmışdır. Lakin bir neçə dəqiqə gözlədikdən sonra qərara gəlmişdir ki, daha çox pul istəsin və yenidən Şadətinin anasına zəng edərək işin 500 manata alınmadığını, 700 manat lazım olduğunu söyləmişdir. Şayəstə ona hazırda pulunun olmadığını, lakin gün ərzində hissə-hissə pulu verə biləcəyini söyləmiş, o, da Şayəstə ilə razılaşmışdır. Bundan sonra Şayəstə ondan adının nə olduğunu, pulu necə göndərəcəyini soruşmuşdur. O, Şayəstəyə adının İnqilab olduğunu bildirib pulu "xxxx" ASC-yə məxsus öz istifadəsində olan 5522-0993-5157-3613 nömrəli kart hesabına göndərməyini söyləmişdir. Belə ki, o, öz adını bildirməkdən çəkinib İnqilab kimi təqdim etmişdir. Şayəstə xx.xx.2024-cü il tarixdə, onun bildirdiyi "xxxx" ASC-yə məxsus istifadəsində olan 5522-0993-5157-3613 nömrəli kart hesabına saat 13:00-da 343 manat, saat 13:03-də 157 manat və saat 17:34-də 200 manat olmaqla ümumilikdə 700 manat pul göndərmişdir. Pulu göndərdikdən bir qədər sonra o, ***-***-**-** saylı mobil nömrəsində kontur bitməsi səbəbi ilə digər nömrəsi olan 051-451- 22-57 saylı mobil nömrəsi ilə Şadətin istifadəsində olan mobil nömrəyə zəng edərək işin alınmadığını, buna görə də verdiyi pulları geri qaytarmaq üçün kart nömrəsi istəmişdir. Şadətin anası onunla razılaşmış və pulu göndərməyi üçün kart nömrəsi vermişdir. Təxminən 1 saat sonra o, yenidən zəng edərək işin düzəlməsi üçün əlavə pul lazım olduğunu demişdir. Lakin Şadətin anası onunla razılaşmamış və pulunu geri istəmişdir. O, isə vaxt qazanmaq üçün imtina verildikdən sonra pulu qaytaracağını söyləmişdir. Bir qədər sonra Şadətin anası yenidən ona zəng edərək pulunu geri istədikdə o, əsəbləşərək “hara şikayət edirsən et” demiş və telefonu söndürmüşdür. Bundan sonra Şayəstə ona bir neçə dəfə zəng etsə də o, zənglərə cavab verməmişdir. Sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs2 ondan Ağdaş rayon polis şöbəsinə şikayət edib, lakin İstintaq zamanı o, Şayəstəyə dəymiş maddi ziyan olan 700 manat pulu tam ödəmişdir. Onun Respublika Əlillərin Bərpa Mərkəzində çalışan tanışı və ya qohumu yoxdur. O, Zərərçəkmiş şəxs2 yardım düzəltmək adı ilə heç kimə müraciət etməmişdir. Bundan başqa 2024-cü ilin avqust ayında o, tiktokda İlkin adı ilə səhifə açmışdır. Həmin ərəfədə Lənkəran rayonundan olan Ramin adlı şəxsin mobil nömrəsini tik-tokdan götürmüşdür. Raminlə sonradan vhatsappda danışdıqda Raminə özünü Dövlət Sosial Müdafiə fondnun işçisi kimi təqdim edərək adımın İlkin olduğunu demişdir. 2024-cü ilin sentyabr ayının əvvəllərində Raminlə söhbət əsnasında müdafiə fondundan Ramin üçün yardım paketi düzəldə biləcəyini desə də, Ramin ona ehtiyacının olmadığını, lakin bibisinin yaşadığı evin bərbad vəziyyətdə olduğunu, bibisinə köməklik etməyini ondan istəmişdir. Daha sonra bibisinin mobil telefon nömrəsini ona vermişdir. O, Zərərçəkmiş şəxs3 adlı həmin qadınla telefonla danışıb nömrəsini ona Raminin verdiyini, dövlət sosial müdafiə fondunun əməkdaşı olduğunu, müraciəti ilə bağlı dövlət tərəfindən evinin təmiri üçün pul ayrıldığını demişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs3 iki il qabaq yuxarı instansiyalara müraciət etdiyini, lakin hələ də bir xəbərin çıxmadığını ona demişdir. O, da Həmidəyə bildirmişdir ki, adına sığortada evinin tikilməsi üçün pul vardır, lakin bəzi rüsumları köçürərsə sığortada olan 9600 manat pulun çıxarılmasına köməklik edə bilər. Həmidə onunla razılaşmışdır. O, həmçinin Həmidəyə demişdir ki, evin tikintisi üçün lazım olan tikinti materialları da mişar daşı, qum, sement vəs. təşkil edəcəkdir. Bunun üçün müəyyən məbləğdə deyəcəyi m10 hesabına pul köçürməlidir. Həmin gün özünə məxsus ***-***-**-** saylı mobil nömrədə m10 hesabı açmış, ilk dəfə 2024-cü ilin sentyabr ayının 4də Həmidə onun göndərdiyi ***-***-**-** nömrəsinə 72 manat pul göndərmiş və qəbzin şəklini çəkib ona atmışdır. O, Həmidə ilə ***-***-**-** saylı mobil nömrə ilə danışırmış. Bəzən isə həmin nömrənin vhatsapı ilə danışırmış, inandırıcı olsun deyə həmin günü Mingəçevir şəhərində kafelərin birində olarkən Həmidəyə öz ***-***-**-** saylı mobil telefonu ilə zəng etmiş və orada çalışan tanımadığı bir ofisant qıza telefonu verərək Həmidə ilə Aytac Vəlizadə adı ilə danışıb mərkəzi bankın işçisi olduğunu deməsini istəmişdir. Həmin adını bilmədiyi xanım telefonda “salam, mərkəzi bankın işçisi Aytac Vəlizadədir” deyə bildirmişdir. Danışıq zamanı Həmidə yaxşı eşitmədiyi üçün o, telefonu söndürmüşdür. Sonra isə ***-***-**-** saylı mobil nömrənin vhatsappı ilə Həmidəyə yazaraq Aytac Vəlizadə adı ilə danışmış, Həmidəyə 21.000 manat pulun hesabına köçürülməsi üçün hesab açmalı olduğunu yazmışdır. Həmçinin hesabı onların açacağını, Həmidə ilə əlaqə saxlayacaqlarını bildirmişdir. Axşam saatlarında o, təkrar Həmidə ilə danışan zaman Həmidədən hesab açılması üçün 327 manat da göndərməsini istəmişdir. Həmidə onun m10 hesabına 327 manatı da göndərdikdən sonra qəbzin şəklini ona atmışdır. Daha sonra həmin gün pul çıxarılması üçün 600 manat da göndərməsini istəmişdir. Həmidə ondan yaxın qohumlarının da maddi vəziyyətlərinin pis olduğunu, qphumlarına da yardım göstərməyini istəmişdir. O, Həmidə ilə razılaşmışdır. Həmidə həmin gecə 600 manatı da onun m10 nömrəsinə atmışdır. Həmidə 05 və 06 sentyabr 2024-cü il tarixlərində ayrı-ayrı vaxtlarda qohumları Şahid1 Mirağası oğluna dövlət sosial müdafiə fondundan 16.000 min manat verilməsi üçün 500 və 493 manat olmaqla ümumilikdə 993 manat, Şahid6 8.700 verilməsi üçün 793 manat və 187 manat olmaqla ümumilikdə 980 manat, Şahid3 11.000 manat verilməsi üçün 393 manat, 320 manat və 361 manat olmaqla ümumilikdə 1074 manat, Şahid5 9.500 manat verilməsi üçün 100 manat, 681 manat və 43 manat olmaqla ümumilikdə 824 manat pul göndərmişdir. Qəbzlərin şəkillərini çəkib ona göndərmişdir. O, Həmidə ilə danışan zaman Həmidə və qohumları üçün sosial müdafiə fondu tərəfindən pul ayrılacağına vəd verərkən Həmidədən pulları ona göndərməsini istəməmişdir. Həmidəyə yalandan hər birinə görə ayrı-ayrı məbləğlərdə rüsüm, hesab açdırmaq, pulun köçürülməsi vəs. üçün pul göndərməsini istəmişdir. O, Həmidəyə yaxın günlərdə əlaqə saxlayacağını bildirmişdir. Sonradan bir neçə dəfə Həmidə ilə telefonla danışıb pulları 2024-cü ilin dekabr ayında götürə biləcəklərini demişdir. Bir neçə gündən sonra onun istifadəsində olan mobil telefona zəng gəlmiş və ona bildirilmişdir ki, Həmidə ondan şikayət etmişdir. Bundan sonra o, Həmidənin nömrəsinə zəng edib ona göndərdiyi pulları yaxın günlərdə qaytaracağımı demək istəsə də Həmidə zənglərinə cavab verməmişdir. Aytac Vəlizadə adlı şəxs yoxdur, o, inandırıcı olsun deyə Həmidəyə özü yalandan bu adla yazmışdır. Bundan başqa onun dövlət sosial müdafiə fondunda çalışan tanışı və ya qohumu yoxdur. O, Zərərçəkmiş şəxs3 və ya digərləri üçün yardım düzəltmək adı ilə heç kimə müraciət etməmişdir. Etdiyi əməldən peşimandır. Oğlu talesemiya xəstəsi olduğu üçün ona pul lazım olduğundan o, bu cinayəti törətmişdir. İbtidai istintaq zamanı dəymiş ziyandan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan olan 1859 manat, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan olan 700 manat və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan olan 4870 manat pul tam ödənilmiş, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan olan 1683 manat pul ödənilməmiş qalmışdır. Həmin vəsaiti də yaxın vaxtlarda Zərərçəkmiş şəxs1 ödəməyə çalışır. Ona ittiham olunduğu maddələrin sanksiyası həddində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində bildirmişdir ki, 2000-ci il təvəllüdlü X13 və 2002-ci il təvəllüdlü X23 övladları anadangəlmə skaliroz xəstəliyindən əziyyət çəkirlər. Hər ikisi əlillik təqaüdü alırmışlar. X24 ömürlük təqaüd təyin olunmuşdur. Lakin digər oğlu Elgizin xəstəliyi ilə bağlı komissiyadan keçmə müddəti 2023-cü ilin dekabr ayında başa çatmış və əlillik təqaüdünün verilməsi dayandırılmışdır. Odur ki, oğlu Elgizi 2024-cü ilin fevral ayında təkrar müayinə olunaraq sənədləri Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspertiza mərkəzinə göndərilmişdir. 15 may 2024-cü il tarixdə, saat 10:46-da yaşadığı Sumqayıt şəhəri, Saray qəsəbəsi, “Qurd dərəsi” yaşayış massivi, fərdi həyət evində olarkan ona məxsus ***-***-**- ** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng gəlmişdir. Zəng edən kişi adının Vüsal olduğunu, Sosial Müdafiə Nazirliyinin işçisi olduğunu bildirərək ona oğlu Elgizin əlilliklə bağlı təqaüdü ilə bağlı sənədlərə imtina gəldiyini, yəni oğluna təqaüd verilməyəcəyini bildirmiş və Elgizə təqaüd verilməsini bərpa etdirə biləcəyini demişdir. O, Vüsal adlı şəxsin oğlunun əlilliklə bağlı təqaüdünün kəsildiyindən məlumatlı olduğunu görüb, həmin şəxsin doğrudan da Sosial Müdafiə Nazirliyində işlədiyinə inanmış və Vüsal adlı şəxsdən xahiş etmişdir ki, oğlunun təqaüdünün bərpasına kömək etsin. Həmin şəxs oğlunun əlilliklə bağlı təqaüdünün verilməsini bərpa etdirəcəyini, həmişəlik təqaüd verilməsini təmin etdirəcəyini, əlillik qrupunu artırıb 2-ci dərəcə etdirə biləcəyini vəd edib onu inandırmışdır. Bu məsələnin həlli üçün ondan pul göndərməyini istəmiş və onun mobil nömrəsinin “WhatsApp”-ına öz istifadəsində olan “Beynəlxalq banka” məxsus **********573613 kart hesabını göndərmişdir. Həmin hesaba 370 manat pul göndərməyini tələb etmişdir. O, qonşusu Ruhanənin kartı vasitəsi ilə özünü Vüsal kimi təqdim edən şəxsin həmin kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 10:58-də 270 manat pul göndərmiş, sonra Vüsal ondan yenə də pul göndərməyini istəmiş, o, Vüsalın kart hesabına yenə də həmin gün, saat 11:15-də 100 manat məbləğdə pulu qonşusunun kartından göndərmişdir. Bundan sonra müxtəlif bəhanələrlə işin həlli üçün özünü “Vüsal” adı ilə təqdim edən şəxs ondan əlavə olaraq pul istəmiş və o, Vüsalın “Beynəlxalq banka” məxsus **********573613 kart hesabına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Kəndimiz” adlı marketdə quraşdırılmış ödəmə terminalından xx.xx.2024-cü il tarixdə, saat 12:53-də 473 manat, həmin gün saat 15:52-də 300 manat, xx.xx.2024-cü il tarixdə, saat 11:46-da 450 manat və həmin gün, saat 15:01-də 90 manat pul göndərmişdir. Beləlildə, o, özünü “Vüsal” adı ilə təqdim edən şəxsə oğlunun təqaüdünün kəsilməsinin qarşısını alacağı, təqaüdün verilməsini ömürlük edəcəyi və əlillik qrupunu artıracağı müqabilində cəmi 1683 manat pul göndərmişdir. Təxminən iki gün keçdikdən sonra işin nəticəsi ilə maraqlanmaqdan ötrü özünü “Vüsal” kimi təqdim edən şəxsə zəng etmiş, lakin Vüsalın mobil telefonuna zəng çatmamışdır. xx.xx.2024-cü il tarixdə onun mobil nömrəsinə ***-***- **-** mobil nömrəsindən mesaj gəlmişdir. Həmin mesajda yazılmışdır ki, “Sevil Vəliyevadır, sizi narahat edən bankdan. Bizə bir cavab verərsiniz xanım”. O, həmin mesaja cavab olaraq polisə şikayət edəcəyini bildirmiş və bazar günü bankın işləmədiyini yazmışdır. Sonra həmin nömrədən “bağlı kartlarınız bərpa olundu, ancaq adlarında olan məbləği köçürdə bilmirik” məzmununda mesaj gəlmişdir. O, həmin mesajı başa düşməmiş və polisə şikayət edəcəyini bildirmişdir. Sonradan o, özünü “Vüsal” adı ilə təqdim edən şəxsin və onun ətrafında olan şəxslərin onu aldatdıqlarını başa düşmüş və “WhatsApp”-la səsli mesajlar göndərərək pulunun qaytarıimasını xahiş və tələb etmişdir, həmçinin pulunu qaytarmazsa şikayət edəcəyini bildirmişdir. Sonradan özünü “Vüsal” kimi təqdim edən şəxs ona səsli mesajlar göndərərək ona kart hesabı göndərməyini istəmiş və bildirmişdir ki, kart hesabına ondan aldığı məbləğdə pulu köçürməklə ona pulları qaytarmaq istəyir. O, başa düşmüşdür ki, həmin şəxs onu aldadıb kart hesabında olan pulları da oğurlayıb ələ keçirmək istəyir. Odur ki, həmin şəxslə əyani olaraq görüşmək istədiyini və aldığı pulu əlbəəl ona qaytarmasını xahiş etmişdir. O, həmin şəxslə görüntülü danışmaq istəmiş, lakin Vüsal adlı şəxs onunla görüntülü danışmaqdän imtina etmişdir. Odur ki, o, məcbur qalıb polisə şikayət etmişdir. O, özünü “Vüsal” kimi təqdim edən şəxsi tanımır. Həmin şəxsin onu və oğlunu tanıyıb-tanımadığını bilmir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin şəxs əvvəlcə onun Yardımlı rayonunda yaşayan qaynı Şahid4 zəng edib, özünü Sosial Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim etmiş və qohumunun əlilliklə bağlı işinin icraatında olduğunu bildirmişdir. Qaynı da elə başa düşmüşdür ki, özünü “Vüsal” kimi təqdim edən şəxs onun oğlu Elgizin əlilliklə bağlı sənədləri ilə maraqlanır. Odur ki, onun mobil nömrəsini özünü “Vüsal” kimi təqdim edən şəxsə vermişdir. Bundan sonra özünü “Vüsal” kimi təqdim edən şəxs ona zəng etmiş və onunla danışaraq oğlunun əlilliklə bağlı təqaüdünü bərpa etdirəcəyini, əlillik qrupunu artıracağını və təqaüdünü ömürlük etdirəcəyini bildirmiş və etdiyi kömək müqabilində ondan bir neçə dəfəyə cəmi 1683 manat pul almışdır. O, özünü “Vüsal” kimi təqdim edən şəxsi görməmişdir. Həmin şəxs onunla ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə danışmışdır. ***-***-**-** mobil nömrəsi adına olan xx.xx.1984-cü il təvəllüdlü Yevlax rayon sakini Təqsirləndirilən şəxs tanımır. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində bildirmişdir ki, bacısı Şahid3 ilə birlikdə Lənkəran rayonu Xarxatan kəndində yaşayır. Heç bir yerdə işləmir və 3-cü qrup əlil olduğu üçün pensiya alır. Subaydır və ailə həyatı qurmamışdır. 2021-ci il tarixdə 2-ci qrup əlil olmuş və həmin ili onun əlillik pensiyası dayandırılmışdır. Bunla bağlı yuxarı təşkilatlara müraciət etmişdir. 2022-ci il tarixdə ona 3-cü qrup əlillik dərəcəsi verilmiş və pensiya almağa başlamışdır. Yaşadığı ev bərbad vəziyyətdə olduğu üçün 2024-cü ilin yay aylarında qərara gəlmişdir ki, Kapital bankdan 5000-6000 manat kreditə pul götürüb yenidən kiçik bir ev tikdirsin. Kapital banka kreditlə bağlı şifahi müraciət etsə də, kredit borcu olduğu üçün ona əlavə kredit verməmişlər. 04 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən zəng gəlmişdir. O, telefonu açıb zəngə cavab vermiş və bir kişi ona demişdir ki, bu telefon nömrəsi sizindir?. O, da həmin mobil telefon nömrəsinin özünə məxsus olduğunu həmin şəxsə bildirmiş və adını soruşmuşdur. Həmin şəxs ona nömrəni qardaşı oğlu Şahid2 verdiyini bildirmişdir. Adının İlkin olduğunu bildirib ona demişdir ki, “Dövlət Sosial Müdafiə fondunda işləyirəm, sizin fonda müraciətiniz olub”. O, da həmin şəxsə demişdir ki, “Dövlət Sosial Müdafiə Fonduna müraciət etməmişəm, mən pensiya işimlə bağlı müraciət etmişəm”. Bundan sonra İlkin adlı şəxs ona demişdir ki, “xəbəriniz yoxdur, adınıza 9.600 manat sığorta pulu yığılmışdır və sosial yardımla birlikdə sizə 21.000 manat pul düşür”. O, sevinib İlkin adlı şəxsin ona verdiyi bütün suallara cavab vermişdir. Özünü İlkin kimi təqdim edən şəxs ona demişdir ki, “sən əvvəlcə mənə 72 manat pul göndər, Beynəlxalq Bankda sənin adına hesab açdırım və 21.000 manat pulu sənin hesabına köçürdüm”. O, da sevinmiş və İlkin adlı şəxsə demişdir ki, “çox sağol, özüm kasıb adamam, evim bərbad vəziyyətdədir, göndərdiyin pullarla özümə yeni ev tikdirərəm”. Həmin şəxs ona demişdir ki, “sən təcili yaşadığın evin şəkillərini çək mənə göndər”. O, da yaşadığı evin şəkillərini çəkmiş və həmin şəkilləri ***-***-**-** Whatsapp nömrəsindən İlkin adlı şəxsin ***-***-**-** Whatsapp nömrəsinə göndərmişdir. Təxminən 1-2 dəqiqədən sonra İlkin ona zəng edib demişdir ki, “can bacı sən belə evdə yaşayırsan, narahat olma sənin evini tikdirəcəm”. O, da İlkin adlı şəxsə inanmış və qardaşı oğlu Raminə 72 manat vermişdir ki, həmin pulu İlkin adlı şəxsin ona dediyi “M10” tətbiqi proqramında olan ***-***-**-** mobil telefon hesabına göndərsin. Bir neçə dəqiqədən sonra Ramin həmin pulun çekini gətirib ona vermiş və pulu köçürdüyünü demişdir. O, qəbzin şəklini çəkib İlkinə atmışdır. Həmin günü, axşam saatlarında İlkin mobil telefonuna zəng edib demişdir ki, “sənin göndərdiyin 72 manat mənə çatdı. Mərkəzi bankda işləyən Aytac Vəlizadə adlı qız sənə zəng edəcək və sənə hansı məbləğdə pul düşəcəyini deyəcəkdir”. Bir neçə dəqiqədən sonra ***-***-**-** Whatsapp nömrəsinə ***-***-**-** Whatsapp nömrəsindən “salam mən X16 Bankın işçisi sizə 21.000 manat pul düşür, sizin hesabınız yoxdur ki, mən pulu yükləyim” mesajı gəlmişdir. O, Aytac Vəlizadə adlı qızın həmin Whatsapp nömrəsinə “mən açmalıyam, ya siz” səsli mesajını göndərmişdir. Həmin şəxs ona “əlbətdə biz açmalıyıq, səhər sənə məlumat verəcəm” mesajını yazmışdır. Aytac ona səsli mesaj deyil, ancaq yazılı mesaj göndərirmiş. Axşam saatlarında İlkinin mobil telefonuna zəng edib demişdir ki, “pulu nə vaxt götürəcəm”. İlkin də ona demişdir ki, “sən pulu az köçürmüsən, əlavə 327 manat da köçür ki, sənə hesab nömrəsi açılsın və hesabına pul köçürülsün”. O, İlkin adlı şəxsə inanıb 04 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında Raminə 327 manat pul vermiş və Ramin həmin pulu rayonun Şağlaser kəndində yerləşən “Ay işığı” adlı marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə İlkinin “M10” proqramında olan həmin hesab nömrəsinə göndərmişdir. Sonra isə çeki gətirib ona vermişdir. Lakin İlkin ona pul göndərməmiş və demişdir ki, “narahat olma sən 600 manat da göndər, sənə 21.000 manatdan çox pul göndərəcəm, əlavə adamlar da varsa, pul göndərsinlər, onlara da Yardım fondundan pul düzəldim”. O, İlkin adlı şəxsə inanmış və Raminə xx.xx.2024-cü il tarixdə, gecə saatlarında 600 manat pul vermişdir. Ramin həmin pulları İlkinə göndərmişdir. Bundan sonra həmin günü o, bu barədə qardaşı oğlu Şahid1 Mirağası oğluna, İsmayılın arvadı Şahid6, bacısı Şahid3, Aygünün qardaşı Şahid5 və qardaşı oğlu Raminə demişdir. Qohumları da ona demişlər ki, “bizim pulumuz yoxdur, sən bizim əvəzimizə pul göndər, sonra hesablaşarıq”. O, da razılaşmış və İlkin adlı şəxsə göndərdiyi cəmi 999 manat puldan əlavə ayrı-ayrı vaxtlarda İlkin adlı şəxsə Raminin vasitəsi ilə qardaşı oğlu Şahid1 Mirağası oğluna 16.000 min manat verilməsi üçün 500 və 493 manat olmaqla ümumilikdə 993 manat, İsmayılın arvadı Şahid6 8700 verilməsi üçün 793 manat və 187 manat olmaqla ümumilikdə 980 manat, bacısı Şahid3 11000 manat verilməsi üçün 393 manat, 320 manat və 361 manat olmaqla ümumilikdə 1074 manat, Aygünün qardaşı Şahid5 9500 manat verilməsi üçün 100 manat, 681 manat və 43 manat olmaqla ümumilikdə 824 manat pul İlkinə göndərmişdir. Yəni o, İlkin adlı şəxsə cəmi 4870 manat pul göndərmişdir. Belə ki, İlkin adlı şəxs ona qohumları üçün rüsum, hesab açılması vəs bank xərclərinə görə pul göndərməyini istəmişdir. O, da adlarını sadaladığı şəxslərlə telefonla danışdıqdan sonra İlkinin ona bildirdiyi M10 hesabına qeyd etdiyi məbləğlərdə pul göndərmişdir. Lakin İlkin onu aldadaraq söz verdiyi pulları göndərməmişdir. Həmçinin İlkin ona puldan əlavə dövlət sosial müdafiə fondundan evin tikintisi üçün tikinti materialları da göndərəcəyini demişdir. Sonradan aldadıldığını başa düşüb bir neçə dəfə İlkinə zəng edib göndərdiyi pulları geri tələb etsə də, İlkin ona hər dəfə “sizin adınızı 2024-cü ilin dekabr ayına yazdırmışam, ilin sonunda pulları alarsınız.” Deyirmiş. Bundan sonra o, həmin şəxsə polisə müraciət edəcəyini demişdir. İlkin ona demişdir ki, ona kart atsın və pulları ona geri qaytarsın. Lakin İlkin ona pul göndərməmişdir. Buna görə də, həmin şəxsin ona qarşı etdiyi dələduzluq hərəkətləri barədə yuxarı instansiyalara ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, İlkin və Aytac Vəlizadə adlı şəxs yoxdur, ona özünü İlkin adı ilə təqdim edən şəxs Yevlax rayon sakini Təqsirləndirilən şəxsdur. Aytac Vəlizadə adı ilə mesajlar yazan Səbuhi özüdür. Təqsirləndirilən şəxs onu aldadaraq 4870 manat pulunu almışdır. Təqsirləndirilən şəxs göndərdiyi 4870 manat pul ona məxsusdur. Həmin pulları o, öz qohumlarının yerinə vermişdir. İşləri düzəldikdən sonra ona qaytaracaqları barədə aralarında razılaşmışlar. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü qızı Şahid8 İ qrup gözdən əlildir. xx.xx.2024-cü il tarixdə, saat təxmməıı 11:12 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobıl nömrəyə zəng edən kişi cinsli şəxs özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin əməkdaşı kimi təqdim edib, X11 olduğunu deyərək, əlil olan qızı barədə suallar verməyə başlamışdır. O, həmin şəxsin suallarına cavah verən zaman qızının ev növbəsində olduğunu bildirmişdir. Həmin şəxs qızının növbədən kənar Sumqayıt şəhərindən 3 otaqlı ev almasında ona köməklik edəcəyini deyib, həmin evin qarajı və mebelləri üçün əvvəlcədən ödənişlər etmək lazım olduğunu demiş, ona ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsində "xxxx" ASC-yə məxsus 5522 0993 5157 3613 nömrəli kart hesabını göndərmişdir. O, həmin şəxsin vədinə inanıb, xx.xx.2024-cü il tarixdə, ayrı-ayrı vaxtlarda yaşadığı kənddə yerləşən “Bizim Market” adlı mağazada olan "xxxx" elektron ödəmə sisteminin terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus 5522 0993 5157 3613 nömrəli kart hesabına 363 manat, 326 manat və 400 manat olmaqla ümumilikdə 1089 manat, xx.xx.2024-cü il tarixdə, ayrı-ayrı vaxtlarda yaşadığı kənddə yerləşən “Bizim Market” adlı mağazada olan "xxxx" elektron ödəmə sisteminin terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus 5522 0993 5157 3613 nömrəli kart hesabına 400 manat və 100 manat olmaqla ümumilikdə 500 manat, xx.xx.2024-cü il tarixdə, ayrı-ayrı vaxtlarda isə özünə məxsus kartdan 5522 0993 5157 3613 nömrəli kart hesabına 163 manat və 27 manat olmaqla ümumilikdə 190 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə Şəmkir rayonu, Bakı-Qazax magistral yolu, “Azpetrol” YDM-də olan “eManat” elektron ödəmə sisteminin terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus 5522 0993 5157 3613 nömrəli kart hesabına 80 manat pul göndərmişdir. O, sonuncu dəfə 80 manat göndərdikdən sonra həmin şəxs ona banka getməyini, onun hesabına qızının müalicəsi üçün 103 min manat pul gələcəyini və bu barədə telefonuna kod gələcəyini bildirmişdir. O, bir neçə saat kodun gəlməsini gözləsə də kod gəlmədiyi üçün həmin şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin həmin mobil nömrəyə zəng çatmamışdır. O, həmin şəxsin onu aldatdığını bildiyi üçün xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-nə gəlib, bu barədə ərizə ilə müraciət etmişdir. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Ağdaş rayonu Xosrov kəndində ailəsi ilə birlikdə yaşayır. MəŞahid7 onun oğludur. Oğlu epilepsiya xəstəsidir və bununla əlaqədar 5 il pensiya almışdır, lakin təxminən 2-3 ildir ki, pensiya kəsilmişdir. Pensiyanın bərpası üçün dəfələrlə müvafiq orqanlara müraciət etmiş, lakin hər dəfə imtina gəlmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə oğlu Şadəti Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasına aparmışdır. Həmin vaxt orada İlkin adlı şəxslə tanış olmuşlar. Söhbət zamanı İlkin adlı şəxs onlara oğlunun xəstəliyi ilə bağlı Respublika Əlillərin Bərpa Mərkəzinə müraciət etmələrini tövsiyə etmişdir. Onlar online qaydada müraciət etməyi bacarmadıqlarını bildirdikdən sonra həmin şəxs ona məxsus mobil telefonla oğlu Şadətin adından Respublika Əlillərin Bərpa Mərkəzinə qeydiyyatdan keçmişdir. Təxminən 10-15 dəqiqə sonra mobil telefonuna xx.xx.2024-cü il tarixdə Respublika Əlillərin Bərpa Mərkəzinə yaxınlaşmaları ilə bağlı mesaj gəlmişdir. xx.xx.2024cü il tarixdə oğlu ilə birlikdə Mərkəzə yaxınlaşmışlar. Orada onlara əlillik dərəcəsinin bərpası üçün Şadətin “Ağdaş RMX” PHŞ-də 10 gün müalicə olunmağını bildirmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə onlar “Ağdaş RMX” PHŞ-yə müraciət etmişlər və həmin tarixdən xx.xx.2024-cü il tarixinədək oğlu Şadət “Ağdaş RMX” PHŞ-nin terapiya şöbəsində müalicə almışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman tanımadığı ***-***-**-** mobil nömrəsindən ona zəng gəlmiş, o, zəngə cavab vermişdir. Həmin şəxs özünü Respublika Əlillərin Bərpa Mərkəzinin əməkdaşı kimi təqdim edib Şadətin əlillik dərəcəsinin bərpası ilə bağlı etdikləri müraciətə imtina yazılacağını bildirmişdir. O, heç bir məlumat verilmədən hansı səbəbdən imtina yazılacağını soruşmuşdur. Həmin şəxs ona heç bir cavab verməmişdir. Telefonu söndürdükdən sonra məsələni dəqiqləşdirmək üçün “Ağdaş RMX” PHŞ-yə getmək qərarına gəlmişdir. Evdən çıxıb küçə ilə gedən zaman mobil telefonunun evdə qaldığını xatırlamış və telefonu götürmək üçün evə qayıtmışdır. Həmin vaxt Şadətin onun telefonu ilə kiminləsə danışdığını görmüşdür. O, Şadətdən kiminlə danışdığını soruşduqda, Şadət ona həmin şəxsin bir neçə dəqiqə əvvəl onunla danışan şəxs olduğunu, əlillik dərəcəsinin bərpa edilməsi ilə bağlı onlara köməklik göstərə biləcəyini söyləmişdir. O, telefonu götürüb həmin şəxsə köməklik göstərməsini söyləmişdir. Həmin şəxs oğlu Şadətin əlillik dərəcəsinin bərpa edilməsi üçün nə qədər pula güclərinin çatacağını soruşmuş, o, 300 manat tapa biləcəyini söyləmişdir. Lakin həmin şəxs razılaşmamış və 500 manat olarsa işin alınacağını söyləmiş və onlar razılaşmışlar. Lakin bir neçə dəqiqə sonra həmin şəxs yenidən ona zəng edərək işin 500 manata alınmadığını, 700 manat lazım olduğunu söyləmişdir. O, həmin şəxsə hazırda pulunun olmdığını, buna görə gün ərzində pulu hissə-hissə verə biləcəyini söyləmiş və razılaşmışlar. O, həmin şəxsdən adının nə olduğunu, pulu necə göndərəcəyini soruşmuşdur. Həmin şəxs adının İnqilab olduğunu bildirib pulu "xxxx" ASC-yə məxsus 5522-0993-5157- 3613 nömrəli kart hesabına göndərməyini istəmişdir. Bundan sonra o, həmin tarixdə gəlini ilə birlikdə İnqilab adlı şəxsin telefon vasitəsilə ona bildirdiyi "xxxx" ASC-yə məxsus 5522-0993-5157-3613 nömrəli kart hesabına Ağdaş rayonu, Xosrov kəndində yerləşən “RAM Store” mağazasının içərisində yerləşən MPAY ödəmə terminalı vasitəsilə saat 13:00-da 343 manat, saat 13:03də 157 manat, saat 17:34-də 200 manat olmaqla ümumilkdə 700 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra həmin şəxs ***-***-**-** mobil nömrəsi ilə ona zəng edərək işin alınmadığını, buna görə də verdikləri pulları geri qaytarmaq üçün kart nömrəsi istəmişdir. O, İnqlab adlı şəxslə razılaşmış və pulu göndərmək üçün kart nömrəsi vermişdir. Təxminən 1 saat sonra həmin şəxs yenidən ona zəng edərək işi düzəltmək üçün əlavə pul istəmişdir. Lakin o, İnqlabla razılaşmamış və pulu geri istəmişdir. İnqlab imtina verildikdən sonra pulu qaytaracağını söyləmişdir. Bundan sonra bir neçə dəfə həmin şəxsə zəng etsələr də İnqlab zənglərinə cavab verməmişdir. O, İnqilab adlı şəxsi tanımır, sadəcə olaraq həmin şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə ona zəng edərək özünü Respublika Əlillərin Bərpa Mərkəzinin əməkdaşı kimi təqdim edib oğlu Şadətin əlillik dərəcəsinin bərpa edilməsinə köməklik göstərəcəyini bildirmişdir. O, İnqilab adlı şəxsə ümumilikdə 700 manat pul vermişdir. İnqilab adlı şəxs onun oğlunun əlillik dərəcəsini bərpa etmək üçün başqa şəxslərin adından istifadə etməmiş, sadəcə olaraq özünü Respublika Əlillərin Bərpa Mərkəzinin əməkdaşı kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində bildirmişdir ki, Lənkəran rayonu Xarxatan kəndində atası Mirağasi Babayevə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Bibisi Həmidə və Nüşabə onlarla bir həyətdə ayrı evdə yaşayırlar. Həmidə 3-cü qrup əlil olduğu üçün pensiya alırmış. Hər iki bibisi subaydır və ailə həyatı qurmamışlar. 2021-ci il tarixdə Həmidə 2-ci qrup əlil olmuş və həmin ili Həmidənin əllik pensiyası dayandırılmışdır. Bununla bağlı Həmidə yuxarı təşkilatlara müraciət etmişdir. 2022-ci il tarixdə Həmidəyə 3cü qrup əlillik dərəcəsi verilmiş və pensiya almağa başlamışdır. Həmidənin yaşadığı ev bərbad vəziyyətdə olmuşdur. Buna görə də, 2024-cü ilin yay aylarında Kapital bankdan 5000-6000 manat kreditə pul götürüb yenidən kiçik bir ev tikdirmək istəyirmiş. Lakin Kapital bank kredit borcu olduğu üçün Həmidəyə əlavə kredit verməmişdir. 04 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında bibisi Zərərçəkmiş şəxs3 ona demişdir ki, bir nəfər şəxs zəng edərək adının İlkin olduğunu bildirib, Dövlət Sosial Müdafiə fondunda işlədiyini, Həmidənin fonda müraciətinin olub-olmadığını soruşmuş və nömrəsini onun verdiyini bildirmişdir. Həmidə də, həmin şəxsə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmədiyini, pensiya işi ilə bağlı müraciət etdiyini bildirmişdir. İlkin adlı şəxs bibisi Həmidəyə adına 9.600 manat sığorta pulu yığıldığını, sosial yardımla birlikdə 21.000 manat pul düşdüyünü demişdir. Bibisi bu barədə ona dedikdə o, bibisinə nömrəsini onun vermədiyini demişdir. Bibisi həmin şəxsə evinin şəkillərini çəkib göndərdiyini, barəsində hər bir məlumatının olduğunu dediyindən, o, da bibisinin yaşlı olduğu üçün nömrəsini onun verməsini səhv başa düşdüyünü zənn etmişdir. Həmidə ona demişdir ki, İlkin deyib ki, əvvəlcə 72 manat pul göndərsin, X8 adına hesab açdırsın və 21.000 manat pulu hesabına köçürsün. Bibisi həmin şəxsin göndərəcəyi pullarla özünə yeni ev tikdirmək istəyirmiş. Bibisi Həmidə həmin şəxslə danışdıqdan sonra ona 72 manat verib həmin pulu İlkin adlı şəxsin dediyi “M10” tətbiqi proqramında olan ***-***-**-** mobil telefon hesabına göndərməyini istəmişdir. O, həmin pulu xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Şağlaser kəndində yerləşən “Ay işığı” marketdəki ödəmə terminalı vasitəsi ilə İlkin adlı şəxsə göndərmişdir. Qəbzi özü ilə gətirib Həmidəyə vermişdir. Həmidə qəbzin şəklini çəkib İlkinə atmışdır. Həmin günü, axşam saatlarında İlkin Həmidəyə zəng edib göndərdiyi 72 manatın çatdığını demişdir. Həmin ərəfədə o, da İlkin adlı şəxslə telefonla danışmışdır. İlkin ona demişdir ki, evin tikintisi üçün pul göndərəcək, ya da briqada göndərəcəkdir. Yəni evin tikintisi üçün material, usta və fəhlə göndərə bilər. Onlar İlkin adlı şəxslə danışarkən pul göndərməsini istəmişlər və bildirmişlər ki, “vəsaiti göndərin biz özümüz evi tikərik”. Axşam saatlarında bibisi Həmidə ona 327 manat pul verib demişdir ki, İlkin deyib ki, əlavə 327 manat da köçürməlidir ki, adına hesab nömrəsi açılsın və hesabına pul köçürülsün. O, həmin pulu rayonun Şağlaser kəndində yerləşən “Ay işığı” adlı marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə İlkinin “M10” proqramında olan həmin hesab nömrəsinə göndərmişdir. Sonra isə çeki gətirib Həmidəyə vermişdir. Lakin İlkin pul göndərməmiş və demişdir ki, “narahat olmayın, 600 manat da göndərsəniz, 21.000 manatdan çox sizə pul göndərəcəm, əlavə adamlar da varsa, pul göndərsinlər, onlara da Yardım fondundan pul düzəldim”. Bibisi Həmidə də İlkinə inanıb ona xx.xx.2024-cü il tarixdə, gecə saatlarında 600 manat pul vermiş və o, həmin pulları İlkinə göndərmişdir. Bundan sonra bibisi həmin günü bu barədə qardaşı Şahid1 Mirağası oğlu, İsmayılın arvadı Şahid6, bibisi Şahid3, Aygünün qardaşı Şahid5 demişdir. Həmin şəxslər də bibisinə demişlər ki, “bizim pulumuz yoxdur, sən bizim əvəzimizə pul göndər, sonra hesablaşarıq”. Bibisi razılaşıb İlkin adlı şəxsə göndərdiyi 999 manat puldan əlavə 04 sentyabr 2024-cü ildən 06 sentyabr 2024-cü il tarixinədək olan müddət ərzində, ayrı-ayrı vaxtlarda İlkin adlı şəxsə onun vasitəsi ilə Şahid1 Mirağası oğluna 16.000 min manat verilməsi üçün 500 və 493 manat olmaqla ümumilikdə 993 manat, Şahid6 8700 verilməsi üçün 793 manat və 187 manat olmaqla ümumilikdə 980 manat, Şahid3 11000 manat verilməsi üçün 393 manat, 320 manat və 361 manat olmaqla ümumilikdə 1074 manat, Şahid5 9500 manat verilməsi üçün 100 manat, 681 manat və 43 manat olmaqla ümumilikdə 824 manat pul göndərmişdir. Həmidə İlkin adlı şəxsə cəmi 4870 manat pul göndərmişdir. Həmidə özü və qohumları üçün bütün pulları ona vermiş və o, da pulları rayonun Şağlaser kəndində yerləşən “Ay işığı” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə göndərmişdir. 05 sentyabrda gecə saatları olduğu üçün “Ay işığı” market bağlı olmuş və iki dəfə pulu həmin marketin yanında olan “Yeni market”dən göndərmişdir. Lakin İlkin bibisi aldadaraq söz verdiyi pulları göndərməmişdir. Sonradan bibisi aldadıldığını başa düşüb bir neçə dəfə İlkinə zəng edib göndərdiyi pulları geri tələb etsə də, İlkin Həmidəyə pul göndərməmişdir. Buna görə də, bibisi İlkin barədə yuxarı instansiyalara ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, İlkin adlı şəxs yoxdur, onlara özünü İlkin adı ilə təqdim edən şəxs Yevlax rayon sakini Təqsirləndirilən şəxsdur. Şahid4 Hüseynxan oğlu və Şahid3 məhkəməyə teleqramla müraciət edərək, işə onları iştirakı olmadan baxılmasını xahiş etmişlər. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş Şahid4 Hüseynxan oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşının arvadıdır. X2 psixi qüsurlu xəstə olduğu üşün ailəni Zərərçəkmiş şəxs1 idarə edir və dolandırır. Qardaşının oğlanları X14 və X15 da psixi cəhətdən qüsurlu xəstə olduqları üçün hər ikisi əlilliklə təqaüd alırdılar. Elgiz Musalı ikinci qrup, Elgün Musalı isə, 3-cü qrup əlil olaraq təqaüd alırdılar. Eakin 2024-cü ilin əvvəllərində təkrar müayinə zamanı Elgün Musalının əlillik qrupunu dəyişib 3-cü qrup etdilər. Elgiz Musalının isə,əlillik müddətinin müəyyən olunduğu müddət başa çatdığı üçün, o, təkrar müayinə olunaraq sənədləri Sosial Müdafiə Nazirliyinin 'Tibbi Sosial Ekspertiza mərkəzinə göndərilmişdir. 15 may 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evdə olarkan istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə 051 *** ** ** mobil nömrəsindən zəng olundu. Zəng edən şəxs kişi səsi ilə danışaraq adını demədən özünü Sosial Müdafiə Nazirliyinin işçisi kimi təqdim etdi və onun qohumumun əlilliklə bağlı təqaüd almasından ötrü sənədlərinin onun icraatına daxil olduğunu və sənədlərdə uyğunsuzluq olduğunu, ona görə də, mənim qohumuna təqaüd verilməsinə imtina veriləcəyini bildirdi. Qardaşım oğlu Elgiz Musalının tibbi sənədləri ekspert komissiyasına göndərildiyi üçün o, zəng edən şəxsin həqiqətən də Sosial Müdafiə Nazirliyinin işçisi olduğunu fikirləşmiş və onun yalan danışdığı ağlıma gəlməmişdir. Ona bildirmişdir ki, həqiqtən də, qardaşı oğlu X1 ekspert komissiyasına göndərilmişdir. Həmin şəxsdən soruşmuşdur ki, onun mobil nömrəsini haradan əldə edib. Həmin şəxs demişdir ki, sənədlərdə onun nömrəsi qeyd olunmuşdur. O, belə başa düşmüşdür ki, qardaşı ruhi xəstə olduğu üçün qardaşının arvadı Natəvan, yəqin onun mobil nömrəsini ərizəsində göstərmişdir. Odur ki, həmin şəxsdən qardaşı oğlunun əliliklə bağlı təqaüd almasına imtina verməməsini xahiş etmiş və qardaşı arvadı Natəvanın mobil nömrəsini ona vermişdir ki, özü Elgiz Musalının valideyni olaraq onunla danışsın. Onunla sağollaşdıqdan bir neçə saat sonra, həmin gün qardaşı arvadı Natəvanla telefonda danışmış və Sosial Müdafiə Nazirliyindən mənə Elgiz Musalının təqaüdü ilə bağlı zəng edildiyini demişdir. Natəvan bildirmişdir ki, özünü Sosial Müdafiə Nazirliyinin işçisi, adını Vüsal kimi təqdim edən şəxs ona zəng etmiş, oğlunun təqaüdünü bərpa edəcəyini ona vəd etmiş, ondan pul istəmiş, o, da “Vüsal” adlı şəxsin ona göndərdiyi pul kartına 370 manat göndərmişdir. Bir neçə gün sonra işin nəticəsi ilə əlaqədar Natəvana zəng edib soruşduqda “Vüsal” adlı şəxsin ona cavab vermədiyini bildirmişdir. Sonrakı günlərdə Natəvan ona zəng edib dedi ki, “Vüsal” adlı şəxs onun telefon zənginə cavab vermiş, “Vüsaldan” pulunu qaytarmasını tələb etdikdə “Vüsal” ona pul kartının surətini göndərməsini, pulu onun kart hesabına göndərərək qaytarmaq istədiyini bildirmişdir. O, Natəvana bildirmişdir ki, “Vüsal” adlı şəxsə pul kartının surətini göndərməsin, kart hesabından pullarını oğurlayar. Odur ki, Natəvan pul kartının surətini ona göndərməmişdir. Lakin Natəvan özünü “Vüsal” kimi təqdim edən şəxsdən ona verdiyi pulunu ala bilməmişdir. O, sonradan başa düşmüşdür ki, özünü “Vüsal” kimi təqdim edən şəxs dələduzdur, odur ki, ona zəng etməmişdir. Natəvana məsləhət görmüşdür ki, baş vermiş hadisə ilə əlaqədar polisə şikayət etsin. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs3 ilə birlikdə Lənkəran rayonu Xarxatan kəndində yaşayır. Heç bir yerdə işləmir. Bacısı Zərərçəkmiş şəxs3 3-cü qrup əlil olduğu üçün pensiya alırdı. 2021-ci il tarixdə o, 2-ci qrup əlil idi və həmin ili onun əllik pensiyası dayandırıldı. Bunla bağlı yuxarı təşkilatlara müraciət etdi. 2022-ci il tarixdə ona 3-cü qrup əlillik dərəcəsi verildi və pensiya almağa başladı. Yaşadıqları ev bərbad vəziyyətdə olduğu üçün 2024-cü ilin yay aylarında qərara gəlmişlər ki, Kapital bankdan kreditə pul götürüb yenidən kiçik bir ev tikdirsinlər. Kapital banka kreditlə bağlı şifahi müraciət etsələr də, kredit borcu olduğu üçün ona əlavə kredit verməmişdir. 04 sentyabr 2024-cü il tarixdə, saat axşam saatlarında evdə olarkən Zərərçəkmiş şəxs3 ona demişdir ki, bir nəfər İlkin adlı şəxs var, dövlət sosial müdafiə fondundan ona sosial yardım düzəldir. Bunun müqabilində müəyyən məbləğdə pul istəyir, o, özü üçün düzəldir, istəyirsə onun üçün də düzəltdirsin”. O, Həmidədən nə qədər pul lazım olduğunu soruşduqda Həmidə məbləği bilmədiyini, İlkin adlı şəxsə zəng edib öyrənib deyəcəyini demişdir. Bir neçə dəqiqədən sonra Həmidə İlkinlə danışdıqdan sonra ona demişdir ki, həmin şəxs ona deyib ki, dövlət sosial müdafiə fondundan onun adına 11.000 manat pul verilməsinə köməklik edə bilər. Bunun üçün 393 manat pul köçürülməlidir. O, Həmidəyə həmin məbləğdə pulunun olmadığını, əgər onun üçün pul köçürə bilərsə verməsini, iş düzəldikdən sonra 393 manatı ona qaytaracağımı bildirmişdir. Həmidə də etiraz etməyib onun üçün 393 manat pul göndərəcəyini demişdir. Həmidə 393 manat pulu qardaşı oğlu Şahid2 verib İlkin adlı şəxsin kart hesabına göndərməsini istəmişdir. Saat təxminən 01 radələrində Ramin 393 manat pulu kənddəki marketlərin birindən ödəmə terminalı vasitəsi ilə İlkinin dediyi hesaba göndərib qəbzi gətirib Həmidəyə vermişdir. Ertəsi günü saat təxminən 18 radələrində Həmidə ona demişdir ki, İlkin dövlət sosial müdafiə fondundan ona pul ayrılması üçün, bank rüsumu və hesab açılmasından ötrü təkrar 320 manat pul istəyir. O, Həmidəyə pulunun olmadığını bildirib təkrar onun üçün 320 manat göndərməsini xahiş etmişdir. Həmidə də onun üçün 320 manat pulu Raminə vermişdir. Ramin pulu İlkinin hesabına göndərdikdən sonra qəbzi gətirib Həmidəyə verdi. Həmidə qəbzin şəklini çəkib İlkinə atdı. Həmin gün axşam saatlarında Həmidə ona dedi ki, İlkin işin həll olunması üçün təkrar 361 manat da pul istəyir. Həmidə yenə İlkinə 361 manat pulu Raminin vasitəsilə göndərdi. Qəbzin şəklini İlkinə atdı. İlkin də pulun ona çatdığını bildirdi. Zərərçəkmiş şəxs3 onun üçün ümumilikdə 1074 manat pul göndərmişdir. Lakin İlkin adlı şəxs onlara pul göndərməmişdir. Buna görə də Həmidə həmin şəxsin ona qarşı etdiyi dələduzluq hərəkətləri barədə yuxarı instansiyalara ərizə ilə müraciət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, İlkin adlı şəxs yoxdur, Həmidəyə özünü İlkin adı ilə təqdim edən şəxs Yevlax rayon sakini Təqsirləndirilən şəxsdur. Həmçinin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 aldadaraq ümumilikdə 4870 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 ona sosial müdafiə fondundan yardım ayrılması üçün göndərdiyi 1074 manat pul özünə məxsusdur. O, ona pulu iş düzəldikdən sonra qaytaracaqmış. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün ifadəsi, zərərçəkmiş və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: 07 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi qəbzlərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəli “M10” hesabına xx.xx.2024-cü il tarixində, saat 17:59-da Lənkəran rayonu Şağlaser kəndində yerləşən “Ay işığı” marketdə yerləşən 54324 nömrəli ödəmə terminalı vasitəsilə 72 manat, saat 20:53-də 327 manat, saat 23:22-də 493 manat, xx.xx.2024-cü il tarixdə, saat 00:19-da 793 manat, saat 00:36-da 600 manat, saat 00:43-də 43 manat, saat 01:55də Şağlaser kəndində yerləşən “yeni market”də yerləşən 01706 nömrəli ödəmə terminalı vasitəsilə 393 manat, saat 01:56-da Şağlaser kəndində yerləşən “Yeni” marketdə yerləşən ödəmə terminalı vasitəsilə 100 manat, saat 18:33-də Lənkəran rayonu Şağlaser kəndində yerləşən “Ay işığı” marketdə yerləşən 54324 nömrəli ödəmə terminalı vasitəsilə 681 manat, saat 18:34-də 320 manat, saat 18:35-də 187 manat, saat 21:03-də 361 manat, xx.xx.2024-cü il tarixdə, saat 19:12-də 500 manat pul vəsaitini köçürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs3 təqdim etdiyi qəbzlər iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd zərfə qoyularaq protokola əlavə edilmişdir. 08 aprel 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayan Zərərçəkmiş şəxs4 Kamıl qızının təqdim etdiyi Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs səs yazıları olan 1 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 31 ədəd müxtəlif saniyələrdə səs yazıları vardır. Həmin 31 ədəd səs yazılarından 1-ci, 20-ci və 22ci səs yazıları iş üçün əhəmiyyətlidir. Birinci 31 saniyəlik səs yazısında Həsənov X3 Tacıman Kamıl qızına işini danışdığını, 700 manat pul tutacağını, onun 200-300 manatını onun köməklik edə biləcəyini, pulu aldıqdan sonra onun pulunu qaytarmağını bildirir. İyirminci 08 saniyəlik səs yazısında Həsənov X3 Tacıman Kamıl qızına pulla bağlı imtina cavabı gəldikdən sonra pulunu kartına atacağını bildirir. İyirmi ikinci 14 saniyəlik səs yazısında Həsənov X3 Tacıman Kamıl qızına 150 manat atmasını bildirir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə “Azercell MMC”-dən 22770 saylı, xx.xx.2024-cü il tarixli məktubla Lənkəran ŞRPŞ-nə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskə baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində mövcud olan zənglər və sms siyahısının, sms mətnlərinə, əhatə dairəsinə və nömrələr adına rəsmiləşdirilmiş şəxslərə dair məlumatların olduğu məlum olur. Diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin sms mətnlərinə baxış keçirilərkən sonuncunun nömrəsinə söyüş məzmunlu mətnlərin yazıldığı, ona göndərilən pulları geri tələb etdikləri məlum olur. Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin sms mətnlərinə baxış keçirilərkən hər hansı sms mətni aşkar edilmədi. Abunəçilərin siyahısına baxış zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinədək olan müddət ərzində telefonla əlaqə saxladığı 158 nəfər şəxsə məxsus sim nömrələrin olduğu görünür. “14331-ant.xlsx” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə, saat 16:27-də 698 saniyə, saat 16:49-da 19 saniyə, saat 16:51-də 14 saniyə, saat 16:59-da 11 saniyə, saat 16:59-da 281 saniyə, saat 17:09-da 704 saniyə, saat 17:51-də 13 saniyə, saat 17:55-də 234 saniyə, saat 22:07-də 158 saniyə, saat 22:24-də 48 saniyə, saat 23:29-da 06 saniyə, saat 23:30da 51 saniyə, saat 23:38-də 27 saniyə, saat 23:51-də 07 saniyə, saat 23:53-də 20 saniyə, xx.xx.2024-cü il tarixdə, saat 10:37-də 52 saniyə, saat 12:32-də 51 saniyə, saat 13:30-da 311 saniyə, saat 14:13-də 98 saniyə, saat 15:34-də 62 saniyə, saat 16:15-də 26 saniyə, saat 17:02-də 82 saniyə, xx.xx.2024-cü il tarixdə, saat 16:23-də 57 saniyə, saat 16:25-də 42 saniyə, saat 17:18-də 42 saniyə, saat 19:01-də 51 saniyə, xx.xx.2024-cü il tarixdə, saat 14:37-də 513 saniyə, xx.xx.2024-cü il tarixdə, saat 11:25-də 11 saniyə, saat 13:31-də 09 saniyə, saat 16:13-də 28 saniyə, saat 21:12-də 66 saniyə, xx.xx.2024-cü il tarixdə, saat 11:34-də 106 saniyə, saat 11:48-də 54 saniyə və saat 14:34-də 394 saniyə müddətində telefon danışıqlarının olması məlum olur. Disk zərfdə saxlanılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət iş üzrə “Pashapay MMC”-dən 1707/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla Lənkəran ŞRPŞ-nə daxil olmuş iki ədəd vərəqədə olan anket və maliyyə məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəli “M10” hesabına köçürülmüş vəsaitlərlə bağlı məlumatların olduğu məlum olur. Anket məlumatlarının olduğu bir ədəd vərəqəyə baxış zamanı xx.xx.1984-cü il təvəllüdlü, Yevlax rayonu Xaldan Ə/D-də qeydiyyatda olan Təqsirləndirilən şəxs fotoşəkilinin olduğu, ***-***- **-** saylı mobil nömrənin M10-da qeydiyyat tarixinin xx.xx.2024-cü il olduğu və xx.xx.2032-ci il tarixinədək etibarlılıq müddətinin olduğu məlum olur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəli “M10” hesabına köçürülmüş vəsaitlərin olduğu bir ədəd vərəqədə olan maliyyə məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli “M10” hesabına xx.xx.2024-cü il tarixində, saat 20:53-də 327 manat, saat 23:22-də 493 manat, xx.xx.2024-cü il tarixdə, saat 00:19-da 793 manat, saat 00:36-da 600 manat, saat 00:43-də 43 manat, saat 01:55-də 393 manat, saat 01:56-da 100 manat, saat 18:33-də 681 manat, saat 18:34-də 320 manat, saat 18:35-də 187 manat, saat 21:04-də 361 manat, xx.xx.2024-cü il tarixdə, saat 19:12-də 500 manat pul vəsaitini köçürüldüyü məlum olur. İki vərəqədə olan anket və maliyyə məlumatları cinayət işinin materiallarına əlavə edilmişdir. “Təqdim olunan sənədlərin götürülməsi və iş materiallarına əlavə edilməsi haqqında” protokoldan görünür ki, Sumqayıt şəhəri, Saray qəsəbəsi, “Qurd dərəsi” yaşayış massivi, fərdi həyət evində yaşayan Zərərçəkmiş şəxs1 təqdim etdiyi özünü “Sosial Müdafiə Nazirliyinin işçisi “Vüsal” adlı şəxs kimi təqdim edən şəxsə göndərdiyi qəbzlərin surətini, həmin şəxslə “WhatsApp” sosial şəbəkəsi üzərindən yazışmalarının kserosurətinə baxış keçirilmiş, baxış zamanı təqdim olunan pul köçürülməsinə dair qəbzlərdən görünür ki, Azərbaycan Beynəlxalq Bank kartına göndərilməklə xx.xx.2024-cü il tarixdə, saat 10:58-də 270(iki yüz yetmiş), həmin tarixdə saat 11:15-də 100(yüz) manat, 1359 nömrəli “eManat” ödəmə terminalından Azərbaycan Beynəlxalq Bankına məxsus sonuncu dörd rəqəmi 3613 olan kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 12:53-də 473(dörd yüz yetmiş üç) manat, saat 15:52-də 300(üç yüz) manat, xx.xx.2024-cü il tarixdə, saat 11:46-da 450(dörd yüz əlli) manat və həmin tarixdə, saat 15:01-də 90(doxsan) manat pul köçürülmüşdür. Beləliklə həmin kart hesabına cəmi 1683(min altı yüz səksən üç) manat məbləğində pulun köçürülməsi müəyyən olunmuşdur. “eManat” ödəmə çeklərinin mətnində müştərinin adı və soyadının baş hərfləri “SA .... HA....” kimi qeyd olunmuşdur. “WhatsApp” sosial şəbəkəsi üzərindən yazışmalarda özünü “bankdan Sevil Vəliyeva” kimi təqdim edən şəxsin “bağlı kartların bərpa olunduğu, ancaq adlarında olan məbləği köçürdə bilməmələri” məzmununda mətn, Zərərçəkmiş şəxs1 ilə yazışan digər şəxsin görüntülü danışmaqla bağlı yazışma, əlaqə saxlayan şəxsin “iclasda olmasını”, “banka getdiyini” bildirməsi və ***-***-**-** mobil nömrəsi ilə yazışmasında söyüş məzmunlu mətnlər vardır. Təqdim olunan sənədlərin kserosurəti sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarına əlavə edilməsi üçün götürülmüşdür. Əməliyyat tapşırığının cavabından görünür ki, Yevlax rayonu Xaldan kənd sakini Həsənov X4 rayon sakini Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində özünə yaxın qohumlarına dövlət sosial müdafiə fondundan yüksək məbləğlərdə pul ayrılmasında köməklik göstərəcəyi vədi ilə aldadıb dələduzluq yolu ilə ümumilikdə 4870 manat pulunu ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şəmkir və Abşeron rayon sakinlərinə qarşı da dələduzluq cinayəti törətdiyi üçün barəsində polis şöbələrində cinayət işi başlanılmış və istintaqı aparılır. Həmçinin Ağdaş rayon polis şöbəsində Təqsirləndirilən şəxs barəsində araşdırma aparılır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törədərkən ona heç kim köməklik etməmişdir. Portal çıxarışından görünür ki, ***-***-**-** saylı mobil nömrə Yevlax rayonu Xaldan kənd sakini Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onu aldadaraq qızı Şahid8 növbədən kənar ev almasına vəd verib ümumilikdə 1859 manat pulunu ələ keçirdiyini, hazırda ona vurulmuş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxsla barışdığını, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun ümumilikdə 700 manat pulunu ələ keçiridyini, hazırda ona dəymiş ümumilikdə 700 manat ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 ərizə ilə Lənkəran ŞRPŞ-nə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4870 manat məbləğində maddi ziyanın ona geri qaytarıldığını, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Yevlax rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmış, xx.xx.2023-cü il tarixdə barəsində Mingəçevir RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinə AR CPM-nin 40.3 və AR CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş, hazırda barəsində Şəmkir RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraatda olmaqla Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı xx.xx.2024-cü il tarixdə AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə sorğusu əsasında əldə edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 7(039)-06/2019 saylı, xx.xx.2019-cu il tarixi, qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə qazancının 15 % dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təkrar cinayət törətdiyinə görə Yevlax Rayon Məhkəməsinin 1(039)-103/2019 saylı, xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nın 67.1-ci maddəsi ilə islah işi cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən bidəşdirilərək üzərində qəti olaraq 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə sorğusu əsasında əldə edilmiş Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində 2024-2025-ci illər ərzində Şəmkir rayonu polis şöbəsində yoxlama aparılmamışdır. Məhkəmə sorğusu əsasında əldə edilmiş Abşeron rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Nəsrəssin oğlunun barəsində Abşeron rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. İstintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran şəhər polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ********* nömrəli cinayət işinin istintaqı aparılır. Ona görə də xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi Lənkəran şəhər polis şöbəsinin istintaq bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Lənkəran şəhər polis şöbəsinə göndərilmişdir. Hal-hazırda Abşeron rayon polis idarəsinin istintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində hər hansı bir material və cinayət işinin istintaqı aparılmır. Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis-polkovnik leytenantı Mehman Novruzovun “ittiham elan edilməli olan şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilməsi haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək və onun tutularaq Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə verilməsi qərara alınmışdır. “Axtarışda olmuş şəxsin tutulması haqqında” 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:05 radələrində Şəmkir RPŞ-nin əmkdaşları tərəfindən saxlanılaraq, Şəmkir PŞ-nə gətirilmişdir. Şəmkir RPŞ İB-nin baş müstəntiqi, polis kapitanı Seymur Musayev tərəfindən qəbul edilmiş “qətimkan tədbirinin seçilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 12:40-da “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 06 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2024-cü il tarixdə saat 15:10-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli 06 oktyabr 2024-cü il saat 15:00-dan hesablanmışdır. Yevlax rayon mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-82/2-791/2024 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs irsi və yoluxucu (onkoloji, vərəm, şəkərli diabet) xəstəliklərlə bağlı “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində qeydiyyatda dayanmır. 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 13 ədəd ödəmə qəbzləri iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut qismində tanınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə umumi maddi ziyan 9.112(doqquz min yüz on iki) manat təşkil etmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan olan 1859 manat, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan olan 700 manat və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan olan 4870 manat pul tam ödənilmiş, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan olan 1683 manat pul ödənilməmiş qalmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Xaldan kənd İƏD dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Xaldan kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə oluur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunduğunu və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 05 oktyabr 2024-cü ildən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 13 ədəd bank qəbzi iş materiallarında saxlanmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlakın, məhkəmə xərcinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs1 cinayət nəticəsində onlara dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 13 ədəd bank qəbzi iş materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-48/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-48/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver