Məhkəmə qərarları › İş №1(049)-49/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-49/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-49/2023 03.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim saat 17:00 Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1997-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, kuryer işləyən, məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla ünvan 1 übvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 48, nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 145.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 doğma bacısı Şahid2 ilə Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs 25 iyul 2022-ci il tarixdə Şahid2 yaşadığı evdə növbəti dəfə görüşərkən hər iki şəxsin könüllü razılığı əsasında cinsi əlaqədə olmasının müfəssəl təsvirinin mobil telefon vasitəsi ilə qeydə alındığı intim videogörüntünün 2022-ci ilin avqust ayının sonlarında ayrı-ayrı şəxslər arasında yayılmasından 31 avqust 2022-ci il tarixdə xəbər tutaraq qardaşı övladı Təqsirləndirilən şəxs3 və övladı Təqsirləndirilən şəxs2 ilə birgə bir qrup şəxs halında Zərərçəkmiş şəxs hərəkətlərinə görə qisas almaq məqsədi ilə həmin gün saat 23:50 radələrində sonuncunun yaşadığı evin qarşısına gedib onu küçəyə çağırtdırmış, onlara yaxınlaşan Zərərçəkmiş şəxs qollarından tutub iradəsinə zidd olaraq avtomobilə əyləşdirərək sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmaqla Lənkəran rayonu, Boladi və Zövlə kəndləri arasından keçən “Ulum çayı”-nın kənarına aparıb orada əxlaqa və birgəyaşayış qaydalarına zidd olan hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs hər iki qolundan tutub müqavimətini qıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib sonuncuya hər iki bazu və kürək nahiyəsində qançırlardan ibarət dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra onu kənd sakinləri arasında rüsvay etmək məqsədi ilə zorla əyninə qırmızı rəngli qadın yubkası və koftası geyindirib, eyni qaydada avtomobillə Lənkəran rayonu, Boladi kəndinə qaytararaq ictimai yer olan çayxanalarda digər şəxslərin olduğu halda, həmin çayxanaların normal iş fəaliyyətinin pozulmasına səbəb olan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs zor tətbiq etməyə davam edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmiş və 01 sentyabr 2022-ci il tarix saat 01:20-yə qədər olan 2 saata qədər müddətdə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər. Təqsirləndirilən şəxs2 doğma bibisi Şahid2 ilə Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs 25 iyul 2022-ci il tarixdə Şahid2 yaşadığı evdə növbəti dəfə görüşərkən hər iki şəxsin könüllü razılığı əsasında cinsi əlaqədə olmasının müfəssəl təsvirinin mobil telefon vasitəsi ilə qeydə alındığı intim videogörüntünün 2022-ci ilin avqust ayının sonlarında ayrı-ayrı şəxslər arasında yayılmasından 31 avqust 2022-ci il tarixdə xəbər tutaraq əmisi övladı Təqsirləndirilən şəxs3 və atası Təqsirləndirilən şəxs1 ilə birgə bir qrup şəxs halında Zərərçəkmiş şəxs hərəkətlərinə görə qisas almaq məqsədi ilə həmin gün saat 23:50 radələrində sonuncunun yaşadığı evin qarşısına gedib onu küçəyə çağırtdırmış, onlara yaxınlaşan Zərərçəkmiş şəxs qollarından tutub iradəsinə zidd olaraq avtomobilə əyləşdirərək sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmaqla Lənkəran rayonu Boladi və Zövlə kəndləri arasından keçən «Ulum çayı»-nın kənarına aparıb orada əxlaqa və birgəyaşayış qaydalarına zidd olan hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs hər iki qolundan tutub müqavimətini qıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib sonuncuya hər iki bazu və kürək nahiyəsində qançırlardan ibarət dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra onu kənd sakinləri arasında rüsvay etmək məqsədi ilə zorla əyninə qırmızı rəngli qadın yubkası və koftası geyindirib, eyni qaydada avtomobillə Lənkəran rayonu, Boladi kəndinə qaytararaq ictimai yer olan çayxanalarda digər şəxslərin olduğu halda, həmin çayxanaların normal iş fəaliyyətinin pozulmasına səbəb olan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs zor tətbiq etməyə davam edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmiş və 01 sentyabr 2022-ci il tarix saat 01:20-yə qədər olan 2 saata qədər müddətdə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər. Təqsirləndirilən şəxs3 doğma bibisi Şahid2 ilə Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs 25 iyul 2022-ci il tarixdə Şahid2 yaşadığı evdə növbəti dəfə görüşərkən hər iki şəxsin könüllü razılığı əsasında cinsi əlaqədə olmasının müfəssəl təsvirinin mobil telefon vasitəsi ilə qeydə alındığı intim videogörüntünün 2022-ci ilin avqust ayının sonlarında ayrı-ayrı şəxslər arasında yayılmasından 31 avqust 2022-ci il tarixdə xəbər tutaraq əmisi övladı Təqsirləndirilən şəxs2 və əmisi Təqsirləndirilən şəxs1 ilə birgə bir qrup şəxs halında Zərərçəkmiş şəxs hərəkətlərinə görə qisas almaq məqsədi ilə həmin gün saat 23:50 radələrində sonuncunun yaşadığı evin qarşısına gedib onu küçəyə çağırtdırmış, onlara yaxınlaşan Zərərçəkmiş şəxs qollarından tutub iradəsinə zidd olaraq avtomobilə əyləşdirərək sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmaqla Lənkəran rayonu Boladi və Zövlə kəndləri arasından keçən “Ulum çayı”-nın kənarına aparıb orada əxlaqa və birgəyaşayış qaydalarına zidd olan hərəkətlərə yol verməklə onun hər iki qolundan tutub müqavimətini qıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib sonuncuya hər iki bazu və kürək nahiyəsində qançırlardan ibarət dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra onu kənd sakinləri arasında rüsvay etmək məqsədi ilə zorla əyninə qırmızı rəngli qadın yubkası və koftası geyindirib, eyni qaydada avtomobillə Lənkəran rayonu, Boladi kəndinə qaytararaq ictimai yer olan çayxanalarda digər şəxslərin olduğu halda, həmin çayxanaların normal iş fəaliyyətinin pozulmasına səbəb olan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs zor tətbiq etməyə davam edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmiş və 01 sentyabr 2022-ci il tarix saat 01:20-yə qədər olan 2 saata qədər müddətdə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 145.2.4 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı X11 ilə birlikdə yaşayır. Üç bacısı və iki qardaşı var. Fərdi təsərrüfatla məşğul olur. Övladları 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 2000-ci il təvəllüdlü X12 Bakı şəhərində yaşayırlar. 28 avqust 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs2 Bakı şəhərindən istifadəsində olan mobil telefonla onun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng edib bacısı Əfiqənin Boladi kəndində kənd sakini Mirnaib adlı şəxslə intim videosunun olduğunu və bu barədə ona kənd sakinlərinin məlumat verdiyini bildirmişdir. Lakin özündə video olmadığını və atasının bu məsələyə aydınlıq gətirməsini istəmişdir. 28 avqust 2022-ci il tarixdə günorta saatlarında Boladi kəndinə bacısıgilə getmiş, bacısından kənd sakini Mirnaiblə arasında intim münasibətinin olub-olmamasını, sonuncunun evə gəlib-gəlmədiyini soruşmuş, Əfiqə Mirnaiblə arasında heç bir münasibət olmadığını bildirdikdən sonra bacısının mobil telefonunu götürüb “Whatsapp” proqramına daxil olmuşdur. Həmin proqramda Mirnaiblə bacısının yazışmalarına daxil olduqda bacısı ilə Mirnaib arasında olan intim videonu görmüşdür. İntim videonun müddəti təxminən bir dəqiqə olmuşdur. Orada bacısı və Mirnaib çılpaq vəziyyətdə bir-birini öpmüşlər. Bu videonu gördükdən sonra Əfiqə ona heç nə bildirməmiş, o, əsəbiləşsə də Əfiqəni döyməmişdir. Bundan sonra Liman şəhərinə, evinə geri qayıtmışdır. Bir neçə gün bu hadisəni düşünərək nə edə biləcəyini götür-qoy etmişdir. Mirnaib onun namusuna toxunduğu üçün sonuncudan intiqam almaq qərarına gəlmişdir. Artıq bu hadisə Boladi kənd sakinləri arasında yayılmışdır. 31 avqust 2022-ci il tarixdə, səhər saatlarında oğlu Rahidi, qardaşı övladları Ramin və Orxanı Bakı şəhərindən Lənkəran rayonuna çağırmışdır. Rahid axşam saatlarında evə gəldikdən sonra oğlunu götürüb Boladi kəndinə gedib qardaşı övladları Orxan və Raminlə görüşmüşdür. Artıq onlar da bu hadisədən xəbərdar olmuşlar. Orada Mirnaibdən intiqam almaq istədiyini, bu işdə ona kömək etməklərini istəmişdir. Oğlu və qardaşı övladları Orxan və Ramin ona kömək edəcəklərini bildirmişlər. Bundan sonra onlara Mirnaibə don geyindirib Boladi kəndində çayxanalara salaraq əhali arasında biyabır etmək istədiyini bildirmişdir. Ramin, Rahid və Orxan onun fikrini dəstəkləyərək kömək edəcəklərini bildirmişlər. O, Orxana məxsus markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Mirnaibi digərlərinin köməyi ilə məcburi şəkildə avtomobilə əyləşdirib don geyindirdikdən sonra kəndin çayxanalarına aparmaq qərarına gələrək axşam saat 23 radələrində bacısını da götürüb Orxan, Ramin və Rahidlə birlikdə Mirnaibin yaşadığı evin yaxınlığına avtomobillə getmişlər. Bacısına istifadəsində olan mobil telefonla Mirnaibə zəng edib küçədə görüşmək istəməsini deməsini bildirmişdir. Bacısı Mirnaibə zəng edib küçəyə çağırmışdır. Əfiqə avtomobildən düşüb Mirnaibgilin evinin həyətinin qapısından 5-10 metr aralıda dayanaraq Mirnaibi gözləmiş, Mirnaib evin həyətindən küçəyə çıxaraq Əfiqə ilə görüşmüş, bundan sonra Orxan maşını Mirnaibin yanına sürmüşdür. O və Rahid maşından düşüb Mirnaibin qollarından və bədənindən tutub zorla avtomobilə əyləşdirmişlər. Bu vaxt Mirnaib onlarla birgə avtomobilə əyləşmək istəməmiş, lakin onun müqavimətini qırmaq mümkün olmuşdur. Avtomobili Orxan idarə etmiş, o, Rahid və Mirnaib arxa otaracaqda əyləşmişlər. O və oğlu Rahid avtomobildə Mirnaibin qollarından tutaraq onun qaçmasına mane olmuşlar. Ramin avtomobili ilə Əfiqəni oradan götürərək getmişdir. Saat 23 radələrində Boladi kəndində avtomobil yolunun kənarında “Ulum” çayının yanında saxlayıb avtomobildən düşmüşlər. Mirnaibə Əfiqənin qardaşı olduğunu bildirdikdən sonra nə səbəbə əxlaqsız hərəkətlər etdiyini soruşduqda Mirnaib ona bacısı ilə görüşmədiyini desə də, sonradan etiraf edərək səhv etdiyini bildirmişdir. Bundan sonra Mirnaibə bacısının donunu geyinməsini, geyinmədiyi təqdirdə namusunu ləkələdiyi üçün onu öldürəcəyini bildirmişdir. Mirnaib qorxaraq əynində olan paltarların üzərinə onun verdiyi bacısına məxsus donu geyinmişdir. Bundan sonra Mirnaibi yenidən zorla avtomobilə mindirib əvvəlcə Boladi kəndinin girişindən təxminən 1 km irəlidə avtomobil yolunun solunda “Qurbanın çayxanası” adı ilə tanınan çayxanaya aparmışlar. Çayxanada Mirnaibi avtomobildən zorla düşürərək çayxananın həyətinə aparıb orada gəzməsini, çayxanada əyləşən çoxsaylı kənd sakinlərinin Mirnaibin biyabır olmasını görməsini istəmişdir. Mirnaib çayxananın həyətində 4-5 dəqiqə qaldıqdan sonra sonuncunu məcburi şəkildə avtomobilə mindirib kəndin mərkəzində, icra nümayəndəliyinin inzibati binasının yaxınlığında yerləşən “Vurğunun çayxanası” kimi tanınan çayxanaya aparmışlar. Həmin çayxananın da həyətində Mirnaibin gəzməsini və ətrafdakı şəxslərə biyabır olmasını istəmişdir. Mirnaibi Rahidlə birlikdə məcburi avtomobildən düşürüb çayxananın həyətinə gətirmişlər. Burada da Mirnaibi kənd sakinləri gördükdən sonra evinə getmişdir. Mirnaibə öz iradəsi əleyhinə don geyindirməkdə məqsədi sonuncunu kənd sakinləri içərisində rüsvay etmək olmuş, belə ki, bacısının Mirnaiblə intim videosu haqqında bütün kənd sakinləri danışmışlar. Təqsirləndirilən şəxs1 son sözündə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 145.2.4 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı X13, qardaşı 2000-ci il təvəllüdlü X12 və 2020-ci il təvəllüdlü övladı X14 ilə birlikdə yaşayır. 2014-cü ildə Lənkəran rayonu, Liman şəhəri, 1 saylı tam orta məktəbi bitirib, hərbi xidmətə yollanmış, hərbi xidmətdə 10 ay qulluq etdikdən sonra xidmət zamanı öz ehtiyatsızlığı nəticəsində yıxılaraq xəsarət almış və nəticədə hərbi xidmət üçün yararsız olan hərbi bilet alaraq xidmətini yarımçıq başa vurmuşdur. Geri qayıtdıqdan sonra bir müddət işsiz olmuş, 2019-cu ildə Ülkər Bayramlı ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan bir övladı var. 2021-ci ildən hazırkı vaxta qədər Bakı şəhərində kirayədə qalır. “Wolt” şirkətində kuryerlik fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Qardaşı Röyal da kuryerlik fəaliyyəti ilə məşğul olur. Atası və anası isə Lənkəran rayonu, Liman şəhərində birgə yaşayırlar. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımış, onunla əvvəllər ədavəti, düşmənçiliyi olmamış, eləcə də qohumluq münasibətləri olmamışdır. Şahid2 onun doğma bibisidir, sonuncu ilə hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. 2022-ci ilin avqust ayının sonlarında dostu və həmkəndlisi olan bir neçə şəxs ona Zərərçəkmiş şəxs və Şahid2 intim videogörütülərinin olmasını və həmin görüntülərin kənd sakinləri arasında yayılmasını bildirmişlər. Onun mobil telefonunda «Whatsapp» proqramı olmadığı üçün həmin görüntülər onun telefonunda olmamışdır. xx.xx.2022-ci il tarixdə atası ilə bu barədə mobil telefon vasitəsi ilə danışan zaman atasının narahatlıq keçirdiyini hiss etmiş və danışıqdan sonra əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birgə kəndə gəlməyi qərara almışdır. O və Orxan sonuncuya məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Toyato Prius” markalı avtomobillə həmin gün axşam saatlarında kəndə gəlmişlər. Kəndə çatanda Orxanın mobil telefonunda Mirnaib və Əfiqənin intim videogörüntüsü olan 53 saniyəlik videoya baxmışdır. Həmin görüntüdə Mirnaib və Əfiqə çılpaq formada bir-birlərini öpmüşlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Orxanla birgə Boladi kəndində avtomobillə mərkəzdə yerləşən “Vurğunun çayxanası” kimi tanınan çayxanaya gedərkən kəndin mərkəzində yerləşən dairəyə çatmamış “Lanko” marketin qarşısında yolda atası Zahid və əmisi oğlu Şahid1 sonucunun idarə etdiyi “Kia Optima” markalı avtomobildə görmüşlər. Mirnaib və Əfiqənin “görüş yeri” kimi tanınan ünvana yollanmışlar. Həmin yeri ona mobil telefonda atası bildirmişdir. Birgə avtomobillə oraya çatdıqda uzaqdan Əfiqə və Mirnaibin darvazanın qarşısında söhbət etdiklərini görərək dərhal onlara yaxınlaşmışlar, Mirnaiblə söhbət edərək nə üçün bibisi ilə cinsi əlaqədə olmasını və həmin anı videolentə çəkib kənd sakinləri arasında yaymasını soruşmuşlar. Mirnaib həmin görüntüləri özünün çəkməsini bildirsə də, videogörüntülərin özü tərəfindən yayılmadığını demişdir. Rahid Mirnaibin kəmərinin bel hissəsindən tutaraq qaçmasına mane olmuşdur. Mirnaibin qollarından və bədənindən tutub zorla avtomobilə əyləşdirmişlər. Bu vaxt Mirnaib onlarla birgə avtomobilə əyləşmək istəməmiş, lakin onun müqavimətini zor tətbiq edərək qırmışlar. Avtomobili Orxan idarə etmiş, o, Zahid və Mirnaib arxa otaracaqda əyləşmişlər. Atası ilə birlikdə avtomobildə Mirnaibin qollarından tutaraq sonuncunun qaçmasına mane olmuşlar. Ramin isə digər avtomobili idarə etmişdir. Onlar oraya iki avtomobillə getmişlər. Saat 23 radələrində Boladi kəndində avtomobil yolunun kənarında “Ulum” çayının yanında saxlayıb avtomobildən düşmüşlər. Ramin sonradan çıxıb getmişdir. Mirnaibə Əfiqəyə hansı səbəbə əxlaqsız hərəkətlər etdiyini soruşduqda Mirnaib ona bibisi ilə görüşmədiyini desə də, sonradan etiraf edərək səhv etdiyini bildirmişdir. Bundan sonra Mirnaibə bibisinin donunu geyinməsini, geyinmədiyi təqdirdə namusunu ləkələdiyi üçün onu öldürəcəklərini bildirmişlər. Mirnaib qorxaraq əynində olan paltarların üzərinə onun verdiyi bibisinə məxsus donu geyinmişdir. Bundan sonra Mirnaibi yenidən zorla avtomobilə mindirib əvvəlcə Boladi kəndinin girişindən təxminən 1 km irəlidə avtomobil yolunun solunda “Qurbanın çayxanası” adı ilə tanınan çayxanaya aparmışlar. Çayxanada Mirnaibi avtomobildən zorla düşürərək çayxananın həyətinə aparıb orada gəzməsini, çayxanada əyləşən çoxsaylı kənd sakinlərinin Mirnaibin biyabır olmasını görməsini istəmişdir. Bu zaman çayxanada təxminən xatırlamadığı 6-7 nəfər şəxs olmuşdur. Mirnaib çayxananın həyətində 4-5 dəqiqə qaldıqdan sonra sonuncunu məcburi şəkildə avtomobilə mindirib kəndin mərkəzində, icra nümayəndəliyinin inzibati binasının yaxınlığında yerləşən “Vurğunun çayxanası” kimi tanınan çayxanaya aparmışlar. Həmin çayxananın da həyətində Mirnaibin gəzməsini və ətrafdakı şəxslərə biyabır olmasını istəmişdir. Mirnaibi Zahidlə birlikdə məcburi avtomobildən düşürüb çayxananın həyətinə gətirmişlər. Burada da Mirnaibi kənd sakinləri gördükdən sonra evinə getmişdir. Mirnaibə öz iradəsi əleyhinə don geyindirməkdə məqsədi sonuncunu kənd sakinləri içərisində biyabr etmək olmuşdur. Təqsirləndirilən şəxs2 son sözündə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı övladının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 145.2.4 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, icarəyə götürdüyü “Toyota Prius” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs uşaqlıqdan həmkəndlisi kimi tanımışdır. Onunla ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri olmamışdır. Şahid2 onun bibisidir, sonuncu ilə hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. 2022ci ilin avqust ayının sonlarında Bakı şəhərində olarkən əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə mobil telefonda danışan zaman ondan kənddə olan biabırçılıqdan xəbərinin olubolmadığını soruşmuş, o, Rahiddən nə baş verdiyini soruşduqda, ona Zərərçəkmiş şəxs Şahid2 ilə cinsi əlaqədə olduğunu və bunu, bütün kənd sakinlərinin bildiyini demişdir. Rahid onunla mobil telefonda danışarkən Lənkəran rayonu ərazisində olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Lənkəran rayonu, Boladi kəndinə icarəyə götürdüyü “Toyato Prius” markalı avtomobillə tək gəlmişdir. Kəndə gəlməkdə məqsədi, anasını görmək, həmçinin bir neçə gün istirahət edib geri qayıtmaq olmuşdur. Həmin gün axşam saatlarında Rahidi Boladi kəndində görsə də, sonuncu ilə ünsiyyətdə ola bilməmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rahidlə Lənkəran rayonu, Boladi kəndində məhlədə görüşüb böyük əmisi Baxşəligilə yollanmışlar. Baxşəligilə getməkdə məqsəd əmisi Zahidin də orada olması və Rahidin onu Baxşəligilə aparmasını xahiş etməsi olmuşdur. Yolda olarkən avtomobildə Rahid ona öz mobil telefonunda Əfiqə ilə Mirnaibin intim veogörüntüsünü göstərmiş, o, həmin videogörüntüyə 4-5 saniyə baxdıqdan sonra daha baxa bilməmişdir. Baxşəligilə çatanda Baxşəli, övladı Ramin, əmisi Zahid və ailə üzvləri orada olmuşlar. Burada Əfiqə ilə Mirnaibin arasında olan intim görüntünün kənd sakinləri arasında yayılmasından, buna görə onların hər birinin biyabr olmasından danışmışlar. Əfiqə ilə Mirnaibin görüşdükləri “kimsəsiz evə” getmişlər. O və Rahid həmin ünvana çatan vaxt eyni vaxtda əmisi Zahid və Ramin də oraya çatmışlar. Əmisi dərhal göy darvazası olan evin həyətinə daxil olmuş, onlar da Zahidin ardınca girmişlər. Bu vaxt Mirnaib Əfiqə ilə həmin evin həyətində söhbət etmişdir. Onlar içəri daxil olanda Əfiqə Mirnaibdən aralanmış və onlar Mirnaiblə söhbət etməyə başlamışlar. Ramin sonradan Əfiqənin götürüb getmişdir. Mirnaibdən nə üçün həmin görüntüləri kənd sakinləri arasında yaydığını soruşduqda, Mirnaib həmin görüntülərin özünün çəkildiyini desə də, yaymadığını bildirmişdir. Mirnaibin kəmərinin bel hissəsindən tutaraq qaçmasına mane olmuşdur. Mirnaibin qollarından və bədənindən tutub zorla avtomobilə əyləşdirmişlər. Bu vaxt Mirnaib onlarla birgə avtomobilə əyləşmək istəməmiş, lakin onun müqavimətini qırmışlar. O, Avtomobili idarə etmiş, Rahid, Zahid və Mirnaib arxa otaracaqda əyləşmişlər. Rahid və Zahid avtomobildə Mirnaibin qollarından tutaraq sonuncunun qaçmasına mane olmuşlar. Ramin isə digər avtomobili idarə etmişdir. Onlar oraya iki avtomobillə getmişlər. Saat 23 radələrində Boladi kəndində avtomobil yolunun kənarında “Ulum” çayının yanında saxlayıb avtomobildən düşmüşlər. Mirnaibə Əfiqəyə nə səbəbə əxlaqsız hərəkətlər etdiyini soruşduqda Mirnaib ona bibisi ilə görüşmədiyini desə də, sonradan etiraf edərək səhv etdiyini bildirmişdir. Bundan sonra Mirnaibə bibisinin donunu geyinməsini, geyinmədiyi təqdirdə namusunu ləkələdiyi üçün onu öldürəcəklərini bildirmişlər. Mirnaib qorxaraq əynində olan paltarların üzərinə onun verdiyi bibisinə məxsus donu geyinmişdir. Bundan sonra Mirnaibi yenidən zorla avtomobilə mindirib əvvəlcə Boladi kəndinin girişindən təxminən 1 km irəlidə avtomobil yolunun solunda “Qurbanın çayxanası” adı ilə tanınan çayxanaya aparmışlar. Çayxanada Mirnaibi avtomobildən zorla düşürərək çayxananın həyətinə aparıb orada gəzməsini, çayxanada əyləşən çoxsaylı kənd sakinlərinin Mirnaibin biyabır olmasını görməsini istəmişdir. Bu zaman çayxanada təxminən xatırlamadığı şəxslər olmuşdur. Mirnaib çayxananın həyətində 4-5 dəqiqə qaldıqdan sonra sonuncunu məcburi şəkildə avtomobilə mindirib kəndin mərkəzində, icra nümayəndəliyinin inzibati binasının yaxınlığında yerləşən “Vurğunun çayxanası” kimi tanınan çayxanaya aparmışlar. Həmin çayxananın da həyətində Mirnaibin gəzməsini və ətrafdakı şəxslərə biyabır olmasını istəmişlər. Mirnaibi məcburi avtomobildən düşürüb çayxananın həyətinə gətirmişlər. Burada da Mirnaibi kənd sakinləri gördükdən sonra evinə getmişdir. Mirnaibə öz iradəsi əleyhinə don geyindirməkdə məqsədi sonuncunu kənd sakinləri içərisində rüsvay etmək olmuşdur. Təqsirləndirilən şəxs3 son sözündə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən “Araz” supermarketində anbardar vəzifəsində işləyir. Lənkəran rayonu, Boladi kənd sakini Şahid2 uşaqlıqdan tanıyır. Əfiqə onun yaşadığı evdən təxminən 700-800 metr uzaqda qonşuluqda yaşayır. Onunla əvvəllər münasibətləri demək olar ki, olmamışdır. 2021-ci ilin avqust ayının axırlarında Boladi kəndində yolda olarkən o, Əfiqəni görüb ona salam vermiş, söhbət əsnasında Əfiqə ondan evdə saxlaması üçün it tapmasını xahiş etmiş, o da Əfiqədən mobil nömrəsini alaraq it tapan kimi ona xəbər edəcəyini demişdir. Daha sonra o, Bakı şəhərində işə qəbul olaraq işləmək üçün oraya getmişdir. Lakin Əfiqə ilə mobil telefonda «Whatsapp» proqramı vasitəsi ilə danışmağa davam etmişdir. 2021-ci ilin noyabr ayında əmək məzuniyyətində olarkən kəndə qayıtmış, kənddə Əfiqə onu evlərinə çay içməyə dəvət etmiş, lakin kiminsə görməməyi üçün gecə gəlməsini xahiş etdikdə dəvəti qəbul edərək Əfiqəgilə getmişdir. Həmin vaxt o, Əfiqə ilə oral yolla ağız nahiyəsindən cinsi əlaqədə olmuş, təbii yolla cinsi əlaqədə olmağı təklif etsə də, Əfiqə bakirə olduğunu və təbii yolla cinsi əlaqədə ola bilməyəcəyini demişdir. Bundan sonra o, Bakı şəhərinə geri dönmüş, 2022-ci ilin fevral ayında yenidən kəndə qayıtmışdır. Kənddə olarkən Əfiqəgilin evində sonuncu ilə görüşmüş, bu zaman da Əfiqə ilə oral yolla ağız nahiyəsindən cinsi əlaqədə olmuşdur. 2022-ci ilin aprel ayında Əfiqə ilə yenidən iki dəfə görüşmüşdür. Sonuncu dəfə, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində kənddə olarkən yenidən Əfiqənin dəvəti ilə onlara getmiş, bu vaxt Əfiqəyə məxsus otaqda oral yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra o, istifadəsində olan “XiaomiRedmi9T” markalı mobil telefonla Əfiqə və o, paltarsız formada olarkən ikisinin təxminən bir dəqiqəlik videogörüntüsünü çəkmiş, həmin videoda Əfiqə onun qucağında çarpayıda uzanmış vəziyyətdə bir-birlərini öpmüşlər. Daha sonra o, Əfiqəgildən çıxaraq yaşadığı evə getmişdir. Evə getdikdən sonra Əfiqə həmin videogörüntünü ondan istəmiş, o da «Whatsapp» sosial proqramı vasitəsi ilə həmin görüntünü istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsindən Əfiqənin istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə göndərmişdir. Daha sonra həmin videogörüntünü öz mobil telefonundan silmişdir. Əfiqə ona tez-tez ismarıc yazdığı üçün onun mobil nömrəsini bloka atmışdır. Bakı şəhərində olarkən təxminən 26-27 avqust 2022-ci il tarixlərdə istifadəsində olan mobil nömrəyə «Whatsapp» proqramı vasitəsi ilə Əfiqə ilə onun intim videogörüntüsünü əks etdirən həmin çəkilişi göndərməyə başlamışlar. Həmin videonu ona göndərən şəxslər Boladi kənd sakinləri dostları Mirelnur, Əbülfət, xalası oğlu İlkin Əhmədov və dayısı oğlu Sadiq Məlikov olmuşlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərindən Boladi kəndinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində Əfiqə ona ismarıc yazaraq onunla aralarında olan intim videogörüntünün yayılması barədə məsələni müzakirə etmək üçün təcili görüşmək lazım olduğunu bildirmişdir. O, razılaşmış və bir neçə dəqiqə sonra evdən çıxaraq küçəyə getmişdir. Əfiqə ondan təxminən 20 metr aralıda olmuş, ona yaxınlaşdıqdan sonra qəfildən “Toyoto Prius” markalı avtomobil yanında saxlayıb onu zorla avtomobilə əyləşdirmişlər. Onlar Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və sonuncun oğlu Rahid adlı şəxslər olmuşlar. X4 da orada olmuş, lakin ona heç bir zor tətbiq etməmiş və Əfiqəni oradan götürərək getmişdir. Onu avtomobilə zorla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əyləşdirmişdir. Zahid və oğlu onun sağ və solunda arxa oturacaqda, Orxan isə sükan arxasında əyləşmişdi. Avtomobildə olarkən Zahid və oğlu Rahid onun qolundan tutaraq qaçmasına mane olmuşlar. Bir qədər getdikdən sonra Boladi və Zövlə kəndləri arasındakı körpünün Zövlə kəndi hissəsinə düşən ərazisində çayın kənarında avtomobili saxlayıb, onu zorla avtomobildən düşürdüb döyməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs1 onun kəmərinin bel hissəsindən tutaraq qaçmasına mane olmuşdur. Ondan həmin görüntüləri kimin çəkdiyini və kimin yaydığını soruşmuşlar. Zahid yayan şəxsin kim olduğunu deməsə, onu öldürəcəyi ilə hədələmişdir. O, isə həmin şəxslərə intim görüntünü özünün çəkdiyini bildirsə də, sadəcə olaraq Əfiqəyə göndərdiyini, başqa heç bir kəsə göndərmədiyini bildirmişdir. Həmin üç nəfər şəxs onu əllə, yumruqla və təpiklə döymüşlər. Konkret olaraq kimin hansı nahiyəsinə vurmasını görməmişdir. Daha sonra isə şalvarını əynindən çıxarmaq istəsələr də, o, müqavimət göstərdiyi üçün çıxara bilməmişlər. Rahid avtomobildən qadın donu və koftası gətirərək Orxana vermiş, Orxan da həmin paltarları zorla onun əyninə geyindirmişdir. Bundan sonra Zahid onu zorla dizi üstdə otuzdurmuş və Rahid sidiyini onun üzərinə ifraz etmişdir. Bu zaman o, kənara çəkildiyi üçün sidik şalvarına bulaşmışdır. Daha sonra onu yenidən avtomobilə əyləşdirib hara isə aparmağa başlamışlar. Bir qədər getdikdən sonra Boladi kəndində “Qurbanın çayxanası” kimi tanınan çayxanada saxlayıb onu avtomobildən aşağı düşürmüşlər. Çayxanada təxminən 3-4 müştəri olmuş, onlardan əlavə də çayxananın sahibi Qurban və onun qardaşı Zirəddin də orada olmuşdur. Zahid həmin şəxslərdən “bu şərəfsizi tanıyırsınız?”deyə soruşmuş, bu zaman Qurban onları oradan qovmuşdur. Yenidən onu avtomobilə əyləşdirib Boladi kəndinin mərkəzində yerləşən 1 saylı məktəblə üzbəüz yerləşən “Vurğunun çayxanası” kimi tanınan çayxanaya gətirmişlər. Burada da onu avtomobildən düşürüb qadın donunda çayxanada gəzdirərək şərəf və ləyaqətini alçaltmışlar. Burada təxminən 4-5 nəfər müştəri və çayxananı işlədən Vurğun adlı şəxs orada olmuşdur. Müştəri qismində həmkəndlilərini tanısa da, digər şəxsləri isə tanımamışdır. Daha sonra onu orada qoyub çıxıb getmişlər. O, əyninə zorla geyindirilmiş donu və koftanı çıxarıb kənara, xatırlamadığı yerə atmış və evinə doğru piyada getmişdir. Yolda olarkən kürəkəni Nurlan Bağırov onu götürərək evə gətirmişdir. Baş vermiş hadisə təxminən bir saat yarım davam etmişdir. Zərərçəkmiş şəxs məhkəmə çıxışında təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını, onlarla barışdığını, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmiş və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır. Onunla ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri olmamışdır. Şahid2 onun bibisidir, sonuncu ilə hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Lənkəran rayonu Boladi kəndinə gəlmiş, xx.xx.2022-ci il tarixdə isə Bakı şəhərinə qayıtmışdır. Təxminən xx.xx.2022-ci il tarixdə xatırlamadığı tanışı ona öz mobil telefonunda Əfiqənin Boladi kəndində kənd sakini Mirnaib adlı şəxslə intim videosunun olduğunu və bu barədə ona kənd sakinlərinin məlumat verdiyini bildirmişdir. Həmçinin həmin videogörüntünün onun mobil telefonunda olduğunu demişdir. O, həmin videogörüntünün təxminən 4-5 saniyəsinə baxıb görüntüdə Əfiqə və Mirnaib olduğunu görüb videogörüntüyə baxmağı dayandırmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində əmisi Təqsirləndirilən şəxs1 əsəbi halda onlara gələrək Əfiqə ilə Mirnaibin arasında olan intim görüntünün kənd sakinləri arasında yayılmasından narahat olduğunu və onların yenə də görüşdüyünü ehtimal edərək Əfiqənin evdə olub-olmadığını yoxlamaq üçün onlara getmək lazım olduğunu bildirmişdir. Ondan avtomobilini istəmiş, o da əmisi olduğu üçün onu tək qoymamış və Zahidlə birgə özünə məxsus “Kia Optima” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə bibisigilə getməyi qərara almışdır. Yolda olarkən əmisi övladları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə sonuncunun idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyato Prius” markalı avtomobillə qarşılaşmışlar. Əmisi onlara Mirnaib və Əfiqənin görüşdüklərini, gedib onun harada olmasını bilmək istədiyini demiş və onunla Əfiqənin yaşadığı evə getmişlər. Rahid və Orxan isə Əfiqə ilə Mirnaibin kənddə “görüş yeri” kimi tanınan ünvana yolanmışlar. Rahidgilin oraya getməsinə səbəb həmin vaxt Mirnaibin və Əfiqənin orada birgə olmalarından şübhələnmələri olmuşdur. O və əmisi isə Əfiqəgilə getsələr də, Əfiqəni evdə tapa bilməmişlər. Bundan sonra o və Zahid avtomobilə əyləşib Əfiqəgilin “görüş yeri”-nə yollanmışlar. Ora çatanda o, Rahid və Orxanın küçədə Mirnaiblə söhbət etdiyini, Əfiqənin isə onlardan bir qədər kənarda ağladığını görmüşdür. Zahid ondan qabaqda cəld şəkildə gedərək Mirnaibin kəmərinin bel hissəsindən tutaraq onun qaçmağına mane olmuş, o da əmisinə yaxınlaşıb Mirnaibin qaça bilməyəcəyini, onu buraxmasını bildirmiş və daha sonra Mirnaiblə söhbət etməyə başlamışdır. Mirnaib ona yalvararaq ona heçnə etməmələrini xahiş etmiş, o isə Mirnaibə heçnə etməyəcəklərini bildirmişdir. Lakin bibisi ilə cinsi əlaqədə olmasını və bunu kənddə yaymasına görə ona öz iradını bildirmişdir. Bundan sonra o, Əfiqəni götürüb avtomobilinə əyləşdirib onu yaşadığı evə aparmışdır. Mirnaibi oradan hara aparmalarını görməmiş, çünki o, tez oradan çıxıb getmişdir. O, Əfiqəni evinə aparıb onunla təxminən 15 dəqiqəyə yaxın söhbət etmiş, Əfiqəni evə buraxıb geri qayıdan zaman yolda Orxangili görmüş, bu zaman avtomobili Orxan idarə etmiş, Rahid, Mirnaib və Zahid isə arxa oturacaqda əyləşmişdilər. Orxan ona “gəl”-deyə bildirərək avtomobili sürüb getmiş, lakin Orxanın idarə etdiyi avtomobili gözdən itmişdir. Orxanın istifadəsində olan mobil telefona zəng etdikdə Orxan çayxanaya getdiklərini bildirmiş, o da elə düşünmüşdür ki, onlar kəndin mərkəzində yerləşən və “Vurğunun çayxanası” kimi tanınan çayxanaya getmişlər. Həmin çayxanaya getdikdə onların orada olmadıqlarını görmüş, Orxana zəng edərək harada olmaqlarını soruşduqda Orxan ona Qurbanın çayxanasında olduqlarını və o, olduğu yerə gəldiklərini demiş və və onları gözləmişdir. Təxminən 5 dəqiqə sonra onlar, yəni Orxan, Rahid, Zahid və Mirnaib Vurğunun çayxanasına gəlmişlər. Mirnaibin əynində qadın donu və koftası olmuş, Zahid və Rahid Mirnaibin qollarından zorla tutub onu çayxanada gəzdirmiş, o, həmin vaxt öz avtomobilində olmuş və bir qədər sonra evə getmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, bacısı X5 ilə birgə yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır. Onunla əvvəllər yaxın münasibəti olmamışdır. 2021-ci ilin avqsut ayının ortalarında küçədə Mirnaiblə rastlaşmış, bu zaman o, Mirnaibdən ona saxlamaq üçün it tapmasını xahiş etmişdir. Mirnaib ondan mobil telefon nömrəsini alaraq it tapan kimi ona məlumat verəcəyini bildirmişdi. Bundan sonra Mirnaiblə münasibətləri başqa məcrada inkişaf etmiş, belə ki, Mirnaib onunla cinsi əlaqədə olmağı xahiş etmiş, o isə Mirnaibə gedib tayını tapmasını bildirmişdir. Lakin Mirnaib ondan əl çəkməmiş və o, məcbur qalıb görüşməyə razılıq vermişdir. 2021-ci ilin noyabr ayının ortalarında yaşadığı evdə Mirnaiblə görüşən zaman bacısı evdə olsa da, digər otaqda olmuş və Mirnaibin onlara gəlməyindən xəbəri olmamışdır. Mirnaiblə oral yolla cinsi əlaqədə olmuş, Mirnaib təbii yolla cinsi əlaqədə olmağı təklif etsə də, o, buna etiraz etmişdir. Mirnaiblə təxminən ümumlikdə 5-6 dəfə görüşürək onunla cinsi əlaqədə olmuşdur. Bu görüşləri bəzi vaxtlar onun evində, bəzi vaxtlar isə Mirnaibin evinin yaxınlığında kimsəsiz evdə olmuşdur. Həmin evin açarları Mirnaibdə olurdu. Mirnaibin ona bildirməsinə görə həmin ev Mirnaibin dayısı Çingizə məxsusdur. Sonuncu dəfə Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ona məxsus evdə görüşmüşlər. Mirnaiblə oral və təbii yolla cinsi əlaqədə olmuşlar. Mirnaib onun özündə olmamağından istifadə edərək onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Mirnaib özünə məxsus mobil telefonla ikisi çılpaq formada olarkən videoçəkiliş aparmış, bu zaman o, Mirnaibin üzərinə uzanmış və bir-birlərini öpmüşlər. Mirnaib getdikdən sonra həmin videogörüntünü ona göndərməsini xahiş etmiş, Mirnaib də “Vhatsap” proqramı vasitəsi ilə həmin görüntünü ona göndərmişdir. 28 avqust 2022-ci il tarixdə günorta saatlarında qardaşı evinə gəlib kənd sakinləri içərisində onunla Mirnaibin intim videolarının yayıldığını bildirərək ondan yayılan söz-söhbətin doğru olub-olmadığını soruşduqda əvvəlcə inkar etsə də, sonradan həqiqət olduğunu bildirmişdir. Bundan sonra qardaşı onun “Xiomi Redmi” markalı mobil telefonuna baxmış və “Whatsapp” proqramında Minaiblə söhbətləşmələrdə onunla Mirnaib arasında olan intim videonu görmüşdür. O, Mirnaibin həmin videonu evdə olarkən çəkdiyini və ona göndərdiyini bildirmişdir. Bundan sonra qardaşı Zahid evindən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 23.30 radələrində evdə olarkən Mirnaib ona zəng edərək onunla təcili olaraq görüşmək istədiyini bildirmiş, lakin hansı səbəbdən görüşmək istədiyini deməmişdi. Ona evlərinin yaxınlığındakı kimsəsiz evə (dayısının evinə) gəlməsini bildirmiş, o da həmin evə getmişdir. Mirnaib gəlib qapını açarla açmış və evin həyətinə daxil olmuşlar. Burada olarkən Mirnaib ona mobil telefonunda ona aid olan səsləri və videoları silməsini bildirmişdir. Ağlayaraq oradan kənarlaşmış və evə doğru getməyə başlamışdır. Yolda olarkən Ramin avtomobili ilə onu götürmüş və yaşadığı evə aparmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Boladi kəndinin girəcəyindən təxminən 1 km irəlidə yolun solunda tut bağları deyilən ərazidə çayxana işlədir. Çayxananın həyəti özünə məxsusdur, mövsümi olaraq yay fəslində işlədir. Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımış, onunla hər hansı düşmənçiliyi, qohumluğu və ədavəti olmamışdır. Həmkəndlisi olan Şahid2 da tanımışdır. Onunla da hər hansı düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. xx.xx.2022-ci il tarixdə hazırda adını xatırlamadığı həmkəndlisi istifadəsində olan mobil telefona Boladi kənd sakinləri Zərərçəkmiş şəxs və Şahid2 intim görüntüləri əks olunmuş təxminən bir dəqiqəlik videogörüntü göndərmişdir. Həmin videogörüntüyə baxdıqda Mirnaib və Əfiqənin çılpaq formada uzanmaları və bir-birlərini öpmələrinin şahidi olmuşdur. Həmin videogörüntüyə baxıb dərhal da onu mobil telefonunda silmişdir. Videogörüntünü heçkimə göstərməmiş və göndərməmişdir. 2022-ci ilin avqust ayının 31-dən sentyabr ayının 1-ə keçən gecə saat təxminən 00 radələrində işlətdiyi çayxanada olarkən qəfildən çayxananın qabağında bir avtomobil saxlamış, həmin avtomobilin dövlət qeydiyyat nişanını və markasını görməmişdir. Həmin avtomobildən 4 nəfər şəxs düşmüşdür. Həmin şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və sonuncunun övladı Rahid adlı şəxslər olmuşlar. Əvvəlcə Zahid çayxananın həyətinə daxil olmuş, Mirnaibi isə Orxan və Rahid hərəsi bir qolundan tutub zorla çayxananın giriş qapısına doğru gətirmişlər. Qapının giriş hissəsi ensiz olduğu üçün Mirnaib onların əlindən qaçaraq ona doğru gəlmiş və ondan kömək etməsini xahiş etmişdi. Bu zaman Mirnaibin əynində qadın koftası və qadın donu olmuşdur. O, hadisədən 3-4 gün əvvəl ona göndərilmiş intim videogörüntüyə görə Şahid2 qohumlarının Mirnaibi bu hala salmalarını anlamışdır. Dərhal da onları çayxanadan qovmuşdur. Zahid Mirnaibin qolundan zorla tutaraq onu gətirdikləri avtomobilə doğru aparmışdır. Mirnaibi ora gətirməkdə məqsədləri onu rüsvay etmək olmuşdur. Bundan sonra o, Mirnaibin bibisi oğlu Taleh adlı şəxsə zəng edərək hadisəni danışıb, dayısı oğluna kömək etməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında kənd sakinlərindən Şahid2 qohumları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əyninə zorla qadın donu və koftası geyindirib onların çayxanasından getdikdan sonra da, Vurğunun çayxanasına apararaq eyni qaydada orada da Mirnaibi çayxanda zorla gəzdirmələrini eşitmişdir. Məhkəmə istintaqında Şahid4 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş üzrə Şahid5 məhkəməyə teleqram ünvanlayaraq iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birgə yaşayır. 2018-ci ildən hazırkı vaxtadək Lənkəran rayonu, Boladi kəndinin mərkəzində yerləşən çayxanada çayçı işləyir. Həmin yer həmkəndlisi X2 məxsusdur. Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs tanısa da, onunla yaxın münasibəti olmamışdır. Həmkəndlisi olan Şahid2 da tanımış, onunla da yaxın münasibəti olmamışdır. Onların hər hansı biri ilə düşmənçiliyi, ədavəti və qohumluq münasibəti olmamışdır. 2022ci ilin avqust ayının sonlarında kənd sakinləri ona Zərərçəkmiş şəxs və Şahid2 intim görüntüləri əks olunmuş təxminən bir dəqiqəlik videogörüntünün olmasını bildirsələr də, həmin videogörüntüyə baxmamışdır. xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 01 radələrində çayxanada işdə olarkən çayxananın qarşısında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil saxlamış, bir qədər sonra həmkəndlisi Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs həmin avtomobildən düşüb çayxanaya, onlara doğru gəldiklərini görmüşdür. Bu zaman Mirnaibin əynində qadın donu və koftası olmuşdur. Zahid onun sol qolundan tutub zorla çayxanaya gətirmiş və ən öndəki stolda zorla Mirnaibi əyləşdirmişdi. Zahid onlara “bu şərəfsizi tanıyın”-deyə bildirmiş, o isə Zahidə “bu nə konsertdi verirsən, gətirirsən heç olmasa gündüz vaxtı, adam çox olanda gətir”-deyə cavab vermişdir. Daha sonra onları çayxanadan qovmuşdur. Onlar avtomobilə əyləşib oradan getmişlər. Mirnaib isə çayxanadan piyada çıxıb getmişdir. Zahid və Mirnaiblə birgə oraya Zahidin oğlu Rahid və Zahidin qardaşı İlqarın övladı Orxan da gəlmişdir. Orxan və Rahid çayxananın tam olaraq içinə kimi gəlməmiş, avtomobildən düşüb çaxananın girişində gözləmişlər. Hadisə vaxtı çayxanada müştəri qismində həmkəndliləri və tanımadığını şəxslər olmuşlar. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birgə yaşayır. Hazırda fərdi təsərrufatla məşğuldur. Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Həmçinin Mirnaib onun qaynıdır. Belə ki, Mirnaibin bacısı X8 ilə 2015-ci ildə rəsmi qaydada nikaha daxil olmuşdur. Mirnaibi normal biri kimi tanımış, həmkəndlisi olan Şahid2 da tanıyır. Onlarla hər hansı bir ilə düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən xx.xx.2022-ci il tarixdən bir neçə gün ərzində xatırlamadığı şəxslər istifadəsində olan “055 270 44 50” saylı mobil nömrəyə “Vhatsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs və Şahid2 intim görüntüləri əks olunmuş təxminən bir dəqiqəlik videolar göndərməyə başlamışlar. Həmin videogörüntüyə baxdıqda Mirnaib və Əfiqənin çılpaq formada uzanmaları və bir birlərini öpmələrinin şahidi olmuşdur. O, həmin videogörüntüyə baxdıqdan sonra həmin görüntüləri mobil telefonundan silmiş və heçkimə göndərməmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 01.30 radələrində dostu və həmkəndlisi olan Şahid7 ona zəng edərək “qaynın Mirnaib Orxan və Rahidin əlindədirlər, Mirnaibin yaşadığı evin yaxınlığındadırlar, deyəsən Mirnaibi döyüblər, gəl qaynını apar”-deyə bildirmiş, o da dərhal özünə məxsus **-EK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Panarama” markalı avtomobillə Dadaş dediyi ünvana gəlmişdir. Orxan, Rahid və Mirnaib onu görüb avtomobildən aşağı enmişlər. Lakin qaranlıq olduğundan kimin harada oturmasını dəqiq görməmişdir. Mirnaibin həmin vaxt əynində cins materialdan olan şalvar və mayka olmuşdur. O, Orxangilə çıxıb getmələrini bildirərək Mirnaibi piyada evlərinə aparmışdır. Zərərçəkmiş şəxs və Şahid2yının intim görüntüləri əks edilmiş videogörüntünün kənddə kimlər tərəfindən yayılması barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 PHŞ-nin Zərərçəkmiş şəxs barəsində verdiyi xx.xx.2022-ci il tarixli 850 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - hər iki bazu, sağ kürək nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla (yumruq, təpik) vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 24-36 saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq istintaq orqanına təqdim etdiyi özünə məxsus bir ədəd "Xiomi Redmi T9” markalı mobil telefonun “Vhatsap” proqramına daxil olduqda “İlkin X” adı ilə qeyd edilmiş “055 289 19 19” saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 19.12-də Zərərçəkmiş şəxs və Şahid2 53 saniyəlik intim videogörüntüsünün göndərilməsi müşahidə edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, mobil telefonunda “İlkin X” adı qeyd etdiyi nömrə xalası oğlu X6 məxsusdur. Həmin videogörüntünü də İlkin ona göndərmişdir. İş üçün əhəmiyyətli ola biləcəyindən Zərərçəkmiş şəxs və Şahid2 aralarında olan 53 saniyəlik həmin intim videogörüntü diskə köçürülərək müvafiq qaydada qablaşdırılıb götürüldü. Telefonda olan “Zənglər” bölməsinə daxil olduqda xx.xx.2022-ci il tarixdə saat 21:05-də və 21:16-da “Orhan” adı ilə qeyd edilmiş “***-***-**-**” saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zənglərin gəldiyi və aralarında müvafiq olaraq 4 dəqiqə 39 saniyə və 8 dəqiqə 14 saniyə danışıq olması müşahidə edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, mobil telefonunda “Orhan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə həmkəndlisi Təqsirləndirilən şəxs3 məxsusdur. Həmin danışıqlarda da onun və Şahid2 arasında olan intim videogörüntünün kənd sakinləri arasında kim və ya kimlər tərəfindən yayıldığını Təqsirləndirilən şəxs3 ilə müzakirə etdiklərini və tezliklə üzbəüz görüşüb bu məsələni həll edəcəklərini bildirmişlər. Hadisə yerinə baxış zamanı video müşahidə kamerasından götürülərək həmin görüntülərin köçürüldüyü 1 (bir) ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntünün 01:01 dəqiqəlik olduğu müəyyən edildi. Videogörüntünün surəti yavaşıldılmış formadadır. Videogörüntünün üst sol tərəfində həmin görüntünün qeydə alındığı tarix və vaxt göstərilmişdir. Belə ki, həmin tarix xx.xx.2022-ci il saat 00:48 kimi qeyd edilmişdir. Videogörüntüyə baxdıqda ətrafda bir neçə masa və stulların olması müşahidə edilir. Masalardan ikisinin ətrafında insanların əyləşməsi müşahidə edilir. Həmin masalardan birində üç nəfər, onun yanındakı masanın ətrafında isə iki nəfər şəxsin əyləşməsi müşahidə edilir. Videogörüntünün altıncı saniyəsindən etibarən çayxananın giriş hissəsindən iki nəfər şəxsin çayxanaya daxil olaraq çayxananın mərkəzinə doğru gəlməsi müşahidə edilir. Həmin şəxslərdən birinin əynində qadın donu vardır. Yanında olan şəxs isə qadın paltarı əynində olan şəxsin qolundan zorla tutub çayxananın mərkəzinə doğru gətirir. Baxışda iştirak edən Şahid5 bildirdi ki, görüntülər o, işlədiyi çayxananın videomüşahidə kameraları vasitəsi ilə çəkilmişdir. Masada əyləşən üç nəfərdən qara köynək geyinən şəxs o, özüdür. Onunla birgə əyləşən şəxslər isə iki nəfər qarpız satmaq üçün kəndə gəlmiş qonşu rayonların sakinləridir. Onların adlarını bilmir. Onlarla paralel yan masada əyləşən iki nəfər şəxs isə həmkəndliləri Şamxal Bağırzadə və Kahin Axundovdur. Görüntüdə çayxanaya qadın paltarında bir nəfər şəxsin gətirildiyi müşahidə olunur. Həmin şəxs Zərərçəkmiş şəxsdır. Onun yanındakı şəxs isə Təqsirləndirilən şəxs1dir. Görüntülər xx.xx.2022-ci il tarix saat təxminən 01.00 radələrinə aiddir. "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18.26-da Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəngin daxil olduğu və aralarında 836 saniyə danışığın olması müşahidə edilir. xx.xx.2022-ci il tarixdə saat 19.20də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəngin daxil olduğu və aralarında 74 saniyə danışığın olması müşahidə edilir. xx.xx.2022-ci il tarixdə saat 00.18-da Zərərçəkmiş şəxs istifadəsində olan 070 877-76-16 saylı mobil nömrədən Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrəyə zəngin daxil olduğu və aralarında 28 saniyə danışığın olması müşahidə edilir. xx.xx.2022-ci il tarixdə saat 23.58-də Zərərçəkmiş şəxs istifadəsində olan 070 877-76-16 saylı mobil nömrədən Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrəyə zəngin daxil olduğu və aralarında 14 saniyə danışığın olması müşahidə edilir. xx.xx.2022-ci il tarixdə saat 00.02-də Zərərçəkmiş şəxs istifadəsində olan 070 877-76-16 saylı mobil nömrədən Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrəyə zəngin daxil olduğu və aralarında 19 saniyə danışığın olması müşahidə edilir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Şahid2 üzünə qarşı demişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-270/2022 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 sentyabr 2022-ci il, saat 18:50-dən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-455/2022 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbirinə dəyişdirilmiş və o dərhal həbsdən azad olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İHB-nın Liman şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X11 ilə birlikdə ünvan 1-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran şəhər İHB-nın Liman şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 arvadı X13, övladı xx.xx.2020-ci il təvəllüdlü X14, valideynləri və qardaşı ilə birlikdə Lənkəran rayonu, Boladı kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran şəhər İHB-nın Boladı kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 valideynləri və qardaşı ilə birlikdə Lənkəran rayonu, Boladı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxananın xx.xx.2022-ci il tarixli 559 və 575 saylı arayışından görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Lənkəran şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda olmamışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 544 və xx.xx.2022-ci il tarixli 554 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyillər. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qəradan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd şalvar, eləcə də sonuncuya məxsus bir ədəd «Xiomi Redmi T9» markalı mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına verilmiş, iş üzrə 10 oktyabr 2022-ci il tarixli, 20083 nömrəli "xxxx" MMC tərəfindən göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks 1 ədəd CD disk, hadisə yerinə baxış zamanı Lənkəran rayonu, Boladi kəndinin mərkəzindəki çayxananın video müşahidə kamerasından götürülərək həmin görüntülərin köçürüldüyü 1 ədəd CD disk və Zərərçəkmiş şəxs mobil telefona baxış keçirilən zaman aşkar edilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD disk iş üçün sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin həmin qərarla X7 və Şahid2 aralarında olan intim videogörüntünün yayılması və şəxsi həyata müdaxilə edilməsi epizodları üzrə hazırki cinayət işindən fakta görə CM-nin 156.1 və 242-ci maddələri ilə ayrıca cinayət işinin ayrılması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-109/2023 №-li qərarından görnür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və CM-nin 156.1-ci maddəsi ilə olan cinayət təqbinə xitam verilmişdir. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 145.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 145.2.4 və 221.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özlərinin etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxsin təsdiqedici ifadəsi, şahid ifadələri, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəməsi CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Zahid Əlizadənin cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəməsi CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəməsi CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. CM-nin 145.2.4-cü maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə, CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş əməlin xarakterini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılaraq qəti cəza təyin olunmalıdır. Lakin göstərilən yüngülləşdirici halları, həmçinin təqsirləndirilən şəxslərin səmimi peşman olmalarını, habelə ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs barəsində CM-nin 156.1-ci maddəsi ilə ayrılmış cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılarkən zərərçəkmiş şəxs Şahid2 ilə barışıq əldə edərək başanılmış cinayət işinə xitam verilməsini diqqətə alıb təqsirləndirilən şəxslərin onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkmədən də islah olunması mümkündür və bu cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələri qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 25-ci bəndinə görə cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd olunan halı nəzərə alır. Qeyd edilənlərlə bərabər, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı hökmün qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. İş üzrə maddi sübutlar - Lənkəran rayon prokurorluğunun maddi sübutların saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd şalvar, eləcə də sonuncuya məxsus bir ədəd «Xiomi Redmi T9» markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmalı, 10 oktyabr 2022-ci il tarixli, 20083 nömrəli "xxxx" MMC tərəfindən göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks 1 ədəd CD disk, hadisə yerinə baxış zamanı Lənkəran rayonu, Boladi kəndinin mərkəzindəki çayxananın video müşahidə kamerasından götürülərək həmin görüntülərin köçürüldüyü 1 ədəd CD disk və Zərərçəkmiş şəxs mobil telefona baxış keçirilən zamanı aşkar edilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD isə işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3 (üç) il 6(altı) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə isə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3(üç) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin və seçilmiş. «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3(üç) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə isə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1(bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3(üç) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə isə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1(bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 davranışları üzərlərində nəzarətin həyata keçirilməsi onların yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Lənkəran rayon prokurorluğunun maddi sübutların saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd şalvar, eləcə də sonuncuya məxsus bir ədəd «Xiomi Redmi T9» markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübutlar - 10 oktyabr 2022-ci il tarixli, 20083 nömrəli "xxxx" MMC tərəfindən göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks 1 ədəd CD disk, hadisə yerinə baxış zamanı Lənkəran rayonu, Boladi kəndinin mərkəzindəki çayxananın video müşahidə kamerasından götürülərək həmin görüntülərin köçürüldüyü 1 ədəd CD disk və Zərərçəkmiş şəxs mobil telefona baxış keçirilən zamanı aşkar edilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD işi materiallarına əlavə edilməklə saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar