Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-49/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Müdafiəçi, “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fədi əməklə məşğul olan, subay, məhkum olunmamış, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 14 may 2024-cü il tarixdə saat 17.19-da videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq, yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 14 avqust 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı Lənkəran rayonu, Separadi kəndində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan və həmin kənddə yerləşən s itrus meyvə bağının ərazisinə icazəsiz daxil olaraq, mobil telefonu ilə video çəkiliş apararkən yaxınlaşaraq çəkiliş aparmasına və bağda işləyən işçilərin iş fəaliyyətinə mane olmasına iradını bildirən "xxxx" MMC-də baş aqronom işləyən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əhəmiyyət verməyib, qışqıraraq bağı tərk etməyəcəyini, əksinə işçiləri qovduracağmı inadkarlıqla bildirib, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, "xxxx" MMC-yə məxsus meyvə bağının ərazisində işləyən 30 nəfərdən artıq qadın və kişi işçi heyyətinin əhatəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz şəxsiyyətini ətrafda toplaşmış çoxsaylı işçilərin şəxsiyyətinin fövqündə qoyub, onları qovduracağmı uca səslə elan edərək, Zərərçəkmiş şəxs və türk millətinin ünvanına ucadan nalayiq ifadələr işlətməklə kifayətlənməyib, sonuncunun üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni onu sakitləşdirmək və aqressiv hərəkətlərdən çəkindirmək üçün intizama dəvət edən Zərərçəkmiş şəxs üzərinə hücum edib, onu yerə yıxaraq əynindəki qolsuz köynəyini əlləri ilə cırıb, yumruğu ilə sinə nahiyəsinə qəsdən vuraraq, Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsi nahiyəsində qançır xəsarətini yetirmiş, bu vaxt işçilərdən Şahid7 Zülfıqar oğlu və Şahid4 onun zor tətbiq edilməyə yönəlmiş hərəkətlərinin qarşısını alaraq, onları ayırmalarına baxmayaraq, əksinə daha da, aqressivləşib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək, orada olan 30 nəfərdən artıq şəxsin əhatəsində yenidən Zərərçəkmiş şəxs və işçilərin ünvanına uca səslə nalayiq ifadələr işlədərək, yerdən götürdüyü daş parçasını silah qismində istifadə edib, həmin daşı Zərərçəkmiş şəxs doğru atıb, onun sol qaş nahiyəsinə qəsdən vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol qaşüstü nahiyəsində əzilmiş yara xəsarətini yetirməklə təxminən 15 dəqiqə müddətində "xxxx" MMC-nin normal iş fəaliyyətinin pozulması ilə bərabər silah qismində istifadə olunan daşdan istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC icarəyə götürdüyü torpaq sahəsinin ortasında təpələr vardır. O, 13 avqust 2023-cü il tarixdə, həmin təpələrdən torpağın daşındığını görmüşdür. Bu barədə Coşqun müəllimə məlumat vermiş, sonuncu onun yaşadığı Separadi kəndinə gəlmiş və ondan birlikdə həmin əraziyə getməyi təklif etmişdir. O, həmin əraziyə getməkdən imtina etmiş və bundan sonra Coşqun müəllim ondan ərizə alıb çıxıb getmişdir. Bu zaman təpələrdən torpağın daşınması dayandırılmışdır. Lakin o, getdikdən sonra torpağın daşınması davam etdirilmişdir. Buna görə də o, bu barədə 102 Xidmətinə məlumat vermişdir. Bundan sonra səhər, Lənkəran ŞRPŞ-nin rəis müavini İltifat müəllim ona zəng vuraraq təkrar olaraq polisləri torpaq sahəsinin daşınan yerə göndərəcəyini bildirmişdir. Bir müddətdən sonra ərazi sahə rəisi Etibar müəllim ona zəng vuraraq torpaq daşınan yerə getməyi ondan xahiş etmiş, o, əvvəl imtina etsə də, Etibar müəllim təkid etdiyindən həmin yerə getmişdir. Ora çatan kimi "xxxx" MMC-nin işçisi Rəhim onun üstünə gəlmiş, o da, Rəhimə bildirmişdir ki, Etibar müəllimin təkidi ilə ora gəlmişdir. Buna baxmayaraq Rəhim onun qollarını arxadan tutmuş, Nasir isə ona yumruq zərbələri endirilmişdir. O, onlara yenicə əməliyyatdan çıxdığını bildirsə də, əhəmiyyəti olmamışdır. Bu zaman onlar orada olan Efeyə demişlər ki, “sən vur, sən türk vətəndaşısan, səni tutan deyillər”. Orada olan Tərlan onu onlardan ayıraraq olara polislərin gəldikdiyini bildimişdir. Onlar polislərin gəldiklərini görüb ondan aralanmışlar. Həmin vaxt ora Etibar müəllimlə daha iki nəfər polis əməkdaşı gəlmişdir. Həmin vaxt o, yerdə uzanmış vəziyyətdə olmuşdur. Bundan sonra o, DİN-nin 102 Xidmətinə zəng edərək döyüldüyün bildirmişdir. Daha sonra onu Polis şöbəsinə gətirmiş və ekspertizadan keçmişdir. Orada izahat verdikdən sonra çıxıb evlərinə getmişdir. O, izahat verib çıxdıqdan sonra, Polis şöbəsinə türk vətəndaşı daxil olmuşdur. O, evə qayıtdıqdan sonra ona zəng gəlmiş və zəng edən ona bildimişdir ki, rəis onu görmək istəyir. Buna görə də o, şöbəyə qayıtmış və ora gəldikdən sonra onu şöbədə saxlamışlar. Hesab edir ki, onu əsasız yerə tutub saxlamışlar. Ona şər və böhtan atılıb. Əslində o, özü zərəçəkmiş şəxsdir. Onun "xxxx" MMC ilə mübahisələri olmuş, o, onlardan şikayətlər etmişdir. O, suötürücü kanallla bağlı iddia qaldırmış, daşınan torpaq sahəsi də məhz həmin kanala boşaldılmışdır. Kanalın kənarı ilə gedən yol ümumi istifadə üçün nəzərdə tutulmuş yoldur. Zərərçəkmiş şəxs Efe "xxxx" MMC-nin təkidi ilə ona qarşı şikayət etmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, əvvələr zərəçəkmiş şəxsi tanımamışdır. Daşınan torpaq sahəsi Dövlət torpağı olmuşdur. Hadisə yerində Nasir, Rəhim, Tərlan və Efe olmuşlar. "xxxx" MMC-nin digər əməkdaşlarını tanıyır, onlar hadisə yerində olmamışlar. O, hadisə yerinə gələn zaman telefonla video çəklişə cəhd göstərsə də, Rəhim ona mane olmuş, telefonu əlindən götürərək yerə çırpmışdır. O, Efeni söyməmiş və döyməmişdir. Əksinə özü xəsarət almışdır. Ancaq ekspert həm 1-ci, həm də 2-ci rəyində onda olan xəsarətlərin aşkar olunmadığını qeyd etmişdir. O, hadisə yerində olanda Efenin üzərində xəsarət olmamışdır. Olsaydı Efe 102 Xidmətinə və ya polisə məlumat verərdi. Hadisə vaxtı Efeni daşla vurmamışdır. Efedə aşkar olunmuş xəsarətin necə yarandığını bilmir. Mübahisələri 3-5 dəqiqə davam etmişdir. 102-i Xidmətinə döyülməyi ilə bağlı məlumat vermişdir. Polislər gələndə onu yerdən qaldırmışlar. Daha sonra bildirmişdir ki, o, vəsatət verərək şahid qismində X4 dindirilməsini xahiş etmiş, hazırda həmin vəsatətindən imtina edir. İttiham aktında qeyd olunmuş digər şahidlərin ifadələri ilə razılaşmasa da, onların məhkəmə iclasında dindirlməsinə ehtiyac bilmir. O, son sözündə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, Zərərçəkmiş şəxs Polis şöbəsinə verdiyi şikayət ərizəsi, ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyləri, baxış və götürmə barədə protokol, həmin protokola əlavə olunmuş foto şəkillər, maddi sübut, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə-dindirmə protokolları, ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış keçirilməsi barədə protokol, həmin protokola əlavə olunmuş fotoşəkillər, həmçinin işin sair halları ilə tam subuta yetirilir. Məhkəmə iclasının yeri və vaxtı barəsində Zərərçəkmiş şəxs lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına öz nümayəndəsini göndərməklə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə, məhkəmə hazırlıq iclasınada o, məhkəməyə imzasının notarial qaydada təsdiqlənmiş ərizəsini təqdim edərək təqsirləndirlən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirlən şəxsdən şikyətçi və tələbkar olmadığını göstərmişdir. Məhkəmə hazırki iclası onun iştirakı olmadan keçirilməsini mümkün sayır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, milliyyətçə türk olsa da, azərbaycan dilində sərbəst yazıb, oxumağı bilir və tərcüməçiyə ehtiyacı yoxdur. O, ünvan 1 ünvanında yaşayır. O, ali təhsilli aqronomdur və 3 aydır ki, X3 Cəmiyyətin Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən intensiv sitrus meyvə bağında baş aqronom işləyir. Həmin bağ Lənkəran rayonu Separadi kəndi ərazisində 113,3043 ha torpaq sahəsindən ibarətdir. Həmin sitrus meyvə bağında hazırda 40 nəfərə yaxın işçi çalışır. Həmin əraziyə yaxın yerdə Lənkəran rayonu, Separadi kəndi ərazisində yaşayan Təqsirləndirilən şəxs ferması vardır və Valeh mütəmadi olaraq Lenk-Fruit MMCyə qarşı torpaq iddiası edir. O, 13 avqust 2023-cü il tarixdə saat 16 radələrində sitrus meyvə bağında işlədiyi zaman polis işçiləri bağın ərazisinə gəlmişlər və Təqsirləndirilən şəxs 102 xidmətinə zəng edərək, onların təpələri qazdıqları və torpağı maşınlarla kənd ərazisindən başqa yerə apardıqları barədə məlumat verdiyini bildirmişlər. Həmin vaxtı təsərrüfat rəhbəri Nasir polis işçilərinə,təpələri qazıb torpağı başqa yerə aparmadıqlarını, bağın ərazisində bir yerə toplayıb yığdıqları torpağı ekskavatorla bağın ərazisində əyri olan əraziyə töküb yeri düzəltdiklərini bildirmişdir.Polis işçiləri bağın ərazisindən kənarda iş görmədiklərini gördükdən sonra çıxıb getmişlər. O, 14 avqust 2023-cü il tarixdə 09 radələrində fəhlələrlə birlikdə bağda işlədiyi zaman Valehin icazəsiz bağın ərazisinə daxil olub, videçəkiliş apardığını görmüşdür. O, işini saxlayıb Valehə yaxınlaşmış və Valehə nə üçün icazəsiz bağın ərazisinə daxil olub videoçəkiliş apardığını bildirib, bağın ərazisini tərk etməyini Valehdən xahiş etmişdir. Həmin vaxtı Valeh qışqıraraq, bağdan çıxmayacağmı, yaxşı edib videoçəkiliş apardığını və onları buradan qovacağını bildirmişdir. O da Valehə "sən bizim iş fəaliyyətimizi pozursan, bağın ərazisindən çıx" bildirmişdir.Amma Valeh yenidən qışqıraraq onun və türk millətinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır.Bu zaman Valehin qışqırtısını eşidən işçilər işlərini dayandırıb onlara tərəf gəlmişlər. O, Valehdən, nə üçün onu söyüb təhqir etdiyini və ona nə etdiyini soruşmuşdur.Bu zaman Valeh yenə də qışqıraraq, onun ünvanına söyüşlər söyməyə başlamış və qəflətən onun üstünə hücum edib, onu yerə yıxmışdır.Sonra isə Valeh onun sifətinə və sinəsinə yumruqla vurmağa başlamış və əynində olan tünd yaşıl rəngli qolsuz köynəyini əli ilə cırmışdır .Həmin vaxtı MMC-nin işçiləri Nasir və Rəhim, onlara yaxınlaşmışlar və onu Valehin əlindən alıb ayağa qaldırmışlar.Bu zaman Valeh yerdən daş götürüb onun başından vurmuş və sol qaşının üstü qanamağa başlamışdır.Valeh qışqıraraq onun və işçilərin ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Sonra isə Valeh yerdən daşları götürüb,ətrafa toplaşmış qadın və kişi işçilərin üstünə atmağa başlamışdır.Həmin vaxtı Valeh DİN-nin 102 xidmətinə zəng etmiş və güya onun tərəfindən döyülməyi barədə məlumat vermişdir.Halbuki, o, Valehi döyməmiş və Valehə hər hansı bir xəsarət də yetirməmişdir.Bir neçə dəqiqədən sonra polis işçiləri hadisə yerinə gəlmişlər və Valehdən nə baş verdiyini soruşmuşlar.Valeh polis işçilərinə əhəmiyyət verməyərək, yenə də qışıraraq onu nalayiq ifadələrlə təhqir etmişdir .Bir neçə dəqiqədən sonra MMC-nin təhsisçisi Namisin qardaşı Yasəf hadisə yerinə gəlmiş və onu maşını ilə Lənkəran mərkəzi rayon xəstəxanasına gətirmişdir. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər \ə sol quşmm. üstünə tikiş qoymuşlar. Sonra isə o, Lənkəran polis şöbəsinə gəlmiş və Valehin barəsində şikayət ərizəsi vermişdir. Valehlə onun arasında əvvəllər hər hansı bir münaqişə baş verməmişdir.Hadisə X3 Cəmiyyətin Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən intensiv sitrus meyvə bağının ərazisində baş vermişdir və təxminən 10-15 dəqiqə davam etmişdir.Valehin hərəkətləri nəticəsində MMC-nin iş fəaliyyəti tamamilə pozulmuşdur. Həmin vaxtı MMC-nin işçiləri Nasir, Rəhim, Rəvanə, Təranə, Ülviyyə, Şəbinə, Gözəl, Tünzlə, Emil, İlkin, Maşallah, Zaur və digər işçilər hadisə yerində olmuşlar. Sol qaşüstü nahiyyəsində əzilmiş yara, döş qəfəsi nahiyyəsində qançır xəsarətlərini ona 14 avqust 2023-cü il tarixdə, saat 09 radələrində X3 Cəmiyyətin Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən intensiv sitrus meyvə bağının ərazisində Təqsirləndirilən şəxs yumruq və daşla vuraraq yetirmişdir.Belə ki, həmin tarixdə və vaxtda döş qəfəsi nahiyyəsində olan qançır xəsarətini Valeh yumruqla,sol qaşüstü nahiyyəsində olan əzilmiş yara xəsarətini isə Valeh daşla vuraraq yetirmişdir.Baş vermiş hadisə zamanı, o, Nasir və Rəhim yumruq və təpiklə vuraraq Valehi döyməmişlər. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Valehi tanıyır və ona qarşı düşmənçiliyi yoxdur. İbtidai istintaqda verdiyi ifadəsini qismən təsdiq edir. Özü "xxxx" MMC-də fəhləlik edir. Hadisə günü Valeh söyüş söyərək işlədikləri ərazinin çəpərindən aşaraq "xxxx" MMC–nin ərzisinə daxil olmuş və söyüş söyə-söyə Efe ilə mübahisə edərək onu daşla vurmuşdur. Nasir gəlib onları ayırmışdır. Valeh çəpərdən aşan zaman onun əlidə fotoaparat olmamışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, Valeh çəpərdən aşdıqdan sonra Efeyə yaxınlaşıb onun yaxasından yapışmış, Nasir onları ayırmağa çalışmış, bu zaman Valeh Efeni daşla vurmuşdur. Sonra Valeh çıxıb getmişdir. Valehi onların işçilərindən heç kəs döyməmişdir. Hadisə vaxtı orada ondan başqa Təranə və Ülviyyə də olmuşdur. Qalan işçilər uzaqda olsalar da, hadisənin şahidi olmuşlar. Həmin hadisə 10-15 dəqiqə çəkmişdir. Hadisədən təxminən yarım saatdan sonra ora polislər gəlmişlər. Polislər gəldikləri zaman Valeh artıq oranı tərk etmişdir. Hadisə yeri ilə onların işlədikləri yer arasında 40-50 metr məsafə olmuşdur. Hadisə zamanı Valeh daşı yerdən götürüb Efeni vurmuşdur. Efenin qaşından qan gəlmişdir. Valeh hadisədən sonra fermaya tərəf getmişdir. Valeh daşı yerdən götürmüşdür. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Valehi tanıyır. Hadisə günü o, digər işçilərlə birlikdə işlədiyi yerdə belləmə işləri ilə məşğul olmuşlar. Həmin gün Valeh onların iş yerinə çəpərdən aşaraq daxil olub agronomları Efeni döymüşdür. Belə ki, Valeh ora tək gəlmiş və gələn kimi Efe ilə mübahisə edib dalaşaraq sonuncunu yerə yıxıb, nə ilə sə onu vurmuşdur. Lakin daşla vurduğunu görməmişdir. Nəticədə Efenin alnı çatlanmış və ora tikiş atılmışdır. Həmin hadisə təxminən 15 dəqiqə davam etmişdir. Valehin əlində telefon və ya fotoaparat olduğunu görməmişdir. Hadisə yeri ilə işlədiyi yer arasında 40-50 metr məsafə olmuşdur. Valehin döyüldüyünü və yerə yıxıldığını görməmişdir. Polislər hadisə yerinə saat 11 radələrində gəlmişlər. Valehin əynində olan paltarı xatırlamır. Valehin Efeni nə üstə vurduğunu bilmir. Hadisədən qabaq Efenin üzündə çapıq görməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Valeh onun kəndçisidir. İbtidai istintaq zamanı verdiyi ifadəsi yadında deyil. Hadisə yerində polislərin olduğunu görməmişdir. Çünki hadisə yeri onun olduğu yerdən 100 metr arlılıqda olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsinin düz olub-olmadığını bilmir. Həmin vaxt hirsli olmuşdur. Hadisə günü Valehin aqronom Efe ilə dalaşdığını görmüşdür. Həmin hadisə MMC-nin işçilərinin yanında baş vermişdir. Valeh onun özünə qarşı qanunsuz hərəkət etməmişdir. Həmin gün hamısı qarışmışdı bir birinə. Dövlət ittihamçısının vəsatəti əsasında Şahid3 ibtidai sitintaqda verdiyi ifadəsi elan edildikdən sonra o, göstərmişdir ki, hadisə günü Valehin aqronom Efeni vurduğunu xatırlamır. Lakin hadisədən sonra Efenin alnında çapıq olduğunu görmüşdür. Valehin digər işçilərə qarşı bilmir, onun özünə qarşı pis hərəkət etməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxsi tanıyır və ona qarşı ədavət və düşmənçiliyi yoxdur. İbtidai istintaq zamanı müstəntiq ona ifadəsini imzala demiş, o da imzalamışdır. Hadisə günü o, iş yerində olsa da, hadisə yerindən uzaq məsafədə olduğundan heç nəyi görməmişdir. Lakin sonradan eşitmişdir ki, Valeh Efeni vurub. Həmin hadisədən sonra Efeni “Tibbi yardım” avtomaşını ilə harasa apardığını görmüşdür. Hadisə vaxtı o, Təranə və Ülviyyənin yanında olmamışdır. Məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan, dövlət ittihamçısının vəsatəti əsasında Şahid5 ibtidai sitintaqda verdiyi ifadəsi elan edilmiş və o, həmin vaxt göstərmişdir ki, o, "xxxx" MMC-nin Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən intensiv sitrus meyvə bağında fəhlə işləyir. O, hər gün səhər saat 07 radələrində işə gedir və saat 19 radələrində işdən çıxıb evə gedir. Lənkəran rayonu Separadi kənd sakini Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. Onunla qohumluğu yoxdur, ədavəti və zidiyyəti də olmamışdır. Valehin işlədiyi sitrus meyvə bağının yanında ferması vardır və o, mütəmadi olaraq "xxxx" MMC-yə qarşı torpaq iddiası edir. Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs "xxxx" MMC-də baş aqranom işləyir. 13 avqust 2023-cü il tarixdə, saat 16 radələrində sitrus meyvə bağında işlədiyi zaman polis işçiləri bağın ərazisinə gəlib demişlər ki, Təqsirləndirilən şəxs 102 xidmətinə zəng edərək bildirmişdir ki, MMC-nin işçiləri təpələri qazır və torpağı maşınlarla kənd azisindən başqa yerə aparırlar. Həmin vaxtı təsərrüfat rəhbəri Nasir polis işçilərinə demişdir ki, onlar təpələri qazıb torpağı başqa yerə aparmırlar, bağın ərazisində bir yerə toplayıb yığdıqları torpağı ekskavatorla bağın ərazisində əyri olan əraziyə töküb yeri düzəldirlər. Bundan sonra polis işçiləri çıxıb getmişlər. 14 avqust 2023-cü il tarixdə, saat 07 radələrində işdə olmuş və digər fəhlələrlə birlikdə bağda olan sitrus ağaclarını budamağa başlamışdır. Həmin gün, saat 09 radələrində görmüşdür ki, Valeh qışqıra-qışqıra MMC-nin ünvanına söyüşlər söyərək videoçəkiliş aparır. Onlar işlərini dayandırmış və Efe Valehə yaxınlaşaraq ona demişdir ki, sən nə üçün icazəsiz bağın ərazisinə daxil olub videoçəkiliş aparırsan, xahiş edirəm bağın ərazisini tərk elə. Həmin vaxtı Valeh qışqıraraq demişdir ki, bağdan çıxmır və yaxşı edib videoçəkiliş aparır, və onları oradan qovacaqdır. Efe də ona demişdir ki, sən bizim iş fəaliyyətimizi pozursan, bağın ərazisindən çıx. Amma Valeh yenidən qışqıraraq, Efenin və türklərin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Valehin qışqırtısını eşidən digər işçilər də onlar kimi işlərini dayandırıb onların yanına gəlmişlər. Efe Valehə dedi ki, sən nə üçün məni söyüb təhqir edirsən, mən sənə nə etmişəm. Bu zaman Valeh yenə də qışqıraraq Efenin ünvanına söyüşlər söyməyə başlamış və qəfilətən Efenin üstünə hücum edib, onu yerə yıxmışdır. Sonra isə Valeh, Efeni yumruqla vurmağa başlamışdır. O, qadın olduğu üçün onlara yaxınlaşmamış, amma qışqırtı səsini eşidib hadisə yerinə gələn MMC-nin işçiləri Nasir və Rəhim, Efeni Valehin əlindən alıb ayağa qaldırmışlar. Bu zaman Valeh yerdən daş götürüb Efenin başından vurmuş və Efenin sol qaşının üstü qanamağa başlamışdır. Valeh qışqıraraq, onların ünvanlarına nalayiq söyüşlər söyməyə davam etmişdir. Sonra isə Valeh yerdən daşlar götürüb, ətrafa toplaşmış onun və digər fəhlələrin üstünə atmağa başlamışdır. Amma, onun atdığı daşlardan yaymdıqları üçün daşlar onlara dəyməmişdir. Həmin vaxtı Valeh DİN-nin 102 xidmətinə zəng etmiş və qışqıra-qışqıra güya döyülməyi barədə məlumat vermişdir. Halbuki, Valehi heç kim döyməımişdir. Bir neçə dəqiqədən sonra polis işçiləri hadisə yerinə gəlmiş və Valehdən nə baş verdiyini soruşmuşlar. Valeh polis işçilərinə əhəmiyyət vermədən yenə də qışqıraraq onları nəlayiq ifadələrlə təhqir etmişdir. Bir neçə dəqiqədən sonra MMC-nin təsisçisi Namision qardaşı Yasəf hadisə yerinə gəlmiş və Efeni maşınla Lənkəran mərkəzi rayon xəstəxanasına aparmışdır. Valeh isə polis işçiləri ilə getmişdir. Valehi həmin vaxt Nasir, Efe və Rəhim döyməmişlər. Valehin hərəkətləri 1—15 dəqiqə davam etmiş, onun hərəkətləri nəticəsində MMc-nin fəaliyyəti tamamilə pozulmuş, həmin vaxt orada MMC-nin işçiləri Nasir, Rəhim, Rəvanə, Ülviyyə, Təranə, Ülkər, Gözəl, Tünzalə, Emil, Maşallah və Zaur olmuşlar. Digər fəhlələr isə onlardan çox uzaqda olduqları üçün hadisə yerinə gəlməmişlər. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şahid dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı o ifadə verməmiş, orada cəmi 10-15 dəqiqə olmuş və yalnız ifadəsini imzalamışdır. Təqsirləndirlən şəxsdən şikayətçi deyildir. Hadisə günü o, iş yerində olsa da, Valehin Efeni vurduğunu və ya söydüyünü eşitməmiş və görməmiş, lakin sonradan eşitmişdir ki, Valeh Efeni vurub. Çünki hadisə olan yerdən 2-3 sahə uzaqda olmuşdur. Şahid Təranə hadisə baş verdsiyi yerdə olmuşdur. Təqsirləndirlən şəxsin əlində kamera olduğunu görməmişdir. Məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan, dövlət ittihamçısının vəsatəti əsasında Şahid6 ibtidai sitintaqda verdiyi ifadəsi elan edilmiş və o, həmin vaxt göstərmişdir ki, o, "xxxx" MMC-nin Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən intensiv sitrus meyvə bağında fəhlə işləyir. O, hər gün səhər saat 07 radələrində işə gedir və saat 19 radələrində işdən çıxıb evə gedir. Lənkəran rayonu Separadi kənd sakini Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. Onunla qohumluğu yoxdur, ədavəti və zidiyyəti də olmamışdır. Valehin işlədiyi sitrus meyvə bağının yanında ferması vardır və o, mütəmadi olaraq "xxxx" MMC-yə qarşı torpaq iddiası edir. Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs "xxxx" MMC-də baş aqranom işləyir. 13 avqust 2023-cü il tarixdə, saat 16 radələrində sitrus meyvə bağında işlədiyi zaman polis işçiləri bağın ərazisinə gəlib demişlər ki, Təqsirləndirilən şəxs 102 xidmətinə zəng edərək bildirmişdir ki, MMC-nin işçiləri təpələri qazır və torpağı maşınlarla kənd azisindən başqa yerə aparırlar. Həmin vaxtı təsərrüfat rəhbəri Nasir polis işçilərinə demişdir ki, onlar təpələri qazıb torpağı başqa yerə aparmırlar, bağın ərazisində bir yerə toplayıb yığdıqları torpağı ekskavatorla bağın ərazisində əyri olan əraziyə töküb yeri düzəldirlər. Bundan sonra polis işçiləri çıxıb getmişlər. 14 avqust 2023-cü il tarixdə, saat 07 radələrində işdə olmuş və digər fəhlələrlə birlikdə bağda olan sitrus ağaclarını budamağa başlamışdır. Həmin gün, saat 09 radələrində görmüşdür ki, Valeh qışqıra-qışqıra MMC-nin ünvanına söyüşlər söyərək videoçəkiliş aparır. Onlar işlərini dayandırmış və Efe Valehə yaxınlaşaraq ona demişdir ki, sən nə üçün icazəsiz bağın ərazisinə daxil olub videoçəkiliş aparırsan, xahiş edirəm bağın ərazisini tərk elə. Həmin vaxtı Valeh qışqıraraq demişdir ki, bağdan çıxmır və yaxşı edib videoçəkiliş aparır, və onları oradan qovacaqdır. Efe də ona demişdir ki, sən bizim iş fəaliyyətimizi pozursan, bağın ərazisindən çıx. Amma Valeh yenidən qışqıraraq, Efenin və türklərin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Valehin qışqırtısını eşidən digər işçilər də onlar kimi işlərini dayandırıb onların yanına gəlmişlər. Efe Valehə dedi ki, sən nə üçün məni söyüb təhqir edirsən, mən sənə nə etmişəm. Bu zaman Valeh yenə də qışqıraraq Efenin ünvanına söyüşlər söyməyə başlamış və qəfilətən Efenin üstünə hücum edib, onu yerə yıxmışdır. Sonra isə Valeh, Efeni yumruqla vurmağa başlamışdır. O, qadın olduğu üçün onlara yaxınlaşmamış, amma qışqırtı səsini eşidib hadisə yerinə gələn MMC-nin işçiləri Nasir və Rəhim, Efeni Valehin əlindən alıb ayağa qaldırmışlar. Bu zaman Valeh yerdən daş götürüb Efenin başından vurmuş və Efenin sol qaşının üstü qanamağa başlamışdır. Valeh qışqıraraq, onların ünvanlarına nalayiq söyüşlər söyməyə davam etmişdir. Sonra isə Valeh yerdən daşlar götürüb, ətrafa toplaşmış onun və digər fəhlələrin üstünə atmağa başlamışdır. Amma, onun atdığı daşlardan yaymdıqları üçün daşlar onlara dəyməmişdir. Həmin vaxtı Valeh DİN-nin 102 xidmətinə zəng etmiş və qışqıra-qışqıra güya döyülməyi barədə məlumat vermişdir. Halbuki, Valehi heç kim döyməımişdir. Bir neçə dəqiqədən sonra polis işçiləri hadisə yerinə gəlmiş və Valehdən nə baş verdiyini soruşmuşlar. Valeh polis işçilərinə əhəmiyyət vermədən yenə də qışqıraraq onları nəlayiq ifadələrlə təhqir etmişdir. Bir neçə dəqiqədən sonra MMC-nin təsisçisi Namision qardaşı Yasəf hadisə yerinə gəlmiş və Efeni maşınla Lənkəran mərkəzi rayon xəstəxanasına aparmışdır. Valeh isə polis işçiləri ilə getmişdir. Valehi həmin vaxt Nasir, Efe və Rəhim döyməmişlər. Valehin hərəkətləri 1—15 dəqiqə davam etmiş, onun hərəkətləri nəticəsində MMc-nin fəaliyyəti tamamilə pozulmuş, həmin vaxt orada MMC-nin işçiləri Nasir, Rəhim, Rəvanə, Ülviyyə, Təranə, Ülkər, Gözəl, Tünzalə, Emil, Maşallah və Zaur olmuşlar. Digər fəhlələr isə onlardan çox uzaqda olduqları üçün hadisə yerinə gəlməmişlər. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şahid dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iki gün əvvələ kimi Separadi kəndinin sahə müvəkkili vəzifəsində çalışmışdır. Qeyd olunan hadisə ilə bağlı hadisə tam yadında deyil, ayın tarixini bilmir. Hadisə günü əməliyyat qrupunun tərkibində olmuşdur. Valeh 102 Xidmətinə torpaqda qanunsuz qazıntı işlərin aparılması ilə bağlı məlumat vermişdir. Buna görə də onlar hadisə yerinə yollanmışlar. O, ora iki nəfər polis əməkdaşı ilə getmişdir. Ora çatanda hər-hansı bir mübahisənin olduğunu görməmişdir. Lakin, Valeh yerdə uzanmış vəziyyətdə kimləsə telefonla danışırdı. Onun üstü palçıqlı olsa da, üzərində xəsarət yox idi. Həmin vaxt orada olan türk vətəndaşının paltarının yaxası açıq çırıq vəziyyətdə idi. Valeh onlara bildirmişdir ki, onu döyüblər. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Valehə hadisə yerinə getmək tapşırığını verməmiş, ondan xahiş etmişdir ki, torpaqla bağlı qanunsuz hərəkətlərə dair dəlillərini gətirib onlara təqdim etsin. O, ondan orada çəkiliş aparılmasını tələb etməmişdir. Valehin 102 Xidmətinə zəngi və nə vaxt etdiyini xatırlamır. Hadisə yerini bilmək üçün Valehə 3-4 dəfə zəng vurmuşdur. Valehə hadisə yerinə gələcəklərini bildirmişdir. Onlar yolda olduqları zaman Valeh ona zəng vuraraq döyüldüyünü bildirmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında əlavə şahid dindirilmiş Lənkəran RŞPŞnin müstəntiqi X5 göstərmişdir ki, məhkəmə iclasında şühid qismində dindirlmiş bəzi şahidlər göstərmişlər ki, güya onlar ibtidai istintaq zamanı ifadə verməmiş, sadəcə ifadələri imzalamışlar. Onlar düz demirlər. Onlar öz ifadələrini üzləşmə zamanı bir daha təsdiq etmişlər. İşdə olan məhkəmə-tibbi ekspertizasının 14 avqust 2023-cü il tarixli, 812 nömrəli rəyindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 14 avqust 2023-cü il tarixli, 817 nömrəli rəyindən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində-sol qaşüstü nahiyyəsində əzilmiş yara, döş qəfəsi nahiyyəsində qançır aşkar edilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanmm (əşyaların) təsirindən törənmişlər,müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan əlavə məhkəmə-tibbi ekspertizasının 17 avqust 2023-cü il tarixli, 833 nömrəli rəyindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bədəni üzərində-hər hansı bir xəsarət aşkar edilməmişdir. İşə əlavə edilmiş və imzası notariat ofisində təsdiqlənmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirlən şəxslə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş və onun təqsirləndirlən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran şəhər İHB-nın Şeparadi kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən 24 avqust 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla Lənkəran rayonu, Şeparadi kəndində yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, zərəçəkmiş şəxsə məxsus yaxa hissəsi cırılmış vəziyyətdə olan tünd yaşıl rəngli, qolsuz, kişi yay köynək maddi sübut qismində tanınaraq saxlanması üçün Lənkəran ŞRPŞ-ya təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək xuliqanlıq etmədiyini göstər və ona bəraət verilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, hadisə ictimayi yer sayılan "xxxx" MMC-nin ərazisində, işçilərin gözləri qabağında baş vermişdir. Həmin baş vermiş hadisə ailədə, mənzildə, qohumlar arasında şəxsi münaqişə zəminində, intiqam hissi ilə və ya zərərçəkmişin təşəbbüsü və onun qanunsuz hərəkətləri nəticəsində baş versəydi onu xuliqanlıq kimi qiymətləndirməmək olardı. Hadisənin baş verdiyi yerin şəxsi ev, mənzil olmamaqla "xxxx" MMC-nin ərazisi olması, işçilərin çalışdığı yer olmaqla ictimai yer hesab olunması, həmçinin, hadisə zamanı orada həmin şəxslərin olması, eyni zamanda zərəçəkmiş şəxsi əvvələr tanımadığından cinayətin subyektiv cəhəti olan niyyətin müəyyən edilməsi zamanı cinayət hadisəsinin qisas, intiqam hissi ilə törədilməməsi, əvvəllər tərəflərin aralarında bu səbəbdən belə bir münaqişənin olmaması onun əməlinin xuliqanlıq niyyəti ilə törədilməsinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiyanın 130-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, «Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir». Belə ki, müvafiq qərara əsasən xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin qərara əsasən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarın 2-ci bəndində göstərilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Qərarının 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, "Xuliqanlıq cinayətinin motivi təqsirkarin qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir". Məhkəmə təqsirləndirlən şəxsin hadisə yerində video çəkiliş apardığı zaman Rəhimin onu arxadan tutaraq qollarını tutduğunu, Nasirin isə onu yumruq zərbələri ilə vurduğunu, onların zərəçəkmiş şəxsə türk vətəndaşı olduğu üçün onun heç bir məsuliyyətə cəlb edilə bilməyəcəyini deyib, onu vurmağını zərərçəkmiş şəxsə təklif etdiklərini, Zərərçəkmiş şəxs daşla vurmadığını, onların polislərin gəldiyini görüb ondan aralandıqlarını, o isə yerdə uzanmış vəziyyətdə qaldığını, heç kimi döymədiyini, vurmadığını, ona elan olmuş ittihamın şər və böhtan xarakteri olduğunu, o, döyüldüyü halda ona əsassız olaraq təqsirləndirlən şəxs qismində cəlb olunduğunu, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən, ictimai yer sayılan Lenk-Fruit MMC-yə məxsus ərazisinə icazəsiz çəpərdən tullanıb keçərək, əsaslı bir səbəb olmadan həmin MMC-də işləyən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə, sonuncuya hücum edərək yaxasından tutub əynində olan köynəyinin yaxasını cıraraq sonuncunu yerə yıxması, sonra yerdən götürüb silah qismində istifadə etdiyi daşla qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirlən şəxs özünün də xəsarət aldığını göstərsə də, iki dəfə keçirilmiş məhkəmə tibbi ekspertizaları həmin faktı inkar etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin verdiyi ifadələrin məqsədi yaxasını cinayət məsuliyyətdən qurtarmaq olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs silahdan və ya silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ibtidai istntaqda verdiyi, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Veleh Məmmədzadəyə qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini təsdiq edən heç bir hal yoxdur. Belə ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət əməli hesab olunur. CM-nin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə tövsifedici əlamət kimi nəzərətə tutulmuşdur. CM-nin 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət məsuliyyəti yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışıq əldə etməsini, zərəşəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərəçəkmiş şəxsin ondan şikayətçi və tələbkar olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan, zərəçəkmiş şəxsə məxsus yaxa hissəsi cırılmış vəziyyətdə olan tünd yaşılk rəngli, qolsuz, kişi yay köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra zərəçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-da saxlanılan, zərəçəkmiş şəxsə məxsus yaxa hissəsi cırılmış vəziyyətdə olan tünd yaşıl rəngli, qolsuz, kişi yay köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra zərəçəkmiş şəxsə qaytarılsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən, elan, həbsdə olan təqsirləndirlən şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkaran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(049)-49/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-49/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver