Məhkəmə qərarları › İş №1(049)-49/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-49/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-49/2025 13.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 İbaddula oğlu, Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu, Əşlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Əşlə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunanqərəzli hərəkətlər etmişdir. Belə ki, o, 29 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində Lənkəran şəhəri, Nizami küçəsində istirahət və satış obyekti olaraq fəaliyyət göstərən “DosaMall” adlanan ərazidə retro avtomobillərin nümayiş olunduğu sərgidə iştirak edərkən Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus olmaqla, sərgində nümayiş olunan, ətrafına qırmızı lent çəkişmiş “Qaz 24” markalı avtomobilin qapısını açmaq istəməsinə sonuncunun irad bildirməsi ilə əlaqədar aralarında yaranmış sözlü mübahisənin davamı olaraq, hər hansı bir səbəb olmadan Zərərçəkmiş şəxs1 və onların mübahisəsinə müdaxilə etmiş sonuncunun dostu Zərərçəkmiş şəxs2 ünvanına uca səslə nalayiq ifadələr işlətməklə, onları münaqişəyə sövq edib, təxminən 10 dəqiqə müddətində müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, münaqişəni insanların və avtomobillərin intensiv hərəkət etdiyi, “DosaMall”un çıxışına, yəni Lənkəran şəhəri, Nizami küçəsinə çəkərək, orada olan və küçədən keçən çoxsaylı insanların əhatəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz şəxsiyyətini ətrafda toplaşmış çoxsaylı insanların şəxsiyyətinin fövqündə qoyub, Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq ifadələr işlətməklə kifayətlənməyib, onların üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, həmin vaxt - saat 20:40 radələrində üzərində olmuş müəyyən edilməyən bıçağı silah qismində istifadə edib, qeyd olunan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə endirərək ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazu, döş qəfəsi, sol qulaqarxası, sol said və sol qulaq seyvanı nahiyələrində kəsilmiş-deşilmiş yaralardan ibarət xəsarətlər, daha sonra əlində tutduğu bıçaqla Zərərçəkmiş şəxs2 döş qəfəsi nahiyəsinə qəsdən zərbə endirərək ona da, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yaradan ibarət xəsarət yetirərək, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərdi ki, 29 iyun 2024-cü il tarixdə saat təxminən 21 radələrində dostu olan X1 ilə birlikdə Lənkəran şəhəri ərazisində yerləşən “Dosa Mall’a tərəf gəlmişlər. Orada antik avtomobillərin sərgisi keçirilirmiş, onlar həmin avtomobillərə baxmaq üçün avtomobillərə yaxınlaşmışlar. O, avtomobilin ətrafına bağlanmış qırmızı lenti qaldıraraq avtomobillərdən birinə yaxınlaşmış və avtomobillərdən birinin qapısının dəstəyinə əl vuraraq baxmaq istəmişdir ki, qapı açılır ya da açılmır. Bundan sonra kənardan tanımadığı saqqallı, keçəl bir nəfər qışqıraraq ona tərəf yaxınlaşmış və “niyə avtomobilin qapısını sındırırsan” deyə müraciət etmişdir. O da həmin şəxsə “əl vurmaqla dəmir qırılar ki”, deyə cavab vermişdir. O. isə cavabında üstünə qışqıraraq “sənə deyirəm qırılır, niyə əl vurursan!” deyə bildirmiş və lenti qaldıraraq onun üstünə gəlmişdir. Daha sonra əlindən yapışaraq onu kənara çəkmişdir. Bundan sonra ətrafda olan şəxslər onları aralamış və onu kənara çəkmişlər. Bu zaman həmin saqqallı, keçəl şəxsin yanında olan bir nəfər qara köynəkli, çəp göz olan başqa bir şəxs uzaqdan onun ünvanına nalayiq küçə söyüşü söymüşdür. O, isə cavabında ona söymüşdür. Daha sonra həmin qara köynəkli şəxs qaçaraq üzərinə gəlmiş və ona “nömrəvi ver başqa vaxt sənlə görüşərik” deyə bildirmişdir. O, isə həmin şəxsə “yaz nömrəmi heç bir problem yoxdur” demişdir. Öz nömrəsini ona demək istəyən vaxt saqqallı keçəl olan şəxs onlara yaxınlaşmış və ona yumruq atmağa başlamışdır. O, hər iki əli ilə onun yaxasından yapışmış və özündən uzaqlaşdırmaq istəmişdir ki, qara köynəkli, çəpgöz olan şəxs də onun üstünə cumaraq ona yumruq atmağa başlamışdır. Həmin vaxt o, hər ikisinin əlindən yapışıb özünü onlardan qorumağa çalışsa da onlar ikisi də ondan fiziki cəhətdən güclü imişlər və onu yumruqla vururmuşlar. O, əlacsız qalıb qabaqcadan üzərində gəzdirdiyi qara rəngli, qatlanan, knopkah bıçağı kəmərindən taxdığı yerdən çıxararaq həmin şəxslərə tərəf atmağa başlamışdır. Konkret olaraq kimə neçə dəfə bıçaq zərbəsi endirməyi onun yadında qalmamış, həmin vaxt o, saqqallı keçəl şəxsin köynəyində qan ləkəsini görəndə qorxmuş və Lənkəran şəhəri Bazar adlanan əraziyə tərəf qaçmışdır. Daha sonra orada olan taksilərdən birinə minərək Sütəmurdov çayına gəlmiş və üzərindəki bıçağı çaya tullamışdır. Törətdiyi hadisə barəsində böyük qardaşı olan Şahid4 zəng edərək bildirmiş, qardaşı onu götürərək polis şöbəsinə gətirmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, bütün onlara vurulmuş ziyanə tam olaraq ödəmişdir. Əməlindən çox peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, 29 iyun 2024-cü il tarixdə, Lənkəran şəhəri “Dosa Mall’da keçirilən Retro tədbirində özünə məxsus olan antik avtomobillərin sərgisində iştirakçı kimi dəvət almışdır. Belə ki. o, özünə məxsus olan Qaz 24 markalı, **-NY-*** dövət qeydiyyat nişanlı avtomobili sərgidə nümayiş etdirmək üçün Lənkəran şəhərinə gəlmiş və tədbir keçirilən yerdə saat təxminən 21 radələrində Lənkəran şəhəri ərazisində yerləşən “Dosa Mall’ın həyətində avtomobilinin olduğu yerdə qalmışdır. Bu zaman bir neçə nəfər yaşda ondan balaca olan şəxs gələrək avtomobilinə yaxınlaşmışlar. Bu zaman həmin şəxslərdən biri avtomobilinin ətrafına vurulmuş qırmızı lenti qaldıraraq avtomobilinin qapısını əli ilə açmağa çalışmışdır. Avtomobilinin qapısı bağlı olduğu üçün həmin şəxs qapını aça bilməmiş və əli ilə möhkəm avtomobilin qapısını açmağa cəhd etmişdir. Həmin vaxt o, həmin şəxsə irad bildirmişdir. Həmin şəxs ona tərəf çevrilib “nə qışqırırsan normal şəkildə de bildikdə” deyə ona cavab vermişdir. O, həmiin şəxsə əhəmiyyət verməmiş və ona bildirmişdir ki, yaxşı uşaqsan yanındakılara bildirmişdir ki, onu aparın getsin. Bundan sonra həmin şəxs deyinə-deyinə uzaqlaşmış, onu yola vermiş və onun dediklərinə əhəmiyyət verməmişdir. Sonradan görmüşdür ki, həmin şəxs dostu Nurlanla mübahisə edir və Nurlanı kənara tərəf söhbət etməyə çağırır. Bundan sonra o. avtomobilinin yanından uzaqlaşaraq Nurlanla həmin şəxsin getdiyi tərəfə getmişdir. Görmüşdür ki, həmin şəxs Nurlanla əlbəyaxa olub və o, onlara yaxınlaşıb Nurlanla dava etmək istəyən həmin şəxsin boynundan tutub kənara çəkmək istəmişdir. Bu zaman həmin şəxs qəfildən onun sol qulağının arxasında bir dəfə əli ilə zərbə endirmişdir. Bundan başqa həmin şəxsin ona bıçaqla zərbə endirdiyini fikirləşməmişdir. Sonra Nurlan onunla əlbəyaxa olmuş və o, Nurlana da iki zərbə endirmiş və sonra da Nurlandan aralanaraq qaçmışdır. Sonradan əlini qulağına vuranda qulağının qanadığını görmüşdür. Sonradan sinəsinin sağ tərəfində kəsilmiş yara və sol qolunun bazu nahiyəsinin kəsilməsini və sol saidinin kəsilməsini görmüşdür. Daha sonra ətarfda olan şəxslərin köməkliyi ilə onu və Nurlanı çağırılmış Təcili Tibbi yardım avtomobilinə mindirərək Lənkəran RMX-na gətirmişlər. Sonradan öyrənmişdir ki, onu və dostu Nurlanı bıçaqlayan şəxs Təqsirləndirilən şəxs olmuşdur. Hazırda təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam olaraq ödəmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Bu barədə notariat qaydasında təqsid edilmiş ərizəni də məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, 29 iyun 2024-cü il tarixdə, Lənkəran şəhəri “Dosa Mall”da keçirilən Retro tədbirində özünə məxsus olan antik avtomobillərin sərgisində iştirakçı kimi dəvət almışdır. Belə ki, özünə məxsus olan Qaz 24 markalı, **-LA-*** dövət qeydiyyat nişanlı avtomobili sərgidə nümayiş etdirmək üçün Lənkəran şəhərində yerləşən “Dosa Mall’a gəlmişdir. Tədbir keçirilən yerdə saat təxminən 21 radələrində Lənkəran şəhəri ərazisində yerləşən “Dosa Mall”ın həyətində avtomobilinin olduğu yerdə qalmışdır. Bu zaman bir neçə nəfər yaşda ondan balaca olan şəxs gələrək dostu Arifin avtomobilinə yaxınlaşmışlar. Bu zaman həmin şəxslərdən biri avtomobilin ətrafına vurulmuş qırmızı lenti qaldıraraq avtomobilin qapısını əli ilə açmağa çalışmış, avtomobilin qapısı bağlı olduğu üçün həmin şəxs qapını aça bilməmiş və əli ilə möhkəm avtomobilin qapısını açmağa cəhd etmişdir. Həmin vaxt Arif ona irad bildirmişdir. Həmin şəxs Arifə tərəf çevrilib “nə qışqırırsan normal şəkildə de bildikdə” deyə cavab vermişdir. Arif ona əhəmiyyət verməmiş və ona bildirdi ki, “yaxşı uşaqsan”, yanındakılara bildirdi ki, “onu aparın getsin”. Bundan sonra həmin şəxs deyinə-deyinə uzaqlaşmış, Arif onu yola vermiş və onun dediklərinə əhəmiyyət verməmişdir. Daha sonra həmin şəxs və ətrafında olan şəxslər Arifə tərəf baxıb deyinirdilər. Bundan sonra ona yaxınlaşmış və nə baş verdiyini ondan soruşmuşdur. O, isə cavabında ona bildirmişdir ki, Arif onunla kobud danışmış və onunla bu cür danışmamalı imiş. O, isə həmin şəxsə Arif Lənkəranda qonaqdır, bildiribsə avtomobilə toxunmaq olmaz demək ki, toxunmaq olmazda burda nə var deyə bildirmişdir. Belə də ki, o, sizdən yaşda böyükdür. O, isə cavabında “sizin neçə yaşınız vare belə böyüyük bildirisiz” dedi. Həmin vaxt ona bildirmişdir ki, “nömrəvi ver səninlə başqa vaxt söhbət edəcəyəm”. O, nömrəsini vermək istəyən vaxt ətrafda olan şəxslər onu kənara çəkmişlər. Həmin şəxs əli ilə ona işarə edərək onu kənara çağırmış və ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o, söyüşü eşitdikdən sonra qaçaraq həmin şəxsin üzərinə getmişdir. Həmin vaxt dostu Arifdə onlara yaxınlaşmış və onun boynundan yapışaraq onu kənarlaşdırmaq istəyirmiş. Bu zaman həmin şəxs Arifin sol qulaq nahiyəsinə, sağ döş qəfəsinə və sol qoluna tərəf zərbələr endirməyə başlamış, sonra o, onun üstünə gedərkən onun döş qəfəsinin sol nahiyəsinə iki dəfə yumruq zərbəsi atmışdır. Bundan sonra həmin şəxs ondan aralanaraq qaçmışdır. Sonradan Arifin qulağının qanadığını görmüş, bundan başqa Arifin sinəsinin sağ tərəfində kəsilməsini görmüşlər. Bundan sonra sinəsində istilik hiss etmiş və əlini sinəsinə aparanda görmüşdür ki, ondan da qan axır. Daha sonra ətarfda olan şəxslərin köməkliyi ilə onu və Arifi çağırılmış Təcili Tibbi yardım avtomobilinə mindirərək Lənkəran RMX-na gətirmişlər. Sonradan öyrənmişdir ki, onu və dostu Arifi bıçaqlayan şəxs Təqsirləndirilən şəxsdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Bu barədə notariat qaydasında təqsid edilmiş ərizəni də məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, 29 iyun 2024-cü il tarixdə saat təxminən 21 radələrində qonşuluqda yaşayan dostu Ramalla istirahət etmək məqsədi ilə birlikdə Lənkəran şəhəri ərazisində yerləşən “Dosa Mall”a tərəf gəlmişlər. “Dosa Mall’da antik avtomobillərin sərgisi keçirilirmiş, onlar həmin avtomobillərə baxmaq üçün avtomobillərə yaxınlaşmışlar. Ramal avtomobilin ətrafına bağlanmış qırmızı lenti qaldıraraq avtomobillərdən birinə yaxınlaşmışdır. O, avtomobildən birinin qapısının dəstəyinə əl vuraraq baxmaq istəmişdir ki, qapı açılır ya da açılmır. Bundan sonra kənardan tanımadığı saqqallı, keçəl bir nəfər qışqıraraq ona tərəf yaxınlaşmış və “niyə avtomobilin qapısını sındırırsan” deyə müraciət etmişdir. Ramal da ona “əl vurmaqla dəmir qırılar ki”, deyə cavab vermişdir. O, isə cavabında üstünə qışqıraraq “sənə deyirəm qırılır niyə əl vurursan” deyə bildirmiş və lenti qaldıraraq Ramalın üstünə gəlmişdir. Daha sonra Ramalın əlindən yapışaraq onu kənara çəkmiş, Ramal ona “niyə üstümə qışqırırsan ki, nə etdim mən maşına” deyə bildirdi və ona üstünə qışqırmamasım bildirmişdir. O, isə Ramalı kənara çəkmişdir. Bundan sonra ətrafda olan şəxslər və özü onları aralamış və Ramalı kənara çəkmişlər. Bu zaman həmin saqqallı, keçəl şəxsin yanında olan bir nəfər qara köynəkli, çəp göz olan başqa bir şəxs uzaqdan Ramalın ünvanına nalayiq küçə söyüşü söymüş, Ramal isə cavabında ona nə söyüş söyürsən gəl bura söhbət edək deyə bildirmişdir. Daha sonra həmin qara köynəkli şəxs qaçaraq Ramalı üzərinə gəlmiş və “nömrəvi ver başqa vaxt sənlə görüşərik” deyə bildirmişdir. Ramal isə ona “yaz nömrəmi heç bir problem yoxdur” dedi. O. nömrəsini həmin şəxsə demək istəyən vaxt saqqallı keçəl olan şəxs onlara yaxınlaşmışdır. Daha sonra o, onların arasına girib onları ayırmaq istəmişdir. Daha sonra ətrafda olan şəxslər gəlib onları ayırmağa başlamışlar və həmin vaxt Ramal saqqallı keçəl şəxsin köynəyində qan ləkəsini görəndə qorxmuşdur. Bundan sonra Ramal Lənkəran şəhəri Bazar adlanan əraziyə tərəf qaçmışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və Ramalın bıçaqladığı şəxsləri xəstəxanaya aparmışlar. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, 29 iyun 2024-cü il tarixdə saat təxminən 21 radələrində Lənkəran şəhəri ərazisində yerləşən “Dosa Mall’da antik avtomobillərin sərgisi keçirilirmiş, o, tanışları Ramal və digər şəxslərlə həmin avtomobillərə baxmaq üçün avtomobillərə yaxınlaşmışlar. Ramal avtomobilin ətrafına bağlanmış qırmızı lenti qaldıraraq avtomobillərdən birinə yaxınlaşmışdır. O, avtomobildən birinin qapısının dəstəyinə əl vuraraq baxmaq istəmişdir ki, qapı açılır ya da açılmır. Bundan sonra kənardan tanımadığı saqqallı, keçəl bir nəfər qışqıraraq ona tərəf yaxınlaşmış və “niyə avtomobilin qapısını sındırırsan” deyə müraciət etmişdir. Ramal da ona “əl vurmaqla dəmir qırılar ki”, deyə cavab vermişdir. O, isə cavabında üstünə qışqıraraq “sənə deyirəm qırılır niyə əl vurursan” deyə bildirmiş və lenti qaldıraraq Ramalın üstünə gəlmişdir. Daha sonra Ramalın əlindən yapışaraq onu kənara çəkmiş, Ramal ona “niyə üstümə qışqırırsan ki, nə etdim mən maşına” deyə bildirdi və ona üstünə qışqırmamasım bildirmişdir. O, isə Ramalı kənara çəkmişdir. Bundan sonra ətrafda olan şəxslər və özü onları aralamış və Ramalı kənara çəkmişlər. Bu zaman həmin saqqallı, keçəl şəxsin yanında olan bir nəfər qara köynəkli, çəp göz olan başqa bir şəxs uzaqdan Ramalın ünvanına nalayiq küçə söyüşü söymüş, Ramal isə cavabında ona nə söyüş söyürsən gəl bura söhbət edək deyə bildirmişdir. Daha sonra həmin qara köynəkli şəxs qaçaraq Ramalı üzərinə gəlmiş və “nömrəvi ver başqa vaxt sənlə görüşərik” deyə bildirmişdir. Ramal isə ona “yaz nömrəmi heç bir problem yoxdur” dedi. O. nömrəsini həmin şəxsə demək istəyən vaxt saqqallı keçəl olan şəxs onlara yaxınlaşmışdır. Daha sonra o, onların arasına girib onları ayırmaq istəmişdir. Daha sonra ətrafda olan şəxslər gəlib onları ayırmağa başlamışlar və həmin vaxt Ramal saqqallı keçəl şəxsin köynəyində qan ləkəsini görəndə qorxmuşdur. Bundan sonra Ramal Lənkəran şəhəri Bazar adlanan əraziyə tərəf qaçmışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və Ramalın bıçaqladığı şəxsləri xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 cinayət işinin 82-84-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Əşlə kəndində atasına məxsus evdə yaşayır. Subaydır. 29 iyun 2024-cü il tarixdə saat təxminən 22 radələrində qardaşı Ramal ona zəng edərək “Dosa Malf’da dalaşdığını və iki nəfəri bıçaqladığım bildirmişdir. Daha sonra o, Ramala harada olduğunu bildirmiş, Ramal da ona Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən çayın yanında olduğunu bildirmişdir. Daha sonra o, taksi ilə onun yanma getmiş və Ramah oradan götürərək Lənkəran polis şöbəsinə gətirmişdir. Sonradan öyrənmişdir ki, qardaşı Ramalın bıçaqladığı şəxslər Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 və Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs2dur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, o, Lənkəran ŞRPŞ-nin polis sahə rəisi vəzifəsinə işləyir. Lənkəran şəhəri “Dosa Mall”ın yerləşdiyi ərazi onun xidməti ərazidir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsindən ona məxsus olan mobil telefona zəng gələrək, xidməti ərazisində yerləşən “Dosa Mall” adlanan yerdə bıçaqlanma hadisəsinin baş verdiyi bildirmiş, daha sonra o, həmin əraziyə gələrək baş vermiş hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi barədə məlumat toplamağa başlamışdır. Belə ki, ona məlum olmuşdur ki, 29 iyun 2024-cü il tarixdə saat təxminən 21 radələrində Lənkəran rayonu Əşlə kənd sakini Nəzərli X3 şəhəri “Dosa Mail” adlanan ərazidə həmin gün təşkil olunan antik avtomobillərin sərgisində həmin avtomobillərə baxmaq üçün oraya yaxınlaşmış, daha sonra orada olan avtomobillərdən birinə yaxınlaşmış və avtomobilin ətrafına bağlanmış qırmızı lenti qaldıraraq avtomobilə toxunmaq istəmişdir. O, avtomobildən birinin qapısının dəstəyinə əl vuraraq baxmaq istəmiş ki, qapı açılır ya da açılmır. Bundan sonra kənarda dayanmış avtomobilin sahibi Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq niyə avtomobilin qapısını sındırırsan deyə müraciət etmişdir. Aralarında yaranmış sözlü mübahisədən sonra onlar məsələni ayırd etmək üçün kənara çəkilmişlər. Həmin vaxt Ramalla Arif kənara mübahisəni davam etdirmək üçün gedərkən Arifin tanışı olan Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs2 məsələni aydınlaşdırmaqdan ötrü Təqsirləndirilən şəxs yanına qaçaraq getmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində saxladığı bıçaqla Zərərçəkmiş şəxs2 01 dəfə, Zərərçəkmiş şəxs1 isə 04 dəfə bıçaqla zərbə endirərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Daha sonra ətrafda olan şəxslərin köməkliyi ilə onlar ayrılmış və Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və Arif İsayılov və Zərərçəkmiş şəxs2 xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdıqdan sonra taksiyə minərək Sütəmurdov kəndində yerləşən çayın kənarına gəlmiş və üzərindəki bıçağı çaya tullamışdır. Hadisə yeri müayinə olunarkən ətrafda olan iaşə obyektlərindən baş vermiş hadisənin videogörüntüləri quraşdırılmış təhlükəsizlik kameralarından aydın şəkildə görülmüşdür. Cinayət işinin 138-141-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən ifadəsində göstərdiklərini əyani şəkildə göstərmişdir. Cinayət işinin 11-17-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 30 iyun 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran şəhəri ərazisində yerləşən “Dosa Mail" adlanan yerdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 da iştirak etmişdir. Sonuncunun iştirakı ilə “Dosa Malf’ın həətinə baxış keçirilmiş və orada Zərərçəkmiş şəxs2 “Dosa Malf’ın həyətində retro tədbirində nümayiş elətdirilən antik avtomobillərin olduğu yeri göstərmiş, onu və dostu Zərərçəkmiş şəxs1 bıçaqlayan Təqsirləndirilən şəxs ilkin olaraq onlarla sözlü mübahisə etdiyi və daha sonra əlbəyaxa olduqları yeri göstərdi. Hadisə yerinə baxış keçirilən zaman foto çəkilişdən istifadə olundu və aşkarlandıqdan sonra protokola əlavə ediləcəkdir. Baxış zamanı hadisə yerindən olan iaşə obyektlərinin təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülər də götürülmüşdür. Cinayət işinin 79-80-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli diskə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 (bir) ədəd DVD formatlı diskdə WhatsApp Video 2024-12-18 at 17.43.19 və WhatsApp Video 2024-12-18 at 17.43.20 videogörüntülər aşkar edildi. 1) WhatsApp Video 2024-12- 18 at 17.43.19 videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs “Dosa MalF’da sərgilənən antik avtomobillərə yaxınlaşır və avtomobilə əl vurur. Həmin vaxt avtomobilin sahibi Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq sözlü mübahisə edirlər. Daha sonra onlar avtomobilin yanından aralanaraq kənara gedirlər. 2) WhatsApp Video 2024-12-18 at 17.43.20 videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs “Dosa Mall”m arxa girişində yerləşən ransformatorun yanma gedir və onun arxasıyca Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 gedir. Transformatorun arxasına çatan zaman Zərərçəkmiş şəxs1 Ramalın üzərinə cumur və həmin vaxt Təqsirləndirilən şəxs Arifə və Nurlana zərbələr endirir. Daha sonra ətrafda olan şəxslər onları ayırır və Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq uzaqlaşır. Cinayət işinin 28-29-cu vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30 iyun 2024-cü il tarixli, 582 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində-sol bazu, döş qəfəsi, sol qulaqarxası, sol said, sol qulaq seyvanı nahiyələrində kəsilmiş-deşilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişlər, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 30-31-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30 iyun 2024-cü il tarixli, 583 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində- döş qəfəsi nahiyəsində kəsilmiş- deşilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 81-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 44-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş protokoldan görünür ki, 01 iyul 2024-cü il tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 71-72-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 02 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Məhkəməyə tədqim edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs barışmış, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyə tədqim edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyə tədqim edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid4 X2 iştirak edərək “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, ittiham olunduğu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 221.3-cü maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həmçinin qardaşının İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilməsini CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslərin hər ikisi ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusunu, habelə eyni zamanda əməlini etiraf edərək məhkəmə iclasında islah yonumlu davranışları nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən Şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətmiş, onun islah olunmağa meylli davranışını, zərərçəkmiş şəxslərlə qarşılıqlı münasibətlərini və cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə davranışlarını, əməlindən peşman olan, əməlinin nəticəsində yaranmış məhrumiyyətləri aradan qaldırmağa cəhd etmiş təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməsi qənaətinə gəlindiyindən yuxarıda qeyd edilmiş Plenum qərarına əsasən təqsirləndirilən şəxsin 01 iyul 2024-cü il tarixdən 02 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilən cəza müddətinə hesablanmamalıdır. İş üzrə maddi sübut kimi bir ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar