Məhkəmə qərarları › İş №1(049)-50/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-50/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-50/2025 07.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 12:00 xx xxxxxx 1997-ci il tarixdə də Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Astara Rayon Məhkəməsinin 1(018)-08/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 05 oktyabr 2024-cü il tarixdə yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmin gün saat 21 radələrində Lənkəran rayonu, Girdəni kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin qarşısına gələrək, hasarından keçməklə həyətinə daxil olduqdan sonra həyətdə olan nərdivanla evin ikinci mərtəbəsində eyvana çıxıb, həyətdən tapdığı dəmir alətlə eyvanın plastik qapısını möhkəm sıxıb dəmir alətlə aralayıb açmaqla evin ikinci mərtəbəsinə yəni həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq orada axtarış apararkən evin yataq otağında olan güzgülü dolabın siyirməsində aşkar etdiyi, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 500 manat qiymətində “Hublot” markalı kişi qol saatı, bir ədəd 150 manat, digəri 50 manat olan iki ədəd sadə kişi qol saatı çəkisi 7 qram olan, 583 əyarlı, 01 (bir) ədəd 665 manat qiymətində qızıl sep və çəkisi 8 qram olan, 583 əyarlı, 01 (bir) ədəd 760 manat qiymətində qızıl boyunbağı, 50 manat pulu, oradan Zərərçəkmiş şəxs3 məxsus ümumlikdə 2125 (iki min yüz iyirmi beş ) manat qiymətində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 07 oktyabr 2024-cü il tarixdə yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmin gün saat 21 radələrində Lənkəran rayonu, Şilavar kəndində yerləşən Zərərçəkmiş şəxs2 evinin qarşısına gələrək, evin hasarından keçməklə həyətinə daxil olduqdan sonra evin arxa tərəfində, birinci mərtəbədə yerləşən plastik pəncərəni əli ilə möhkəm sıxıb açmaqla evin içərisinə yəni həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq orada pillənklə evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabın içərisində olan çantadan aşkar etdiyi, Zərərçəkmiş şəxs2 məxsus 5 manat pul, bir ədəd 1000 manat qiyəmtində 12,5 qram çəkidə 585 əyarlı, üzərində “X5” sözü olan nişan olmaqla Zərərçəkmiş şəxs2 məxsus ümumlikdə 1005 ( bir min beş) manat qiymətində əmlakı təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 11 oktyabr 2024-cü il tarixdə yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmin gün saat 21 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 evinin qarşısına gələrək, evin hasarından keçməklə həyətinə daxil olduqdan sonra evin arxa tərəfinə açılan, ikinci mərtəbə olan plastik pəncərəni oradan tapdığı dəmir parçası ilə möhkəm sıxıb açmaqla evin içərisinə yəni həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabının içərisində olan çantadan aşkar etdiyi Zərərçəkmiş şəxs4 məxsus 100 manat, qəpiklərdən ibarət olan 20 manat pulu, bir ədəd 50 manat qiymətində sadə kişi qol saatı olmaqla Zərərçəkmiş şəxs4 məxsus ümumlikdə 170 (yüz yetmiş) manat qiymətində özgənin əmlakı təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 12 oktyabr 2024-cü il tarixdə yaşayış sahəsindən oğurluq, yəni özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmin gün saat 20 radələrində Lənkəran rayonu, Şilavar kəndində yerləşən Zərərçəkmiş şəxs1 evinin qarşısına gələrək, evin hasarından keçməklə həyətinə daxil olduqdan sonra, evin birinci mərtəbəsində yerləşən mətbəxin plastik pəncərəsini möhkəm sıxıb açamaqla, evin içərisinə, yəni həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində axtarış apararkən orada yataq otağında olan güzgülü dolabın üzərində qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus çəkisi 8 qram olan, 583 əyarlı, 01 (bir) ədəd 760 manat qiymətində qızıl nişan üzüyü, çəkisi 12 qram olan, 583 əyarlı, 01 (bir) ədəd 1140 manat qiymətində qızıl bilərziyi, çəkisi 8,7 qram olan, 583 əyarlı, 01 (bir) ədəd 826,50 manat qiymətində qızıl boyunbağını, çəkisi 20 qram olan, 583 əyarlı, 1900 manat qiymətində qızıl sırğa üzük boyunbağıdan ibarət olan dəsti, ümumi çəkisi 16 qram olan, 583 əyarlı, 1520 manat qiymətində üzərində klon olan boyunbağını, həmin dolabın siyirməsində 3800 manat pul olmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumlikdə xeyli miqdarda 9946,50 (doqquz min doqquz yüz qırx altı manat əlli qəpik) manat qiymətində əmlakı təkrar yaşayış sahəsinə və daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş maddələr üzrə tam, ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, özünü dörd oğurluq epizodu üzrə təqsirli bilsə də, törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ittihamda qeyd edilən maddi ziyana münasibətdə təqsirli bilmir. Həbsdən çıxdıqdan sonra pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Yaşadığı Astara rayonunda oğurluq edərsə hamı onu peşəkar oğru kimi tanıdığından tez şübhə çəkəcəyini bildiyi üçün Lənkəran şəhərinə gəlib oğurluq etmək qərarın gəlmişdir. O, oğurluq etdiyi evləri təsadüfən seçir. Bir evin işıqları yanmadığından, qapısı klidli olduğundan əmin olur ki, evdə heç kəs yoxdur. Oğurluqları günün axşam saat 22 radələrinə kimi edib qurtarır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində tək Lənkəran şəhərinə mikroavtobusla gəlib bazar ərazisində düşmüşdür. Piyada “Ləvəngi dairəsi” tərəfə gəlmişdir. Həmin gün saat 21 radələrində Dəmirağac marketin yaxınılığında arxası yola olan iki mərtəbəli kərpicdən inşa edilmiş ev görmüşdür. Həmin evə baxanda görmüşdür ki, bir həyətdə iki ev vardır. Evlərin birinin ön hissəsinə işıq yansa da digərində isə işıq sönülü olmuşdur. Güman etmişdir ki, həmin evlərdə heç kəs yoxdur. O, həmin evin giriş qapısını yanında olan taxta qapıdan çəpərə çıxıb orada nda həyətə daxil olmuşdur. Həyətdə olan iki mərtəbəli kərpicli evdən oğurluq etmək üçün evin bağında olan nərdivanı götürüb evin ikinci mərtəbəsinə olan eyvana qalxmışdır. Eyvanın plastik qapısını həyətdən tapdığı dəmir boru ilə qapının yanına gəlmişdir. İlk öncə plastik qapını ayağı ilə sıxıb bir qədər araldıqdan sonra dəmir borunu güclə olsada içəri saldıqda kilid aralanaraq qapı açılmışdır. O evə daxil olaraq evi axtarmağa başlamışdır. Evin zalından solda olan yataq otağında olan mebelin rəfindən 3 ədəd kişi qol saatı, 50 manat pul götürüb evə daxil olduğu kimi oradan çıxıb getmişdir. Küçəyə çıxıb “Ləvəngi dairəsi”nə tərəfə piyada yola düşmüşdür. Yol ilə gedərkən saatların hər üçünün də ucuz olduğunu görüb onları xatırlamadığı yerə tullamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu, Şilavar kəndində ara məhlələrin birində işıqlarının yanmayan və qapısı kilidli olan bir ev görmüşdür. Evin sahibsiz olduğunu bilmişdir. Həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, hasardan həyətə daxil olmuş, evin qarşısında kamera olduğunu görüb evin arxa hissəsində kamera olmayan yerə gəlib evin birinci mərtəbəsinə evin arxasına açılan plastik pəncərini əli ilə sıxıb açmışdır. Həmin pəncərədən içəri daxil olmuşdur. Oradan da pilləkənlə yuxarı qalxmışdır. Zala çıxan kimi evdə olan otaqları axtarmışdır qızıl və pul tapa bilməmişdir. Evin ikinci mərtəbəsində yataq otağında dolabın içərisinə qoyulmuş çantanın içərisində bir ədəd medal görmüşdür. Medalın qızıl olduğunu görüb götürmüşdür. Çantada olan 5 manatı da götürmüşdür. O evə daxil olduğu kimi küçəyə çıxmışdır. Oradan da Astaraya qayıtmışdır. Qızıl medalın üzərinə bələdiyyə sözü yazılmışdır. Səhəri gün Masallı bazarında qızıl dükanında tanımadığı şəxsə 680 manata satmışdır. Qızıl çəkisi 7-8 qram olmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Lənkərana oğurluq etmək üçün gəlmişdir. Həmin gün saat 20 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsində olarkən həmin kənddə yerləşən “Əzizə” şadlıq sarayının arxasında yerləşən işıqlarını yanmayan və qapısının bağlı olan bir ev görmüşdür. Bilmişdir ki, həmin evdə ev sahibi yoxdur. Buna görə evin ön tərəfindən hasardan həyətə daxil olmuşdur. Evin əsas giriş qapısı bağlı olmuşdur. Buna görə evin bağ tərəfə olan ikinci mərtəbəsində yerləşən plastik pəncərəni həyətdən tapdığı dəmir alətlə açıb içəri daxil olmuşdur. Ev iki mərtəbəli olsa da ikinci mərtəbəsi yerdən çox hündür olmamışdır. Buna görə evin ikinci mərtəbəsinə rahatlıqla dırmaşa bilmişdir. Pəncərədən evin zalına daxil olmuşdur. Zalın sonunda sol tərəfdə olan yataq otağını axtardıqda orada olan paltar dolabında 100 manat pul, bir ədəd markasını bilmədiyi kişi qol saatı, dəmir qabın içərsində olan qəpiklərdən ibarət olan pulu götürüb çıxıb getmişdir. Qəpikləri saydıqda 20 manat olmuşdur. Həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. Saatı isə sonradan xatırlamadığı yerdə itirmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində oğurluq etmək üçün Lənkəran şəhərinə gəlmişdir. Rayonun Şilavar kəndində ara məhlələrinə girib oğulurluq etmək üçün sahibi olmayan ev axtarmışdır. Bu zaman işıqlarının yanmayan və qapısını bağlı olan iki mərtəbəli bir ev görmüşdür. Ətrafa baxmış, heç kəsin olmadığını görmüşdür. Həyətə darvazanın yanında olan hasardan daxil olmuşdur. Həyətə daxil olduqdan evin birinci mərtəbəsində mətbəxin plastik pəncərsini əli ilə sıxıb açmışdır. Oradan mətbəxə daxil olmuşdur. Mətbəxə daxil olan kimi mətbəxdə müşahidə kamerasının monitorunu görmüşdür. Özünü gizlətmək üçün monitoru yerə atıb sındırmışdır. Sonra evi axtarmağa başlamışdır. Evin ikinci mərtəbəsinə qalxmış, orada yataq otağında olan rəfin üzərinə qoyulmuş bir ədəd üzük, bir ədəd qolbağ, iki ədəd boyunbağı, boyunbağlarıdan birinin üzərində klon olsa da, digəri klonsuz olmuşdur. Bir ədəd də sırğa üzük dəstini götürüb evdən çıxıb getmişdir. O həmin gün Bakı şəhərinə getmişdir. Həmin evdə pul olmamışdır. Oğurladığı qızıllardan bir neçəsini Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə bir neçə dükanlara ümumilikdə 2000 manata satmışdır. Pulu maddi ehtiyaclarına xərcləmişdir. Onu polis əməkdaşlarının axtardığını bildiyi üçün Gəncə şəhərinə getmişdir. Gəncədə olarkən sonuncu evdən oğurladığı qolbağı Gəncə şəhərində yeni avtovağzalın yanında tanımadığı şəxsə 570 manata satmışdır. Boyunbağını isə tanımadığı şəxslə çayxanda zərlə qumar oynayarkən uduzduğu 500 manat pulun əvəzinə vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianı qəbul etmir. Təqsirləndirilən şəxs son sözündə, mülki iddianı qəbul etmədiyini, zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ondan şikayətçi olmadığı üçün ona dəymiş ziyanı ödəyəcəyini, digər zərər çəkmiş şəxslərə isə dəymiş ziyanı ödəməyəcəyini bildirərək, məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etdi. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Sultan oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs3 Sultan oğlu məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli teleqramda ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarında iştirak edə bilməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Sultan oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Lənkəran rayonu, Girdəni kəndində fərdi yaşayış evi vardır. Həmin evə onunla bir həyətdə ayrı yaşayan qayınatası Şahid1 nəzarət edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sədaqət evdə olmadığı vaxt naməlum şəxs həyətə daxil olaraq oradan nərdivanla evin eyvanına çıxmış, oradan da eyvanın plastik qapısını sıxıb açaraq oradan yataq otağına daxil olmaqla, evindən oğurluq etmişdir. Həmin gün saat 23 radələrində Sadaqət evə gələndə həyətdəki nərdivanın eyvana dayanmış vəziyyətdə olduğunu görüb evdən oğurluq olmasından şübhələnmişdir. O, evi axtaranda iki ədəd qol saatının yerində olmadığını görüb bu barədə ona bildirmişdir. O da Sədaqətə şikayət etməsini dedikdən sonra Sədaqət DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O da səhəri gün evinə gəlib evə nəzər salanda evdən yataq otağında dolabın üstündə iki ədəd qol saatından savayı dolabın içərisində bir ədəd qadın qızıl sep, bir ədəd qızıl boyunbağı, bundan başqa ona məxsus qiyməti 500 manat olan “Hublot” markalı qol saatı, 50 manat pulun oğurlandığını müəyyən etmişdir. Ona məxsus evdən ümumilikdə 3 ədəd qol saatı, bir ədəd qızıl sep, bir ədəd qızıl boyunbağı, 50 manat pul və bir ədəd qızıl olmayan adi metaldan hazırlanmış medal oğurlanmışdır. Evindən oğurlanmış iki ədəd saatların markaları xatırlamır. Onlardan birini 150, digərini isə 50 manata almışdır. Amma “Hublot” markalı saatı isə bir il öncə 500 manata almışdır. Qızıl əşyalar isə, çəkisi 7 qram olan, 583 əyarlı, 700 manat qiymətində bir ədəd qızıl sep və çəkisi 8 qram olan, 583 əyarlı 800 manat qiymətində qızıl boyunbağı olmuşdur. Oğurluq nəticəsində ona ümumlikdə 2250 manat ziyan dəymişdir. O polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra ona evində oğurluq etmiş şəxsin Astara rayon sakini İsmayıl adlı şəxs olması məlum olmuşdur. İsmayılın ifadəsində göstərdikləri yalandır. Onun evindən iki ədəd qızıl sep və boyunbağı oğurlamışdır. Bundan öncə onun evində oğurluq hadisəsi baş verməmişdir. Həmin əşyalar oğurlanmamışdan öncə yerində olmuşdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailəsi birlikdə Lənkəran rayonu, Şilavar kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhərindən Lənkərana yaşadığı evə qayıtmışdır. Evə daxil olanda evin birinci mərtəbəsində plastik pəncərənin sıxılaraq açıldığını görmüşdür. Evdən oğurluq olduğundan şübhələnib evi axtarmağa başlamışdır. Evin yataq otağında paltar dolabında ona məxsus qiyməti 1000 manat olan bələdiyyə medalının və pul qabının içərisində 5 manat pulun oğurlandığını görmüşdür. Buna görə polis şöbəsinə ərizə ilə şikayət etmişdir. O, polis şöbəsinə şikayət etdikdən sonra oğurluq etmiş şəxsin Astara rayon sakini İsmayıl adlı şəxs olduğunu öyrənmişdir. O, əvvəllər uzun müddət müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu işlədiyi vəzifə Lənkəran Şəhər Bələdiyyəsinin sədr müavini vəzifəsi olmuşdur. Həmin vəzifədən də təqaüdə göndərilmişdir. Ona məxsus oğurlanmış medala dair heç bir sənədi yoxdur. Həmin medal “Bələdiyyə həyatı” qəzetinin təsis edərək 9 il bundan öncə ona göstərdiyi xidmətlərə görə verilmşdir. Ondan başqa, respubilkada bir neçə şəxsə verilmişdir. Həmin medalın qızıldan olmasını, çəkisinin təxminən 10 qrama yaxın olmasını dəqiq bilir. Medalın qiyməti 1000 manatdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda ona dəymiş ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Lənkəran şəhər Mərkəzi bazarda telefon dükanında proqramçı işləyir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində ad günü mərasimində iştirak etmək üçün getmişdir. Ailə üzvlərini isə Tükəvilə kəndində valideynlərinin evinə aparmışdır. Buna görə evdə heç kəs olmamışdır. O saat 20:41-də evə qayıtmışdır. Evə daxil olduqda evin birinci mərtəbəsində olan mətbəxdə divara quraşdırılmış monitoru yerdə sınmış vəziyyətdə görmüşdür. Sonra yuxarı mərtbəyə qalxmış, yataq otağına daxil olanda otaqda olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evdən oğurluq olduğunu bilmişdir. O, yataq otağında dolabın üzərində qoyulmuş qızıl zinət əşyaların həmin dolabda pul kisəsinin içərisində olan 3800 manat pulun olmadığını görmüşdür. Dərhal DİN-nin 102 xidmətinə məlumat verib bu barədə ərizə ilə müraciət etmişdir. Evindən yataq otağında dolabın üzərində bir ədəd 8 qram çəkidə 583 əyarlı 700 manat qiymətində nişan üzüyü, bir ədəd 12 qram çəkidə 583 əyarlı, 800 manat qiymətində qadın bilərziyi, bir ədəd 8,7 qram çəkidə, 585 əyarlı 1000 manat qiymətində uşaq boyunbağı, çəkisi 20 qram olan 585 əyarlı 2000 manat qiymətində sırğa, üzük, boyunbağı dəsti, bir ədəd 585 əyarlı, 1500 manat qiymətində klonu ilə birlikdə çəkisi 16 qram olan boyunbağı oğurlanmışdır. Qızılların ümumi qiyməti 6000 manatdır. Bundan başqa 3800 manatda nağd pul oğurlanmışdır. Ona ümumilikdə 9800 manat ziyan dəymişdir. O, polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra həmin şəxsin Astara rayon sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Hazırki vaxtadək vurulmuş ziyandan ödəniş edilməmişdir. Məhkəməyə təqdim etdiyi mülki iddiada mülki cavabdeh olan təqsirləndirilən şəxsdən cinayət əməli nəticəsində ona dəyən 9946.50 manat ziyanı və ödənilmiş dövlət rüsumunun məbləği olan 119 manat pulu tələb edir. Mülki iddianı müdafiə edir və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində ailəsi ilə birlikdə nəvəsinin ad gününü qeyd etmək üçün “Akasiya” restoranına getmişlər. Evdə heç kəs olmamışdır. Oradan saat 22 radələrində evinə qayıtmışlar. O, evin ikinci mərtəbəsinə qalxanda ikinci mərtəbədə zaldan evin arxasına açılan pəncərinin açıq, evin hər iki yataq otağının axtarılaraq əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdur. Evdən oğurluq olduğunu bildiyi üçün evə nəzər salanda yataq otağında paltar dolabının içərisinə qoyduğu pul qabıda 100 manat, ona məxsus qiyməti 50 manat olan markasını dəqiq xatırlamadığı qol saatını, dəmir qabın içərisində saxladığı 20 manat qəpiklərdən ibarət olan pulun olmadığını görmüşdür. Buna görə polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. O, ərizə ilə müraciət etdiyi vaxt evində baş vermiş oğurluq hadisəsində şübhələndiyi şəxs olmasa da, sonradan polis şöbəsində ona evində baş vermiş oğurluğu Astara rayon sakini İsmayıl adlı şəxs törətməsi ona məlum olmuşdur. Evində baş vermiş oğurluq hadisəsində ona ümumlikdə 170 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, kürəkəni Zərərçəkmiş şəxs3 məxsus Lənkəran rayonu, Girdəni kəndində fərdi yaşayış evi vardır. Həmin evə o, nəzarət edir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində evə baxarkən hər şeyin qaydasında olduğunu görmüşdür. Sonra öz evinə keçib televizora baxmışdır. Həmin gün saat gecə saat 00:30 radələrində həyətə çıxarkən həyətdəki nərdivanın kürəkəninə məxsus eyvana dayanmış vəziyyətdə olduğunu görüb evdən oğurluq olmasından şübhələnmişdir. O, evi axtaranda iki ədəd qol saatının yerində olmadığını görüb bu barədə Zərərçəkmiş şəxs3 bildirmişdir. Zərərçəkmiş şəxs3 da ona şikayət etməsini dedikdən sonra Sədaqət DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O səhəri gün evinə gəlib evə nəzər salanda evdən yataq otağında dolabın üstündə üç ədəd qol saatından savayı dolabın içərisində bir ədəd qadın qızıl sep, bir ədəd qızıl boyubağı və 50 manat pulun oğurlandığını müəyyən etmişdir. Zərərçəkmiş şəxs3 polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra evində oğurluq etmiş şəxsin Astara rayon sakini İsmayıl adlı şəxs olması məlum olmuşdur. İsmayılın ifadəsində göstərdikləri yalandır. Kürəkənin evindən iki ədəd qızıl sep və boyunbağı oğurlamışdır. Bundan öncə onun evində oğurluq hadisəsi baş verməmişdir. Həmin əşyalar oğurlanmamışdan öncə yerində olmuşdur. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Astara şəhəri Nizami küçəsi ev 31-də qeydiyyatda olsa da, işi ilə bağlı Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Subaydır. Əvvəllər CMnin 221.3 və 177.2.3-cü maddələri ilə 2016-cı ildə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2019-cü ildən həbsdən azad edilmişdir. O Bakı şəhərində ağlay daş sexində fəhlə işləyir. Təqsirləndirilən şəxs ortancıl qardaşıdır. O bu ilin 2021-ci il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə həbsdən azad edilmişdir. İsmayıl 3 dəfə CMnin 177-ci maddəsi ilə məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat təxminən 22 radələrində İsmayıl ona zəng edərək Lənkəranda olduğunu, Bakıya gəldiyini yol pulu olmadığını və onu qarşılamağını xahiş etmişdir. Həmin gün İsmayıl yaşadığı Xırldan şəhərinə gəlmişdir. Onu qarşılayıb ona 15 manatı yol pulu vermişdir. İsmayıl axşam onlarda yuyunub çimib yatmışdır. Səhəri gün xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində yuxudan durduqda İsmayılın evdə olmadığını görmüşdür. O, həmin gün saat 17 radələrində ona zəng edərək binanın qarşısında olduğunu və aşağı düşməyini birlikdə dükana getmək istədiyini demişdir. O da mənzildən binanın həyətinə düşüb birlikdə marketə girmişlər. İsmayıl təxminən 70 manatlıq bazarlıq etmişdir. Həmin gün o, axşam ona birlikdə Cəlilabad rayonuna getmək istədiyini onun da birlikdə gəlməsini demişdir. O da razılaşmışdır. Onlar həmin gün axşam saat 22 radələrində Cəlilabada yola düşmüşdür. Anası Cəlilabad rayonunun Məmədrızalı kəndindədir. Anasının qohumları həmin kənddə yaşayır. Səhəri gün ona getdiyini öz işində problemdə olduğunu deyib getmişdir. Üstündən bir neçə saat ona Astara RPŞ-dəb zəng olunaraq onun qardaşının oğurluq etdiyi üçün axtardıqlarını demişlər. O, İsmayıla zəng etsə də ona zəng çatmamışdır. X3 rayonu ərazisində bir neçə mənzildən oğurluq etdiyinə görə həbs olunmasını televizordan görmüşdür. İsmayılı Xırdalanda qarşılayarkən o, tək gəlmişdir. İsmayılın Lənkəranda kiminlə münasibəti olub-olmaması barədə heç bir məlumatı yoxdur. Həmçinin ailəsində Lənkəran rayonunda yaşayan hər hansı bir qohum və tanışı yoxdur. Təqsirləndirilən şəxs oğurladığı qızılları kimə satması barədə heç bir məlumatı yoxdur. Amma onu bildirir ki, İsmayıl qumar xəstəsidir. O çox güman ki, oğurluq yolu ilə əldə etdiyi qızıl və pulu o qumara xərcələmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 20 oktyabr 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Baxış keçirilməsi haqqında 06 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Girdəni kəndində yerləşən Zərərçəkmiş şəxs3 Sultan oğluna məxsus fərdi yaşayış evidir. Baxış keçirilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evidir. Baxış keçirilməsi haqqında 12 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Şiləvar kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Baxış keçirilməsi haqqında 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Şiləvar kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. İfadənin yerində yoxlanılması barədə 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Cəfərli X1 rayonu Girdəni kəndində yerləşən Zərərçəkmiş şəxs3 Sultan oğluna məxsus, Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus, Lənkəran rayonu Şiləvar kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus və Lənkəran rayonu Şiləvar kəndində yerləşən Zərərçəkmiş şəxs2 fərdi yaşayış evlərində törətdiyi oğurluq cinayətlərinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Azərbaycan Respublikası DİN-nin Krimnalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubda göstərilmişdir ki, Lənkəran rayonun Şilavar kəndində yerləşən Zərərçəkmiş şəxs1 Camaal oğluna məxsus evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinini müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-nin məluçat bankına olan şəxslərin əl əkslri ilə müqayisə edilmiş. Müqayisəli tədqiqatlar nəticəsində əl-izlərindən 02 ədədi xx.xx.1997-ci ildə Astara rayonundan anadan olmuş Təqsirləndirilən şəxs sağ əlin böyük (02 dəfə) barmaqları (monitordan götürlmüş) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin Krimnalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubda göstərilmişdir ki, Lənkəran rayonun Girdəni kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinini müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-nin məluçat bankına olan şəxslərin əl əkslri ilə müqayisə edilmiş. Müqayisəli tədqiqatlar nəticəsində əl-izlərindən 03 ədədi xx.xx.1997-ci ildə Astara rayonundan anadan olmuş Təqsirləndirilən şəxs sağ əlin ovucu, böyük və şəhadət barmaqları (qapının çöl tərəfindən götürlmüş) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi hadisə yerində video müşahidə kameralarında olan görüntülər Təqsirləndirilən şəxs təqdim edildikdə, o görüntülərdə olan şəxsin özü olduğunu deyərək təsdiq etmişdir. Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş əməliyyat tədbirlərlə onun istintaqa məlum olan cinayət hadisəsindən başqa hər hansı bir cinayət hadisəsi törətməsi və həmçinin törətdiyi cinayət hadisəsində hər hansı bir şəxslə qabaqcadan əlbir olması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələr ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Astara Rayon Məhkəməsinin 1(018)-08/2022 saylı, 09 fevral 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 4(049)-164/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayonlararası Psixatriya Xəstəxanasına edilmiş sorğu nəticəsində Cəfərli X1 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2024-cü il tarixli 19/759 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının orta istismar müddəti və orta intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən qiyməti 7571,50 manat müəyyən edilir. Qərarda göstərilən medal (X4) satışda olmadığından qiymətləndirmə aparmaq mümükün olmadı. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda qiyməltəri, bir ədəd, 7 qram çəkisi olan, 583 əyarlı qızıl sepin qiyməti 665,00 manat, bir ədəd, 8 qram çəkisi olan, 583 əyarlı qadın qızıl boyunbağının qiyməti 760,00 manat, bir ədəd, “X6” qızıl medalın qiyməti 0 manat, bir ədəd, 8 qram çəkisi olan, 583 əyarlı qızıl nişan üzüyün qiyməti 760,00 manat, bir ədəd, 12 qram çəkisi olan, 583 əyarlı qızıl qadın bilərziyini qiyməti 1140,00 manat, bir ədəd, 8,7 qram çəkisi olan, 585 əyarlı uşaq qızıl boyunbağının qiyməti 826,50 manat, 20 qram çəkisi olan, 585 əyarlı qızıl, sırğa, üzük, boyunağı dəstin qiyməti 1900,00 manat, 16 qram çəkisi olan, 585 əyarlı qızıl kulon boyunbağının qiyməti 1520,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Sübutların qiymətləndirilməsi haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs onun evindən oğurluq edərkən müşahidə kameralarının görüntüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiadan görünür ki, o, cinayət əməli nəticəsində ona vurulmuş 9946.50 manat məbləğində maddi ziyanın və 119 manat ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 evindən qızıl-zinət əşyaları, həmçinin iş üzrə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 evindən 3800 manat pulun oğurlamadığını göstərməsi ilə bağlı gətirdiyi dəlillər özünü müdafiə xarakteri daşıyır. Belə ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadisəsindən öncə ifadəsində göstərdikləri əşyaların yerində olduğunu, həmin evlərdən ilk dəfə olaraq oğurluq hadisəsi baş verdiyini göstərmişlər. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici hallar müəyyən edilmədi. CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbinə uyğun olaraq CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi qanunauyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 oktyabr 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq maddi sübut qismində tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs onun evindən oğurluq edərkən müşahidə kameralarının görüntüləri olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçı) dəymiş maddi ziyan – 9946.50 manat və ödənilmiş dövlət rüsumunun məbləği olan 119 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş üzrə digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Sultan oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs onun evindən oğurluq edərkən müşahidə kameralarının görüntüləri olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin, törədilmiş cinayət əməli nəticəsində zərər çəkmiş şəxsə (mülki iddiaçı) dəymiş ziyan - 9946.50 manat və ödənilmiş dövlət rüsumunun məbləği olan 119 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Sultan oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar